Xəbər lenti
16/11/2018 [23:43]:
Kamal Abdulla yeni vəzifəyə seçildi
16/11/2018 [23:37]:
KXDR və Koreya Respublikası arasında birbaşa aviasiya əlaqəsi yaradıla bilər -Danışıqlar başlayıb
16/11/2018 [23:34]:
Küveytin hava limanı suyun altında qalıb - VİDEO
16/11/2018 [23:16]:
İspan şərabı, Kataloniya presedenti, biznesmen diplomata möhtac Qarabağ dərdi...
16/11/2018 [23:07]:
Dövlət Gömrük Komitəsi media tur təşkil etdi - FOTO
16/11/2018 [23:04]:
Prezident daha bir sərəncam imzaladı
16/11/2018 [22:56]:
Qazaxıstanda dəhşətli avtobus qəzası: ölən və yaralananlar var
16/11/2018 [22:54]:
Məleykə Abbaszadə Xızı rayonunda vətəndaşları qəbul etdi
16/11/2018 [22:43]:
"Belə bir böyük irəliləyiş aparılan islahatların məntiqi nəticəsidir" -İlham Əliyev
16/11/2018 [22:26]:
“Azərbaycandan gəlmələr” İrəvanda ayağa qalxdı: “Bizi insan yerinə qoymurlar” - VİDEO
16/11/2018 [22:20]:
General Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə baş çəkdi
16/11/2018 [22:06]:
“Heydər Əliyev mənə xəbər göndərmişdi ki...” - Sabiq təhsil naziri SİRLƏRİ AÇDI
16/11/2018 [22:03]:
Braziliyalı təyyarəçi 5500 metr yüksəklikdə İslamı qəbul etdi - VİDEO
16/11/2018 [22:00]:
Şərab qurbanları... - "Ötən günlərimi qaytaraydılar" mahnısı son təsəlli kimi + VİDEO
16/11/2018 [21:47]:
Yataq xəstəsi olan Könül Xasıyevanın son halı - FOTO
16/11/2018 [21:38]:
30 manatla işə başlayıb milyonlar qazanan Əzizə Mustafazadə sirrlərini açdı - FOTO/VİDEO
16/11/2018 [21:25]:
Daşkəsəndəki dəhşətli yanğınla bağlı cinayət işi açıldı
16/11/2018 [21:05]:
Cinsi əlaqəyə girmək qripin qarşısını alır - MARAQLI
16/11/2018 [20:46]:
“Amaliya Pənahova və Səyavuş Aslan üçün xüsusi ssenarilər yazıb, filmlərə cəlb etmək lazım idi”
16/11/2018 [20:44]:
“AYB-yə üzvlük və sənəd qəbulunu gələnilki qurultaya qədər dayandırmışıq”– Fikrət Qoca
16/11/2018 [20:40]:
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşdü
16/11/2018 [20:38]:
Məhkəmə CNN-i haqlı bildi - Tramp uduzdu
16/11/2018 [20:36]:
İclasdan qayıdan Putin yolüstü aptekə girdi
16/11/2018 [20:23]:
10 yaşlı qızcığaz təcavüzkarı karate fəndi ilə uzaqlaşdırdı - MARAQLI...+ VİDEO
16/11/2018 [20:14]:
“Bədbəxtlər, səviyyəsizlər, istəyiniz qursağınızda qalacaq” - Mübariz Mənsimov
16/11/2018 [20:06]:
Telefonla çox oynadığı üçün 7 yaşlı qızını boğaraq öldürdü - DƏHŞƏT...
16/11/2018 [20:04]:
Beynəlxalq konfrans tolerantlığa həsr olunmuş sərgi ilə başa çatıb
16/11/2018 [20:01]:
Belqrad Universitetində “Azərbaycanda Din” mövzusunda seminar keçirildi - FOTO
16/11/2018 [19:59]:
BSU-da keçirilən beynəlxalq elmi konfrans öz işini başa çatdırıb
16/11/2018 [19:54]:
Özünü vampir hesab etdi, sevgilisini ürəyindən bıçaqladı - DƏHŞƏT...
16/11/2018 [19:49]:
Ermənini siçovullar gəmirdi- Yatağında...
16/11/2018 [19:33]:
QÜTB-ÜL ÖVLİYA kimlərdir?
16/11/2018 [19:27]:
“Yaradan şərabı boşuna haram saymayıb ki...” - Millət vəkilindən şərab qalmaqalına replika
16/11/2018 [19:24]:
“Sərxoş olub şeyxi dolamaq əxlaqsızlıqdır! Sən kimsən ki?!” - Mirələmovdan eks-rektora
16/11/2018 [19:21]:
Adil Əliyevdən 30 min istəyən istəyən icra başçısı kimdir? - Deputatdan açıqlama
16/11/2018 [19:09]:
Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiq edildi
16/11/2018 [19:07]:
Nataşa üçün oğul böyüdənlər...
16/11/2018 [18:57]:
ABŞ nüvə fəlakətinin bir addımlığından döndü
16/11/2018 [18:36]:
İlahiyyat İnstitutu 17 Noyabr – Milli Dirçəliş Gününü qeyd etdi
16/11/2018 [18:32]:
Culian Assanca qarşı ittihamlar irəli sürülür –Müller indi də VikiLeks" rəhbərinin boğazından yapışıb
16/11/2018 [18:29]:
Camal Xaşuqci üçün qiyabi namaz qılınıb –MƏDİNƏDƏ
16/11/2018 [18:26]:
İsrail xüsusi təyinatlısı Qəzza bölgəsində necə fəaliyyət göstərir: Teraktlar, təxribatlar, adam oğurlamaq...
16/11/2018 [18:21]:
Sumqayıtda yeni məktəb tikiləcək – Sərəncam
16/11/2018 [18:20]:
Prezident yolların təmirinə 1,5 milyon manat ayırdı
16/11/2018 [18:19]:
ADNSU-da Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirildi
16/11/2018 [18:15]:
İlham Əliyev Sumqayıta 5 milyon manat ayırdı
16/11/2018 [18:05]:
Qənirə Paşayeva Şanlıurfa bələdiyyə başqanı ilə görüşdü
16/11/2018 [18:01]:
Prezident: “Azərbaycan tarixi nailiyyət əldə edib”
16/11/2018 [17:58]:
Ələt-Astara yolunun ödənişli olacağı vaxt açıqlandı
16/11/2018 [17:44]:
Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir
16/11/2018 [17:18]:
Dövlət Gömrük Komitəsinin Akademiyasında Milli Dirçəliş gününə həsr olunmuş tədbir keçirildi
16/11/2018 [17:03]:
"Rektorun işdən çıxarılması Prezidentin müstəsna səlahiyyətlərinə aiddir"
16/11/2018 [17:02]:
Erməni idmançı azərbaycanlı ilə döyüşməkdən imtina etdi
16/11/2018 [17:02]:
Gödəkçənin cibindən tiryək çıxdı
16/11/2018 [17:01]:
İlham Əliyevin Belarusa səfərinin tarixi açıqlandı
16/11/2018 [17:00]:
Prezident Sumqayıt-Bakı qatarı ilə Bakıya gəldi -FOTOLAR
16/11/2018 [16:58]:
“Onlar yalnız Azərbaycanın deyil, digər ölkələrin tarixinə də şərəf gətirib”
16/11/2018 [16:47]:
Gürcüstandan narkotik vasitə keçirmək istədilər - FOTO
16/11/2018 [16:45]:
Azercell-in ödənişsiz ingilis dili kurslarında 50 jurnalist iştirak edəcək
16/11/2018 [16:44]:
Dərman mafiyası quran vəzifəli şəxslərin işi məhkəməyə göndərildi
16/11/2018 [16:42]:
Babək prospektində işlər yekunlaşacaq
16/11/2018 [16:42]:
Faiq Ağayevdən Məhərrəmovun işdən çıxarılmasına reaksiya: "Təhsilə illərdir ləkə gətirən tip"
16/11/2018 [16:38]:
“Palmali” rəsmən müflis elan edildi
16/11/2018 [16:19]:
AZAL Moskva üzərində qeydə alınan insidenti şərh edib
16/11/2018 [16:08]:
Paşinyan Azərbaycanla sərhədə gəldi
16/11/2018 [16:06]:
ADU-da SEMİNAR: “Sanskrit dili qədim və zəngin dil kimi”
16/11/2018 [16:06]:
"Bakı Group” MTK 1 700-dan çox şəxsin mülkiyyət hüququnu rəsmiləşdirmir
16/11/2018 [16:03]:
Sumqayıtda daha bir zavodun açılışı oldu -FOTOLAR
16/11/2018 [16:01]:
Yeni yollar tikiləcək
16/11/2018 [16:00]:
Qəhrəmanlar Günü Hekayəsi...
16/11/2018 [15:59]:
Siqaret zavodu istifadəyə verildi -FOTOLAR
16/11/2018 [15:54]:
"Enerji içkiləri cəmiyyətimizin bəlasıdır"
16/11/2018 [15:51]:
Vikiçilər daha bir önəmli işə imza atdılar
16/11/2018 [15:50]:
Şeyx Almaniyaya gedir
16/11/2018 [15:48]:
“Gazprom Armenia”ya qarşı ittiham - Nikol Paşinyanın davam edən şousu - ŞƏRH
16/11/2018 [15:41]:
"iPhone X" partladı
16/11/2018 [15:37]:
2018-ci ilin ən bahalı küçəsi
16/11/2018 [15:31]:
ADU-da “Leyli və Məcnun” operası səhnələşdirildi
16/11/2018 [15:28]:
“Elmi inqilabı vurduq biz başa, alimdir meşəmiz tam başdan-başa...” - TƏMSİL
16/11/2018 [15:20]:
Prezident Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında...- FOTO
Bütün arxiv bir sırada
12/07/2018 [19:34] - İqtisadiyyat - ( 1167 dəfə baxılıb)

Bakı piratların hakimiyyəti altında



Yeni Dünyanın kəşfi Avropa üçün nəinki ticarətin və kapital yığımının sürətli inkişafı, eyni zamanda piratlıq (burada “dəniz quldurları” anlamında) kimi o qədər də xoşa gəlməyən təzahürlə əlamətdar oldu. Dəniz quldurları Yeni və Köhnə Dünyaları birləşdirən bütün işlək dəniz yollarında qərar tutaraq, qızıl və mallarla yüklənmiş gəmiləri talan edirdilər.

Ötən əsrlərdə piratlıq o qədər geniş yayılmış və gəlirli iş sayılırdı ki, bütöv dövlətlər və imperiyalar xüsusilə qabiliyyətli quldurların arxasında durmaqdan belə çəkinmirdilər. Bu mənada, yəqin ki, tarixdə iz buraxmış ən məşhur uğur centlmenlərindən biri ingilis Frensis Dreykdir. O, vətən qarşısında şübhəli xidmətlərinə görə ser tituluna layiq görülmüş və Britaniya İmperiyası donanmasının vitse-admiralı rütbəsinə yüksəlmişdi.

Müasir zamanda dəniz quldurluğunun (piratlığın), demək olar ki, kökü kəsilib, lakin Malayziya və Somali sahillərində dişlərinə qədər silahlanmış quldurlar motorlu qayıqlarda mütəmadi olaraq ticarət gəmilərini və neft tankerlərini zəbt edirlər və qarşılığında haqq istəyirlər.

Bununla birlikdə, müasir dünyada “piratlıq” anlayışı dəniz quldurları və macəra romantikası ilə assosiasiya olunmur. Bu gün bu, intellektual mülkiyyətin adidən adi oğurluğudur. Lakin həmin yeni anlamın vurduğu maddi zərər quldurluq sənətinin çiçəkləndiyi 16-17-ci əsrlərdə gəmi oğrularının vurduğu zərərlə müqayisədə ölçüyəgəlməz həddə böyükdür.

Ən mötədil hesablamalara görə, saxta məhsulların yayılmasından və intellektual mülkiyyətin mənimsənilməsindən qaynaqlanan iqtisadi itkilər bütün dünya üzrə illik 100 milyard dolları keçir. Bütün ölkələrin hüquq-mühafizə orqanları yeni piratlarla mübarizəyə nəhəng qüvvə sərf edirlər, lakin təcrübə göstərir ki, bunun faydası elə də böyük deyil.

Hazırda kinematoqraf piratlıqdan ən çox əziyyət çəkən sahədir. 2015-ci ildə qarşıdan gələn “Oskar” mükafatının təqdim edilməsi zamanı mükafatlara namizəd kimi irəli sürülmüş filmlərin 95 faizinin surətləri internetlə yayılmışdı – bu, kino sənayesi tarixində ən yüksək göstəricidir. Filmlərin istehsalçıları ilə birlikdə kinoteatr şəbəkələri də böyük itkilərlə üzləşirlər.

Bu mənada Azərbaycan Qərbdən geri qalmır. Piratlıq ölkədə artıq gəlirli sahələrdən birinə - kinofilmlərin lisenziyalı surətlərinin satışına son qoyub. Hələ bir neçə il öncə Bakıda elektron daşıyıcılarda lisenziyalı filmlərin satışında ixtisaslaşmış ABC mağazalarının iri şəbəkəsi fəaliyyət göstərirdi. Lakin bu cür “qanuniləşdirilmiş” filmə baxmaq üçün filmin yazıldığı diskə görə böyük məbləğ ödənməli idi.

Əgər həmin filmi əziyyət çəkmədən internetdə tapmaq mümkündürsə, ona görə niyə pul xərcləyəsən? Filmin adını istənilən axtarış sisteminə əlavə etmək kifayətdir ki, həmin filmin pirat surətlərini yükləmək və ya ona onlayn tamaşa etmək üçün sonsuz sayda mənbə qarşına çıxsın. Beləcə, lisenziyalı disklər əldə etmək zərurəti aradan qalxdı və bu biznes çökdü.

Köhnə filmlərlə bağlı vəziyyət az-çox bəlli olsa da, premyerası gözlənilən filmlər prokatçılar üçün ağır və məsrəfli işdir. Səs-küyə səbəb olmuş hansısa yeni amerikan blokbasteri prokata çıxır, kinoteatrlar onun yayım hüquqlarını əldə etmək məqsədilə xeyli pullar ödəyir, lakin zallar ən yaxşı halda yarısına qədər dolur, kinosalonların sahibləri xeyli zərərə düşürlər.



Səbəb isə sadədir: keyfiyyətsiz olsa da, filmin surəti artıq internetə yol açıb və əksər hallarda bunu çəkiliş və ya filmin yayımı ilə əlaqədar şəxslərdən biri edir. Kino həvəskarları isə, aydın məsələdir ki, axşam seansına 8 manat ödəməkdənsə, həmin filmə, keyfiyyətsiz olsa belə, evdə divanda uzanaraq tamaşa etməyə üstünlük verirlər. Özü də tamamilə pulsuz.

Adi vətəndaşın məntiqi aydındır və hardasa ədalətlidir, belə ki, o, öz cibini düşünür. Lakin pis vəziyyətdə qalan kinoteatrlar son nəticədə bağlanırlar və yaxud yerləşdikləri yeri restoranlara və oyun klublarına icarəyə verirlər, çünki əvvəlki filmdən qazanc əldə etmədən növbəti yeni filmi almaq, sadəcə olaraq, mümkün deyil.

“Report” agentliyi “CinemaPlus” və “Park Cinema” kinoteatr şəbəkəsinin misalında bu problem üzrə kiçik araşdırma aparıb. Sən demə, rəsmi nümayişi yenicə başlamış “Superailə-2” filminə enter.az, video.az и myvideo.az kimi Azərbaycan videohostinqlərində çoxdan tamaşa etmək mümkündür.

Agentliyin əməkdaşları bu videohostinqlərin rəhbərlikləri ilə əlaqə saxlayıblar. Pirat məhsullarının yayımı ilə məşğul olanların bəhanələri bir-birindən heç nə ilə fərqlənmir. Onlar pirat məhsullarını başqa saytlardan götürdüklərini bildirir, eyni zamanda yerli kinoteatrlarla əməkdaşlıq etdiklərini deyir və ümumiyyətlə, fəaliyyətlərində hər hansı qüsur görmürlər.



Əlbəttə, Azərbaycan videohostinqlərinin şəxsi, keyfiyyətli pirat məhsulu istehsal etmək imkanları yoxdur. Onlar, sadəcə, kiminsə oğurladığını oğurlayırlar. Fəqət pirat variantlarının yayılması onların istehsalından heç də az əhəmiyyətli cinayət sayılmır. Yerli kinoteatrlarla əməkdaşlıq bəhanəsi isə az qala gülüncdür. Kinoteatrlar zərərlə üzləşir, belə ki, məşhur bir kəlamda deyildiyi kimi, arılar bala qarşı çıxa bilməzlər.

Paradoksal olsa da, başqa ölkələrdə virtual piratlıqla mübarizədə hansısa tədbirlər görülürsə də, Azərbaycanda bu ciddi problemə sadəcə olaraq göz yumurlar. Hətta qonşu Rusiyada belə intellektual mülkiyyətin oğurlanmasına qarşı mübarizə haqqında qanun çoxdan bəri qəbul olunub. İnternetdə pirat məhsullarını yayan torrent-trekerlər bağlanır, iri videohostinqlərin rəhbərlikləri isə saytlarına kinoteatrlarda nümayişi hələ davam etdirilən filmlərin pirat surətlərini yerləşdirməzdən əvvəl bunun bütün müsbət və mənfi tərəflərini dəfələrlə ölçüb-biçirlər. Çünki bu addım qat-qat baha başa gələ bilər – saytlarını bağlaya bilərlər.

Azərbaycanda isə piratlıq baş alıb gedir. Bəs bu cür acınacaqlı halla mübarizə aparmaq vəzifə borcu olan məmurlar həmin problemə necə yanaşırlar? Mədəniyyət nazirliyinin mətbuat xidmətinin təmsilçisi İntiqam Hümbətov “Report” agentliyinin əməkdaşı ilə söhbətində bildirib ki, təmsil etdiyi qurum yalnız bu və ya digər filmin Azərbaycan kinoteatrlarında nümayişinə icazə verir. Başqa sözlə, Mədəniyyət nazirliyi piratlıqla məşğul olmur, sadəcə olaraq, nəzarət edir ki, hər hansı qadağan olunmuş film Azərbaycan tamaşaçısına çatmasın. Buna bariz nümunə kimi “Stalinin ölümü” filmini göstərmək olar – onun nümayişi ölkədə gah qadağan edilirdi, gah da nümayişə icazə verilirdi.

Pirat məhsullarının yayımlandığı videohostinqlərin bloklanması ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məşğul olmalıdır. Lakin burada “Report” agentliyinə bildiriblər ki, internetdə mülkiyyət hüquqlarının qorunması ilə Müəllif Hüquqlarının Qorunması üzrə Agentlik məşğul olur. O ki qaldı bu və ya digər saytın bağlanmasına, bunun üçün məhkəmənin müvafiq qərarı tələb olunur.

Müəllif Hüquqlarının Qorunması üzrə Agentlikdə qanunlardan maddələrin əsas gətirilməsi ilə kifayətlənərək, deyiblər: “Müraciətlər olanda onlara baxırıq”. Başqa sözlə, piratlıqla heç bir kompleks mübarizə aparılmır.

Bəs videohostinqlərin pirat məhsullarının yayılmasından qazancları nədir? Məlumdur ki, qazanc olmasa, heç kim qanun pozuntusuna getməz. Bu məsələ sadədir – hər bir internet istifadəçisi filmlərə tamaşa edərkən zəhlətökən reklamla rastlaşıb ki, həmin reklamı izləmədən film başlamır. Reklamın hər 1000 nümayişinə görə isə videohostinq əməlli-başlı gəlir götürür.

Azərbaycan videohostinqlərində reklamların yerləşdirilməsi ilə “New Media” şirkəti məşğul olur. Şirkətin meneceri Pərvanə Cəfərova sanki özünə bəraət qazandıraraq qeyd edir ki, reklamın yerləşdirildiyi meydançanı onlar özləri deyil, reklamın sifarişçisi seçir. Reklam verənlər özləri arzulayır ki, onların reklamı məhz myvideo.az-da yayımlansın, çünki əksəriyyət filmlərə həmin saytda tamaşa edir.

Beləcə məmurlar məsuliyyəti bir-birinin boynuna atmaqda və ciddi problemin mövcudluğuna göz yummaqdaykən piratlıq nəinki kinoteatrlara, bütün dövlətə ziyan vurmaqdadır. Kinoteatrların qazancı azaldıqca dövlətə ödənilən vergilər də azalır.

Virtualaz.org

Dövlət Gömrük Komitəsi media tur təşkil etdi - FOTO
Cinsi əlaqəyə girmək qripin qarşısını alır - MARAQLI
Telefonla çox oynadığı üçün 7 yaşlı qızını boğaraq öldürdü - DƏHŞƏT...
Özünü vampir hesab etdi, sevgilisini ürəyindən bıçaqladı - DƏHŞƏT...
QÜTB-ÜL ÖVLİYA kimlərdir?
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Ədəbiyyat
“AYB-yə üzvlük və sənəd qəbulunu gələnilki qurultaya qədər dayandırmışıq”– Fikrət Qoca
Dünya
10 yaşlı qızcığaz təcavüzkarı karate fəndi ilə uzaqlaşdırdı - MARAQLI...+ VİDEO
Dünya
Əli və dostları qadağalara rəğmən Tac-Mahalda namaz qılmaqda davam edir...- İbrətamiz
Dünya
“Fətullah Gülən Türkiyəyə verilməyəcək” – PROQNOZ
Cəmiyyət
Könlünün qapı-pəncərəsini insanların üzünə açan nurlu insan - Qənbər Şəmşiroğlu-85
Həftənin ən çox oxunanları
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
"Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən"
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Sehrli ingilis barmağı: Dumanlı Albiondan bir qudaya stop, digərinə yaşıl ışıq? + FOTOLAR
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə