Türkiyədə 27-ci çağırış parlament seçkilərinə dair səsvermənin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) qələbə qazanıb.
Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyasının birləşdiyi “Cümhur İttifaq”ı birinci yeri qazanıb – 53,62 faiz.
Beləliklə, Türkiyə Böyük Millət Məclisindəki 600 mandatın 293-nü Ədalət və İnkişaf Partiyası qazanıb.
Digər mandatların 146-sı Cümhuriyyət Xalq Partiyasının, 67-si isə Xalqların Demokratik Partiyasının, 50-si Millətçi Hərəkat Partiyasının, 44-ü isə İYİ Partiyanın payına düşüb.
Türkiyə Böyük Millət Məclisinə deputat seçilənlər arasında bir sıra ünlü simalar da var.
Belə ki, “Fənərbaxça” klubunun keçmiş futbolçusu Alpay Özalan AKP-dən millət vəkili adı qazanıb.
“Ergenekon” davasında həbsdə yatmış Mehmet Ali Çelebi CHP-dən İzmir millət vəkili olub.
Mərhum sabiq prezident Süleyman Demirəlin doktoru Aylin Cesur İYİ Parti-dən İsparta millət vəkili seçilib.
Baş nazirin keçmiş müavini Bülent Arınçın oğlu Mücahit Arınç da AK Parti-dən İstanbul milletvekili oldu.(Modern.az )