Xəbər lenti
24/09/2018 [15:02]:
Monqolustan prezidenti Azərbaycanda
24/09/2018 [14:52]:
Dünyada insanlar ən çox bu səbəbdən ölürmüş - ÜST açıqladı
24/09/2018 [14:35]:
Qadın şüşə qapının içindən keçdi - VİDEO
24/09/2018 [14:25]:
Qasırğadan sonra qorxunc görüntü ortaya çıxdı - FOTOLAR
24/09/2018 [14:19]:
Mustafa Babanlı Çində bəyannamə imzaladı -FOTOLAR
24/09/2018 [14:14]:
Dövlət qulluğunda inzibati vəzifələr üzrə müsabiqənin qeydiyyat davam edir
24/09/2018 [14:13]:
Tanınmış jurnalisti üç kişi ilə hotelə buraxmadılar
24/09/2018 [14:05]:
“Putin geopolitik güzəştlər qoparmaq məqsədi ilə gəlir” – Partiya sədrindən xəbərdarlıq
24/09/2018 [14:05]:
Bakıda yaşlı qadını döyüb boyunbağısını oğurlayanlar saxlanıldı
24/09/2018 [14:03]:
“Hərbi sənayemizin inkişafı ölkəmizin hərbi qüdrətinin göstəricisidir”
24/09/2018 [14:02]:
“Hələ aprel döyüşlərindən sonra demişdim ki...”
24/09/2018 [14:00]:
“KTMT-ya qoşulmaq olmaz” -Vahid Əhmədov
24/09/2018 [13:52]:
Rusiya Suriyaya zenit raket kompleksi göndərir - “Adekvat cavab verəcəyik”
24/09/2018 [13:51]:
Gədəbəydən olan Syuni Qriqor Mirzayanı, bu “dünya şöhrətli” bəstəkarı tanıyan varmı?
24/09/2018 [13:50]:
40 il əvvəl ölən şəxsin cəsədini mədəsindəki toxum ortaya çıxardı - İNANILMAZ...
24/09/2018 [13:45]:
Hava şəraiti ilə bağlı - Xəbərdarlıq
24/09/2018 [13:30]:
“Elə məmurlarla rastlaşırıq ki, sanki Qarabağda biz bunların əzizlərinə güllə atmışıq”
24/09/2018 [13:11]:
Azərbaycanda xalq artisti adı almış ermənilər - SİYAHI
24/09/2018 [13:01]:
Səbail Rayon İcra Hakimiyyətindən açıqlama gəldi - 5 gündür küçələrdə gecələyən ailə ilə bağlı
24/09/2018 [12:57]:
Dünyanın gerçək adlandırdığı FOTOLAR...
24/09/2018 [12:50]:
Komitə 23 oktyabrda növbəti hərrac keçirəcək: 170 dövlət əmlakı üzrə seçim imkanı
24/09/2018 [12:37]:
Bu qələbə Nikol Paşinyanın mövqeyini gücləndirəcək?
24/09/2018 [12:33]:
Deputat bankları dollar krediti olanlara güzəşt etməyə ÇAĞIRDI
24/09/2018 [12:26]:
Ronaldu Qurban Qurbanovun yolu ilə getdi
24/09/2018 [12:22]:
Xalq şairinin həyat yoldaşı ona qarşı dələduzluq edən şəxsdən məhkəmədə pulunu tələb etdi...
24/09/2018 [12:20]:
“Azərsu” Bakı Meriyasının ittihamlarına CAVAB VERDİ
24/09/2018 [12:18]:
Əli Məslimlinin təklifini Ziyad Səmədzadə də dəstəklədi
24/09/2018 [12:14]:
DTX və polis Astarada əməliyyat keçirdi
24/09/2018 [12:13]:
Pravoslav xristianları arasında PARÇALANMA - Moskva bu dəfə “dini zərbə” aldı
24/09/2018 [12:09]:
“Lotereyalar haqqında” qanunda hansı dəyişiklik nəzərdə tutulur?
24/09/2018 [11:45]:
“İrşad Electronics”in rəhbəri intihar edib – RƏSMİ
24/09/2018 [11:41]:
Etimad İsmayılovun qatilləri ilə bağlı qərar verildi
24/09/2018 [11:40]:
Fədayə Laçın mahnı oxudu, şahid dustaq ifadəsini dandı: "Qara dustağam mən"
24/09/2018 [11:38]:
Yumor ustası Yerevan meri seçildi...
24/09/2018 [11:36]:
“Elə məmurlarla rastlaşırıq ki, sanki Qarabağda biz bunların əzizlərinə güllə atmışıq”
24/09/2018 [11:28]:
“Andropov əllərimin arasında öldü...” – Kremlin baş həkimi, sirr xəzinəsi, akademik Çazov
24/09/2018 [11:22]:
"Məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır" - Əli Əhmədov
24/09/2018 [11:21]:
Yalnızlıq qorxusu...
24/09/2018 [11:18]:
Samir Şərifovun keçmiş müşavirinə vəzifə VERİLDİ
24/09/2018 [11:18]:
Ərdoğan ABŞ-ı PKK-nın Suriya qoluna dəstək verməkdə ittiham etdi
24/09/2018 [11:16]:
Müalicə mərkəzinə silahlı hücum: 18 nəfər həlak oldu
24/09/2018 [11:07]:
Həkimlər üç aylıq uşağın ürəyini 3 saatlıq dayandırdılar
24/09/2018 [11:04]:
Laçına 1992-ci il payız hücumuna aid ciddi sənədlər üzə çıxdı... - Qərargah rəisinin gündəliyindən
24/09/2018 [10:58]:
Bakı Meriyası subasmalara görə günahı boynundan atdı
24/09/2018 [10:53]:
Cəbhədə şiddətli atışma olub – RƏSMİ
24/09/2018 [10:43]:
“Onda baxıram ki, yuxu tutub yatmışam...” -Altmış yaşı tamam olan tənqidçi...
24/09/2018 [10:29]:
İcazəsiz ov edən şəxs saxlanıldı
24/09/2018 [10:27]:
Kərəm Həsənov Lənkəranda vətəndaşları qəbul edəcək
24/09/2018 [10:14]:
Mişel Obama toyda tamadalıq edib- FOTO+VİDEO
24/09/2018 [10:13]:
“Cavanşirin adını mən qoymuşam...” -Yubiley təbriki...
24/09/2018 [10:08]:
“Allah da istəyir yusun günahlarımızı...” - Elnarədən dünənki yağışa reaksiya
24/09/2018 [10:05]:
Xankəndində ayağı kəsilən erməni hərbçini İrəvana apardılar
24/09/2018 [09:50]:
Azərbaycan beynəlxalq agentliyin idarə heyətinə üzv oldu – Nobel sertifikatlı soydaşımızdan xəbər
24/09/2018 [09:32]:
Dövlət Komitəsi İctimai Televiziya ilə yeni layihəyə başladı -VİDEO
24/09/2018 [09:25]:
Azərbaycanda axtarışda olan 25 nəfər saxlanıldı
24/09/2018 [09:23]:
“Rusiya artıq Odessanı da ələ keçirdi...”- Ukrayna deputatı
24/09/2018 [09:20]:
Rusiyanı faydasız ölkə adlandırdılar
24/09/2018 [09:19]:
İnsan beyni mədə ilə birbaşa bağlıdır - ARAŞDIRMA
24/09/2018 [09:07]:
Paşinyanın adamı Yerevan meri seçildi - Nəticələr məlum oldu
24/09/2018 [09:06]:
Binəli Yıldırım Özbəkistana getdi
24/09/2018 [09:05]:
Qəzzada toqquşmalar: fələstinli öldü
24/09/2018 [09:02]:
İranda matəm elan olundu
24/09/2018 [08:57]:
Bakılı Boris Ptaşko veteran dostunun yubileyində “Katyuşa”nı oxumaqdan niyə imtina etdi?
24/09/2018 [08:48]:
Manat və dolların bugünkü MƏZƏNNƏSİ
24/09/2018 [08:46]:
Ərdoğan Nyu-Yorkda...
24/09/2018 [08:45]:
Dəniz yolu ilə daşınan yüklərin həcmi artdı
24/09/2018 [08:44]:
“Porşe” bu avtomobillərin istehsalını dayandırır
24/09/2018 [08:42]:
Baş nazir küçədə zibil yığdı -FOTOLAR
23/09/2018 [22:36]:
İsveçdə yaşayan azərbaycanlılardan daha bir xoş xəbər...
23/09/2018 [22:09]:
“Fiberoptikanın atası” vəfat etdi
23/09/2018 [22:06]:
Trampın tələbi rədd edildi - “Qiymətləri endirməyəcəyik”
23/09/2018 [21:48]:
Tarixdə ilk dəfə asteroiddən görüntülər əldə edilib - FOTO
23/09/2018 [21:47]:
Yağışa AÇIQ MƏKTUB...
23/09/2018 [21:41]:
İranda terrorda ölənlər arasında kapitan və polkovnik də var - Ölü sayı artdı
23/09/2018 [21:38]:
Tramp Ruhani ilə görüşməyə hazırdır
23/09/2018 [21:36]:
Ermənistan qaçqınının arvadı 4-cü gecədir ki, Bakı küçələrində qalır... -FOTOLAR
23/09/2018 [20:34]:
Oksana qınaqlara cavab verdi - “Belə uşaq atasız olmur”
23/09/2018 [20:27]:
Cəlilabadda təcili yardım maşını piyadanı vuraraq öldürüb
23/09/2018 [20:14]:
Poroşenkonun yenidən prezident olmasını əhalinin cəmi 5 faizi istəyir
23/09/2018 [20:02]:
Güclü külək pilotlara çətin anlar yaşatdı – VİDEO
Bütün arxiv bir sırada
12/07/2018 [13:42] - Cəmiyyət - ( 829 dəfə baxılıb)

Təhsil fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan Tərcümə Ensiklopediyası” təqdim edilib




Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan Tərcümə Ensiklopediyası” kitabının daha bir təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov kitabın ideya müəllifi Kamal Abdullaya və redaksiya heyətinə təşəkkürünü bildirib. Qeyd edib ki, dünyada bu günə qədər müxtəlif sahələri əhatə edən lüğətlər, kiçik ensiklopediyalar nəşr olunub, lakin tərcümə sahəsində belə bir ensiklopediya mövcud olmayıb. Professor bildirib ki, son dərəcə önəmli və faydalı məlumatlarla zəngin olan ensiklopediyanın zənginliyi gələcəkdə daha da inkişaf edəcək.

Rektorun elm və təhsil məsələləri üzrə müşaviri dosent Seyfəl Həsənov “Azərbaycan Tərcümə Ensiklopediyası” kitabının dünya tərcüməşünaslığı sahəsində bir ilk olduğunu qeyd edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdən bəri tərcüməşünaslığa çox ciddi diqqət ayırılıb və ali təhsil ocaqlarında tərcümə ixtisası tədris olunmağa başlayıb. S.Həsənov ensiklopediyanın ərsəyə gəlməsi haqqında tədbir iştirakçılarına geniş şəkildə məlumat verib və uzun illərin bəhrəsi olduğunu vurğulayıb: “Bu sahədə heç bir ensiklopediya mövcud deyil. Deyərdim ki, “Azərbaycan Tərcümə Ensiklopediyası” dünyada ilkdir. Hazırda əlimizdə belə bir dəyərli kitab var. Biz bu kitabın üzərində işləməliyik, daha da genişləndirməliyik. Bu ilk nəşrdir, nəşrlərimizin sayı gələcəkdə artacaq”.

ADU-nun rektor məsləhətçisi Anar Osmanlı bildirib ki, “Azərbaycan Tərcümə Ensiklopediyası” kitabı tərcümə sahəsində atılmış ilk uğurlu addımdır. Bildirib ki, kitabda son dərəcə vacib və əhəmiyyətli məlumatlar var: “Bu uğurlu təşəbbüş hörmətli rektorumuz akademik Kamal Abdulla tərəfindən irəli sürülüb. Kitabın redaksiya heyətində tanınmış elm xadimləri təmsil olunur. Təbii ki, uzun illərin bəhrəsi olan dəyərli ədəbiyyat professor-müəllim və tələbə heyətinin elm sahəsində atacağı addımlar üçün çox önəmli vəsait olacaq. Uğurlu iş üçün universitetimizi, əziyyəti keçmiş şəxsləri təbrik edirəm”.

Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri professor Sərxan Abdullayev bildirib ki, bu ensiklopediya akademik Kamal Abdullanın uğurlu layihələrindəndir: “Hər bir vətəndaş həqiqətən də ensiklopediyadan faydalana bilər. Bilirsiniz ki, ölkəmizdə orijinaldan tərcümə işi bizim universitetin adı ilə bağlıdır. Çox xoş oldu ki, kitabda köhnə dostlarımı gördüm, onların işləri ilə daha yaxından tanış oldum. Əməyi keçən bir kəsə böyük alqış düşür”.

İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Amil Cəfərov Azərbaycanda tərcümə sənətinin inkişafından danışıb, tədbir iştirakçılarının marağını cəlb edən nüanslara toxunub: “Hesab edirəm ki, həmişə bu kitab hər birimizin stolüstü vəsaiti olacaq. Çünki tərcümənin fəlsəfəsi ensiklopediyada aşılanır. Bildiyimiz kimi, müxtəlif səpkili əsərlər tərcümə olunur. Kitabda tarixə, fəlsəfəyə, incəsənətə, mədəniyyətə, ədəbiyyata və digər sahələrə aid əsərlərin və müəlliflərin adları əksini tapır. Bu kitabda sözün əsl mənasında xalqımızın mənəviyyatı əks olunur”.

Linqvokulturologiya kafedrasının müdiri professor Məsməxanım Qazıyeva qeyd edib ki, bu mötəbər iş ölkəmizdə bir ilkdir və Azərbaycan Dillər Universiteti son bir ildə ilklərə imza atmaqdadır: “Hörmətli rektorumuz Kamal Abdullanın təşəbbüsü ilə ilk dəfə olaraq belə bir mötəbər iş ərsəyə gəlib. Qeyd etmək istəyirəm ki, son bir ildə Azərbaycan Dillər Universiteti Ulu Öndərin 95 illiyinə həsr olunmuş dünyanın 14 universitetində keçirilən beynəlxalq konfransla, tələbələrimizin ucqar kənd məktəblərində və rayonlarda yerləşən müxtəlif təşkilatlarda pedaqoji və istehsalat təcrübəsi keçmələri və digər təqdirəlayiq addımlarla ilklərə imza atmaqdadır. Belə bir uğurlu işlərdə Azərbaycan Dillər Universitetinin adının hallanması hamımızın adının ucalığıdır”.

Professor bildirib ki, “Azərbaycan Tərcümə Ensiklopediyası” kitabı tərcüməşünaslığın inkişafında çox önəmli rol oynayacaq:

“Təbii ki, ensiklopediyanın sayəsində bu sahə daha da inkişaf edəcək, yeni tərcüməşünaslar formalaşacaq, tarixə qovuşmuş tərcümə əsərləri və dahi şəxsiyyətlər yenidən üzə çıxacaq”.

Professor Arif Hüseynov, dosent Vahid Ərəbov, dosent Vidadi Bəşirov, dosent Yasəf Mürşüdov ensiklopediyanı tərcümə sahəsində yeni bir dövrün başlanğıcı adlandırıblar. Qeyd edilib ki, nəfis şəkildə çap olunan kitab çox qiymətlidir, kitab yaşayacaq və gənc kadrların elmi işlərində faydalı bir ədəbiyyata çeviriləcək.

Qadın şüşə qapının içindən keçdi - VİDEO
Qasırğadan sonra qorxunc görüntü ortaya çıxdı - FOTOLAR
40 il əvvəl ölən şəxsin cəsədini mədəsindəki toxum ortaya çıxardı - İNANILMAZ...
Salahlıdan Amasyaya Polkovnik Məmməd Qazaxın izi ilə...
"Yenə sahibkarlara zülm edəcəklər ki, istixanaları qoyub qaçsınlar" - ŞİKAYƏT
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Hərbi sənayemizin inkişafı ölkəmizin hərbi qüdrətinin göstəricisidir”
Dünya
40 il əvvəl ölən şəxsin cəsədini mədəsindəki toxum ortaya çıxardı - İNANILMAZ...
Cəmiyyət
İnsan beyni mədə ilə birbaşa bağlıdır - ARAŞDIRMA
Gündəm
Ermənistan qaçqınının arvadı 4-cü gecədir ki, Bakı küçələrində qalır... -FOTOLAR
Cəmiyyət
Binəli Yıldırım MM-də Rüstəmxanlının şeirini dedi - Rəsmi KİV bunu niyə gizlədib?
Həftənin ən çox oxunanları
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
“Səməd Səmədov nə oxuyur ki, onun adını “hay-küy”qoymuşam...”
“Bu qədər yoxsulluğun olduğu ölkədə lüks bir təyyarəyə minməkdən utanıram" - Prezident...
"Yaxın günlərdə gözləmədiyimiz bir məkanda mütləq terror aktı baş tutacaq" - PROQNOZ
Milyonçu Tağıyevlə Nuru Paşa arasındakı tarixi əhvalat – Evin açarlarını ona verdi...
Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə