Xəbər lenti
21/09/2018 [10:08]:
Qənirə Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
21/09/2018 [09:59]:
Sevil Nuriyeva həyat yoldaşının vida mərasimində - FOTO
21/09/2018 [09:53]:
“Azərbaycan” sözünə görə 10 övlad dünyaya gətirdilər - VİDEO
21/09/2018 [09:49]:
Tatar çölü Rusiya: Kazandan tarixi-infantil foto-reportaj
21/09/2018 [09:46]:
Uşaq verilişində qalmaqal: Obrazlar homoseksual imiş - FOTO
21/09/2018 [09:39]:
Ruhaninin Trampla görüş istədiyi məlum olub
21/09/2018 [09:32]:
“Qu quşu ömrü yaşayırdı...” - QIZI NURƏNGİZ GÜNDƏN DANIŞDI
21/09/2018 [09:28]:
Ermənilər cəbhənin bütün istiqamətində təxribat törətdi
21/09/2018 [09:27]:
Vyetnam prezidenti vəfat etdi
21/09/2018 [09:22]:
“Bu körpələrin aclıqdan ağlamağa da taqəti qalmayıb” - Günümüzün “Aşura”sı…
21/09/2018 [09:19]:
Qoruqda ov etmək istədi
21/09/2018 [09:18]:
Eks prezidentliyə namizəd psixi ekspertiazaya göndərildi - İNANILMAZ...
21/09/2018 [09:18]:
“Facebook”un işində problem yarandı
21/09/2018 [09:17]:
Hüsnü Mübarəkin oğulları azadlığa buraxıldı
21/09/2018 [08:52]:
Bakıda dünya çempionu olan 17 yaşlı gözəl... - Fotolar
21/09/2018 [08:50]:
Etimad İsmayılovun nəşi Bakıya gətirildi -FOTOLAR
21/09/2018 [08:46]:
42 yaşlı milyarder Aya uçan ilk turist olacaq
21/09/2018 [08:44]:
Telman İsmayılovun qardaşı oğluna 2 aylıq həbs verildi
20/09/2018 [23:55]:
Start “11-lik”: Rəşad Sadıqov heyətə salınmadı
20/09/2018 [23:35]:
“Vaxtilə ermənilərlə əməkdaşlıq etmiş adamların da adları açıqlanmalıdır”
20/09/2018 [23:31]:
Məmurdan 1-ci qrup əlilə heyrətamiz məsləhət: "Premium" benzini götürməyi unutmayın..."
20/09/2018 [22:56]:
Binəli Yıldırım Bakıya gəlib
20/09/2018 [22:49]:
Tağıyevin Balkan müharibəsindəki gözəl jesti – Növbəti Azərbaycan-Türkiyə qardaşlığı...
20/09/2018 [22:30]:
UNEC Bakı Fond Birjası ilə memorandum imzalayacaq
20/09/2018 [22:13]:
Beriyanın edamından bəhs edən “canlı” sənədlər, heyrətamiz faktlar - GİZLİ TARİX
20/09/2018 [22:12]:
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
20/09/2018 [21:56]:
Gürcüstanda 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb
20/09/2018 [21:44]:
Orxan Gəncəbay yenə xəstəxanaya yerləşdirildi
20/09/2018 [21:41]:
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
20/09/2018 [21:09]:
Deputatdan Meriyaya ciddi İTTİHAM - Yığılan pullar kimlərin cibinə AXIR?..
20/09/2018 [21:08]:
İlyas İsmayılovun qətlə yetirilən oğlu ilə vida mərasimi keçirildi
20/09/2018 [20:47]:
Avropa Birliyi “Facebook”a ultimatum irəli sürdü
20/09/2018 [20:16]:
“Google” Türkiyəyə 15 milyon dollar ödəyəcək
20/09/2018 [20:03]:
Qarabağ azad edilsə, rayonlarda iş olsa... - Bakı da tıxaclardan azad olacaq...
20/09/2018 [19:54]:
Etimad İsmayılovu qətlə yetirən danışdı - Təfərrüat
20/09/2018 [19:40]:
Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - İLK DƏFƏ
20/09/2018 [19:37]:
Bakıda dəhşətli yol qəzası - 4 nəfər öldü
20/09/2018 [19:06]:
Sabah bu qəsəbələrdə su olmayacaq
20/09/2018 [19:04]:
Birinci vitse-prezident NATO baş katibinin müavinini qəbul etdi - FOTOLAR
20/09/2018 [19:00]:
Elnur Məmmədlinin qohumu medalın bir addımlığında uduzdu
20/09/2018 [18:59]:
Şəhriyar Məmmədyarov ata oldu – FOTO
20/09/2018 [18:35]:
“Mən rüşvətxor məmurlara qarşı mübarizə aparanda ağız-burun əyirlər...”
20/09/2018 [18:34]:
İstanbulda Azərbaycan məktəbi dərslərə belə başladı- VİDEO
20/09/2018 [18:13]:
Arvadını boğan ər hakim qarşısında - Başqa kişi ilə mesajlaşırmış...
20/09/2018 [18:09]:
Prezident NATO baş katibinin müavinini qəbul edib
20/09/2018 [17:52]:
“DTX-nın bu addımı erməni terrorizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir”
20/09/2018 [17:48]:
Yeni açılan məktəbdə sıxlıq yarandı - Şagirdlər dərsə gedə bilmir
20/09/2018 [17:43]:
Medvedev çətin illərlə bağlı xəbərdarlıq etdi
20/09/2018 [17:02]:
Etimad İsmayılov sabah Nardaranda dəfn olunacaq
20/09/2018 [17:00]:
Heç vaxt xərçəng olmayan türk tayfasının sirri - FOTOLAR
20/09/2018 [16:58]:
Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi
20/09/2018 [16:48]:
Tramp Paşinyanla görüşməyəcək
20/09/2018 [16:45]:
Merkel və Putin Suriyanı müzakirə edib
20/09/2018 [16:45]:
“Cəhalətin qarşısını yalnız elmlə, savadla almaq olar”
20/09/2018 [16:14]:
Azərbaycan XİN ATƏT-ə çağırış etdi
20/09/2018 [16:12]:
Ronaldunun bacısı: " Qardaşımı məhv etmək istəyirlər"
20/09/2018 [15:50]:
ADPU-nun Filologiya fakültəsinə yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüş keçirildi
20/09/2018 [15:45]:
Güləşçimiz erməni üzərində qələbə qazanıb çempion oldu
20/09/2018 [15:42]:
Qanunsuz ov edən şəxs cərimələndi
20/09/2018 [15:28]:
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
20/09/2018 [15:24]:
NATO Qarabağda müharibəyə qarşıdır
20/09/2018 [15:06]:
50 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlandı
20/09/2018 [14:53]:
Polşalı mütəxəssis tələbələrimizə seminar keçdi
20/09/2018 [14:51]:
Prezident Ramil Usubovu mükafatlandırdı - FOTO
20/09/2018 [14:50]:
MMP İdarə Heyəti toplandı
20/09/2018 [14:49]:
“Ailəmdən vacib heç nə yoxdur...” - Safura
20/09/2018 [14:47]:
“Təyyarənin Soçi razılaşmasından sonra vurulması təxribat versiyasını ağıllara gətirir”
20/09/2018 [14:44]:
Ermənistanın baş naziri ölkəni xaosa sürükləyir...
20/09/2018 [14:37]:
Rusiya “İl-20” təyyarəsini vurmuş suriyalıları həbs etdi
20/09/2018 [14:34]:
Fuad Ələsgərov: “18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib”
20/09/2018 [14:29]:
Arıçılara hər pətəyə görə subsidiya veriləcək
20/09/2018 [14:28]:
Azərbaycanlı Rusiyada deputat oldu -FOTOLAR
20/09/2018 [14:26]:
DTX ermənilərlə bağlı arxivləri açdı - MÜHÜM SƏNƏDLƏR
20/09/2018 [14:20]:
Səngəçal və Goran stansiyalarında 17 ədəd yoldəyişən qurğu dəyişdirilir
20/09/2018 [14:19]:
Putinin hərbi blokundan Ermənistan rəhbərliyinə cavab verdi
20/09/2018 [14:17]:
Etimad İsmayılovu öldürən Dəmirovun Sabirabadda qohumu qalmayıb
20/09/2018 [14:00]:
Ebru Amerikaya 2-ci dəfə ana olmaq üçün gedib
20/09/2018 [13:58]:
Etimad İsmayılovun cənazəsi bu axşam Bakıya gətirilir
20/09/2018 [13:54]:
Şeyx: " Zəncir vurmağa İmam Hüseyn də razı olmazdı"
20/09/2018 [13:50]:
Ermənistanın sərhəd rayonunun sakinləri ayağa qalxdı... - Paşinyanla görüş tələb edilir...
Bütün arxiv bir sırada
24/06/2018 [12:55] - Mədəniyyət - ( 5296 dəfə baxılıb)

Nəcəf Nəcəfovun qeyri-adi jurnalist fəaliyyəti - NƏSİMAN YAQUBLUNUN YAZISI



Bu gün Azərbaycan milli –azadlıq hərəkatının və müstəqil mətbuatımızın əsasını qoyan şəxsiyyətlərdən olan Nəcəf Nəcəfovun doğum günüdür.Bu münasibətlə yeni nəşr etdirdiyim “Azərbaycan Milli Azadlıq Hərəkatı ensiklopediyası” kitabımdan N.Nəcəfovla bağlı məlumatları oxucuların diqqətinə çatdırıram.
             
NƏCƏF  NƏCƏFOV(1955-  1999)

1955-ci ildə Bakı şəhərində doğulub. 1986-cı ilin yazında Azərbaycan LKGİ MK-nın  (Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitənin) orqanı olan “Molodyoj Azerbaydjana” qəzetinə Baş redaktor təyin edilib. Qısa bir zamanda qəzet ümumrespublika əhəmiyyətli mətbuat orqanına çevrilib.
Bir redaktor kimi obyektiv və sərt mövqeli yazıları qəzetdə çap etdirməsi Azərbaycan KP MK rəhbərliyini narazı salıb. 1988-ci ilin noyabrında Azərbaycan KP MK-nın büro iclasında o, işdən azad edildi.
1989-cu ildə N. Nəcəfov AXC Təşəbbüs Mərkəzinə qoşulur, fəallıq göstərir.
“Azadlıq” qəzetinin ilk sayı 1989-cu ilin dekabrın 24-də çıxdı. Qəzetin redaktoru N. Nəcəfov  bir qrup jurnalistlə nömrənin maketini  hazırladı, məqalələri redaktə etdi, Əhmədlidəki 4 saylı mətbəədə iki gecə çalışdı. “Azadlıq” qəzeti 200 000 (iki yüz min) tirajla nəşr edilməyə başladı.
Bir müddət sonra N. Nəcəfov AXC-nin rusdilli nəşrinin yaradılmasını vacib sayıb “Azadlıq”   qəzetinin rus dilində də nəşrinə nail olur. 
“Turan” informasiya agentliyinin də təsisçilərindən biri N. Nəcəfov idi.
AXC hakimiyyətə gəldikdən sonra N. Nəcəfov əvvəlcə Prezidentin Mətbuat katibi, sonra isə müşaviri oldu. 1993-cü ilin yazında o, dövlət katibi vəzifəsinə təyinatdan imtina etdi, mayda isə müşavir vəzifəsindən istefaya getdi.
O, bir müddət ARDNŞ-də (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ictimaiyyət və xarici neft kampaniyaları ilə əlaqələr üzrə vitse-prezident işlədi. Həmin ilin iyununda isə o, təmsil olunduğu AXC hökumətinin üzvləri ilə birlikdə istefaya getdi.
1993-cü ildə “Azadlıq” qəzetinə redaktor müavini təyin olundu. Bir qədər sonra fikir ayrılığı üzündən qəzetdə parçalanma oldu. N. Nəcəfovun dövründə redaksiyaya gəlmiş bir neçə əməkdaş qəzeti tərk etdi.
1994-cü ildə qəzetin redaktoru dəyişdirildi.
Həmin dövrdə AXC daxilində keçmiş qvardiya ilə yeni nəsil arasında fikir ayrılıqları da meydana çıxmışdı. N. Nəcəfov isə mətbu orqanın siyasi liderlərin kəskin nəzarəti altında olmasına razı deyildi.
Onun öz yaratdığı “Azadlıq” qəzetində çalışması artıq mümkün deyildi.
1995-ci ildən başlayaraq o, “Molodyoj Azerbaydjana”dan olan keçmiş həmkarları ilə birlikdə yeni gündəlik qəzetin nəşri  məsələsini müzakirə edirdi. O, qəzetin ilk sayını 2000-ci il yanvarın 1-də buraxmaq istəyirdi. Lakin xəstəliyi buna imkan vermədi. 
N. Nəcəfov 1999-cu ilin 17 dekabrında dünyasını dəyişdi.





              N.NƏCƏFOVUN ƏSASINI QOYDUĞU
                          “AZADLIQ”  QƏZETİ

Azərbaycan Xalq Cəbhəsinin qəzeti kimi nəşrə başlayan “Azadlığ”ın ilk sayı 1989-cu ilin dekabrın 24-də çap edildi. “El gücü - sel gücü” şüarı ilə çap edilən bu qəzetin Baş redaktoru Nəcəf  Nəcəfov idi. Qəzet Azərbaycan SSR Dövlət Mətbuat Komitəsinin 4 saylı mətbəəsində çap edilmişdi. Qəzetin ilk sayının ümumi tirajı 200 min idi. Qeyd edilirdi ki, qəzet həftədə bir dəfə - cümə axşamları çıxmalı idi. Qəzetdə belə bir maraqlı məlumat verilmişdi: “Redaksiyanın hazırda nə yeri var, nə də telefonu. Ona görə də bizə yazmaq istəyənlərə bu ünvanı veririk: 370008, Bakı, tələb olunanadək N. Nəcəfov”. Qzəetin satış qiyməti 20 qəpik göstərilirdi.
İlk sayın Baş səhifəsində meydana toplaşmış insan kütləsinin - böyük bir izdihamın fotosu verilib. Həmin fotonun altında isə böyük Türk şairi Tofiq Fikrətin “Millət Şərqisi” şeiri çap olunub:
Çeynəndi yetər, varlığımız cəhl ilə qəhrə,
Doğrandı mübarək Vətənin bağrı səbəbsiz.
Birlikdə bu gün tapmalıyıq dərdinə çarə,
Can qardaşı, qan qardaşı, şan qardaşıyıq biz.

Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!..

Qəzetin 2-ci səhifəsindəki ilk yazı belə adlanır: “Azad düşüncə, azad söz uğrunda”. Əslində bu müəllifsiz, Baş məqalə məzmununda olan yazıda “Azadlıq” qəzetinin başlıca məqamı və fəaliyyət istiqamətləri açıqlanır: “Azadlıq” xalqımızın bugünkü qayğıları ilə bağlı respublikanın ən ucqar guşələrindən belə operativ söz açacaq, Azərbaycan Xalq Cəbhəsinin fəaliyyətini işıqlandıracaq, respublikamızda, ölkədə və xaricdə baş verən demokratik hərəkatlar haqqında məlumat verəcək.
Azərbaycan Xalq Cəbhəsinin banisi xalqın özü oldu, Cəbhənin qəzetini də xalq yaradacaq - burada yalnız xalqın istək, arzu və tələbləri əks olunmaqla yanaşı, başlıca müəllif də elə xalqın özü olacaq”.
Həmin səhifədə Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadənin  “Haqsız qan yerdə qalmaz”  başlıqlı yazısı verilib (əslində bu yazı onun 1920-ci ilin iyulunda Lahıcda gizlin olaraq yaşadığı dövrdə yazdığı “Əsrimizin Siyavuşu” əsərindən bir parçadır). Həmin əsərdən seçilmiş bu təsirli yazıdakı fikirlər 1989-cu ildə Azərbaycan xalqının apardığı azadlıq mübarizəsi üçün olduqca xarakterik idi: “Bəli, ey vətəndaşlar! Və dolayısı ilə Sizlər - ey gələcək nəsil, ey Gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min bir müşkülatla yüksəldərək dedi ki: Bir kərə yüksələn bayraq, bir daha enməz!”
Qəzetin həmin səhifəsinin sonunda Azərbaycan Xalq Cəbhəsinin II (Fövqəladə) Konfransının qətnaməsi və AXC İdarə Heyətinin qərarı (9.XII.1989) çap edilib. AXC Təşkilat qrupunun qərarında isə (18. XII.1989) AXC-nin təşkilat konfransının 1990-cı ilin yanvar ayının 6-7-də keçiriləcəyi bildirilir.
Qəzetin 3-cü səhifəsi bütöv olaraq AXC-nin sədri Əbülfəz Əliyevlə müsahibəyə həsr edilib. Ə. Əliyevin böyük şair M. Ə. Sabirdən gətirdiyi “Hürriyyət olan yerdə də insanlıq olur” fikri müsahibənin başlığı üçün seçilib. Həmin müsahibəni qəzetin Baş redaktoru Nəcəf  Nəcəfov aparıb. Müsahibədə Əbülfəz bəy, AXC hansı tarixi-siyasi prosesin nəticəsidir, bugünkü demokratik hərəkatda Azərbaycan milli hərəkatlarının ənənəvi rolu, AXC-nin gələcəyi necə ola bilər və digər suallara ətraflı, məzmunlu və maraqlı cavablar verib.
Qəzetin ilk sayının 4-5-ci səhifələrində Azərbaycan Xalq Cəbhəsinin Proqramı və Nizamnaməsi verilib. Proqramda aşağıdakı bölmələr əksini tapıb: 1. Ümumi prinsiplər; 2. AXC-nin siyasi vəzifələri; 3. AXC-nin əsas fəaliyyət formaları; 4. İqtisadiyyat; 5. Sosial ədalət; 6. Insan hüquqları; 7. Milli münasibətlər; 8. Mədəniyyət və təhsil; 9. Ekologiya.
Qəzetin 6-cı səhifəsindəki yazılar bu başlıqlar altında verilib: 1. Xalq deputatları: nüfuz bərpa olunmalıdır; əksəriyyətin fikri: Konstitusiya Qanunundan imtina; 2. “İnşallah, bu dəfə keçməyəcək!.. Azərbaycan SSR xalq deputatlarının seçkiləri qarşısında”. Sonuncu yazının müəllifi Tofiq Qasımovdur.
Həmin səhifədə Ü. Hacıbəyovun 1907-ci ildə “Irşad” qəzetində çap edilmiş “Duma yaxınlaşır” felyetonu verilib.
Səhifənin sonunda rəssam Gündüz Əliyevin seçilən yox, təyin edilən deputatlar haqqında çəkdiyi maraqlı bir karikatura verilib. 
Qəzetin 7-ci səhifəsində şair Vaqif Səmədoğlunun “Milli tənhalıqdan qurtulmalıyıq” məqaləsi, Arif Aslanovun “Nə vaxtadək aldadılacağıq?” (bu məqalənin davamı 8-ci səhifədədir), Rəhim Qazıyevin isə “Köhnə siyasət yeni cilddə” yazıları çap edilib.
Qəzetin 8-ci səhifəsində yuxarıda “Şanlı günlərdən bir foto-xatirə” adlı foto təqdim edilib. 1988-ci ilin noyabr-dekabr aylarında Azadlıq Meydanında yandırılan tonqalın ətrafına toplaşmış bir qrup insanın həmin fotosu çox təsirli görünür. Fotonun müəllifi S. Rasimdir.
Eyni səhifədə Azərbaycan Xalq Cəbhəsinin Litvada çıxan “Soqlasiya” qəzetində çap edilən bir yazı ilə bağlı Bəyanatı (həm Azərbaycan, həm də rusca), “Əlifbada inqilab olurmuş”, “Günahkar inqilabdır!” adlı yazılar və elanlar çap edilib.
Göründüyü kimi, “Azadlıq” qəzeti elə ilk sayından ictimai-siyasi mühitə ciddi təsir edən mətbuat orqanına çevrildi.
Qəzetin sonrakı saylarında da maraqlı və oxunaqlı yazılar çox idi.
2-ci sayda 1-ci səhifədə Lenin Meydanına (indiki Azadlıq Meydanı) toplaşmış böyük bir izdihamın fotosu (foto müəllifi Etibar Cəfərov) Molla Pənah Vaqifin “Bayram oldu” şeiri (“Bayram oldu heç bilmirəm neyləyim” misraları ilə başlayan-red.), “Mübarizəni şüurla aparaq” adlı yazı və Azərbaycan Xalq Cəbhəsinin Bəyanatı (Son günlər Bakı şəhərində baş verən xoşagəlməz hadisələr və bir qrup adamın AXC-nin adından və üçrəngli bayrağından istifadə edib, qeyri-humanist hərəkətlərə yol verməsi ilə bağlı); 2-ci səhifədəki yazılar: 1) “Cəlilabadın haqq səsi” - müəllif Fəzail Rəhimoğlu; 2) “Cəlilabad rayonunda baş verən son hadisələrlə əlaqədar Ümumrayon kommunistlərinin 1989-cu il dekabrın 25-də keçirilmiş yığıncağının qərarı; 3) AXC Qərargahından məlumatlar;
3-cü səhifədəki yazılar: 1) “Zaman ən obyektiv hakimdir” (AXC Culfa rayon şöbəsinin əlaqəçisi Ramiz Tağıyevlə Gündüz Tahirlinin müsahibəsi; 2) AXC təşkilat qrupunun məlumatı; 3) Azadlığı, yoxsa azad birlik?” (müəllif Bahəddin Musaoğlu);
4-cü səhifədəki yazılar: 1) “Partokratiya, yoxsa demokratiya?” (müəllif -hüquqşünas Fuad Ağayev); 2) “Müxalifətdən qorxmamalıyıq. AXC-nin daxili siyasi qurumu gələcəkdə necə ola bilər?” (müəllif Yunus Oğuz);
5-ci səhifədəki yazı: “Azadlığın çətin yolu” (Seçici üçün yaddaş. Azərbaycan Ali Sovetinə seçkilər üçün);
6-cı səhifədəki yazılar: 1) “Ekologiya və cəmiyyətimizin vəzifələri” (müəllif - Hikmət Hacızadə); 2) “Ancaq bizim rəssamlar dözür” (Rus dilində Azərbaycan Rəssamlar Ittifaqına açıq məktub). T. Bəkirov. Moskva); 3) “Gecə quldurları və ya hər gecənin bir gündüzü olur” (müəllif - Arif Aslanoğlu);
7-ci səhifədəki yazılar: 1) AXC İdarə Heyətinin Daxili Nizamnaməsi (layihə); 2) “Türkün sözü” başlıqlı yazı; 3) “Eyni taleli binəvalar” (“Qaçqınlar” haqqında müəllifsiz yazı və fotolar;
8-ci səhifədəki yazılar: 1) “Bir daha mülkiyyət haqqında (müəllif Əli Məsimov); 2) “Yuxusuz qaranquşun cəhcəhi” (müəllif - Ədalət Tahirzadə); 3) “Elanlar”; 4) “Müğənninin xalq işinə töhfəsi” (Özbəkistanın Xalq artisti Nəsibə Allahverdiyevanın konsertlərindən birində toplanan pulun Azərbaycan Xalq Cəbhəsinin hesabına keçirməsi münasibəti ilə).
Qeyd edək ki, “Azadlıq” qəzetinin 2-ci sayı da 200 min tirajla nəşr edilib və redaksiyanın hazırda yeri və telefonunun bildirilir. Ünvan olaraq belə yazılıb: 370008, Bakı, tələb olunanadək, N. Nəcəfov.
Qəzetin 3-cü sayı 1990-cı ilin yanvarın 6-da çap edildi. Birinci səhifə bütövlükdə rəssam Gündüz Əliyevin “Tələb və Təklif” karikaturası çap olunub. Karikaturanın yuxarı “Tələb” hissəsində meydana toplaşmış çoxlu insan kütləsi - izdiham verilib, digər - aşağı “Və Təklif” yazılan yerdə əl şəklinin içində, müxtəlif adlar (hamam, mənzil, qoz ağacı, kompüterləşdirmə, Novruz Bayramı, sağlamlıq proqramı və s.).
Qəzetin 2-ci səhifəsindəki yazılar: 1) “Dünya dəyişir” başlığı altında - a) “Məftilarası görüş”; b) “Sərhəd dirəkləri yandırıldı” (Xaliq və Ələsgər Siyablının yazıları); 2) “Zəka? Şərəf? Vicdan? - bu yazı 3-cü və 4-cü saylarda da davam edir (Müəllif A. Quliyevdir); 3) AXC qərargahından məlumatlar” başlıqlı xəbərlər və “Aldana-aldana alçalırıq, alçala-alçala aldanırıq” adlı yazı (müəllifi - Qasım Qırxqızlı, Kərkicahan qəsəbəsi  göstərilib) çap edilib.
3-cü səhifədə başlıqda “Bir günün sualları” (müəllif - Səfdər Nəhmətov), “Qardaş harayı” (müəllifi - Qardaşxan) və əvvəli 2-ci səhifədən başlayan “Zəka? Şərəf? Vicdan?” yazıları çap edilib.
4-cü səhifədə Cəlilabad hadisələrinin qeyri-obyektiv qiymətləndirilməsi ilə bağlı 103 nəfərin imzası ilə Azərinforma etiraz məktubu çap edilib. Həmin səhifədə verilən “Mollanı həkim xilas etdi” (Cəlilabad hadisələrinə dair) yazının müəllifi isə Q. Əzizxanlıdır. 4-cü səhifədə “Zəka? Şərəf? Vicdan?” yazısının (2-ci və 3-cü səhifələrdə davam edən) davamı və müəllifi A. Quliyev olan “Qarşı tərəf nə deyir” yazısı (bu yazıda müəllif “Azadlıq” qəzetində xalqı düşündürən və narahat edən məsələlərdən yazıların nəşrini vacib sayır) çap olunub.
5-ci səhifədə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinə”, Azərbaycan Xalq Cəbhəsi adından ünvanlanmış  müraciət yazı verilib. Elə həmin səhifədə “Xalqın mənafeyinə dönük çıxmayaq” başlığı altında AXC İdarə Heyətinin üzvü Sabit Bağırovun Azərbaycan SSR Ali Sovetinin sessiyasında çıxışının mətni verilib.
6-cı səhifədə “Azərbaycanın Moskvanın əmri ilə təşkil olunmuş blokadası” başlıqlı arayış - məlumatlar verilib. Digər yazı belə adlanır: “Türkün yanğısı” (müəllif - Təmkin Səbirli). Həmin səhifədə verilən  BDU-nun hüquq fakultəsinin IV kurs tələbələri Əhməd Nurməmmədov və Bahadur  Şükürovun yazısı belə başlıqda verilib: “Bu, suverenliyimizi danmaqdır”.
7-ci səhifədə Mehman Əliyevin “Ehtiyatlı olun: təxribat və ya bir kitabın xülasəsi” məqaləsi çap edilib. Digər tarixi məqalə Londonda nəşr edilən “Sentral Eyşn Nyusletter” jurnalının 1988-ci ilin may (№2) sayından götürülüb və belə adlanır: “Iki inqilab arasındakı dövrdə Rusiyada türk xalqlarının mübarizəsi” (bu yazının davamı 8-ci səhifədədir). 7-ci səhifədə Dilavər Əzimovun “Mən partiyadan niyə çıxdım?” ərizəsi və izahatı çap edilib.
8-ci səhifədə tanınmış şair Xəlil Rzanın “Əli qələmli əsgər” başlıqlı yazı olan böyük fotosu verilib. Həmin səhifədə “B. C.” imzası ilə “Elanlar” başlıqlı məlumatlar çap olunub. Professor Yusif Seyidovun “Azadlıq sadəcə söz deyil” yazısında isə “Azadlıq” sözünün mənası açıqlanır.
8-ci sayda “Azadlıq”sevərlərə bir məlumat da verilib: “Azadlıq” bu saydan başlayaraq “Soyuz peçat” (Mətbuat yayımı idarəsinin adı) xətti ilə yayılacaq. 3-cü sayın tirajı isə 170 000 (bir yüz yetmiş min) olaraq göstərilib.

“AZADLIQ”  RUS  DİLİNDƏ

“Azadlıq” qəzetinin rus dilində çıxan ilk sayı (№1) 1990-cı ilin 18 yanvarı olaraq göstərilir. Qəzetin adı Azərbaycan dilində “Azadlıq” verilsə də, yazılar rus dilində çap olunub. Yalnız qəzetin 2-ci səhifəsinin bütün yazıları, 7-ci səhifədə1 yazı müsahibə (“Dostluğumuzu, qardaşlığımızı itirməyək”); 8-ci səhifədə isə 3 yazı (“Sov. İKP üzvlüyündən imtina edirəm” - G. Qurbanov; “Bəsdir!!!”, “Arazın göz yaşları” - çapa hazırlayan Qulu Kəngərli) çap edilib.
Bu sayda rus dilində verilən yazılar: 1) “AXC-nin bəyanatı”; 2) “AXC Qərargahından xəbərlər”; 3) “Demokratiya təhlükədədir”; 4) “Ağıl? Şərəf? Vicdan?”; 5) “Müstəqillər”; 6) “Partokratiya yoxsa demokratiya?”; 7) “Bəs bizdə?”; 8) “Azadlığa gedən çətin yol”; 9) “Mərkəz nə edir?”; 10) “Biz hamımız birlikdəyik”; 11) “Siz kimsiniz Əbdürrəhman Vəzirov?”; 12) “Bir daha özəlləşdirmə haqqında”; 13) “Azərbaycanın Moskva tərəfindən mühasirəsi”; 14) “Sınmış güzgü”.
Rus dilində nəşr edilən yazıların müəllifləri aşağıdakılar olaraq göstərilir: Ələsgər Siyablı, Arif Aslanoğlu, Bahəddin Musaoğlu, Fuad Ağayev, Valentina Sergeyevna Nikolayeva, Zaur Akifoğlu, Əli Məsimov, Zaur Abdullayev.
“Azadlıq” qəzetinin rus dilində çıxanın redaktoru Nəcəf  Nəcəfov idi. Qəzet 50 min tirajla yayınlanmışdı və ünvan olaraq yeri belə göstərilmişdi: 370008, Bakı-8, Vannikov küçəsi-23, Tel: 66-05-44.
“Azadlıq” qəzetinin rus dilində nəşri rusdilli əhaliyə yönəlmiş və bu baxımdan insanların obyektiv məlumatlandırılmasında əhəmiyyətli rol oynayırdı.



“AZADLIQ”  QƏZETİNİN XÜSUSİ  BURAXILIŞLARI

“Azadlıq” qəzeti öz ətrafına daha geniş auditoriya yığmaq və oxucuları maarifləndirmək məqsədi ilə “Azadlıq dərslikləri” seriyası ilə ayrıca buraxılış da hazırlamışdı. Qəzetin 1990-cı ilin 31 dekabrındakı (№28(30) sayı “Azadlıq dərslikləri: №1” olaraq nəşr edilmişdi. Ayrıca buraxılışda  M. Ə. Rəsulzadənin “İstiqlal məfkurəsi və Gənclik” əsəri oxuculara təqdim olunub. Əsəri nəşrə hazırlayan tarix elmləri namizədi Nəsib Nəsibzadədir. Sayı 100 000 (bir yüz min)  tirajla çap olunan buraxılışı çapa hazırlayanlar: Ədalət Tahirzadə və Azər Qüdrətoğludur. 


Nəsiman Yaqublu,  tarix elmləri doktoru

“Bu yolun açılışı Azərbaycanın iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”
Pəhriz saxlayanlar buna diqqət etməlidir: Bu, ömrünüzü azalda bilər...
Aşura gününün sirləri - ELMİ-LƏDUN
Qadın müxbir canlı yayım zamanı hücuma məruz qaldı - VİDEO
Rus modeldən qalmaqallı açıqlama: “Putin məni öldürmək istədi”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Məmurdan 1-ci qrup əlilə heyrətamiz məsləhət: "Premium" benzini götürməyi unutmayın..."
Araşdırma
Beriyanın edamından bəhs edən “canlı” sənədlər, heyrətamiz faktlar - GİZLİ TARİX
Dünya
Heç vaxt xərçəng olmayan türk tayfasının sirri - FOTOLAR
Siyasət
Ermənistanın sərhəd rayonunun sakinləri ayağa qalxdı... - Paşinyanla görüş tələb edilir...
Cəmiyyət
“Elə bil dünya yıxılıb, altında qalmışam” - Sevil Nuriyeva
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı - azərbaycanlı analara müraciət olundu
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
Fəhlələr namaz qıldıqlarına görə onları işdən çıxaran direktoru “şalvarsız" qoydular...
“5 ildən çoxdur ki, şəhid övladlarına ödənişsiz hazırlıq keçirəm...” - Tanınmış tarix müəllimi
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə