Xəbər lenti
14/12/2018 [23:06]:
Universitet tələbələri yardım kampaniyası üçün çılpaq soyundular - MARAQLI
14/12/2018 [22:49]:
Türkiyədə erməni rejissorun sərgisi açıldı
14/12/2018 [22:34]:
Gözləri görməyən yaşlı fillərə piano çalır - İBRƏTAMİZ...+VİDEO
14/12/2018 [22:13]:
5-ci mərtəbədən yıxılan uşağı havada tutdular - VİDEO
14/12/2018 [21:54]:
Peşəsini icra edərkən həyatı kabusa döndü - VİDEO
14/12/2018 [21:46]:
Tramp Ərdoğanla anlaşdı
14/12/2018 [21:45]:
Əcnəbi deputat Bakıda çağırış etdi
14/12/2018 [21:45]:
Bir əsrə sığmayan ömrün 72-ci baharındakı Ramiz Rövşənin "Sevgi açarı"...
14/12/2018 [21:30]:
Bəzi yaşayış evləri vulkanlara yaxınlaşır XƏBƏRDARLIQ
14/12/2018 [21:10]:
"Mübarizlə qeyri-bərabər döyüşdə düşmən 12 itki verir, 17-si ağır yaralanır..."
14/12/2018 [21:07]:
Roger adlı nəhəng kenquru 12 yaşında ölüb
14/12/2018 [20:58]:
Sumqayıtda aptek külə döndü
14/12/2018 [20:56]:
Ronalduya iki il həbs cəzası veriləcək
14/12/2018 [20:55]:
Solovyov Buzovanı tənqid etdi: "Ağlı yoxdur, olmayacaq da"
14/12/2018 [20:54]:
Nazir: Gələn il Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etməliyik
14/12/2018 [20:49]:
İbad Hüseynov: "Bizimkilər Melkonyanın başını kəsməyimi qəbul etmək istəmir"
14/12/2018 [20:43]:
Naringinin faydaları...
14/12/2018 [20:42]:
Dövlət Gömrük Komitəsində daha bir qanvermə aksiyası keçirildi
14/12/2018 [20:40]:
Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirildi
14/12/2018 [20:35]:
Ankarada qatarın qəza anının VİDEOSU yayıldı
14/12/2018 [20:33]:
Rusiya ilə gömrük sahəsindəki əməkdaşlıq müzakirə edildi
14/12/2018 [20:32]:
"Azərbaycanda məzhəblər arasında həmrəylik mövcuddur" - Dövlət Komitəsi
14/12/2018 [20:30]:
Bakıda məktəbdə konfet yeyən uşaq xəstəxanalıq olub? - AQTA ARAŞDIRIR
14/12/2018 [20:27]:
Yevlaxda xəyanət üstündə qətl - Ər arvadını öldürdü
14/12/2018 [20:23]:
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib
14/12/2018 [19:48]:
“Salatın Xankəndində erməni dükanından  oğlu Ceyhuna ayaqqabı da almışdı...” 
14/12/2018 [19:48]:
Bakcell növbəti müsabiqə elan etdi
14/12/2018 [19:44]:
Lavrov Tahir Salahovun sərgisində olub
14/12/2018 [19:32]:
Ombudsman əməkdaşları 16 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib
14/12/2018 [19:20]:
Hər yeri ədəbiyyat edib, hara getdilər? - Məşhur kampaniyanın aqibəti...
14/12/2018 [19:01]:
Ermənilər Şuşada günəş enerjisindən elektrik alır –Daşaltıdakı evlər də həmçinin...
14/12/2018 [18:51]:
“Baş redaktorlar köşə yazarlarına az qonorar ödəyirlər”
14/12/2018 [18:47]:
“Hayıstan” Fondu Azərbaycan torpaqlarına 14 milyon dollar vəsait qoyacaq – Ermənilər üçün
14/12/2018 [18:45]:
Azərbaycan Fransada "Qadın hüquqları və Kino" festivalında təmsil olunub.
14/12/2018 [18:34]:
UNEC ilə BFB təhsil, elm və təlim-tədris sahəsində birgə əməkdaşlığa başlayır
14/12/2018 [18:31]:
Lukaşenko Paşinyandan üzr istəyib? - Erməni mətbuatından növbəti həyasızlıq...
14/12/2018 [18:30]:
ADNSU-da Tələbələrin 67-ci Elmi-texniki Konfransının yekun iclası keçirilib
14/12/2018 [18:27]:
Rusiya XİN Lavrovun Bakı səfəri ilə bağlı məlumat yaydı
14/12/2018 [18:20]:
Azərbaycanda yeni Səhmdar Cəmiyyəti yaradıldı - FƏRMAN
14/12/2018 [18:12]:
6 min nəfəri SEVİNDİRƏCƏK SƏRƏNCAM - Prezident 2,82 milyon manat ayırdı
14/12/2018 [18:11]:
Qazax və Ağstafada döyüş postlarının DSX-ya təhvil verilməsi nə ilə bağlıdır?
14/12/2018 [17:47]:
Şəhid ailələrinə pul paylamaq istəyən Füzuli Məmmədova deputatlardan cavab
14/12/2018 [17:41]:
“Dedim ki, Serj, 5 rayonu Azərbaycana qaytar...” - LUKAŞENKO
14/12/2018 [17:39]:
Manat 3 gün bu məzənnədə olacaq
14/12/2018 [17:37]:
Deputat qazidən yazdı: "Vətən həm də sizlərin qeyrəti və əməlidir!"
14/12/2018 [17:31]:
Nazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldı
14/12/2018 [17:29]:
Bakcell növbəti müsabiqə elan etdi
14/12/2018 [17:25]:
UNEC yeni əməkdaşlığa başlayır
14/12/2018 [17:22]:
FHN əməkdaşlarına ali hərbi rütbələr, fəxri adlar verildi - ADLAR
14/12/2018 [17:19]:
İlham Əliyev iranlı naziri qəbul etdi
14/12/2018 [16:58]:
“Mən heç vaxt ölməyəcəm deyən...” - Milli Qəhrəmanın doğum günüdür...
14/12/2018 [16:55]:
“Heç vaxt rəhbər işçilərin seçki yolu ilə seçilməsinin tərəfdarı olmamışam”
14/12/2018 [16:52]:
Leyla Əliyeva rusiyalı qadınlara cavab YAZDI
14/12/2018 [16:45]:
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Polis Akademiyasında növbəti tədbir keçirildi
14/12/2018 [16:41]:
Bərdə rayonunda özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub
14/12/2018 [16:36]:
Nazir Bərdə, Tərtər və Ağcabədi rayonlarının sakinləri ilə görüşüb
14/12/2018 [16:24]:
Bu il Azərbaycanda qış sərt keçməyəcək – RƏSMİ
14/12/2018 [16:21]:
Bakı-Tbilisi-Qars marşrutunun vaqonları test edildi - FOTOLAR
14/12/2018 [16:11]:
Nazir: "Azərbaycan torpaqlarının işğalı heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək"
14/12/2018 [16:02]:
Ali Baş Komandan xərçəng xəstəsi olan zabitimizin müalicəsini nəzarətə götürdü - RƏSMİ...
14/12/2018 [16:00]:
Baş nazir təqaüdlər və müavinətlərlə bağlı QƏRAR VERDİ
14/12/2018 [15:52]:
“Televiziyalarımızda milli musiqimizə çox ögey münasibət göstərirlər...” - Görkəmli tarzən...
14/12/2018 [15:49]:
Belarus liderindən Paşinyana İTTİHAM: “Problemi o yaradıb”
14/12/2018 [15:49]:
Qarabağın azadlığı üçün yetişən şərait - 2019-cu ildən gözləntilər var - ŞƏRH
14/12/2018 [15:45]:
Azərbaycanda biabırçı hadisə - Evdən qaçan gəlini otelin qarşısında yaxaladılar - VİDEO
14/12/2018 [15:43]:
Macarıstanın dövlət bayrağı Beynəlxalq Türk Akademiyasında qaldırıldı -FOTOLAR
14/12/2018 [15:33]:
“Ölkəmizdəki son prezident seçkiləri göstərdi ki...”
14/12/2018 [15:30]:
“Qaçqınkom”un sədri Şüvəlandakı köçkünlərlə görüşdü -FOTOLAR
14/12/2018 [15:28]:
"Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün ən yüksək səviyyədədir"
14/12/2018 [15:27]:
Eminə təyyarədə sürpriz - VİDEO
14/12/2018 [15:24]:
Fuad Muradovdan yeni təyinat
14/12/2018 [15:17]:
“Təhsil Nazirliyini izləyənlərin sayı rekord həddə çatıb”
14/12/2018 [15:15]:
Bakının baş planının 1-ci mərhələsi yekunlaşdı - 4 prioritet istiqamət seçildi
14/12/2018 [15:14]:
Erməni müxalifətindən Kremli ŞOKA SALACAQ BƏYANAT
14/12/2018 [15:06]:
Əmisi oğlunun arvadına sataşan oğlanın daha bir videosu yayıldı - Soyundurub... - VİDEO
14/12/2018 [15:06]:
Şirvan şəhəri və ətraf rayonların əhalisinin diqqətinə: Pulsuz hüquqi yardım təklifi...
14/12/2018 [15:02]:
Paşinyandan “Qarabağ klanı”na növbəti ZƏRBƏ
14/12/2018 [14:41]:
Spiker: "Sənədlərdə qoşunların Azərbaycandan çıxarılması tələb edilir"
14/12/2018 [14:40]:
“Bu, Putinin səviyyəsində…” - Erməni diasporundan Paşinyana ŞOK
14/12/2018 [14:27]:
Yeni ildə sevdiklərimizə nə hədiyyə edək?
Bütün arxiv bir sırada
12/07/2018 [09:27] - Dünya - ( 1272 dəfə baxılıb)

İrəvandan Moskvaya kompromat savaşı – 1 mart işində “rus izi”, Xocalı təhdidi...



Ermənistanda “1 mart işi” ilə bağlı qalmaqal böyüyür. Xatırladaq ki, 2008-ci ilin həmin tarixində prezident seçkilərinin saxtalaşdırılmasına etiraz edən 11 dinc nümayişçi güllələnərək öldürülüb. O vaxt prezident Robert Köçəryan, müdafiə naziri Mikayel Arutyunyan, silahlı qüvvələrin İrəvan qarnizonunun rəisi isə hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - “Rus NATO-su”) baş katibi postunu tutan Yuri Xaçaturov olub.

Ötən sayımızda Xaçaturovun da Ermənistan Xüsusi İstintaq Xidmətinə dəvət edilməsi haqda xəbər vermişdik. Xatırladaq ki, Serj Sərkisyan prezident olandan sonra Yuri Xaçaturov uzun müddət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini tutub. Erməni general bilavasitə Moskvanın adamı sayılır və İrəvandan çox Kremlə sadiqliyi ilə tanınır. Onun ötən il KTMT-yə baş katib gətirilməsində bu amil də mühüm rol oynayıb.

Eləcə də Xocalı hərbi caniləri - Robert Köçəryan, digər eks-prezident Serj Sərkisyan, Sərkisyan dönəmində müdafiə naziri olmuş Seyran Ohanyan, Xaçaturovdan sonra Baş Qərargah rəisi postunu tutmuş və Paşinyanın qovduğu general Movses Akopyan (Xocalı soyqırımı zamanı Xankəndindəki 366-cı rus motoatıcı alayın komandir müavini olub) Rusiyanın adamları sayılır. Xaçaturov xaric, onların hamısı qarabağlıdır.

*****

Göründüyü kimi, bu adamların heç biri Ermənistanın yeni siyasi-hərbi rəhbərliyində təmsil olunur. Diqqət çəkən həm də odur ki, ümumiyyətlə, yeni hökumətdə və ordu rəhbərliyində Rusiyanın bircə adamı belə yoxdur. Ölkənin Təhlükəsizlik Xidmətinin katibi də Qərbə rəğbəti olan Armen Qriqoryandır.

Üstəlik, Nikol Paşinyan “Kreml uşaqları”nın  təqibini davam etdirir. Sanki bununla nə vaxtsa qəzəbinə tuş gələcəyi Moskvaya qarşı indidən kontur-müdafiə mexanizmi qurur, kompomat hazırlayır. Onun bu yolla ən azı, erməni xalqı qarşısında öz imicini, etimad kapitalını artırıb, Rusiyanı yerli ictimai rəydə bir az da gözdən salmaq istəyi dəqiqdir. Ki, sonra Qərbə kurs götürmək ona daha asan olsun, bunun üçün arxasında yetərli ictimai dəstəyi hiss eləsin.      

Hər halda, Xaçaturovun ifadə vermək üçün İrəvana çağırılması ilə Paşinyan 1 mart hadisələrində Moskvanın da əlinin ola biləcəyinə işarə vurur. Rəsmi Kremlin buna reaksiyasının nə olacağını yəqin ki, tezliklə biləcəyik. Bu günə hələ ki, nə Rusiya XİN-in, nə də “erməni sevdalısı” Mariya Zaxarovanın Xaşaturovun istintaqa çağırılması ilə bağlı açıqlama verməməsi maraq doğurur...

***** 

Təbii ki, ittiham edilənlər yaxalarını kənara çəkməyə çalışır və çalışacaqlar. Çünki ortada 11 günahsız adamın ölümü var. O sırada istintaqa çağırılan Köçəryan deyib ki, 1 mart hadisələri zamanı tətbiq edilən zorakılıq haqqında əmri prezident yox, müdafiə naziri verib. Onun sözlərinə görə, məhz Ermənistanın ovaxtkı müdafiə naziri Mikayıl Arutyunyan ordunun etirazçılar üzərinə yeridilməsi haqqında məxfi “N 0038" əmrini imzalayıb. Ancaq bunu da deyib ki, ”müdafiə nazirini öz vəzifəsini yerinə yetirməkdə ittiham etmək absurddur".

Köçəryan habelə hadisələr zamanı güc tətbiq edilmədiyini və ordu bölmələrinin xalqla toqquşmalarda iştirak etmədiyini söyləyib. Onun son açıqlamaları isə hakimiyyətə yaxın KİV-lərdə səmimi qəbul edilməyib.

“Çox maraqlıdır, ordu ilə etirazçılar arasında toqquşma olmayıbsa, onda gülləni kim atıb - polis, Daxili Qoşunlar, yoxsa oliqarxiya?” “Yeni Müsavat” xəbər verir ki, bu barədə 1 in.am nəşrində dünən getmiş məqalədə deyilir.

Yazıda daha sonra deyilir: “Köçəryan sanki bununla hamıya xatırladır ki, onlar eyni qayıqda olublar və əgər o batsa, özü ilə digərlərini də dartıb aparacaq. Başqa yandan, bu, əlbəttə ki, istintaqla əməkdaşlığa hazırlığın təzahürü sayıla bilər - hansı ki, ittihamların öz təsdiqini tapacağı təqdirdə ”yüngülləşdirici amil" ola bilər. Digər tərəfdən, olduqca maraqlı situasiya yarana bilər - nə vaxt ki, istintaqa başqa məmurlar da çağırılacaq. Bu isə mütləq olacaq. Artıq məlumdur ki, Yuri Xaçaturov ifadə vermək üçün istintaqa çağırılıb. Məntiqli olmazdı, əgər hər şey Köçəryan və ya Xaçaturovla məhdudlaşsaydı - təbii ki, onlar bütün günahı öz üzərilərinə götürməsələr. Amma deyəsən, bunu əksi baş verir: hər halda, ikinci prezident işarə vurur ki, hər şeyin onun üstünə atılmasına imkan verməyəcək. Bu isə o deməkdir ki, istintaqa yeni şəxslərin çağırılması qaçılmaz olacaq".

Əlbəttə ki, Rusiyadan siyasi sığınacaq istədiyi deyilən Köçəryanın boğazına su çatanda o, özünü xilas üçün hər şeyə gedə bilər. Hətta bunu da boynuna ala bilər ki, “Xocalı soyqırımını biz yox, Rusiyanın 366-cı alayı törədib...”

*****

“Köçəryan haqqında kifayət qədər qalmaqallı istintaq və məhkəmə prosesinin baş tutması mümkündür”. Bunu axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. 

Politoloq Ermənistanda Köçəryanla bağlı irəli sürülən iddiaların kifayət qədər əsaslı olduğunu vurğulayıb: “Bunlardan birincisi 2008-ci il 1 martda Serj Səkisyanın prezident seçilməsinə etiraz edən İrəvan əhalisinin nəinki Ermənistanın xüsusi təyinatlıları, hətta Rusiyadan çağırılmış ”Alfa" qrupunun köməyi ilə gülləbaran edilməsidir. Rəsmi qaynaqlarda 11 nəfər göstərilsə də, mitinqlərdə 31 nəfərin həlak olduğu, 300-ə qədər adamın ağır xəsarətlər aldığı iddia edilir. Ermənistan Xüsusi İstintaq Komitəsi bununla yanaşı, həmin dövrdə mitinqçilərə qarşı güc tətbiq edilməsinə ehtiyacın olub-olmamasını, hər iki halda bu əmrin kim tərəfindən verilməsini, ikinci bir ölkənin prosesə qoşulması məsələlərini də ortaya çıxaracaq. Təbii ki, burada söhbət ilk növbədə Rusiyadan gedir".

Politoloq əmindir ki, 1 mart 2008 və 27 oktyabr 1999-cu il parlament teraktını törədənlərin Köçəryan tərəfindən təlimatlandırılması faktı təsdiq olunarsa, bu, onun sonu olacaq: “Köçəryanın cinayətləri həddindən artıq çoxdur. Onun rüşvət və korrupsiya ilə bağlı əməlləri həm Ermənistan xalqına, həm də dövlət orqanlarına məlumdur. Köçəryan haqqında kifayət qədər qalmaqallı istintaq və məhkəmə prosesi baş tuta, onun toxunulmazlıq hüququ parlament tərəfindən qaldırıla və nəticədə o, həbs edilə bilər. Azərbaycana qarşı ağır cinayətlər törətmiş şəxsin həbsinin gerçəkləşməsi böyük bir hadisə olsa da, onun xalqımıza qarşı törətdiyi cinayətlərin istintaqa cəlb edilməməsi erməni şovinizminin əyani sübutudur”.(musavat.com)

Universitet tələbələri yardım kampaniyası üçün çılpaq soyundular - MARAQLI
Gözləri görməyən yaşlı fillərə piano çalır - İBRƏTAMİZ...+VİDEO
5-ci mərtəbədən yıxılan uşağı havada tutdular - VİDEO
Peşəsini icra edərkən həyatı kabusa döndü - VİDEO
“Hayıstan” Fondu Azərbaycan torpaqlarına 14 milyon dollar vəsait qoyacaq – Ermənilər üçün
Dr. Günel Azayeva - Həkim kosmetoloq
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Ermənilər Şuşada günəş enerjisindən elektrik alır –Daşaltıdakı evlər də həmçinin...
Gündəm
“Ölkəmizdəki son prezident seçkiləri göstərdi ki...”
Maraqlı
“Öyrəndiklərimizi bir müddət sonra niyə unuduruq?” sualına məşhur rəssamdan sadə cavab...
Cəmiyyət
"Azərbaycan "Rosatom"un təklifini analiz etməlidir..."
Gündəm
Ermənilər Azərbaycan torpaqlarının  51 min hektarını şumladı... - FOTOLAR
Müasir Ədliyyə
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Putin Paşinyandan niyə çəkinir?
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
İranda Ayaz Mütəllibovun ata Buşa tarixi etirazından bəhs edildi - Qarabağa görə...
"Bunu edən adam öz namussuzluğunu ictimailəşdirdi"
"Lotu Quli"nin azadlığa çıxdığı anın görüntüləri yayıldı - VİDEO
Kremlin Silah palatasında erməni fahişəliyin sübutu olan unikal eksponat... - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə