Xəbər lenti
18/07/2018 [22:19]:
Gümrüdəki rus əsgərlərin davranışları Ermənistanı hərəkətə gətirdi
18/07/2018 [22:16]:
Zaxarova: "Deranın 90 faizi müxalif qüvvələrdən təmizlənib"
18/07/2018 [21:33]:
Bakıda alt geyimində intihar edən qadın barədə yeni faktlar - VİDEO
18/07/2018 [21:32]:
İtaliya ilə iqtisadi əlaqələr genişlənir
18/07/2018 [21:30]:
Adnan Oktar ilk ifadəsində bunları dedi – Video
18/07/2018 [21:15]:
Məhbuslardan 3 silah, 62 telefon götürülüb
18/07/2018 [21:12]:
Qadının nəzakəti ona bir milyona başa gəldi
18/07/2018 [21:11]:
Şimali Kiprdə gəmi batdı - 19 nəfər öldü, 103-ü xilas edildi
18/07/2018 [21:10]:
15 yaşındakı qızdan dəhşətli etiraf: “Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – Foto
18/07/2018 [21:05]:
Azərbaycanlı aktrisa vəfat etdi - FOTO
18/07/2018 [20:45]:
Direktor: “ANAMA-nın 20 illik fəaliyyəti ərzində 796 923 ədəd mina və PHS zərərsizləşdirilib”
18/07/2018 [20:43]:
Azadlığa gedən uzun yol...
18/07/2018 [20:31]:
XİN sözçüsü xarici jurnalistləri Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb
18/07/2018 [20:15]:
Azərbaycan NATO-nun Gürcüstanda keçiriləcək hərbi təlimlərində iştirak edəcək
18/07/2018 [20:13]:
"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çalışır"
18/07/2018 [20:09]:
İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzaladı
18/07/2018 [20:06]:
Zakir Həsənov Anjey Kaspşiklə görüşüb
18/07/2018 [19:57]:
Konsert zamanı kişi müğənninin boynuna atlanan qız həbs və cərimə edildi- Video
18/07/2018 [19:02]:
“İş adamları ilə görüşüb, onlara öz sözümüzü deyəcəyik” - Prezident
18/07/2018 [18:47]:
ADAU-nun Beynəlxalq Yay Məktəbinin iştirakçıları Gənclər Evi sosial xidmət müəssisəsi ilə tanış oldular
18/07/2018 [18:39]:
UNEC-in gənc startapçıları yay düşərgəsində
18/07/2018 [18:26]:
Ana kəbinsiz uşaq doğmuş qızını QƏTLƏ YETİRDİ...
18/07/2018 [18:24]:
6 ayda 82,9 min nəfərə yeni fərdi şəxsi hesab açıldı
18/07/2018 [18:16]:
Ünvanlı sosial yardımın alınması üçün elektron müraciət proseduru sadələşdirilir
18/07/2018 [18:03]:
Nazir Azərbaycan dilini “təhlükə” adlandırdı
18/07/2018 [18:01]:
“İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir”
18/07/2018 [17:54]:
Fədayə Laçının səhhəti pisləşdi
18/07/2018 [17:53]:
İki nazirlik reyd keçirdi, cərimələr yazıldı
18/07/2018 [17:52]:
"Diasporun Dostları Klubu" yaradıldı
18/07/2018 [17:52]:
Dollar sabah neçəyə olacaq?
18/07/2018 [17:41]:
Gəncənin inkişafında bələdiyələrin də yeri var - FOTOLAR
18/07/2018 [17:34]:
"Xəyanətkar məmurlar komandadan qovulmalıdır" - MMP toplandı tələb irəli sürdü
18/07/2018 [17:33]:
Nazpəri də fəlsəfə doktoru oldu...
18/07/2018 [17:28]:
Davamlı Qarabağ mitinqlərinə dair qərar verildi
18/07/2018 [17:27]:
“Korrupsiyaya qarşı mübarizədə ASAN Xidmət modelinin təbliği” adlı tədbir keçirildi - FOTO
18/07/2018 [17:23]:
İki minə yaxın reklamın yayımı dayandırıldı
18/07/2018 [17:14]:
Tanınmış həkimin tibb bacısı paltarı ilə verdiyi pozalar həmkarlarını qəzəbləndirdi - FOTOLAR
18/07/2018 [17:11]:
Budunu böyütdürmək istədi, əməliyyat masasında qaldı - FOTOLAR
18/07/2018 [17:10]:
Dünya çempionatının ən zəif oyunçuları açıqlandı
18/07/2018 [17:06]:
4 yaşlı qızın dərisi oyun parkında tamamilə yandı - DƏHŞƏT...
18/07/2018 [17:04]:
32 km yolu piyada gedən işçiyə qarşı müdirindən gözlənilməz addım İBRƏTAMİZ... - VİDEO
18/07/2018 [17:01]:
“Hələlik yeni əsər üzərində işləmirəm, amma...”
18/07/2018 [16:51]:
Ermənilər qorxuya düşdü - Video
18/07/2018 [16:47]:
“Tramp Ruhani ilə görüşmək üçün 8 dəfə xahiş edib”
18/07/2018 [16:42]:
ADNSU-da “Gələcəyin energetikası: problemlər və perspektivlər” adlı beynəlxalq konfransa hazırlıq gedir
18/07/2018 [16:16]:
Millət vəkili xanım media nümayəndələrini belə təbrik etdi - FOTO
18/07/2018 [15:57]:
Ərdoğan azərbaycanlı idmançıya: “Səni doğan anaya halal olsun” - VİDEO
18/07/2018 [15:46]:
Təyyarənin düşməsi sərnişinlərin gözü ilə - VİDEO
18/07/2018 [15:44]:
Mask üzr istədi: Pedofil sözünə görə...
18/07/2018 [15:36]:
Melanyanın ayaqları mətbuat konfransında şorgöz Lavrovun "gözünə girdi"... -FOTO
18/07/2018 [15:30]:
Respublika veteranlarının Gəncə hadisələrinə mövqeyi...
18/07/2018 [15:29]:
Qənirə Paşayeva: "Musiqidən başı çıxanlar Üzeyirə qulaq asmaz"
18/07/2018 [15:24]:
“İtaliya faktoru Qarabağ məsələsində nəyisə dəyişə bilməz”
18/07/2018 [15:23]:
İbrahim Tatlısəsin özünü və oğlunu ölümlə hədələdilər
18/07/2018 [15:23]:
“Qaz-21” idman avtomobili qiymətinə satılır -FOTOLAR
18/07/2018 [15:22]:
Mərkəzi Elmi Kitabxana jurnalistləri mükafatlandırdı
18/07/2018 [15:20]:
“iPhone”da pornoya baxmaq niyə təhlükəlidir?
18/07/2018 [15:19]:
Prezident Sumqayıtda yeni zavodun açılışını etdi
18/07/2018 [15:18]:
“Google” 4,3 milyard avro CƏRİMƏLƏNDİ
18/07/2018 [15:16]:
Şuranın dəstəyi ilə QHT TV-nin Xəbərlər Blokunun növbəti buraxılışı hazırlanıb
18/07/2018 [15:16]:
Bakıda tuneli bağlayıb şampan partladan gənclər tutuldu - VİDEO
18/07/2018 [15:08]:
Xuliqanlar Paşinyanla MƏZƏLƏNDİLƏR - SƏS YAZISI
18/07/2018 [15:03]:
Yeni qanun qəbul edilir: Pul ver, əsgərliyə getmə
18/07/2018 [15:02]:
Azərbaycanda vakant müəllim yerlərinin sayı açıqlandı
18/07/2018 [15:00]:
Sanatoriya tikdirəcəyi deyilən deputat Mahir Aslanov: “...səhv etmişəm”
18/07/2018 [14:58]:
İtaliya prezidenti ATƏT-də Azərbaycanı dəstəkləyəcəklərinə söz verdi
18/07/2018 [14:56]:
Qəbul imtahanı başa çatdı - bəzi abituriyentlərin nəticələri ləğv edilib
18/07/2018 [14:50]:
Aprel şəhidi Pəncəli Teymurovun anası Prezidentdən kömək istəyir -MÜRACİƏT
18/07/2018 [14:41]:
“Biz onların səviyyəsini bilirik...” - İlham Əliyev
18/07/2018 [14:33]:
Silah idxalında diqqət yetirdiyimiz ən mühüm məqamlar bunlardır...
18/07/2018 [14:09]:
“İnsanların dənizdə batmasına səbəb elementar üzgüçülük vərdişlərini bilməmələridir”
18/07/2018 [14:06]:
General yaralı əsgərlə görüşdü
18/07/2018 [13:59]:
Şəlaləyə baxmağa gedənlərin başına daş düşdü
18/07/2018 [13:58]:
Tramp ABŞ-ı 3,9 milyard dollar xərcə salacaq
18/07/2018 [13:57]:
Paşinyan Qarabağ klanının daha bir üzvünü “vurdu”
18/07/2018 [13:49]:
Kənd Təsərrüfatı Nazirliyində iki idarə rəisi işdən azad edildi
18/07/2018 [13:36]:
Sabah 36 dərəcə isti olacaq
18/07/2018 [13:11]:
"Azərbaycan dilinin elektron bazasının yaradılması çox vacibdir"
18/07/2018 [12:52]:
“İlan sancması zamanı ürək döyüntüləri zəhərin bədənə yayılmasını sürətləndirir”
18/07/2018 [12:49]:
İrəvan Ordumuzun sirlərini öyrənmək üçün hərəkətə keçdi - Qriqoryandan inanılmaz sözlər
Bütün arxiv bir sırada
11/07/2018 [20:08] - Siyasət - ( 12058 dəfə baxılıb)

Bir ay əvvəl Vaşinqtondan gəlmiş xəbərdarlıq: "Rusiya "Gəncə keçidi"ndə hər şey edə bilər"



Son günlər Gəncədə baş verən hadisələr ictimai diqqəti bütünlüklə Azərbaycanın ikinci böyük şəhərinə yönəldib. 1993-cü ilin hərbi qiyamından bəri, Gəncə oxşar hadisələrin episentrinə çevrilməmişdi. Buna görə də, milli yaddaşda 100 illiyini bu il qeyd etdiyimiz Cümhuriyyətin ilk paytaxtı kimi qalmış şəhərin bir daha dövlətçiliyə zidd hərəkətlərlə gündəmə gəlməsi üzücüdür.

Gəncənin və ətraf bölgənin Azərbaycanın geosiyasi coğrafiyasında müstəsna yeri var. Bu müstəsnalıq ölkədən kənarda da tam şəkildə qavranılır.

ABŞ-ın “Foreign Policy” dərgisində dərc olunmuş (28 may, 2018) “Azərbaycan Qərbə niyə lazımdır?” başlıqlı məqalə Gəncənin həmin önəmini daha əyani şəkildə çatdırır.

Məqalədə toxunulan məsələlərin hazırkı məqamda aktuallığını nəzərə alaraq, Strateq.az bir daha həmin yazını oxucuların ixtiyarına verir.     

_____________________________________________________________

Lyuk Koffi, Əfqan Nifti

“Foreign Policy”

 

Asiya və Avropa arasında enerji və ticarət üçün üç yol var: İran, Rusiya və Azərbaycan. Moskva və Tehranla tikanlı əlaqələrə görə yüz milyard dollarlıq ticarətdən ötrü Qərbə yalnız bir həyat qabiliyyətli marşrut qalır: Xəzər dənizi sahilindəki kiçik Azərbaycan dövləti.

Ermənistanın Azərbaycan ərazisinin, demək olar ki, beşdə birini işğal etməsi faktını nəzərə aldıqda, ticarət cəmi 60 mil uzunluğunda bir zolağa möhtac qalır. Biz bu ticarət zolağını “Ganja Gap” (“Gəncə Keçidi”) adlandırırıq – Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncəyə uzanan dar keçid.

İndi Rusiya Azərbaycanın rəqib qonşusu Ermənistanın 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində baş verən qanlı Dağlıq Qarabağ münaqişəsini diriltməkdən ötrü İrəvana kifayət qədər təsir edir – “Keçid”i təhdid etməsi üçün ermənilərə təhlükəli bir fürsət verirlər.

Avropanın Rusiya neft və qazından asılılığı azaldıqca, Vaşinqton güclənir. Avropanın enerji təchizatı üçün Moskvadan asılılığını artıracaq, Almaniyanın təklif etdiyi “Nord Stream-2” (“Şimal Axını-2”) qaz kəməri gerçək olmağa yaxınlaşdığı bir dövrdə bu məsələ xeyli aktualdır.

Avropa Rusiyanın təbii qazı ilə ehtiyaclarının 40 faizini ödəyir. Ümumilikdə, Avropa istehsalının azalması və tələbatın artması səbəbindən hər il Rusiyadan təxminən 200 milyard kubmetr təbii qaz idxal olunur.

Rusiyanın enerji istifadəsindən təcavüz vasitəsi kimi istifadə etmək təcrübəsi var və Avropanın Azərbaycan, Qazaxıstan və ya Türkmənistandan ala biləcəyi hər bir barel neft və kubmetr qaz onun Rusiyadan asılılığını azaldır.

Hazırda regionda Rusiya və İrandan yan keçən və “Ganja Gap”dan uzanan (60 mil) üç böyük neft və qaz boru kəməri var:

– Bakıdan Gürcüstana və Türkiyəyə, Aralıq dənizi vasitəsilə xarici dünyaya çıxışı olan Bakı-Tbilisi-Ceyhan boru kəməri;

– Xəzər dənizindən Qara dənizə, sonra isə xarici dünyaya neft çatdıran Bakı-Supsa boru kəməri;

– Cənubi Qafqaz boru kəməri – Azərbaycandan Türkiyəyə keçən və yaxın zamanda təklif olunan Cənub Qaz Dəhlizi ilə İtaliya, sonra isə Avropaya qaz tədarük edəcək nəql marşrutu.

Cənub Qaz Dəhlizi Xəzər regionundan “Ganja Gap” vasitəsilə həyati enerji resurslarını nəql edəcək. Bu təchizat Rusiya boru kəmərlərindən, demək olar ki, yüz faiz asılı olan Cənub-Şərqi Avropa üçün bir nemətdir.

Avropanı Asiyanın ürəyi ilə birləşdirən yalnız neft və qaz boru kəmərləri deyil. Qərbi Avropanı Xəzər bölgəsi ilə birləşdirən fiber-optik kabellər də “Ganja Gap”dan keçir. Avropanın ən uzun (Brestlə (Fransa) Atlantik sahillərindən Çin sərhədində yerləşən İrkeştamı (Qırğızıstan) birləşdirən) B606 avtomobil yolu, Avropa-Cənubi Qafqaz – Bakı-Tbilisi-Qars dəmir yolu xətti də Gəncə şəhərindən keçir. Bunlar potensial həyati əlaqələr halına gəlməlidir.

Əfqanıstanda davam edən kampaniya da “Gəncə Keçidi”nin ABŞ və NATO qoşunlarının təchizatı üçün nə qədər vacib olduğunu sübut edib. Müharibənin qızğın çağında ABŞ-ın təchizatının üçdə birindən çoxu (yanacaq, ərzaq və geyim kimi qeyri-rəsmi hərbi təchizat) “Ganja Gap” vasitəsilə ya dənizlə və ya hava yolu ilə çatdırılıb.

Tramp administrasiyasının Əfqanıstan strategiyasındakı əsas elementi “Taliban” və əlaqəli qruplara dəstək vermək üçün Pakistana təzyiqdir. İslamabada qarşı bu yanaşmanın nəticəsi bu ola bilər ki, ABŞ-ın Əfqanıstandakı tədarükünün əksəriyyətinin Pakistan ərazisindəki mövcud quru və hava yolları ilə çatdırılması tamamilə kəsilə və ya dayandırıla bilər.

İslamabad əvvəllər bir dəfə bu malların keçidini səkkiz ay blokadaya alıb: 2011-ci ildə “Taliban”çılarla atışmada ABŞ qüvvələri Əfqanıstan sərhədi boyunca 28 pakistanlı əsgəri səhvən öldürdüyü zaman. “Ganja Gap” vasitəsilə Gürcüstan və Azərbaycandan keçən tranzit marşrutun genişləndirilməsi hərbi resursların hərəkətində Vaşinqtonun Moskva və İslamabaddan asılılığını azaldır.

Bütün bunlar o deməkdir ki, Rusiya Qərbin “Ganja Gap”dan istifadəsini çətinləşdirə biləcək hər şeyi edə bilər.

Rusiyanın Cənubi Qafqaza təsir yollarından biri Dağlıq Qarabağ bölgəsində dondurulmuş münaqişə ilə bağlıdır. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. O zaman Ermənistan, Azərbaycanın da daxil olduğu, əksərən etnik ermənilərlə məskunlaşmış bölgəyə ərazi iddiaları irəli sürüb. Tezliklə qanlı bir müharibəyə gətirib çıxaran münaqişədə təxminən 30 min adam öldürülüb, yüz minlərlə məcburi köçkün var.

1992-ci ildən etibarən erməni qüvvələri və Ermənistanın dəstəklədiyi milislər beynəlxalq birliyin Azərbaycanın bir hissəsi kimi tanıdığı ərazinin – Dağlıq Qarabağ və digər yeddi ətraf əyalətin hamısını, ümumi ərazinin təxminən 20 faizini işğal ediblər.

“Ganja Gap”dan keçən və Xəzər enerjisini Avropaya daşımaqla məşğul olan əsas neft və qaz boru kəmərlərinin əksəriyyəti Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi və iki tərəf qoşunlarının tez-tez toqquşduğu təmas xəttinə çox yaxındır. Moskva şiddətin hər hansı bir başlanğıcının bu boru kəmərlərinin canlılığını təhdid edəcəyini bilir. Rusiyanın Ermənistana təsirini nəzərə alaraq, yeni döyüşləri başlatmaq çox vaxt aparmayacaq.

Qərbin Ermənistana təsiri nisbətən məhduddur. Keçən ay sabiq prezident Serj Sarkisyanın prezidentlik dövründən sonra ikinci dəfə baş nazir qismində hakimiyyətə yiyələnməsinə istiqamətli mübahisəli təşəbbüsü müxalifət lideri Nikol Paşinyanın iqtidara yetişməsinə gətirib çıxaran kütləvi etirazlara səbəb olub. Ancaq dəyişikliyə baxmayaraq, Ermənistan iqtisadiyyatı və təhlükəsizlik aparatı Rusiyanın çətiri altında qalır. Paşinyan, bütün populist ifadələrinə baxmayaraq, İrəvanın Moskva ilə güclü ittifaq öhdəliyini təsdiqləyib.

Ermənistanda yaşanan son hadisələr 2003-cü ildə Gürcüstanda və ya 2014-cü ildə Ukraynada olduğu kimi, “rəngli inqilab” deyil. Təsadüf deyil ki, Rusiya prezidenti Vladimir Putin Paşinyanı yüksəlişi münasibəti ilə təbrik edən ilk dünya lideri arasındadır.

Rusiya Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmuş hər iki tərəfə silah satsa da, Moskvanın rəğbəti Ermənistanadır. Beləliklə, heç kim Ermənistanın Qərbə doğru əsaslı dəyişiklik etməsini gözləməməlidir.

Həqiqətən, Moskvanın İrəvanla əlaqələri gücləndikcə, Birləşmiş Ştatlar və Avropa Avrasiya məkanında Şərq və Qərb arasında mühüm ticarət, enerji və iqtisadi əlaqələrində Bakı ilə münasibətlərə prioritet verməlidir. Qərb Ermənistanla səmimi münasibətlər yaratmağa çalışmalıdır, amma Birləşmiş Ştatlar regionda strateji prioritetləri müəyyən edərkən diqqətli və realist olmalıdır. Ermənistan böyük ölçüdə məğlub durumdadır; Azərbaycan, hətta bütün çatışmazlıqları ilə, daha yaxşı seçimdir.

“Ganja Gap”a girişin saxlanması – 2017-ci ildə ABŞ Milli Təhlükəsizlik Strategiyasının ilk səhifəsində göstərilən “prinsipial realizm”in mahiyyətidir.

Azərbaycan həm Rusiya, həm də İranla sərhədi olan yeganə ölkədir. Ölkənin suverenliyini qorumağa çalışarkən, Tehran, Moskva və Vaşinqton arasında balansın saxlanması çox vaxt Azərbaycan rəhbərləri üçün çətin bir vəzifədir.

ABŞ-Ermənistan əlaqələrindən fərqli olaraq, 1990-cı illərin əvvəllərindən etibarən ABŞ-Azərbaycan münasibətləri bir sıra sahələrdə, xüsusilə enerji əməkdaşlığında və 11 sentyabr 2001-ci ildən etibarən terrorla mübarizədə inkişaf edib. Azərbaycan bu yaxınlarda Əfqanıstandakı kadr potensialına töhfəsini artırıb. Əfqanıstanda Azərbaycanın 120 hərbi qulluqçusu NATO-nun bəzi üzvlərinə, o cümlədən İspaniya (8), Hollandiya (100) və Norveçlə (54) nisbətdə daha çoxdur.

Doğrudur, ABŞ-Azərbaycan əlaqələrində hələ də mübahisəli nöqtələr var. İnsan hüquqları ilə bağlı məsələlər davamlı bir problem olub və son illərdə mətbuat azadlığı ilə bağlı narahatlıqlar bir sıra tanınmış jurnalistlərin həbsi ilə bağlıdır. Vaşinqtonun insan hüquqlarının inkişafına təkidlə bərabər, ABŞ siyasətçiləri bir məsələyə görə Birləşmiş Ştatların bölgədə daha geniş mənafeyini pozan xarici siyasətin yaranmasına imkan vermirlər. Birləşmiş Ştatlar dünyada ən qlobal qüdrətdir ki, fasiləsiz və təhlükəsiz beynəlxalq ticarətin axınını təmin edir. ABŞ ixracatı daxil olmaqla, qlobal ticarətin sərbəst axını yalnız qlobal iqtisadiyyata deyil, son nəticədə, ABŞ iqtisadiyyatına böyük fayda gətirir. ABŞ-ın geostrateji prioritetlərinə gəldikdə, “Ganja Gap” üst mövqeyə yaxın olmalıdır.

Tramp administrasiyasının Milli Təhlükəsizlik Strategiyası sabit ittifaqlarla yaxşı münasibətlər qurmağın vacibliyini vurğulayır. Bu, xüsusilə Cənubi Qafqazda mühümdür. Bölgədəki gərginliyin azalması həyati enerji, kommunikasiya və ticarət dəhlizlərini təmin edəcək.

Gəncənin tarixi, bir zamanlar ticarət mənbəyi kimi, Avrasiya ilə keçən İpək Yolu ilə bağlıdır. Hətta bu gün də, Rusiyanın dirçəldən, İranı möhkəmləndirən və iqtisadi cəhətdən Çini genişləndirən istənilən möhtəşəm strategiya bu 60 millik zolaqla hesablanmalıdır.

Tərcümə STRATEQ.AZ-a məxsusdur

Budunu böyütdürmək istədi, əməliyyat masasında qaldı - FOTOLAR
4 yaşlı qızın dərisi oyun parkında tamamilə yandı - DƏHŞƏT...
32 km yolu piyada gedən işçiyə qarşı müdirindən gözlənilməz addım İBRƏTAMİZ... - VİDEO
Vanqari Maatai və bizim icra başçıları...
"Əgər mömin zalımın etdiklərinə razı olsa və onunla birlikdə yaşasa, onun səhvlərini deməsə..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Nazpəri də fəlsəfə doktoru oldu...
Şou-biznes
İbrahim Tatlısəsin özünü və oğlunu ölümlə hədələdilər
Cəmiyyət
"Azərbaycan dilinin elektron bazasının yaradılması çox vacibdir"
Cəmiyyət
“Bunu Prezident İlham Əliyevə deyəndə mənə dedi ki, qorxma, bacararıq...”
Maraqlı
İnsanı xoşbəxtliyə və böyük uğurlara aparan sadə həyat qaydaları– Şüuraltı təlqinlər
Həftənin ən çox oxunanları
Kəlbəcərdə hazırlanan yeni terrorçu dəstələrin görüntüləri yayıldı - VİDEO
Prezident Gəncə hadisələri ilə bağlı sərt danışdı - VİDEO
“Gəncə olaylarında Elmar Vəliyevin inanclı insanlara münasibətdə yol verdiyi xətaların da rolu olub”
"Əyalətdə özünü quldurbaşı kimi aparıb xalqın nifrətini qazananlar iqtidardan qovulmalıdır"
Adnan Oktarın villasından çıxan bu ƏŞYA HAMINI ŞOKA SALDI - Ağlasığmaz FAKTLAR
Bakı metrosunda növbəti geyim qalmaqalı - Müdaxilə edən şəxs döyüldü - VİDEO
Yunis Səfərovla bağlı yeni şok məlumatlar üzə çıxdı: Sən demə, Tohid İbrahimbəyli... - FOTO
"Atam DİN-in polkovniki olsa da bizi bir dəfə də xidməti maşını ilə məktəbə göndərmədi"
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - "Onun adını “azar” qoydum"
Emin Ağalarovun xanımının gəlinliyinin qiyməti məlum oldu - İnanmayacaqsız...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə