Xəbər lenti
23/09/2018 [00:57]:
"İranın bu formada qarışıqlığa sürüklənməsi, qonşu dövlətlər üçün arzuolunan deyil"
23/09/2018 [00:33]:
"Yaxın günlərdə gözləmədiyimiz bir məkanda mütləq terror aktı baş tutacaq" - PROQNOZ
22/09/2018 [23:13]:
Bağırovun həbsdə dindirilməsi, etirafları, istintaq materialları- Gizli tarix
22/09/2018 [22:46]:
Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı
22/09/2018 [22:27]:
Nuru Paşanın bilinməyən qəhrəmanlıqları və fövqəladə hərbçi bacarıqları- Xatirələrin dili ilə
22/09/2018 [22:21]:
“Qarabağ”ın oyununa 10 min bilet satıldı
22/09/2018 [22:00]:
QAT mitinqə hazırlığı müzakirə etdi
22/09/2018 [21:56]:
Xamenei Əhvazdakı terrorun təşkilatçılarından söz açdı
22/09/2018 [21:55]:
Qarabağda erməni əsgər öldürüldü
22/09/2018 [21:55]:
Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDIRDI
22/09/2018 [21:53]:
Hərbi paraddakı partlayışda ölənlərin sayı 28-ə çatdı
22/09/2018 [21:49]:
Bakıdan Bakıya qaçqın düşüb?..- FOTO
22/09/2018 [21:46]:
Leyla Əliyeva Beynəlxalq Sülh Günü tədbirində -FOTOLAR
22/09/2018 [21:43]:
Suriyada İŞİD başçıları məhv edildi
22/09/2018 [21:43]:
Bəyaz “O səs” üçün 12 kiloqram arıqladı - Foto
22/09/2018 [21:41]:
Bərə qəzasında ölənlərin sayı 209 nəfər oldu
22/09/2018 [21:41]:
AŞPA Ermənistanda monitorinq aparacaq
22/09/2018 [21:13]:
“Azərbaycan KTMT-lə bağlı beynəlxalq məhkəməyə müraciət edə bilər”
22/09/2018 [20:51]:
"Necə ola bilər ki, Böyük Yaradanın rəva görmədiyi günahı bəndə bu cür asanlıqla etsin?!"
22/09/2018 [20:49]:
Rövnəq Abdullayev medalları qaliblərə təqdim etdi - Fotolar
22/09/2018 [20:23]:
Ebru ilə Rzanın Nyu-York görüşü dava ilə bitdi - Rza oteli tərk etdi
22/09/2018 [20:22]:
Facebook-dan subaylar üçün möhtəşəm yenilik – Evlilər baxmasın
22/09/2018 [20:17]:
İlham Zəkiyevə yeddinci dan qara kəmər verildi - FOTO
22/09/2018 [20:15]:
Azərbaycanlı aparıcı hamamdan şəkilini paylaşdı - FOTO
22/09/2018 [20:13]:
Raquf Orucovla bağlı MÜHÜM İŞ
22/09/2018 [20:10]:
175 nömrəli avtobusda nə baş verib? – RƏSMİ AÇIQLAMA
22/09/2018 [20:00]:
“Prezidenti öldürüb günahı ABŞ-ın üzərinə yıxacaqlar” – Şok proqnoz
22/09/2018 [19:54]:
İrandakı teraktı daha bir təşkilat üzərinə götürdü - Video/23+
22/09/2018 [19:50]:
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik edib
22/09/2018 [19:49]:
Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü
22/09/2018 [19:48]:
Azərbaycanda ölünü məhkəməyə çağırdılar
22/09/2018 [19:47]:
Can verən sevgilisinin videosunu Snapçatda paylaşan qız həbs edildi
22/09/2018 [18:48]:
Kanadada güclü qasırğa insanları vahiməyə saldı - VİDEO
22/09/2018 [18:46]:
Dünyanın ən təhlükəli şəhərləri məlum oldu
22/09/2018 [18:42]:
İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatını izləyib
22/09/2018 [18:40]:
Prezident orden verdi
22/09/2018 [18:39]:
İran prezidenti Trampa Səddam Hüseynin taleyini vəd etdi
22/09/2018 [18:25]:
Xanın kəndinə Şaumyanın adının verilməsinin 95 illiyi belə qeyd olundu...- FOTOLAR
22/09/2018 [17:51]:
Etimad İsmayılova şeir həsr olundu: “Məni dəfn etməyə gələrsən, ANA!”
22/09/2018 [17:46]:
"Kamal Abdullanın bu addımı sözün yaxşı mənasında bir "ilk" oldu"
22/09/2018 [17:29]:
“İranda gərginliyin artması qonşu dövlətlərə yaxşı heç nə vəd etmir”
22/09/2018 [17:13]:
“İstəyirdim ki, Xatirə xanımın tikdirəcəyi Şəhid bulağı Müşfiqin məzarının yanında olsun...”- Şəhid anası...
22/09/2018 [16:35]:
“Qanuni oğru” həbsxanada intihar etdi
22/09/2018 [16:34]:
Əsla ayağı ayağın üzərinə qoyub əyləşməyin - ÖLƏ BİLƏRSİNİZ
22/09/2018 [16:32]:
"Zaurun verilişinə çıxdım ki, ipotekam bağlansın" - Əməkdar artist
22/09/2018 [16:30]:
"Atamın dostu ilə yatdım" - Aktyorun qızından gözlənilməz etiraf
22/09/2018 [16:29]:
Tarkandan heyranlarına şok: Səhnədən imtina etdi
22/09/2018 [16:20]:
Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi
22/09/2018 [16:19]:
ABŞ-da işləmədiyi cinayətə görə 27 il həbsdə yatan məhkum azadlığa çıxdı -FOTOLAR
22/09/2018 [16:17]:
Elman Mehdiyev müşavir təyin edildi - Səlim Müslümovun bağladığı "kitab" yenidən açıldı...
22/09/2018 [16:07]:
“Əgər Allah mənə sənətimdən artıq alicənab yetirərsə, ərə gedərəm"
22/09/2018 [15:37]:
“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”
22/09/2018 [15:26]:
Lukaşenko Putinlə danışıqları ağır adlandırdı
22/09/2018 [15:17]:
Salahlıdan Amasyaya Polkovnik Məmməd Qazaxın izi ilə...
22/09/2018 [15:12]:
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verdi
22/09/2018 [15:10]:
“Televiziyalarımızda reytinq adı altında bizə niyə zir-zibil təqdim olunmalıdır?”
22/09/2018 [15:10]:
Azərbaycanda orta aylıq əməkhaqqı 3,7% artdı
22/09/2018 [15:07]:
Beyləqanda 196 ağac yandırıldı
22/09/2018 [14:43]:
"Yenə sahibkarlara zülm edəcəklər ki, istixanaları qoyub qaçsınlar" - ŞİKAYƏT
22/09/2018 [14:41]:
Birincilər Dövlət Komitəsinə ekskursiya etdilər
22/09/2018 [14:35]:
Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq
22/09/2018 [14:26]:
“Desəm ki, daha çox Qüdrət Həsənquliyev mat olur...” - Fazil Mustafa ilə “Bir hovur” söhbət
22/09/2018 [14:13]:
XİN-dən KTMT baş katibinin açıqlamasına reaksiya
22/09/2018 [14:09]:
Türkiyədə məktəblilərin olduğu avtobus aşdı, ölən və xəsarət alanlar var
22/09/2018 [14:03]:
Moderator.az operativ reaksiyaya görə DİN rəhbərliyinə təşəkkür edir...
22/09/2018 [13:46]:
"Bunu edən üzdəniraq jurnalistlər də var, qələm əlində olan şəxs bunu edərmi?"
22/09/2018 [13:21]:
Nyu-York metrosunda tavan uçdu -Gözlənilməz
22/09/2018 [13:18]:
“Qanuni oğru” həbsxanada intihar etdi
22/09/2018 [13:17]:
İlham Əliyev başsağlığı verdi
22/09/2018 [13:16]:
İran terror aktına görə ABŞ-ı ittiham etdi
22/09/2018 [13:15]:
Sabiq təhsil nazirindən rektorun təşəbbüsünə dəstək
22/09/2018 [13:13]:
Azərbaycanda hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ
22/09/2018 [13:12]:
Bakı sakinini küçədə qarət edənlər tutuldu
22/09/2018 [12:33]:
Keçmiş sevgilisini görüb restorandan getdi -FOTOLAR
22/09/2018 [12:30]:
40 manata görə qonşusunu ölümcül etdi
22/09/2018 [12:28]:
Ramiz Mehdiyev Bakı Kitab Mərkəzində
22/09/2018 [12:21]:
“Kamal Abdullanın bu təşəbbüsü təqdirəlayiqdir, amma...”
22/09/2018 [12:17]:
Ruhani Trampa Səddam Hüseynin taleyini xatırlatdı
22/09/2018 [12:14]:
Rövşən Rzayev 6 rəhbər şəxsi işdən çıxardı - “Qaçqınkom”da köklü dəyişikliklər
22/09/2018 [12:07]:
İranda hərbi paradda terror aktı - YENİLƏNİB + FOTO/VİDEO
Bütün arxiv bir sırada
13/07/2018 [09:25] - Cəmiyyət - ( 991 dəfə baxılıb)

QORXUNC STATİSTİKA: Ötən il Azərbaycanda 105 uşaq xərçəngdən ölüb - ARAŞDIRMA



Hazırda bəşəriyyətin qarşısında aciz qaldığı ən böyük bəlalardan biri xərçəng xəstəliyidir. İllərdir aparılan tibbi araşdırmalar, tətbiq edilən müalicələr, məsləhət görülən dərmanlar hələlik heç bir nəticə verməyib. Və yaxın 10 ildə də milyonlarla insanın bu xəstəliyin çənginə keçəcəyi barədə dəhşətli proqnozlar var. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna əsasən, 2020-ci ilədək xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15%-dək artması gözlənilir. 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi Azərbaycanın da daxil olduğu aşağı və orta gəliri olan ölkələrdə baş verəcək. Avropada 2012-ci ildə 4 milyon yeni xərçəng halı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaq.
 
Ağrılı rəqəmlər...
 
Dövlət Statistika Komitəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki,  2017-ci ilin statistikasına əsasən, Azərbaycanda 45756 xəstə bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatdadır. Onlardan 17149-u kişi, 28607-si qadındır.
 
2017-ci ildə ölkədə yenitörəmələrdən ölənlərin sayı 8665 nəfər təşkil edib ki, onlardan 4866 nəfəri kişilər, 3799 nəfəri qadınlar olub.
 
 Qeyd edək ki, 2015-ci ildə Azərbaycanda 40 653, 2016-cı ildə isə 43 927 nəfər onkoloji xəstə qeydiyyatda olub.
 
Statistikadan da göründüyü kimi, rəsmi rəqəmlərə əsasən, hər il Azərbaycanda xərçəng xəstələrinin sayı 2-3 min nəfər artır...
 
Baş onkoloq: "Buna böyük artım demək olmaz..."
 
 
Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Lent.az-a bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da xərçəng xəstəliyində artım müşahidə olunur. Amma digər qonşu ölkələrlə müqayisə etsək, Azərbaycanda bu xəstəliyin artımında elə də ciddi nəzərəçarpacaq dəyişiklik qeyd olunmur və buna böyük artım demək olmaz: "Məsələn, təxminən 2010-cu ildə əhalinin sayı 6 milyon idisə, hazırda 10 milyona yaxınlaşır. Əlbəttə, bu göstəricinin nəticəsində tək xərçəng xəstəliyi yox, digər xəstəliklərin artımı da müşahidə olunmalıdır və bu, labüddür”.
 
A. Kərimli deyib ki, xərçəngə qarşı mübarizəni təkcə onkoloqlar və həkimlər yox, bütün kütlə aparmalıdır: “İlk növbədə ekoloji natəmizliyi aradan qaldırmaq, qidalanma faktoruna diqqət etmək lazımdır. Çətinliyimiz bu sahədə maarifləndirmə işinin aparılması ilə əlaqədardır. Bu isə tək onkoloqun işi deyil. Bunun üçün müəyyən bir şərait yaradılmalıdır. Televiziya böyük təbliğat maşınıdır. Çox yaxşı olardı ki, efir vaxtı ayrılaydı, xərçəngin profilaktikası ilə bağlı vaxtaşırı məlumatlar veriləydi. Bu xəstəlik vaxtında aşkarlansa, yerləşdiyi yerdən asılı olmayaraq, 100 faiz sağala bilər. Əgər xəstə 3-cü, 4-cü mərhələdə müraciət etsə, onda onun müalicəsində müəyyən problemlər üzə çıxacaq. Əfsuslar olsun ki, xəstələrin çoxu xəstəliyin 3-4-cü mərhələsində müraciət edir. Əgər insanlar həqiqətən də xərçəngin sağalan xəstəlik olduğunu anlasalar, özlərini ona kökləyib gələrlər. Camaatın ürəyinə qorxu salmaq lazım deyil. Hansı xəstəlik yüngüldür? Sadəcə gəlib vaxtlı-vaxtında müayinə olunmaq lazımdır".
 
Bu peşə sahibləri daha çox risk altındadır
 
Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov Lent.az-a açıqlamasında qeyd edib ki, qadınlar üçün xərçəng yaradan faktorlardan biri ailədə uşağın az olması və 30 yaşdan sonra ilk hamiləliyin baş tutmasıdır: “Növbəti faktorlardan biri ultrabənövşəyi şüaların təsiri altında açıq havada uzun müddət qalmaqdır. Bu, balıqçılara, neftçilərə, kənd təsərrüfatı işçilərinə, həmçinin açıq şəraitdə işləyən başqa əməkçilərə də aiddir. Bununla yanaşı ətraf mühitin çirklənməsinin də böyük rolu var. Buna isə maşın mexanizmlərindən çıxan tüstülərin tərkibində olan zərərli maddələr səbəb olur. Əhalinin sıx yaşadığı yerdə zərərli maddələr istehsal edən sənaye müəssisələrinin olması da faktorlardan biridir. O cümlədən burada əmək şəraitinin də müəyyən qədər rolu var. Məsələn, azbest, sement, şifer zavodlarında işləmək və sair. Bu sadaladıqlarımın xərçəngin yayılmasında kifayət qədər rolu var”.
 
Ölüm göstəricisinə görə ağciyər xərçəngi birinci yerdədir
 
"Hazırda dünyada ildə 11 milyondan çox qadın xəstə qeydiyyata düşürsə, onun 1 milyon 600 mini qadınların süd vəzi xərçənginə görədir" deyən onkoloq deyib ki, bu, bədxassəli şişlər içərisində birinci yerdə durur: “İkinci yerdə duran ağciyər xərçəngidir. Bu həm kişilərdə, həm də qadınlarda müşahidə olunur. Sonrakı yeri isə mədə-bağırsaq traktının xərçəngi tutur. Son illərdə qaraciyər xərçəngi də sürətlə artmağa başlayıb. Burada əsas faktor ölüm göstəricisidir. Məsələn, dünya göstəriciləri üzrə ağciyər xərçəngindən ölüm birinci yerdədir. Baxmayaraq ki, süd vəzi xərçəngi ən çox rast gəlinəndir, ölümə görə 5-ci yerdədir. Deməli, müalicəsi və diaqnostikası kifayət qədər yaxşıdır. Ölüm göstəricisinə görə ikinci yeri qaraciyər xərçəngi tutur. Bizim ölkədə isə xərçəngin bu növü axırıncı yerlərdən birini tutur. Mədə xərçəngi üçüncü, bağırsaq xərçəngi 4-cüdür".
 
N. Qasımov deyir ki, Azərbaycanda 2017-ci ildə il ərzində xərçəng diaqnozu qoyulan xəstələrin sayı 11 mindən çox olub. Onlardan az qala 2 mini (1967 nəfəri) süd vəzi xərçəngidir. 2-ci yeri ağciyər, 3-cü yeri mədə, 4-cü yeri bağırsaq xərçəngi tutur ki hər biri min nəfərdən yuxarıdır. Qadın cinsiyyət üzvlərinin xərçəngi isə 1000-ə yaxındır. Kişilərdə ən çox rast gəlinən bəd xassəli şişlər ağciyər, mədə, prostat, qaraciyər, bağırsaq xərçəngidir: "Ölüm göstəricisinə baxanda bizimlə dünyanın arasında bir qədər fərq var. Məsələn, ağciyər xərçəngindən ölüm bizdə birinci yerdə durur. Mədə xərçəngi  ikinci, süd vəzi xərçəngi üçüncü, qadın cinsiyyət üzvlərinin xərçəngi dördüncüdür. Bütün bu statistik göstəricilərə əsasən demək olur ki, ilbəil xəstələnmə artır, ölüm isə azalır. Stressdən uzaq olmaq, az yemək, fiziki aktiv olmaq, çəkini aşağı salmaq, siqaret çəkməmək lazımdır”.
 
Xərçəngin uşaq qurbanları da artır
 
Ən dəhşətlisi isə son illər ölkədə xərçəngin "uşaqlaşması"dır. Başqa sözlə, bu dəhşətli xəstəlikdən ölən uşaqların sayı da çoxalır.
 
Dövlət Statistika Komitəsinin Lent.az-a verilən məlumata görə, 2017-ci ilin statistikasına əsasən, Azərbaycanda qeydiyyatda olan xərçəng xəstələrindən 483-ü uşaqdır. Ötən il yenitörəmələrdən ölən 0-17 yaşda uşaqların sayı 105 nəfər təşkil edib.
 
Nəsimi Qasımov bildirir ki, uşaqlarda müşahidə edilən şişlər əsasən embrional şişlərdir: “Böyüklərdə rast gəlinən şişlər uşaqlarda yoxdur. Uşaq deyəndə biz 0-18 yaşı nəzərdə tuturuq. Embrional şişlərin əmələ gəlməsinin də səbəbi anaların, ataların genetik şiş daşıyıcısı olmasıdır. Dolayısı ilə demək istəyirəm ki, hər bir insanda gələcəkdə bədxassəli şiş əmələ gətirə biləcək hüceyrələrin potensial dayağı var. Biz kanserogen maddə ilə təmasda olduqda onlar fəaliyyətini aktivləşdirə bilirlər. Bu hüceyrələr genetik olaraq uşaqda rüşeymdə ola bilər ki, bunlar da bir sıra onkoloji xəstəliklərə səbəb olur. Ancaq bu rəqəm böyüklərlə müqayisədə qat-qat azdır. Həmçinin uşaqların müalicəsində böyüklərə nisbətən kifayət qədər yaxşı effekt almaq olur. Məsələn, 2017-ci ildə 17 yaşına qədər xəstələnənlərin sayı 130 nəfər olub”.
 
Onkoloji xəstələrin 20 mini xəstəlik aşkarlanandan sonra 5 ildən çox yaşayanlardır
 
N. Qasımov deyir ki, ölkədə bədxassəli şişlərin müalicəsi üçün kifayət qədər geniş dərman spektri və genetik, bioloji molekulyar laboratoriyalar var: "Müalicədən sonra mənim 20 ildən artıq yaşayan xəstələrim olub. Hazırda hesabatda qeydiyyatda olan xəstələrdən 20 mini 5 ildən çox yaşayanlardır. 65 yaşında xəstənin ömrünün üzərinə 15 il qoyuruqsa bunun özü bir nailiyyətdir”. 
 
Mütəxəssis bildirib ki, xərçəngin müalicəsində ilk iş pasientin üzərinə düşür. İnsanlar vaxtaşırı həkim müayinələrindən keçməli, bədənlərində olan dəyişikliklərə fikir verməlidirlər: "Məsələn, hər qadın öz süd vəzisini yoxlayıb ondakı dəyişikliyi görə bilər, yaxud öskürəndə bəlğəmində qan olub olmadığına diqqət edə bilər. Gərək xəstə özünü xəstə bilmədiyi vaxtda həkimə müraciət etsin. Xəstə özünü xəstə bilib həkimə müraciət etdikdə artıq çox gec olur...”.

Salahlıdan Amasyaya Polkovnik Məmməd Qazaxın izi ilə...
"Yenə sahibkarlara zülm edəcəklər ki, istixanaları qoyub qaçsınlar" - ŞİKAYƏT
Aşura qiyamının qalıcı olmasına təsir edən 3 amil...
Şəlalə küləyin təsirindən tərs axdı - VİDEO
Dilənçinin üstündən çıxan pul hamını şoka saldı...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
Nuru Paşanın bilinməyən qəhrəmanlıqları və fövqəladə hərbçi bacarıqları- Xatirələrin dili ilə
Cəmiyyət
“İstəyirdim ki, Xatirə xanımın tikdirəcəyi Şəhid bulağı Müşfiqin məzarının yanında olsun...”- Şəhid anası...
Köşə
“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”
Cəmiyyət
“Televiziyalarımızda reytinq adı altında bizə niyə zir-zibil təqdim olunmalıdır?”
Cəmiyyət
"Bunu edən üzdəniraq jurnalistlər də var, qələm əlində olan şəxs bunu edərmi?"
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı - azərbaycanlı analara müraciət olundu
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
“5 ildən çoxdur ki, şəhid övladlarına ödənişsiz hazırlıq keçirəm...” - Tanınmış tarix müəllimi
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
Milyonçu Tağıyevlə Nuru Paşa arasındakı tarixi əhvalat – Evin açarlarını ona verdi...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə