Xəbər lenti
20/07/2018 [18:33]:
İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirildi
20/07/2018 [18:27]:
Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirildi
20/07/2018 [18:26]:
Ermənistanda xarici diplomatın evi yarıldı
20/07/2018 [18:24]:
Qənirə Paşayeva Masallıda Aprel döyüşlərinin şəhidlərinin ailələrini ziyarət etdi
20/07/2018 [18:17]:
Azərbaycan prezidenti Belçika kralını təbrik edib
20/07/2018 [18:14]:
İmtahanların nəticələri açıqlandı: 15 nəfər 700 bal topladı
20/07/2018 [18:00]:
Diqqətsizlik və isti hava daha bir can aldı: Avtomobildə unudulan uşaq boğularaq həyatını itirdi
20/07/2018 [17:59]:
2 min 500 illik tabutdan çıxanlar şok yaratdı - FOTOLAR
20/07/2018 [17:58]:
Nazir Qazaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış oldu -FOTOLAR
20/07/2018 [17:56]:
Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı
20/07/2018 [17:48]:
Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
20/07/2018 [17:47]:
Təhsil strateji məsələdir - şou-biznes deyil
20/07/2018 [17:43]:
Evli qadını intim videoları ilə şantaj edən məhkəmə qarşısında
20/07/2018 [17:42]:
XIV əsrə məxsus qala satışa çıxarıldı
20/07/2018 [16:42]:
İlham Əliyevlə Makron görüşdü - FOTOLAR
20/07/2018 [16:41]:
113 ildir batan gəmi tapıldı: Milyard dollarlıq qızılla dolu olduğu iddia olunur
20/07/2018 [16:39]:
Avropada ən ucuz alkoqol harda satılır
20/07/2018 [16:31]:
Laboratoriya şəraitində süni ət istehsal edildi
20/07/2018 [16:28]:
Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular- FOTO
20/07/2018 [16:12]:
“Mən bənna yox, aşıq qızıyam…” - Nazpəri
20/07/2018 [16:07]:
"Diaspor təşkilatlarımızın birləşməsinə sevinməmək mümkün deyil"
20/07/2018 [16:05]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ MƏHƏMMƏDƏLİ KAZIM BƏY
20/07/2018 [16:05]:
AZTV sədrini öldürmək istəyənlərə hökm oxundu
20/07/2018 [16:02]:
Putin Azərbaycanın yaxın dostu İsmail Safini mükafatlandırdı
20/07/2018 [16:02]:
Ofisiant qadına sataşan adam həyatının dərsini aldı – VİDEO
20/07/2018 [16:00]:
İlqar Abbasovun boğçası, İnam Kərimovun alçası...
20/07/2018 [15:58]:
Parlamentdə intihara cəhd hadisəsi baş verdi - VİDEO
20/07/2018 [15:56]:
Alimlərdən yeni kəşf - Çay insanlarda bu xəstəliyin qarşısını alır...
20/07/2018 [15:49]:
1500 dollara dondurma satılır - HEYRƏTAMİZ...+ VİDEO
20/07/2018 [15:31]:
Azərbaycanlılar qonşu ölkəyə üz tutur
20/07/2018 [15:29]:
Paşinyan: "İlham Əliyevlə danışıqlara hazıram"
20/07/2018 [15:18]:
Ermənilərin Azərbaycanda saldığı geniş günəbaxan tarlalarının görüntüləri yayıldı -VİDEO
20/07/2018 [14:56]:
“Biz İnterpolun dəstəyinə çox bel bağlayırıq” - Mehriban Əliyeva
20/07/2018 [14:40]:
Bolqarıstanda ermənilər arasında “razborka”
20/07/2018 [14:36]:
Metroda qəflətən soyunmağa başlayan qadın görənləri heyrətə gətirdi – VİDEO
20/07/2018 [14:34]:
ADNSU-da Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirildi
20/07/2018 [14:32]:
“Tuneldə qaldığımız gün camaat qapıları zorla açmaq istəyirdi” – Metro maşinisti (REPORTAJ)
20/07/2018 [14:29]:
Təhsil naziri uşaqların başına bomba atmağı təklif etdi! –Misli görünməmiş qəddarlıq
20/07/2018 [14:13]:
Cinsi əlaqədə ola bilməyən Adnan Oktar "kediciklər"ə bunu edirmiş - İyrənc üsul
20/07/2018 [14:03]:
Azərbaycan tankçıları Moskvaya yola düşüb
20/07/2018 [14:02]:
Partiya sədrindən media nümayəndələrinə təbrik
20/07/2018 [13:58]:
Qərb Rusiyanın məxfi sənədlərini ələ keçirdi - Moskva xəyanətkar AXTARIŞINDA
20/07/2018 [13:56]:
70 yaşı tamam olan Ramiz Əzizbəyli: “Heç kimdən heç nə gözləmirəm”
20/07/2018 [13:54]:
Elmi ad almış deputatlar - Kim hansı sahənin alimidir?
20/07/2018 [13:54]:
“Özü mənə göz vurdu...” - Ata təcavüz edən adam özünü belə müdafiə etdi...
20/07/2018 [13:45]:
Kəşfiyyat şefi Trampın Putini Vaşinqtona çağırmasına təəccüblənib
20/07/2018 [13:41]:
Fazil Mustafa barışıqdan danışdı: “Fuad Muradovun nümunəsində göründü ki…”
20/07/2018 [13:40]:
Həyətlərdə çətənə kolları aşkarlandı
20/07/2018 [13:40]:
Şəhid anası ermənilərin ölkəmizə gəlməsinə etiraz edir
20/07/2018 [13:38]:
Azercell sosial mediada da liderdir!
20/07/2018 [13:33]:
Bakıda avtomobillərə qənim kəsilənlər saxlanıldı
20/07/2018 [13:26]:
Mehriban Əliyeva MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurası iclasının iştirakçıları ilə görüşdü
20/07/2018 [13:23]:
Klip çəkilişləri zamanı həyatını itirdi
20/07/2018 [13:05]:
Salam Sarvan bu səbəbdən yaradıcılıqdan uzaqlaşıb
20/07/2018 [12:58]:
İlham Əliyev: "Dünyanın təhlükəsizliyinə təhdidlər artır"
20/07/2018 [12:55]:
Ağrının estetikası...
20/07/2018 [12:49]:
Könül istirahətdə belə makiyajından qalmadı -FOTOLAR
20/07/2018 [12:48]:
Moskvadan Bakıya gələn avtobus qəzaya uğradı: Yaralılar var - VİDEO
20/07/2018 [12:47]:
Çimərlik dəb şosundan qaynar FOTOLAR
20/07/2018 [12:47]:
Ukraynada baş verən qəzada 5 nəfər öldü
20/07/2018 [12:46]:
QAT Qarabağın azadlığı tələbilə fasiləsiz etiraz aksiyaları ilə bağlı toplantı keçirir
20/07/2018 [12:39]:
Bakıda liftdə azyaşlı qıza təcavüz etdilər - FOTO
20/07/2018 [12:34]:
Eks həmkarlarından "Qaçqınkom" sədrinə inanılmaz dəstək - "Evlərin verilməsində nə qədər haqsızlıqlar var idi..."
20/07/2018 [12:13]:
Vasif Əzimovun gizli görüntüləri yayıldı: “Allah lənət eləsin” - VİDEO
20/07/2018 [12:01]:
Yusif Məmmədəliyev: "Azərbaycan dövləti gənclərə güvənir"
20/07/2018 [11:56]:
Nəsrin Cavadzadə onunla sevgili imiş -FOTOLAR
20/07/2018 [11:50]:
"Qeyrətimiz olsa, Paşinyanın da, Tonoyanın da oğlunu orda güllələyərik, meyitləri geri qayıdar..."
20/07/2018 [11:47]:
"WhatsApp"dan çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
20/07/2018 [11:38]:
Mətbuat günü ilə bağlı daha bir tədbir - Fotolar
20/07/2018 [11:34]:
“Bakcell”dən “Təhsil Avtobusu-2018” Yay Məktəbinin keçirilməsinə dəstək
20/07/2018 [11:20]:
“Topaz”da udulan pul halal deyil... – Cümə bəhsləri...
20/07/2018 [11:09]:
İlham Əliyev Fransada görüşlər keçirir - FOTO
20/07/2018 [11:06]:
Üç yaşlı qız pəncərədən yıxılaraq öldü
20/07/2018 [11:05]:
Sərxan Sərxan: "Heydər Əliyevin o sözü məni çox tutdu"
20/07/2018 [10:47]:
Tanınmış kanal rəhbəri uzun illər qızını zorlayıbmış
20/07/2018 [10:39]:
AST Telmanın otelinə müştəri tapıldı -FOTOLAR
20/07/2018 [10:37]:
“Görməmiş gün görür…” -İzləyiciləri müğənnini təhqir etdi
20/07/2018 [10:18]:
Keçmiş prezidentin həbs müddəti 30 ilədək artırıla bilər
20/07/2018 [10:05]:
I və IV qruplar üzrə test tapşırıqlarının izahı açıqlandı
20/07/2018 [10:02]:
Bakıda mikroavtobus yük maşınına çırpıldı - 10-dan çox yaralı var
Bütün arxiv bir sırada
22/06/2018 [15:35] - Cəmiyyət - ( 1007 dəfə baxılıb)

"Surət Hüseynovun ruslardan əldə etdiyi silahları 4 iyun qiyamında adamlarına paylanmışdı”

“Ruslar 5 milyon dollar istəyirdilər, Rəsul Quliyevə həvalə elədim”


AXC hakimiyyəti zamanında prezident Əbülfəz Elçibəyin mətbuat katibi olmuş Arif Əliyev modern.az saytına müsahibəsində Azərbaycandan keçmiş SSRİ-dən qalma rus qoşunlarının necə çıxarılması barədə açıqlamalar verib.

A.Əliyev bildirib ki, Rusiya qoşunları o zaman Azərbaycanı elə-belə tərk etmədi. Rusiya bunun müqabilində istədiyi məbləği də aldı: “Qoşunların çıxarılması təbii ki, bu, güclü diplomatik təzyiqlər idi. Bu, tək Azərbaycanın yox, Qərbin vasitəsilə də həyata keçirilirdi. Bu, həm də şəxsi əlaqələrin nəticəsi idi. Rusiya qoşunları Azərbaycandan çıxanda da böyük texnikaya malik idilər. Söhbət nəzərdə tutulan maliyyədən gedir. Onlar bunu Azərbaycana bağışlamayacaqdı ki! Həmin maliyyəni aldılar. Onlar Azərbaycandan çıxanda onlarda belə əminlik yarandı ki, 2 həftədən sonra yenidən Azərbaycana qayıdacaqlar.

Və bütün qalan silahların hamısını Azərbaycanda qiyama hazırlaşan Surət Hüseynovun ordusuna vermişdilər. Təkcə 55 ”Qrad” verilmişdi. Bu “Qrad” məgər Qarabağda Ermənistana çevrildi? Xeyr. Buna görə də Rusiya qoşunları Azərbaycandan çıxanda əmin idi ki, Surət Hüseynov hakimiyyətə gələcək və onlar qoşunla yenidən Azərbaycana qayıdacaq. Heydər Əliyev bu planları pozdu və Elçibəyin də Heydər Əliyevi Bakıya dəvət etməsi bu planların pozulması demək idi. Azərbaycanın müstəqilliyi başlıca məsələ idi”.

A.Əliyev deyib ki, 4 iyun qiyamı Elçibəy hökumətinə Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasına, neft müqavilələrin imzalanmasında göstərdiyi inada görə cəza idi.

Arif Əliyevin dediklərindən belə məlum olur ki, Elçibəy hakimiyyəti rus qoşunlarının buradakı silahlarının alınmasında hansısa məbləğdə vəsait verib.

Deyilənlərlə bağlı Ə.Elçibəy iqtidarının dövlət katibi və baş naziri olmuş AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, rus qoşunlarının Azərbaycandan çıxarılması iki formada və iki fərqli məsələni əhatə edir: “Birincisi, SSRİ dövründən qalmış silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması məsələsidir. İkincisi Rusiya diviziyasının çıxarılmasıdır. Azərbaycanda üç müxtəlif təyinatlı qoşun hissəsi olub. Bunlardan biri 4-cü ordudur və Zaqafqaziya hərbi dairəsinə tabe olub. Azərbaycanda üç diviziya var idi. Onlar Lənkəranda, Bakıda və Gəncədə yerləşirdi. Bundan əlavə, birbaşa Moskvaya da tabe olan, Zaqafqaziya hərbi dairəsinə daxil olmayan 104-cü diviziya da Azərbaycanda var idi. Bu diviziyaya Şerbak komandirlik edirdi. Bir də baş qərargaha tabe olsa da idarəçilikdə əlahiddə sayılan Baş Kəşfiyyat İdarəsinin 22-ci briqadası yerləşirdi. 4-cü ordu və Baş Kəşfiyyat İdarəsinin 22-ci briqadası Azərbaycandan 1992-ci il yayın sonunda çıxarıldı. Onu da deyim ki, bu məsələnin hüquqi əsası hələ SSRİ dövründə qoyulmuşdu. O dövrdə silahların məhdudlaşdırılması haqqında ”Paris müqaviləsi” var idi. Hələ SSRİ dağılmamış SSRİ-nin bir sıra regionlarından, o cümlədən Zaqafqaziyadan silahlı qüvvələrin ixtisarı məsələsi gündəmdəydi. SSRİ dağıldıqdan sonra həmin hərbi hissələrin əmlakı, silahları, Xəzər donanmasının Bakıda olan gəmilərinin Azərbaycan qanunvericiliyinə və dövlət müstəqilliyi aktına görə Azərbaycan Respublikasının mülkiyyətinə keçməsi elan olundu. Sonra isə bu barədə prezident fərmanı verildi və bunların təhvil-təslim prosesinə başlandı. Bu prosesin real həyata keçirilməsi ciddi maneələrlə qarşılaşmışdı. Keçmiş sovet silahlı qüvvələri o dövrdə MDB silahlı qüvvələri adı altında qeyd olunmuşdu və faktiki olaraq Rusiyaya tabe idi. 1992-ci ilin fevralında da Boris Yeltsinin xüsusi fərmanı oldu. Fərman keçmiş SSRİ silahlı qüvvələrinin müvəqqəti olaraq Rusiyanın tabeçiliyinə keçirilməsini nəzərdə tuturdu.

 

1992-ci il 15 mayda Daşkənddə keçmiş SSRİ respublikalarından qoşunların çıxarılması, nə qədər silahın həmin respublikalarda qalması haqqında hər bir respublika ilə müqavilələr imzalandı. Azərbaycan tərəfindən bu müqaviləni o dövrün müdafiə naziri Rəhim Qazıyev imzalamışdı. Bu müqavilələr əsasında da Azərbaycana təhvil verilməli olan silahlar müəyyənləşdirildi. Hərbi hissələrin isə 1992-ci ildə çıxarılması nəzərdə tutulmuşdu. Əbülfəz Elçibəy prezident seçildikdən sonra onun təkidi ilə keçmiş SSRİ-nin Azərbaycandakı bütün silahlı qüvvələri çıxarıldı. 104-cü tank diviziyası isə qeyd olunan müqaviləyə görə SSRİ-yə yox, Rusiyaya aid idi. Ona görə 104-cü diviziyanın Azərbaycandan çıxarılması Rusiya qoşunlarının ölkəmizdən çıxarılması deməkdir. Bu hadisə isə 1993-cü ilin mayında baş verdi”.

P.Hüseyn xatırlatdı ki, Rusiya 104-cü diviziyaya MDB-nin sülhməramlı qüvvələri statusu verilməsinə və bu adla Azərbaycanda saxlanmasına çalışırdı. Lakin prezident Elçibəy Rusiyanın bütün təzyiqlərinə baxmayaraq 104-cü diviziyanın çıxarılmasında təkid elədi: “Həmin diviziya, yəni Rusiya qoşunları 1993-cü il mayın 25-də Azərbaycan ərazisindən çıxarıldı. Bu, keçmiş SSRİ məkanında ilk belə hal idi. Ona görə də bu hadisə təkcə Azərbaycan miqyası ilə məhdudlaşmır, bütün keçmiş sovet məkanına təsir göstərən hadisə idi.

Daşkənddə imzalanan müqavilə əsasında isə keçmiş SSRİ hərbi qüvvələrinin silahlarının təhvil-təslimi, çıxması qrafiki həyata keçirildi.

104-cü diviziyanın çıxarılması zamanı əksər silahları Rusiyaya daşınmışdı. Çünki onlar Rusiyanın əmlakı hesab olunurdu. Azərbaycan da bununla razılaşmağa məcbur idi. Amma hələ daşınmamış bir sıra silahların, desant bölüyünün paraşütlərinin pul ödənilərək alınması istiqamətində danışıqlar aparılmışdı. Danışıqlarda 5 milyon dollar ödənilməsi məsələsi müzakirə edilmişdi. Müdafiə naziri Dadaş Rzayev bu məbləğin ruslara ödənilməsini tövsiyə eləmişdi. Əsaslandırılırdı ki, əslində bizə qalacaq silahların dəyəri bundan qat-qat artıqdır. O dövrdə mən artıq dövlət katibi yox, baş nazir idim. 5 milyon dolların ayrılması bizə çox göründü. Ona görə də bu məsələni baş nazirin müavini Rəsul Quliyevə həvalə elədim. Şerbakla danışıqları o apardı və 5 milyon dollar endirildi 600 min dollara. 600 min dollar ödənildi və silahlar alındı. Hər halda, Arif Əliyev bu məsələni nəzərdə tutaraq həmin açıqlamanı verib”.

P.Hüseyn onu da qeyd etdi ki, Surət Hüseynova Şerbak tərəfindən silahların verildiyi barədə o dövrdə məlumatlar olub: “Surətə 2 min ”Kalaşnikov” avtomatı təhvil verilmişdi. Ola bilsin Surət Hüseynov da həmin silahlara pul ödəmişdi. Lakin Surətə “Qrad” qurğuları verilməmişdi. “Qrad” qurğuları 709 saylı hərbi hissənin özünün idi. Surət Hüseynovun ruslardan əldə etdiyi silahlar 4 iyun qiyamı zamanı ona qoşulan adamlara paylanmışdı”.

P.Hüseyn bildirdi ki, Rusiyanın Surət Hüseynovun əli ilə Azərbaycanda Elçibəy hakimiyyətini devirmək planı 104-cü diviziya Azərbaycandan çıxarılmazdan öncə mövcud olub: “22-ci rus briqadasının mütəxəssislərinin isə 4 iyun qiyamının hazırlanmasında iştirakı haqda məlumatlar var idi. Azərbaycanda SSRİ dövründən qalma rus qoşunları ölkəmizin müstəqilliyi və istənilən hakimiyyət üçün bir təhlükə idi. Əbülfəz Elçibəy də buna görə həmin qoşunların sürətlə çıxarılmasında təkid etdi və buna nail olundu”.

Metroda qəflətən soyunmağa başlayan qadın görənləri heyrətə gətirdi – VİDEO
Nazpərinin elmi adı saxta çıxdı - Rəsmi açıqlama
Yalan ifşa oldu: ələ keçən erməni xüsusi təyinatlısının - FOTOSU
Diyarbəkirdə günəş batır...
Qisas üçün üç yüz timsahı qətlə yetirdilər - FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
2 min 500 illik tabutdan çıxanlar şok yaratdı - FOTOLAR
Dünya
113 ildir batan gəmi tapıldı: Milyard dollarlıq qızılla dolu olduğu iddia olunur
Köşə
İlqar Abbasovun boğçası, İnam Kərimovun alçası...
Dünya
Parlamentdə intihara cəhd hadisəsi baş verdi - VİDEO
Maraqlı
Alimlərdən yeni kəşf - Çay insanlarda bu xəstəliyin qarşısını alır...
Həftənin ən çox oxunanları
Kəlbəcərdə hazırlanan yeni terrorçu dəstələrin görüntüləri yayıldı - VİDEO
Tolik güllələnən icra başçısı haqqında heç kimin bilmədiyi FAKTI AÇIQLADI - FOTO
“Gəncə olaylarında Elmar Vəliyevin inanclı insanlara münasibətdə yol verdiyi xətaların da rolu olub”
"Əyalətdə özünü quldurbaşı kimi aparıb xalqın nifrətini qazananlar iqtidardan qovulmalıdır"
Adnan Oktarın villasından çıxan bu ƏŞYA HAMINI ŞOKA SALDI - Ağlasığmaz FAKTLAR
Melanyanın ayaqları mətbuat konfransında şorgöz Lavrovun "gözünə girdi"... -FOTO
Bakı metrosunda növbəti geyim qalmaqalı - Müdaxilə edən şəxs döyüldü - VİDEO
Yunis Səfərovla bağlı yeni şok məlumatlar üzə çıxdı: Sən demə, Tohid İbrahimbəyli... - FOTO
"Atam DİN-in polkovniki olsa da bizi bir dəfə də xidməti maşını ilə məktəbə göndərmədi"
Emin Ağalarovun xanımının gəlinliyinin qiyməti məlum oldu - İnanmayacaqsız...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə