Üç ölkənin xarici işlər naziri Ankarada görüşəcək
656
18 Jan 2025 | 13:48

Üç ölkənin xarici işlər naziri Ankarada görüşəcək

Yanvarın 29-da Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan formatını reallaşdırmaq məqsədilə XİN başçılarının görüşü olacaq.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri liderlərimizin vizyonu ilə tarixi Şuşa bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlib:

“Bu münasibətləri daha da inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. Biz sıx təmasdayıq. Nə qədər sıx görüşməyimizdən asılı olmayaraq yeni mövzular daim yaranır”.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər