Bu həftə “SOCAR Polymer”in ilk zavodunun açılışı reallaşacaq - VİDEO
Oxunub: 1143
17 Jul 2018 | 15:32
Bu həftə “SOCAR Polymer”in ilk zavodunun açılışı reallaşacaq -  VİDEO
Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan “SOCAR Polymer”in iki zavodundan birincisi, illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunun iyulun 18-də açılış mərasimi keçiriləcək.

Hazırda zavodun istismara verilməsi ilə bağlı son hazırlıq işləri görülür.


Polipropilenin istehsal sahələri

Polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda geniş çeşidli istehlak mallarının və komplektləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialdır. Polipropilen ticarət həcminə görə də ən vacib plastiklərdən biridir. “Ekoloji cəhətdən təmiz” plastik adlandırılan polipropilen qida məhsullarının qablaşdırılması və tibb sənayesinə aid bütün sahələrdə istifadə oluna bilər.

“SOCAR Polymer”in Polipropilen Zavodunda bazar araşdırmasına əsasən, əsas 19 markada və 3 növdə (Homopolimer, Zərbəyə davamlı so-polimer, Statistiki so-polimer) Polipropilen məhsulu istehsal olunacaq.

Homopolimer əsasən plyonka, rafiya liflər və inyeksiya yolu ilə qəlibləmə metodundan istifadə olunan məhsulların istehsalında istifadə edilir. Belə ki, plyonka qida sənayesində, məişətdə (məsələn gül, kitab, köynək və s.) istifadə olunan əşyaların paketləşdirilməsində, poliester, poliamid və alüminium ilə laminasiya olunmuş və farmasevtik paketləmədə, rafiya liflər növlü homopolimer məhsulu əsasən xalçaçılıqda, məişətdə, sənaye yönümlü parçaların, süni ot örtüklərinin, kəndir və torların istehsalında, inyeksiya yolu ilə qəlibləmə metodunda istifadə olunan homopolimer məhsulu isə tibbi şprislər, qida konteynerləri, plastik mebel (stol-stul), avtomobil sənayesində istifadə olunan detallar və oyuncaqların istehsalında istifadə olunur.

Zərbəyə davamlı so-polimeri - İnyeksiya yolu ilə qəlibləmə metodundan istifadə olunaraq səyahət baqajları, yüksək dözümlülüyə malik avtomobil sənayesində istifadə olunan detallar və qida, məişət qablarının istehsalında istifadə edilir.

Statistik (random) so-polimeri isə əsasən inyeksiya yolu ilə qəlibləmə metodundan istifadə olunaraq qida sektorunda istifadə olunan istiliyə davamlı çoxqatlı təbəqənin istehsal olunması, tibbi şprislər, CD və DVD qabları, idman malları, oyuncaqlar, yüksək aydınlıq xassələri olan məişət və qida sektorunda istifadə olunan plyonkalar, ofis ləvazimətları və üfürmə yolu ilə qəlibləmə metodundan istifadə olunaraq müxtəlif yönümlü plastik butulkaların istehsalında istifadə olunur.

Zavod “Açar təslimi” əsasında inşa olunub

Polipropilen Zavodunun EPC (Mühəndislik, satınalma və tikinti) podratçısı İtaliyanın "Maire Tecnimont" şirkətidir. Belə ki, "SOCAR Polymer" şirkəti ilə "Tecnimont" şirkəti arasında Polipropilen Zavodu layihəsi üzrə Sabit Qiymətli EPC ilə bağlı Anlaşma Memorandumu 2015-ci il aprelin 15-də Bakıda imzalanıb. Müqavilənin ümumi dəyəri, təxminən, 350 mln. avrodur. Polipropilen Zavodu İtaliya şirkəti tərəfindən “Açar təslimi” əsasında inşa edilib. Yəni şirkət zavodun tam gücdə sınaq-sazlama işlərini həyata keçirdikdən sonra təhvil verməlidir.

Polipropilen istehsalı qurğusunun lisenziarı "Lyondell Basel" şirkətidir. Polipropilen istehsalında istifadə olunan texnologiya bu şirkətə məxsus “Spheripol” texnologiyasıdır. Bu texnologiya istehsal üçün maye fazasında çalışan 2 ədəd dairəvi boru və 1 qaz fazası reaktorlarından ibarətdir.

Azərbaycanda ilk Polipropilen Zavodu

Polipropilen Zavodunun illik istehsal gücü qeyd etdiyimiz kimi, 184 min ton nəzərdə tutulub. Zavodun xammal təminatçısı “Azərikimya” İstehsal Birliyidir.

Bu il mayın 20-də Polipropilen Zavodunun istehsalat xəttinə nasoslar vasitəsilə "Azərikimya" İB-dən propilen xammalı verilməyə başlanılıb. Alınan xammal zavodun start rejiminə çatması üçün istifadə olunub. Zavod tam gücü ilə işlədikdə xammal kimi “Azərikimya” İB-dən saatda 23 ton propilen alınacaq. Xammal "Azərikimya" İB-nin 3 kilometrliyində yerləşən Buxarlı krekinq qurğusundan boru xətti vasitəsilə verilir. "Azərikimya" İB “SOCAR Polymer” şirkəti polipropilen istehsalına başladıqdan sonra digər müştərilərinə propilen verilməsini dayandıracaq və  Polipropilen Zavodunun tam istehsal gücünə çatması üçün  istehsal etdiyi bütün propilen həcmini “SOCAR Polymer”in bu zavoduna ötürəcək. Propilen saxlamaq üçün "Azərikimya" İB-nin ərazisində ümumi anbarlama həcmi 4 min ton təşkil edən təqribən 20 rezervuar mövcuddur. Plastik məhsulların istehsalı ilə ölkənin neft-kimya sənayesinin inkişafında rol oynayacaq zavod Azərbaycanda istifadəyə verilmiş ilk Polipropilen Zavodu olacaq.


Sınaq məqsədli ilk polipropilen

Bu ilin fevral ayında “SOCAR Polymer” Zavodunda nümayiş və sınaq məqsədi ilə ilk dəfə polipropilen məhsulunun istehsalı həyata keçirilib. Zavodun ekstruziya zonasında polipropilen qranullarının kəsilməsi prosesi həyata keçirilib və ilk dəfə sınaq məqsədi ilə yekun polipropilen məhsulu istehsal olunub. Zavodun sınaq-sazlama işləri mərhələli şəkildə həyata keçirilir, tam gücdə sınaq işləri həyata keçirildikdən sonra zavod təhvil verilməlidir.

İdxal ixracla əvəzlənəcək

Hazırda Azərbaycan polipropileni idxal edir. Zavodun istifadəyə verilməsi ilə yerli tələbatın tam ödənilməsi, ixrac potensialının artırılması nəzərdə tutulur.

Azərbaycanda neft-kimya sənayesində 40 ilin ilk böyük layihəsi

“SOCAR Polymer” layihəsi son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. "SOCAR Polymer" layihəsinə Polipropilen Zavodu ilə yanaşı, Yüksək Sıxlıqlı Polietilen Zavodu da daxildir. İllik istehsal günü 120 min ton təşkil edəcək Yüksək Sıxlıqlı Polietilen Zavodu bu ilin sonuncu rübündə istismara veriləcək.

“SOCAR Polymer”in hər iki zavodunun istismara verilməsi ilə istehsal olunacaq məhsulların 30%-i daxili bazarda realizə olunacaq, 70%-i isə ixrac ediləcək. Əsas ixrac marşrutları olaraq isə Türkiyə, Avropa və MDB ölkələri planlaşdırılır.

“SOCAR Polymer” MMC Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ilin iyul ayında yaradılıb. Şirkət həmin il sentyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkın parkının rezidenti qismində qeydə alınıb. Bununla şirkət parkın ikinci rezidenti statusunu alıb. “SOCAR Polymer” Sumqayıt Kimya Sənaye Parkında 30 hektar ərazini əhatə edir.

Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Park geniş vergi güzəştləri, tam infrastruktur dəstəyi və bütün icazələrin verilməsi məsələləri üzrə bir pəncərə yanaşması vasitəsilə Azərbaycanda innovasiyalı sənaye təşəbbüslərinə dəstək göstərir. Sumqayıt Kimya Sənayesi Parkında yerləşməsi şirkətə 100 mln. dollara qənaət etməyə imkan yaradıb.

Azərbaycanda ilk layihə maliyyələşdirilməsi

“SOCAR Polymer”in hər iki zavodunun ümumi dəyəri 750 mln. ABŞ dolları təşkil edir. İnvestisiyanın 60%-i borc kapitalı, 40%-i isə səhmdar kapitalından ibarətdir.

Lahiyə üçün "Gazprombank" ASC-dən (Rusiya) kredit cəlb edilib. Bununla bağlı, 2015-ci il iyunun 19-da "Gazprombank" və SOCAR arasında kredit sazişi imzalanıb. Müqavilənin şərtinə görə, "Gazprombank"ın İnvestisiya Komitəsi "SOCAR Polymer"ə 10 il müddətinə 489 mln. dollar həcmində kreditin ayırılmasını təsdiq edib.

Bununla da Azərbaycanda ilk dəfə olaraq əsas şirkətin zəmanəti olmadan birbaşa layihəyə kredit ayrılıb.

Ən müasir həll yollarına malik qurğu

“SOCAR Polymer”in hər iki zavodunun qurğuları ən müasir standartlara və yüksək keyfiyyətə malikdir.

Şirkətin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen İstehsalı zavodları üçün Azot qurğusu da ən müasir texniki və mühəndis həllərə əsaslanır. Azot istehsalı qurğusu "Kriogenmaş" ASC tərəfindən hazırlanıb və tədarük olunub. Qurğu "SOCAR Polymer"in hər iki zavodunun yüksək təmiz qazşəkilli azota yaranan tələbatını təmin edəcək. Bu da kapital xərclərini azaltmağa və aparıcı xarici şirkətlərin avadanlıqları ilə müqayisədə daha qənaətli istismarı təmin etməyə imkan verir.

Azot qurğusu gündəlik 500 kubmetr azot saxlama gücündədir.


Kiçik və orta sahibkarlıq üçün xammal

“SOCAR Polymer”in hər iki zavodunda istehsal olunacaq xammalın yüzlərlə kiçik, orta sahibkarlıq subyektlərinin yaradılmasına və müxtəlif çeşiddə idxal əvəzedici məhsulların istehsalına təkan verəcəyi gözlənilir. Hesablamalara görə, "SOCAR Polymer" şirkətinin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodları fəaliyyətləri dövründə 8 mlrd. ABŞ dolları həcmində gəlir gətirəcək. 
Oxşar xəbərlər
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
15:05, Bu gün
Stanislav Tkaçenko: “İrəvan danışıqlar prosesini ləngitmək üçün bütün vasitələrdən istifadə edib” - MÜSAHİBƏ
15:03, Bu gün
Olaf Şolts: “Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır”
15:00, Bu gün
Prezident: “Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır”
14:57, Bu gün
Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür etdi
14:54, Bu gün
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
14:51, Bu gün
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
14:47, Bu gün
Alla Puqaçova haqqında gəzən söhbətlərə cavab verdi - “Vecimə deyil”
14:44, Bu gün
Prorektorun qətlini sifariş edən rektorun məhkəməsi TƏXİRƏ salındı
14:41, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuata konfransı - CANLI YAYIM
14:40, Bu gün
Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır
14:36, Bu gün
İlham Əliyevlə Şoltsun geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB
14:34, Bu gün
Lənkəran sakinləri: “Xəstəmizi tibb müəssisəsinə aparmaq 30-40 manata başa gəlir” - VİDEO
14:28, Bu gün
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
14:27, Bu gün
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
14:23, Bu gün
"Biz qalib gələcəyik, başqa alternativimiz yoxdur" - Zelenski
14:20, Bu gün
Əliyevlə Şoltsun təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
14:18, Bu gün
Gənc oğlan arvadının başqa kişilərlə gəzdiyindən şübhələndi, həyətə çağırıb... – Şok təfərrüat
14:14, Bu gün
Şoltsla Berbok Əliyevi belə qarşıladılar - FOTO
14:10, Bu gün
Bakıda velosiped yollarına quraşdırılan baryerlər kimlərin qəzəbinə tuş gəlib? - FOTO
14:06, Bu gün
AFFA “Qarabağ” klubunu cərimələyib
14:02, Bu gün
Türkandan plastik əməliyyatını tənqid edənlərə: "Geridəqalmışlar"
13:59, Bu gün
Bakıda körpə pəncərədən düşərək ölüb
13:54, Bu gün
Vəkil: “Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal etdikdən sonra bu ərazilərə iddia edib”
13:49, Bu gün
İranda bir gündə dörd məhbus edam edildi: Biri qadındır - FOTO
13:45, Bu gün
Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?
13:41, Bu gün
İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
13:39, Bu gün
Vəkil: “Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır”
13:37, Bu gün
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı - FOTO
13:33, Bu gün
Sabah 32 dərəcə isti olacaq - PROQNOZ
13:29, Bu gün
Prezident: “Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır”
13:26, Bu gün
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
13:24, Bu gün
Prezident: “Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir”
13:21, Bu gün
Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edildi
13:19, Bu gün
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
13:14, Bu gün
Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
13:10, Bu gün
Azərbaycanın kirayənişinini BU 3 ÖLKƏ silahlandırır - Millət vəkilindən İLGİNC YAZI
13:05, Bu gün
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:01, Bu gün
Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb
12:59, Bu gün
BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
12:55, Bu gün
Bərdədə narkomaniya və erkən nikahla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO
12:50, Bu gün
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:47, Bu gün
Vidadi İsayev Bərdənin Qaradəmirçi kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
12:43, Bu gün
Laçın və Zabux sakinlərinə məşğul ola biləcəkləri 40-dan çox peşə təqdim edilib
12:40, Bu gün
Türkiyəli general: “Monitorinq Mərkəzi atəşkəsə nəzarət missiyasını uğurla davam etdirib”
12:37, Bu gün
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:34, Bu gün
Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB
12:30, Bu gün
Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”
12:26, Bu gün
Rusiyalı general: “Ağdamdakı monitorinq mərkəzi üç ölkə hərbçilərinin uğurlu əməkdaşlığının nümunəsidir”
12:23, Bu gün
“COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”
12:20, Bu gün
Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab: “Açıq siyasi sifarişdir”
12:18, Bu gün
Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”
12:15, Bu gün
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifələrinin öhdəsindən layiqincə gəldi”
12:12, Bu gün
İlham Əliyev: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
12:09, Bu gün
“Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir” - Kamaləddin Qafarov
12:05, Bu gün
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlandı - FOTO
12:00, Bu gün
COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşüb - FOTO
11:56, Bu gün
Bakıda təhlükəli anlar: Qaydaları pozub qəza törədən sürücü hadisə yerindən qaçdı - ANBAAN VİDEO
11:52, Bu gün
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTO
11:47, Bu gün
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
11:42, Bu gün
Bu gün Mir Cəlal Paşayevin doğum günüdür
11:38, Bu gün
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü
11:33, Bu gün
Milli ideyaların yaranması istiqamətində UNEC-də növbəti ictimai müzakirə: "Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan" - FOTO
11:28, Bu gün
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
11:25, Bu gün
Azərbaycanda latın əlifbası ilə yazılan ilk əlyazmanın saxlanıldığı muzeydən REPORTAJ - FOTO
11:23, Bu gün
Ana 3 yaşlı qızını caduya görə öldürdü
11:20, Bu gün
XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub - FOTO
11:19, Bu gün
İranda dörd məhkum edam edilib
11:17, Bu gün
Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı - SƏBƏB MƏLUM DEYİL - VİDEO
11:15, Bu gün
Ukrayna Silahlı Qüvvələrinin məşhur qadın snayperi öldürülüb
11:11, Bu gün
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
11:08, Bu gün
Bakıda evdə meyit tapılıb
11:00, Bu gün
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
10:55, Bu gün
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
10:52, Bu gün
Ukraynada sabiq nazir həbs edilib
10:49, Bu gün
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
10:48, Bu gün
İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını nəzərdən keçirir
10:41, Bu gün
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
10:39, Bu gün
Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib
10:36, Bu gün
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
10:33, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
10:20, Bu gün
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib
10:18, Bu gün
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
10:15, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:12, Bu gün
36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
10:12, Bu gün
ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO
10:11, Bu gün
Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO
10:10, Bu gün
Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
10:08, Bu gün
Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var
10:05, Bu gün
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək
10:00, Bu gün
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
10:00, Bu gün
Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
09:55, Bu gün
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
09:50, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
GÜNLÜK
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:45
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 18:14
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
25 Apr 2024 | 17:40
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
25 Apr 2024 | 17:22
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 16:58
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:42
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:25
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 17:56
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:45
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
25 Apr 2024 | 17:38
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO