Xəbər lenti
12/11/2018 [23:19]:
Dünyanın ən əzəmətli dağında şərəfli xidmət: “Burada adamın xəstələnmək yadına düşmür”
12/11/2018 [22:48]:
Ukraynada azərbaycanlı polis rəisi: “Çiynində poqon gəzdirən qadın olmaq...”
12/11/2018 [22:16]:
İsrail qırıcıları Qəzza zolağını bombalayır - VİDEO
12/11/2018 [21:58]:
Holoqramla evlənmək üçün 18 min dollar xərclədi - MARAQLI
12/11/2018 [21:37]:
"Qadının ecazkarlığını, gözəlliyini qorumaq üçün hicab bir vasitədir..."
12/11/2018 [21:35]:
Ölkəni ayağa qaldıran iynəli çiyələk qalmaqalının səbəbkarı tapıldı - FOTO
12/11/2018 [21:17]:
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
12/11/2018 [21:13]:
Yüzlərlə işçi bir gündə zəngin oldu - SƏBƏB
12/11/2018 [21:05]:
İlham Əliyev Bakıda açılış etdi - YENİLƏNİB + FOTO
12/11/2018 [20:49]:
Şirkət işçilərinə “çip” taxılması çalışanları ayağa qaldırdı - FOTO
12/11/2018 [20:26]:
Dövlət Gömrük Komitəsinin Akademiyasında "Konstitusiya günü" qeyd olunub - FOTOLAR
12/11/2018 [20:23]:
Artıq ölülər dəfn edilməyəcək, tarlada istifadə olunacaq - MARAQLI
12/11/2018 [20:14]:
Allah, özüm gəlim, ya kimisə göndərəcəksən...?
12/11/2018 [20:10]:
Prezident biznes sahəsində fərqlənənləri təltif etdi – SİYAHI
12/11/2018 [20:09]:
Rusiya bölgədə kimin dostudur?
12/11/2018 [20:08]:
“Daha bura pul gətirməyin!” - “İngiltərənin verdiyi mesajın mahiyyəti budur...”
12/11/2018 [20:04]:
İran sanksiyalara nə qədər tab gətirə bilər?
12/11/2018 [19:56]:
“Rusiya bu ölkəyə vura biləcəyi ziyanı vurub”
12/11/2018 [19:50]:
Mərkəzi Bank 38 min manatdan çox saxta pul aşkar etdi
12/11/2018 [19:37]:
Prezident nazirliyə 3,5 milyon pul ayırdı
12/11/2018 [19:34]:
Azərbaycan İlahiyyat İnstitutunda Konstitutsiya Günü qeyd edilib
12/11/2018 [19:33]:
Qənirə Paşayeva İstanbul Üsküdar bələdiyyə başqanı Hilmi Türkmen ilə görüşüb
12/11/2018 [19:29]:
Azərbaycan İlahiyyat İnstitutunda psixoloqla görüş keçirilib
12/11/2018 [19:17]:
ADNSU-da Konstitusiya Günü ilə bağlı tədbir keçirilib
12/11/2018 [19:17]:
Slovakiyanın baş naziri Azərbaycana gəldi
12/11/2018 [19:09]:
“Başqa ölkələrin müdafiə yükünü daha çəkmək istəmirik” – Donald Tramp
12/11/2018 [19:04]:
Azərbaycanda qaz abonentlərinin sayı artıb
12/11/2018 [18:45]:
Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırıldı
12/11/2018 [18:44]:
Azay Quliyev 17 min tələbənin problemini həll etdi
12/11/2018 [18:42]:
Dolların sabaha olan məzənnəsi
12/11/2018 [18:33]:
BSU-da “Qalxan və qılınc” sənədli filminin nümayişi olub
12/11/2018 [18:26]:
DYP Bakıya girişinə məhdudiyyət qoyulan bu avtomobillərin sürücülərinə müraciət etdi
12/11/2018 [18:08]:
Ermənilər layiqli cəzalarını aldılar - Moskvadakı kütləvi davanın TƏFƏRRÜATI
12/11/2018 [18:01]:
Kanadanın baş naziri Camal Xaşoginin öldürülməsi haqda
12/11/2018 [17:53]:
DİN Bakıdakı güləllənmə ilə bağlı məlumat yaydı
12/11/2018 [17:44]:
30 il əvvəlki son deportasiya
12/11/2018 [17:24]:
Bakıda qadına qarşı zorakılıq - Telefonu əlindən aldılar
12/11/2018 [17:18]:
Vaqif Əsədov yol polislərinin mobil telefondan istifadəsindən danışdı
12/11/2018 [17:14]:
10 tonluq plov hazırlandı
12/11/2018 [17:01]:
Vahid Ələkbərov: “Lukoyl” sanksiyalar aradan qaldırılmayanadək İranla müqavilə imzalamayacaq"
12/11/2018 [16:59]:
İnfarktdan qorunmağın səmərəli üsulu açıqlandı...
12/11/2018 [16:51]:
Zakir Həsənov bu deputatları təltif etdi - SİYAHI
12/11/2018 [16:41]:
“İnsanlar maariflənməlidir ki, “cinçıxaranlar”a və cindarlara müraciət etməsinlər”
12/11/2018 [16:38]:
Yarpaq.Az - Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı...
12/11/2018 [16:37]:
Prezident və xanımı açılış ETDİ
12/11/2018 [16:30]:
“Tamerlan Qarayev İsmət Qayıbovla möhkəm dost idi...” - 20 Noyabr: gerçəklik və fərziyyələr
12/11/2018 [16:26]:
Lənkəranda 4 kənd su altında qaldı, 63 nəfər... – RƏSMİ
12/11/2018 [16:23]:
Azərbaycanda 40 ilin məhkumu həbsdə öldü
12/11/2018 [16:16]:
“Bu xəbəri yayanların kim olduğunu bilirəm...” - Mübariz İbrahimovun qardaşı danışdı...
12/11/2018 [16:08]:
Fulbrayt proqramı çərçivəsində daha bir mütəxəssis ADPU-da fəaliyyətə başladı
12/11/2018 [16:01]:
Avropa Birliyinin üzvü Ermənistana hərbi təyyarələr satmaq istəyir - TƏXRİBAT
12/11/2018 [15:57]:
ADPU-da 14 Noyabr-Beynəlxalq Loqopedlər Gününə həsr olunmuş “Məzunlarla görüş” adlı tədbir keçirildi
12/11/2018 [15:39]:
Daxili İşlər Nazirliyindən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
12/11/2018 [15:37]:
"Cin çıxaran" şəxslərin öldürdüyü gəncin FOTOLARI və dəhşətli TƏFƏRRÜATLAR
12/11/2018 [15:37]:
“Quzular, danalar faydadır bizə, həm yemdir, həm yarar hər işimizə...” - "Xeyirxah tülkü"
12/11/2018 [15:33]:
On beş yaşlı gənc intihar etdi - 200-dən çox psixotrop tablet içib...
12/11/2018 [15:31]:
Nazim Süleymanov: "Dözə bilmədiyim üçün rəhbərliyə müraciət etdim"
12/11/2018 [15:28]:
İcra nümayəndəsi Mübariz İbrahimovun anası barədə xəbəri TƏKZİB ETDİ
12/11/2018 [15:13]:
BSU-da beynəlxalq seminar öz işinə başlayıb
12/11/2018 [15:00]:
Rəsmi Bakı Paşinyanın Parisdəki çıxışına cavab verdi
12/11/2018 [14:52]:
Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
12/11/2018 [14:49]:
Nazir özünə 4 müşavir, 213 işçi axtarır - SİYAHI
12/11/2018 [14:44]:
Yollardan ətrafa su və palçıq sıçradan sürücülərə XƏBƏRDARLIQ
12/11/2018 [14:22]:
“Yavaş-yavaş bu yoxluğa öyrəşməyə çalışırıq...” -Həsənağa Sadıqovun oğlu...
12/11/2018 [14:11]:
İlham Əliyev Belarusa gedir - “Razılaşmamız müqəddəsdir”
12/11/2018 [14:02]:
“Anlamır ki, gündəmdə qalmaq istəyi onu son nəticədə “gündəyməzə” salır...”
12/11/2018 [13:43]:
Telman İsmayılovun oteli icarəyə verildi
12/11/2018 [13:41]:
“Uşaqlarımı öldürməklə təhdid edirlər” - Prezidentliyə namizəd
12/11/2018 [13:33]:
“Cinçıxaranlar”ın, falçıların bazarının bağlanması üçün ciddi addımlar atılmalıdır”
12/11/2018 [13:28]:
Moskvada azərbaycanlılarla ermənilərin kütləvi davası –OMON qarışdı
12/11/2018 [13:22]:
Sabahın hava proqnozu - Qar yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
12/11/2018 [13:12]:
Qaxda evləri soyan keçmiş məhkumlar saxlanıldı
12/11/2018 [12:59]:
“Bayrağı meydanda gəzdirəndə mənə dəli kimi baxıb, gülürdülər...” - Otuz il öncə üçrəngli bayrağı tikən qadın...
12/11/2018 [12:58]:
“Boğulura, bu kisəni başımdan çıxarın” – Qaşıqçının son sözləri
12/11/2018 [12:42]:
"Fədayə Laçının səhhəti ağırdır" - Vəkili
12/11/2018 [12:39]:
Səreyndəki güneyli qardaşlarımızdan bu taya çağırış...
12/11/2018 [12:35]:
Əli Məhərrəmzadənin "Covdar çörəyi" təqdim olundu
12/11/2018 [12:17]:
Qənirə Paşayeva Türkiyədə konfransda geniş məruzə ilə çıxış etdi
12/11/2018 [12:05]:
“Həkimin xəstəyə müştəri gözü ilə baxması yolverilməzdir”
12/11/2018 [11:58]:
Demokratlar “Rusiya istintaqı”nı qorumağa çalışırlar –Yeni prokurorun qarşısını kəsmək üçün qanun qəbul oluna bilər
Bütün arxiv bir sırada
05/07/2018 [16:25] - Müsahibə - ( 2985 dəfə baxılıb)

“Əgər cinayətkarlıq “müəyyən xəstəliyin” təzahürüdürsə, cəza o xəstəliyin müalicəsidir”

Şəmsəddin Əliyev: “Cəmiyyətin sağlamlaşdırılması üçün peşəkar müayinəyə və reseptə ehtiyac var”
“Hələ ki, dünya bu resepti tapmağa qadir deyil”


Törətdikləri cinayətlərə görə həbs edilən məhkumların islahı prosesi, onların yenidən tərbiyələndirilməsi, bu məqsədlə həyata keçirilən tədbirlərin səmərəliliyini xarakterizə edən amillər hər zaman antik filosoflardan tutmuş müasir dövrümüzün hüquq mütəxəssislərinə qədər hər kəsi düşündürən məsələlər olub. 

Moderator.az  saytının əməkdaşı hüquqşünas-publisist Şəmsəddin Əliyevlə söhbətində bütün bu məsələlərə aydınlıq gətirməkə yanaşı, son dövrdə ölkəmizdə hüquqi müstəvidə həyata keçirilən islahatları da şərh etməyə çalışıb.

 

-Şəmsəddin müəllim, dünyadakı bütün siyasi-iqtisadi sistemlərin bir-birinə bilavasitə və ya dolayısı ilə təsir etdiyi, bir-birləri üçün “təcrübə məktəbi” rolu oynadıqları şübhəsizdir. Bəs hüquqi sahədə vəziyyət necədir? Müxtəlif ölklərin hüquq sistemləri arasında da belə bir qarşılıqlı təsiretmə mexanizmi mövcuddurmu?

 

-Dünya ölkələrinin hüquq sistemi bir-birindən fəqli və ayrı fəaliyyət göstərsələr də, ümumilikdə qarşılıqlı əlaqədə olduğundan  normativ bazanı zənginləşdirir.

Belə təcrübə hüquq dünyasını və hüquq sistemini inkişaf etdirir,onun təkmilləşdirilməsinə imkan yaradır. Bizə qədər olan hüquq sisteminin genezisi-tarixi (yunan, german, qərb və Roma hüquq sistemi) belə deməyə əsas verir ki, mövcud hüquq sahələri həmişə qarşılıqlı fəaliyyətdə olmuş və olacaqlar.

Demokratik Azərbaycan dövlətinin hüquq sistemi 1918-2018-ci illər ərzində dəfələrlə tarixi zərurətdən doğan dəyişikliklərə məruz qalmış və bu dəyişikliklər müəyyən mənada həyat tərzinin dəyişilməsi ilə qismən bağlı olsa da,daha çox dünya hüquq sisteminə yaxınlaşmaq və modernləşmək məqsədindən irəli gəlmişdir.

 

-Sizcə cinayətlərin sayı ilə cəmiyyətdə sosial-hüquqi və s. sahəlrədə baş verən islahatların əlaqəsi varmı?

 

-Bəzən, müəyyən dövr ərzində cinayətlərin kəmiyyətindəki dəyişikliklər də (artımın və yaxud, azalmanın müşahidə edilməsi) cəmiyyətdə baş verən sosial, hüquqi və digər sahələrdəki islahatların həyata keçirilməsi ilə əlaqəli olur. Diqqət edək; 2017-ci il ərzində istintaq hərəkətlərini həyata keçirən subyektlər üzrə qeydə alınan 26113 cinayətlərin dinamikada artımla qeydiyyatı (2016-cı ildə 26611; 2015-ci ildə 26916; 2014-cü ildə 24607 - 2013-cü il ildə   22381 fakt)cəmiyyətdə baş verən qaçılmaz fundamental dəyişikliklərlə bağlı olmuşdur. Lakin, cinayətkarlıqla mübarizənin vəziyyətindəki artıb-azalma hallarının ölkədə kriminogen durumun  mürəkkəbləşməsi ilə əsla, bağlılığı yoxdur.  

Bütün hallarda statistikada cinayət faktlarının azalma və yaxud, artımla qeydi cinayətkarlıqla mübarizənin davamlı həyata keçirilməsinin praktik təzahürü və kriminogen duruma nəzarətdən irəli gəlir. Baş verən cinayətlər gizlədilmir, rəsmiləşdirilir. Aparılan çevik əməliyyat - axtarış tədbirləri nəticəsində əgər 2013-cü ildə 12361 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdirsə, onlardan 9653 nəfəri işləməyən və təhsildən yayınanlar (oxumayanlar), məsuliyyətə cəlb olunanlar sırasında əvvəllər məhkum olunmuşların sayı isə 1729 nəfər olmuş,axtarışda olanların 2059 nəfərinin tutulması təmin edilmişdir. Digər göstəricilərə nəzər salaq;

2014-cü il ərzində 12.656 nəfər, (onlardan; 1986 nəfəri əvvəllər məhkum olunmuşlar, axtarışda olanların  2193 nəfəri tutulmuşdur);2015-ci ildə 13392 nəfər, (əvvəllər məhkum olunmuşların 2432-si cinayət məsuliyyətinə cəlb edilmiş, 2534 axtarışda olanlar tutulmuşdur); 2016-cı il ərzində 13911 nəfər (2545 nəfəri əvvəllər məhkum olunmuşlar cinayət məsuliyyətinə cəlb olunmuş, axtarışda olan 3018 nəfər tutulmuş); 2017-ci il ərzində isə 12886 nəfər cinayət məsuliyyətinə cəlb edilmişlər. Ötən il ərzində 2465 əvvəllər məhkum olunmuş şəxslər təkrar törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmuşlar. Axtarışda olan 3415 nəfər tutulmuşdur.

Ümumilikdə cinayətlərin kəmiyyət göstəricilərindəki artıma baxmayaraq, cinayət məsuliyyətinə cəlb olunanların sayı da artmış, azadlıqdan məhrum olma yerlərindən cəmiyyətə qayıdan şəxslərin müəyyən hissəsi ictimai münasibətlərə hörmət ruhunda davrana və müvazinətlərini qoruyub saxlaya bilmədiklərindən qəsdən cinayətlər törətmiş şəxslərin sayında artımın müşahidə edilməsi halları narahatlıq doğurmaya bilməz. Nəzəri baxımdan  belə qənaətə gəlmək olar ki, cinayət törətmiş şəxslərə qarşı tətbiq edilən cəzanın əsas məqsədlərindən biri- cinayətkarın islah olunması yetərincə olmamışdır. Cəzanın məqsədinin nə dərəcədə cinayət törədənlərə və törətmək istəyənlərə qarşı təsir dairəsini genişləndirmək üçün Milli Elmlər Akademiyasının müvafiq sahələr üzrə elmi tədqiqatlarına ehtiyac var .

 

-Bəs sizin şəxsi rəyiniz nədən ibarətdir?

 

-Mənim  sübyektiv mülahizələrim var.Əgər cinayətkarlıq və baş verən cinayətlər cəmiyyətdə “müəyyən xəstəliyin” təzahürüdürsə, cəza o xəstəliyin müalicəsi üçün”məlhəm”- dərman vasitəsidir. Başqa cür düşünmürəm.

Ona görə də, cəza dərman preparatı kimi məqsədini və funksiyasını yerinə yetirməsi üçün elmi diskusiyaların predmetinə çevrilməli,“xəstəliyin məlhəmi”tapılmalıdır. Əgər tapılmazsa,  cəzanın da məqsədinə ehtiyac qalmır və cəzanın həqiqi funksiyasını başqa yerdə axtarmağa  zərurət yaranır. Uzun illər cəzanın tətbiqi ilə onun məqsədi ilk növbədə-sosial ədaləti bərpa etmək; ikincisi-cinayətkarı islah etmək;və sonuncu-təkrar cinayətlərin qarşısını almaq məsələləri həllini tapmış olur. Amma,əgər cinayətkar islah olunmursa,təkrar cinayətlərin qarşısı da alınmırsa,deməli,sosial ədalət də bərpa olunmur. Belə olan halda cəza məqsədindən və niyyətindən kənarda qalır.

 

-Zaman-zaman bu cür fikirlər səsləndirilir ki, cinayətkarla sərt davranmaq onu islah etmir, əksinə, daha da qəddarlaşdırır, rəhmsiz edir. Bəs cinayətkarla humanist davranmaq necə, çıxış yolu sayıla bilərmi?

 

-Bəzi alimlər belə hesab edirlər ki, cinayət törətmək üçün (söhbət qəsdən törədilən cinayətlərdən gedir) subyektdə “hünər” olmalıdır. Yəni insan, insanlığa xas olmayan bir addımı atmağa qadirdirsə o, daş ürəkli və yaxud, vəhşi obrazında olmalıdır. Ona görə də, klassik hüquqşunaslar; “ vəhşi heyvanlarla insanlar necə davranırlarsa, cinayətkarlıqla da dövlət o sayaq mübarizə aparmalıdır”-ifadələri insanlığa xas olmadığından əhəmiyyətini itirsə də, dövlətin humanizm siyasəti insanları cinayət törətmək vərdişindən yayındıra bilməmişdir. Deməli, cəmiyyətin sağlamlaşdırılması üçün peşəkar müayinəyə və reseptə ehtiyac var. Hələ ki,dünya bu resepti tapmağa qadir deyildir.

 

-Şəmsəddin müəllim, sizcə cinayətkara qarşı tətbiq edilən cəzada əsas məqsəd nədir və ya nə olmalıdır?

 

 -Zənnimcə, insanın mədəniyyəti, əxlaqı və həyası yoxdursa, Aristotelin müdrik kəlamı ilə eyniləşdirsək, deməli o, elə ictimai heyvandır. Cəzadan və tənbehdən sonra günahkar islah olunma yoluna qayıtmasa, ondan cəmiyyətin marağına uyğun istifadə etmək də müşkül məsələdir. Allahın yaratdığı Yer üzünün zinəti və əşrəfi paslanar, ürək əlbəttə ki,daşlaşar və sərtləşər. Hər bir insan çalışmalıdır ki, əməlləri xoş niyyətdən doğsun. Çünki, niyyət hər bir əməlin bünövrəsi və motividir. Əslində niyyət müəyyən mənada əməldir,onun baş vermısini sürətləndirən funksional səciyyə daşıyır. İnsan xeyirxah, pak və gözəl niyyətli olmazsa, cəmiyyət ondan xeyir görməz. Deməli, əməllər niyyətə bağlıdır. Necə ki, Hz. Əli (ə.s) buyurub;”Bədniyyətlilik gizli və ağır bir dərddir. Niyyətin gözəlliyi isə insanın təbiətinin gözəlliyidir”. 

Ümumi rifah naminə az adam tapılar ki, azadlığını qurban vermiş olsun. Bu mənada cəzanın məqsədi təqsirkara, əvvəllər məhkum olunmuş şəxslərə təkrar cinayətin və cəmiyyətə təkrar ziyan vurmağın qarşısını almaq, başqalarını cinayət törətmək meylindən çəkindirməkdən ibarət olmalıdır.

 

-Cəza siyasətini humanistləşdirmək ölkə baçısının da daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Sizcə bu istiqamətdə həyata keçirilən və ya həyata keçirilməsi nəzərdə tutulan hansı addım daha effektiv hesab edilə bilər?

 

-10 fevral 2017-ci iltarixdə ölkə prezidenti İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair probasiya (ingilis sözüdür, probation-sınamaq mənası verir. Daha çox Böyük Britaniyanın və ABŞ məhkəmə təcrübəsində istifadə olunur) xidmətinin yaradılması barədə sərəncamı düşünürəm ki, çox faydalı olacaq. Məhkəmə hakimiyyətinin sübyektləri təqsirkara azadlıqdan məhrum etmə cəzasını tətbiq etmədən, sivil hüquq düşüncəsinə uyğun probasiya rejiminə üstünlük verəcəklər. Hakim məhkumun müəyyən müddət ərzində məmur xidmətinin müşahidəsi altına alınması barədə qərar qəbul edir. Cəzanı hümanistləşdirir. Məhkumun davranışlarına nəzarət, qarşısında yeni cinayətlər törətməmək tələbi qoyulur. Bu tələbdən başqa,hökmdə azadlıqda qalan məhkuma yeni cinayətlərin törədilməməsi üçün hansı şəraitdə necə davranmaq qaydaları müəyyən edilir, sadalanır. Müalicə və yaxud, tədris kursunu keçmək, yaşadığı yeri özbaşına tərk etməmək,  müəyyən yerlərdə olmamaq, ibadət edə bilmək və s.məsələlər əksini tapır. Bir növ məhkuma “yeni həyat və hərəkət zolağı- xəritəsi”təqdim olunur. Məhkum dövrü olaraq xidmət məmurunun yanında olmalı “qeydiyatdan” keçməlidir. Məmurun sutka ərzində məhkumun olduğu, yaşadığı mənzilə daxil olmaq hüququ olur. Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Probasiya xidmətinin statistik məlumatına görə 2017-ci ildə  yeni cinayət törədən məhkumların sayı 10 faiz azalmış, 6820 şəxsin cəza müddəti başa catmaqla barələrində nəzarətə xitam verilmişdir.

 

Ardı var

 

Seymur Əliyev

 

Holoqramla evlənmək üçün 18 min dollar xərclədi - MARAQLI
Ölkəni ayağa qaldıran iynəli çiyələk qalmaqalının səbəbkarı tapıldı - FOTO
Yüzlərlə işçi bir gündə zəngin oldu - SƏBƏB
Allah, özüm gəlim, ya kimisə göndərəcəksən...?
On beş yaşlı gənc intihar etdi - 200-dən çox psixotrop tablet içib...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
Dünyanın ən əzəmətli dağında şərəfli xidmət: “Burada adamın xəstələnmək yadına düşmür”
Dünya
Şirkət işçilərinə “çip” taxılması çalışanları ayağa qaldırdı - FOTO
Dünya
Artıq ölülər dəfn edilməyəcək, tarlada istifadə olunacaq - MARAQLI
Cəmiyyət
“Yavaş-yavaş bu yoxluğa öyrəşməyə çalışırıq...” -Həsənağa Sadıqovun oğlu...
Cəmiyyət
“Anlamır ki, gündəmdə qalmaq istəyi onu son nəticədə “gündəyməzə” salır...”
Həftənin ən çox oxunanları
İllərin sirr sandığı açıldı -"Çingiz Mustafayevi arxadan vurub öldürdülər"
“Azərbaycan hərbçiləri bizi uzaqdan “Vazgen” deyə çağırırdılar, amma indi...” - Erməni əsgər
Ayaz Mütəllibovdan şok açıqlamalar -"Danışmışdım, Qarabağ qaytarılacaqdı..."
"Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən"
Xalq yazıçısından həyəcan təbili: “Vaxt qalmayıb, Bakını xilas etmək lazımdır...”
“Biz sülh naminə bu torpaqları qaytarmağa hazırıq...” - Paşinyandan ermənisayağı etiraf...
Sehrli ingilis barmağı: Dumanlı Albiondan bir qudaya stop, digərinə yaşıl ışıq? + FOTOLAR
“Ələkrəm Hümbətov Azərbaycan bayrağını parçalayıb yerə atdı və...”
Azərbaycanın talanan sərvətlərinin izi ilə daha bir ünvan: Ax, London, London...
Qızının öldürüldüyünü öyrənən deputatın fəryadı ürəkləri dağladı - DƏHŞƏT...+ VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə