Xəbər lenti
24/09/2018 [16:07]:
Deputat Türkiyə konsulu ilə niyə görüşdü?
24/09/2018 [16:03]:
Qida Agentliyindən “Ozmo”, “Pop kek”, “Tutku” şirniyyatları ilə bağlı yeni MƏLUMAT
24/09/2018 [15:56]:
Norveçdə Rusiya casusu TUTULDU - O, Azərbaycanda da olub
24/09/2018 [15:51]:
Sözlərin rəng assosasiyası... Qara rəngli “repressiya”... - VIII məqalə
24/09/2018 [15:47]:
Ermənilər Qarabağda aviasiya təlimlərinə başlayır
24/09/2018 [15:44]:
"ARB 24”ün rəhbəri və oğlu İŞDƏN ÇIXARILDI - Telekanalın yayımı dayandı
24/09/2018 [15:44]:
70 min homoseksual cütlük evləndi - FOTO
24/09/2018 [15:42]:
Ramiz Mehdiyev Elmira Axundovaya “Xalq yazıçısı” vəsiqəsi verdi
24/09/2018 [15:39]:
“Hacı Mazan”ın başı daha bir dövlət qurumu ilə dərddə - Qalmaqallı iş adamı yerin altına “bomba” basdırıb?
24/09/2018 [15:30]:
Ramil Usubov İrana getdi -FOTOLAR
24/09/2018 [15:24]:
Əlləri və ayaqları bu hala gəldi Diqqət! Sizin də başınıza gələ bilər
24/09/2018 [15:18]:
“Fərqlənmək hissim olmayıb..." - İlkə imza atan deputat
24/09/2018 [15:10]:
“Nə qədər ki, ölkə başçısının ətrafında bu iylənmiş məmurlar var Bakını həmişə su basacaq”
24/09/2018 [15:08]:
“Instagram” və “WhatsApp”da qrup videozəngləri yaradılacaq
24/09/2018 [15:06]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
24/09/2018 [15:02]:
Monqolustan prezidenti Azərbaycanda
24/09/2018 [14:52]:
Dünyada insanlar ən çox bu səbəbdən ölürmüş - ÜST açıqladı
24/09/2018 [14:35]:
Qadın şüşə qapının içindən keçdi - VİDEO
24/09/2018 [14:25]:
Qasırğadan sonra qorxunc görüntü ortaya çıxdı - FOTOLAR
24/09/2018 [14:19]:
Mustafa Babanlı Çində bəyannamə imzaladı -FOTOLAR
24/09/2018 [14:14]:
Dövlət qulluğunda inzibati vəzifələr üzrə müsabiqənin qeydiyyat davam edir
24/09/2018 [14:13]:
Tanınmış jurnalisti üç kişi ilə hotelə buraxmadılar
24/09/2018 [14:05]:
“Putin geopolitik güzəştlər qoparmaq məqsədi ilə gəlir” – Partiya sədrindən xəbərdarlıq
24/09/2018 [14:05]:
Bakıda yaşlı qadını döyüb boyunbağısını oğurlayanlar saxlanıldı
24/09/2018 [14:03]:
“Hərbi sənayemizin inkişafı ölkəmizin hərbi qüdrətinin göstəricisidir”
24/09/2018 [14:02]:
“Hələ aprel döyüşlərindən sonra demişdim ki...”
24/09/2018 [14:00]:
“KTMT-ya qoşulmaq olmaz” -Vahid Əhmədov
24/09/2018 [13:52]:
Rusiya Suriyaya zenit raket kompleksi göndərir - “Adekvat cavab verəcəyik”
24/09/2018 [13:51]:
Gədəbəydən olan Syuni Qriqor Mirzayanı, bu “dünya şöhrətli” bəstəkarı tanıyan varmı?
24/09/2018 [13:50]:
40 il əvvəl ölən şəxsin cəsədini mədəsindəki toxum ortaya çıxardı - İNANILMAZ...
24/09/2018 [13:45]:
Hava şəraiti ilə bağlı - Xəbərdarlıq
24/09/2018 [13:30]:
“Elə məmurlarla rastlaşırıq ki, sanki Qarabağda biz bunların əzizlərinə güllə atmışıq”
24/09/2018 [13:11]:
Azərbaycanda xalq artisti adı almış ermənilər - SİYAHI
24/09/2018 [13:01]:
Səbail Rayon İcra Hakimiyyətindən açıqlama gəldi - 5 gündür küçələrdə gecələyən ailə ilə bağlı
24/09/2018 [12:57]:
Dünyanın gerçək adlandırdığı FOTOLAR...
24/09/2018 [12:50]:
Komitə 23 oktyabrda növbəti hərrac keçirəcək: 170 dövlət əmlakı üzrə seçim imkanı
24/09/2018 [12:37]:
Bu qələbə Nikol Paşinyanın mövqeyini gücləndirəcək?
24/09/2018 [12:33]:
Deputat bankları dollar krediti olanlara güzəşt etməyə ÇAĞIRDI
24/09/2018 [12:26]:
Ronaldu Qurban Qurbanovun yolu ilə getdi
24/09/2018 [12:22]:
Xalq şairinin həyat yoldaşı ona qarşı dələduzluq edən şəxsdən məhkəmədə pulunu tələb etdi...
24/09/2018 [12:20]:
“Azərsu” Bakı Meriyasının ittihamlarına CAVAB VERDİ
24/09/2018 [12:18]:
Əli Məslimlinin təklifini Ziyad Səmədzadə də dəstəklədi
24/09/2018 [12:14]:
DTX və polis Astarada əməliyyat keçirdi
24/09/2018 [12:13]:
Pravoslav xristianları arasında PARÇALANMA - Moskva bu dəfə “dini zərbə” aldı
24/09/2018 [12:09]:
“Lotereyalar haqqında” qanunda hansı dəyişiklik nəzərdə tutulur?
24/09/2018 [11:45]:
“İrşad Electronics”in rəhbəri intihar edib – RƏSMİ
24/09/2018 [11:41]:
Etimad İsmayılovun qatilləri ilə bağlı qərar verildi
24/09/2018 [11:40]:
Fədayə Laçın mahnı oxudu, şahid dustaq ifadəsini dandı: "Qara dustağam mən"
24/09/2018 [11:38]:
Yumor ustası Yerevan meri seçildi...
24/09/2018 [11:36]:
“Elə məmurlarla rastlaşırıq ki, sanki Qarabağda biz bunların əzizlərinə güllə atmışıq”
24/09/2018 [11:28]:
“Andropov əllərimin arasında öldü...” – Kremlin baş həkimi, sirr xəzinəsi, akademik Çazov
24/09/2018 [11:22]:
"Məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır" - Əli Əhmədov
24/09/2018 [11:21]:
Yalnızlıq qorxusu...
24/09/2018 [11:18]:
Samir Şərifovun keçmiş müşavirinə vəzifə VERİLDİ
24/09/2018 [11:18]:
Ərdoğan ABŞ-ı PKK-nın Suriya qoluna dəstək verməkdə ittiham etdi
24/09/2018 [11:16]:
Müalicə mərkəzinə silahlı hücum: 18 nəfər həlak oldu
24/09/2018 [11:07]:
Həkimlər üç aylıq uşağın ürəyini 3 saatlıq dayandırdılar
24/09/2018 [11:04]:
Laçına 1992-ci il payız hücumuna aid ciddi sənədlər üzə çıxdı... - Qərargah rəisinin gündəliyindən
24/09/2018 [10:58]:
Bakı Meriyası subasmalara görə günahı boynundan atdı
24/09/2018 [10:53]:
Cəbhədə şiddətli atışma olub – RƏSMİ
24/09/2018 [10:43]:
“Onda baxıram ki, yuxu tutub yatmışam...” -Altmış yaşı tamam olan tənqidçi...
24/09/2018 [10:29]:
İcazəsiz ov edən şəxs saxlanıldı
24/09/2018 [10:27]:
Kərəm Həsənov Lənkəranda vətəndaşları qəbul edəcək
24/09/2018 [10:14]:
Mişel Obama toyda tamadalıq edib- FOTO+VİDEO
24/09/2018 [10:13]:
“Cavanşirin adını mən qoymuşam...” -Yubiley təbriki...
24/09/2018 [10:08]:
“Allah da istəyir yusun günahlarımızı...” - Elnarədən dünənki yağışa reaksiya
24/09/2018 [10:05]:
Xankəndində ayağı kəsilən erməni hərbçini İrəvana apardılar
24/09/2018 [09:50]:
Azərbaycan beynəlxalq agentliyin idarə heyətinə üzv oldu – Nobel sertifikatlı soydaşımızdan xəbər
24/09/2018 [09:32]:
Dövlət Komitəsi İctimai Televiziya ilə yeni layihəyə başladı -VİDEO
24/09/2018 [09:25]:
Azərbaycanda axtarışda olan 25 nəfər saxlanıldı
24/09/2018 [09:23]:
“Rusiya artıq Odessanı da ələ keçirdi...”- Ukrayna deputatı
24/09/2018 [09:20]:
Rusiyanı faydasız ölkə adlandırdılar
24/09/2018 [09:19]:
İnsan beyni mədə ilə birbaşa bağlıdır - ARAŞDIRMA
24/09/2018 [09:07]:
Paşinyanın adamı Yerevan meri seçildi - Nəticələr məlum oldu
24/09/2018 [09:06]:
Binəli Yıldırım Özbəkistana getdi
24/09/2018 [09:05]:
Qəzzada toqquşmalar: fələstinli öldü
24/09/2018 [09:02]:
İranda matəm elan olundu
24/09/2018 [08:57]:
Bakılı Boris Ptaşko veteran dostunun yubileyində “Katyuşa”nı oxumaqdan niyə imtina etdi?
24/09/2018 [08:48]:
Manat və dolların bugünkü MƏZƏNNƏSİ
24/09/2018 [08:46]:
Ərdoğan Nyu-Yorkda...
Bütün arxiv bir sırada
28/06/2018 [16:05] - Ədəbiyyat - ( 2745 dəfə baxılıb)

Darıxan ürəklər...



(hekayə)

Muradın kefi yox idi. Gecədən xeyli keçsə də, yerində qurcalanır, yuxuya gedə bilmirdi. Dünən dərsdən sonra dostu Fəridin dediyi “Zümrüddən əl çək, yoxsa sənin üçün pis olar!” sözləri qanını bərk qaraltmışdı. Dörd il dostluq edib çörək kəsdiyi tələbə yoldaşından bu sözləri eşitmək ona çox ağır gəlirdi. İş elə gətirmişdi ki, Fəridi qınaya da bilmirdi. Çünki hələ birinci kursda oxuyan vaxtdan Fəridin Zümrüdə eşq elan elədiyini hamı bilirdi. Murad o vaxt sevmək, ailə qurmaq barədə düşünmürdü də. Bütün diqqətini dərslərinə yönəltmişdi. Məqsədi universiteti əla qiymətlərlə başa vurmaq idi. Amma indi, axırıncı kursda oxuduğu bir vaxtda evlənmək haqqında düşünmək də lazım gəlirdi. Valideynləri layiqli bir qız tapmaq üçün onu çox tələsdirirdi.

Murad ata-anasının yeganə övladı idi. Valideynləri onun ailə qurub yeni həyata qədəm qoymasını böyük səbirsizliklə gözləyirdi. Maddi cəhətdən sıxıntıları yox idi. Muradın atası Əzim müəllim iş adamı, anası Nadirə xanım isə həkim idi. Valideynlərinin ürəyindən keçsə də, Allah Murada nə bir bacı qismət eləmişdi, nə də ki qardaş. Lakin ailədə tək uşaq olmasına baxmayaraq, Muradı ərköyün böyütməmişdilər. Atasının başı iş-gücə qarışsa da, anası Nadirə xanım oğlunun tərbiyəsinə xüsusi fikir vermiş, onu daim nəzarətdə saxlamışdı. Yaşının az olmasına baxmayaraq, Murad hərə­kətlərinə fikir verən, özünü harada, necə aparmaq lazım gəldiyini yaxşı bilən bir gənc idi. İndiyə kimi istər məhəllədə, istərsə də universitetdə davranışına görə ona irad tutan olmamışdı. Həqiqətən də tərbiyəsinə söz ola bilməzdi.

…Telefonun zəngli saatı Muradı yuxudan oyatdı. Gec yatdığı üçün gözlərini açmaq istəmirdi. Amma başqa çarə yox idi. Bir az da geciksəydi, anası dalınca gəlib səhər yeməyinə səsləyəcəkdi.
Əl-üzünü yuduqdan sonra gəlib süfrə arxasına keçdi.
 – Niyə belə yorğun görünürsən, oğlum? – deyə anası xəbər aldı.
– Narahatçılıq yoxdu, ana. Hər şey yolundadır. Gö­rünür, gec yatmışam, ona görə.
 – Niyə, başına dönüm?! Ağrıyıb eləmirsən? – Nadirə xanım tez soruşdu.
Murad anasının narahat olduğunu görüb dedi:
 – Yox, heç haram ağrımır. Hərdən olur da... Kefim lap əladı.
Muradı fikir aparmışdı. Bilirdi ki, Fəridlə yenidən qarşılaşmalı olacaq. Düşünürdü, necə etsin ki, dostu ilə münasibətləri korlanmasın, düşmənçiliyə çevril­məsin. Onsuz da yüz dənə Fərid olsaydı belə, Murad Zümrüddən əl çəkən deyildi. Çünki buna haqqı da çatırdı. Murad tələbə yoldaşları arasında yeganə oğlan idi ki, Zümrüd ən çox onunla ünsiyyətdə olurdu. Murada daim qayğı ilə yanaşır, onun hər sorğu-sualını həvəslə cavablandırırdı. Başqalarından fərqli olaraq bir dəfə də olsun Murada “sən sus!” və yaxud “bunun sənə dəxli yoxdur” – deyə cavab qaytarmamışdı.
Zümrüd ilə Muradın dostluğu, əsasən, ikinci kurs­dan başlamışdı. Xasiyyətlərindəki uyğun cəhətlərin çoxluğu onların getdikcə bir-birinə daha da yaxınlaş­masına səbəb olmuşdu. Hər ikisi yalana nifrət edən, sözü ilə əməli düz gələn, haqsızlığa dözməyən, səmimi və dürüst gənc idi. Zümrüd rayondan gəlsə də, kənd qızlarına heç bənzəmirdi. Çox gözüaçıq, diribaş və ayıq idi. Özünü necə aparmaq lazım gəldiyini yaxşı bilirdi. Görünür, bu cür tərbiyə almasında müəllim işləyən valideynlərinin də rolu az olmamışdı. Başqa bir səbəb isə oxuduğu bədii kitabların təsiri ola bilərdi. Qruplarında Zümrüddən çox mütaliə edən tələbə yox idi. O, boş vaxtlarını, əsasən, kitab oxumağa sərf edərdi. Hər kitabdan bir nəticə çıxarsaydı, həyatda doğru yol tutmaq üçün Zümrüdə kifayət edərdi. 

 Murad fikirlərini cilalayıb Fəridə nə deyəcəyini götür-qoy edə-edə gəlib çatdı universitetə. O, audito­riyaya daxil olanda qarşısına çıxan ilk tələbə yoldaşı Zümrüd oldu.
– Niyə belə qaşqabaqlısan? Kim səni incidib? – deyə qız soruşdu.
– Hər şey qaydasındadı, Zümrüd. Görünür, bir az yorğunam.
– Yalan demə. Daş daşıyan adama oxşamırsan axı. Əgər xətrinə dəyən varsa, de, ənginə birini vurum, – deyə Zümrüd zarafat etdi.
 – Baş üstə, – Murad gülümsədi. – Elə bir şey olsa, səni mütləq köməyə çağıracam.
Fərid arxa cərgədəki oturacaqlardan birində əyləşib sakitcə onlara tamaşa edirdi. Kefi yox idi. Beynində Muradla növbəti görüşünü planlaşdırır, ona nə deyə­cəyini götür-qoy edirdi. Artıq Murad bu görüşə hazır idi. O, özünə dost bildiyi Fəridlə dalaşmaq, ədavət aparmaq fikrində deyildi. Necə hərəkət etmək lazım gəldiyini yaxşı bilirdi. Bu işdə aldığı tərbiyə, həyatda qazandığı təcrübə ona yol göstərəcəkdi. 
Gözəllikdə Zümrüdün tələbələr arasında tayı-bə­rabəri yox idi. Allah lazım olan müsbət keyfiyyətlərin heç birini ondan əsirgəməmişdi. Ağlına, zərifliyinə, yaraşığına söz ola bilməzdi. Yeganə qüsuru yeriyən zaman sağ ayağını bir balaca çəkməsi idi.
Zümrüd universitetdə oxuduğu ilk günlərdən oğ­lanların diqqət mərkəzində olmuşdu. Tələbə yol­daşları Zümrüddə olan mədəni davranışı, mehribanlığı görüb ona eşq elan etməyə başlamışdılar. Əvvəllər Zümrüdə zarafatla söz atan cavanlar indi onun dalınca sürünür, ürəyini ələ almağa çalışırdılar. Amma nə qədər səy göstərsələr də, heç birinin bu kamallı kənd qızını ələ almağa gücü çatmırdı.

Zümrüd oxuduğu illər ərzində ona qayğı ilə yanaşan hər bir oğlanı diqqətlə izləmiş, saf-çürük etmiş, kiminlə ailə qurub xoşbəxt ola biləcəyini çox düşünmüşdü. Və artıq qərarını da vermişdi. Dərslərə həmişə hazır gələn, oğlanlar arasında öz səliqə-sahmanı ilə seçilən, sözünün sahibi olan, dediyinə həmişə əməl edən, çətin məqamlarda ətrafdakı adamlarla necə davranmaq lazım gəldiyini yaxşı bilən Murad onun ürəyini çoxdan ovlamışdı. Zümrüd Muraddan həmişə sevgi görmüş, onunla necə mehriban rəftar etdiyinin şahidi olmuşdu. Ancaq universitetlə vidalaşmağa az qalmasına bax­mayaraq, o hələ də Zümrüdə ürəyini açmamışdı. Bilirdi ki, Murad ağıllı oğlandı, razı olmaz ki, “sevirəm” sözünü ilk dəfə Zümrüd dilə gətirsin. “Bəyəm görmür ki, yalvaranlar, dalımca sürünənlər çoxdu. Bəs fikirləşmir ki, birdən kiməsə “hə” deyərəm” – deyə Zümrüd tez-tez fikrə gedir, Muradın nəyə görə susduğunu heç cür anlaya bilmirdi. Universiteti bitirməyə sayılı günlər qaldığından Zümrüdün narahatlığı getdikcə artırdı.

Zəng çalınan kimi tələbələr dərsdən çıxıb üz tutdu­lar evlərinə. Zümrüd asta-asta yerisə də, Murad onu haqlayıb evlərinə yola salmadı. Qız bir şey anlaya bilmədi. Axı Murad belə deyildi. Fikirləşdi ki, görəsən, nə baş verib. Səhər hiss etmişdi ki, Muradın kefi yaxşı deyil. Allaha dua edirdi ki, bu kefsizlik onunla bağlı olmasın. Zümrüd Muradın xətrinə dəyməsə də, ürəyinə hər şey gəlirdi. Hiss edirdi ki, ortada nəsə var. 
Murad fikirli halda universitetdən çıxdı. Yanılma­mışdı. Fərid iri gövdəli palıd ağacının altında dayanıb onu gözləyirdi. Qətiyyətli addımlarla ona yaxınlaşıb dedi:
– Yəqin, məni gözləyirsən?
– Yanılmamısan! – Fərid cavab verdi. – Dediyim sözləri unutmamısan?!
– Bilirsən, dost…
– Biz dost-zad deyilik, – Fərid onun sözünü ağzında qoydu, – əgər dost olsaydıq, mənə qarşı elə hərəkət etməzdin.
– Nə etmişəm ki? – Murad soruşdu.
– Ta nə edəcəksən?! Araya girib dostluğumuza xəyanət etmisən! Bundan oyanası varmı?
– Fərid, əzizim, olarmı bir dost kimi və ya qrup yol­daşı kimi əsəbiləşmədən, soyuq başla hər şeyi mü­zakirə edək? Artıq biz uşaq deyilik axı kimsə başımıza ağıl qoysun. Bu gün-sabah müstəqil həyata başlayacağıq. İkimiz də ziyalı ailəsində böyümüşük. 

Bizim yaxınlığımız valideynlərimizin də dostluğuna səbəb olub.
– Sözünün canını de! Mən öz sevgimdən keçən deyiləm! Axırıncı sən gəlmisən, sən də getməlisən!
– Elə isə məni dinlə, Fərid. Əgər bilmirsənsə, bil və agah ol. Bəli, mən həqiqətən Zümrüdü sevirəm, özü də səndən daha çox. Bütün varlığımla! Ancaq bunu hələ də ona deməmişəm. Qorxmuşam ki, “yox” cavabı alaram.
– Doğrudan?! Düz deyirsən? – Fərid təəccübləndi.
– Əlbəttə, doğrudan. Mənim səmimiliyimə şübhə edirsən?
– Yox, etmirəm. Bilirəm ki, sən yalanı sevmirsən. 
Araya çökən ani sükutu Fərid pozdu:
– Qağa, elə isə niyə mənə “yox” desin? Fikirləşirdim ki, məni ona pisləyən, gözdən salan sənsən.
– Əgər məni elə tanımısansa, daha sənə sözüm yoxdur. Özün fikirləş, mən səni necə pisləyə bilərəm, Fərid? Adama deməzlərmi, əgər yaxşı oğlan deyilsə, xeyir ola onunla dostluq edirsən, çörək kəsirsən, evlərinə get-gəl edirsən? Mən səni…
– Məni bağışla, Murad. Sənə qarşı düz hərəkət et­mədim. Zümrüdə olan məhəbbətim məni lap dəli edib.
– Belə şeylər olur, Fərid. Ancaq hər şeyi ürəyə salmaq da lazım deyil. Həyat davam edir, – deyə Murad bildirdi.
– Deyirsən, Zümrüddən əl çəkim?! – Fərid etiraz etdi. – Axı bu mümkün deyil! Mən onsuz yaşaya bilmərəm.
– Yaşayarsan, dost, yaşayarsan.
– Axı necə?! Mən bu illər ərzində ancaq onun həsrəti ilə yaşamışam! Qovuşacağımız günü səbirsizliklə gözləmişəm, – deyə Fərid ah çəkdi... 
– Mənə diqqətlə qulaq as, dost. Gör dediklərim ağlına batır, ya yox? – deyə Murad söhbətə başladı. – Mənim fikrimcə, həyatda xoşbəxt olmaq üçün yalnız bir nəfərin sevməsi və ya sevilməsi kifayət etmir. Səni sevməyən bir qızla necə xoşbəxt ola bilərsən? Mən hələ bu ailədə böyüyəcək uşaqları demirəm. Sən, qadının sevmədiyi bir kişidən dünyaya gətirəcəyi uşaqların xoşbəxt gələcəyinə inanırsanmı? Səni sevməyən bir xanıma “həyat yoldaşı” demək nə dərəcədə doğrudur? Bu, səni ömür boyu narahat etməyəcəkmi?!
Fərid özünü saxlaya bilmədi: 
– Əgər Zümrüd sənə “yox” desə, bununla barışar­sanmı?
– Əlbəttə, – deyə Murad düşünmədən cavab verdi. – Mən ona sözümü bir dəfə deyəcəyəm. Uşaq deyil ki. Cavabına da hörmətlə yanaşacağam. Əgər ürəyində bir başqası varsa, mən araya niyə girim? Hamı insandır. Hər kəsin sevmək, xoşbəxt olmaq haqqı var. Başqasının qismətini əlindən almaq, məncə, kişilikdən deyil. 
Fərid bu sözlərdən sonra elə bil ayıldı:
– Düz deyirsən, qardaş. Yalvar-yapışla ailə qurmaq olmaz. Mən ona sözümü dedim. O da mədəni şəkildə bildirdi ki, bu iş baş tutan deyil. Səbəbini soruşanda dedi ki, incimə, Fərid, mən başqasını sevirəm, – bir az ara verib yenidən davam etdi, – görünür, qismətimdə deyilmiş.
– Narahat olma, qardaş. Ömür hələ qabaqdadır. Nə bilmək olar, bəlkə, ondan da yaxşısına rast gəldin, – deyə Murad dostuna təsəlli vermək istədi.
– Çətin, heç inanmıram!
Dostlar əl sıxaraq ayrıldılar. 
Murad bu görüşdən çox məmnun qaldı. Daha nə anası, nə də Zümrüd ona görə narahat olmayacaqdı.
Evə çatanda artıq anası işdən qayıtmışdı.
– Oğlum, indiyə kimi hardasan? Günorta da evə gəlməmisən. Yəqin, acından birtəhər oldun. 
– Narahat olma, ana. Kafedə dostlarla nahar elə­mişəm. 
– Sağ ol, bala, – anası Nadirə xanım dilləndi, – düz eləmisən. Sənə demişəm də, mədəyə vaxtlı-vaxtında qulluq etməyəndə sonra əzabından qurtarmaq olmur. 
Nadirə xanım hiss edirdi ki, oğlunun kefi çox kökdü, ancaq səbəbini soruşmağa tələsmirdi. Axşam yeməyini hazırladıqdan sonra iki stəkan çay süzdü: oğluna və özünə. Çayları zaldakı masanın üstünə qoyub Muradı səslədi:
– Oğlum, hardasan, gəl çay içək.
Murad elə susamışdı ki, bu təklif lap ürəyincə oldu. Otağından səsləndi:
– Gəldim, ana. Bu dəqiqə.
Nadirə xanım çay içə-içə oğlunun yaraşığına, boy-buxununa baxır, ürəyi dağa dönürdü. İllər uzunu bu günü gözləmişdi; oğlu nə vaxt böyüyəcək, universiteti haçan bitirəcək, nə zaman evlənəcək? Oğlunun toyunu görüb arzusuna çatmaq istəyirdi. Fikirləşirdi ki, o günə çox qalmayıb. Üzünü Murada tutub dedi:
– Kefin yaman kökdü, oğlum. Səhər belə deyildin. Olmaya bir xəbər var?
– Var, ana, var! – deyə Murad inamlı şəkildə cavab verdi.
– Bıy, sənə qurban olum! O nə xəbərdi elə? 
– Sizə gəlin tapmışam. Razılığınız olan kimi qıza bil­dirəcəm.
– Başına dönərəm sənin! Atan gələn kimi muştuluq­layacam. Univermaqda qəşəng bir sırğa görmüşəm, aldı­racam ona, – Nadirə xanım sevincək dilləndi.
– Bəs mənə nə çatır? – Murad soruşdu.
– Evim-eşiyim qurban olsun sənə. Nə istədin ki, atan sənə almadı? Ürəyindən nə keçsə, deyərsən, – deyə anası cavab verdi.
– Zarafat edirəm, ana, – Murad dedi, – sizin sağlığınız mənə bəsdi. Üstümdə o qədər zəhmətiniz olub ki, ömür boyu borcunuzdan çıxa bilmərəm.
– Elə demə, sənə qurban, – anası dilləndi, – övlad böyüt­mək hər bir valideynin borcudur. Bizim də xoşbəxtliyimiz sənə bağlı deyilmi?
– Sağ ol, ana! Mən ikinizdən də yerdən-göyə razı­yam. Allah niyyətinizi gözünüzdə qoymasın! – deyə Murad cavab verdi.
– Di yaxşı, çox yubatma, dözəmmirəm. Tez de görüm, nə qızdır elə tapmısan? Kimlərdəndi?
– Tanıyırsan onu. Bir dəfə görmüsən, ana.
– Harada, başına dönüm? Yubatma, tez de görüm.
– Ad günümdə səninlə də oynadı e. Hamıdan gözəl, hamıdan incə, hamıdan yaraşıqlı…
– Dayan, dayan! O topalı deyirsən?! Oğlum, sən heç nə danışdığını başa düşürsən?!
“Topal” sözü elə bil paslı bir xəncər kimi sancıldı Muradın ürəyinə. Donub yerində qaldı. Nitqi tutuldu. Ürəyi elə sancdı ki, yerə yıxılacağını zənn etdi. Fikir­ləşdi ki, ona bir şey olsa, anası narahat olub özünə əl atacaq, hay-həşir qoparacaq. Xoşbəxtlikdən, vəziyyəti yavaş-yavaş düzəlməyə başladı və hər şey yaxşı qurtardı. Nadirə xanım özü də çox pis oldu. Elə bil uşağı elektrik cərəyanı vurmuşdu. Dediyi sözə peşman idi. Oğlunun könlünü almaq istədi:
– Bala, sənin də xətrinə dəydim… Bilirəm, “könül sevən göyçək olar” deyiblər. Görünür, bu illər ərzində bir-birinizə isinişmisiniz. Ancaq bu ailə məsələsi elə bir şeydi ki, gərək yüz ölçüb, bir biçəsən.

Murad danışmaq istəmirdi. Qanı bərk qara idi. Anasına da hörmət xətrinə qulaq asırdı. Nadirə xanım dedi:
– Hamı bilir ki, sənə qız axtarırıq. Biz elçi getməkdən bizə elçi gəlirlər e, xəbərin var? Ailənə də, sənə də yaxşı bələddilər… Simuzər xalanı tanıyırsan da, qaynı qızını məsləhət bilir. Qonşumuz Sevinc müəllimə öz qohumunu tərifləyir. Əmiqızın Gülər də deyir ki, hara getsəniz, rəfiqəm Leyla kimi qız tapa bilməyəcəksiz. O qızların hamısı da say-seçmə ailələrin uşaqlarıdır. Tərbiyələri, yaraşıqları, diplomları da ki öz yerində. Oğlum, özün fikirləş, bəs adama deməzlərmi ki, elə bunnan yana hay-həşir salmışdınız?! – Nadirə xanım ara vermədən danışırdı. – Oğlum, qızın fiqurası, gözəlliyi səni aldatmasın ha. Allah bilir, hansı dərədən azıb gəlib. Heç ailəsi ilə maraqlandınmı? Öyrənə bildinmi kimlərdəndi? Sayılıb-seçilən qohumları varmı? Ağıllı ol, mənim balam. Sevginin gözü kor olar. Yaxşı-yaxşı fikirləş. Sonrakı peşmançılığın faydası olmaz. Sən ancaq adımıza layiq olan bir qızla ailə qura bilərsən. 
Bu vaxt Murad dözə bilməyib dedi:
– Ana, məni o qədər də ağılsız bilmə. Zümrüdlə ətraflı maraqlanmışam. Atası sən arzuladığın kimi nə nazir, nə prokuror, nə də ki deputatdı. Valideynlərinin ikisi də sadə kənd müəllimləridi. Zümrüdün tərbiyəsinə söz ola bilməz. Hər şeydən əvvəl məni valeh edən onun davranışı, ağlı və səmimiyyəti olub. Elə bilirsən, onun istəyəni yoxdu? Məndən də qəşəng, məndən də imkanlı oğlanlar var e. Heç birini yaxına buraxmır. Deyəsən, könlü mənədi.

Nadirə xanım narahatlığını gizlədə bilmir, Murad isə haqlı olduğunu isbatlamaqda israrlı görünürdü. 
– Ana, təəssüf ki, sən onu yaxşı tanımırsan. Biləsən, necə kamallı, necə mehriban qızdır. Danışanda dilindən dürr tökülür, baxanda gözlərindən nur yağır. Əgər Zümrüdlə ailə qursam, xoşbəxt olacağıma inanıram. Sən bunu istəmirsənmi? Yoxsa sənə quru şan-şöhrət, adlı-sanlı qohumlar lazımdı?
– Niyə istəmirəm, ay oğul, – deyə Nadirə xanım bir az yumşaldı, – məgər səndən başqa məni həyata bağlayan ikinci bir şey varmı? Məndə günah yoxdur, bala. Özümdən asılı deyil narahat olmağım. Deyirəm, qızın axsadığını görüb bizə gülənlər olmasın. Adamın beyninə min fikir gəlir, ay oğul. Heç olmasa ciddi bir xəstəliyi olmayaydı. Gözlənilməz bir faciə ilə qarşı­laşsaq, inan ki, bağrım çatlar. Axı mən nəvə görmək istəyirəm!
– Elə danışma, ay ana. Allaha dua edək ki, sala­matçılıq olsun. İnşallah, hər şey yaxşı olar, ürəyini sıxma.
– Sənə qurban olum, ay oğul. Sanki bilə-bilə bu başdan özünü oda atırsan.
Murad dedi:
– Narahat olma, ana. Allah qarşısında elə bir gü­nahımız yoxdur ki, qarşımıza pis gəlin çıxsın. Ömrünüzü qeyrətlə, namusla yaşamısınız. Sən də, atam da evimizə haram tikə gətirməmisiniz. Qohumlarla, qonşularla həmişə mehriban olmuşuq. Qapımız evimizə gələnlərin üzünə hər vaxt açıq olub. Odur ki, qəlbini fərəh tut, ürəyini sıxma, ana.
Nadirə xanım nə deyəcəyini bilmirdi. Hiss edirdi ki, oğlunu yolundan döndərmək çətin olacaq. Murad araya çökən sükutu pozub söhbətinə davam etdi:
– Əziz anam, yolumda çəkdiyin əziyyətləri, keçirdiyin yuxusuz gecələri qiymətləndirməsəm, varlığınıza sevinib fəxarət duymasam, verdiyin süd mənə haram olar. Atam bu işə yox deməz. Bəs sən nə deyirsən? İcazə verirsənmi, Zümrüdün ağzını arayım?
Nadirə xanım kiriyib qalmışdı. Nə edəcəyini bilmirdi. Nəhayət, özünü ələ alıb dedi:
– Oğlum, bu dünya çox vəfasızdır. Əvvəl insanlara qucaq açır, sonra da onları torpaq altında öz ağuşuna alır. Mənim yeganə arzum səni həyatda xoşbəxt gör­məkdi. Əgər bu dünyadan köçəndə səndən nigaran getsəm, bil ki, məzarım od tutub yanar. Bax qorxuram ki, onda ruhum gəlib gecələr səni rahat yatmağa qoymaya. Əgər qızın bir qüsuru olmasaydı, mən nə deyə bilərdim? Qorxuram ki, Zümrüd ana olmağa hazırlaşanda problemlə üzləşək. Yoxsa mən sənə görə hər şeyə göz yummağa hazıram. Dediyim odur, oğlum, gərək elə hərəkət edək ki, aləmi özümüzə güldürməyək. Onsuz da onunla sən yaşayacaqsan, mən yox ki.
Murad səsini çıxarmadan sakitcə dayanmışdı. Anası elə zənn etdi ki, övladı onunla razılaşdığı üçün ağzına su alıb durub. Odur ki, oğlunun fikrini öyrənmək istədi:
– Hə, indi nə deyirsən, mənimlə razısanmı?
Murad anasının üzünə baxmadan dedi:
– Qoy atam gəlsin, evin ağsaqqalıdı, sonra qərar ve­rərik.
Burda söhbət bitdi. Çox keçmədi ki, Əzim müəllim də gəlib çıxdı. Evə çökən ağır ab-havanı o dəqiqə hiss etdi. Ailədə nə baş verdiyini anlamaq istəsə də, bunu öyrənməyə tələsmədi. Şam süfrəsi yığışılandan sonra Əzim müəllim dedi:
– Ailədə nə baş verir? Bəlkə, mənə də deyəsiniz?
– …
– Doxtur, səninləyəm. Bu nə sükutdur evi alıb ağzına? Bilmək olmazmı?!
– …
– Oğlum, deyəsən, anan məndən küsüb. Bəlkə, sən danışasan.
– Ata, mən səninlə təklikdə söhbət etmək istəyirəm, – Murad dedi.
– Nə deyirəm, oğlum, – üzünü həyat yoldaşına tərəf tutdu, – doxtur, sən çıxırsan, yoxsa biz tərpənək?
Nadirə xanım bir söz demədəm sakitcə durub getdi. Əzim müəllim dedi:
– Oğlum, nə məsələdi? Nə dilxorçuluqdu belə? Mənsiz evi idarə etmək belə çətindi?
– Ata, məsələ çox ciddi, həm də üzücüdü.
– Aha, belə de. Danış görək, qulağım səndədi, – Əzim müəllim xəbər aldı.
– Deməli, belə, ata. Anam həm sənin adından, həm də öz adından məni həmişə tələsdirib ki, qız tapım, məni evləndirəsiniz…
– Oğlum, buna görə narahat olma, deyərəm səni çox yormaz. Anadı da, istəyir toyunu görsün. Elə mən də.
– Ata, sən məni başa düşmədin. Məsələ bunda deyil. Mən neçə illərdir tanıdığım, ağlına, tərbiyəsinə bələd olduğum, məni anlayıb başa düşən bir qıza ürəyimi açmaq istəyirəm.
– Bunun nəyi pisdi ki, oğlum?
– Ata, qız kənddən gəlib. Atası da, anası da müəl­limdi. Özünün də davranışına, dürüstlüyünə söz ola bilməz.
– Bəs problem nədədi axı? Məni başa salsana?
– Ata, mən istədiyim qız yeriyəndə sağ ayağını bir az çəkir. Ancaq ağlına, tərbiyəsinə, mədəniyyətinə söz ola bilməz.
– Mən indi hər şeyi başa düşdüm. Deyirəm axı doxtur niyə belə qaşqabaqlıdı, – Əzim müəllim azca fikirləşib sözünə davam etdi, – Murad, sən heç ürəyini sıxma. Mən səninlə tamamilə razıyam. Sağ ol ki, mənimlə kişi kimi söhbət edib hər şeyi anlatdın. Qaldı doxtura, ona görə narahat olma, atan onu haqqa gətirər.
Bu sözləri eşidən Murad sevincindən bilmədi nə etsin. Atasını qucaqlamaqdan özünü zorla saxladı. Əzim müəllim üzünü qapıya tərəf çevirib həyat yoldaşını səslədi:
– Doxtur, hardasan? Bir bu yana gəl görək.
Qulağı səsdə olan Nadirə xanım özünü həmən yetirdi. Boş stulların birində əyləşib ərinə tərəf baxdı. Əzim müəllim dedi:
 – Doxtur, mən səni başa düşə bilmirəm. Oğlumuz evlənib bizi sevindirmək istəyir, sənsə muştuluq almaq əvəzinə qaşqabağını tökmüsən. Nə məsələdi?
– Ayağını dedi? – deyə Nadirə xanım yavaşca soruşdu.
– Əlbəttə, dedi. Məni başa sal görüm, sənə oğlumuzun xoşbəxtliyi lazımdır, yoxsa gəlinimizin yerişi?
Nadirə xanım səsini çıxarmadı. Əzim müəllim sözünə davam edib dedi:
– Arvad, neçə illərdi, bir yerdə yaşayırıq. Şükür Allaha ki, bu vaxta qədər aramızda ciddi bir mübahisə, söz-söhbət olmayıb. Bilirsən niyə? Ona görə ki, bir-birimizi sevib evlənmişik. Böyüklərin xeyir-duası ilə ailə qurmuşuq.
Araya ani bir sükut çökdü. Sonra Əzim müəllim ciddi bir görkəm alıb dedi:
 – Doxtur, sənə bir sual verəcəyəm. Sən o sualı mütləq cavablandırmalısan. Deyirəm, bəlkə, mən indi­yə kimi səni yaxşı tanımamışam. Sən öz cavabınla mənim bütün şübhələrimə son qoymuş olacaqsan. İndi mənə de görüm, sabah mən qəzaya düşüb qolla­rımı, ayaqlarımı itirsəm, nə edəcəksən? Məni atıb gedəcəksən, yoxsa oğluma sarılıb başıma dolanacaq, gecə-gündüz qulluğumda duracaqsan?!
Nadirə xanım heç nə deməyib susdu. Əzim müəllim əsəbi halda yumruğunu masaya çırpıb bağıraraq dedi:
 – Cavab ver, xanım Nadirə!!! Səninləyəm!
Nadirə xanım da, oğlu da tutulmuşdu. Murad danış­saydı, dili söz tutmazdı. Gözləri dolmuşdu. O, atasını indiyə kimi belə qəzəbli görməmişdi. Nadirə xanım özünü ələ alıb oğlunun boynunu qucaqladı. Başını qaldırmadan ərinə dedi:
– Bu nə sözdür danışırsan, a kişi?! Allah heç vaxt bizi sənsiz eləməsin. Bağrımızı qan elədin ki. Mən cəhənnəmə, bu nübarımızın ürəyini sıxmayaydın.
– Özün yaxşı bilirsən, onun qəlbinə dəyən kimdir… Bu söhbətə bir də qayıtmırsan. Bir şeyi yadından çıxarma: heç kim bilmir ki, sabah onun başına nə iş gələcək. 
Anası oğlunun üzündən öpüb getdi. Murad da çox gözləmədi, atası ilə sağollaşıb öz otağına çəkildi. Əslində tək qalmaq üçün ayrıldı, yatmaq üçün yox. Çünki gecəni yata bilməsi çətin məsələ idi.
…Zümrüd dərsə hamıdan qabaq gəlmişdi. Muradın dünənki biganəliyi onu üzdüyündən gecəni rahat yata bilməmişdi. Səbirsizliklə sevdiyi oğlanın gəlişini gözləyirdi. Nəhayət, Murad gəlib çıxdı. Yuxusuzluq gözlərinin qızartısından o dəqiqə sezilirdi. Murad gülən gözlərini sevgilisinə tuşlayan kimi Zümrüdün bütün nigarançılığına son qoyuldu. Tənəffüs zamanı söhbətə ilk başlayan Zümrüd oldu. 
– Yaxşı, dünən məni niyə yola salmadın? Yolumuz bir deyildi ki?
– Bağışla, Zümrüd, şəhərdə xırda-para işlərim vardı. Yaxşısı budur, de görüm, necəsən? – Murad xəbər aldı.
– Sənin kimi: yorğun, yuxusuz.
– Yuxusuz olduğumu hardan bildin? – Murad təəccüblə soruşdu.
– Qızarmış gözlərin haray çəkib hər şeyi xəbər verdi, – Zümrüd gülümsədi.
Murad söz tapa bilmədi:
– Haqlısan, Zümrüd… Bu gün dərsdən sonra ətraflı söhbət edərik. 
Universitetdən çıxıb üz tutdular həmişə getdikləri “Sevinc” kafesinə. 
Kafedə adam az idi. Nahar vaxtı arxada qalmışdı. Şam yeməyinə isə hələ vardı. Küncdəki masanın arxasında oturub lal-dinməz bir-birinin üzünə baxırdılar. Sözə birinci başlayan Murad oldu:
– Zümrüd, fikrin nədir, rayona getmək, yoxsa Bakıda qalmaq?
– Bakıda?! Evsiz-eşiksiz mənim buralarda nə işim var, ay Murad? Atam-anam bu dörd ildə nələr çəkib, bir Allah bilir. Yenə rayon yerində birtəhər ötüşmək olur.
Murad gözlənilmədən söhbəti dəyişdi:
– Zümrüd, sən heç ailə qurmaq barədə düşünürsənmi?
– Nəyə görə soruşursan? – deyə Zümrüd suala sualla cavab verdi.
– Deyirəm, yəni könül verdiyin bir oğlan-zad varmı?
– Yox, yoxdu. 
– Doğrudan? Bəs sənə necə, aşiq olan biri varmı? 
– Var elə bir oğlan, necə ki?
– Sən bir işə bax, mən heç bilmirdim… Onun kim olduğunu bilmək olarmı?
– Əlbəttə, olar. O oğlan illər uzunu mənə qayğı göstərən, hər sevincini mənimlə bölən, dar günümdə, çətin anlarımda həmişə yanımda olan, öz köməyini heç vaxt məndən əsirgəməyən dünyalar qədər sevdiyim birisidi. 
Murad çox narahat oldu. Sifəti pörtdü. Canına əsməcə düşdü. Fikirləşdi ki, deyəsən, arzuları puç olur, xoşbəxtlik ondan üz döndərir. Dili topuq vura-vura astaca soruşdu:
– O bəxtəvər kimdi elə? Mən onu tanıyırammı?
– Tanıyırsan, Murad. Özü də lap yaxşı tanıyırsan. O adam mənimlə üz-üzə oturub gözlərimin içinə baxan, amma “səni sevirəm” kəlməsini deməyə cəsarəti çatmayan Murad Camalzadədi.
Murad özünü itirdi. Bilmədi nə etsin. Başını aşağı salsa da, həyəcanını gizlədə bilmədi. Özünü birtəhər toparlayıb dedi:
– Zümrüd, əzizim, bilirsən ki, səni necə çox sevirəm. Düzü, deməyə cürət etmirdim. Qorxurdum, birdən “yox” cavabı alaram, ürəyim buna tab gətirməz.
– Sən bir bunda dilə bax! Bu sözləri hardan öyrən­misən? – deyə Zümrüd zarafatla soruşdu.
– Əzizim, bilirsən ki, mən fağır bir oğlanam. Məni dilə gətirən sənə olan məhəbbətimdi.
– Görürəm, çox fağırsan! Dil-dil ötür, özü də deyir fağıram.
Bir müddət heç biri danışmadı. Sakitcə oturub bir-birinə baxdılar. Araya çökən sükutu Zümrüd pozdu:
– Murad, gecdi, bəlkə, gedək?
– Hara? Mənə cavab vermədin axı. Valideynlərimi sevindirə bilərəmmi?
Zümrüd ciddi görkəm alıb dedi:
– Məni sevdiyinə, mənimlə ailə qurmaqda qərarlı olduğuna əminmisən?
– Əlbəttə, Zümrüd. Məgər sən buna şübhə edirsən? – Murad cavab verdi.
– Elə isə de görüm, bəs niyə indiyə kimi məni üzüntüdən qurtarmırdın? – deyə Zümrüd narazı şəkildə xəbər aldı.
– Axı sənə izah etdim. Əgər “yox” cavabı alsaydım, necə olardım? O universitetə gedib-gələ bilərdimmi? – deyə Murad narazı şəkildə xəbər aldı. 
– Bəs qorxmurdun ki, bir başqasına könül verərəm?
– Yox, qorxmurdum. Birincisi, ona görə ki, əgər həqiqətən məni sevirdinsə, bunu etməzdin.
 İkincisi də, belə bir fikrin olsaydı, mütləq mənimlə məsləhətləşərdin! – deyə Murad cavab verdi.
– Ay çoxbilmiş! Gör bir hara qədər hesablamısan. Doğru deyirsən, məntiqlə elədi.
Kafedən çıxıb söhbət edə-edə düzəldilər yola. Söh­bətin şirinliyindən bir saatlıq yolun necə tez gəlib keçdiyinə özləri də məəttəl qaldı. Sabaha qədər ayrılmaq lazım idi. Sağollaşma anında Murad Zümrüdün əlini buraxmadı:
– Mənə bir söz demədin, Zümrüd. Fikirləşirdim ki, cavablarımla qarşında bəraət almışam.
– Düz deyirsən, Murad. Səninlə razıyam. Ancaq məni tələsdirmə, nə olar. Bu naz satmaq deyil ha. Özün xasiyyətimə bələdsən. Sabah sənə cavab verəcəyəm. Gecəni rahat yata bilərsən…
Sevgilisi ümid verdiyi üçün Murad evlərinə kefi kök gəlmişdi. Fikirləşirdi ki, Zümrüddən inciməyə dəyməz. Axı onun da böyükləri var. Valideynlərinin razılığı, xeyir-duası olmadan o, Murada bir söz deyə bilərdimi? Ən azı anası ilə məsləhətləşməliydi.
Murad mətbəxdə oturub çay içirdi. Nadirə xanım oğlu­nun başına sığal çəkib dedi:
– Mən nə edirəmsə, yalnız sənə görə edirəm. Təki sən xoşbəxt ol. Mənim başqa bir umacağım yoxdu. Özümdən asılı deyil ki, danışıram da. Dünənki söhbətə görə də məndən incimə.
– Allah eləməsin, ana. Oldu, keçdi. Zümrüd yaxşı qızdı, özün görəcəksən. Ağıllıdı, mehribandı. Onu məndən də çox istəyəcəksən.
– Danışmadınız? Nə deyir? Elçiliyə nə vaxt gedirik? – Nadirə xanım xəbər aldı.
– Darıxma, ana. Sabah Zümrüdlə görüşüb hər şeyi həll edəcəyəm.
Hava işıqlanmağa başlamışdı. Səhərin sayrışan al şəfəqləri pəncərədən Murada əl eləyirdi. Telefonun zəngli saatı hay-küy salmamış Murad gözlərini aç­mışdı. Yuxudan tez dursa da, özünü gümrah hiss edir­di. Qalxıb əl-üzünü yudu. Bəzi əl-qol hərəkətləri etdi. Sonra səhər yeməyini yeyib dərsə yollandı.
Auditoriyaya, demək olar ki, Zümrüdlə eyni vaxtda ayaq basdı. Sanki sözləşib gəlmişdilər. Zümrüdün si­fəti açılmış, yanaqları qızarmışdı. Elə bil üzündə ay doğmuşdu. Muradın isə gözləri gülürdü. İkisi də bəx­təvər görünürdü. Dərsin başlamasına hələ yarım saat qalırdı. Otaqda onlardan başqa kimsə yox idi. Murad dedi:
– Zümrüd, uşaqlar gəlməmiş mənə bir söz deyə bilər­sənmi? Atamgil sizə getmək istəyir, yəni kənddəki evinizə.
Zümrüd gülümsədi:
– Murad, dərsdən sonra çimərliyə gedə bilərikmi? Mən sənə olan eşqimi Xəzərin qumlu sahilində bəyan etmək istəyirəm.
– Əlbəttə, olar. Burada nə var ki? Səndən cavab almaq üçün dünyanın harasına desən, getməyə hazıram. Təki sənin ürəyincə olsun, – deyə Murad cavab verdi.
Bu bir neçə saat elə ağır gəlib keçdi ki, Muradı lap hövsələdən çıxardı.
…Sevgililər taksini yola salıb dənizin ləpədöyəninə qədər yeridilər. Günorta saat üç olardı. Dəniz çox sakit idi. Suyun temperaturu çimmək üçün yetərli olmasa da, narın ləpələr üstündə əl-qol atan bir neçə adam diqqəti cəlb edirdi. Murad sevgilisinin əllərindən tutub düz gözünün içinə baxdı. Ona elə gəldi ki, Zümrüdün gözləri Xəzərlə müqayisədə daha dərindir. Bir anlıq ürəyindən keçdi ki, eşqdən alışıb-yanan ürəyini söndürmək üçün Zümrüdü bağrına basıb dodaqlarından öpsün. Lakin iradəsini toplayıb bu fikrindən vaz keçdi. Düşündü ki, onsuz da o ana çox qalmayıb. Üzünü sevgilisinə tutub dedi: 
– Eşidirəm səni, həyatım. Bu da istədiyin qumlu sahil. İndi ürək sözlərini deyə bilərsənmi?
– Murad, səni çox yormaq istəmirəm. İcazə ver, əvvəlcə dənizə bir baş vurum, sonra sözümü deyərəm. Kim bilir, rayona gedəndən sonra Xəzərlə bir də haçan görüşəcəm.
– Sən nə danışırsan, Zümrüd?! – Murad heyrətini gizlədə bilmədi, – sənə soyuq olar! Çimərlik dövrü başlamayıb axı! Sən o əl-qol atanlara baxma. Onlar vərdiş ediblər. Bəlkə, hələ qışı da buralardadılar.
– Sən qəti narahat olma, Murad. Elə mən də öy­rən­cəliyəm. Çimərlik paltarını geyinib gəlmişəm. Soyuqdan heç bir qorxum yoxdu. Məgər unutmusan, axı mən dağ kəndində böyümüşəm. Gözlərini yum, soyunum, mən deyəndə açarsan.
Zümrüd təkid etdiyindən Muradın razılaşmaqdan başqa çarəsi qalmadı. O, indiyə kimi sevgilisini çimərlik paltarında görməmişdi. Qorxurdu ki, Zümrüdün ağ bədənini, əsrarəngiz gözəlliyini görüb özündən getsin. Muradı xəyaldan Zümrüdün səsi ayırdı:
– Yaxşı, bəsdi durub maddım-maddım üzümə baxdın, utanıram axı.
Zümrüd qurşağa qədər soyunmuşdu ki, Murad dözməyib gözlərini açdı. Sevgilisinin ağappaq sinəsini, məmədandan boylanan döşlərini görüb az qaldı huşunu itirsin. Zümrüd dedi:
– Ay xatakar, sənə deyən oldumu gözlərini aç?!
Murad sevgilisinin günəş şüaları altında parlayan füsunkar bədəninə baxırdı. “İlahi, gör necə də gözəldi!” – deyə az qaldı fərəhindən qanadlansın. O, Zümrüdün döşlərini şairlərin vəsf etdiyi kimi nə bir cüt almaya bənzətdi, nə də ki nara. Ona elə gəldi ki, Zümrüdün sinəsində sayrışan günəşin bir parçasıdı. O, özünü itirmişdi. Zümrüd sakitcə dayanıb gülümsəyirdi. Murad isə sevgilisinin gözəlliyi qarşısında mat qalmışdı, onun cazibəsindən çıxa bilmirdi. “İlahi, mən necə də xoşbəxtəm!”
Zümrüd dedi:
– Bəsdi baxdın. Üzünü çevir, yoxsa çıxıb gedəcəm.
Murad bir söz deməyib üzünü çevirdi. Və bir neçə dəqiqə keçəndən sonra Zümrüdün məlahətli səsini eşitdi:
– Murad, su soyuq deyil. İstəyirsən, sən də gəl.
Murad yavaşca geri döndü. O, ləpələrin ətəyində qürurla dayanan Zümrüdü görən kimi yerindəcə donub qaldı. Sir-sifəti pörtdü, dünya başına fırlandı. Murad gözlərinə inanmaq istəmirdi. Zümrüdün sağ ayağı dizdən aşağı protez idi. “Deməli, buna görə həmişə şalvar geyinirmiş” – düşündü. Murad özünü itirmişdi, nə edəcəyini bilmirdi. Zümrüdə tərəf baxsa da, gözlərinə anası Nadirə xanımın gah qəzəbli, gah da ki, üzgün sifəti görünürdü. 
Zümrüd gülümsəyərək Murada baxmaqda davam edirdi…

Aləm Kəngərli

70 min homoseksual cütlük evləndi - FOTO
Əlləri və ayaqları bu hala gəldi Diqqət! Sizin də başınıza gələ bilər
Qadın şüşə qapının içindən keçdi - VİDEO
Qasırğadan sonra qorxunc görüntü ortaya çıxdı - FOTOLAR
40 il əvvəl ölən şəxsin cəsədini mədəsindəki toxum ortaya çıxardı - İNANILMAZ...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Hərbi sənayemizin inkişafı ölkəmizin hərbi qüdrətinin göstəricisidir”
Dünya
40 il əvvəl ölən şəxsin cəsədini mədəsindəki toxum ortaya çıxardı - İNANILMAZ...
Cəmiyyət
İnsan beyni mədə ilə birbaşa bağlıdır - ARAŞDIRMA
Gündəm
Ermənistan qaçqınının arvadı 4-cü gecədir ki, Bakı küçələrində qalır... -FOTOLAR
Cəmiyyət
Binəli Yıldırım MM-də Rüstəmxanlının şeirini dedi - Rəsmi KİV bunu niyə gizlədib?
Həftənin ən çox oxunanları
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
“Səməd Səmədov nə oxuyur ki, onun adını “hay-küy”qoymuşam...”
“Bu qədər yoxsulluğun olduğu ölkədə lüks bir təyyarəyə minməkdən utanıram" - Prezident...
"Yaxın günlərdə gözləmədiyimiz bir məkanda mütləq terror aktı baş tutacaq" - PROQNOZ
Milyonçu Tağıyevlə Nuru Paşa arasındakı tarixi əhvalat – Evin açarlarını ona verdi...
Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə