Xəbər lenti
22/07/2018 [00:26]:
Azərbaycan milli mətbuatının 143 yaşı tamam olur
21/07/2018 [23:35]:
99 milyon illik ilan qalığı tapıldı - VİDEO
21/07/2018 [23:29]:
"Son 3 əsrdir Türk düşmənləri Türklüyün zəifləməsi yolunda xeyli iş görüblər, ancaq..."
21/07/2018 [23:12]:
100 kq-lıq qızıl pulu oğurlayan ailənin 77 evi müsadirə edildi
21/07/2018 [23:12]:
Ömrü uzadan qidalar: Xərçəngin və kəskin respirator xəstəliklərinin ölüm riskini aşağı salır...
21/07/2018 [23:08]:
Kim Kardaşyan: “Mən çox utancağam” - FOTOLAR
21/07/2018 [23:02]:
Acqarına nə yemək məsləhətdir? - ALİMLƏRDƏN İLGİNC ARAŞDIRMA...
21/07/2018 [22:56]:
Xaçmazda yanğın oldu
21/07/2018 [22:39]:
“Ağdamlı Faiq” sosial şəbəkələrdə avtoxuliqanlığı təbliğ edir -VİDEO
21/07/2018 [22:37]:
Evlərdən oğurluq edən yeniyetmələr tutuldu
21/07/2018 [22:03]:
“Qarabağ”ın rəqibi hücumçu transfer etdi
21/07/2018 [21:53]:
Türkiyə ordusundan PKK-ya daha bir zərbə
21/07/2018 [21:37]:
Ötən il Azərbaycanda evlənmək məqsədilə 19 qız qaçırıldı
21/07/2018 [21:07]:
İranda daha bir şəhər ayağa qalxdı - Video
21/07/2018 [20:57]:
Helikopterlə kişini dağ keçisinin əlindən aldılar - İnanılmaz xilasetmə əməliyyatı...
21/07/2018 [20:55]:
Keniya gözəli haqda ölüm hökmü çıxarıldı - Edam ediləcək...
21/07/2018 [20:45]:
Abşeronda su filtiri satanlarla dava: bir nəfər qətlə yetirildi - FOTO
21/07/2018 [20:37]:
"Onların savadsızlığı, acizliyi hər zaman məni güldürüb və məndə hünər, şövq yaradıb..."
21/07/2018 [20:28]:
Humay Muxtarova: “Mənimlə bir gecə keçirməyə yarım milyon verirdi”
21/07/2018 [20:19]:
Vaxtı keçmiş göz qələmi istifadə etdi, 3 il ərzində tamamilə kor olacaq...
21/07/2018 [20:13]:
SOCAR Gürcüstanda yeni qazpaylayıcı şəbəkələr alıb
21/07/2018 [20:12]:
“Elat tonqalını söndürmək mümkün deyil!...”
21/07/2018 [20:01]:
“Atamızı itirəndə onun beş yaşı var idi...”- Şəhid zabitimizin qardaşı...
21/07/2018 [19:51]:
Yaponiyada istidən 13 nəfər ölüb
21/07/2018 [19:36]:
Qarabağ Mitinqi Komitəsi brifinq keçirdi
21/07/2018 [18:51]:
Dayanacaqlarda ödənişlər büdcəyə yox, ciblərə gedir - FOTOLAR
21/07/2018 [18:38]:
Yaqub Mahmudov jurnalistləri təbrik etdi
21/07/2018 [18:30]:
Xalq artisti: "Bizdə şou-filan yoxdur, toy bazarı var"
21/07/2018 [18:26]:
Qolu sarğılı süpürgəçi: " Bəlkə, bir övladım olsaydı, mənə baxardı
21/07/2018 [17:56]:
700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı
21/07/2018 [17:55]:
Sumqayıtda intihar edən abituriyentin anası özünü öldürdü
21/07/2018 [17:53]:
İranda terrorçular 10 hərbçini öldürdü
21/07/2018 [17:52]:
“Harda görsəm, üzünə tüpürüb sillə vuracam” - Aktrisadan müğənniyə sərt ismarış
21/07/2018 [17:50]:
Lənkəranda avtomobil aşdı - Sürücü yaralıdır
21/07/2018 [17:33]:
Şəmkirdə avtomobillə vurulan piyada öldü
21/07/2018 [17:14]:
Qaradağdakı ağır qəzaya görə sürücü həbs edildi
21/07/2018 [17:12]:
Çimərliyə gedənlərin diqqətinə - Hava xəbərdarlığı
21/07/2018 [16:59]:
"Heç bir təhsili olmayan anlayışsız 17-18 yaşlı gənc uşaqlar insanları aldatmağa çalışırlar"
21/07/2018 [16:48]:
“Biz hamımız bu teatra maraq göstərirdik və yenə də...”
21/07/2018 [16:46]:
Səddam Hüseyndən kitab yazan qadının açdığı sirlər: “Çətin uşaqlığı olub, küçələrdə ayaqyalın gəzib”
21/07/2018 [16:43]:
İki Cümhuriyyət kəşfiyyatçısının qəhrəmanlığı – Onları kimsə tanımır…
21/07/2018 [16:21]:
İlham Əliyev misirli həmkarını təbrik etdi
21/07/2018 [16:13]:
Tarmpın təhlükəsizlik xidməti Putinin bağışladığı topu yoxlayıb
21/07/2018 [16:12]:
Bakıda zəncirvari qəza baş verdi - FOTO
21/07/2018 [16:11]:
Zakir Həsənov xidməti müşavirə keçirdi - Generallara tapşırıq verildi
21/07/2018 [16:09]:
Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi
21/07/2018 [16:08]:
Sultan bəyin Andraniki ağlar qoyduğu kənddən Laçına gələn yol: Ürəkdağlayan görüntülər...
21/07/2018 [16:06]:
Dağıstandakı yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır
21/07/2018 [16:05]:
Azərbaycanın şəhid əsgəri dəfn olundu
21/07/2018 [16:04]:
“Onlar Azərbaycanın haqlı davasını müdafiə etməkdən imtina edə bilərlər”
21/07/2018 [15:47]:
Artıq Böyük Mərcanlıya da dönmək vaxtı deyilmi?..
21/07/2018 [15:42]:
Erməni axçiyinin Şuşadakı pulsuz konserti baş tutdu - Qaldı Bakıdakı... (Fotolar)
21/07/2018 [15:24]:
Qarsdakı Heydər Əliyev parkı qısqandırır...- FOTO
21/07/2018 [15:12]:
Angela Merkel Azərbaycana səfər edəcək
21/07/2018 [15:08]:
Tarmpın təhlükəsizlik xidməti Putinin bağışladığı topu yoxlayıb
21/07/2018 [15:07]:
Azərbaycan Ordusu şəhid verdi...
21/07/2018 [15:04]:
Deputat: "Hamı özünü dahi, ağıllı sayır"
21/07/2018 [14:38]:
“Hərəmizə görə 1000 dollar mükafat alırdı”
21/07/2018 [14:34]:
Bakıda iş adamı ilə kütləvi davada iştirak edən mühafizəçi həbs edilib- bu dəfə adam öldürməyə görə
21/07/2018 [14:27]:
Gəncə hadisələrinin iştirakçısı məhv edildi: daha 8 nəfər saxlanıldı (FOTO)
21/07/2018 [14:04]:
Bakıda çimərlikdə biabırçılıq - Qızlar saçyolduya çıxdılar – VİDEO
21/07/2018 [13:43]:
Bakıda daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə başladı
21/07/2018 [13:34]:
“Həyat yoldaşımın icazəsi ilə bir gecə o qadınla, bir gecə isə arvadımla...” - Sumqayıtda AĞLASIĞMAZ HADİSƏ
21/07/2018 [13:06]:
Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxs tutuldu
21/07/2018 [13:04]:
Məşhurların qeyri-adi həyatını xarakterizə edən imzaları - FOTO
21/07/2018 [12:57]:
Bu gündən 2 yeni marşrut xətti fəaliyyət başladı
21/07/2018 [12:55]:
Məhkəmə tələbə qızı özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxsə bəraət verdi
21/07/2018 [12:50]:
Kadir İnanır filmdən gedir
21/07/2018 [12:48]:
Kiberhücum nəticəsində 160 min xəstənin tibb kartı oğurlandı
21/07/2018 [11:54]:
“Bu gün Azərbaycan mətbuatı ictimai rəyin önündə gedir”
21/07/2018 [11:49]:
“Toydan başqa gəlir yerimiz yoxdur”
21/07/2018 [11:39]:
Məşhur cütlüyün 80 minlik tətili - FOTO
21/07/2018 [11:27]:
Sürücülərə XƏBƏRDARLIQ - Təmir işləri aparılır
21/07/2018 [11:23]:
Astara sakinindən 58 ədəd çətənə bitkisi aşkarlandı
21/07/2018 [11:15]:
Azərbaycana əl-ayaqları qandallı gətirilən şəxs kimdir?
21/07/2018 [10:52]:
Leyla Əliyeva Emin və Alyonanı belə təbrik etdi - FOTO
21/07/2018 [10:51]:
Rəsulzadə Hitlerin ölüm düşərgələrində “sünnət əməliyyatı”na necə nail oldu?..- 116 min Azərbaycan kişisinin xilas tarixçəsi
21/07/2018 [10:45]:
Neftçalada partlayış baş verdi, 37 yaşlı kişi dünyasını dəyişdi
21/07/2018 [10:39]:
“Kitaba qarşı ən laqeyd münasibət mediadandır”
21/07/2018 [10:35]:
Kamran Əsədov: “6 illik təhsil haqqını geri qazanmaq üçün 10 il işləmək lazımdır”
Bütün arxiv bir sırada
05/07/2018 [19:48] - Müsahibə - ( 4451 dəfə baxılıb)

"Prezidentin müşavirəsindən bəlli oldu ki, bu sahədə ciddi nəzarətsizlik, məsuliyyətsizlik hökm sürüb"

"Etibar Pirverdiyevin həm prezidentdən, həm Azərbaycan xalqından üzr istəməklə məsuliyyətdən yaxa qurtarmasını düzgün hesab etmirəm"


Moderator.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsini təqdim edir:

- Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən hadisəni necə qiymətləndirirsiniz? Bu hadisədə məsuliyyət kimin üzərinə düşür?

- Yaxşı xatırlayıram, hələ bir neçə il əvvəl qış aylarında Şamaxı istiqamətində güclü külək nəticəsində yüksək gərginlikli elektrik xətləri sıradan çıxmış, elektrik dirəyi qırılmışdı. O zaman Bakıda elektrik enerjisinin təchizatında fasilə yaranmışdı. Hətta Milli Məclisin özü işıqsız qalmışdı. Mən o vaxt parlamentdə bu məsələni qaldırdım. Bildirdim ki, bu sahədə ciddi məsuliyyətsizlik hökm sürür. Çünki “Azərenerji” ASC-nin rəhbərliyi açıqlama yaymışdı ki, elektrik dirəklərinin istismar müddəti başa çatıb, ona görə də küləyə davam gətirməyərək qırılıb. Parlamentdə çıxışımda dedim ki, əgər “Azərenerji” ASC rəhbərliyi bilirsə ki, bu elektrik dirəklərinin istismar müddəti bitib, həmin elektrik dirəklərinin vəziyyətini daha ciddi nəzarətə götürməli, öyrənməli idi. Ola bilər ki, bütün dirəkləri dəyişməyə vəsait yox idi, amma heç olmasa görməli idilər ki, dirəklərdən hər hansı biri ciddi eroziyaya məruz qalıb, çürüyüb, kiçik bir külək bunu aşıracaq. “Azərenerji” ASC ən azından qəza törədə biləcək elektrik dirəklərini dəyişə bilərdi. O zaman xəstəxanalar, strateji əhəmiyyətli dövlət obyektləri işıqsız qalmazdı. Xatırlayıram, sonralar hökumətin parlamentdə hesabatı, büdcə müzakirələri zamanı tənqiddən nəticə çıxarmaq əvəzinə hətta “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev mənimlə üz-üzə gələndə üzünü çevirib gedirdi. Çox təəssüf ki, bizdə tənqidə dözümsüzlük hökm sürür, bu da bir siyasi mədəniyyət məsələsidir. Çox təəssüf ki, belə hadisə baş verdi. Dünən prezidentin yanında keçirilən müşavirədə həm baş prokurorun, həm fövqəladə hallar nazirinin çıxışını dinlədik. Orada da bəlli oldu ki, bu sahədə ciddi nəzarətsizlik, məsuliyyətsizlik hökm sürüb. Bunun da nəticəsində bu hadisə baş verdi, insanlarımız xeyli əziyyət çəkdi.

Əlbəttə, sevindirici məqam ondan ibarətdir ki, temperaturun gündüz saatlarında 43 dərəcəyə çatdığı, 30 mindən artıq insanın metroda qaldığı halda bir nəfər də belə itki olmadı. Mən bu gün mətbuatda oxuyuram ki, Kanadada temperaturun yüksək olması səbəbindən 15 nəfər ölüb. Amma bizdə elektrik enerjisi təchizatında fasilə olan zaman həm Fövqəladə Hallar Nazirliyi, həm Daxili İşlər Nazirliyinin əməkdaşları doğurdan da fədakarlıq nümayiş etdirdilər. Hər bir azərbaycanlını onlara öz vəzifələrini layiqincə yerinə yetirdikləri üçün minnətdar olmalıdır. Prezident də buna öz müsbət münasibətini ifadə etdi. Bundan başqa, Azərbaycan xalqı doğurdan da çox təmkinli davrandı, anlayışla yanaşdı. Hamı anladı ki, bu, bir qəzadır və təxribatçı qüvvələrin çağırışlarına cavab vermədilər. İnsanlar nə qədər əziyyət çəksələr də, dözümlülük nümayiş etdirdilər, bunu anlayışla qəbul etdilər.

Əlbəttə, xalq günahkarların cəzalandırılmasını tələb edir. Mən də hesab edirəm ki, günahkarlar layiqli cəzalarını alacaq. Düşünürəm ki, elə etməliyik ki gələcəkdə bu cür hadisələr təkrarlanmasın. Bunun üçün hökumət doğurdan da ciddi qərarlar qəbul etməlidir.

- Sizcə, bu araşdırmaların sonunda nə gözləmək olar?

- Sözün doğrusu, Etibar Pirverdiyevin həm prezidentdən, həm Azərbaycan xalqından üzr istəməklə məsuliyyətdən yaxa qurtarmasını düzgün hesab etmirəm. Amma  nə vaxt və hansı qərarları qəbul etmək prezidentin hüququdur. Cinayət işi açılıb, istintaqın gedişi nələri göstərəcək?! Amma hesab edirəm ki, qəza günlərində dövlət orqanlarının böyük əksəriyyəti öz vəzifələrini layiqincə yerinə yetirə bildilər. Birincisi, Dövlət Gömrük Komitəsini xüsusi qeyd etmək istəyirəm. Həmin vaxtlar gömrük-keçid məntəqələrinin əksəriyyəti fəaliyyətini normal davam etdirdi. Baxmayaraq ki, Dövlət Gömrük Komitəsinin də mərkəzləşdirilmiş kompüter sistemində problem yaranmışdı, amma qısa müddətdə bu problem aradan qaldırıldı. Yalnız “Qırmızı körpü” gömrük-keçid məntəqəsində nisbi sıxlıq yaşandı, bu gərginlik də qısa müddətdə aradan qaldırıldı.  Eləcə də təcili-tibbi yardımın əməkdaşları, həkimlər, tibb bacıları, taksi sürücülərindən tutmuş avtobus sürücülərinə qədər insanlarımızın böyük hissəsi özlərini çox yaxşı mənada göstərə bildi. Bu, təqdir olunan bir haldır. Həm də bu hadisə onu göstərdi ki, doğurdan da xalqın ölkə prezidentinə böyük etimadı var. Amma açıq söyləyirəm ki, bu etimaddan ayrı-ayrı məmurlar bu cür sui-istifadə etməməlidirlər. Xalq nə qədər dözüm, təmkin nümayiş etdirirsə, bu, o demək deyil ki, bəzi məmurlar vəzifələrini layiqincə yerinə yetirməsin. Düşünsünlər ki, onsuz da camaat prezidentə etimadı var, səsini çıxarmayacaq.

Hesab edirəm ki, bu qəzanın ümumi bir xəbərdarlıq məqsədi var və bu məqsəd önə çəkilməlidir. Kimliyindən asılı olmayaraq həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır. Düşünmürəm ki, bu məsələlər tək inzibati yolla həllini tapmalıdır.  Ölkədə iqtisadi islahatlar dərinləşməlidir. Mən dəfələrlə məsələ qaldırmışam ki, “Azərenerji”,  “Azərişıq”, “Azəriqaz”, “Azərsu” özəlləşdirilməlidirlər. Prezident də bildirdi ki, çon 15 ildə Azərbaycanda 30-a yaxın yeni elektrik stansiyası tikilib. Bu elektrik stansiyaları ya özəlləşdirilməli, ya da uzun müddətli - 99 illiyinə icarəyə verilməlidir. Artıq həmin şirkətlər məsuliyyət daşımalıdır. Tutaq ki, bu gün Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasında qəza olubsa, bu stansiya bir özəl şirkət tərəfindən idarə olunursa, SOCAR və digər dövlət şirkətlərinə külli miqdarda ziyan dəyib. Bu halda stansiyanı idarə edən şirkət dəymiş ziyanı ödəməlidir. İndiki halda necədir? SOCAR da, Azərbaycan İstilik Elektrik Stansiyası da dövlətə məxsusdur. Kim kimə ziyanı ödəyəcək?! Özəlləşmə olarsa, özəl şirkətlərin məsuliyyəti daha da çoxalacaq. Həm də elektrik stansiyaları ilə bağlı bir rəqabət mühiti olacaq. Düşünürəm ki, bu istiqamətdə özəlləşdirməyə getmək lazımdır. Dünyanın çox yerlərində nəinki su elektrik stansiyaları, istilik elektrik stansiyaları, hətta atom elektrik stansiyaları da dövlətin deyil.  Dövlət bir tənzimləyici funksiya yerinə yetirməli, bizneslə məşğul olmamalıdır. Biz bu xidmət sahələrini nə qədər tez özəlləşdirsək, gələcəkdə bu tipli problemlərin qarşısını alacağıq. Sosialist təsərrüfat sistemi özünü doğrultmadı. Görürük ki, dövlət mülkiyyəti bir çox hallarda həm hamının, həm də heç kimindir. Daha doğrusu, dövlət mülkiyyətinə vəzifəli şəxslər tərəfindən bu prinsiplə yanaşılır. Sonda da nəticələr belə ağır olur. Həm də bu problemin aradan qaldırılmasının yolu, sözsüz ki, özünü doğrultmayan kadrların dərhal dəyişdirilməsidir. Kadr siyasətinə ciddi diqqət yetirilməlidir. Etibar Pirverdiyev bu illər ərzində yüksək ixtisaslı kadrların çoxunu o sistemdən uzaqlaşdırıb. Hətta “Azərenerji” ASC-də hazırda yüksək səviyyəli mütəxəssis tapmaq çətindir. Həmin sahə üçün mütəxəssis, kadr hazırlığına xüsusi diqqət yetirilməyib. Ona görə də fövqəladə hallar naziri müşavirədə dedi ki, stansiyanın auditinə də xaricdən mütəxəssislər çağırmaq lazımdır, bu sistemin yenidən qurulması üçün də xaricdən mütəxəssislər cəlb etmək vacibdir. Bəzən kadrlar yerində olmayanda dövlət, xalq bundan çox əziyyət çəkir. Düşünürəm ki, sistem islahatları ilə bərabər kadr islahatlarına da ciddi diqqət yetirilməlidir.  

- Yeri gəlmişkən, son günlər həm elektrik enerjisi sistemindəki qəza, həm Gəncədə sui-qəsd cəhdi ilə bağlı informasiyaları hansı mənbələrdən əldə etdiniz? Ümumiyyətlə, medianın bu günlərdəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bunu sizin agentliyə müsahibə verdiyim üçün demirəm, dəqiq xəbərlər almaq üçün daha çox APA-ya müraciət edirdim. Mingəçevirdəki Azərbaycan Elektrik Stansiyasındakı qəza ilə bağlı çox vaxtında Fövqəladə Hallar Nazirliyindən açıqlama alındı və dərhal əhaliyə məlumat verildi ki, təlaş üçün heç bir əsas yoxdur, qəzadır, bu da qısa müddətdə aradan qaldırılacaq. Bu, insanlarda sakitlik yaratdı. Ümumiyyətlə, APA İnformasiya Agentliyində bütün məlumatlar çox ölçülü-biçili vəziyyətdə verildi. Yeri gəlmişkən, Gəncədəki hadisə ilə bağlı da dərhal müxtəlif versiyalar yayıldı, bəziləri sübutlar olmadan müxtəlif versiyalar səsləndirdilər. Amma məsələ araşdırılmadan imkan vermək olmaz ki, ictimai rəydə bir fikir yerini alsın. Bu barədə APA ictimaiyyətə çox doğru-düzgün məlumat verdi.

Mən bu günlərdə “Delta-Telekom”-un fəaliyyətini də yüksək qiymətləndirirəm. Əhali arasında çox müxtəlif şayiələr yayılırdı. Burada təxribatlardan tutmuş dövlət çevrilişinə cəhdlərə qədər müxtəlif fikirlər yayılırdı. Açıq deyirəm ki, mobil şəbəkənin işləməsi və internetin kəsilməməsi, əhalinin dərhal məlumatlandırılması müsbət mənada əhali arasında o panikanı da aradan qaldırılmasına imkan verdi. İmkan verilmədi ki, ayrı-ayrı dezinformasiyalar, təxribatlar əhali arasında yayılsın.

Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətini də xüsusi qeyd etmək laxımdır. Xüsusi Dövlət Mühafizə Xidməti də öz vəzifələrinin öhdəsindən layiqincə gəldilər.

Ümumiyyətlə, dövlət orqanları bu çətin məqamda öz vəzifələrini yerinə yetirə bildilər, bu prosesdən üzü ağ çıxdılar. Əlbəttə, burada müəyyən istisnalar da var, vəzifələrini daha yüksək, yaxud müəyyən qədər aşağı səviyyədə yerinə yetirənlər oldu.  

- Bu arada Gəncə şəhər İcra Hakimiyyəti başçısına qarşı da sui-qəsd cəhdi oldu. Hadisəyə müxtəlif mövqedən yanaşanlar da var. Sizin hadisəyə münasibətiniz necədir?

- Şayiələr çox müxtəlif ola bilər. Cinayətin motivi barədə sosial şəbəkələrdə də müxtəlif fikirlər səslənir. Amma mən millət vəkili kimi daha çox rəsmi informasiyaya əsaslanıram. Hələlik bu cinayət işinin istintaqını aparan prokurorluq orqanları tərəfindən cinayətin motivi barədə məlumat verilməyib. Hesab edirəm ki, cinayətin motivi barədə məlumat veriləndən sonra biz bu məsələ barədə fikir bildirə bilərik. Amma mən hesab edirəm ki, cinayətin motivinin nə olmasından asılı olmayaraq, əgər böyük bir şəhərin İcra Hakimiyyətinin başçısına münasibətdə belə qəsdən adam öldürmək üzrə iki və daha artıq şəxsə sui-qəsd təşkil edilirsə, deməli, həmin şəxs artıq peşəkar cinayətkardır və qanun çərçivəsində onun barəsində ciddi tədbir görülməlidir. Həmin şəxs həbs olunub. Əminəm ki, bir müddətdən sonra biz cinayətin hansı səbəbdən baş verməsi barədə də ətraflı bilgilərə malik olacağıq. Düşünürəm ki, prokurorluq araşdıracaq ki, bu sui-qəsd cəhdinin arxasında tək həmin şəxs olub, yaxud başqa şəxs olub, sifarişləmi törədilib. Motiv də ictimaiyyət və dövlət üçün son dərəcə önəmlidir. Yəqin ki, yaxın zamanlarda istintaq bu məsələlərə aydınlıq gətirəcək.

Səmimiyyətlə deyim ki, həm Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən qəza, həm də bu ərəfədə bu qətlin törədilməsinə cəhd həm ölkə daxilində pozuculuq fəaliyyətlə məşğul olmaq istəyən qüvvələr tərəfindən də təşkil oluna bilər. Yaxud bu, xaricdən də sifariş oluna bilər. Artıq prezident tərəfindən qəza ilə bağlı dövlət komissiyası yaradılıb, bu iş araşdırılır. Gəncədəki hadisə də prezidentin ciddi nəzarətindədir. Əminəm ki, bizim vəzifəli şəxslər bütün versiyaları araşdıracaqlar. Azərbaycan bu yaxınlarda çox möhtəşəm hərbi parad keçirib. Bunun ardınca Azərbaycan böyük hərbi təlimlərə başladı. Bunun arxasınca Rusiyanın ictimai-siyasi xadimi Cocuq Mərcanlıya səfər etdi, cəbhə xəttinə getdilər. Bu da ölkəmiz üçün çox böyük siyasi əhəmiyyət daşıyan hadisə idi. Mən prokurorluqda müstəntiq işləmişəm. Belə hallarda istintaq planı tərtib olunur, bütün fərziyyələr araşdırılır və suallar bir-bir aradan qaldırılır, sonda vahid mövqeyə gəlinir ki, cinayət niyə baş verib. Bu məsələlər də araşdırılmalıdır.         

99 milyon illik ilan qalığı tapıldı - VİDEO
100 kq-lıq qızıl pulu oğurlayan ailənin 77 evi müsadirə edildi
Kim Kardaşyan: “Mən çox utancağam” - FOTOLAR
"Onların savadsızlığı, acizliyi hər zaman məni güldürüb və məndə hünər, şövq yaradıb..."
Vaxtı keçmiş göz qələmi istifadə etdi, 3 il ərzində tamamilə kor olacaq...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
Ömrü uzadan qidalar: Xərçəngin və kəskin respirator xəstəliklərinin ölüm riskini aşağı salır...
Cəmiyyət
“Atamızı itirəndə onun beş yaşı var idi...”- Şəhid zabitimizin qardaşı...
Cəmiyyət
Dayanacaqlarda ödənişlər büdcəyə yox, ciblərə gedir - FOTOLAR
Cəmiyyət
“Biz hamımız bu teatra maraq göstərirdik və yenə də...”
Gündəm
“Onlar Azərbaycanın haqlı davasını müdafiə etməkdən imtina edə bilərlər”
Həftənin ən çox oxunanları
Tolik güllələnən icra başçısı haqqında heç kimin bilmədiyi FAKTI AÇIQLADI - FOTO
Kəlbəcərdə hazırlanan yeni terrorçu dəstələrin görüntüləri yayıldı - VİDEO
Sərhəddə Ermənistana yük daşıyan azərbaycanlılarla ermənilərin dialoqu - ŞOK VİDEO
"Əyalətdə özünü quldurbaşı kimi aparıb xalqın nifrətini qazananlar iqtidardan qovulmalıdır"
Melanyanın ayaqları mətbuat konfransında şorgöz Lavrovun "gözünə girdi"... -FOTO
Alimlərdən yeni kəşf - Çay insanlarda bu xəstəliyin qarşısını alır...
Yunis Səfərovla bağlı yeni şok məlumatlar üzə çıxdı: Sən demə, Tohid İbrahimbəyli... - FOTO
Emin Ağalarovun xanımının gəlinliyinin qiyməti məlum oldu - İnanmayacaqsız...
"Atam DİN-in polkovniki olsa da bizi bir dəfə də xidməti maşını ilə məktəbə göndərmədi"
Telekanallarımız və şou-biznesimiz MASONLARIN MƏKRLİ PLANLARINI İCRA EDİR...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə