Xəbər lenti
12/12/2018 [00:33]:
Vüqar Əhməd AMEA Ədəbiyyat institutuna şöbə müdiri təyin edildi
11/12/2018 [23:58]:
"Əsas olan seçicilər üçün əlçatan olmaqdır, məkan önəmli deyil..."
11/12/2018 [23:51]:
Parlamentdə yer almayan ən populyar partiya...
11/12/2018 [23:41]:
ATƏT PA sədri: "İşğalçılara qarşı sanksiyalar tətbiq olunmalıdır"
11/12/2018 [23:31]:
Məhkəmə azərbaycanlını yüksək vəzifəyə bərpa etdi –Ukraynada Roman Nəsirova qarşı iddialar sübut olunmayıb
11/12/2018 [23:29]:
“Ərdoğan artıq mənə iki gündən bir yox, altı gündən bir “Hitler” deyir”
11/12/2018 [23:01]:
Saday Şəkərli Mübariz Mənsimova müraciət etdi: "Əyilmədim, yalvarıb kiməsə əl açmadım...."
11/12/2018 [22:55]:
Rus səfir, pop-ulduz, ağır atlət, hüquqşunas... - Trampın impiçmenti üçün hansı sübutlar toplanıb?
11/12/2018 [22:52]:
Vladimir Solovyov bu elanı ermənilərlə müzakirəyə çıxaracaq...
11/12/2018 [22:41]:
Tereza Mey “Mercedes”dən düşə bilmədi - Qapısı bağlandı
11/12/2018 [22:22]:
Rihannanın qəribə kaprizləri - “Razetka”, güldan...
11/12/2018 [22:05]:
Nazir USAİD-in missiya direktoru ilə görüşdü -FOTOLAR
11/12/2018 [22:02]:
2019-cu ilin Ay tutulmaları mafiyaların süqut edəcəyini xəbər verir
11/12/2018 [21:58]:
Nazirlikdə balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı görüş keçirildi - Foto
11/12/2018 [21:49]:
Faiq Ələkbərli Türkiyədə konfrans verəcək
11/12/2018 [21:41]:
ADNSU-da Heydər Əliyevin anım günü qeyd olundu
11/12/2018 [21:31]:
Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı məhsullar
11/12/2018 [21:25]:
ƏƏSMN-də Heydər Əliyevin anım mərasimi keçirildi
11/12/2018 [21:18]:
Yeni Zelandiyada marixuana leqallaşdırılır
11/12/2018 [21:15]:
Qurbanovun istefasıyla bağlı yeni sensasiyalar - Müqaviləsi 6 illik deyilmiş, təzminat məbləği...
11/12/2018 [21:12]:
"Paşinyan Sarkisyana çevriləcəkmi?" - Elnur Eltürk
11/12/2018 [21:07]:
14 yaşlı qapıçı oyunda xəsarət aldıqdan sonra dünyasını dəyişib
11/12/2018 [21:06]:
Nəsrəddin şahı taxtda, Xamnəini “beşikdə görmüş” qadın –İranın ən yaşlı vətəndaşı vəfat edib
11/12/2018 [21:05]:
Düşmən Kəlbəcərin kəndində belə icma mərkəzi qurdu...  – FOTOLAR
11/12/2018 [21:00]:
AYB-nin növbəti qurultayına hazırlıqlar nə zaman başlanacaq? – Fikrət Qocadan cavab
11/12/2018 [21:00]:
Vahid Ələkbərovun seksist olduğu üzə çıxdı
11/12/2018 [20:55]:
“Əbədi məşəl”in divarına dırmaşan gənc kimdir? - Polisə müraciət olunacaq
11/12/2018 [20:39]:
Sabah Rusiya Baş Qərargah rəisi ilə NATO generalı Bakıda GÖRÜŞƏCƏK
11/12/2018 [20:19]:
7-ci sinif şagirdi ilə evlənən Mirismayıl müəllim işləməyib
11/12/2018 [20:17]:
“Yazdıqlarımdan ibarət 5-6 kitab buraxdırmaq fikrindəyəm” – Ramiz Əzizbəyli
11/12/2018 [20:11]:
BDU-da anım mərasimi - Abel Məhərrəmov çağırılmadı
11/12/2018 [20:09]:
"İnkişaf etmiş ölkələrdə adi müəllim bir universitetdə 10 ildən çox işləməz..."
11/12/2018 [20:06]:
Azərbaycanın Ukraynadakı səfirliyində audit yoxlamaları başladı – Qanun pozuntuları var
11/12/2018 [20:04]:
Qəlbimizə dağ çəkən Qarabağ dağları  -Bu gün- ümumdünya Dağlar günüdür…
11/12/2018 [20:02]:
“Bakcell”dən abunəçilərə möhtəşəm Yeni İl HƏDİYYƏSİ
11/12/2018 [20:01]:
Nadir İsrafilov təhsil ekspertlərinin yarıqapalı toplantısını şərh etdi...
11/12/2018 [19:59]:
“Bunu reallaşdırmaq şansı getdikcə azalır” – Ramiz Həsənoğlu ekran əsərindən danışdı
11/12/2018 [19:53]:
UNEC-də Heydər Əliyevin anım günü qeyd olundu -FOTOLAR
11/12/2018 [19:44]:
Qrantlara nəzarəti bu iki qurum həyata keçirəcək – MÜHÜM DƏYİŞİKLİK
11/12/2018 [19:41]:
Kremlin Silah palatasında erməni fahişəliyin sübutu olan unikal eksponat... - FOTO
11/12/2018 [19:37]:
Düşmən parlamentinin “tolerantlıq siması”: kürd, yezidi, rus və suriyalı…
11/12/2018 [19:31]:
ADAU-da Heydər Əliyevin anım günü keçirilib - FOTOLAR
11/12/2018 [19:14]:
“Bu parklarda muzeylər açılmalıdır, ictimai iaşə obyektləri yox”
11/12/2018 [19:12]:
Rövşən Rzayev köçkünləri qəbul etdi
11/12/2018 [19:10]:
“Nar” Azərbaycanda yaşıl enerjinin tətbiqini dəstəkləyir
11/12/2018 [19:00]:
Avtomobildə 75 ədəd güllə aşkarlandı -FOTOLAR
11/12/2018 [18:58]:
İnsan alverinə qarşı mübarizəyə dair məsələlər müzakirə edildi
11/12/2018 [18:53]:
TIR-EPD sisteminin tətbiqinə dair növbəti seminar keçirildi
11/12/2018 [18:48]:
Əqli mülkiyyətin qorunması mövzusunda seminar keçirildi -FOTO
11/12/2018 [18:36]:
Bakı aeroportunda ər və arvadın ağlasığmaz macəraları - VİDEO
11/12/2018 [18:33]:
Britaniya parlamenti yanvarda "Brexit" sazişi üzrə səsvermə keçirəcək
11/12/2018 [18:31]:
Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinə 30 milyon manat ayrıldı
11/12/2018 [18:21]:
Bu da Fatimənin hər kəsdən gizlətdiyi əri - FOTOLAR
11/12/2018 [18:15]:
Ərdoğan Türkiyə və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığa dair sənədi təsdiqlədi
11/12/2018 [18:12]:
“Time” ilin adamını elan etdi
11/12/2018 [18:04]:
"Heydər Əliyev hər kəsi səbirlə dinləyirdi..." - Eks-nazir
11/12/2018 [18:01]:
Jurnalistin atasını öldürən sürücünün məhkəməsi davam etdi - Şahidlər DANIŞDI
11/12/2018 [17:58]:
Fransada minimal əməkhaqqı hər ay 100 avro artacaq
11/12/2018 [17:55]:
Hərbi jurnalistlər harada hazırlanmalıdır: Hərbi məktəbdə, yoxsa jurnalistika fakültəsində?
11/12/2018 [17:50]:
Siqaretin qiyməti bahalaşır
11/12/2018 [17:48]:
SON DƏQİQƏ: polis rəisi iş otağında öldürüldü - FOTO
11/12/2018 [17:30]:
Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək
11/12/2018 [17:29]:
Gömrük Komitəsinin Akademiyasında Heydər Əliyevə həsr olunmuş tədbir keçirildi
11/12/2018 [17:21]:
Dekabrın 12-nə MANATIN MƏZƏNNƏSİ
11/12/2018 [17:16]:
"Heydər Əliyev tribunaya çıxdı, hamı heyrət içində idi və..." - Pastuxov TARİXİ FAKTLARI AÇDI
11/12/2018 [17:12]:
"Hansı kanalı açırsan, ya ərini yuxuya verərək sevgilisinə qoşulub qaçan 10-15 günün gəlinindən, ya da ki..."
11/12/2018 [17:11]:
Fransada etiraz aksiyaları səngimir
11/12/2018 [17:00]:
Akif Nağı: “Qarabağ mitinqinin məqsədini başa düşmək istəmirlər”
11/12/2018 [16:59]:
“Mikayıl Gözəlov Milli Qəhrəman adına layiqdir… -Separatçılar onu 1988-ci ildən hədəfə almışdı...”
11/12/2018 [16:52]:
Ermənistanda süpürgəçi qadını öldürmüş rusiyalı hərbçi tutuldu
11/12/2018 [16:48]:
İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı
11/12/2018 [16:34]:
“Azərbaycanda bir dənə at üstündə normal heykəl yoxdur”
11/12/2018 [16:25]:
Sədərəkdə telefon oğurlayan şəxs kameralara düşdü - VİDEO
11/12/2018 [16:19]:
Daha bir bağça ilə bağlı qalmaqallı video yayılıb - Müəllimə söyüş söyür - VİDEO
11/12/2018 [16:09]:
Həbib Azərbaycana gələ bilər
11/12/2018 [16:05]:
Dünyanın ən zəngin azərbaycanlısı varisi barədə DANIŞDI
11/12/2018 [15:58]:
“Özümü dənizə atıb öldürmək istəmişəm” - Nazpəri Dostəliyeva
11/12/2018 [15:51]:
Sənubər İsgəndərlinin məşhur dayısı - FOTO
11/12/2018 [15:50]:
Fransada azərbaycanlı, gürcü və ermənilər saxlanıldı - 300 nəfərlik əməliyyat
11/12/2018 [15:49]:
Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb - SİYAHI
Bütün arxiv bir sırada
15/07/2018 [10:02] - Cəmiyyət - ( 1291 dəfə baxılıb)

Prezident Administrasiyasının şöbə müdiri: "Gəncədə xaricdən idarə olunan azsaylı radikal dini qrup var"



"Xarici qüvvələrin və onların yerlərdəki əlaltılarının məqsədi Azərbaycanda şəriət prinsipləri ilə idarə olunan dövlət qurmaqdır"

"Hazırda Gəncə şəhərində təyinatı üzrə altı məscid və bir ziyarətgah kompleksi fəaliyyət göstərir. Həmin ibadət yerlərinə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi din xadimləri təyin edilib və onlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə maddi dəstək verilir. Dövlətimizin gördüyü bu işləri həqiqi və saf dini dəyərləri yaşayan dindarlarımız yüksək səviyyədə qiymətləndirir, Azərbaycan hökumətinin həyata keçirdiyi tolerant və multikultural siyasəti dəstəkləyirlər".

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bunu "Xalq" qəzetində işıq üzü görən "Azərbaycanın multikulturalizm siyasəti ölkədaxili sabitliyin qarantıdır" başlıqlı məqaləsində yazıb.

E. Nəcəfov yazıb ki, təəssüf ki, Gəncədə ölkədəki mövcud etiqad azadlığından sui-istifadə edən, xaricdən idarə olunan azsaylı radikal dini qrup da var ki, bəzi din xadimlərini qəbul etmir, məscidlərə gəlmir, mötədil dindarlarla eyni səfdə ibadət etmək istəmir: "Həmin qrupun mənsubları şəhərdə müxtəlif vaxtlarda təxribatlar törədərək, ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Araşdırmalar göstərir ki, xarici qüvvələrin və onların yerlərdəki əlaltılarının məqsədi Azərbaycanda dünyəvi sistemi dəyişərək, şəriət prinsipləri ilə idarə olunan dövlət qurmaqdır. İğtişaşlar törətmək, cəmiyyəti xaos və hərc-mərcliyə sürükləmək, dövlət orqanlarının nümayəndələrinə qarşı zorakılıq tətbiq etmək onların əsas mübarizə metodlarındandır. Buna misal olaraq, həmin qrupun üzvləri tərəfindən Gəncədə 2011-2012-ci illərdə qanunsuz küçə yürüşləri təşkil etmək yolu ilə ictimai asayişi pozmaları, 2015-ci ildə Aşura mərasimi zamanı hüquq-mühafizə orqanlarına hücum çəkmələri və analoji hadisənin ötən il Tasua axşamı İmamzadə ziyarətgahında təkrarlanması göstərilə bilər. Əslində, bu radikal qrupun fəaliyyəti 2015-cı ilin noyabrında Nardaranda terror hadisəsi törədən qeyri-qanuni Müsəlman Birliyi Hərəkatının fəaliyyəti fonunda dəyərləndirilməlidir. Məlumatlara görə, həmin terror hadisəsi ilə əlaqədar Gəncə şəhərində 11 nəfər barədə cinayət işi qaldırılıb, onlardan beş nəfəri həbs olunub. Bununla yanaşı, Gəncədəki sözügedən ekstremist dini qrupun üzvləri arasında Müsəlman Birliyi Hərəkatının ifrat ideyalarına bağlılıq və liderlərinə rəğbət hissi 2018-ci il iyulun 3-də Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərov tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən sui-qəsddə də özünü göstərdi. Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında göstərildiyi kimi, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. O, bu məqsədini həyata keçirmək üçün Müsəlman Birliyi Hərəkatı adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb və onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib".

Prezidenti Administrasiyasının şöbə müdiri qeyd edib ki, terror öz tələblərinə nail olmaq məqsədilə qarşı tərəfdə qorxu hissinin yayılmasına yönələn və məqsədyönlü şəkildə həyata keçirilən zorakılıq aktıdır: "Lakin Azərbaycanda xaos və hərc-mərcliyin yaranmasında maraqlı olan xaricdəki və daxildəki qüvvələr Yunis Səfərovun dövlət nümayəndəsinə qarşı törətdiyi terror əməlini tam başqa ampluada təqdim edərək, buna qəhrəmanlıq donu geyindirib öz təxribatçı planlarını həyata keçirmək üçün bir fürsət bildilər. Həmin qüvvələr geniş xalq kütlələrini Azərbaycan hakimiyyətinə qarşı qaldırmaq məqsədilə sosial şəbəkələrdə bu cinayət əməlinə “Yunis hərəkatı”, “Yunis müqaviməti” adları qoydular. Diqqətçəkən məqam ondan ibarətdir ki, xaricdə siyasi sığınacaq almış, özlərini Avropa dəyərlərinin müdafiəçiləri və liberal düşərgənin təmsilçiləri kimi təqdim edən bəzi qruplar, habelə erməni və digər dövlətlərin xüsusi xidmət orqanları ilə işbirliyi quran separatçı dairələr Gəncədəki hadisədən öz maraqları naminə istifadə etməyə cəhd göstərdilər. Onlar bəyan etdikləri demokratik prinsiplərə xilaf çıxaraq, radikal dini baxışlarına görə cinayət törətmiş Y.Səfərovun, guya pozulmuş hüquqları uğrunda dəstək kampaniyasına start verib, əhalini hakimiyyətə qarşı qaldırmağa çalışdılar.

Azərbaycan xalqına öz mənfur separatçı əməlləri ilə yaxşı məlum olan Ələkrəm Hümbətovun Hollandiyada Yunis Səfərovun İctimai Müdafiə Komitəsini yaratması, Ermənistandan yayımlanan separatçı verilişlərin müəllifi Zabil Məhərrəmovun, yaxud özünü Kanada Radikal Hərəkatının rəhbəri kimi təqdim edən Sahib Teymurovun provokasiya mahiyyətli videomüraciətləri bunun əyani sübutudur. Sadalanan faktlar bir daha Qərbdə özlərini “siyasi mühacir” kimi qələmə verənlərin iç üzünü göstərdi. Onlar “məqsədə çatmaq üçün hər vasitə məqbuldur” prinsipi ilə hərəkət edərək, Azərbaycan hakimiyyətinin devrilməsi naminə terrorçu ünsürlərlə belə işbirliyi qurmağa hazırdırlar. Vətəndaşlarımız dövlətimizin sütunlarının yıxılmasına yönələn bütün bu səylərin əsl mahiyyətini siyasi müdrikliklə sezərək, birmənalı şəkildə təxribatçı çağırışları rədd etdilər. Əsl vətəndaşlıq mövqeyi sərgiləyən Gəncə sakinləri polis zabitlərindən birinin qətlində şübhəli bilinən Fərrux Xəqani oğlu Qasımovun tutularaq istintaqa təhvil verilməsində yaxından kömək göstərdilər. Digər qatil isə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən məhv edildi".

Düşmən parlamentinin “tolerantlıq siması”: kürd, yezidi, rus və suriyalı…
"Hansı kanalı açırsan, ya ərini yuxuya verərək sevgilisinə qoşulub qaçan 10-15 günün gəlinindən, ya da ki..."
“Özümü dənizə atıb öldürmək istəmişəm” - Nazpəri Dostəliyeva
"Şaxta baba həqiqət deyil" dedi, həbs edildi - MARAQLI
Şikayət üçün polis idarəsinə getdi, ilanın hücumuna məruz qaldı - VİDEO
Ədliyyə: 1918-2018
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Əsas olan seçicilər üçün əlçatan olmaqdır, məkan önəmli deyil..."
Cəmiyyət
“Bu parklarda muzeylər açılmalıdır, ictimai iaşə obyektləri yox”
Dünya
Rahibələr oğurladıqları yarım milyon dolları qumarda xərclədilər - İNANILMAZ...
Cəmiyyət
“Bizim məmurları “Qurani-Kərim”ə də and içdirsən, yenə rüşvət alacaqlar”
Siyasət
“Ermənistandakı proseslər İrəvan-Bakı münasibətinə təsir göstərə bilər” - PROQNOZ
Həftənin ən çox oxunanları
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Fitnəkar ruslar ermənilərə Naxçıvanı da vəd etdilər: Bəs bizimkilər niyə susur...?
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Putin Paşinyandan niyə çəkinir?
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
Gələcək intim necə olacaq? - Alimlərdən maraqlı açıqlama...
Tramp ata Buşun dəfnində yarıməsrlik ənənəni pozdu - FOTO+VİDEO
Arif Əsgərov hardan biləydi ki, baldızı oğlu təhlükəli sularda üzür: Bir həbsin izi ilə...
"Bacı bacının balasını bu günə qoyarmı?" deyən baldızının Arif Əsgərova deyəcəkləri var...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə