Xəbər lenti
16/11/2018 [18:36]:
İlahiyyat İnstitutu 17 Noyabr – Milli Dirçəliş Gününü qeyd etdi
16/11/2018 [18:32]:
Culian Assanca qarşı ittihamlar irəli sürülür –Müller indi də VikiLeks" rəhbərinin boğazından yapışıb
16/11/2018 [18:29]:
Camal Xaşuqci üçün qiyabi namaz qılınıb –MƏDİNƏDƏ
16/11/2018 [18:26]:
İsrail xüsusi təyinatlısı Qəzza bölgəsində necə fəaliyyət göstərir: Teraktlar, təxribatlar, adam oğurlamaq...
16/11/2018 [18:21]:
Sumqayıtda yeni məktəb tikiləcək – Sərəncam
16/11/2018 [18:20]:
Prezident yolların təmirinə 1,5 milyon manat ayırdı
16/11/2018 [18:19]:
ADNSU-da Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirildi
16/11/2018 [18:15]:
İlham Əliyev Sumqayıta 10 milyon manat ayırdı
16/11/2018 [18:05]:
Qənirə Paşayeva Şanlıurfa bələdiyyə başqanı ilə görüşdü
16/11/2018 [18:01]:
Prezident: “Azərbaycan tarixi nailiyyət əldə edib”
16/11/2018 [17:58]:
Ələt-Astara yolunun ödənişli olacağı vaxt açıqlandı
16/11/2018 [17:44]:
Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir
16/11/2018 [17:18]:
Dövlət Gömrük Komitəsinin Akademiyasında Milli Dirçəliş gününə həsr olunmuş tədbir keçirildi
16/11/2018 [17:03]:
"Rektorun işdən çıxarılması Prezidentin müstəsna səlahiyyətlərinə aiddir"
16/11/2018 [17:02]:
Erməni idmançı azərbaycanlı ilə döyüşməkdən imtina etdi
16/11/2018 [17:02]:
Gödəkçənin cibindən tiryək çıxdı
16/11/2018 [17:01]:
İlham Əliyevin Belarusa səfərinin tarixi açıqlandı
16/11/2018 [17:00]:
Prezident Sumqayıt-Bakı qatarı ilə Bakıya gəldi -FOTOLAR
16/11/2018 [16:58]:
“Onlar yalnız Azərbaycanın deyil, digər ölkələrin tarixinə də şərəf gətirib”
16/11/2018 [16:47]:
Gürcüstandan narkotik vasitə keçirmək istədilər - FOTO
16/11/2018 [16:45]:
Azercell-in ödənişsiz ingilis dili kurslarında 50 jurnalist iştirak edəcək
16/11/2018 [16:44]:
Dərman mafiyası quran vəzifəli şəxslərin işi məhkəməyə göndərildi
16/11/2018 [16:42]:
Babək prospektində işlər yekunlaşacaq
16/11/2018 [16:42]:
Faiq Ağayevdən Məhərrəmovun işdən çıxarılmasına reaksiya: "Təhsilə illərdir ləkə gətirən tip"
16/11/2018 [16:38]:
“Palmali” rəsmən müflis elan edildi
16/11/2018 [16:19]:
AZAL Moskva üzərində qeydə alınan insidenti şərh edib
16/11/2018 [16:08]:
Paşinyan Azərbaycanla sərhədə gəldi
16/11/2018 [16:06]:
ADU-da SEMİNAR: “Sanskrit dili qədim və zəngin dil kimi”
16/11/2018 [16:06]:
"Bakı Group” MTK 1 700-dan çox şəxsin mülkiyyət hüququnu rəsmiləşdirmir
16/11/2018 [16:03]:
Sumqayıtda daha bir zavodun açılışı oldu -FOTOLAR
16/11/2018 [16:01]:
Yeni yollar tikiləcək
16/11/2018 [16:00]:
Qəhrəmanlar Günü Hekayəsi...
16/11/2018 [15:59]:
Siqaret zavodu istifadəyə verildi -FOTOLAR
16/11/2018 [15:54]:
"Enerji içkiləri cəmiyyətimizin bəlasıdır"
16/11/2018 [15:51]:
Vikiçilər daha bir önəmli işə imza atdılar
16/11/2018 [15:50]:
Şeyx Almaniyaya gedir
16/11/2018 [15:48]:
“Gazprom Armenia”ya qarşı ittiham - Nikol Paşinyanın davam edən şousu - ŞƏRH
16/11/2018 [15:41]:
"iPhone X" partladı
16/11/2018 [15:37]:
2018-ci ilin ən bahalı küçəsi
16/11/2018 [15:31]:
ADU-da “Leyli və Məcnun” operası səhnələşdirildi
16/11/2018 [15:28]:
“Elmi inqilabı vurduq biz başa, alimdir meşəmiz tam başdan-başa...” - TƏMSİL
16/11/2018 [15:20]:
Prezident Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında...- FOTO
16/11/2018 [15:10]:
Əlillər üçün təhlükəli vəziyyət yaranıb
16/11/2018 [14:55]:
Özünü “SSRİ prezident”i kimi təqdim edən şəxsin “vurulması” – Podqornının süqutu
16/11/2018 [14:55]:
Əmlakların təkrar qeydiyyatında mühüm yenilik...
16/11/2018 [14:50]:
Elmar Məmmədyarov səfərdədir
16/11/2018 [14:47]:
UEFA Millətlər Liqasının oyununa təyinat
16/11/2018 [14:33]:
ADAU-da Unibook-təhsilin informasiya idarəetmə sisteminin tətbiqinə başlandı
16/11/2018 [14:31]:
Gəlir vergisi ləğv oluna bilər
16/11/2018 [14:26]:
Bakı meriyasının yeni mətbuat katibi: “Bu məsələdə fərq qoyula bilməz”
16/11/2018 [14:17]:
Koçaryan hədələdi: “Əlimdə Mart qırğını ilə bağlı video var”
16/11/2018 [14:16]:
İlham Əliyev Sumqayıta səfər edib
16/11/2018 [14:10]:
Tatarıstanlı alimlər Əlyazmalar İnstitutunda olub
16/11/2018 [14:08]:
Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunan kitab nəşr edildi
16/11/2018 [14:02]:
“6-cı sinifdən sevgilimdir” - Rəmiş həyat yoldaşından DANIŞDI - VİDEO
16/11/2018 [13:57]:
Şanlıurfada Qarabağ parkının və Xocalı abidəsinin açılışı olub
16/11/2018 [13:48]:
“Xatunun atası məndən üzr istədi” - Fatimə məhkəmədən yazdı
16/11/2018 [13:47]:
Aqil Camal Qazaxıstanda beynəlxalq konfransda iştirak edəcək
16/11/2018 [13:46]:
Nazir müavini: "Enerji içkisinin aksiz vergisi bir manatdan çoxdur"
16/11/2018 [13:46]:
Birinci xanımın işdən qovdurduğu yüksək vəzifəli məmur Bakıya niyə gəlmişdi...
16/11/2018 [13:42]:
Ramiz Rzayev: "Ötən il Azərbaycan məhkəmələrində 389 min 580 işə baxılıb"
16/11/2018 [13:41]:
Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə
16/11/2018 [13:38]:
Naxçıvan Qarnizonu öz gücünü göstərdi - FOTO
16/11/2018 [13:28]:
Bərdədə yol qəzası
16/11/2018 [13:28]:
Gələn il daha 5 rayonda “ASAN xidmət” mərkəzi açılacaq - SİYAHI
16/11/2018 [13:18]:
ADPU-nun Tələbə Elmi Cəmiyyətinin 75-ci elmi konfransı keçirilib
16/11/2018 [13:16]:
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
16/11/2018 [13:11]:
Aİİ Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirib
16/11/2018 [13:09]:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni təyinat - EKSKLÜZİV
16/11/2018 [13:04]:
“Abel Məhərrəmovun oğlunun diplomat statusu alınsın” - “Onlar xarici kəşfiyyata da işləyə bilər”
16/11/2018 [13:01]:
Sabahın hava proqnozu
16/11/2018 [12:59]:
Qaçqınlarla bağlı məsələyə aydınlıq gətirildi
16/11/2018 [12:56]:
“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfrans keçirilir
16/11/2018 [12:53]:
Pensiya yaşı tamam olanlara SMS-lə məlumat göndəriləcək
16/11/2018 [12:51]:
Mingəçevirdə avtoxuliqanlar saxlanıldı
16/11/2018 [12:48]:
200 manatadək maaş alan şəxsdən 25 faiz sosial sığorta tutulacaq
16/11/2018 [12:47]:
Əli və dostları qadağalara rəğmən Tac-Mahalda namaz qılmaqda davam edir...- İbrətamiz
16/11/2018 [12:44]:
Almaniyadan son 10 ayda 1449 nəfər azərbaycanlı deportasiya olundu
16/11/2018 [12:35]:
Moskvadan SİQNAL: “Azərbaycan istəsə... Ermənistan buna mane ola bilməyəcək”
16/11/2018 [12:30]:
"Sədərək"də yanğın başlayıb
Bütün arxiv bir sırada
12/07/2018 [09:24] - Gündəm - ( 1899 dəfə baxılıb)

Gəncədəki qanlı təxribatın arxasındakı gizli qüvvə -Üzə çıxan sirlər



Gəncədə 1 həftə fərqlə dövlət hakimiyyətinin yerli icraedici orqanlarının rəhbər şəxslərinə qarşı 2 qanlı terror aktı törədildi. İyulun 3-də icra başçısı Elmar Vəliyev odlu silahdan açılan atəşlə ağır yaralanıb. İyulun 10-da isə axşam saatlarında bir qrup təxribatçı şəhər icra hakimiyyətinin binası qarşısında iğtişaş törədərək, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovu xəncərlə yaralayıb öldürdülər.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı qanlı aksiyanı Rusiyadan Azərbaycana gəlmiş Yunis Səfərov gerçəkləşdirib. Bundan sonra sosial şəbəkələrdə dini radikal cərəyanlara bağlı şəxslər, habelə xaricdəki müəyyən “şpionaj” fəaliyyəti ilə məşğul olan bəzi şəxslər onun müdafiəsinə yönəlik çağırışlar yaymağa başlayıb, aksiya anonsu veriblər.

İyulun 10-da Gəncədə, Elmar Vəliyevə atəş açılan mərkəzi meydanda bu tələblə aksiya keçiriləcəyi elan olunub. Gün ərzində bu təxribatçı çağırışlara Gəncə əhalisinin uymaması səbəbindən şəhərdə sabitlik davam etdi. Axşamtərəfi saat 8-də isə meydana bir qrup təxribatçı soxulub. Həmin vaxt Gəncə Polis İdarəsinin rəis müavini polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov da meydanda olublar. Onlar toplaşanların dağılışması və provokasiyaya uymamaları üçün çağırışlar ediblər. Heç ağıllarına belə gətirməyiblər ki, silahsız-yaraqsız olduqları halda kimsə onlara hücum çəkə bilər. Bu zaman meydanın yaxınlığındakı məscidin ətrafından polislərə tərəf bir dəstə iri addımlarla irəliləyib. Şahidlər deyirlər ki, polislər qatillərinə hazırlıqsız yaxalanıblar. İlqar Balakişiyevə meydana toplaşanlara dağılışmaq çağırışı edərkən hücum olub.

Sonradan yayılan videodan da görünür ki, İlqar Balakişiyevə hücum çəkən şəxslər onu vurub yerə yıxır, yerdə ona uzun xəncərlə xəsarət yetirir. Yayılan videoda diqqətçəkən məqamlardan biri də baş verənlərin “Allahu Əkbər” nidaları altında gerçəkləşdirilməsidir. Bu, böyük ehtimalla məqsədli davranışdır və hadisəyə dini don geyindirilməsi üçündür. Sanki məsələyə dini motiv qatılması kimi qarşıya məqsəd qoyulub və videoya bu səsin düşməsi üçün xüsusi hazırlıq görülüb. Elmar Vəliyevə qarşı aksiyadan sonra yayılan videolarda da olayın dini motivlə törədilməsi xüsusi ustalıqla ortaya atılmışdı. Bu baxımdan hər iki qanlı olayın eyni mərkəzdən idarə olunması qənaəti təsdiqini tapır. 

İlqar Balakişiyevə hücum olarkən Səməd Abbasov “Gəncə” hotelinin qabağında olub və polis yoldaşına kömək məqsədilə gələrkən hücuma məruz qalıb, onu da xəncərlə vurublar.

Səməd Abbasovun qardaşı Hacı Tahir Abbasov qətl haqda danışıb. Gəncə İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov gununsesi.info-ya deyib ki, olay zamanı qardaşı Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən meydanda olub: “Bu zaman 60-70 nəfərə yaxın gənc ora çıxıb. Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevə hücum edilib. Qardaşım onu xilas edərkən qətlə yetirilib. Qardaşıma ürəyindən bir bıçaq zərbəsi vurulub”.

T.Abbasov qeyd edib ki, həmin adamlar dinlə bağlı ola bilməz: “Onlar gələn zaman bunlar özü də çaşqın vəziyyətdə olub ki, əllərində bıçaq, dəyənək, lom olan gənclər haradan çıxdı? Gəncədə belə bir xarakter yoxdur ki, günahsız insanı belə amansızcasına qətlə yetirəsən. Bu, xüsusi təşkil olunmuşdu. Ermənistana sığınan təxribatçı, satqın adamlar var ki, internet üzərindən çağırışlar edirdilər. Burada məqsəd ara qatmaq və asayişi pozmaq idi. Heç bir zaman dini əqidəsi olan adam belə alçaqlıq eləməz, başqa bir ailənin üzvünü qətlə yetirməz. Qətl böyük günahdır. Qardaşım da iş başında şəhid olub”.

Hər iki polis zabiti iyulun 11-də torpağa tapşırılıb. Vida mərasimində daxili işlər nazirinin müavini Oruc Zalov çıxış edib.

“Polis əməkdaşlarımız Gəncədə, ölkədə sabitliyin qorunması üçün öz andlarına sabiq qalıb, dövlətçiliyə sadiqliyini göstəriblər” - deyə nazir müavini bildirib.

O.Zalov deyib ki, şəhid olan polislər polis şərəfini qoruyublar: “Onlar şəhid olaraq minlərlə insana bildiriblər ki, cinayətkarlığa aman verilməyəcək. Yeri gəlsə, canımızı qurban verəcəyimizlə bağlı andımıza sadiq qalıb, sabitliyi qorumaq üçün öz canlarından keçərək şəhid olublar”.

Baş verənlərlə bağlı Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında deyilir ki, iyulun 10-da Bakı vaxtı ilə saat 20 radələrində 150-200 nəfərdən ibarət “radikal dini yönümlü bir qrup şəxs” Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi pozmağa cəhd göstərib. “Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb, 40 nəfər tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib” - məlumatda qeyd edilir.

Birgə məlumata görə, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - İlqar Balakişiyev və Səməd Abbasov kəsici-deşici alətlərlə yetirilmiş zərbələr nəticəsində öldürülüb. Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.

Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törədənməkdə şübhəli bilinən 2 nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və eyni təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib.

Musavat.com xəbər verir ki, respublikanın hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşlarımızın yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib.

Bu cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin də tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımovun (fotoda solda) facebook səhifəsindəki paylaşımlarından belə məlum olur ki, ötən ilin oktyabrından sonra burada hansısa paylaşım etməyib. Səhifəsində bir qrup saqqallı tanışları ilə çay süfrəsi ətrafında foto var.

Həmin fotonun altına isə Qədir Məmmədov adlı biri yazıb ki, “sən axtarışdasan”. Fotodakı dostları arasında oturmuş bir nəfərin Elmar Vəliyevi güllələyən Yunis Səfərova zahirən oxşarlığı var. Amma onun olduğunu səhih söyləmək çətindir. Bilinən odur ki, Fərrux Qasımov kriminal aləmin nümayəndəsidir. Onun qardaşı Ramin Qasımov hazırda 6 saylı islah düşərgəsində həbsdədir. 2016-cı ildə o, xuliqanlıq zəminində ağır bədən xəsarətləri yetirdiyinə görə 7 il müddətinə həbs edilib. Gələn məlumatlar birbaşa da olmasa, dolayısı ilə bu adamların eyni mərkəzdən idarə oluna biləcəkləri qənaətini formalaşdırır.

Fərrux Qasımovla bərabər axtarışa verilən Rəşad Məmmədəli oğlu Böyükkişiyevin Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd etmiş Yunis Səfərovla hansısa əlaqələrinin olub-olmadığı haqda xəbər yoxdur.

Rəşad Böyükkişiyev haqda bilinən odur ki, 19 yaşında qətl törədib və 7 il müddətinə azadlıqdan məhrum olunub. “Google” axtarış sistemində APA-nın apardığı kiçik araşdırma zamanı məlum olub ki, Rəşad Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə həbsdə olub. APA-nın 17 iyul 2007-ci ildə yaydığı xəbərdə oxuyuruq: “Gəncə şəhərində ailə məişət münaqişəsi zəminində qətl hadisəsi törədilib. Gəncə şəhər prokurorunun köməkçisi İbrahim Həsənovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, 19 yaşlı Rəşad Məmmədəli oğlu Böyükkişiyev öz anası bıçaqlayaraq öldürüb. 2014-ci ildə azadlığa çıxıb və Rusiya Federasiyasına gedib. Orada Yunis Səfərovla görüşüb-görüşməməsi bilinmir. O, Rusiyaya gedəndən sonra yenidən soyğunçuluq cinayəti törədib və 2015-ci ilin ortalarında həbs olunub. Soyğunçuluq əməlinə görə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin ortalarında azadlığa çıxandan sonra Rəşad Böyükkişiyev Rusiyadan Azərbaycana gəlib.

Rəşad Böyükkişiyevin Rusiyadan Gəncəyə qayıtması Yunis Səfərovun Gəncədə polis əməkdaşına başından küt alətlə xəsarət yetirməklə silahını əldə etməsindən əvvələ təsadüf edir.  Elmar Vəliyevə qarşı qanlı aksiyanı gerçəkləşdirən Yunis Səfərovla Rəşad Böyükkişiyevi bağlayan və hazırda üzdə olan məqam onların hər ikisinin Rusiyadan ölkəyə gəlmələridir. Mümkündür ki, bu şəxslər qanlı olaylardan əvvəl bir-biri ilə tanış olublar və ya ümumi tanışları olub.

Bu arada Yunis Səfərovun anası  Leyla Səfərovanın Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrinə dair maraqlı bir detal üzə çıxıb. Həmin detal Elmar Vəliyevin qardaşı, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin günlər əvvəl dilə gətirdiyi məlumatları təsdiqləyir: Leyla Səfərova artıq 4 ildir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Akademiyasının kitabxanaçısıdır. Belə bir mühüm bir posta sıradan birinin götürülməsi inandırıcı deyil. Bu baxımdan ölkənin ən məlumatlı adamlarından biri olan Xanlar Vəliyevin “Yunis Səfərovun anası Rusiya kəşfiyyatına işləyir” iddiası maraq doğurur. Bundan başqa, Yunis Səfərov qanlı olayı törədəndən sonra youtube kanalında onun xanımının səs yazısı və sonradan videosu yayıldı. Səfərovun xanımı videosunda Yunis Səfərovun qanlı olayı dini motivlərlə törətdiyini iddia edirdi. Maraqlıdır ki, video yayımlanan “Ar-rad TV” də Rusiyada qurulub, orada fəaliyyət göstərir. 2017-ci ilin fevralında youtube kanalı üzərindən əsasən rus dilində dini motivli verilişlərlə çıxış edir. Səfərovun xanımının niyə məhz Rusiyada peyda olması, oradakı “Ar-rad TV” ilə əlaqə yarada bilməsi də açıq qalan suallardandır.(musavat.com)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni təyinat - EKSKLÜZİV
Bədənini parçalayıb göydələndən aşağı salladılar –DƏHŞƏT...+ VİDEO
Günəş sistemində yeni bir planet tapıldı - MARAQLI
Hər kəs onu görmək üçün sıraya girir - MARAQLI
Cavid Qurbanov Avstriyanı Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizi layihələrinə qoşulmağa dəvət etdi
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Əli və dostları qadağalara rəğmən Tac-Mahalda namaz qılmaqda davam edir...- İbrətamiz
Dünya
“Fətullah Gülən Türkiyəyə verilməyəcək” – PROQNOZ
Cəmiyyət
Könlünün qapı-pəncərəsini insanların üzünə açan nurlu insan - Qənbər Şəmşiroğlu-85
Maraqlı
O kiminsə üstünə atılsa adamı xəstəxanaya yox, birbaşa morqa göndərirlər + FOTOLAR
Maraqlı
Diktatorun ölümünə səbəb olduğu yəhudi qızla fotosu rekord qiymətə satıldı - FOTO
Həftənin ən çox oxunanları
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
Ayaz Mütəllibovdan şok açıqlamalar -"Danışmışdım, Qarabağ qaytarılacaqdı..."
"Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən"
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Sehrli ingilis barmağı: Dumanlı Albiondan bir qudaya stop, digərinə yaşıl ışıq? + FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə