Xəbər lenti
21/02/2019 [09:02]:
Rus qadın gözəllik müsabiqələrinə  qarşı çıxdı –"Orta əsr köləliyindən fərqlənmir..."
21/02/2019 [08:03]:
“Vəhhabilik və sələfiliyin  ömrünün sonu gəldi!..”
21/02/2019 [07:48]:
Allah-Təala Quranda bizlərə 91 vədə vermişdir- hamısını da yerinə yetirəcək...
20/02/2019 [23:49]:
Proqnoz doğru çıxdı - Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ
20/02/2019 [23:15]:
“İnşaat konstruksiyaları” MMC öz öhdəliklərini yerinə yetirmir: Yasamal İcra Hakimiyyəti isə...
20/02/2019 [22:29]:
Türkiyədə hərbi məktəbdə partlayış - Yaralılar var
20/02/2019 [22:24]:
Tahir İmanov sənətsevərlərə və dövlət telekanalına təşəkkür etdi
20/02/2019 [22:01]:
Vəkillər Kollegiyasının Rəyasət Heyəti Bəyanat yaydı
20/02/2019 [21:37]:
Ermənilər Azərbaycan şəhərində növbəti konsert verdi - FOTOLAR  
20/02/2019 [21:14]:
Krımın Rusiya tərəfindən işğalının 5 ili tamam olur - Ukraynanın baş diplomatı Kremli ifşa etdi...
20/02/2019 [21:03]:
Gəncədə tələbə qız qaçırıldı
20/02/2019 [20:46]:
Universitet rektoru 10 min dollar rüşvət almaqda suçlandı...
20/02/2019 [20:31]:
Tarix İnstitutu beynəlxalq əlaqələrini genişləndirir - FOTOLAR
20/02/2019 [19:48]:
MHP başqanı İbad Hüseynlini qəbul etdi: "Qapımız hər zaman üzünə açıq..."
20/02/2019 [19:47]:
Ermənilər onları “vəhşi” adlandıran yazıçının heykəlini ucaltdı: Bu dəfə evdə!
20/02/2019 [19:38]:
“Ana dilimizi sevək, sevdirək” mövzusunda tədbir keçirildi - FOTOLAR
20/02/2019 [19:25]:
Leyla Əliyevanın sözlərinə yazılmış mahnıya videoçarx hazırlandı - VİDEO
20/02/2019 [18:54]:
Bütün Avropa Qarabağ deyəcək
20/02/2019 [18:52]:
Estoniya müharibəyə hazırlaşır - Müdafiə Nazirliyi açıqladı
20/02/2019 [18:48]:
Təyyarədəki sərnişin bir anda ayağa qalxıb şalvarını çıxardı - FOTOLAR
20/02/2019 [18:44]:
Əli polislə bağlı açıqlamasına görə cəzalandırıldı
20/02/2019 [18:28]:
Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tamaşanın premyerası keçiriləcək
20/02/2019 [18:25]:
Ərdoğan: "Ermənilər Türkiyəyə ona görə gəliblər ki..."
20/02/2019 [18:22]:
AMEA magistraturalarına qəbul üçün müsahibə mərhələsi ləğv olundu
20/02/2019 [18:12]:
"O qədər biabırçı vəziyyətdə oxuyan müğənnilər var ki, Afət də onlardan biridir”
20/02/2019 [18:06]:
Tramp demokrat rəqibini “dəlisov” adlandırdı
20/02/2019 [18:02]:
Ev tapşırıqlarını yazdırmaq üçün robot aldı - MARAQLI
20/02/2019 [17:53]:
Bakıda film kimi olay: Bəy toy günü başqa qıza qoşulub, ölkədən qaçdı
20/02/2019 [17:49]:
Qərbi Kaspi Universiteti beynəlxalq konfrans keçirəcək
20/02/2019 [17:46]:
Ermənilər Haaqada Azərbaycana qarşı etiraz aksiyası keçirəcək
20/02/2019 [17:39]:
“Qaçqınkom” Zabratda evi yanan köçkünlərə ev verəcək
20/02/2019 [17:31]:
Meriya mitinqlə bağlı müraciətə cavab verdi
20/02/2019 [17:22]:
Ölən modelyerin 195 milyonluq sərvəti pişiyinə qalacaq
20/02/2019 [17:20]:
Göyçay Xəstəxanasında ölən qadınla bağlı iclas -Həkim işdən çıxarıldı
20/02/2019 [17:18]:
Rezidenturaya sənəd qəbulu davam edir
20/02/2019 [17:10]:
"Hecə oldu ki, “diplomsuz diplomat” oldum..."
20/02/2019 [17:08]:
İlham Rəhimov "Neolit"-dəki insidentdən danışdı: “Xəbər tutan kimi dərhal Moskvaya...”
20/02/2019 [16:55]:
Səs sürətini aşan sərnişin təyyarəsi rekord qırdı - MARAQLI
20/02/2019 [16:51]:
XİN-dən Elşad İskəndərovla bağlı bəyanat
20/02/2019 [16:50]:
Pulu saymağa 4 işçi ayrılıbmış... - 5,5 milyardlıq iş
20/02/2019 [16:35]:
Ermənilərin Gürcüstanda yeni “dəsti-xətti”
20/02/2019 [16:32]:
Yol polisindən vəfat etmiş şəxsin adına tərtib olunan cərimə ilə bağlı - Açıqlama
20/02/2019 [16:29]:
"Sağlam gələcək, İdmanla gələcək" - Regional voleybol yarışı layihəsinin zona seçimləri – Ağcabədi
20/02/2019 [16:27]:
Artur Rasizadə danışdı: “Yerdə qalan ömrümü...”
20/02/2019 [16:02]:
UNEC tələbələrinin məqaləsi SCOPUS-da
20/02/2019 [16:01]:
Azərbaycan Dillər Universitetinin tələbələri Cocuq Mərcanlıda pedaqoji təcrübə keçirlər
20/02/2019 [16:00]:
Xocalı soyqırımının qurbanları bir çox ölkələrdə yad ediləcək
20/02/2019 [15:58]:
“Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib
20/02/2019 [15:57]:
Ermənistan Cavaxetiya separatçılarının liderini axtarışa verdi
20/02/2019 [15:56]:
Amerikaya yarışa gedən azərbaycanlı şagirdlərin siyahısı AÇIQLANDI
20/02/2019 [15:55]:
""Porsche" nə vaxtdan bahalı maşın olub, deputatın "Porsche"si ola bilməz?" — Deputat
20/02/2019 [15:54]:
Hərbi attaşelər Azərbaycan silahları ilə tanış oldular - FOTO
20/02/2019 [15:52]:
Türkiyədə bir neçə terror aktının qarşısı alındı
20/02/2019 [15:47]:
Məşhur moda markasının yeni dizaynı dünyanı ayağa qaldırdı: "İntihar dəb ola bilməz"
20/02/2019 [15:39]:
Sabah 8 bal gücündə zəlzələ olacaq? — Seysmoloji Mərkəzdən AÇIQLAMA
20/02/2019 [15:36]:
Netanyahu Moskva səfərini təxirə saldı
20/02/2019 [15:34]:
Qurban Qurbanov mövqeyini qorudu
20/02/2019 [15:33]:
QAT ömürlük və vicdan məhbuslarının əfv olunmasını xahiş etdi
20/02/2019 [15:28]:
"Hansısa yurdsuzu ocağının başında oturdasan, o da sənin tarixinə genosid yazsın"
20/02/2019 [15:26]:
Qəbələ və ətraf rayonların əhalisinin diqqətinə: Pulsuz hüquqi yardım
20/02/2019 [15:18]:
Abutalıbovun ən yaxın kadrının işdən çıxarılma səbəbləri...
20/02/2019 [15:16]:
Sibirə qara qar yağdı - İNANILMAZ FOTOLAR...
20/02/2019 [15:11]:
Tahir İmanov: “Məhəllə”miz dəyişir, dəyişməyən təkcə Eliş və Roşkadır - MÜSAHİBƏ
20/02/2019 [15:03]:
Prezident: "Milyardlarla dollarlıq sərmayə cəlb etdik, yeni iş yerləri açdıq" - VİDEO
20/02/2019 [14:59]:
Əflatun Amaşov: "Prezidentin fərmanı böyük önəm daşıyır"
20/02/2019 [14:54]:
“Hakimiyyətdəki rüşvətxorlar islahatlardan narahatdır, əlimdə faktlar var ki...”
20/02/2019 [14:53]:
“Bu şəkil onu gördüyüm ilk dövrün əmanətidir” Əməkdar artistin ustadı ilə bağlı xatirəsi...
20/02/2019 [14:51]:
Sərkisyanın qardaşı həbs olunmamaq üçün 18.5 milyon dollar ödəyib -Paşinyan höküməti azadlıq satır
20/02/2019 [14:44]:
"Brüsseldə Xocalı mitinqi üçün hazırlıq görülür" -Elnur Eltürk
20/02/2019 [14:31]:
ADU tələbələri Cocuq Mərcanlıda təcrübədə
20/02/2019 [14:28]:
5 dövlət orqanında 88 yer vakantdır
20/02/2019 [14:25]:
İlham Əliyev nazirliyə 2 milyon ayırdı
20/02/2019 [14:23]:
“Barışsaq, bir kişi oğlu deməsin ki, qeyrətin necə götürdü?!”
20/02/2019 [14:21]:
Azərbaycan səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu
20/02/2019 [14:15]:
Çadralı oğlanlar...
20/02/2019 [14:11]:
Sonsuz ailələr tibbi sığorta hesabına süni mayalanmanı edə biləcəklər - Gələn ildən
20/02/2019 [14:04]:
Azərbaycanı seçən ukraynalı idmançıların sayı açıqlandı
20/02/2019 [13:58]:
Mülki insanları qorumağa getdilər, məlum oldu ki, özlərinin müdafiəyə ehtiyacı var: RÜSVAYÇILIQ!
20/02/2019 [13:49]:
Ombudsmanın parlamentə hesabat günü açıqlandı
20/02/2019 [13:48]:
İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşdü
Bütün arxiv bir sırada
24/06/2018 [01:47] - Araşdırma - ( 5524 dəfə baxılıb)

Yeməyi oğlundan alıb, əsgərə yedirən, hərbi formanı ən yaxşı parçadan tikdirən CÜMHURİYYƏT GENERALLARI





Cəmi iki gündən sonra – iyunun 26-da Azərbaycan Milli Ordusunun yaranmasının 100-cü ili tamam olacaq. Cümhuriyyətə həsr olunan 2018-ci ilin əsas hadisələrindən biri də  AXC ilə yanaşı, milli ordumuzun da 100 yaşına çatmasıdır. 

Moderator.az  bu səbəbdən, Cümhuriyyət ordusu ilə bağlı silsilə yazılarını davam etdirir. Bu dəfə ADR-in iki generalı – Səməd bəy Mehmandarov və Tərlan Əliverdibəyov haqqında maraqlı faktları təqdim edəcəyik. Həmin fakt və əhvalatlarda generalların qəhrəman xarakteri üzə çıxır:

Cümhuriyyət ordusunun ən peşəkar kadrlarından biri də,  hətta bolşeviklərin, sovet hakimiyyətinin də önəm verməyə məcbur qaldığı, sonradan general rütbəsi ilə təltif etdikləri əfsanəvi hərbçi Tərlan Əliyarbəyov  olub.

Tərlan Əliyarbəyov ilk hərbi şücaətlərini Çar ordusunda nümayiş etdirib. 1908-ci ildə orduda xidmət etməyə başlayan şamaxılı balası, düz 1916-cı ilə qədər “əlahəzrət çar” üçün döyüşür. Bu 8 ildə dörd dəfə yaralanır. Sonuncu dəfə isə 1916-cı ildə yaralanaraq, hospitala yerləşdirilir. Bu hadisə onun Cümhuriyyət ordusunun sıralarına qatılmasına yardımçı olur. Amma bu barədə az sonra. İndi isə, Tərlan bəyin əfsanəvi general Əliağa Şıxlinski ilə görüşünü təqdim edək. 

Qeyd edək ki, o zaman hələ onların hər ikisi Çar ordusunda xidmət edirdi. Amma zaman keçəcək və iki hərbçi eyni cəbhədə-müqəddəs məram saydıqları Azərbaycan Cümhuriyyəti üçün savaşacaqdılar

Təbii ki, bu cür peşəkar və fədakar hərbçiyə Azərbaycan Cümhuriyyəti laqeyd qala bilməzdi. O, yeni qurulan orduda gündüz vaxtı çıraqla axtarılan bir peşəkar idi. 
Odur ki, 1918-ci ilin avqustunda Cümhuriyyət ordusuna çağrılan Tərlan Əlyarbəyov ikinci alayın komandir köməkçisi təyin edilir. 

Çox keçmədi ki, bu vəzifədə ilk rəşadətini də göstərdi. Denikin ordusu pərən-pərən düşüb ölkənin hər yerinə dağılmışdı. Dərbəndi tutan ağqvardiyaçılar Azərbaycana soxulmaq istəyirdilər. Tərlan bəyin Qusarda yerləşən ikinci alayı gecə-gündüz vuruşaraq düşməni Azərbaycana buraxmadı. 
Onun bu şücaəti tezliklə qiymətləndirildi; iyirminci ilin baharında Tərlan Əlyarbəyov Bakı hərbi idarə rəisinin müavini vəzifəsinə gətirildi. 

Generalın övladları sonradan ataları barəsində xatirələrin dili ilə danışıblar:

“Atamın söhbətləri yaxşı yadımdadır. Danışardı ki, 1908-ci ildə Şamaxıdakı altı illik şəhər məktəbini bitirəndən sonra Vladiqafqaza gedib kadet korpusuna daxil olmaq istəyirdim. Lakin babam Abdullanın qəfil ölümü onun hərbi məktəbə getməsinə mane olur. Atam yalnız 1910-cu ildə Tiflisə gedib Mixaylovsk hərbi piyada məktəbinə daxil olur. Atam özü haqqında çox az danışardı. Evdə də az olardı. O, daim əsgərlərin yanında olar, onların ailə həyatı ilə, güzəranı ilə maraqlanardı. Yadımdadır, atamın ölümündən sonra bizə bir jurnalist gəlmişdi. Atam haqqında yazmaq istəyirdi. Anam Lətifə xanımdan atam haqında danışmağı xahiş etdi. Anamsa, nə deyim, nə danışım, ay oğul, - dedi, - bir doyunca üzünü gördüm ki... Qonaq kimi gəlib-gedərdi. 

Anam - “Tərlan bizə gələndə belə oldu, Tərlan belə dedi”, - deyə danışanda qonşular gülərdilər. Atamı tanıyanlar - döyüş yoldaşları, dostları həmişə deyərdilər ki, Tərlan özü üçün yaşamadı, eli, obası üçün yaşadı. O, məzuniyyət, istirahət nə olduğunu bilməzdi. Onun xidmətləri Lenin ordeni, Qırmızı Bayraq ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif olundu. Doğma Şamaxıda adı abad bir küçəyə qoyuldu. Şahidi olduğum bir xatirəni heç vaxt unuda bilmirəm. Atam hərbi qulluqda idi. Anamla mən bir dəfə onun yanına getmişdik. Bizim gəlişimiz günorta vaxtına düşmüşdü. Aşpaz üç qabda yemək gətirdi. Atamın bərk acığı tutdu. Aşpazı geri çağırıb dedi: - Bunlar buraya yeməyə gəlməyiblər ki?.. Sən niyə əsgərin payından kəsib bunlara gətirirsən. Bu saat qaytar... Sonra anama “niyə nahar vaxtı gəlmisiniz?” - dedi. İllər keçib, evimizdə bir Tərlan da böyüyüb. Atamın adını daşıyan oğlum Tərlan bu il Bakıdakı Azərbaycan SSR Ali Soveti adına hərbi məktəbi bitirib, zabit rütbəsi ilə qulluğa başlayıb, babasının yolunu seçib”. 

Haqqında danışacağımız ikinci Cümhuriyyət generalı isə Səməd bəy Mehmandarovdu. ADR-in hərbi naziri olan Mehmandarov ordumuzu demək olar ki, yoxdan var etdi. Özü də bu, çox çətinliklə başa gəldi. Mehmandarov bundan ötrü çox əziyyətlər çəkdi. Bu əziyyətləri özündə əks etdirən faktlardan birini təqdim edirik:

Bu fakt əslində, Səməd bəy Mehmandarovun Cümhuriyyət paramentindəki çıxışıdır.  O qədər də uzun olmayan çıxışda Cümhuriyyət ordusunun durumu açıq-aydın öz əksini tapıb. Çıxış parlamentin 16-cı iclasında, 1919-cu il, 26 fevralda edilib: (Natiqin dil və üslubu qorunub)

“Həzarat, mən hərbiyyə nəzarətinin fəaliyyəti və səgəri işlər haqqında bir qədər məlumat verməyi lazım bilirəm. Əlbəttə heç kəs inkar etməz ki, türklər bizim millətimizə nicat verməklə bizə böyük xidmət etmişlərdir. Amma burası, onların hərəkətini tənqid etməyimizə də mane olamaz. Hərbiyyə nəzarəti Gəncəyə köçənədək bizə xəbər verdilər ki, əksər işlərimiz yaxşıdır və çoxlu yığılır, lazım olan kimi məşq verilir və ilaxır. Mən Gəncəyə belə gözəl ümüdlə getdim. Hər yeri gəzdim, qətati-əsgəriyyəmizə baxdım, fəqət, iş heç də yaxşı deyildi. Əsgərlərimiz əzgin, düşgün bir halda, yeməkləri pis, mənzilləri fəna bir halda, yorğan-döşək yox, onların çoxu xəstə idi. Xəstə əsgərlərin həpsini sağlamlarıyla dəyişməyə məcbur olduq.Qoşun yığmaq işləri yaxşı getmirdi. Rəislər və  komandanları öz vəziyyətlərindən sui-stifadə edirlərdi. Çox vaxt bir külfətin yeganə çörək gətirənini əsgər alırdılar. Bu iş də camaatı narazı salıb, qoşun yığmaqdan nifrətləndirirdi. Nuru Paşa Azərbaycandan gedərkən özü mənim yanıma gəldikdə boynuna aldı ki, əsgərlik barəsində Azərbaycan fəna bir haldadır. Məlumdur ki, Türkiyə komandanlığı başında duran adamları aldatmışlardı. Türklər gedərkən mənə bilmərrə libas verməmişlərdi. Ona görə mən əsgəri təşkilat ilə bərabər maddi cəhətdən çalışmalı idim. Nəki mümkünü idi etdim. Amma türklər külli miqdarda ərzaq şeyləri qoyub getmişlərdir. Külli miqdarda taxıl, heyvan və sair məmulat qalmışdır. Ona görə mən əmr etdim ki, əsgərlərə yarım girvənkə əvəzinə üç rüb ət, girvənkə yarım çörək əvəzinə bir rüb çörək verilsin, xörəkləri öz camaatımızın adət etdiyi kimi olub, onlara dolma, bozbaş və sairə versinlər, həftədə bir dəfə plov verilsin. Bundan əlavə əmr etdim əsgərlərə gündə 6 misqal qənd, yarım misqal çay versinlər. Qızdırma, yatalaq və sairə kimi azar olan yerlərə əsgərlərə su içməmək üçün 9 misqal qənd verilir. Libas məsələsi daha da fəna idi. Gürcüstan hərbiyyə nazirinə kağız yazdım ki, libas məsələsində mənə kömək etsin, mütəəsifanə bir şey çıxmadı. İndi Gürcüstan hökuməti nəzdində siyasi nümayəndəmiz Cəfərovun yanında pulumuz və adamlarımız var ki, parça alsınlar. Bundan əlavə Şuşadan fabrikada yaxşı əsgəri libasa yarar parça toxunur. haman fabrika ilə müqavilənamə bağlamışıq. Orada külli miqdarda yararlı parça əldə etdik. Bu surətlə bu məsələ də hüsnü-həll olunacaqdır. Əlbəttə, möcüzə göstərmək olmaz. Amma nəki mümkündür edəcəyəm. Hal-hazırda hərbiyyə nəzarəti smetasının bir qismini təqdim etmişdir. Bütün smeta martda təqdim ediləcəkdir, çünki ərzaq nəzarəti ambarlarında olan şeylərin miqdarını təyin etmək lazımdır. Hərbiyyə nəzarətinin təhti-idarəsində bu saat 3 ambar var: Hacıqabulda, Gəncədə və Ağdamda. İndi hökumətin qərarladrına görə ərzaq nəzarəti ixtiyarında olan sair ambarların da həpsi hərbiyyə nəzarətinə veriləcəkdir. Ona görə ərzaq mövcudiyyətinin tamamilə hesablamalıdır. Mən ümdə diqqətimi əsgər yığmaq işlərinə verdim. Bu vaxtadək əsgər alınmalı, olanların siyahısı tərtib verilmişdi. Hər yerdə kasıblar əsgər alınırdılar. Hər yerdə qoşun içində bir dövlətli ya bəy, ya xan oğlu görmədim. Ona görə əmr etmişəm əsgər düşənlərin siyahısı tutulsun və bir surəti hərbiyyə nəzarətinə göndərilsin, tainki yığılanlara diqqət verək. 
Hal-hazırda 6 ilin əsgəri silah altına çağırılır. Amma güman edirəm ki, bu ilin axırında daha buna ehtiyac olmayacaqdır. Ancaq 2 ilin, yəni 19 və 20 yaşıdları yığmaq kifayət edəcəkdir. Əsgərlikdən qaçmaq məsələsinə gəlincə, bu da deyilən kimi olmayıb, o qədər də layiqi-əhəmiyyət deyildir. Hər yerdə mükəlləfiyyati-əskəriyyət tətbiq olunanda belə şeylər olur. Məsələn, 1888-ci sənə mükəlləfiati-əskəriyyə qanunu ermənilərə və gürcülərə təmsil ediləndə çox adam əsgərlikdən qaçırdı. hələ indi də qaçan çoxdur. Bizdə də çox adam qaçırdı, fəqət, əksilməmişdir. Bu da tədriclə olar. Gəncədə son zamanlar bir adam qaçıb. Əhali özü qaçanlara nifrət edir və hətta çox vaxt olmuşdur ki, əsgərlikdən qaçanı döyüb, sonra geri gətirmişlərdir. Güman var ki, müsəlmanlarda olan fitri nizam və ədəbə görə vaxtı ilə heç kəs qaçmayacaqdır. Qətəati əsgəriyə barəsində məni bağışlayın, əsgəri sirləri açıq danışmazlar”.

MODERATOR.AZ 


Krımın Rusiya tərəfindən işğalının 5 ili tamam olur - Ukraynanın baş diplomatı Kremli ifşa etdi...
MHP başqanı İbad Hüseynlini qəbul etdi: "Qapımız hər zaman üzünə açıq..."
Ev tapşırıqlarını yazdırmaq üçün robot aldı - MARAQLI
Məşhur moda markasının yeni dizaynı dünyanı ayağa qaldırdı: "İntihar dəb ola bilməz"
Mir Cəfər Bağırovun ölümündən 60 il sonra basdırıldığı qəbir - FOTOLAR - VİDEO
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Təyyarədəki sərnişin bir anda ayağa qalxıb şalvarını çıxardı - FOTOLAR
Cəmiyyət
"O qədər biabırçı vəziyyətdə oxuyan müğənnilər var ki, Afət də onlardan biridir”
Gündəm
Mülki insanları qorumağa getdilər, məlum oldu ki, özlərinin müdafiəyə ehtiyacı var: RÜSVAYÇILIQ!
Maraqlı
Məşhur tarixi abidənin sirri açıldı...
Şou-biznes
"Xalqın ona çox ehtiyacı var" - Mənsum İbrahimov
Həftənin ən çox oxunanları
“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular...”
Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
“Vertolyotla Yevlağa kimi pul səpəcəm....- Başınız qarışacaq pul yığmağa..."
Saakyan atası azərbaycanlı olan generalı  xüsusi nümayəndə təyin etdi...-FOTOLAR
Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?..
"Əgər ANS yenidən açılarsa və fəaliyyət göstərdiyi ilk 15 ildəki ANS olarsa..."
“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF
Vergilər Nazirliyini "ağ gün"ə çıxardı, indi də əmanətləri sığortalayacaqmış...
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO
"Çeçenlər qardaşlarımızdır və Çeçenistanda da xalqım haqda eyni fikirləri səsləndirirlər”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə