Xəbər lenti
25/03/2019 [07:38]:
“O qədər xərçəng xəstələri olub ki,  sağlam ruha malik olduqlarından sağalıblar...”
25/03/2019 [00:44]:
Ovsunlayıcı kəşf: Bu günə qədər görülməyib...
25/03/2019 [00:21]:
Budapeştdə yaşayan azərbaycanlı cəmiyyət rəhbəri...
25/03/2019 [00:21]:
Minlərlə insan axın etdi: Festivaldan maraqlı görüntülər
24/03/2019 [23:58]:
Bütün dünyanın müzakirə etdiyi polis: Baş örtüyü və qəmgin halı ilə diqqət çəkdi...
24/03/2019 [23:39]:
25 nəfərin öldüyü yanğın daha bir cinayətin üstünü açıb - qaçırdığı qadını öldürmək istəyib...
24/03/2019 [23:33]:
Əfqanıstanda terror hücumu: ölənlər var
24/03/2019 [23:31]:
İranda Ali dini liderin də xalq tərəfindən seçilməsi təklif olundu
24/03/2019 [22:37]:
Putin Nazarbayevin istefa verəcəyini əvvəldən bilirmiş...- Peskov etiraf etdi
24/03/2019 [22:27]:
Soçidə təyyarəni ildırım vurdu
24/03/2019 [22:21]:
Bütöv Azərbaycan Ocaqları bayraq aksiyasına start verdi
24/03/2019 [22:17]:
"Bu cür iddialar və iftiralar sırf şəxsi qərəzdən qaynaqlanır"
24/03/2019 [22:12]:
Mart ayı üzrə sosial yardımlar tam ödənildi
24/03/2019 [21:46]:
Sabirabadda “Mercedes” motosikleti vurdu
24/03/2019 [21:27]:
Qurban Qurbanov: "Neftçi"nin çempion olacağına dair mənə heç nə deyilməyib"
24/03/2019 [21:22]:
Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi
24/03/2019 [21:20]:
Dağıstanda kütləvi zəhərlənməyə dair cinayət işi qaldırıldı
24/03/2019 [21:17]:
Futbol millilərimiz ərəblərə uduzdu - FOTO
24/03/2019 [21:04]:
Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür
24/03/2019 [20:58]:
Trampın Colan yüksəklikləri barədə qərarının tarixi açıqlandı
24/03/2019 [20:55]:
Myanmada partlayış: 16 ölü, 48 yaralı
24/03/2019 [20:52]:
Keçmiş məhbəs yoldaşları Əli İnsanovla görüşdü - FOTO
24/03/2019 [20:28]:
Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı
24/03/2019 [20:26]:
Amerikalılar tarlanın ortasında pivə dolu soyuducu tapdılar – FOTO
24/03/2019 [20:23]:
Necati Şaşmaz: “Hər zaman keşikdəyik”
24/03/2019 [20:21]:
Nazarbayevin qızı əlil uşaqları təhqir edib: “O eybəcərləri…” -VİDEO
24/03/2019 [20:06]:
Paşinyan Gürcüstanın baş naziri ilə bir araya gəldi
24/03/2019 [20:03]:
Göyçayda 24 yaşlı oğlan komaya düşərək öldü
24/03/2019 [19:59]:
Üç uşaq atası biləndə ki, o əvvəldən dölsüzdür, arvadını...
24/03/2019 [19:44]:
Canlı yayımda dua oxuyan keşiş bıçaqlandı - VİDEO
24/03/2019 [19:37]:
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24/03/2019 [19:26]:
Bakı Parisdən böyükdür, amma... - FOTO
24/03/2019 [19:19]:
Sərhəddə “siqaret əməliyyatı”
24/03/2019 [19:08]:
Gözəl rəngli, dözümlü, sahibinin etibarlı yoldaşı - dünyanın ən qiymətli cinslərindən olan Qarabağ atları
24/03/2019 [18:58]:
Nikola Yurçeviç: "Razıyam, Litva Xorvatiya deyil"
24/03/2019 [18:42]:
Bazarda naziri butulka ilə vurmaq istəyən şəxs saxlanıldı
24/03/2019 [18:35]:
Azərbaycan yığması Nikola Yurçeviçin rəhbərliyi altında ilk ev oyununu keçirəcək
24/03/2019 [18:06]:
Yerə maqnit qasırğası yaxınlaşır
24/03/2019 [18:02]:
Tarkan 5 milyondan imtina etdi - FOTO
24/03/2019 [17:51]:
Bakıda dənizə düşən şəxs xilas edildi
24/03/2019 [17:43]:
Botsvanada həyat yoldaşını öldürmək istəyən pilot təyyarəni evinə çırpdı- VİDEO
24/03/2019 [17:15]:
Cazibədar xanım sevgilisi ilə sevişərkən səhvən canlı yayım açdı - FOTOLAR
24/03/2019 [17:12]:
Yasamalda avtomobil yandı
24/03/2019 [17:02]:
Keçmiş prezident evini 80 dollara kirayəyə verir - Hətta həyətdəki meyvə-tərəvəzlərdən də dadmaq olar
24/03/2019 [16:40]:
Rusiyada səkkiz ton balıq yollara səpildi - VİDEO
24/03/2019 [16:26]:
Azərbaycanlı icra başçısı vəzifəsinə namizəd oldu
24/03/2019 [16:20]:
Azərbaycanlı şair: "Oğlumu tabutuma yaxın qoymayın"
24/03/2019 [16:15]:
Sərnişin qatarlarının gizli üzü: intim məkan, həzzin pik həddi və daha nələr – FOTOLAR
24/03/2019 [16:05]:
Bakıya gələn qatarı Türkiyədə bəy-gəlin qarşıladı - VİDEO
24/03/2019 [15:57]:
Sakinlər Xoşqədəmin verilişinə çıxan qadını qınadı: “Ərini axtarmaq əvəzinə evinin təmiri üçün kömək istəyərdi...” -FOTO
24/03/2019 [15:30]:
Əli İnsanov hələ 2005-ci ildə İlham Əliyevdən bağışlanmasını istəyib – FAKT
24/03/2019 [14:21]:
Afrikada "İdai" qasırğası nəticəsində 761 nəfər ölüb - FOTO
24/03/2019 [14:18]:
Gəncədə kran aşdı, fəhlə beton blokun altında qaldı - FOTO
24/03/2019 [14:16]:
Zakir Həsənov ABŞ-a gedəcək
24/03/2019 [13:40]:
Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğradı: ölən və yaralananlar var
24/03/2019 [13:38]:
Hava dəyişir: yağış, qar yağacaq
24/03/2019 [13:36]:
Azərbaycanlı tələbələr təhsillərini Çexiyada davam etdirirlər
24/03/2019 [13:22]:
Aydın Xırdalanlı son mənzilə yola salınır - FOTOLAR
24/03/2019 [13:20]:
Pakistanda “Yaşasın Azərbaycan” sədaları - VİDEO
24/03/2019 [12:36]:
ATV-nin aparıcısının evinə oğru girdi - 37 minlik ziyan
24/03/2019 [12:34]:
Norveç sahillərində qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib, xəsarət alanlar var - FOTO+VİDEO
24/03/2019 [12:17]:
80 və 73 yaşlı qocalar bank yardı - Evindən marixuana plantasiyası çıxdı-VİDEO
24/03/2019 [12:15]:
104 yaşlı qadını öz xahişi ilə həbs etdilər – VİDEO
24/03/2019 [12:03]:
Aygün Səmədzadənin əsərləri Türkiyədə canlanma və coşqu yaratdı… – FOTO
24/03/2019 [11:57]:
Şirin içkilərin təhlükəsi aşkarlandı
24/03/2019 [11:54]:
ABŞ Ədliyyə Nazirliyi məhkəməyə verildi
24/03/2019 [11:49]:
Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı
24/03/2019 [11:33]:
Kitab kimi ömür yaşayan 82 yaşlı qadın - FOTO
24/03/2019 [11:29]:
Azərbaycan şəhərində Qarabağı Ermənistan ərazisi kimi göstərən fleşmob keçirildi-FOTO+VİDEO
24/03/2019 [11:21]:
İlham Əliyev Yunanıstan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
24/03/2019 [11:20]:
Yüz yaşlı təhlükəsizlik keşikçiləri - VİDEO
24/03/2019 [11:17]:
Nanədən illər sonra etiraf: "Türkiyədə məni…"
24/03/2019 [11:15]:
Doğulduğu gün çəkisiylə dünyanı şoka salan adam indi polisdə işləyir - FOTOLAR
24/03/2019 [11:06]:
"Erməni konyakı"nın müəllifi ermənilər yox, Azərbaycan almanlarıdır - ALMAN ALİMDƏN ŞOK İDDİA
24/03/2019 [10:48]:
“Pəncəli dünyaya gələn gün kəndimizə bir metr hündürlüyündə qar yağdı…”- Əmisinin xatirəsi…
24/03/2019 [10:31]:
Omar Momanidən Ramil Şeydayevin qoluna karikatura - FOTO
24/03/2019 [10:27]:
Ərdoğandan CHP-li namizədə sərt sözlər
24/03/2019 [10:22]:
Ermənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozdu
24/03/2019 [10:20]:
Azərbaycanın Xəzərdə balıq ovu kvotası 33 faiz azaldılıb
24/03/2019 [10:16]:
Paytaxtın Xəzər rayonuna elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Bütün arxiv bir sırada
24/06/2018 [12:06] - Müsahibə - ( 3519 dəfə baxılıb)

"Estrada oxuyanlar Şur dəstgahını ifa edə bilməzlər, heç onu bilmirlər də..."



Azərbaycan musiqisini dünyada yüksək səviyyədə tanıdan ifaçılardan biri də Qoçaq Əsgərovdur.

 Avropanın və dünyanın bir çox ölkələrində Azərbaycan musiqisi deyiləndə ağıla gələn ilk ifaçılardan biri də məhz bu gözəl səsli xanəndəmiz olur. 

Beləliklə, Azərbaycanın əməkdar artisti Qoçaq Əsgərovun Moderator.az üçün verdiyi müsahibəni oxuculara təqdim edirik. 

- Qoçaq müəllim, saytımızın kollektivi adından öncə sizi əməkdar artist adı almağınız münasibətilə təbrik edirik...

- Çox təşəkkür edirəm. Mən də fəxri ada layiq görüldüyüm üçün Prezidentimiz İlham Əliyev cənablarına, birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm.
  
- Dinləyicilər sizi muğam müsabiqəsi sayəsində tanıdılar...

- Muğam müsabiqəsində iştirak etməsəydim, mən bugünki uğurlara sahib ola bilməzdim. Karyerada əldə etdiyim nailiyyətlərin səbəbi vaxtilə muğam müsabiqəsində iştirakım olub. Bu faktı heç bir zaman dana bilmərəm. 
  
- Qeyd etdiyimiz müsabiqənin digər iştirakçılarından fərqli olaraq siz dünya səviyyəsində tanındınız...

- İlk növbədə qeyd edim ki, dünya səviyyəsində tanınmaq, Avropa dinləyicisini əldə etmək çox çətindir. Musiqidə elə anlar, elə duyumlar var ki, onları Avropada dinləyicilərə eşitdirmək olmaz, çünki qeyd etdiyim tərzdə eşitdirsəydim  onlar heç vaxt məni qəbul edib dinləməzdilər. Onların musiqi ilə bağlı istəkləri tam fərqlidir. Düşünürəm ki, mən zamanında onların nə istədiklərini anladım və buna əməl edə bildim.
  
- Avropa dinləyicilərinin musiqi baxımından istəyi nədir ki?

- Qeyd edim ki, bizdə nə qədər zil səslə oxusan da dinləyici yorulmur, əksinə daha gözəl qəbul olunur. Avropada isə zil səsə çox üstünlük verə bilmərsən, onu elədiyində də mənası olmalıdır. Yəni deməyim odur ki, sən orda yerli -yersiz zil səslə oxuya bilmərsən. Onlar sənə sual verə bilərlər ki, burda nə üçün belə oxudun. Buna görə də düşünürəm ki, Avropa səhnəsinə çıxmaq əslində mənim üçün, sənətim üçün də müsbət hal oldu. Belə ki, mən də dünya musiqisi ilə təmasda olaraq, dünya musiqiçiləri ilə əlaqədə olaraq, onların musiqisini özüməməxsus formatda öz ifamda tətbiq etdim.
  
- Muğam müsabiqələrində sizinlə yanaşı, gözəl səsli ifaçılar da var idi. Düşünmüsünüz ki, nə üçün məhz mənə belə bir təklif gəldi, şərait yaradıldı?

- Təbii ki, buna vasitəçi insanlar olub. Sənubər xanım mənə çox kömək edib. Ancaq o mənimlə yanaşı, bir çox xanəndələrimizi, aşıqlarımızı, musiqiçilərimizin ifalarını Avropaya təklif edib. O özü də hər dəfə etiraf edir ki, Qoçağın ifasını ilk dəfə mən BBC - 3 radiosuna təqdim etdim. Ancaq onlar məhz məni seçiblər, mənim ifamı dinləmək istəyiblər. Özünüz də bilirsiniz ki, dünyanın inkişaf etmiş ölkələrində heç kimə nə isə məcbur etmək olmur, onların özünə xoş gələn, daha doğrusu özlərinə sərf edəni hər zaman seçirlər.Yəni ingilis düşünürsə ki, bu insandan maddi gəlir əldə edə bilər, uğur qazana bilər, o həmin insana, həmin işə sərmayə də yatırır.
  
- Bir çoxları düşünür ki, toyda ifa etmək xanəndəni püxtələşdirir...

- Mən bu fikirlə razı deyiləm. O sənətkarların dediyi toylar artıq yoxdur. Zamanında Bakının kənd toyları, Qarabağ toyları olub ki saatlarla muğam ifa ediblər, gözəl musiqilər səsləndiriblər. Ancaq bugünün toyları heç bir zaman məktəb ola bilməz. Düşünürəm ki, içki olan məclisdə ciddi musiqidən söhbət gedə bilməz. 
  
- Siz özünüz toylara ifa üçün dəvət alırsınız?

- Düzünü desəm, dəvətlər çox olur. Ancaq mən çalışıram ki, toylara çox da getməyim. Hətta bəzən elə qiymət deyirəm ki, məni toya dəvət etməsinlər. 
  
- Bir çox xanəndələr Opera və Balet Teatrının solistidir. Sizə də təklif olunubmu burada işləmək?

- Düzünü deyim ki, heç o haqda düşünmürəm də. Mənim o qədər vaxtım da olmur ki, Opera və Balet Teatrında çalışım. Orada dostlarım işləyir. Onların tamaşasına gedirəm, izləyirəm, çox böyük zövq alıram. Dostum Səbuhi İbayevin tamaşalarına hər zaman gedirəm. 
  
- Pedoqoji fəaliyyət haqqında düşünürsünüz?

- Bir ingiltərəli xanıma, bir də fransız bəyə muğam dərsləri demişəm. Həmin xanım indi Soas Universitetində təhsil alır. Ancaq sırf pedoqoji fəaliyyət haqqında hal hazırda düşünmürəm. Çünki buna hələ vaxtım yoxdur. Düşünürəm ki, gələcəkdə pedoqoji fəaliyyətlə məşğul ola bilərəm.
  
- Fransız bəy muğamı öyrənə bildi?

- O özü əslində Şərq musiqisini gözəl bilir. Ancaq Azərbaycan musiqisini ən yüksəkdə tutan bir insandır. Özü caz ifaçısıdır. İndi özü də sərbəst olaraq Rast, Bayatı- Şiraz muğamını, xalq mahnılarımızı ifa edə bilir. Bizim sözlərin tələffüzündə müəyyən səhvlər olur, bu da anlaşılandır. Mən özüm də Fransa musiqisi ifa etsəm məndə də müəyyən səhvlər olar.
  
- Muğam ifa etmək üçün mütləq zil səs lazımdır?

- Bu fikirlə razı deyiləm ki, muğamı ifa etmək üçün mütləq zil səsdən istifadə etməlisən. Muğam özü bir fəlsəfədir. Bəzi yerlərdə zil səs lazımdır. Yəni zil səsə pillələrlə qalxırsan və sonda sakitliklə bitirirsən. Zildən dinləyicini ektrans vəziyyətə salmaq üçün istifadə edirsən. Hər dəqiqə zil səslə oxuyub dinləyicini yormaq olmaz. 
  
- Bəzən estrada ifaçıları da muğam ifa edir...

- Hər hansı muğamın balaca bir şöbəsini ifa etmək o demək deyil ki, sən muğamı sırf bilirsən. Bu ifaçılara həvəskar kimi baxıram. Onlar muğam ifaçısı, xanəndə ola bilməzlər. Estrada oxuyanlar Şur dəstgahını ifa edə bilməzlər, heç onu bilmirlər də. Yəni sözüm odur ki, pis baxmıram. O da Azərbaycanlıdır, marağı, həvəsi var oxuyur. 
  
- Ümumiyyətlə janr dəyişikliyinə necə baxırsınız?
Buna pis baxmıram. Mən də vokalistlərin ifasını bəyənirəm və o janrı çox sevirəm. Ancaq özüm üçün ifa edə bilərəm, cəmiyyət üçün yox. Yəni cəmiyyət üçün oxusam özüm üçün yaxşı alınmaz. 
  
- Hal hazırda səfərə hazırlaşırsınız...

- Bəli, Cenevrədə konsertim var. Fransız ifaçı ilə böyük bir festivalda çıxış edəcəyik.
  
- Dövlət dəstəyi ilə iştirak edirsiniz?

- Xeyr, bu festivalı təşkil edənlər özləri ifamızı bəyənib və təklif ediblər. Buna görə də bütün xərclər təklif olunan tərəfdən çəkilir və sözsüz ki, qonorar da alırıq. Təbii ki, hər bir ifaçı kimi bizim də öz tələblərimiz olur. 
                                                                       
Lalə Novruzlu

Ovsunlayıcı kəşf: Bu günə qədər görülməyib...
Minlərlə insan axın etdi: Festivaldan maraqlı görüntülər
Bütün dünyanın müzakirə etdiyi polis: Baş örtüyü və qəmgin halı ilə diqqət çəkdi...
Canlı yayımda dua oxuyan keşiş bıçaqlandı - VİDEO
Moskvada Üzeyir və köməkçisini "yun" kimi çırpdılar: Rəqsanənin restoranında...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Putin Nazarbayevin istefa verəcəyini əvvəldən bilirmiş...- Peskov etiraf etdi
Dünya
Necati Şaşmaz: “Hər zaman keşikdəyik”
Cəmiyyət
Kitab kimi ömür yaşayan 82 yaşlı qadın - FOTO
Araşdırma
Lütfi Zadənin qeyri-adi uşaqlıq çağları- Nadir fotolar və xatirələr
Dünya
"Sən kimsən ki, bir metr irəli gəlmisən? İşdən qovuldun!" -VİDEO
Həftənin ən çox oxunanları
"Telmandan soruşdum ki, bəs Monika Belluçi nə edəcək, dedi ki, o sadəcə..."
Putinə "ilişən" 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər...
Uşaq pulunun bərpası ilə bağlı yayılan xəbərlərə - Nazirlikdən reaksiya
Baş məhbus azad olunmadı, O əfv gözləmir və heç kimi əfv etmir...
“İşıq və qaz limiti yaradıb əhalinin bu dərəcədə narazı salmaq düzgün deyil”
“Aprel döyüşlərini Rusiya Qarabağda qoşunlarını yerləşdirmək məqsədi ilə başladıb…”
"Ağıl öyrənmək istəsəydi, 15 il əvvəl məni dinləyərdi..." - Əli Nağıyevdən Əli İnsanova irad
Nazarbayevin varisləri: Boşanmış qızı, general qardaşı oğlu, 52 yaşlı kürəkəni, yoxsa nəvəsi?
Üç uşaq atası biləndə ki, o əvvəldən dölsüzdür, arvadını...
“Bir də ayılacağıq ki, Tramp deyir: "Qarabağı Ermənistan ərazisi kimi tanımaq lazımdır"...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə