Xəbər lenti
25/03/2019 [00:44]:
Ovsunlayıcı kəşf: Bu günə qədər görülməyib...
25/03/2019 [00:21]:
Budapeştdə yaşayan azərbaycanlı cəmiyyət rəhbəri...
25/03/2019 [00:21]:
Minlərlə insan axın etdi: Festivaldan maraqlı görüntülər
24/03/2019 [23:58]:
Bütün dünyanın müzakirə etdiyi polis: Baş örtüyü və qəmgin halı ilə diqqət çəkdi...
24/03/2019 [23:39]:
25 nəfərin öldüyü yanğın daha bir cinayətin üstünü açıb - qaçırdığı qadını öldürmək istəyib...
24/03/2019 [23:33]:
Əfqanıstanda terror hücumu: ölənlər var
24/03/2019 [23:31]:
İranda Ali dini liderin də xalq tərəfindən seçilməsi təklif olundu
24/03/2019 [22:37]:
Putin Nazarbayevin istefa verəcəyini əvvəldən bilirmiş...- Peskov etiraf etdi
24/03/2019 [22:27]:
Soçidə təyyarəni ildırım vurdu
24/03/2019 [22:21]:
Bütöv Azərbaycan Ocaqları bayraq aksiyasına start verdi
24/03/2019 [22:17]:
"Bu cür iddialar və iftiralar sırf şəxsi qərəzdən qaynaqlanır"
24/03/2019 [22:12]:
Mart ayı üzrə sosial yardımlar tam ödənildi
24/03/2019 [21:46]:
Sabirabadda “Mercedes” motosikleti vurdu
24/03/2019 [21:27]:
Qurban Qurbanov: "Neftçi"nin çempion olacağına dair mənə heç nə deyilməyib"
24/03/2019 [21:22]:
Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi
24/03/2019 [21:20]:
Dağıstanda kütləvi zəhərlənməyə dair cinayət işi qaldırıldı
24/03/2019 [21:17]:
Futbol millilərimiz ərəblərə uduzdu - FOTO
24/03/2019 [21:04]:
Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür
24/03/2019 [20:58]:
Trampın Colan yüksəklikləri barədə qərarının tarixi açıqlandı
24/03/2019 [20:55]:
Myanmada partlayış: 16 ölü, 48 yaralı
24/03/2019 [20:52]:
Keçmiş məhbəs yoldaşları Əli İnsanovla görüşdü - FOTO
24/03/2019 [20:28]:
Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı
24/03/2019 [20:26]:
Amerikalılar tarlanın ortasında pivə dolu soyuducu tapdılar – FOTO
24/03/2019 [20:23]:
Necati Şaşmaz: “Hər zaman keşikdəyik”
24/03/2019 [20:21]:
Nazarbayevin qızı əlil uşaqları təhqir edib: “O eybəcərləri…” -VİDEO
24/03/2019 [20:06]:
Paşinyan Gürcüstanın baş naziri ilə bir araya gəldi
24/03/2019 [20:03]:
Göyçayda 24 yaşlı oğlan komaya düşərək öldü
24/03/2019 [19:59]:
Üç uşaq atası biləndə ki, o əvvəldən dölsüzdür, arvadını...
24/03/2019 [19:44]:
Canlı yayımda dua oxuyan keşiş bıçaqlandı - VİDEO
24/03/2019 [19:37]:
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24/03/2019 [19:26]:
Bakı Parisdən böyükdür, amma... - FOTO
24/03/2019 [19:19]:
Sərhəddə “siqaret əməliyyatı”
24/03/2019 [19:08]:
Gözəl rəngli, dözümlü, sahibinin etibarlı yoldaşı - dünyanın ən qiymətli cinslərindən olan Qarabağ atları
24/03/2019 [18:58]:
Nikola Yurçeviç: "Razıyam, Litva Xorvatiya deyil"
24/03/2019 [18:42]:
Bazarda naziri butulka ilə vurmaq istəyən şəxs saxlanıldı
24/03/2019 [18:35]:
Azərbaycan yığması Nikola Yurçeviçin rəhbərliyi altında ilk ev oyununu keçirəcək
24/03/2019 [18:06]:
Yerə maqnit qasırğası yaxınlaşır
24/03/2019 [18:02]:
Tarkan 5 milyondan imtina etdi - FOTO
24/03/2019 [17:51]:
Bakıda dənizə düşən şəxs xilas edildi
24/03/2019 [17:43]:
Botsvanada həyat yoldaşını öldürmək istəyən pilot təyyarəni evinə çırpdı- VİDEO
24/03/2019 [17:15]:
Cazibədar xanım sevgilisi ilə sevişərkən səhvən canlı yayım açdı - FOTOLAR
24/03/2019 [17:12]:
Yasamalda avtomobil yandı
24/03/2019 [17:02]:
Keçmiş prezident evini 80 dollara kirayəyə verir - Hətta həyətdəki meyvə-tərəvəzlərdən də dadmaq olar
24/03/2019 [16:40]:
Rusiyada səkkiz ton balıq yollara səpildi - VİDEO
24/03/2019 [16:26]:
Azərbaycanlı icra başçısı vəzifəsinə namizəd oldu
24/03/2019 [16:20]:
Azərbaycanlı şair: "Oğlumu tabutuma yaxın qoymayın"
24/03/2019 [16:15]:
Sərnişin qatarlarının gizli üzü: intim məkan, həzzin pik həddi və daha nələr – FOTOLAR
24/03/2019 [16:05]:
Bakıya gələn qatarı Türkiyədə bəy-gəlin qarşıladı - VİDEO
24/03/2019 [15:57]:
Sakinlər Xoşqədəmin verilişinə çıxan qadını qınadı: “Ərini axtarmaq əvəzinə evinin təmiri üçün kömək istəyərdi...” -FOTO
24/03/2019 [15:30]:
Əli İnsanov hələ 2005-ci ildə İlham Əliyevdən bağışlanmasını istəyib – FAKT
24/03/2019 [14:21]:
Afrikada "İdai" qasırğası nəticəsində 761 nəfər ölüb - FOTO
24/03/2019 [14:18]:
Gəncədə kran aşdı, fəhlə beton blokun altında qaldı - FOTO
24/03/2019 [14:16]:
Zakir Həsənov ABŞ-a gedəcək
24/03/2019 [13:40]:
Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğradı: ölən və yaralananlar var
24/03/2019 [13:38]:
Hava dəyişir: yağış, qar yağacaq
24/03/2019 [13:36]:
Azərbaycanlı tələbələr təhsillərini Çexiyada davam etdirirlər
24/03/2019 [13:22]:
Aydın Xırdalanlı son mənzilə yola salınır - FOTOLAR
24/03/2019 [13:20]:
Pakistanda “Yaşasın Azərbaycan” sədaları - VİDEO
24/03/2019 [12:36]:
ATV-nin aparıcısının evinə oğru girdi - 37 minlik ziyan
24/03/2019 [12:34]:
Norveç sahillərində qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib, xəsarət alanlar var - FOTO+VİDEO
24/03/2019 [12:17]:
80 və 73 yaşlı qocalar bank yardı - Evindən marixuana plantasiyası çıxdı-VİDEO
24/03/2019 [12:15]:
104 yaşlı qadını öz xahişi ilə həbs etdilər – VİDEO
24/03/2019 [12:03]:
Aygün Səmədzadənin əsərləri Türkiyədə canlanma və coşqu yaratdı… – FOTO
24/03/2019 [11:57]:
Şirin içkilərin təhlükəsi aşkarlandı
24/03/2019 [11:54]:
ABŞ Ədliyyə Nazirliyi məhkəməyə verildi
24/03/2019 [11:49]:
Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı
24/03/2019 [11:33]:
Kitab kimi ömür yaşayan 82 yaşlı qadın - FOTO
24/03/2019 [11:29]:
Azərbaycan şəhərində Qarabağı Ermənistan ərazisi kimi göstərən fleşmob keçirildi-FOTO+VİDEO
24/03/2019 [11:21]:
İlham Əliyev Yunanıstan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
24/03/2019 [11:20]:
Yüz yaşlı təhlükəsizlik keşikçiləri - VİDEO
24/03/2019 [11:17]:
Nanədən illər sonra etiraf: "Türkiyədə məni…"
24/03/2019 [11:15]:
Doğulduğu gün çəkisiylə dünyanı şoka salan adam indi polisdə işləyir - FOTOLAR
24/03/2019 [11:06]:
"Erməni konyakı"nın müəllifi ermənilər yox, Azərbaycan almanlarıdır - ALMAN ALİMDƏN ŞOK İDDİA
24/03/2019 [10:48]:
“Pəncəli dünyaya gələn gün kəndimizə bir metr hündürlüyündə qar yağdı…”- Əmisinin xatirəsi…
24/03/2019 [10:31]:
Omar Momanidən Ramil Şeydayevin qoluna karikatura - FOTO
24/03/2019 [10:27]:
Ərdoğandan CHP-li namizədə sərt sözlər
24/03/2019 [10:22]:
Ermənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozdu
24/03/2019 [10:20]:
Azərbaycanın Xəzərdə balıq ovu kvotası 33 faiz azaldılıb
24/03/2019 [10:16]:
Paytaxtın Xəzər rayonuna elektrik enerjisinin verilişində fasilələr yaranacaq
24/03/2019 [09:34]:
Malidə silahlı hücum nəticəsində ölənlərin sayı 134-ə çatdı
Bütün arxiv bir sırada
22/06/2018 [21:13] - Araşdırma - ( 2964 dəfə baxılıb)

Rəsulzadənin Yaponiya qəzetinə yazdığı məktub - Əmin Abidin bilmədiyimiz şeiri...



Əmin Abidi 40 yaşı tamam olmasına 12 gün qalmış, yəni 1938-ci ilin oktyabrın 21-də, gecə saat 21.30 da KQB cəlladları güllələdilər. Təzyiq və təqiblər altında qısa bir ömür sürsə də, vətəni və milləti üçün dəyərli işlər görə bildi.

Əmin Abid təzyiq və təqiblərlə yeniyetməliyində üzləşib. Hələ 13 yaşında ikən, yəni 1911-ci ildə qardaşı, şair, naşir, araşdırmaçı Əliabbas Müznibə görə  evlərində axtarış aparılır. Həmin illərdə "Abid", "Abid Mütəllibzadə" imzaları ilə şeirlər və hekayələr yazaraq nəşr etdirməyə başlamışdı. Yazılarında hökumət əleyhinə elə bir ciddi etiraz, üsyana çağırış olmadığına görə çar jandarması ona diqqət yetirmir. Amma böyük qardaşının nəşr etdiyi "Hilal" və "Şihabi-sağıb" jurnallarını bağlayır, əmlakını müsadirə edir, Əliabbas Müznibi isə həbsxanaya göndərir. Bu cəza ilə də kifayətlənməyən çar jandarması şairin Sibirə ömürlük sürgün olunması haqqında məhkəmənin hökm çıxarmasına nail olur.

Lakin Əliabbas Müznibin ömürlük sürgünü heç üç il çəkmədi. 1913-cü ildə Romanovlar sülaləsinin hakimiyyətə gəlməsinin 300 illiyi münasibətilə verilmiş əfvdən (amnistiya) yararlanan şair vətənə qayıdır.

Moderator.az xəbər verir ki, Əmin Abidin həyat və yaradıcılığını araşdıran tədqiqatçı Əli Şamil onunla bağlı müxtəlif illərdə çox maraqlı məlumatlar üzə çıxarıb. 

Bu məlumatlar həm onun ağrı-acılı həyatı, həm də bilinməyən yatradıcılığı ilə bağlı olub. Təkcə “Gültəkin” imzasının Əmin Abidə məxsusluğunu aşkarlamaq nəyə desən dəyər. Lakin tədqiqatçı bununla kifayətlənməyib. O, həm də Əmin Abidin uzaq Yaponiyanın bir qəzetində yayımlanan şeirini də üzə çıxarıb.

Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra İstanbulda təhsil almağa gedən Əmin Abid baş verən dəyişiklərin təsiri ilə coşğun və üsyankar bir siyası şairə çevrilir. Azərbaycan mühacirlərinin nəşr etdiyi jurnallarda fəal iştirak edir. "Yeni Kafkasiya" jurnalının poeziya şöbəsinin müdiri olur. Əhməd Cəfəroğlu "Azərbaycan ədəbiyyatında İstiqlal  mücadiləsinin izləri" məqaləsində Ə.Abidin gizli -Gültəkin imzası ilə nəşr edilən şeirləri haqqında yazır: 

"Gültəkin bəyin şeirlərinin qüvvət və gücü, deyə bilərəm ki, siyasi mətbuatımızdan daha çox rəğbət görə bilmişdi. Ən yaxşı bəzi şeirləri bəstələnib İstanbul əhalisi arasında bu gün  də tərənnüm edilməkdədir".

Məhəmməd Əmin Rəsulzadə şeirlərini əzbərlədiyi və böyük həvəslə söylədiyi Ə.Abid haqqında "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində yazır: "Millətin parlaq gələcəyinə böyük ümidlər bağlayaraq hürriyyətə susamış, mübarizə həyəcanının gərginliyini daşıyan bu igidlərin əsil qəhrəmanlığı ilə bizi  həqiqi mənada tanış edən şeir bolşevik senzurasından azad olaraq mühacirətdə nəşr edilən Azərbaycan ədəbiyyatıdır. Bu ədəbiyyatda,

İstiqlal, o yaşayan millətin qəlbində can
İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.
İstiqlal, o sönməyən  müəbbəd bir məşalə
Könüllərdə tutuşur, gözlərdə sönsə belə!

deyən, Gültəkin adını daşıyan alovlu şairin yazıları xüsusi yer tutur. Gültəkinin şeirlərində biz həqiqi, milli-inqilab mübarizəsinin nəşidələrini  görürük".

Əmin Abidin Türkiyədə oxuduğu illərdə yazdığı şeirlərin əksəriyyəti 1928-ci ildə İstanbulun Orxaniyyə mətbəəsində ərəb qrafikası ilə "Milli Azərbaycan nəşriyyatı" seriyasından buraxılan səkkizinci kitaba- "İstiqlal  uğrunda" ya daxil edilmişdir. Kitaba Kamal imzalı müəllif geniş müqəddimə yazıb. Tərtibçi, şeirləri haradan aldığı, müəlliflərin şəxsiyyətləri haqqında heç bir bilgi verməyib. Ön sözdə və "İnqilab nəğmələri" məqaləsində Gültəkinin yaradıcılığına geniş yer ayrılıb. Şeirlər doqquz bölümdə verilib. Altı bölümün hər birinin başlanğıcında Gültəkinin şeirlərindən alınmış bənd və misralar var. Şeirlər yazarlara görə deyil, mövzuya görə qruplaşdırılıb. Kitabda Gültəkinin 20, Əhməd Cavadın 9, Sənanın 6, Azərizadənin 2, Məsud Səfvətin 2, Ə.Yusifin, İsmayıl Zühutinin, Usta Əlinin, Gülsərənin, H.Həmidzadənin, Nafiə Şükrünün hərəsinin 1 şeri var. 2 şeirin altına "... xanım",  bir şerin altına "B" imzası, üç şeirin altına isə üç nöqtə və ya * * * işarəsi qoyulub.

Mirzə Bala Məmmədzadə isə kitabda Gültəkin imzası ilə gedən şeirləri latın əlifbasına çevirərək 1948-ci ildə  İstanbuldakı Kayabal-Göresin mətbəəsində "Gültekin. "Buzlu cehennem" adıyla broşur kimi nəşr etdirib.  Ön sözdə isə yazıb: "Azərbaycan türkünün milliyet, hürriyet ve istiklal uğrunda kızıl emperyalizmine karşı kanlı savaşını şiir vadisinde temsil eden mücahitlerden muhacirette yetişenlerin başında Gültekin gelir. Gültekinin hüriyyet ve istiklal haykıran şiirleri 1923-1928 yıllarında İstanbulda  Resulzade Mehmet Emin bey tarafından neşr olunan "Yeni Kafkasya" mecmuasında çıkmıştır. Bazıları daha o zamanlar, rus empryalizmi ile çarpışan esir milletler tarafından kendi dillerine tercüme edilmiş ve bir örnek alınmış bu şiirler, milli Azerbaycan neşriyatının sekizincisi olmak üzere, 1928 de İstanbulda çıkan  "İstiklal uğrunda" adlı şiirler mecmuasında toplanmıştır".

"Yani Yapon möxbire" jurnalının 1933-də  nəşr edilən 6-7-ci sayındakı yazı (səh. 12) Məhəmməd Əli Rəsulzadənin aşağıdakı kiçik məktubu ilə başlayır: “Pək möhtərəm əfəndim! "Yani Yapon möxbire" məcmuəsini aldıq. Təşəkkürlər edəriz. Uzaq Şərqdə çıxan bu ərqədaş (arkadaş) məcmuənin feyzli olmasını Ulu Tanrıdan diləriz. Məcmuənizi bundan sonra Varşava adresilə "İstiqlal" qəzetəsinin baş mühərriri Əmin bəyə göndərilməsini rica edəriz. Səmimi qardaşlıq salamlarımızı ərz edərək sizlərə səadət və müvəffəqiyyətlər diləriz.
Məhəmməd Əli Rəsulzadə".

"Yani Yapon möxbire" jurnalı 1931-ci ildə Tokioda "Yapon möxbiri" adı ilə nəşrə başlamışdır. Bir il sonra isə adını dəyişmişdir. 14 il ərzində jurnalın 50 sayı işıq üzü görmüşdür. Müttəfiqlərin 1945-ci ildə Yaponiyanı darmadağın etməsi, ilk dəfə burada atom bombasını tətbiq etmələri nəticəsində jurnal da fəaliyyətini dayandırmışdır. Azərbaycanlı İbrahim Qasımovun işini davam etdirən, Yaponiyada islam dinini yayan Qabdrəşit İbrahimovun rəhbərliyi ilə 1909-cu ildə ilk məscid tikilir.

Burada bir müsəlman dini icması formalaşdırılmışdır. Yaponiyada tatar dilində mətbuatın nəşrində də  Qabdrəşit İbrahimovun əməyi böyük olur. Əslində "Yani Yapon möxbire" jurnalı tatarların mətbuat orqanı kimi deyil, mühacirətdəki türk xalqlarının jurnalı kimi fəaliyyət göstərirdi. Buna görə jurnal Azərbaycanda gedən hadisələri də işiqlandırır, azərbaycanlı mühacirlərlə sıx əlaqə saxlamağa çalışırdı. Lakin o dövrün poçt və əlaqənin səviyyəsi onlara istəklərini həyata keçirməyə imkan vermirdi.

Jurnal Məhəmməd Əli  Rəsulzadənin məktubundan sonra aşağıdakı mətni verib: "Əmin bəy (söhbət Məhəmməd Əmindən gedir-Ə.Ş.) Rəsulzadə Qafqaziya müsəlman istiqlalçılarının məşhur yolbaşçılarından olub, Azərbaycan istiqlal davasını tərvic edici "İstiqlal" qəzetəsini təhrir və nəşr etməkdədür. Məzkur məktub ilə bərabər Azərbaycan nəşriyyatından 8-ci san (saylı) şeirlər məcmuəsi nam (adlı) 166 səhifəlik "İstiqlal uğrunda" yazılmış bir kitabcıq idarəmizə gəldi.

Kitabı əldə etdiyimizdə mündəricəsinin gözəl milli və məfkurəvi şeirlərdən ibarət bulub toquz (doqquz) türlü mövzuda yazılmışdur. 1) "Bayrağı təsis" mövzusunda: "Bayrağım ölməz, ölürsə əgər, torpağın altına keçər ölkələr" deyə başlayıb Turan, Türkistan, Azərbaycan bayraqlarına dair gözəl şeirlər (verilib). 2) "İstiklal məfkurəsi" mövzusundan:"İstiqlal usanmayan bir məşələ, göylərdə tutuşur gözlərdə sönsə belə" deyə başlanğan (başlayan) gözəl şeirlər (var). 3) "Vatan sevgisi" mövzusundan: "İlni suyu və sağnu" (elini sev və sayği duy) haqqında, 4) "Türk kardeşliği" mövzusundan: Turançılıq və Türkçülük haqqında. 5) "Qəhrəman mücahidlərə" mövzusunda: İstiqlal şəhidləri və istiqlal yolları haqqında, 6) "Şanlı istiqlal mücadiləsi" mövsuzunda; "Bismillah", "Qalaq", "Bən", "Azəri oğlu", "Qoruq", "Moskva", "Çeka",  "Azəri qommunistinə (kommunistinə)," "Qızıl rus şairinə", "Canavar", "Qommunizim dühasına" sərlövhələri ilə qayət gözəl şeirlər (vardır). 7) "Rumizi (rəmzi) parçalar", "Mücadilə şarkıları" və 9)  "Milli cihad cəzbələri"  mövzularında yazılmış çox mənası ilə təqdir və alqışlamağa layiq gözəl şeirlər yazılmışdur. Azəri qardaşlarımızın bu növ mətbuatı Türk-Tatar-İdil-Ural mühacirlərinə gözəl bir nümunə və rəhbərdür. Bu qaryədə yazılmış doqquz mövzu istiqlal və millət haqqında anlağan (anlayan) mühacirlərimizə can azığı bulub alar (onlar) tərəfindən cürlənüb qalovi ilə milli tariximizin qiymətli xəzinəsi olacaqdur. Biz bu məcmuəmizdə vəqt-vəqt (zaman-zaman) məzkur şeirlər məcmuəsindən birər qitəsin nəşr edəcəkmiz (edəcəyik). Və bu sanda Gültəkin imzası ilə yazılmış bir şeirni basımız (dərc edirik)."

"Yani Yapon möxbire" jurnalı  yuxarıdakı təqdimatdan sonra, 14-15-ci səhifəsində Gültəkinin (Əmin Abidin) aşağıdakı şeirini verib.
 
AZƏRİ QOMMUNİSTİNƏ
 
Düşün hər addımda getdiyin yolu
Zavallı babamın ey nankor oğlu!
Öylə bir yabancı yerdə qaldın ki,
Gözlərdə nə qədər sən alçaldın ki,
Sənə qardaş demək istərsə dilim,
Bənə töhmət edər millətim, elim...
Hanı kəndi qanın, bənlik hanı?
Arqadaş olduğun düşməni tanı.
Bin fikrə, hiyləyə aldandın yetər,
Çıx cahana kəndin, kəndini göstər!
Düşün, yaşa ancaq kəndi qafan ilə.
Aləv söndürülməz qılıncla, qanla.
Əlinin qanını artıq get, yaka,
Qardaş yurdu olsun qurduğun  "Çeka"
Sən nəsən, nəçisən, kimin oğlusan?..
Bir çin fəlsəfəsinin adi qulusan...
İnsan öldürərək insanlıq satan
Nə söylərsən, bütün yalandır, yalan.
İnsanlıq bək dərin, geniş bir ova
Görmək için gögdə qurmalı yuva.
Anlamaq istərsən, iştə yol açıq,
Millət denilən şahikaya çıx!
Bu yüksək təpədən görülür əlbət
Böyük bəşəriyyət denilən Cənnət!..

Gültəkin
Ərzurum 1926

Ovsunlayıcı kəşf: Bu günə qədər görülməyib...
Minlərlə insan axın etdi: Festivaldan maraqlı görüntülər
Bütün dünyanın müzakirə etdiyi polis: Baş örtüyü və qəmgin halı ilə diqqət çəkdi...
Canlı yayımda dua oxuyan keşiş bıçaqlandı - VİDEO
Moskvada Üzeyir və köməkçisini "yun" kimi çırpdılar: Rəqsanənin restoranında...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Putin Nazarbayevin istefa verəcəyini əvvəldən bilirmiş...- Peskov etiraf etdi
Dünya
Necati Şaşmaz: “Hər zaman keşikdəyik”
Cəmiyyət
Kitab kimi ömür yaşayan 82 yaşlı qadın - FOTO
Araşdırma
Lütfi Zadənin qeyri-adi uşaqlıq çağları- Nadir fotolar və xatirələr
Dünya
"Sən kimsən ki, bir metr irəli gəlmisən? İşdən qovuldun!" -VİDEO
Həftənin ən çox oxunanları
"Telmandan soruşdum ki, bəs Monika Belluçi nə edəcək, dedi ki, o sadəcə..."
Putinə "ilişən" 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər...
Uşaq pulunun bərpası ilə bağlı yayılan xəbərlərə - Nazirlikdən reaksiya
Baş məhbus azad olunmadı, O əfv gözləmir və heç kimi əfv etmir...
“İşıq və qaz limiti yaradıb əhalinin bu dərəcədə narazı salmaq düzgün deyil”
“Aprel döyüşlərini Rusiya Qarabağda qoşunlarını yerləşdirmək məqsədi ilə başladıb…”
"Ağıl öyrənmək istəsəydi, 15 il əvvəl məni dinləyərdi..." - Əli Nağıyevdən Əli İnsanova irad
Nazarbayevin varisləri: Boşanmış qızı, general qardaşı oğlu, 52 yaşlı kürəkəni, yoxsa nəvəsi?
“Bir də ayılacağıq ki, Tramp deyir: "Qarabağı Ermənistan ərazisi kimi tanımaq lazımdır"...”
Paşinyanın arvadı Azərbaycan şəhərində  əri ilə sərbəst çəkdirdiyi fotoları paylaşdı…
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə