Xəbər lenti
23/10/2018 [22:52]:
Putin Trampın elçisi ilə məzələndi: "Qartal zeytunları yeyib...?"
23/10/2018 [22:37]:
Səudiyyə kralı öldürülən jurnalistin ailə üzvləri ilə görüşdü
23/10/2018 [21:56]:
Qaranlıq tariximizdən: Qarabağ problemi qansız-qadasız həll oluna bilərdi...
23/10/2018 [21:52]:
“AXC imkan versəydi, siyasi-diplomatik yollarla Xocalını da geri ala bilərdik...”
23/10/2018 [21:01]:
“Azərbaycan İsrailin müasir silahlarına maraq göstərir”
23/10/2018 [20:51]:
“Sosial bağlar” layihəsi - 41 rayonda 125 ailə üçün təsərrüfatlar yaradılır
23/10/2018 [20:44]:
Azərbaycan Fransaya NOTA verdi
23/10/2018 [20:30]:
Kababı söndürməyə yanğınsöndürənləri çağırdılar - MARAQLI...
23/10/2018 [20:21]:
Kaşıkçının nişanlısı Ərdoğana: "Türk vətəndaşı olmaqdan qürur duyuram" - FOTOLAR
23/10/2018 [20:19]:
Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi
23/10/2018 [20:17]:
Film izləyən qadının həyəcandan südü kəsildi...
23/10/2018 [20:16]:
Fermerlər üçün üçün vergi güzəştləri daha 5 il uzadılacaq
23/10/2018 [20:06]:
"Düşmən görməlidir ki, xalq öz dövlətindən də, dünyadan da Qarabağ məsələsinin həllini tələb edir"
23/10/2018 [20:01]:
"Hamı bilməlidir ki, multikultural əhval-ruhiyyə xalqımızın canında və qanında necə yaşayır"
23/10/2018 [19:54]:
AMİP Xətai Rayon Təşkilatının sədri "Tərəqqi" medalı ilə təltif edilib
23/10/2018 [19:43]:
Ramil Usubov rusiyalı həmkarı ilə görüşdü
23/10/2018 [19:34]:
Cəlil Xəlilov Dünya Veteranları Federasiyasının medalı ilə təltif olundu
23/10/2018 [19:17]:
Səudiyyə kralı Kaşıkçının ailəsi ilə görüşdü
23/10/2018 [19:00]:
Prezident yeni qanun imzaladı...
23/10/2018 [18:52]:
Azərbaycan, Gürcüstan və Türkiyə arasında Anlaşma Memorandumu təsdiqləndi
23/10/2018 [18:36]:
Qobustanda yol tikintisinə 6,4 milyon ayrıldı -SƏRƏNCAM
23/10/2018 [18:25]:
Elmar Vəliyevi güllələyən şəxsin həbs müddəti uzadıldı
23/10/2018 [18:23]:
ADU-da “Erməni dilinin qrammatikası” kitabının təqdimatı keçirildi -FOTOLAR
23/10/2018 [18:18]:
Birinci vitse-prezident İmam Hüseyn məscidinin bərpadan sonra açılışını etdi -FOTOLAR
23/10/2018 [18:15]:
Bakının bu əraziləri susuz qalacaq
23/10/2018 [18:12]:
“Azercell” əməkdaşlıq memorandumu imzaladı
23/10/2018 [18:11]:
Mehriban Əliyeva xüsusi təhsil məktəbinin yeni binasının açılışında -FOTOLAR
23/10/2018 [18:06]:
Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirildi - FOTO
23/10/2018 [18:05]:
ADU-da “Erməni dilinin qrammatikası” kitabının təqdimatı keçirildi
23/10/2018 [17:55]:
Bələdiyyədən pulunu ala bilməyənlər deputatı hədəfə alıb...
23/10/2018 [17:47]:
“Məmurlar üzərində parlament nəzarəti çoxdan yaradılmalı idi”
23/10/2018 [17:41]:
"Paşinyan "küçə" amilindən məharətlə istifadə edir"
23/10/2018 [17:34]:
Gömrük Komitəsidən kartofla bağlı -AÇIQLAMA
23/10/2018 [17:30]:
Aİİ-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tələbələrlə görüşü keçirildi
23/10/2018 [17:24]:
Temperatur 10 dərəcə aşağı düşəcək - Leysan, qar gözlənilir
23/10/2018 [17:17]:
Erməni oliqarxın məclisində Azərbaycan rəqsi - Buzova oynadı
23/10/2018 [17:03]:
"Nazirlər Kabineti qanundan “tərbiyə” sözünü çıxarır, biz çinsi tərbiyə barədə “baş sındırırıq”"
23/10/2018 [16:58]:
Dövlət Gömrük Komitəsinin Hədəf Mərkəzindən -REPORTAJ...
23/10/2018 [16:41]:
Rufikin “Bank Standard” əməliyyatı: On milyonlarla manat necə mənimsənilib…
23/10/2018 [16:36]:
“Ərim uşaqlıq sevgilisini dostuyla...” -Televiziya verilişində qadından şok açıqlama...
23/10/2018 [16:30]:
İşğalçılar Kəlbəcərin kəndində yeni ikimərtəbəli məktəb tikintisinə başladı - FOTOLAR
23/10/2018 [16:28]:
Dövlət Gömrük Komitəsinin sədri Meksikanın Azərbaycandakı səfiri ilə görüşdü
23/10/2018 [16:23]:
Deputatlara yeni məhdudiyyətlər qoyulur
23/10/2018 [16:20]:
2019-ci ildə 34 rayon və şəhərə dotasiya ayrılmayacaq - SİYAHI
23/10/2018 [16:03]:
“Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax
23/10/2018 [16:01]:
Rövşən Rzayev vətəndaşları qəbul etdi
23/10/2018 [15:41]:
“Sofiya”nın Azərbaycana gətirilməsinə pul xərclənməyib - RƏSMİ
23/10/2018 [15:40]:
Nazirlik 78 insan alveri qurbanına yardım göstərdi
23/10/2018 [15:39]:
Prezidentin Ehtiyat Fondu 100 milyon manat artırılır
23/10/2018 [15:38]:
Robot “Sofiya”: “İlham Əliyevlə görüşdən məmnun oldum”
23/10/2018 [15:37]:
19 dövlət əmlakı özəlləşdirildi -FOTOLAR
23/10/2018 [15:35]:
Məşhur robot “ASAN Xidmət”də rəy sorğuları aldı
23/10/2018 [15:32]:
Baş Prokurorluqdan MTN polkovniki ilə bağlı açıqlama
23/10/2018 [15:28]:
“Kaşıkçının qətli iyrənc səhvdir, böhran içərisindəyik” - Səudiyyəli nazir
23/10/2018 [14:52]:
Murtuza Nağıyevin 110 illiyinə həsr olunmuş tədbir keçirildi
23/10/2018 [14:48]:
Mehriban Xanlarovanın verilişi bağlandı
23/10/2018 [14:41]:
Əməkdar artistin konsertinə məhdud sayda bilet qaldı...
23/10/2018 [14:31]:
ADAU-nun rektoru əcnəbi tələbələrlə görüşdü
23/10/2018 [14:22]:
Lələtəpədən düşmən mövqelərinə baxış - FOTOREPORTAJ
23/10/2018 [14:20]:
Əməliyyat olunan Rəşid Mahmudovdan xəbər var - Həyat yoldaşı danışdı...
23/10/2018 [14:16]:
İcazəsiz balıq ovlayan şəxslər saxlanıldı
23/10/2018 [14:14]:
Gələn il Bakı şəhərinin gəlirləri 6 milyard 600 milyon manat PROQNOZLAŞDIRILDI
23/10/2018 [14:13]:
“Əgər orada Mikayıl Müşfiqin hətta az ehtimal olunan qalığı varsa..."
23/10/2018 [14:06]:
ADAU-nun kitabxanasına 800-ə yaxın yeni nəşr hədiyyə olundu
23/10/2018 [14:00]:
Ərdoğan jurnalisti öldürənlərin Türkiyəyə verilməsini İSTƏDİ
23/10/2018 [13:57]:
Qarabağda Fransa dövlət bayrağı qaldırıldı - Separatçı rejiminki ilə yanaşı..+FOTOLAR
23/10/2018 [13:35]:
AST Telman Putinə 12 səhifəlik məktub yazdı - “Qurbanam...”
23/10/2018 [13:35]:
Terrorizmə qarşı beynəlxalq Bakı konfransının qətnaməsi: “Biz şərə birlikdə qalib gələcəyik!”
23/10/2018 [13:33]:
"“Star" layihəsindən ilk 5 ildə 853 milyon dollar gəlir gözlənilir”
23/10/2018 [13:32]:
Gömrük Komitəsinin sədri vətəndaşlarla görüşəcək
23/10/2018 [13:30]:
“Rusiya bu addımı ilə Ukraynanı vadar edəcək ki...”
23/10/2018 [13:30]:
Daşkəsəndə oğul ata və anasını baltaladı
23/10/2018 [13:25]:
Türkiyədə MHP-AKP ittifaqı dağıldı
23/10/2018 [13:21]:
"Azərbaycan Ordusu arxalana biləcəyimiz yeganə gücdür"
23/10/2018 [13:08]:
Sabahın havası - 28 dərəcə isti olacaq
23/10/2018 [13:06]:
“Paşinyan üçün əsas problem o deyil ki, komandası yoxdur, əsas problem odur ki...”
23/10/2018 [13:04]:
“Bu səfər İsrail-Azərbaycan hərbi əməkdaşlığına töhfə verəcək”
23/10/2018 [12:59]:
Məşhur fizikin şəxsi əşyaları satışa çıxırıldı - FOTOLAR
23/10/2018 [12:58]:
Milli qəhrəmanlarımız İtaliya və Ukrayna “Vikipediya”sında
23/10/2018 [12:51]:
Bağda külli miqdarda narkotika aşkarlandı
Bütün arxiv bir sırada
17/07/2018 [11:46] - Müsahibə - ( 8206 dəfə baxılıb)

Hikmət Cavadov: “Saakaşvili soruşdu ki, gələnlər İlham Əliyevə qarşı deyil ki?”



“Bizim fəaliyyətimizi ancaq Diasporla iş üzrə Dövlət Komitəsi tənzimləyə bilər” 

Moderator.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov modern.az -a müsahibə verib. Müsahibə azərbaycanlı diaspor rəhbərinin ofisində alınıb. 

- Hikmət müəllim, öncə ondan başlayaq ki, Ukraynanın mərkəzində bu cür ofis açdığınızı gözləmirdik. Bunu öz hesabınıza etmisiz? 

- Əlbəttə. Ofisdə nə görürsüzsə, öz gücümüzə nail olmuşuq. Təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, bizim ofis Ukraynada yaşayan azərbaycanlıların qərargahı kimi fəaliyyət göstərir. Ofisdə azərbaycanlılara pulsuz hüquqi yardım göstərən hüquqşünasımız çalışır. Bundan başqa UABD-nin saytı, Diaspor TV də burada yerləşir.  


- Ofisi icarəyə götürmüsünüz, yoxsa şəxsi mülkünüzdü?
 
- İcarəyə götürmüşük. Artıq 5 ildir burda otururuq. Əvvəlki ofisimiz Maydanda yerləşirdi. Sadəcə,  ora gedib-gəlmək müəyyən çətinliklər yaradırdı. Maydan hadisələrindən sonra ofisin yerini dəyişdik. Oturduğumuz ofisdə hər şeyi sıfırdan başlamışıq. Burda gördüklərinizin hamısını özümüz etmişik. Mən böyük fəxarət hissi ilə deyə bilərəm ki, bizim ofisimiz Avropada ən böyük və texniki təchizatı yüksək olan ofislərdən biridir. 


- Ukraynada yaşamaq maddi cəhətdən də əlverişli deyil. Ofisin icarə haqqını və digər məsələləri necə həll edirsiz?

- Hamısını şəxsi hesabımıza edirik. Əlbətdə, çətinlikllrimiz var. İstədiklərimizin hamısını həyata keçirə bilmirik. Amma buna baxmayaraq Azərbaycan adina gücümüz çatan her şeyi etməyə çalışırıq. Elə layihələr var ki, mövcud imkanlar onları reallaşdırmaq çətinliklər yaradır. Düşünürük ki, yeni yaranan Diaspora Dəstək Fondu Azərbaycanın maraqları naminə reallaşdırmaq istədiyimiz layihələrin həyata keçirilməsinə yardımçı olacaq. Biz bu vaxta qədər gördüyümüz işlərin müqabilində nə Azərbaycan dövlətindən, nə də ki ölkəmizin buradakı səfiriliyindən heç bir maddi dəstək almamışıq. Doğrusu, belə bir istəkdə də olmamışıq.

- Bir çox diaspor rəhbərləri ictimai işi milli mətbəximizin təqdim olunması kimi başa düşürlər. Bu yolla Azərbaycanı tanıdacaqlarını düşünürlər. Bəs, bu kimi məsələlərə siz necə yanaşırsız? 

- Bunun üçün diaspor təşkilatına ehtiyac yoxdur. Ukraynada yetərincə Azərbaycan restoranları var. Milli yeməklərimiz də öz adı ilə təqdim olunur. Biz hələ də dolma davası aparırıq. Dolma davası aparmaq lazım deyil. Əgər həmin ölkədə diaspor təşkilatı güclüdürsə, həmin ölkənin siyasi həyatına qarışmalı, siyasi proseslərdə iştirak etməlidir. Riskə getməli, mövqe nümayiş etdirməlidir. Əlbəttə, bu, təkcə vəzifə üçün deyil. Baxmayaraq ki, cənab Prezident İlham Əliyev diaspor təmsilçiləri ilə son görüşündə bu məsələ üzərində xüsusi dayanmış, xaricdə yaşayan azərbaycanlıların dövlət qurumlarına inteqrasiyası məsələsini də gündəmə gətirmişdi. Biz cənab prezidentin bu tövsiyəsini əldə rəhbər tutaraq, həmin vəzifələrə ictimai-siyasi prosesləri keçməklə nail olmaq istəyirik. Ola bilər ki, hansısa diaspor təşkilatı fəaliyyət göstərdiyi ölkənin müxalif siyasi partiyası ilə də bu və ya digər dərəcədə əməkdaşlıq etsin. Gəlin nəzərə alaq ki, bu gün müxalifətdə olan təşkilat sabahın iqtidarıdır. Biz bunu öz təcrübəmizdə görmüşük. Məsələn, konkret olaraq bizim təşkilat həm birinci, həm də ikinici Maydan hərəkatında yaxından iştirak edib. Həmin hərəkatların nəticəsində əvvəlcə Yuşenko, daha sonra isə Poroşenko iqtidarı meydana gəlib. Məhz bu fəaliyyətimizə görə biz indiki hakimiyyət komandası və parlament üzvləri arasında xeyli dostlar qazanmışıq. Bu baxımdan Ukrayna kimi ictimai-siyasi həyatı həssas olan ölkələrdə diaspor təşkilatları təkcə hakim dairələrlə əməkdaşlıq etməməlidirlər. Bunun üçün səfirlik var və dövlətin siyasi xəttini də məhz onlar həyata keçirir.


- Kənar müşahidələrə görə xaricdə yaşayan azərbaycanlılar, xüsusən də imkanlı soydaşlarımız diaspora dəstək vermirlər. Bu qənaətlərlə razısınızmı?

- Siz də bilirsiz ki, bizim diaspor tariximiz yenidir. Hansı ki, Yusif Vəzir Çəmənzəminlidən tutmuş Ağabəyzadəyə kimi bu sahədə müəyyən işlər görülüb. Diaspor işi ictimai-siyasi fəaliyyətdir. Kimisə məcburən bu işlərə cəlb etmək olmaz. Təşkilatımızda müxtəlif təbəqələri təmsil edən insanlar var. Onların hər biri Azərbaycana könüllü şəkildə xidmət edirlər. Görüşlərimizdə, tədbirlərimizdə və digər layihələrimizdə iştirak etməklə diaspor hərəkatına öz töhfələrini verirlər. İmkanlı şəxslərə gəlincə, deyə bilərəm ki, bu fakt təəssüf ki, var. Biz illərdir bu tilsimi qırıb Ukraynada yaşayan imkanlı azərbaycanlıları diaspor işinə daha yaxından dəstək vərməyə cəlb etməyə çalışırıq. Təəssüf ki, bu, müəyyən səbəblərdən alınmır. Səbəblərdən biri görülən işlərin layiqincə qiymətləndirilməməsi və diqqətsizlikdir. Ukraynada bir çox diaspor təşkilatları var. Onların fəaliyyətini araşdırsanız, görərsiz ki, bir çoxunun yalnız adı var. Lakin bəzən bu kimi adı var, özü yox təşkilatlara hansısa qüvvələrin maraqları daxilində daha çox diqqət göstərilir. Bu da əslində real işlə məşğul olan, Azərbaycana xidmət edən təşkilatlarda təmsil olunan soydaşlarımızda haqlı narazılıqlar yaradır, insanları diaspor işindən uzaqlaşdırır. Haqlı olaraq deyilir ki, “onsuz da iş görənlə görməyən arasında fərq qoyulmur, niyə öz resurslarımızı boş yerə xərcləməliyik?”. Mən illərdir bu kimi suallarla qarşılaşıram.

Elə məhz bu kimi məsələlərə görə əvvəllər Diasporla İş üzrə Dövlət Komitəsinin işindən narazı olmuşam və bunu açıq-aşkar demişəm. Əvvəlki rəhbərliyin tutduğu ədalətsiz mövqe insanları ruhdan salırdı. Təsəvvür edin, sözün düzünü dediyimizə görə, təşkilatımızın və mənim adımı Dövlət Komitəsinin əvvəlki saytından çıxartmışdılar. Düşünürəm ki, bu, cılız hərəkət idi. Amma indi Diaspor Komitəsinin rəhbərliyi dəyişib, ölkənin yeni diaspor strategiyası müəyyənləşdirilib, inanırıq ki, hörmətli Fuad Muradovun sədrliyi ilə Komitə diaspor təşkilatları ilə münasibətləri onların malik olduğu potensiala, resurslara və iş əmsalına görə quracaq.

- Diaspor təşkilatları ilə səfirlik arasında koordinasiya olmalıdırmı? Bizdə elə düşünürlər ki, səfirlik hər bir məsələdə diaspor təşkilatına dəstək verməlidir. 

- Məsələnin hüquqi tərəfi var. Azərbaycan səfirliyi dövlətin xarici siyasətini həyata keçirməklə yanaşı, burada yaşayan soydaşlarımızın probləmləri və konsulluq məsələləri ilə də məşğul olur. Yəni diplomatik missiyasını yerinə yetirir. Götürək elə diaspor təşkilatlarını. Əgər bizim təşkilat Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş olsaydı, onların və digər strukturların qarşısında hər hansı öhdəliyi yaranardı. Bizim təşkilat Ukraynada qeydiyyatdan keçib və bu ölkənin qanunları ilə fəaliyyət göstərir. Diaspor təşkilatı ilə səfirliyin mütləq fərqi var. Səfirlik Azərbaycanın dövlət büdcəsindən maliyyələşir və burada çalışanlar gördükləri işə görə dövlətdən yüksək məbləğdə məvacib alır, digər imtiyazlara sahibdirlər. Diaspor təşkilatlarına gələnlər isə könüllülərdir. Yəni vaxtını, pulunu və əsəblərini sərf edib maddiyyat güdmədən çalışanlardır.

Səfirliyin dəstəyinə gəlincə, hesab edirəm ki, qarşılıqlı əməkdaşlıqda fayda var. Ümumi anlamda  biz  hamımız Azərbaycan dövlətinə xidmət edirik. Lakin səfirlik bizim fəaliyyətimizin istiqamətlərini müəyyənləşdirə, təsir göstərə və işimizə müdaxilə edə bilməz, sadəcə təklif verə bilər. Yəni, mənim dəyişməz mövqeyim budur ki, diaspor təşkilatı səfirliyin alt qurumu deyil. Bizim fəaliyyətimizi ancaq Diasporla iş üzrə Dövlət Komitəsi tənzimləyə bilər. Amma dediyim kimi, əməkdaşlıq mütləq olmalıdır və biz buna həmişə açıq olmuşuq.


- Bir az konkretləşdirək. Səfirlik nələrə müdaxilə edir, təsir göstərir?  Güman ki, görünməyən tərəflər var.

- Bundan əvvəlki səfirimiz Eynulla Mədətlinin fəaliyyət göstərdiyi dövrdə bir yerdə çalışdıq, tədbirlər keçirdik, kitablar çıxartdıq və s. Maydan hadisələrinin 3-cü günü çıxış etdim ki, Azərbaycan diasporu Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləyir. Səfir mənə dedi ki, “Ukraynanın 5-ci kanalında sənin çıxışını göstəriblər. İnanmadım. Bu doğrudurmu?!". Hadisədə iştirak etdiyimi təsdiqləyəndə, “niyə mənə bu barədə heç nə deməmisən” deyə sual verdi.  Cavab verdim ki, "desəydim, etiraz edəcəkdiz, ona görə də öz bildiyimi etdim".

İndi isə səfir Azər Xudiyevdir. Azər müəllimə qədər biz bu ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmişik, əlaqələr qurmuş, ayrı-ayrı yerli təşkilatlarla birgə layihələr gerçəkləşdirmişik. Maydan hadisələrində də 3 ay gecə-gündüz rahatlığın nə olduğunu bilməmişik. Həyatımızı riskə atmışıq. Sübut etmişik ki, bu ölkədə yaşayan azərbaycanlılar Ukrayna xalqının yanındadırlar. Belə çıxır ki, hər 4-5 ildən bir səfir dəyişəcək və biz də öz fəaliyyətimizi yeni gələn səfirin istək və arzularına uyğun qurmalıyıq... Belə olmamalıdır. UABD oturuşmuş diaspor təşkilatıdır. Biz ciddi diaspor təşkilatından danışırıqsa, bu halda hər bir qurum öz mandatına uyğun fəaliyyət göstərməlidir. Qohumluq, dostluq, tanışlıq prinsipləri ilə işləmək olmaz.

Sizə maraqlı bir fakt açıqlayım. Bu yaxınlarda səfirimiz Azərbaycan mətbuatına müsahibə verib ki, guya mənə görə onu Ukrayna Xarici İşlər Nazirliyinə çağırıblar. Müsahibəni oxuyan kimi dərhal Xarici İşlər Nazirliyinə məktub yazdım. Cavab verdilər ki, sizin səfirinizə bu barədə heç nə deməmişik. İndi soruşuram: təsir necə olur?! Yaxud da Ukraynanın milli təhlükəsizlik naziri mənim deportasiya olunmağım barədə qərar vermişdi. Halbuki, məni deportasiya etməyə ixtiyarları yoxdur, daimi oturum iznim var. Haqqımda çıxarılan məktubu götürüb mətbuat konfransı keçirdim. Çox uzatmayacam. Bu məktuba görə bir neçə nəfəri işdən azad etdilər ki, etdiyiniz siyasi təqibdir. Daha sonra mənə dedilər ki, "bizdən nə istəyirsiz?! Bunların arxasında sizin səfiriniz durub". Yənə soruşuram: təsir necə olur?!

- Maydan hadisələri zamanı avrointeqrasiyanın tərəfdarı oldunuz və Ukraynada hökumət dəyişikliyi baş verdi. Amma sadə vətəndaşlarla ünsiyyət zamanı belə anladıq ki, heç də yeni hökumətdən razı deyillər. Bu hadisələrdə Ukrayna daha çox uduzdu. Siz bu barədə hansı düşüncədəsiz?

- Biz Avrointeqrasiyaya qarşı  getmirik. İndi Avrointeqrasiya üçün seçilmiş hökumət gəlib. Təəssüf ki, onlar öz funksiyalarını yerinə yetirmirlər. Rüşvət baş alıb gedir. İnsanların nə əmək haqqı qalxdı, nə də rifahı yaxşılaşdı. Biz onlara deməmişdik ki, pis də olsaz, yaxşı da olsaz sizinləyik. Biz də bu cəmiyyətin bir hissəsi olaraq nələrinsə yaxşılığa doğru dəyişməsini arzulayırıq. Burada o imkanlar var və bizim təşkilat da proseslərdə iştirak edir.

- Saakaşvilinin Ukraynaya ikinci dönüşü zamanı siz də yanında oldunuz. Demək ki, onunla bağlı çox şeyləri bilirsiz. Saakaşvili doğrudanmı Ukraynada vəzifəyə gəlmək istəyirdi?

- Əlbəttə gəlmək istəyirdi. Elə ona görə çalışırdı. Sadəcə, burada prezident ola bilməz. Timoşenko ilə ona görə barışmalı oldu ki, parlamentin  25%-i onun deputatlarıdır. Ukrayna Ali Radasında 450 millət vəkili var. Yarısı proporsional, yarısı da majoritar qaydada seçilir. Saakaşvilinin partiyasından bir neçə nəfəri çıxsaq, qalanı ukraynalıdır. Saakaşvili sıradan biri deyil. 9 il bir ölkənin prezidenti olmuş siyasətçidir. Yəni dediyim odur ki, biz yoldan keçənin birinə dəstək verməmişik. Yuxarıda bu məsələyə toxundum. Bu gün məni Ukraynadakı müxalif hərəkata dəstək verməkdə ittiham edənlər görünür unudurlar ki, biz indiki iqtidarın hakimiyyətə gəlməsində də rol oynamışıq.

Sizə bir məqamı da açıqlayacam. Saakaşvili hələ Odessaya qubernator təyin olunmamışdan qabaq Kiyevdə böyük mitinq oldu. Onu o dövrdən tanıyıram. Saakaşvili ilə birinci dəfə görüşəndə bizim haqqımızda məlumatlı idi. Bizi görüşdürən adama sual vermişdi ki, gələnlər - yəni biz İlham Əliyevə qarşı deyil ki? Qeyd etmişdi ki, İlham Əliyev onun dostudur.

- Bütün Maydan hadisələrinin fəal iştirakçısı olmusuz. Sizin bu aktivliyiniz ailəniz tərəfinden necə qarşılanırdı?

- Çox çətindir. Doğmalarımın hamısı bilir ki, harada haqq varsa, mən orada olacam, qaçıb gizlənməyəcəm. Əlbəttə, ailə ilə bu işləri görmək çətindir, çünki övladlarım çox kiçikdir. Maydan hadisələrində tüstüdən göz-gözü görmürdü. Evə gələndə balaca qızım hisli paltarlarımı götürüb deyirdi: "Ata, bu nə pis qoxudur?". Əlbəttə, bu proseslərin içində uşaqlar da bu və ya digər mənada kənar qalmayıb.

- Ukraynada  yaşayan azərbaycanlıların problemləri nədən ibarətdir? Sizə əsasən nə ilə bağlı müraciət edirlər?

 

- Burda yaşayan azərbaycanlıların problemləri yoxdur desək, səhv etmiş olarıq. Problemlər müxtəlif ola bilir və əsas odur ki, soydaşlarımız bizim də qatqımızla onların öhdəsindən gələ bilirlər. Adətən Bakıdan gələn azərbaycanlılar Ukrayna qanunvericiliyindən xəbərsiz olurlar. Nəticədə qeydiyyat və sairə kimi məsələlərə görə problemləri yaranır. Bilirsiniz ki, Avropa İttifaqına daxil olmaq üçün Ukraynanın qarşısına nə qədər şərtlər qoyublar. Əgər Ukrayna Avropaya daxil olsa, bura gəlib-getmək də çətinləşəcək.

Bundan başqa, soydaşlarımız Ukrayna cəmiyyətinə inteqrasiya sahəsində də çətinlik çəkirlər. Sanki gəldikləri gün də gedəcəkləri gün haqqında düşünür, bir sözlə hamı ölümünü Azərbaycanda fikirləşir. Ölən kimi mütləq Azərbaycanda dəfn etməlisiz.

- Maraqlı cümlə işlətdiz: "Azərbaycanlılar burda yaşasalar belə, ölümlərini Azərbaycanda düşünürlər". Səhv etmirəmsə, 14 ildir ki, Ukraynada yaşayırsız. Bəs siz bir azərbaycanlı olaraq, qocalığınızı harada  təsəvvür edirsiz?

- Harada özümü faydalı bilirəmsə, orda yaşamaq istəyirəm. Əlbəttə, bilsəm ki, orada faydalı olacam, gedib Azərbaycanda canla-başla çalışaram. Hələlik dövlətimə və xalqıma burada xidmət edirəm. Qocalıq haqqında düşünmək isə hələ tezdir.  

Qaranlıq tariximizdən: Qarabağ problemi qansız-qadasız həll oluna bilərdi...
Film izləyən qadının həyəcandan südü kəsildi...
"Hamı bilməlidir ki, multikultural əhval-ruhiyyə xalqımızın canında və qanında necə yaşayır"
Lələtəpədən düşmən mövqelərinə baxış - FOTOREPORTAJ
“Əgər orada Mikayıl Müşfiqin hətta az ehtimal olunan qalığı varsa..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Müsahibə
"Düşmən görməlidir ki, xalq öz dövlətindən də, dünyadan da Qarabağ məsələsinin həllini tələb edir"
Dünya
“Ərim uşaqlıq sevgilisini dostuyla...” -Televiziya verilişində qadından şok açıqlama...
Cəmiyyət
Əməkdar artistin konsertinə məhdud sayda bilet qaldı...
Cəmiyyət
Bakıda İmam Hüseyn məscidinin təmirdən sonra açılışı gözlənilir
Mədəniyyət
Şeyx Əbdül “Qış nağılı” adlı yeni filmə çəkilir
Həftənin ən çox oxunanları
Ağır vəziyyətdə olan Qazimizin xilası üçün şəxsi təyyarəsini təklif etdi - İBRƏTAMİZ...
Azərbaycanlı xanım müğənniyə ŞOK – “oteldən intim görüntüləri…” – FOTOLAR
Rüfət Aslanlının "göyün yeddinci qatı"nda 6 milyon dollarlıq "stadion"u tapıldı...
“Tovuzdan gəlib seks-simvol oldun....”
"Atası, qardaşı, oğlu sahib çıxdığı qadın bu cür addımlar ata bilərmi?" - HƏYƏCAN TƏBİLİ...
Qanda hemoqlobinin miqdarını qaldıran 6 məhsul - Mütəxəssislər tövsiyə edir...
Dul kişilər daha darıxmayacaq...
Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
"Biz bəyəm buna görə müstəqil olmuşuq ki, kimsə 109 milyonu oğurlayıb xaricə getsin...?"
Şuşi adlı erməni qızı Laçında “Artsax” mahnısı oxuyur- VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə