Xəbər lenti
15/11/2018 [02:11]:
Günün qoroskopu: -Yel dəyirmanları ilə savaşmayın...
15/11/2018 [01:51]:
“Azərbaycandan alacağımız ərazilər var” – Separatçılardan həyasız iddia
15/11/2018 [01:40]:
Separatçılar Sərsəng anbarından yeni kanal çəkəcəklər... –İşin içində Avropa ölkələri də var
15/11/2018 [01:36]:
CIA-nın projesi deşifrə oldu... Düz 149 nəfər...
15/11/2018 [01:33]:
Tramp yenə sosial medianın hədəfinə çevrildi - Minlərlə insanı unutduğu üçün...
15/11/2018 [01:30]:
Moskvada ilin toyu - 450 min dollarlıq gəlinlik, 25 "Limuzin"...
15/11/2018 [01:21]:
Parisdən Trampa ingiliscə cavab - “Common decency”
15/11/2018 [01:17]:
Ermənipərəst deputatın elə erməni xislətində olduğu da göz qabağındadır...
15/11/2018 [01:15]:
Eynəklər hansı müddətdən bir dəyişilməlidir? - Görmə zəifliyi olanların diqqətinə
15/11/2018 [01:02]:
Dünyanın ən böyük "Cücə"sinə 14 milyard dollarlıq CƏRİMƏ...
15/11/2018 [01:01]:
"Palmali"nin prezidentindən görkəmli türkoloqa 9 cildlik SÜRPRİZ...
15/11/2018 [00:59]:
Mənzil seçərkən 3-cü mərtəbədən yuxarı mərtəbələrə üstünlük verin - Xərçəngdən qorunma üsulları
15/11/2018 [00:46]:
"Başa düşə bilmiirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
14/11/2018 [23:43]:
Hər yerə 12 kukla ilə gedir - MARAQLI
14/11/2018 [23:28]:
Türkmənistanda polis “hədsiz tox olanları” axtarır: “doğrama” yemək olmaz
14/11/2018 [23:02]:
Gürcüstanda prezident seçkilərinin ikinci turunun tarixi elan olunub
14/11/2018 [23:00]:
Məruzədən təsirlənən yüzlərlə adam müsəlman oldu - MARAQLI
14/11/2018 [23:00]:
3 ölkə Türkiyəyə qarşı birləşdi - Sensasiyalı plan
14/11/2018 [22:43]:
Pul üçün rinqə çıxan 13 yaşlı uşaq qorxunc şəkildə can verdi - DƏHŞƏT...
14/11/2018 [22:34]:
"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsinə ayrılan vəsait artırılacaq"
14/11/2018 [22:30]:
Ölkəni qarışdıran qadın danışdı: "Prezidentə alt paltarımı göstərdim”
14/11/2018 [22:14]:
"Stalin deyirdi ki, hər şeyi kadrlar həll edir, indi isə hər şeyi islahatlar həll edir"
14/11/2018 [22:09]:
Başı çilçırağa toxunan dövlət başçısı böyük şok yaşadı - VİDEO
14/11/2018 [22:04]:
Ermənistanda sərxoş rus hərbçiləri arasında dava düşdü - Arada erməni də döyüldü...
14/11/2018 [21:59]:
Libermanın istefası və Qarabağ: Bir nazirin istefası ilə bağlı düşüncələr...
14/11/2018 [21:48]:
Qubada avtoxuliqanlar tutulub - FOTO
14/11/2018 [21:45]:
Mingəçevirdə yelləncəkdə boğazına kəndir dolanan uşaq ölüb - YENİLƏNİB
14/11/2018 [21:20]:
Saakaşvili Gürcüstan vətəndaşlarına müraciət etdi
14/11/2018 [21:17]:
"180 manatlıq yaşayış minimumu ilə bir ay yaşamaq mümkün deyil..." - TƏKLİF
14/11/2018 [21:07]:
“Rusiya Ermənistan siyasətində mərkəzi amil olaraq qalacaq” - Metyu Brayza
14/11/2018 [21:07]:
Separatçı erməni lider həmsədr ölkənin paytaxtına yola düşdü... - TAM SƏRBƏST...
14/11/2018 [20:53]:
Ordumuzun hərb oyunları davam edir – VİDEO
14/11/2018 [20:51]:
Yaşayış minimumu və ehtiyac meyarının yuxarı həddi müəyyənləşdi
14/11/2018 [20:50]:
Deputatdan 24 min şəhidə veriləsi 264 milyon manatın mənbəyi haqda ŞOK TƏKLİF...
14/11/2018 [20:35]:
Enerji sektorunda ard-arda yeni qəzalar, səbəb nədir? – Ekspert sistemin yenidən çökəcəyi ehtimalının qüvvətli olduğunu iddia edir
14/11/2018 [20:31]:
Bələdiyyələrə yeni səlahiyyət verildi – Prezident daha bir dəyişikliyi təsdiqlədi
14/11/2018 [20:25]:
Prezident Xələf Xələfovla bağlı sərəncam imzaladı
14/11/2018 [20:11]:
13 yaşlı qonşusunu zorlayan kişi məhkəmə zalında həbs edildi
14/11/2018 [19:55]:
Azərbaycanda yeni cərimələr təsdiqləndi - MƏBLƏĞLƏR
14/11/2018 [19:52]:
İlham Əliyevdən dövlət himni ilə bağlı qərar...
14/11/2018 [19:47]:
Ermənistan “Azərbaycan maraqlarının lobbiçisi”nin istefasını “bayram edir”...
14/11/2018 [19:15]:
Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri Dövlət Komitəsində olub
14/11/2018 [19:05]:
Mətbuat Şurası və Mərkəzi Elmi Kitabxana arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
14/11/2018 [19:01]:
Aİİ-də “İslam ənənəsində mötədillik” mövzusunda seminar keçirilib
14/11/2018 [18:59]:
Qarabağda şəhid edilən Axısqa türkləri - ŞOK SİYAHI
14/11/2018 [18:38]:
UNEC-də “Azərbaycanın iqtisadi inkişaf strategiyası" mövzusunda Respublika elmi konfransı keçirildi
14/11/2018 [18:36]:
Qənirə Paşayeva MM-də büdcə müzakirələri zamanı əlillərlə bağlı bir sıra vacib təkliflərlə çıxış edib
14/11/2018 [18:29]:
Bakcell şirkətinin baş direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14/11/2018 [18:26]:
Neft-mexanika fakültəsinin professor-müəllim heyəti BOS Şelf MMC-də olub
14/11/2018 [18:20]:
Azərbaycanın dostu istefa verdi
14/11/2018 [18:08]:
Dünyanın ən iri çəhrayı brilliantı neçəyə satıldı? - FOTO
14/11/2018 [18:04]:
Binəqədidə yol polisi şagirdləri maarifləndirib hədiyyələr verdi – VİDEO
14/11/2018 [17:47]:
“Uşaq pullarının bərpasına ehtiyac var”
14/11/2018 [17:12]:
4 uşağın yandığı dəhşətli hadisədən danışdı: “Uşaqların səsi gəlirdi...” VİDEO
14/11/2018 [16:59]:
“Məlum yenilik heç də dövlət təhsil müəssisələrinin pullu olması anlamına gəlmir”
14/11/2018 [16:52]:
“Efirlərdə skandal yaratmağıma görə televiziyalar ayda iki min manat təklif edir...” - Tanınmış astroloq...
14/11/2018 [16:46]:
Fəzail Ağamalı: “Keçmiş nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin”
14/11/2018 [16:40]:
Pensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİ
14/11/2018 [16:36]:
Daha bir yanğın hadisəsi...
14/11/2018 [16:36]:
Elmira Axundova bu nazirliyin işçilərinin maaşlarının artırılmasını təklif etdi
14/11/2018 [16:22]:
İlham Əliyev: "Əgər KTMT-nın hər hansı bir problemi varsa, o da Ermənistandır"
14/11/2018 [16:19]:
Deputat nazirlərdən xahiş etdi: “Kömək göstərin”
14/11/2018 [16:13]:
Türkdilli ölkələrin xüsusi xidmət orqanları Bişkekdə toplandı
14/11/2018 [16:05]:
Azyaşlı qız uşaqlarına hücum edən şəxs hakim qarşısında
14/11/2018 [16:04]:
Bakı Ekspo Mərkəzində IX Azərbaycan beynəlxalq ətraf mühit sərgisi başladı
14/11/2018 [16:02]:
Səfər Mehdiyev Gömrük Akademiyasının 3 xanım məzununa iş verdi
14/11/2018 [15:55]:
Azay Quliyev Kiyevdəki beynəlxalq konfransda çıxış edəcək
14/11/2018 [15:43]:
Flora Kərimovadan protokol qaydalarını pozması ilə bağlı iradlara sərt münasibət
14/11/2018 [15:28]:
Ağalar Vəliyev: “Vergi islahatları özəl sektorda maliyyə intizamını möhkəmləndirəcək”
14/11/2018 [15:19]:
Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin kadr aparatları rəhbərlərinin iclası oldu...
14/11/2018 [15:19]:
Uşaqları gələcəyin uğurlu insanı edən xüsusi və sadə üsullar – Sınanmış metodlar
14/11/2018 [15:16]:
Sevda Yahyayeva imtina etdi...
14/11/2018 [15:11]:
İranda “Qızıl sultanı” edam edildi
14/11/2018 [15:11]:
Daxili Qoşunların hərbi qulluqçuları bayram günündə bayrağımızı yüksəltdilər...
14/11/2018 [15:09]:
Mirkamilin yalanı üzə çıxdı - Özgə uşağı özünükü kimi təqdim edib
14/11/2018 [15:06]:
Gəncədə Aşıq Şəmşirin 125 illik yubileyi böyük təntənə ilə qeyd olundu - FOTOLAR
14/11/2018 [15:01]:
Daşkəsəndəki dəhşətli yanğında ölən uşaqlar... - FOTOLAR
14/11/2018 [15:00]:
“Ömür boyu istəmişəm futbol oynayım, bəxtim gətirməyib” – Millət vəkilindən etiraf – VİDEO
14/11/2018 [14:50]:
“Hələ çap olunmayan o qədər şeirlərim var ki, bu gün onlarla məşğulam”
14/11/2018 [14:47]:
ADU-nun rektoru Perunun Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri ilə görüşdü...
Bütün arxiv bir sırada
12/07/2018 [10:13] - Müsahibə - ( 3597 dəfə baxılıb)

"Guya Abbas Abbasovun dəstəyi ilə icra hakimiyyətinin başçısı təyin olunmuşam"



Moderator.az vaxtilə Gəncə şəhərinin icra başçısı olan, hazırda Səbail rayonunun başçısı vəzifəsini icra edən Eldar Əzizovun Yeni Müsavat-a verdiyi müsahibəni təqdim edir:

- Sizin uzun müddət rəhbərlik etdiyiniz Gəncə şəhərində faciəli hadisələr, ağır cinayətlər baş verdi. Baş verənlərlə bağlı sizin məlumatlarınız, ehtimallarınız nədən ibarətdir?

- Mən 8 il Gəncədə işləmişəm. Təəssüf hissi ilə deməliyəm ki, bunlar çox ağır hadisələrdir. Mən  həlak olan polkovnikləri şəxsən tanıyırdım. Səməd Abbasovu da, İlqar Balakişiyevi də. Biz onlarla bir yerdə, çiyin-çiyinə işləmişik. İkisi də layiqli, mübariz zabitlər olublar. Heyf onlardan! Mən fürsətdən istifadə edib onların ailə üzvlərinə  dərin hüznlə başsağlığı verirəm. Onlar dövlətə və dövlətçiliyə sadiq, mübariz zabitlər olublar. Xidmətdə olan zabitlərin belə qətlə yetirilməsini əlbəttə ki, hər bir vətənpərvər insan pisləyir. Bu gün biz hamımız dərk etməliyik ki, əzəli, təbii düşmənlə üz-üzə dayanmışıq, torpaqlarımızın da bir hissəsi işğal altındadır. Başqa qüvvələr də vardır.  Onlar bu cür vəziyyətlərdən istifadə etməyə çalışacaqlar. Təəssüf hissi ilə etiraf etməliyik ki, bu gün bizim özümüzdən başqa güclü, müstəqil Azərbaycan heç kimə lazım deyil. Hazırda dünyada gedən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycanda sabitlikdir, ölkə inkişafdadır. Bu, özü-özünə alınmayıb. Cənab İlham Əliyevin siyasətinin nəticəsidir. Mövcud sabitliyi qoruyub-saxlamaq vacib bir məsələdir. Biz səylərimizi buna istiqamətləndirməliyik.

Yeri gəlmişkən, bu gün bəzi adamlar mətbuatda olmayan məsələləri şişirtmək istəyirlər. Mən özüm bu gün tamam başqa bir şəhərdə, başqa bir rayonda işləyirəm. Amma mənim adımdan müxtəlif şayiələr yayırlar. Məndən müsahibə götürmədən hadisələrə "münasibətimi” bildirirlər. Elə çıxır ki, sən heç müsahibə verməsən də, sənin adından ictimaiyyətə nə isə təqdim olunacaq. Amma mən bu günə kimi rəsmi müsahibə verməmişəm. Bunu sizə rəsmi şəkildə deyirəm. Sizdə, musavat.com-da bir məqalə gedib ki, guya Abbas Abbasovla bizim birgə işlərimiz olub və onun dəstəyi ilə mən icra hakimiyyətinin başçısı təyin olunmuşam. Mən ulu öndər tərəfindən Gəncə şəhərinə icra başçısı vəzifəsinə təyin olunmuşam və bununla fəxr edirəm. Nə mən bir dəfə Abbas Abbasovun otağında olmamışam, nə də o mənim otağımda olmayıb. Gəncədən qabaq və Gəncədə işlədiyim 8 il ərzində biz bir dəfə də olsun nə Nazirlər Kabinetində, nə də Gəncə Şəhər İcra Hakimiyyətində görüşməmişik. Bütün bunları hansı məqsədlə yazırlar, mən deyə bilmərəm. Kiminsə fantaziyası bu qədər zəngindir ki, olmayan şeyləri bu şəkildə reallaşdırmağa çalışır. Amma mən xatırlaya bilmirəm ki, işlədiyim dövrdə onlar Gəncədə nə isə tiksinlər,  hansısa obyekt açsınlar. Amma mənim işlədiyim dövrdə Gəncə şəhərində belə fəaliyyətlə məşğul olmalarını da mən bu günə qədər xatırlaya bilmərəm. Abbas Abbasovla heç vaxt işgüzar ünsiyyətdə olmamışam. Mən özüm elə yazıları oxuyanda təəccüblənirəm. Ümumiyyətlə, özüm Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi arzulayardım ki, heç olmasa kiminsə haqqında nə isə yazılanda etika naminə müraciət etsinlər, soruşsunlar, xəbər doğrudur, ya yox.

- Bir neçə gün əvvəl sosial şəbəkələrdə məlumat yayılmışdı ki, siz Gəncə şəhərində bu hadisəni törədən insanın edam edilməsini tələb etmisiniz...

- Siz bunu nə qədər demokratik hesab edirsiniz? Mənə heç kim bu barədə müraciət etməyib və heç kimə müsahibə verməmişəm, bu yalan məlumatın müəllifi də mənə məlum deyil. Mən bunu eşidəndə çox təəccübləndim və bu müsahibə ilə tanış olandan sonra deyə bilərəm ki, bu çox primitiv şəkildə yazılıb. Ölüm hökmü Azərbaycanda 1998-ci ildə ləğv olunub və mən bir tarixçi kimi bunu yaxşı bilirəm. Amma bu saxta məlumatı hazırlayanların yəqin ki,  bundan xəbəri olmayıb. "Azadlıq” qəzeti bu məlumatı fasebokda yayıb və geniş müzakirələr təşkil edib. Məqsədi də bəllidir. Mən bu günlər ərzində ilk müsahibəni bu gün telefonla yalnız sizə vermişəm, o da sizin zəngə cavab olaraq. Bu günə kimi mənim adımdan yayılan xəbərlər  cəfəngiyyatdan başqa bir şey deyil.

- Siz də təsdiq edə bilərsiniz ki, bəzən mətbuata məqsədli şəkildə dezinformasiyalar da ötürülür, bunu istisna etmirik. Üstəlik, adətən məmurlara çıxış imkanı məhdud olduğundan dəqiqləşdirmə aparmaq da müşkülə dönür. Yeri gəlmişkən, həmin yazıda bir məqam da var ki, Abbasovlara məxsus 1,5 milyonluq özəl mülk Elmar Vəliyev 2011-ci ildə Sizi əvəzlədikdən az sonra yerlə yeksan edilib. Bu barədə nə deyə bilərsiniz?

- Mən xatırlaya bilmərəm. Çünki onlarla işgüzar ünsiyyətdə olmamışam. Düzdür, bizim dövrümüzdə Abbas Abbasovun oğlu (Aydın Abbasov) Gəncə şəhərindən deputat seçilmişdi. Dörd deputatdan biri də o idi. Bu isə başqa bir mövzudur. Lakin deyim ki, mənim bunlarla, hansısa məsələlərlə bağlı müzakirələrim olmayıb. Onların Gəncədə bəzi obyektləri olub və bunlar mənim Gəncəyə rəhbərlik etdiyim dövrdən əvvəl olmuşdu. Yəqin ki, onlardan söhbət gedə bilər. 

- Siz Gəncədəki hadisələrin arxasında hansı qüvvələrin dayandığı qənaətindəsiniz? Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisini yəqin ki, yaxşı tanıyırsınız. Burada dini amillərin icra başçısına sui-qəsd etməsinə, polis zabitlərini qətlə yetirməyə gətirib çıxarması real görünürmü?

- Mən həmişə demişəm, bu gün də deyirəm, gəncəlilər çox qədirbilən camaatdır. İnanmıram ki, gəncəlilər tərəfindən Balakişiyevə və Abbasova kimsə əl qaldıra bilərdi. Ola bilər ki, hansısa təxribatçı qruplardır. Bu gün istintaq gedir və yəqin ki, istintaqın nəticəsi açıqlanacaq. Mən bir tarixçi kimi burada daha geniş problem görürəm. Hər halda, istintaq daha konkret deyəcək.

- Rəis müavinlərinin hədəfə alınması, sizcə, təsadüfdür, yoxsa məqsədli olub?

- Mən 7 ildir Gəncədən çıxmışam. Bu gün birmənalı desəm, ciddi qəbul olunmayacaq. Hər halda, bu, yaxşı hal deyil, cinayətdir. Xidmət zamanı zabitləri  qətlə yetiriblər. Biz birmənalı şəkildə bunu pisləyirik. Ancaq başqa nələr baş verib, bunu yalnız orada olanlar qiymətləndirə bilər. Mən yalnız vətəndaş kimi bunu çox pis qiymətləndirirəm. Bu, qətldir. Qətlə yetirilənlər dövlət işçiləridir, Azərbaycan dövlətini təmsil edən yüksək rütbəli zabitlərdir. Onlara qarşı əl qaldırılması Azərbaycan dövlətçiliyinə qarşı əl qaldırılması kimi qəbul olunmalıdır və bütün dünyada bu cür hadisələr belə qiymətləndirilir.

- Heç təsəvvürünüzə gətirərdinizmi ki, günün birində kimsə elə icra hakimiyyətinin qarşısında Sizə yaxınlaşa və silahlı hücum edə bilər? Nə vaxtsa belə bir təhlükədən ehtiyatlanmısınızmı?

- Bilirsiniz, burada bəzi qüvvələr bizi üz-üzə qoymaq, müqayisə etmək istəyirlər. Bu, etik cəhətdən düzgün deyil. Mən başqa bir dövrdə işləmişəm, o, (Elmar Vəliyev) başqa bir dövrdə. O vaxt təsəvvür edə bilməzdim ki, Gəncədə belə bir hadisə baş verə bilər. İndi dünya dəyişir, müxtəlif xarakterli proseslər gedir. "Bu gün orada niyə belə oldu” sualına müvafiq təşkilatlar, istintaq aydınlıq gətirəcək. Ancaq birmənalı şəkildə bu nə hadisədir, kökündə nə dayanır, demək çətindir. İstintaqın yekununu gözləyək.

- Bu günlər ərzində həmkarınız, həm də xələfiniz olan Elmar Vəliyevlə əlaqə saxlamaq, onun sağlıq durumundan məlumat almaq imkanınız olubmu?

- Mənim onun qardaşı Xanlar Vəliyevlə telefon danışığım olub. Təbii ki, o, bizim həmkarımızdır. Mən Gəncədə 8 il işlədim, o da 7 il işləyib, artıq 8-ci ildir. Əlbəttə, biz bir komandanın üzvüyük. Təbiidir ki, mən son hadisələri  pisləyirəm. Azərbaycanda hüquqi dövlət var, kim kimdənsə narazıdırsa, o, sözünü deyə, hansısa instansiyaya müraciət edə bilər. 

- Yəqin ki, Gəncə ilə əlaqələriniz var. Hazırda vəziyyət barədə nə demək olar? Bundan sonra analoji hadisələr təkrarlana bilərmi?

- Mən inanmıram ki, bir daha belə bir hadisə təkrar olunsun. Gəncə camaatı müdrik camaatdır. Bu gün Azərbaycan xalqı dünyaya baxıb min dəfə şükür edir ki, Azərbaycanda sabitlikdir, inkişaf var, bunu qoruyub saxlamaq lazımdır. Bu sabitlik və inkişaf cənab prezidentin siyasətinin nəticəsidir. Böyük xoşbəxtlikdir ki, bu gün ölkənin başında bu cür dahi insan durur, onun siyasətinin nəticəsində bu sabitlik yaranıb və inkişaf göz qabağındadır. Yaxın Şərqə, Avropaya, Ukraynaya baxın, nələr baş verir? Azərbaycan onların fonunda stabil dövlət kimi çıxış edir, bunu qoruyub-saxlamaq lazımdır. Azərbaycan xalqı da müdrik xalqdır. Bütün görülən işləri qiymətləndirir. Ona görə də mən inanmıram ki, orada böyük bir miqyasda nə isə problem yaradılsın. Ayrı-ayrı adamlar bütün dünyada var, bütün quruluşlarda mövcud olublar.  

- Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi neçə vaxtdır ki, boşdur. Son olayla əlaqədar Gəncənin icra başçısı da səlahiyyətlərini icra edə bilmir. Ölkə əhalisinin az qala yarısını təşkil edən iki şəhərimizdəki belə bir vəziyyət Sizi narahat edirmi?

- Bakı şəhərində sistem yaradılıb, bütün rayon icra hakimiyyətinin başçıları yerlərində öz funksional vəzifələrinin öhdəsindən gəlirlər. Gəncə şəhərində  bu cür faciəli hadisə baş verməsinə baxmayaraq orada dövlət strukturları öz fəaliyyətlərini davam etdirirlər.  Azərbaycanın xoşbəxtliyi ondadır ki, möhtərəm prezidentimizin siyasəti nəticəsində sistem yaradılıb. Artıq o sistem əsasında dövlət idarə olunur. Bu gün hüquqi, demokratik, dünyəvi dövlət bir reallıqdır, bu dövlət də göz qabağındadır. Ona görə də bu gün ayrı-ayrı vəzifələrdə vakansiya olanda sistem özü işləyir, artıq sistem mövcuddur, bu da bir xoşbəxtlikdir.

- Uzun illər boyu Bakının icra başçısı vəzifəsinə namizədlər sırasında sizin də adınız çəkilib, ona görə sizdən soruşdum...

- Vallah, çox şey deyə bilərlər, bunlar əsassız fərziyyələrdir.   Mənə cənab prezident böyük etimad göstərib, mən can-başla çalışıram ki, onun etimadını əməli işlərimlə doğruldum.

"Palmali"nin prezidentindən görkəmli türkoloqa 9 cildlik SÜRPRİZ...
Hər yerə 12 kukla ilə gedir - MARAQLI
Məruzədən təsirlənən yüzlərlə adam müsəlman oldu - MARAQLI
Pul üçün rinqə çıxan 13 yaşlı uşaq qorxunc şəkildə can verdi - DƏHŞƏT...
Ölkəni qarışdıran qadın danışdı: "Prezidentə alt paltarımı göstərdim”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Türkmənistanda polis “hədsiz tox olanları” axtarır: “doğrama” yemək olmaz
Dünya
Dünyanın ən iri çəhrayı brilliantı neçəyə satıldı? - FOTO
Gündəm
“Məlum yenilik heç də dövlət təhsil müəssisələrinin pullu olması anlamına gəlmir”
Araşdırma
Uşaqları gələcəyin uğurlu insanı edən xüsusi və sadə üsullar – Sınanmış metodlar
Cəmiyyət
“Hələ çap olunmayan o qədər şeirlərim var ki, bu gün onlarla məşğulam”
Həftənin ən çox oxunanları
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
Ayaz Mütəllibovdan şok açıqlamalar -"Danışmışdım, Qarabağ qaytarılacaqdı..."
"Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən"
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
Sehrli ingilis barmağı: Dumanlı Albiondan bir qudaya stop, digərinə yaşıl ışıq? + FOTOLAR
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
“Ələkrəm Hümbətov Azərbaycan bayrağını parçalayıb yerə atdı və...”
Azərbaycanın talanan sərvətlərinin izi ilə daha bir ünvan: Ax, London, London...
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
“Tamerlan Qarayev İsmət Qayıbovla möhkəm dost idi...” - 20 Noyabr: gerçəklik və fərziyyələr
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə