Xəbər lenti
22/10/2018 [21:26]:
İlham Əliyev: "Kompleks tədbirlər nəticəsində kənd təsərrüfatının inkişafına nail oluruq"
22/10/2018 [21:23]:
Tənəffüsdə danışmaq qadağan olundu Səs çıxaranlar cazalandırılacaq
22/10/2018 [21:21]:
Paşinyan keçmiş deputatın bütün qardaşlarını həbs etdirdi
22/10/2018 [21:14]:
Avtomobillərə yapışdırılan texniki baxış talonu yığışdırılır – Qaydalar dəyişdi
22/10/2018 [21:10]:
Əməkdar artistin maşınını soydular - FOTOLAR
22/10/2018 [21:00]:
Mindiyi təyyarədə irqçi hucuma məruz qaldı - VİDEO
22/10/2018 [20:46]:
Mədəsindən 120 ədəd mismar çıxdı - İNANILMAZ...
22/10/2018 [20:38]:
Avtobus yenə can aldı, evin tək qızı öldü - VİDEO
22/10/2018 [20:36]:
Qarabağda məskunlaşma məsələsi dərinləşir...- Qubadlının bir kəndində 600 erməni
22/10/2018 [19:34]:
Azərbaycanlı “avtoritet”in Moskvada amansız qətli - VİDEO
22/10/2018 [19:19]:
Faiq Ələkbərli: "Türkçülüyü ancaq millətçilik kimi anlamaq çox yanlışdır"
22/10/2018 [19:09]:
Evli kişi ilə sevgili olan aparıcı: “Ona bəkarətimi verdim, məni atıb getdi”
22/10/2018 [19:02]:
Polis olmaq istəyən qadınların bakirəlik testindən keçirilməsi etirazla qarşılandı -FOTOLAR
22/10/2018 [18:52]:
Fotoları gənc qızı məşhurlaşdırdı -FOTOLAR
22/10/2018 [18:47]:
Tanınmış vəkil sərxoş halda maşın sürüb?
22/10/2018 [18:44]:
Cəmiyyətdə ictimai rəyi yaxşı nümunələr dəyişdirir - QMİ sədrinin valideynlərinin qəbirləri
22/10/2018 [18:40]:
Azərbaycanda cinsi tərbiyə dərsinin tədrisinə - RƏSMİ MÜNASİBƏT
22/10/2018 [18:39]:
Putin Ukraynaya sanksiya tətbiq etdi
22/10/2018 [18:25]:
Ceyhun Bayramov “Zəngi” liseyinə yeni direktor təyin etdi
22/10/2018 [18:23]:
Prezident məktəb tikintisinə 1 milyon manat ayırdı
22/10/2018 [18:23]:
İmişlidə yaşayış binasının tikintisinə 3 milyon manat ayrıldı
22/10/2018 [18:19]:
“Tələbənin şortiklə dərsə gəlməsi əxlaqsızlıqdır” – Hafiz Hacıyevdən sərt münasibət
22/10/2018 [18:17]:
Xanım Qafarovanın qızı Mahsun Kırmızıgüllə filmə çəkilir -FOTOLAR
22/10/2018 [18:13]:
Fransalı merin adı “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək
22/10/2018 [18:11]:
Saakaşvili: “Mənim evpulumu anam ödəyir”
22/10/2018 [18:10]:
Bu universitet “qəribə qadağa”sına aydınlıq gətirdi – “Tamamilə yanlışdı, tam sərbəstdirlər”
22/10/2018 [18:07]:
Mübariz İbrahimovun yaxın dostu olan, mərmidən qurtulan kənd müəlliminin təəssüfü - “Heyf ki, mən...”
22/10/2018 [18:02]:
Dövlət qulluğuna qəbul üçün sınaq imtahanlarına qeydiyyat davam edir
22/10/2018 [17:41]:
Prezident dünyanın ən ağıllı robotu “Sofiya” ilə görüşdü -FOTOLAR
22/10/2018 [17:33]:
Bu gün açılışı olan yoldan -FOTOLAR
22/10/2018 [17:21]:
“Bir-birini seviblər” - Qız qaçırdığına görə öldürülən oğlanın atası
22/10/2018 [17:19]:
2019-da orta aylıq əməkhaqqı 641,7 manata yüksələ bilər
22/10/2018 [17:17]:
Elmar Vəliyevin oğlu istefa verdi...
22/10/2018 [17:02]:
Restoranda qabyuyan qadını zorlamağa cəhd edən ofisianta cəza verildi
22/10/2018 [16:51]:
Nəzirməmməd Zöhrablı – Kolleclərlə bağlı sorğunun nəticəsinə sözardı
22/10/2018 [16:50]:
Leyla İmanova Macarıstan prezidentinin “Qızıl xaç” ordeni ilə təltif edildi -FOTOLAR
22/10/2018 [16:37]:
Səbuhi Məmmədli 3-cü gün əməliyyat olunacaq
22/10/2018 [16:22]:
Abituriyent və bakalavrların nəzərinə: “UNEC-də bir gün”
22/10/2018 [16:17]:
160 mindən çox daşınmaz əmlak rəsmiləşdirildi
22/10/2018 [16:10]:
“Təhsilə ayrılan vəsaitin daha da artırılmasına ehtiyac var”
22/10/2018 [16:09]:
Bakıda erməni kartofları satılır -DİQQƏT!
22/10/2018 [16:08]:
“Pakistan-Rusiya hərbi dialoqunun mövcudluğu ölkəmizin marağına uyğundur”
22/10/2018 [15:46]:
ADPU-da “Azərbaycan arxelogiyasının əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirildi
22/10/2018 [15:43]:
ADP İdarə Heyətinin növbəti toplantısı keçirildi
22/10/2018 [15:40]:
Camal Qaşıqçı öldürülməzdən əvvəl Səudiyyə Ərəbistanının şahzadəsi ilə telefonla danışıb
22/10/2018 [15:36]:
133 dəfə 11 metrlik çərimə zərbəsini dəf edən əfsanəvi qapıçı –Siqaretin məhv etdiyi dünya şöhrətli idmançı
22/10/2018 [15:33]:
Azərbaycanda həkimlər körpənin ürəyini dayandıraraq əməliyyat etdilər
22/10/2018 [15:32]:
"Azərbaycan və Türkiyənin nüfuzu beynəlxalq aləmdə daha da artacaq" -Azay Quliyev
22/10/2018 [15:29]:
"Qaşıqçı işi" Məhəmməd bin Salmanın ilk hoqqası deyilmiş...
22/10/2018 [15:23]:
Milli Məclisin Daxili Nizamnaməsi DƏYİŞDİRİLİR
22/10/2018 [15:12]:
“Arıçılıq üzrə kadrların yetişdirilməsi üçün ADAU-da fakültə açmaq lazımdır”
22/10/2018 [15:07]:
"Biz alimləri məmurlaşdırmamalıyıq, əksinə, məmurları alimləşdirməliyik..."
22/10/2018 [14:55]:
Eldar Əzizov Ticarət və Xidmət Departamentinin direktorunu işdən çıxardı
22/10/2018 [14:52]:
Qarabağ ədəbi mühitinin yetirməsi...
22/10/2018 [14:36]:
Narkotik vasitə kinoloji xidmət itinin tətbiqi ilə aşkar edildi
22/10/2018 [14:35]:
Bu il uşaqlara ən çox verilən adlar - SİYAHI
22/10/2018 [14:34]:
Noyabrda ardıcıl 3 gün iş olmayacaq
22/10/2018 [14:31]:
Ermənilər Azərbaycan torpağının narından piramida qurdu... - FOTOLAR
22/10/2018 [14:29]:
Gömrük əməkdaşları üçün baxış-rentgen texnikası üzrə operator təlimi təşkil edildi
22/10/2018 [14:27]:
Azərbaycanda qadın hakim istefa verdi
22/10/2018 [14:21]:
Avtobusda gizlədilən on min ədəd siqaret aşkara çıxarıldı
22/10/2018 [14:18]:
Qənirə Paşayeva atəş açdı -VİDEO
22/10/2018 [14:08]:
Seçkiləröncəsi işğalçı ölkədəki siyası palitra min rəngə çalır...
22/10/2018 [14:03]:
Bakıda 16 dilənçi saxlanıldı
22/10/2018 [14:03]:
Fransanın daha bir şəhəri separatçı qurumun əlindəki Azərbaycan şəhəri ilə “qardaşlaşdı”...
22/10/2018 [13:58]:
İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışını etdi - FOTO
22/10/2018 [13:56]:
"Qarabağ millətin qarşısında bir matəmgah olaraq dayanıb..."
22/10/2018 [13:56]:
“Uşaq ədəbiyyatı ilə bağlı problemlərimiz var”
22/10/2018 [13:51]:
"Ermənistan bütün dünyanın qafasını özünün yalançı ideologiyası ilə doldurub..."
22/10/2018 [13:38]:
“Bakıdan Naxçıvana qatar reysinin açılması siyasi məsələlərdən asılıdır”
22/10/2018 [13:36]:
İmişlidə Bayraq Muzeyi istifadəyə verildi
22/10/2018 [13:27]:
Milli Paralimpiya Komitəsində kişi cüdoçularla görüş keçirildi - FOTOLAR
22/10/2018 [13:26]:
DTX-dan sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
22/10/2018 [13:25]:
2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat
22/10/2018 [13:13]:
Prezident “Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında
22/10/2018 [13:11]:
“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu
22/10/2018 [13:10]:
Piyadanı vuran avtobus sürücüsü saxlanıldı
22/10/2018 [13:09]:
Sabah yağış yağacaq – HAVA PROQNOZU
22/10/2018 [13:06]:
“Bütün dünyada qiymət siyasətini sahibkar deyil, bazar müəyyənləşdirir”
22/10/2018 [13:05]:
ABŞ Reyqan-Qorbaçov razılaşmasından çıxacaqmı? - Politoloqdan II "Soyuq müharibə" şərhi...
Bütün arxiv bir sırada
17/07/2018 [04:20] - Araşdırma - ( 6225 dəfə baxılıb)

İstiqlal Bəyannaməsinə imza atan, ömrü faciələr içində keçən gizli Cümhuriyyət qəhrəmanı – TARİX



Zaqafqaziya Seyminin nümayəndəsi, Azərbaycan Cümhuriyyətinin banilərindən biri, ilk parlamentimizin üzvü Hacı Mirzə Səlim Axund Axundzadə öz dövrünün görkəmli siyasi xadimlərindəndir. Zəngin tərcümeyi–halı, əzablı taleyi olan bu görkəmli şəxsiyyət haqqında tədqiqatçılarımız tərəfindən bu günə kimi ətraflı araşdırmalar aparılmayıb. Onun vətəndən didərgin düşəndən sonra qələmə aldığı “Xatirələr”i təkcə o dövrün ictimai-siyasi hadisələrini deyil, həm də tariximizin müəyyən dönəmini öyrənmək baxımından çox qiymətlidir.

Hacı Mirzə Səlim Axund Axundzadə 1872-ci ildə Lənkəran şəhərində dünyaya gəlib. Atası Mirzə İsmayıl Qasir (1805-1900) öz dövrünün tanınmış şairi və görkəmli maarifçisi idi. Şirvandan Lənkərana köçəndən sonra “Üsuli-cədid” məktəbi yaradaraq, maarifçiliklə məşğul olmuşdu.

Moderator.az Cümhuriyyətin yaranma prosesində iştirak edən Hacı Səlim haqqında mərhum yazıçı-jurnalist Zakir Sadatlının araşdırmasını təqdim edir:


“Hacı Mirzə Səlim ilk təhsilini atasının dərs dediyi məktəbdə alıb. Məlumat üçün onu da qeyd edək ki, Cümhuriyyət dövründə Azərbaycan Ordusunun müdafiə naziri olan General Səməd bəy Mehmandarov da Qasirin sevimli şagirdlərindən biriydi.
M.S.Axundzadə “Üsuli-cədid”də fars və ərəb dillərini öyrənəndən sonra, o dövrdə Lənkəranda fəaliyyət göstərən rus gimnaziyasına daxil olur. Gimnaziyada təhsilini uğurla başa vuran Səlim bir müddət şəhər polis idarəsində, sonra isə yerli mülkiyyətçi Əsgərxan Talışinskinin yanında katib işləyir. 

Türkiyə və bir sıra Avropa ölkələrinə uzun müddətli səyahətə gedən Axundzadə Vətənə qayıdandan sonra 1911-1916-cı illərdə Lənkəran şəhər gimnaziyasında İslam dini və şəriət dərsləri ilə yanaşı, fransız dilindən də dərs deyib.

1916-cı ildə yenidən Türkiyəyə səyahət edən Axundzadə Rusiyada fevral burjua-demokratik inqilabı baş verəndən dörd ay sonra Lənkərana qayıdır. Müsavat Partiyasının yerli şöbəsinə üzv olur.
Cənubda da ictimai-siyasi canlanma başlayır 

Hər yerdə olduğu kimi, fevral inqilabının təsirilə Cənubda da ictimai-siyasi canlanma başlayır. Yerli, məhəlli icraiyyə komitələri yaradılır. Bu təşkilatlar yerlərdə asayişi təmin etmək, xaos və qarmaqarışıqlığı aradan qaldırmaq məqsədilə fəaliyyətini davam etdirirdi.
1918-ci il yanvarın 9-da Bakıdan teleqram göndərib, bir nəfər rus dili bilən lənkəranlının da Tiflisə gedib, erməni və gürcülərlə “Seym”in işində iştirak edəcəyini bildirirlər...

...Üstündən illər keçəcək... Qürbətdə vətən üçün göyüm-göyüm göynəyən, yalnız əski xatirələrin ümidinə qalan 58 yaşlı Axundzadə ürəyini ağ kağıza boşaltmaqdan başqa çıxış yolu tapmayacaq. Mürgülü xatirələr oyanacaq... Gözlərini yumub, ömrün keşməkeşli və əzablı, həm də əziz olan günlərinə dönəcək. Köks ötürüb gözlərini açanda hər kirpiyindən bir damla yaş qopub, nurani çöhrəsindən üzü aşağı axacaq. Sonra o damcılar ağ vərəqlər üstünə qonanda Vaxtın mənzərəsi bütün təfərrüatı və rəngləri ilə görünəcək: “Mən təklif etdim ki, Ağa Məhəmmədəli getsin. Lakin təşkilatın üzvləri mənim getməyimi məsləhət gördülər. 1918-ci il yanvarın 10-da Bakıya gəlib “Açıq söz” İdarəsinə getdim və “Xeyriyyə”də sakin oldum.

Məmməd Əmin Rəsulzadə məni görcək ehtiram göstərdi. Həmin gün axşam saat 8-də Bakıdan qatarla Tiflisə yola çıxdıq. Heyətimizdə adları yadımda qalan yoldaşlarım bunlar idi: Məmməd Əmin bəy Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Məhəmmədhəsən bəy Hacınski, Mehdi bəy Hacıbababəyov, Cavad bəy Məlikyeqanov, Mehdi bəy Mustafabəyov, Ələsgər Mahmudov, Məmmədyusif Cəfərov, Fətəli xan Xoyski, doktor Həsən bəy Ağayev və İslam bəy Qabulov. Gəncədə Yusif bəy Nəsibov (müəllif çox güman ki, Nəsib bəy Yusifbəylinin ad və soyadının yerini səhv salır – Z.S.) vaqona minib, bizə qatıldı. “İttihad” firqəsindən Sultan Məcid Qənizadə, doktor Miryaqub və Heybətqulu bəy də bizimlə idi. Qatar yavaş-yavaş hərəkət edirdi. Hər bir münasib yerdə dayanıb, bura toplaşan camaat üçün müvafiq nitqlər edilirdi...
Türk qoşunlarının Azərbaycana gəlişi ilə bağlı Axundzadənin xatirələrində bir sıra maraqlı bilgilər var. Belə ki, türk qoşunları Batuma yaxınlaşanda almanlar gürcüləri öyrədirdilər ki, türkləri Batumdan keçməyə qoymasınlar. Buna görə Nuru paşa yolu dəyişib, başqa tərəfdən Gəncəyə gəldi. Bununla da Qafqaz müsəlman əhlinə böyük qüvvə hasil oldu. Sonra Gəncədən 4 min türk əsgəri Hacı Mirzə Səlim Axund Axundzadənin iştirakı ilə Zəngəzura tərəf hərəkət edir ki, orada ermənilərin mühasirəsində olan azərbaycanlıları azad etsin. Və buna nail olur. Odur ki, sonralar Zəngəzur camaatı Axundzadəni Azərbaycan Cümhuriyyəti Parlamentinə deputat seçmişdi.
Cəlayi-vətən olur 

Axundzadə 42 yaşında evlənəndən sonra Ayişə və Cəmilə adında iki qız övladı dünyaya gəlir. Hələ vətəndə olarkən başı siyasi qovğalara qarışan Hacı Səlim ailə qayğıları ilə düz-əməlli məşğul ola bilmir. Nəhayət, 1920-ci ilin aprel işğalından sonra o dövrün siyasi xadimləri, hökumət üzvləri kimi Axundzadə də zorən cəlayi-vətən olur. İrana gedir, Ərdəbildə məskunlaşır. Rus-bolşevik işğalından sonra digər ictimai-siyasi xadimlər kimi Axunzadə də mübarizəni dayandırmır. Şərqdə-xüsusilə yaxın müsəlman ölkələrində böyük nüfuz sahibi olan Hacı Səlim həmin ölkələrə üz tutur. Əsas məqsədi müsəlman dünyasından hərbi yardım almaq, Azərbaycanı yadelli işğalçılardan xilas etmək idi. Elə bu məqsədlə də o, İrandan Əfqanıstana gedir. Ötən əsrin 20-ci illərində Əfqanıstanda olan rusmeyilli Əmənullaxan Hacı Səlim Axundun bu xahişini qulaqardına vurur. Ona bu mübarizədən əl çəkməyi və Əfqanıstanda qalmağı təklif edir. Axundzadə bu təklifi qəbul etməyib, Tac bəy sarayını tərk edir. Bir tərəfdən işğal altında olan Azərbaycan dərdi, digər tərəfdən qürbətdə doğma od-ocaq həsrəti, övlad nisgili onu əzir.

Atası mühacirətə gedəndən bir il sonra Ayişə atasızlığa dözə bilməyib, dünyasını dəyişir. İki il sonra - 1923-cü ildə Axundzadənin sonuncu övladı Cəmilə xanım vəfat edir.

Öz doğma yurdunda qərib kimi yaşamaq məcburiyyətində qalan Axundzadələr zamanın sərt sınaqları ilə üz-üzə qalır. Təqiblər, təhqirlər, repressiyalar bu nəslin nümayəndələrini cana doydurur. Ərinin bir daha Vətənə dönə bilməyəcəyini anlayan Mirzə Səlimin ömür-gün yoldaşı onun dalınca qaçaq yolla İrana getməyə qərar verir.

1924-cü ildə qaynı Maştağa bəy öz bacısını Lerik yolu ilə onun yanına - Ərdəbilə aparır. Əlbəttə, belə bir cəsarətli addım ona həyatı bahasına başa gəldi. Maştağa bəy Lənkərana qayıdan kimi onu həbs etdilər. Sorğu-sual o qədər də uzun çəkmədi. Maştağa bəyi gedər-gəlməzə - Sibirə sürgün etdilər. Və o, bir daha doğma yerlərə qayıtmadı. Orada vəfat etdi.

Bu boyda dərdin, nisgilin içində tale bir azca bu Vətən fədaisinin - Axundzadənin üzünə qımışdı, deyəsən...

3 il sonra - 1927-ci ildə tanrı ona bir oğul əta elədi. Adını İşıq (Rövşən) qoydular. O vaxt Hacı Səlimin 55 yaşı vardı. Taleyin oyunu bitmirdi, ayrılıq, həsrət yolları uzandıqca uzanırdı. Yeganə təsəlli balaca İşıq idi. Bəxt ona yelə sovurduğu ömür qazancının əvəzində ikinci bir oğul övladı qaytardı - Zahir bəyi... 

1930-cu il idi. İrana gedəndən bir müddət sonra Ənzəli şəhərinə köçdü Hacı Səlim... Hökumət mədrəsəsində müəllimlik etməyə başladı. Və günlərin bir günü əlinə qələm alıb gördüklərini, bildiklərini xatirat dəftərinə yazdı: “Bismillah ər-rəhman ər-rəhim!... İstərəm öz dirilik halətimi yazım...”

1930-cu il dekabrın 15-də Hacı Mirzə Səlim Axund Axundzadə 58 yaşında vəfat etdi. Onu Ənzəlidə dəfn etdilər.

Hacı Səlimin qardaşı Mirzə Səbini 1926-cı ildə Lənkəran dairə daxili işlər idarəsinin rəisi Parsayevin göstərişilə Bakıya köçürdülər. 11 ildən sonra Mirzə Səbini də həbs edib, sürgünə göndərdilər. O, 1943-cü ildə Daşkənd yaxınlığındakı həbs düşərgəsində vəfat etdi... P.S. Hərdən məni bir vaqeə çox bərk düşündürür, Yurdunu və Millətini sevənlərə Vətən çox demirəm, niyə bir çimdik torpağını qızırğanır.
* * *
...Hacı Mirzə Səlim Axund Axundzadənin ömrünün son illərində qələmə aldığı bu “Xatiratlar”ını nəzərdən keçirərkən bir daha əmin olduq ki, yazıya pozu yoxdu. Və bir də insanın yaddaş adlı müqəddəs xəzinəsi var. Məsələ o “xəzinə”də kimin nə qoruyub saxlamasında deyil, əsas mahiyyət tarixi dəyərlərdədir...
Yapon yazıçısı Yasunari Kovabata yazırdı ki, gülün gözəlliyini bir gül yüz güldən daha yaxşı göstərir. Deməli, zamanın da elə məqamları var ki, onun bircə gününü “görmək”, uzun-uzadı illər haqqında bəs deyincə təsəvvür yaratmağa kifayət edər...
Bu “Xatiratlar”ı oxuyanda həm də adamın yadına döyüşü bitirə bilməyən şəhid əsgər düşür.
Didərgin ruhların ərşə bülənd olan iniltili naləsini eşidirsən arabir.
Sən demə, “qoynunda yatdığımız odlu səngərin həm qalibi , həm də məğlubu” elə biz özümüzük...
Millət də fərdlər kimi böyük tarixi hadisələrlə bir yerdə olanda , ən birincisi , öz gücünün dilini öyrənir. Belə məqamlarda dalaşmaq da danışmaq sayağı asan olur...

Tənəffüsdə danışmaq qadağan olundu Səs çıxaranlar cazalandırılacaq
Mindiyi təyyarədə irqçi hucuma məruz qaldı - VİDEO
Mədəsindən 120 ədəd mismar çıxdı - İNANILMAZ...
133 dəfə 11 metrlik çərimə zərbəsini dəf edən əfsanəvi qapıçı –Siqaretin məhv etdiyi dünya şöhrətli idmançı
Milli Paralimpiya Komitəsində kişi cüdoçularla görüş keçirildi - FOTOLAR
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Fotoları gənc qızı məşhurlaşdırdı -FOTOLAR
Cəmiyyət
Elmar Vəliyevin oğlu istefa verdi...
Hadisə
Ermənilər Azərbaycan torpağının narından piramida qurdu... - FOTOLAR
Ədəbiyyat
“Uşaq ədəbiyyatı ilə bağlı problemlərimiz var”
Araşdırma
Məşhur milyarder Bakıda Mikayıl Müşfiqin qalıqlarını aşkarladı - SENSASİON FAKT
Həftənin ən çox oxunanları
Ağır vəziyyətdə olan Qazimizin xilası üçün şəxsi təyyarəsini təklif etdi - İBRƏTAMİZ...
Azərbaycanlı xanım müğənniyə ŞOK – “oteldən intim görüntüləri…” – FOTOLAR
Rüfət Aslanlının "göyün yeddinci qatı"nda 6 milyon dollarlıq "stadion"u tapıldı...
"Atası, qardaşı, oğlu sahib çıxdığı qadın bu cür addımlar ata bilərmi?" - HƏYƏCAN TƏBİLİ...
Sərkisyan və Saakyan arvadları ilə Azərbaycan şəhərlərini gəzdi... -FOTOLAR
Paşinyan istefa verdi - Son dəqiqə
Dul kişilər daha darıxmayacaq...
Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
"Biz bəyəm buna görə müstəqil olmuşuq ki, kimsə 109 milyonu oğurlayıb xaricə getsin...?"
Şuşi adlı erməni qızı Laçında “Artsax” mahnısı oxuyur- VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə