Sabah Bakıda keçiriləcək paradda 13 dövlətin təmsilçisi iştirak edəcək.
Azərbaycan SQ-nin yaranmasının 100 illiyi ilə bağlı keçirilən paradda 13 dövlətin təmsilçisinin iştirakı ordumuza, onun qüdrətinə göstərilən ehtiramın göstərisici hesab edilə bilərmi?
Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin və Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu baş verənlərin Azərbaycanın nüfuz və qüdrətinə olan ehtiramın isbatı olduğunu təsdiqlədi:
“Təbii ki, bunca dövlətin nümayəndəsinin SQ-in 100 illiyi ilə bağlı keçirilən paradda iştirakı Azərbaycana, onun bölgədə oynadığı rola, habelə Azərbaycan ordusuna verilən diqqətin göstəricisdir.
Bu günlərdə bəlli oldu ki, Əfqanıstanda sülhün bərqərar olması üçün danışıqların növbəti mərhələsi Bakıda keçiriləcək. Əfqan rejimi ilə Taliban təmsilçiləri Bakıda görüşəcək. Bundan əvvəl də ABŞ və Rusiya generalları Bakıda görüşmüşdülər. Bu, böyük dövlətlərin Azərbaycana verdiyi önəmdir.
Ordumuzun 100 illiyi ilə bağlı keçirilən bu tədbir bizim üçün də mühüm əhəmiyyət kəsb edən bir tədbirdir. Hərbi paradın əsas məqsədi dünya ictimaiyyəti və işğalçıya Azərbaycanın gücünü, əlindəki müasir silahları göstərməkdir. Işğal davam edəcəksə, Azərbaycan işğalçıya qarşı istənilən vasitə ilə mübarizə aparmaq hüququna malikdir. Bakıya gələn qonaqlar da bu gücü bilavasitə müşahidə edəcəklərlər”.
Seymur Əliyev