Xəbər lenti
19/03/2019 [01:18]:
"Elmi sahədə islahatlara çoxdan ehtiyac var, elmimizi qocaldanlar elmdən getməlidir"
19/03/2019 [01:10]:
Göygöldə və Gəncədə "Dədə Şəmşir: Saz-söz bayramı" keçirildi - FOTOLAR
19/03/2019 [00:41]:
Putin hələ bu cür açıq zarafat etməmişdi: Təxribatçı dəvət...
19/03/2019 [00:39]:
Göyçayda bəy toyundan bir gün sonra qəzaya düşdü
18/03/2019 [23:45]:
“Borçalı Cəmiyyəti”nin Şahmat turniri yekunlaşdı - FOTOLAR
18/03/2019 [23:23]:
Dünyanın ilk uzaqdan beyin əməliyyatı həyata keçirildi - MARAQLI
18/03/2019 [23:09]:
Hollandiyada insanlara atəş açmaqda şübhəli bilinən şəxs şaxlanıldı - FOTO
18/03/2019 [23:06]:
“Dünyanı bu həqiqətə inandırmaq üçün xarici ekspertlərlə birgə iş aparmalıyıq”
18/03/2019 [23:06]:
Erməni polis cəbhədə qulluq etməmək üçün özünü güllələdi
18/03/2019 [22:52]:
“Xalqı sevməyən sənətkar heç vaxt inkişaf edə bilməz”
18/03/2019 [22:24]:
"Media ilə işləyən adamlar ya dəyişdirilsin, ya da onları elə islah edəsən ki, beyinləri düzəlsin"
18/03/2019 [22:16]:
UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar
18/03/2019 [21:51]:
12 il sonra üçəmləri oldu, üçotaqlı mənzil bağışlandı -FOTOLAR
18/03/2019 [21:44]:
Gürcüstanlı deputatlar əlbəyaxa dava etdilər - VİDEO
18/03/2019 [21:42]:
Parisin son iğtişaşlardan sonrakı görüntüləri - FOTO
18/03/2019 [21:33]:
Salyan Rayon Mərkəzi Xəstəxanasının təmirinə pul ayrıldı - SƏRƏNCAM
18/03/2019 [21:06]:
50 il əvvəl ölən qoç "ata" oldu - MARAQLI
18/03/2019 [20:42]:
İnsan oğlunun son qurbanı: Mədəsindən 40 kiloqram plastik tullantı çıxdı...
18/03/2019 [20:41]:
Ruhani ABŞ-ı beynəlxalq məhkəməyə verir
18/03/2019 [20:28]:
Yeni Zelandiya canisini qorxudub qaçıran qəhrəman danışdı: "Pos terminal cihazını üzərinə atdım"
18/03/2019 [20:23]:
“Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirir...” - Əli Həsənov
18/03/2019 [20:02]:
Şeyx Novruz bayramı münasibətilə xalqı təbrik etdi
18/03/2019 [19:43]:
Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”
18/03/2019 [19:14]:
Mədət Quliyev oğlunun klip təqdimatında -FOTOLAR
18/03/2019 [19:10]:
İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər
18/03/2019 [19:04]:
Şəkidə 22 yaşlı oğlan itkin düşüb
18/03/2019 [18:58]:
Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib
18/03/2019 [18:39]:
Özbəkistan KTMT və “Putin İttifaqı”na geri qayıdır
18/03/2019 [18:37]:
İki ayda büdcə gəlirləri 3 milyarddan çox olub
18/03/2019 [18:34]:
Azərbaycan səfiri 10 banka kürü oğurladı və... - Yarım milyon mənimsəmədə ittiham edilir
18/03/2019 [18:28]:
Vasif Talıbovdan icbari tibbi sığorta ilə bağlı - Fərman
18/03/2019 [18:25]:
Dağlıq Qarabağda Novruz şənliyi keçirilib
18/03/2019 [18:01]:
“Bazarstore”da prezervativ satılır – FOTOLAR
18/03/2019 [17:59]:
Cocuq Mərcanlının əkin sahələrində gərgin iş gedir
18/03/2019 [17:56]:
Körpünün altı taksi dayanacağına çevrilib – DYP və Nəqliyyat Agentliyi xəbərsizdir? - FOTOLAR
18/03/2019 [17:48]:
"Nə qədər iddialı danışsa da belə bir şəxsin xalqdan dəstək alacağı mümkünsüz görünür"
18/03/2019 [17:45]:
Səhiyyə Nazirliyinə 6,8 milyon manat ayrılıb - SƏRƏNCAM
18/03/2019 [17:42]:
ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib
18/03/2019 [17:37]:
İran və Türkiyə PKK-ya qarşı birgə əməliyyatlara başladı
18/03/2019 [17:33]:
Novruz şənliklərilə əlaqədar sabahdan Bakının bir sıra yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir
18/03/2019 [17:33]:
"Bəziləri bunu elə təqdim edirlər ki, elə bil birinci sərəncamdı..."
18/03/2019 [17:25]:
ABŞ Slovakiyada hərbi baza yaratmayacaq
18/03/2019 [17:22]:
Gürcüstanda 2385 nəfər qızılcaya yoluxub
18/03/2019 [17:21]:
Jurnalist Anar Məmmədova hökm oxunub
18/03/2019 [17:20]:
Səudiyyə ərəbistanlı nazir: "Dünyada ilk neft quyuları Azərbaycanın ərazisində olub"
18/03/2019 [17:20]:
Gömrükdə 900 mindən çox pirotexniki vasitə aşkarlandı -FOTOLAR
18/03/2019 [17:18]:
“Seriallar insanı xəyanətə sürükləyə bilər, amma hər kəsi yox!”
18/03/2019 [17:15]:
Bu gündən yenilənmiş 10 manatlıq dövriyyəyə buraxılır -FOTOLAR
18/03/2019 [17:09]:
Avtobus elə bir şou göstərdi ki... Özü də Bakının mərkəzində!
18/03/2019 [17:04]:
Azercell-dən rəqəmsallığa doğru daha bir addım
18/03/2019 [17:03]:
“Əli İnsanov Qərbi azərbaycanıların adından danışa bilməz!” - Fəzail Ağamalı
18/03/2019 [16:58]:
Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var
18/03/2019 [16:55]:
Azərbaycan tütün idxalına çəkdiyi xərci 28% artırıb
18/03/2019 [16:49]:
Lukaşenko Türkiyəyə səfər edəcək
18/03/2019 [16:48]:
Türkiyə ilə İran terrorçu PKK-ya qarşı antiterror əməliyyatına başlayıb - YENİLƏNİB
18/03/2019 [16:47]:
Siyavuş Novruzovdan Əli İnsanova sərt sözlər: “Mələk cildinə bürünüb...”
18/03/2019 [16:46]:
“Nar” nömrə ilə xaricdə Wi-Fi pulsuzdur
18/03/2019 [16:45]:
Nazir: "Venesuela neft satmaq üçün yeni yollar axtarır"
18/03/2019 [16:42]:
“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçir
18/03/2019 [16:41]:
Gömrükçülər 306 kiloqramdan çox heroin aşkarladı -FOTOLAR
18/03/2019 [16:30]:
Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ
18/03/2019 [16:28]:
“Bakcell”dən gənclərin məşğulluğuna növbəti töhfə
18/03/2019 [16:25]:
"Ermənistan işğalı sülh olaraq qəbul edir" - PA rəsmisi
18/03/2019 [16:22]:
Martın 21-dən havanın temperaturu yüksələcək
18/03/2019 [16:05]:
Deputat 850 seçicisinə bayram sovqatı çatdırdı - FOTOLAR
18/03/2019 [15:47]:
Azərbaycan ət idxalını 56% artırıb
18/03/2019 [15:43]:
“Azərxalça”nın Goranboy və Tərtər filiallarında ilk xalçalar kəsildi
18/03/2019 [15:41]:
“Azərbaycanın da səbrinin bir həddi var” - Hikmət Hacıyev
18/03/2019 [15:41]:
Azərbaycanın ilk metallurq qadını Zəminə Həsənova
18/03/2019 [15:39]:
Bayram günlərində "ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günü
18/03/2019 [15:35]:
Millət vəkilləri Xocalı məktəbindəki Novruz tədbirində iştirak edib
18/03/2019 [15:24]:
“O yerlərdən şəhidlərimizin qanıyla sulanmış torpaq götürdük...” Şəhid əsgərimizin anası...
18/03/2019 [15:05]:
Azərbaycanda 4000 nəfərə “pul atan” dəstə ələ keçdi
18/03/2019 [15:01]:
Amerikanın simvolu, yoxsa tarixi şəxsiyyət? - "Sem dayı" kimdir?
18/03/2019 [14:59]:
Yeni 10 manatlıq pul dövriyyəyə buraxılıb - FOTO
18/03/2019 [14:44]:
"Ağıl öyrənmək istəsəydi, 15 il əvvəl məni dinləyərdi..." - Əli Nağıyevdən Əli İnsanova irad
18/03/2019 [14:27]:
Qazaxda şəhid oğlu olan bəydən ibrətamiz addım
18/03/2019 [14:25]:
Ombudsman bəyanat yayıb
18/03/2019 [14:23]:
“Bir neçə istedadlı gəncin kitabının çapıyla bağlı müraciət edəcəm...” Qulu Ağsəs...
18/03/2019 [14:22]:
1.25 milyon avroya göyərçin satıldı - İNANILMAZ...
Bütün arxiv bir sırada
17/07/2018 [11:23] - Cəmiyyət - ( 1115 dəfə baxılıb)

Mirmahmud Mirəlioğlu: “Kim dövlətimizin, dövlətçiliyimizin əleyhinə olacaqsa, qarşısında bizi görəcək”



Son günlər ölkəmizdə qarışıqlıq yaratmağa çalışan destruktiv qüvvələrin fəallaşması hüquq-mühafizə orqanlarını ən sərt mübarizə metodlarına əl atmağa vadar edib. Ancaq dövlətimizə qarşı yönəlmiş terrorçu əməllər heç şübhəsiz ki, bütün xalqın, hansı düşərgədə təmsil olunmasından asılı olmayaraq, hər bir siyasi təşkilatın vahid mövqe nümayiş etdirməsi zərurətini yaradır.

Rəsmi məlumatlardan belə görünür ki, ölkəmizdə qarışıqlıq yaratmağa çalışan qüvvələr uzun müddət hazırlıq keçiblər və xaricdən idarə olunan şəxslər məhz xüsusi ssenari əsasında fəaliyyətə başlayıblar. Ortada konkret adlar var. Necə ki, aşağıdakı rəsmi məlumatda həmin faktların bir qismi yer alır. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovu hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriyaya göndərmiş Tohid İbrahimbəylinin bu istiqamətdə İranda dini təhsil alan azərbaycanlı tələbələrə xüsusi diqqət yetirdiyi məlum olub.

Qeyd edilən şəxslər 14 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.

2018-ci il iyulun 15-də isə Sumqayıt şəhərində hüquq-mühafizə orqanları qətiyyəti və peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanılıb.  Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlayırmışlar.

Onların fəaliyyəti barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumatlar əsaslı şəkildə təhlil edilmiş, müvafiq tədbirlər vasitəsilə radikalların əlaqələri təsbit olunmuş və planları tam aşkara çıxarılmış, məhz bundan sonra saxlanma tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib.  Hüquq-mühafizə orqanlarından hazırda əməliyyatın davam etdiyi bildirilib.

Xatırladaq ki, hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Azərbaycan prezidenti İlham Əliyev bu hadisələrlə əlaqəsi olan hər bir kəsin məsuliyyətə cəlb olunacağı və ədalət məhkəməsi qarşısında cavab verəcəyi barədə xəbərdarlıq etmişdi. 2018-ci il iyulun 15-də Sumqayıt şəhərində hüquq-mühafizə orqanlarının qətiyyəti və peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanılıb.

Azərbaycanın siyasi partiyaları da baş verən hadisələri Azərbaycan dövlətçiliyi üçün təhlükəli hesab etməklə yanaşı, din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşmalara qarşı mübarizədə dövlətin yanında olduğunu bəyan edirlər.

KXCP sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”a bildirdi ki, mövcud situasiya ilə bağlı onların daim xəbərdarlıqları olub: “Biz illər öncə bu barədə dedik, amma kimsə eşitmədi... Baş verənlər bu günün məsələsi deyil. Təbii ki, bu, təhqiqat işidir, hüquq-mühafizə orqanları var”.

Sumqayıtda baş verənlərə gəldikdə, KXCP sədri bunları bildirdi: “Bazar günü Sumqayıtda kimin təyin etməsi bəlli olmayan bir mitinq hazırlığı var idi. Hüquq-mühafizə orqanları hazır vəziyyətə gətirilmişdi. Amma bu mitinqin Sumqayıta heç bir aidiyyəti yox idi. Heç kim bu barədə məlumatlı deyildi və mitinqə gəlmək ehtimalı da sıfır idi. Mən də mediadan xəbər tutdum ki, həbs olunanlar var. Amma onlarla bağlı əlavə məlumatım yoxdur”.

M.Mirəlioğlu Gəncə və Sumqayıtda yaşananlarla bağlı mövqeyinin birmənalı olduğunu vurğuladı: “Azərbaycan dövlətinin, Azərbaycan Xalq Cümhuriyyətinin bərpasında iştirak edənlər adamlar kimi, təmsil olunduğumuz təşkilatın nümayəndələri kimi, bizim mövqeyimiz birmənalıdır. Yeri gəlmişkən, 16 iyulda Azərbaycan Xalq Cəbhəsinin qurulmasından 29 il keçdi. Mövqeyimiz hər zaman belə olub ki, Azərbaycan dövləti, ərazi bütövlüyü, Qarabağ məsələsində bizimçün tərəfmüqabili-filan yoxdur. Bu məsələlərdə bizimçün bir tərəf var: kim dövlətimizin, dövlətçiliyimizin, millətin, ərazi bütövlüyümüzün əleyhinə olacaqsa, qarşısında bizi görəcək!”

“Azərbaycanda iqtisadi vəziyyətin ağır olması, demokratik qüvvələrin xalqla ünsiyyətinin zəifləməsi radikal və xaricdən dəstəklənən qüvvələrin fəallaşmasına gətirib çıxarıb. Bir tərəfdən də məmurlar narazılıq yaradılır, çox böyük problemlər var. Nəticədə geniş xalq kütlələri, narazı kütlələr radikal qüvvələrin təsirinə düşür, onların çağırışlarına əməl edirlər. Bu da ölkədə bu cür xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxarır”.

ADP sədri Sərdar Cəlaloğlu bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirib. Partiya sədri hadisələrin təhlükəli məcraya istiqamət aldığını da vurğuladı: “Əgər tezliklə demokratik qüvvələrin fəaliyyətinə şərait yaradılmasa, Azərbaycanda ciddi problemlər yarana bilər”.


S.Cəlaloğlu vəziyyətlə əlaqədar partiya üzvlərinin təlimatlandırıldığını da vurğuladı: “Biz partiya üzvlərimizə demişik ki, kənarda dursunlar, bu məsələlərə qarışmasınlar. Əksinə, biz camaata müraciət edirik ki, bu işləyə qoşulmayın. Çünki burada nə millətin, nə dövlətin xeyri var, nə də o proseslərdə iştirak edən adamların öz xeyri var”.

“Müxtəlif hesabatlarda İranın ayrı-ayrı dini-siyasi dairələrinin, İnqilab Keşikçiləri Korpusu adlanan və statusu ənənəvi dövlət struktirlarından tamamilə fərqlənən hərbi birləşməsinin bu günədək dünyanın ayrı-ayrı qaynar nöqtələrində ”Hizbullah", “Fatimiyyun”, “Zaynabiyyun”, “Kuvat al İmam Bagir” və bu kimi terror qruplaşmaları formalaşdırdığı, yaxud hərtərəfli dəstək verdiyi barədə məlumatlar yer alıb. Bu baxımdan, hazırda İranda yaşayan Tohid İbrahimbəyli adlı terrorçunun “Hüseyniyyun” adlı təşkilat yaratmaq niyyəti barədə məlumatlar təəccüblü görünməməlidir".

Bu fikirləri isə qəzetimizə açıqlamasında BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi. Partiya funksioneri qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra İranın xüsusi xidmət orqanlarının ölkəmizdə təxribat törətmələri haqqında faktlar çoxsaylı məhkəmə qərarlarında öz əksini tapıb: “Məsuliyyətə cəlb olunanlar İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiklərini, onlardan maliyyə dəstəyi və təlimat aldıqlarını etiraf ediblər. Bütün bunlar sübuta yetirilmiş faktlardır. Rəsmi Tehran isə Gəncədə baş verən hadisələri pislədiyini bildirir və bunun xarici qüvvələr tərəfindən törədildiyinə eyham vurur. Çox yaxşı. Amma Tohid İbrahimbəyli və digər terrorçular İranda yaşayır və bu ölkədən çağırışlar edirlər. O zaman İran hökuməti buyursun Tohid İbrahimbəyli və onunla yanaşı terrora çağırış edənləri, Azərbaycanın qanuni hökumətinə qarşı silahlı müqavimət göstərməyi, hökumət nümayəndələrini qətlə yetirməyi təbliğ edən saytların idarəçilərini məsuliyyətə cəlb etsin və Azərbaycana təhvil versin. Bu zaman rəsmi Tehranın bəyanatları inandırıcı ola bilər. İndiki halda bu, ictimai rəyə hesablanmış populist mülahizələrdən başqa bir şey deyil. Biz Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının radikal və ekstremist qruplara qarşı həyata keçirdiklərini tam dəstəkləyirik. Azərbaycanın konstitusion dövlət quruluşuna, təhlükəsizliyimizə qarşı yönələn bütün addımların qarşısı sərt şəkildə alınmalıdır”.

E.Mirzəbəyli bildirdi ki, Gəncədən sonra Sumqayıtın hədəf seçilməsi də təsadüfi deyil: “Uzun illər boyu Bakının bir neçə addımlığında, Nardaran kəndində çoxsaylı təxribatlar törədən, bu kiçik kəndi dini radikalizmin anklavına çevirən qüvvələr fiaskoya uğradıqdan sonra, görünür, diqqətin daha çox paytaxta yönəldiyi qənaətinə gəliblər. Bu baxımdan da prosesin Azərbaycanın digər böyük şəhərlərindən başladılması niyyətinə düşüblər. Ola bilsin ki, buna zəmin yaradan müxtəlif amillər var və bütün bunlar yəqin ki araşdırılacaq. Həm Gəncədə, həm də Sumqayıtda dini şüarlar üzərindən daha öncə də təxribat törədilməsinə cəhdlər edilib. Görünür, bu amillər də seçimdə müəyyən rol oynayıb. Bu hadisələrdə günahı olan, dini siyasiləşdirməyə və öz korporativ maraqları üçün insanların hisslərindən istifadə etməyə çalışan hər kəs kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir”.


Bu fikirləri isə BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirib. Partiya funksioneri qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra İranın xüsusi xidmət orqanlarının ölkəmizdə təxribat törətmələri haqqında faktlar çoxsaylı məhkəmə qərarlarında öz əksini tapıb: “Məsuliyyətə cəlb olunanlar İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiklərini, onlardan maliyyə dəstəyi və təlimat aldıqlarını etiraf ediblər. Bütün bunlar sübuta yetirilmiş faktlardır. Rəsmi Tehran isə Gəncədə baş verən hadisələri pislədiyini bildirir və bunun xarici qüvvələr tərəfindən törədildiyinə eyham vurur. Çox yaxşı. Amma Tohid İbrahimbəyli və digər terrorçular İranda yaşayır və bu ölkədən çağırışlar edirlər. O zaman İran hökuməti buyursun Tohid İbrahimbəyli və onunla yanaşı terrora çağırış edənləri, Azərbaycanın qanuni hökumətinə qarşı silahlı müqavimət göstərməyi, hökumət nümayəndələrini qətlə yetirməyi təbliğ edən saytların idarəçilərini məsuliyyətə cəlb etsin və Azərbaycana təhvil versin. Bu zaman rəsmi Tehranın bəyanatları inandırıcı ola bilər. İndiki halda bu, ictimai rəyə hesablanmış populist mülahizələrdən başqa bir şey deyil. Biz Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının radikal və ekstremist qruplara qarşı həyata keçirdiklərini tam dəstəkləyirik. Azərbaycanın konstitusion dövlət quruluşuna, təhlükəsizliyimizə qarşı yönələn bütün addımların qarşısı sərt şəkildə alınmalıdır”.

E.Mirzəbəyli bildirdi ki, Gəncədən sonra Sumqayıtın hədəf seçilməsi də təsadüfi deyil: “Uzun illər boyu Bakının bir neçə addımlığında, Nardaran kəndində çoxsaylı təxribatlar törədən, bu kiçik kəndi dini radikalizmin anklavına çevirən qüvvələr fiaskoya uğradıqdan sonra, görünür, diqqətin daha çox paytaxta yönəldiyi qənaətinə gəliblər. Bu baxımdan da prosesin Azərbaycanın digər böyük şəhərlərindən başladılması niyyətinə düşüblər. Ola bilsin ki, buna zəmin yaradan müxtəlif amillər var və bütün bunlar yəqin ki araşdırılacaq. Həm Gəncədə, həm də Sumqayıtda dini şüarlar üzərindən daha öncə də təxribat törədilməsinə cəhdlər edilib. Görünür, bu amillər də seçimdə müəyyən rol oynayıb. Bu hadisələrdə günahı olan, dini siyasiləşdirməyə və öz korporativ maraqları üçün insanların hisslərindən istifadə etməyə çalışan hər kəs kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir”.

Dünyanın ilk uzaqdan beyin əməliyyatı həyata keçirildi - MARAQLI
"Media ilə işləyən adamlar ya dəyişdirilsin, ya da onları elə islah edəsən ki, beyinləri düzəlsin"
Yeni Zelandiya canisini qorxudub qaçıran qəhrəman danışdı: "Pos terminal cihazını üzərinə atdım"
"Bəziləri bunu elə təqdim edirlər ki, elə bil birinci sərəncamdı..."
Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
Putin hələ bu cür açıq zarafat etməmişdi: Təxribatçı dəvət...
Müsahibə
"Nə qədər iddialı danışsa da belə bir şəxsin xalqdan dəstək alacağı mümkünsüz görünür"
Cəmiyyət
Millət vəkilləri Xocalı məktəbindəki Novruz tədbirində iştirak edib
Dünya
Alimər qəhvədə prostat xərçənginin dərmanını kəşf etdilər
Gündəm
“Bunu etsək, hətta Bakıdakı bəzi insanlar da bölgələrə üz tutar”
Həftənin ən çox oxunanları
"Azərbaycan tərəfinin "Bako Saakyanla Bərdədə və ya Gəncədə görüşməyə hazırıq" deməsi..."
Bakirəliyini yapon iş adamına satan azərbaycanlı model elə görüntüsünü paylaşdı ki... FOTO
Deputatlar “eşşək” ləqəbli sədrlərini hər dəfə belə qarşılayır...-FOTO+VİDEO
“Azərbaycan nəinki hücuma, ildırımsürətli əməliyyata hazırlaşır” + İşğalçı səksəkədə...
"Təkcə bizə məxsus ticarət obyektlərində qışda 47, yayda 60 min azərbaycanlı çalışır"
Baş məhbus azad olunmadı, O əfv gözləmir və heç kimi əfv etmir...
Mürəkkəbi qurumamış əfv sərəncamına görə Prezidentə məhbus atasından minnətdarlıq məktubu
“Gözləyirdim ki, həmin raketləri atacaqlar...” – Zakir Həsənov erməniləri təəccübləndirdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."
Cavid Qurbanova qarşı növbəti təxribat: Onlar qanun, yoxsa Allah qarşısında cavab verəcək?
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə