"Bakının dəyər-qiymətini, qədrini bakılı daha yaxşı biləcək" - Hacı Əbdüldən təklif...
Oxunub: 10340
16 Jul 2018 | 17:07
İmam Hüseyn məscidinin axundu, “Tövbə” Cəmiyyətinin sədri  Hacı Əbdül Gəncədə baş vermiş son qanlı olaylarla bağlı maraqlı fikirlər səsləndirib. 

Tanınmış din adamı və ictimai xadimin Moderator.az əməkdaşına müsahibəsini nəzərinizə çatdırırıq: 

(Müsahibənin əvvəli bu linkdə:(moderator.az/news/232856.html)

- Hacı, artıq 3 aydan çoxdur ki, Bakıya icra başçısı – mer qoyulmur. Bundan ağlınız nə kəsir?

- Təbii ki, Bakıya mer təyin olunması dövlət başçısının - Azərbaycan prezidentinin səlahiyyətində olan məsələdir. Ancaq mənim bir ağsaqqal, bir ictimai xadim kimi rəyimi öyrənmək istəyirsinizsə, əvvəla, onu deyim ki, Bakı – Azərbaycanın ürəyidir, Bakı - Azərbaycanın qəlbidir, Azərbaycanın gözüdür.  Odur ki, Bakının rəhbərliyi məsələsinə çox həssaslıqla yanaşmaq lazımdır.  Mən bir ağsaqqal kimi saytınız vasitəsi ilə  cənab prezident İlham Əliyevə, 1-ci xanım, 1-ci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm: ”Cənab prezident, cənab 1-ci Vitse-prezident, sizə bir  ahıl yaşlı vətəndaş, Bakı sakini kimi ərklə deyirəm, ey mənim qardaşım, oğlum, bacım, qızım, sizlərdən çox xahiş edirəm, Bakının merini, Bakının sahibini bakılı qoyun. Bu, belə olmalıdır. Öncə dediyim kimi, digər bölgələr təki, Bakını da bakılı yaxşı tanıyacaq, Bakının dəyər-qiymətini, qədrini bakılı daha yaxşı biləcək. Bakı camaatının qayğısını bakılı daha yaxşı çəkəcək....

- Hacı, qayıdaq Gəncə hadisələrinə.  Terror olaylarının baş verdiyi günlər orada tanıdığınız dindarlarla əlaqə saxlayıb vəziyyət haqda dolğun məlumat almağa cəhd etmədiniz ki? Maraqlıdır,  “Allahu Əkbər”, “Ya Hüseyn” qışqıraraq gözlənilmədən meydana çıxıb polisə qarşı qətl törədən həmin qruplar kimlər, hansı təkfirçi cərəyanın nümayəndələri olub, sizcə?..

- Xeyr, heç kəslə əlaqə yaratmadım. Çünki görünən dağa nə bələdçi. Hər şey gün təki aydındır... Öncə dediyimiz kimi, xaricdəki düşmən güclər daxildəki əlaltılarıyla birləşərək həm adi insanlar, həm də hökumət qurumlarına sızmış adamları vasitəsi ilə Gəncədəki dinlə, sosial vəziyyətlə bağlı gerçək narazılıqlardan yararlanmaqla dövlətçiliyimizlə yanaşı, dinimizə -İslama qarşı da təxribat törədiblər. Və onu da deyim ki, bu, indinin işi deyil, bu, son onilliklər boyu hazırlanan məkrli oyunların tərkib hissəsidir. Buradakı məqsədlərdən biri də ümumiyyətlə, Azərbaycanda insanları Allaha, İslama, Peyğəmbərə(s), imamlarımıza bağlılıqdan çəkindirməkdir.  Nardaranda 2015-ci ildə baş vermiş qarşıdurma zamanı bir qrup şəxsin təşəbbüsü ilə hökumətə etiraz edənlər İmam Hüseyn meydanında özlərinə qəbir qazmışdılar ki, biz sonadək savaşıb, lazım gəlsə, burada da öləcəyik.  Bunu eşidən kimi təcili oraya yollanaraq onlara anlatdım ki, bu meydanda özünə qəbir qazmaq doğru deyil. Bilirəm ki, bu qəbirlərə heç kəs girməyəcək və sonda onları yenidən torpaqla dolduracaqsınız. Və bununla da İmam Hüseyn(s) adından sui-istifadə etmiş  olacaqsınız.  Ümumiyyətlə, sizin tutduğunuz yolun sonu yaxşı qurtarmayacaq, bu yoldan çəkinin. Onlar məni dinləmək istəmədilər. Axırda qəzəblənib dedim ki, onda əgər gerçəkdən haqq yolunda cihad etmək  istəyirsinizsə, ölümə hazırsınızsa, meydandakı qəbirləri doldurun, ətrafda özünüzə səngər qazıb müdafiədə dayanın. Dedim, ay camaat, düz etmirsiz, bütün küçələri, divarları ərəb dilində dini şüarlarla doldurmusuz. Bura İslam dövləti deyil axı? Heç İranda bu cür hal yoxdur. Yenə məni dinləmədilər... Sonu nə oldu? Bu gün Nardaranda, demək olar ki, komendant saatı hökm sürür. Polis qəsəbəyə girib-çıxanları yoxlayır. İnsanlar ibadət üçün Nardaran pirinə buraxılmır. Vəziyyətin bu yerə gəlməsində düşmən əli var. Düşmənlərin də məqsədi elə bu idi. İnsanları tədricən dindən – ibadətdən uzaqlaşdırmaq... İndi diqqət edin,  Nardarandakı pirdən Gəncədə də var – İmamzadə kompleksi. İndi də məqsəd Gəncəni Nardaranın gününə salmaq, yəni “İslam” adı altında təxribatçı qrupların əli ilə əsl möminlərin, əsl İslam tərəfdarlarının ibadətinin, ziyarətinin qarşısını almaq, sakinləri, xüsusən gəncləri dinimizdən –milli-mənəvi dəyərlərimizdən uzaqlaşdırmaqdır. Çox güman ki, burada gözəgörünməz vəhhabi qruplarının əli var. Ola bulər ki, şiə, İmam Hüseyn tərəfdarı adıyla meydanlara çıxaraq polislərə qarşı terror edən də  məhz onlardır... “Ya Hüseyn” deyə-deyə İmam Hüseyni(ə.s.) insanların gözündən salmağa çalışırlar... Odur ki, həm  Gəncə camaatı, həm də hökumət orqanları ehtiyatlı, ayıq olmalıdır. Səhv etmirəmsə,  “Qabusnamə”də gözəl bir kəlam var: ”Bəzən padzəhr (zəhəri zərərsizləşdirən maddə) çox olarsa, özü zəhərə dönər”. Sözüm ondadır ki, İslam adı altında gizlənən düşmən qruplara qarşı mübarizə apardığımız yerdə Gəncədə, ümumiyyətlə, ölkədə əsl islami dəyərlərə zərbə vurmuş olarıq...

-  Sizcə, icra başçısı dini kəsimlə, möminlərlə münasibəti necə qurmalıdır? Bəlkə hər hansı bir şəhərə, rayona rəhbərlik edəcək  şəxslərin öncədən dinini- İslamın ən azı,  əsaslarını bilməsi, kimin həqiqi dindar, kimin təkfirçi, vəhhabi və ya İslama aidiyyatı olmayan digər radikal qrup  olmasını  ayırd etməyi bacarması yaxşı olar?..     

- Çox gözəl və gərəkli təklifdir. Hesab edirəm ki, nəinki icra başçıları, bütün orta və yüksək vəzifəli məmurlar dinimizdən -İslamdan imtahan versə, yaxşı olar. Dövlətimizin atrubutunda – üçrəngli bayrağımızda yaşıl rənglə təmsil olunan dini dəyərlərimizi hər bir dövlət adamı bilməli, bunlara yüksək dəyər verməlidir. Hər hansı bir rayona icra başçısı təyin olunan şəxs həm dini-mənəvi dəyərləri, həm də getdiyi bölgənin adət-ənənələri ilə bağlı ciddi testdən keçməlidir. Azərbaycan xalqının ümumi milli dini, mənəvi-əxlaqi dəyərləri ilə yanaşı, hər bir bölgənin özünün spesifik adət-ənənələri, xüsusiyyətləri var. Hər bölgəyə rəhbərlik edəcək şəxs öncədən bunlara bələd olmalıdır ki, o rayonun camaatını rahatlıqla, ədalətlə idarə edə bilsin. Dinini, qibləsini tanımayan adamı icra başçısı qoymaq olarmı? Sənə deyən yoxdur ki, mütləq namaz qıl, oruc tut. Barı, bir dövlət məmuru olaraq öz dininin –İslamın əsaslarını bil  və inanclı insanlara hörmətlə yanaş. Sən dinini bilməlisən ki, sabah biri din adıyla təxrubat törətmək istəyəndə onun kimliyini dərhal anlayasan.  Pul vermək asan şeydi, sən birinci dinindən imtahan verməlisən...

Bir sözlə, mənim dövlət məmurlarına tövsiyəm budur ki, dinlə, möminlərlə ehtiyatlı davransınlar. Din Azərbaycan üçün çox həssas və təhlükəli mövzudur. Bununla bağlı problemləri qadağalarla, sıxma-boğmalarla həll etmək mümkün deyil. Dünən Nardaranı sıxıb-bağlamısan, bu gün Gəncəni sıxıb-bağladın, sabah başqa bir bölgədə qadağalar qoydun, axı bu sıxılmaların  bir partlayışı da ola bilər... Odur ki, hamımız- həm dövlət qurumları, həm də hər bir vətəndaş, hər bir mömin dinlə bağlı ehtiyatlı olmalı, dinini dərindən öyrənərək təxribatçı qrupların fitnələrinə uymamalıdır... Onu da deyim ki, mən dinlə münasibətlə bağlı çox yollar göstərə bilərəm, amma qorxuram, bəzi imansız məmurlar bu tövsiyələrimdən şər məqsədlə istifadə edərək, əksinə, dinimizə, dövlətçiliyimizə zərbə vurarlar....

Söhbətləşdi: Sultan Laçın
Oxşar xəbərlər
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 15:42
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
26 Apr 2024 | 15:38
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
26 Apr 2024 | 15:35
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 00:39
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
26 Apr 2024 | 01:01
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
26 Apr 2024 | 01:02
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
26 Apr 2024 | 01:09
FHN bu stansiyada təlim keçirəcək
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 01:32
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 00:39
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
26 Apr 2024 | 01:01
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
26 Apr 2024 | 01:02
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
26 Apr 2024 | 01:09
FHN bu stansiyada təlim keçirəcək
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 01:32
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”