Xəbər lenti
21/04/2019 [16:02]:
Ukraynada ilkin nəticələr: Zelenski irəlidədir
21/04/2019 [15:57]:
Ukraynalı general: “Rusiya parçalanacaq, onun bir hissəsini ələ keçirməliyik”
21/04/2019 [15:54]:
Ərdoğan: "Şri-Lankadakı teraktlar bütün bəşəriyyətə qarşı yönəldilib"
21/04/2019 [15:28]:
Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO (18+)
21/04/2019 [15:17]:
Azərbaycan Şri-Lankadakı terror aktlarını pislədi
21/04/2019 [15:16]:
Zelenskiyə çılpaq qadın hücum etdi
21/04/2019 [14:57]:
Sumqayıt sakini tanışları tərəfindən döyülüb
21/04/2019 [14:56]:
Tovuzda 70 yaşlı kişi bıçaqlanıb
21/04/2019 [14:55]:
Lənkəranda qadın ailə münaqişəsi zəminində intihara cəhd edib
21/04/2019 [14:42]:
"Ana dilinə ögey münasibət bəsləməyə haqqımız yoxdur"
21/04/2019 [13:52]:
Şri-Lankada gün ərzində 8-ci partlayış törədilib - YENİLƏNİB
21/04/2019 [13:51]:
Sabah ölkə ərazisində dolu və leysan xarakterli yağış yağacaq
21/04/2019 [13:49]:
Şahzadə Harri və arvadını Afrikaya göndərəcəklər
21/04/2019 [13:46]:
Məğlubiyyəti həzm edə bilməyən Ərdoğan "Türkiyə ittifaqı"na nail ola biləcəkmi?
21/04/2019 [13:16]:
Əri tərəfindən qolları şikəst edilən qadın kitab yazır: “Qollarım olmadan yaşayıram...”
21/04/2019 [12:53]:
“Qara qapımız”a da qar yağdı- Bu, bizi üşütmədisə,  əlimizdəki ağça otaqları da gec-tez itirəcəyik...-FOTOLAR
21/04/2019 [12:48]:
Şri-Lankada kilsələrdə partlayışlar: 185 ölü - YENİLƏNİB + VİDEO
21/04/2019 [12:44]:
Şri-Lanka baş naziri partlayışları “qorxaq hücum” adlandırdı
21/04/2019 [12:39]:
"Qoy Paşinyan desin ki, 5 rayonun qaytarılmasını nəzərdə tutan "Lavrov planı" müzakirə edilməyib"
21/04/2019 [12:30]:
Türkiyə paytaxtında gey-paradlara icazə verildi
21/04/2019 [12:22]:
Üç şairi özünə aşiq edən qadın FOTOLAR
21/04/2019 [12:21]:
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21/04/2019 [11:50]:
Uşağınıza məktəbdən gələrkən verəcəyiniz 20 vacib sual - Sinifdə qarşında oturan şagird kimdi?
21/04/2019 [11:43]:
Bakıda avtobus maşınla toqquşdu - 5 yaralı
21/04/2019 [11:39]:
ABŞ-da hücum hazırlayan məktəbli qızlar saxlanılıb
21/04/2019 [11:03]:
Meksikada zavodda yanğın baş verib
21/04/2019 [10:49]:
“Yeməyə çörək tapa bilmirdik, böyrəyimi satdım...”
21/04/2019 [10:32]:
Tanrı pıçıltısını şeirə çevirə bilən xanım FOTOLAR
21/04/2019 [10:27]:
Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub
21/04/2019 [10:26]:
Odu qoyub külü ilə oynayırıq...
21/04/2019 [10:26]:
Bu gün 11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir
21/04/2019 [10:23]:
Şri-Lankada kilsələrdə partlayışlar: 160 ölü - YENİLƏNİB + VİDEO
21/04/2019 [10:23]:
Ukraynada prezident seçkiləri keçirilir
21/04/2019 [09:35]:
Mollalar sarı jilet geyinib təmizlik işləri gördü...- İBRƏTAMİZ - FOTOLAR
21/04/2019 [07:54]:
İnsan Allahı sevib-sevmədiyini necə bilə bilər?..
21/04/2019 [01:19]:
"Keçirdiyim hiss və həyacanları, ağrını və yanğını sözlə izah etmək mümkün deyil..."
21/04/2019 [01:02]:
"Rəsul Akif Çovdarovun 3-5 milyon pul istədiyini dedi, ona 3 milyon verə biləcəyimi söylədim"
21/04/2019 [00:50]:
Dünyada ilk dəfə qocaların sayı uşaqların sayından çox oldu - QORXUNC STATİSTİKA
20/04/2019 [23:30]:
"Yuventus" ardıcıl 8-ci dəfə İtaliya çempionu olub
20/04/2019 [23:17]:
Zurabişvilidən Azərbaycanla sərhəd barədə bəyanat
20/04/2019 [23:07]:
Sumqayıtda doğuş zamanı faciə
20/04/2019 [23:02]:
Hindistanda fil beş nəfəri tapdalayaraq öldürdü
20/04/2019 [22:59]:
QAT-çılar Gəncədə toplaşdı -FOTOLAR
20/04/2019 [22:43]:
“Azərbaycanın qoşulmama hərəkatında olmasını düzgün hesab etmirəm”
20/04/2019 [22:34]:
"Elmdə və siyasətdə dərinlik axtaranlar Aydın Məmmədovu şəkildə kəşf edəcəklər"
20/04/2019 [22:22]:
Həbsxanadan çıxan kimi qaçırıldı: Adnan Oktara şok- FOTO
20/04/2019 [22:20]:
Xameneini təhqir edən alimə 13 il həbs cəzası verildi
20/04/2019 [21:31]:
TAİB-in İstanbulda tanışma proqramı düzənlədi
20/04/2019 [21:29]:
Vəkillər Kollegiyası tərəfindən ekoloji tədbir keçirildi - FOTOLAR
20/04/2019 [21:18]:
Sudanın devrilmiş prezidentinin evindən 100 milyon dollar tapıldı
20/04/2019 [21:16]:
Zelenskinin namizədliyi ləğv oluna bilər
20/04/2019 [21:12]:
“Elmar müəllimin bizi erməni jurnalistlərlə  görüşdürüb-öpüşdürmək siyasətini alqışlayıram...”
20/04/2019 [19:55]:
Qəbələdə dəhşətli qəza, ölən və yaralananlar var
20/04/2019 [19:51]:
Türkiyə şəhidlərin qanını yerdə qoymadı: 20 terrorçu öldürüldü
20/04/2019 [19:47]:
Lotu Qulinin adamı Moskvada sahibkarı güllələyib
20/04/2019 [19:45]:
Fazil Mustafanın yeni kitabları təqdim olundu FOTOLAR
20/04/2019 [19:43]:
Futbol həvəskarı olan bəy toyundan çıxıb matç izləməyə getdi FOTOLAR
20/04/2019 [19:10]:
23 ildir ayıyla bir evdə yaşayan ailə - MARAQLI...
20/04/2019 [18:47]:
DİQQƏT! Qaz sayğacınızda bu yazılar çıxırsa...
20/04/2019 [18:32]:
Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır
20/04/2019 [18:18]:
Azərbaycanın igid döyüşçüsünə medal təqdim edilib
20/04/2019 [18:10]:
Dilçilik İnstitutu abituriyentlərə müraciət etdi
20/04/2019 [18:05]:
“Mançester Siti” yenidən liderliyə yüksəldi
20/04/2019 [17:56]:
“Müflis oldum, övladlarımla kirayələrdə yaşayıram” – Nazim İbrahimovun qardaşı
20/04/2019 [17:47]:
Rusiyanın ən böyük yəhudi  dini akademiyası  yandırıldı-FOTOLAR
20/04/2019 [17:38]:
Azərbaycan nəqliyyat vasitələri və onların hissələrinin idxalına çəkdiyi xərci 3% artırıb
20/04/2019 [17:31]:
Ərzurum Atatürk Universitetinin professorları ADAU-da
20/04/2019 [17:28]:
“Yalnız cərimə ilə ədəbi dili qorumaq mümkün deyil”
20/04/2019 [17:28]:
"İslahatları həyata keçirəcək şəxslərin özləri məhkəmə sistemini bu vəziyyətə salıb..."
20/04/2019 [17:23]:
Binəqədidə qadın meyiti tapılıb
20/04/2019 [16:58]:
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20/04/2019 [16:52]:
“Vətəndaşlar özlərini xoşbəxt hesab edə bilərlər” - Əli Əhmədov
20/04/2019 [16:48]:
"Biz yumşaqlıq nümayiş etdirdikcə düşmənin də, havadarlarının da həyasızlığı artır"
20/04/2019 [16:46]:
“Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat çağırış etdi
20/04/2019 [16:37]:
Alimlə universitet arasında “canlı divar”, yoxsa geriliyə meydan oxuyan islahatçı?
20/04/2019 [16:35]:
Rafael Ağayev qızıl medal şansını itirdi
20/04/2019 [16:33]:
Dilçilik İnstitutunun direktoru: “Orfoqrafiya Normaları Artur Rasi-Zadənin soyadına şamil olunmur”
20/04/2019 [16:22]:
Keçmiş prezidentin intihar məktubu yayıldı
20/04/2019 [16:07]:
Şəmkirdə iki maşın toqquşub: Ölən və yaralılar var
20/04/2019 [15:55]:
Azərbaycanda “Ağıllı sərhəd” layihəsinin tətbiqinə bu ilin yayında başlanılacaq
Bütün arxiv bir sırada
20/07/2018 [17:58] - Cəmiyyət - ( 805 dəfə baxılıb)

Nazir Qazaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış oldu -FOTOLAR



Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 20-də Qazax rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan sonra jurnalistlərə açıqlama verən nazir ölkə başçısının tapşırığı ilə yerlərdə müntəzəm olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırdı: “Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hər ay müxtəlif bölgələrdə vətəndaşlarla görüşlər təşkil olunur, onların qaldırdığı məsələlər diqqətdə saxlanılaraq həll edilir. Bu gün Qazax rayonunda keçirilən görüşdə də maraqlı təkliflər, müraciətlər oldu. Musiqi məktəblərinin fəaliyyəti, onların işinin daha da təkmilləşdirilməsi, eləcə də tarix-mədəniyyət abidələrinin qorunması, bu məkanların fəaliyyətinin müasir tələblər səviyyəsində təmin olunması və digər məsələlərə dair bir sıra təkliflər səsləndirildi”.

Əbülfəs Qarayev bildirdi ki, mədəniyyət sahəsində göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, yeni formatda çalışacaq mədəniyyət müəssisələrinin istiqamətləri ilə bağlı məsələlər də diqqətə çatdırıldı. Bu təklifləri də nəzərdə saxlayacağıq.



Nazir Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunması məsələsinə toxunaraq bu günlərdə Ukraynanın paytaxtı Kiyevdə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev adına parkın və sənətkarın abidəsinin açıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, təntənəli mərasimdə Kiyev şəhərinin əhalisi də böyük maraqla iştirak etdi.

Əbülfəs Qarayev nazirlik tərəfindən Cümhuriyyətin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalından danışaraq qeyd etdi ki, bu layihə bölgələrarası mədəniyyət mübadiləsinə əlavə təkan verəcək. Festivalın ölkəmizin bütün bölgələrində təşkil olunacağı diqqətə çatdırıldı.

Vətəndaşlarla görüşdən sonra nazir Qazax rayonunda yerləşən bir sıra mədəniyyət obyektlərinə baş çəkdi, vəziyyətlə tanış oldu.

Rayon Mədəniyyət mərkəzində nazirə mədəni xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətində görülən işlər haqqında məlumat verildi. Nazir Mədəniyyət mərkəzinin qarşısında təşkil olunan səyyar kitabxanaya da baxdı.

Daha sonra Əbülfəs Qarayev rayon Tarix-Diyarşünaslıq muzeyinə gəldi. Məlumat verildi ki, muzeyin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb.



Muzeydə rayonun tarixini, mədəni irsini əks etdirən 2450 eksponat mühafizə olunur. İkimərtəbəli binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti, rayona səfərləri ilə bağlı fotolardan ibarət guşələr yaradılıb. Həmçinin burada muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, tarixi dövrlər və s. tematik bölmələr var. İkinci mərtəbədə “Qazax xalça məktəbi”, “Etnoqrafiya və folklor”, “Qazax XIX-XXI əsrin əvvəllərində”, “Görkəmli şəxsiyyətlər”, “1929-1990-cı illər”, “Müasir dövr” və s. bölmələri yaradılıb.

Nazir Qazax Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə də tanış oldu.

Məlumat verildi ki, qalereyanın fondunda ümumilikdə 549 əsər var ki, bunlar əsasən boyakarlıq və rəngkarlıq nümunələridir. Müasir tələblər səviyyəsində qurulan qalereyada mütəmadi olaraq tədbirlər, sərgilər təşkil olunur.

Əbülfəs Qarayev daha sonra Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyinə, Qazax rayon 1 nömrəli Uşaq musiqi məktəbinə, rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsinə baş çəkdi.

Nazir bütün mədəniyyət müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, mədəni xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətində tapşırıq və tövsiyələrini verdi.

Məğlubiyyəti həzm edə bilməyən Ərdoğan "Türkiyə ittifaqı"na nail ola biləcəkmi?
"Qoy Paşinyan desin ki, 5 rayonun qaytarılmasını nəzərdə tutan "Lavrov planı" müzakirə edilməyib"
Uşağınıza məktəbdən gələrkən verəcəyiniz 20 vacib sual - Sinifdə qarşında oturan şagird kimdi?
"Rəsul Akif Çovdarovun 3-5 milyon pul istədiyini dedi, ona 3 milyon verə biləcəyimi söylədim"
"İslahatları həyata keçirəcək şəxslərin özləri məhkəmə sistemini bu vəziyyətə salıb..."
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Əri tərəfindən qolları şikəst edilən qadın kitab yazır: “Qollarım olmadan yaşayıram...”
Araşdırma
Dünyada ilk dəfə qocaların sayı uşaqların sayından çox oldu - QORXUNC STATİSTİKA
Dünya
23 ildir ayıyla bir evdə yaşayan ailə - MARAQLI...
Gündəm
“Yalnız cərimə ilə ədəbi dili qorumaq mümkün deyil”
Cəmiyyət
Alimlə universitet arasında “canlı divar”, yoxsa geriliyə meydan oxuyan islahatçı?
Həftənin ən çox oxunanları
Ermənilər Aprel savaşı haqda cizgi filmi də çəkdi...-FOTO+VİDEO
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Həyəcan təbili...
“Fahişəxanalar baş alıb gedir, otellərdə və digər obyektlərdə əxlaqsızlıqlıq hökm sürür"
Kəndin imamı evə ikinci arvad gətirdi, mərəkə qopdu - Davanın GÖRÜNTÜLƏRİ - VİDEO
Direktorun təcavüz etdiyi tələbə yandırıldı - DƏHŞƏT...
“Bu erməni qrupu Bakı, Sumqayıt, Şamaxıdakı və s. qohumları vasitəsilə məxfi işlər aparır...” 
İcra başçısının müavini Elinanın intiharından danışdı: “Həmin videonu mən...”
Separatçı rejim Dilqəmlə Şahbazın doğmalarının  onlarla görüşə bilməsi şərtini açıqladı...
“A.Mamikonyan və qrupu 1997-ci ildə Xətai metrosu yaxınlığında  yaşayıb və...” 
“Həbsdən çıxanda elə bildi ki, hamısı başına toplanacaq, ətəyindən öpəcəklər...”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)
e-mail: [email protected]