Xəbər lenti
22/08/2018 [00:34]:
Yer kürəsində nə vaxt suyun olmayacağı bilindi: Qiyamət gününün vaxtı dəqiqləşdi...
21/08/2018 [23:24]:
Azərbaycanlı nazirin 50 min dolları həbsdə qaldı
21/08/2018 [23:07]:
Paytaxt yollarında tıxacı yük maşınları yaradır? - DYP-dən açıqlama
21/08/2018 [23:00]:
Adnan Oktara bu ölkədən hər ay 1 milyon dollar gəlirmiş
21/08/2018 [22:58]:
Nazirlik imkansız köçkün ailəsinin köməyinə çatdı
21/08/2018 [22:57]:
50 dollar borcla işə başladı, indi 5 min mağazası var - FOTOLAR
21/08/2018 [22:16]:
Kipr də rusiyalı milyarderlərin hesabını dondurdu
21/08/2018 [22:07]:
Min bir dərdin dərmanı olan çiy dəmləmələr- Möcüzəvi faydaları və reseptləri
21/08/2018 [22:00]:
Laçın, Qubadlı, Zəngilanda 15, Kəlbəcərdə 6 təzə erməni göz açdı... - 2018-ci ildə
21/08/2018 [21:39]:
Bu vəhyi Qurban bayramı günü qəbul etdim – Elmi-lədun
21/08/2018 [21:32]:
“Xətai” metrosu təmirə bağlanır
21/08/2018 [21:22]:
İlk qonorarı kimlər alıb? – Puşkin, Tolstoy və Dostoyevskinin qazancları...
21/08/2018 [21:09]:
"XVI Yay Paralimpiya Oyunlarında yeni idman növləri ilə təmsil olunmaq istəyirik" - VİDEO
21/08/2018 [21:03]:
Səudiyyə Ərəbistanında hüquq müdafiəçisi olan qadının başını kəsiblər
21/08/2018 [20:37]:
Məşhur azərbaycanlı model bakirəliyini fantastik qiymətə satışa çıxardı- ŞOK (VİDEO)
21/08/2018 [19:50]:
Rusiyanın ABŞ sanksiyalarından itirdiyi pul hesablandı
21/08/2018 [19:40]:
Qazaxın işğal altında olan 7 kəndi haqqında nə bilirik? - (FOTOLAR+İLK DƏFƏ)
21/08/2018 [19:33]:
İşğalçı ordu Qarabağda məşqlər keçirib
21/08/2018 [19:33]:
Rusiya şaquli enmə təyyarəsi hazırlayır
21/08/2018 [19:29]:
Erməni hərbçidən gizli sui-qəsd planı: Direktorun evinə qumbara atıldı
21/08/2018 [19:23]:
Azərbaycan daha iki mötəbər turnirə ev sahibliyi edəcək
21/08/2018 [19:10]:
"Gənclərin xalqa sədaqət ruhunda yetişdirilməsində DTX fəallığı ilə seçilir"
21/08/2018 [19:09]:
Baş tutan və tutmayan intiharlar: yazmaq, yaxud yazmamaq?
21/08/2018 [19:08]:
2018 MTV Video Musiqi Mükafatlandırma mərasimindən maraqlı FOTOLAR
21/08/2018 [19:06]:
Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra
21/08/2018 [19:05]:
Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək
21/08/2018 [19:04]:
İlin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlandı
21/08/2018 [19:03]:
Bakı metrosunda intihara cəhd - Yaşlı kişi özünü qatarın altına atdı
21/08/2018 [18:53]:
Bekhem UEFA prezidenti mükafatına layiq görüldü
21/08/2018 [18:53]:
Xaçmazda qəbiristanlıqda yanğın - 20-dən çox qəbir yandı
21/08/2018 [18:47]:
Qarabağ Komitəsi bir günə üç tədbir müəyyən etdi
21/08/2018 [18:45]:
Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edildi - Fərman
21/08/2018 [18:44]:
“Xaqanidən roman yaz, mən çatdıra bilmədim” – Musa Yaqubdan Rüstəmxanlıya
21/08/2018 [18:43]:
Məhərrəm ayının başlama vaxtı açıqlandı...
21/08/2018 [18:33]:
“Çox cazibədarsan” deyib işdən qovdular - FOTOLAR
21/08/2018 [18:31]:
Nəticələr AÇIQLANDI - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu
21/08/2018 [18:29]:
Prezident Qusarda yol tikintisinə 4,1 milyon manat ayırdı
21/08/2018 [18:28]:
Azercell beynəlxalq qurumların diqqətində
21/08/2018 [18:17]:
Başına qurbanlıq keçi düşdü... – Tragikomik hadisə
21/08/2018 [18:00]:
"Yaxşı maaşlı yetərincə iş yerləri yoxdursa, deməli, yerlərdə güzəran da yaxşı deyil"
21/08/2018 [17:53]:
“Qadın lütlənəndə, araq içəndə özünü azad sanırsa – vay o azadlığa!..” - Fikir savaşı
21/08/2018 [17:50]:
Quş qırıcı təyyarəni “vurub saldı” - İNANILMAZ...
21/08/2018 [17:45]:
Astarada yüz başdan çox iribuynuzlu heyvan tələf oldu
21/08/2018 [17:43]:
Günahkar hesab etdikləri qadını soyunduraraq küçədə döydülər - FOTO
21/08/2018 [17:41]:
Moskva S-400-lərin Türkiyəyə göndəriləcəyi vaxtı açıqladı
21/08/2018 [17:39]:
Bakı küçələrində ilk təmizləyici maşınlar - VİDEO
21/08/2018 [17:24]:
Mələkxanım Qurban bayramını Antalyada keçirəcək: "Tətildən qayıtdıqdan sonra..."
21/08/2018 [17:23]:
Ali məktəbə qəbul olanların nəzərinə
21/08/2018 [17:22]:
“Piyada səkiləri ya zəbt edilib, ya da...” - BNA
21/08/2018 [17:16]:
Sevgimiz dərman olsa... - Sabir Rüstəmxanlı və Məmməd İsmayıl Musa Yaqubu ziyarət edərkən
21/08/2018 [17:12]:
Qurban kəsməyə dəvət olunmayan baba nəvəsini öldürdü - DƏHŞƏT..
21/08/2018 [17:09]:
Bakı Minskə yeni silahlar sifariş edəcək - ŞƏRH
21/08/2018 [16:59]:
DADP sədri Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi
21/08/2018 [16:43]:
"Ermənilər Belarusu Azərbaycanla əməkdaşlıqdan çəkindirə bilmədilər və “Polonez” ölkəmizə gətirildi”
21/08/2018 [16:43]:
Rövşən Rzayev köçkünlərin şikayətini dinlədi
21/08/2018 [16:41]:
70 yaş - qocalığımın gəncliyi, xoş gördük!
21/08/2018 [16:39]:
Dörd nəfər qonşusunu döyərək öldürdü
21/08/2018 [16:38]:
“Bakmil” bayram günlərində adi qaydada işləyəcək
21/08/2018 [16:37]:
“Bakcell”dən sərfəli 4G təklifləri
21/08/2018 [16:24]:
“Microsoft” şirkəti Rusiyanı ABŞ-da keçiriləcək Konqres seçkilərinə qarışmaqda ittiham etdi
21/08/2018 [16:23]:
Bakıya gətirilən 70-dən çox qurbanlıq qoyun tələf oldu - Fotolar
21/08/2018 [16:04]:
Putin: "İslamın əsl dəyərləri insanları birləşdirməyə yardım edir"
21/08/2018 [15:48]:
Trampın açıqlamasından sonra, türk lirəsi bir az da ucuzlaşdı
21/08/2018 [15:35]:
"Bundan xilas olmaq üçün telekanalların başına abırlı, ləyaqətli adamlar gətirilməlidir”
21/08/2018 [15:34]:
Rusiya Bankı Ermənistanda və 3 separatçı qurumun ərazisində BANKOMATLAR QURAŞDIRDI...
21/08/2018 [15:32]:
İran öz qırıcısını yaratdı
21/08/2018 [15:12]:
"XDMX digər güc strukturları birlikdə təhlükəsizliyə və sabitliyə böyük töhfələr verməkdədir"
21/08/2018 [15:05]:
"Bu təxribatın qarşısının alınması üçün bütün mümkün vasitələrdən istifadə etmək lazımdır"
21/08/2018 [15:04]:
Hər dəfə 600-dən çox bal toplasa da, universitetlərdən imtina edən xanım – “Dəli olduğumu düşünürdülər, amma..”
21/08/2018 [14:41]:
Ruhanidən Türkiyəylə Pakistana “savaş uçağı” çağırışı
21/08/2018 [14:38]:
Müğənni Mətanət: "O yerim qalmadı ki, oradan öpməyəsən" - VİDEO
21/08/2018 [14:36]:
Çimərlik üçün əlverişli hava proqnozlaşdırılır
21/08/2018 [14:32]:
Ermənistanın sabiq müdafiə naziri axtarışa verildi
21/08/2018 [14:31]:
Moldovadan nümunə götürək, yoxsa, miqrasiyanı yaradan səbəbləri aradan qaldıraq?
21/08/2018 [14:29]:
Rəsmi Bakıdan alman deputatın “qara siyahı”ya düşməsi barədə -AÇIQLAMA
21/08/2018 [14:25]:
Nəcməddin Sadıkov Belarusa getdi
21/08/2018 [14:14]:
Belarus səfiri erməni jurnalistin eyforiyasını dağıtdı
21/08/2018 [14:06]:
Afaq Aslanın YENİ İMİCİ - FOTOLAR
21/08/2018 [13:58]:
“Ədəbiyyatsız heç bir ideologiya, dövlətçilik təfəkkürü, milli təfəkkür ola bilməz”
21/08/2018 [13:40]:
Manaf Mətanətə görə “razborka” etdi: "Həmin adamları gətirdim, diz çöküb üzr istədilər”
Bütün arxiv bir sırada
21/07/2018 [20:12] - Müsahibə - ( 4451 dəfə baxılıb)

“Elat tonqalını söndürmək mümkün deyil!...”



Moderator.az Borçalı Cəmiyyətinin sədri, DAK İdarə Heyətinin üzvü Zəlimxan Məmmədli ilə müahibəni təqdim edir:

– Zəlimxan bəy, Elat bayramına sayılı günlər qalıb, bu bayramla bağlı ovqatınız, əhvalınız nə yerdədi?

– Ovqatımın yüksək olmasının təməlində niyyətin saflığı, təməlin bu niyyətə uyğunluğu durur. Biz Elat bayramını gündəmə gətirəndə niyyət yalnız və yalnız mütləq xeyirə olub. O baxımdan çox rahatıq. Artıq Gürcüstan girişimə qadağa qoysa da, müəyyən qüvvələr bunun əleyhinə təbliğat aparsa da, artıq hər ocaqda bir Elat tonqalı var, Elat istisi var, qazancımız odur. Əngəl törədən gürcü də, bizə mane olanlar da dərk edəcəklər ki, bu cəhdləri əbəsdir və niyyətimiz saf olduğu üçün, başqa bir bəd düşüncədə olmadığımız üçün çox rahatam, inanıram ki, bu, qarşısıalınmaz bir prosesdir və bu proses hökmən millətlərin, xalqların, dinlərin, mədəniyyətlərin yaxınlaşmasına yalnız yardım edəcək. Amma bunu istəməyən qüvvələrin maraqlarına uyğun olmadığı üçün, onlar müqavimət göstərəcəklər.

– Təşəkkür edirəm, bəy! Demək, Elat bayramını biz 8 il keçirdik, hətta oraya 30 min də, 50 min də deyən oldu, insanlar yığılırdı və buna müəyyən qısqanclıqlar oldu. 8-ci ildə istədilər ki, bunu “Dmanisoba” ilə əvəzləsinlər, lakin camaat oraya yenə də Elat adıyla toplaşdı. Sizcə bu gün vəziyyət necədir?

– Bilirsən, bəy, köhnə Sovetlər birliyinin içərisində millətlərarası nifaq toxumu səpən bir mexanizm hələ də mövcuddur. Yəni, “SSRİ” dediyimiz bir imperiya. Nə qədər “qardaş” desək də, eyni zamanda ayrı-ayrı yerlərdə gələcəkdə millətləri toqquşdurmaq üçün, azadlıq yollarını əngəlləmək üçün, imperiya ambisiyalarını gerçəkləşdirmək üçün, toxumlar səpdilər. Onu biz Elatda gördük və Gürcüstanda bir zehniyyət Borçalı türklərinin icmalaşmasını, toparlanmasını, toplu olaraq Gürcüstanın həyatında iştirak etməsini istəmirlər. Ehtiyatkarlıqdandı, ya nədəndi, amma bu, bütün hallarda bəşəri qaydalara, Avropa standartlarına, insani duyğulara və bizim Azərbaycan-Gürcüstan münasibətləri tarixinə, bu gününə və gələcəyinə baxanda, görərsən ki, xatalı bir şeydir. Ən azı imperiya düşüncəsinin zehniyyəti oradadır. Onlar “ayır-buyur” xəttinə önəm verirlər, amma biz deyirik ki, yox, bu xətt artıq imperiyanın çürük siyasətinin tərkibidi, biz azad məmləkətlər qururuq, azad insanlarıq və əgər Avropa dövlətlərinin hər biri qapını sənə açırsa, sən də burada mənim soydaşıma qapını bağlayırsansa, onda bu, fəlakətdi. Yəni, ancaq Qafqazın, xüsusilə Gürcüstan-Azərbaycan münasibətlərinin, bütövlükdə şimali və cənubi Qafqazın gələcək taleyində mühüm rol oynama həqiqətini dərk edə bilməyən zehniyyət bu cür davrana bilər. Biz Gürcüstana inandıracağıq ki, Borçalı türkləri, sizin vətəndaşlar icmalaşdıqca, təşkilatlandıqca, aktiv ictimai-siyasi həyatda mövcud olduqca Gürcüstan güclənəcək. Bölgədə sülh, sabitlik, əmin-amanlıq uzunömürlü olacaq. Yad qüvvələrin, yad ünsürlərin bu bölgəyə girməsinin imkanları aradan qalxacaq və onları bu həqiqətə inandırmaq görünür ki, bizim missiyamızdır.

Bu vaxta qədər biz hər hansı bir formada qanun dışı, ədalətdən kənar, aşağılayıcı, başqasının varlığını inkar eləmək düşüncəsində olmadıq, sevgiylə gəldik, sevərək əl uzatdıq, biri zəiflik kimi dəyərləndirdi, o biri qabiliyyətsizlik kimi dəyərləndirdi, amma bəşəriyyət deyir ki, insanlıq elə burdadı. Və biz insanlıqla gəlmişik, bu baxımdan, biz bundan sonra da o xətti yürütməliyik ki, o zehniyyət mövcud Borçalı türkünün mahiyyətini dərk eləsin. Bəzən mənim bu ifadələrimi ağzıgöyçəklər pafos kimi dəyərləndirirlər, amma yox, gerçək budur. Borçalılıların ciddi, dinamik fəaliyyət göstərən və onun promlemlərini dünya miqyasına çıxardacaq təşkilatı var. Təəssüf ki, bir təşkilatı var, beş, on, on beş təşkilatı olaydı, bunlar arasında koordinasiya da olaydı, yəni zamanla bunlar da olacaq. Bu baxımdan rahatam ki, Gürcüstana girişimə qadağa var, yasaq qərarı var, Elatın üzərində bir “Danisoba” oyunu oynanılıbdı, bu səbəbdən də iflas olduqlarını özləri də dərk edirlər. Deməli, nə olur? Səbrimiz, ədalət müstəvisindən qaçmamağımız əsas şərtdir. Səbrli və ədalətli olmağımız udacaq. Əgər burda öfkələnsək və fərqli bir qərarlar qəbul eləsək, hansı ki, düşmənlər bunu çox və hər gün gözləyirlər, onda deməli daha ağır nəticələr ola bilər, hətta gələcəkdə o bölgədə ciddi konflikt zonası da yarana bilər. Bu, arzuolunan deyil, Azərbaycanın, Gürcüstanın, bir sözlə regionun milli maraqlarına uyğun olmadığı üçün, “Borçalı

Cəmiyyəti” birmənalı şəkildə baş verənlərin fərqində olaraq, onların arxasında olan qüvvələri o zehniyyətin hədəfləri bilərək, səbr, ədalət müstəvisindən enmir.

– Aydındır. Bəy, Azərbaycanın olduğu kimi, Gürcüstanın da işğal altında olan torpaqları var. “Borçalı Cəmiyyəti” fəaliyyətinin o torpaqların azad olunmasında bir xidmətini dilə gətirmək olarmı və bunu necə izah edə bilərsiniz?

– Gürcüstanın təbii ki, milli azlıq problemi var. Milli azlıqların əksəriyyətinin arxasında da Rusiya durub. Və müəyyən mənada Borçalıda İranın hansısa çirkli oyunları var. Etnik separatçılıqdan əziyyət çəkir. Gürcüstanı bölmək üçün Abxaziya, Osetiya – bunu açıq şəkildə adıyla deyirik və onları ittiham edirik, hətta onların narazı olan təbəqələri var – bir tərəfi də Cavaxetiya, burada deyək ki, Acarıstan problemləri var, amma, həm də Borçalını süni şəkildə o müstəviyə daşımaq istəyirlər. O baxımdan düşünürəm ki, Borçalı türklərinin gerçək mahiyyətini dərk eləsələr, Borçalı türkləri ən azı mədəni tədbir olan kütləvi Elat bayramı ilə gələcəkdə Gürcüstanın vahidliyinin qarantlarından biri ola bilər. Hətta gələcəkdə mövcud zehniyyət, bu hakimiyyətin zehniyyəti dəyişsə, biz gələcəkdə hətta separatçıları – cəsarətlə deyirəm bunu – separatçıları o mərkəzlərin, imperiya mərkəzlərinin, Kremlin nəzarətindən ala bilərik. Və Gürcüstanın qüdrətlənməsinə və güclənməsinə ən böyük töhfələri unikal bir model olaraq, Gürcüstan içərisində bir milli azlıq bu missiyanı yerinə yetirə bilər ki, o da Borçalı türkləridir. Borçalı türklərindən başqa kompakt, bir yerdə yaşayan ikinci bir toplumun bu missiyanı daşıyacağını düşünmürəm. Ona görə ki, hər yerə uzanan çirkli əllər müəyyən mənada öz işini görür.

– Təşəkkür edirəm, Zəlimxan bəy! Burada başqa bir məsələyə də toxunmaq istəyirəm: bütün böyük tədbirlərin bir iqtisadi tərəfi də var, Macarıstan türklərinin buna bənzər bir tədbiri hər il keçirməsi, dövlətin buna əl qoyması, maddi yardım etməsi, oradan dövlət büdcəsinə kifayət qədər vergi haqqının gəlməsi bir nümunədir. Sizcə bundan fərqli olaraq, Gürcüstan hökuməti təbii yolla qurulmuş müasir model olan Elat bayramından niyə istifadə etmək və ya yararlanmaq istəmir?

– Birinci qorxu sindromu, yəni fobiya, bu, etnik azlıqlardam qorxu sindorumudur. İkincisi, borçalılıların türk və müsəlman olması faktorundan qorxanlar, bunu əsas gətirənlər var. Amma tale elə gətirib ki, biz bir coğrafiyada yaşayırıq, xeyir-şərimiz bir yerdə olub. Təbii ki, Gürcüstanın Dmanisi bölgəsinin başbilənləri quberniya, mədəniyyət nazirliyi səviyyəsində turizm zonası üçün nələr etmək lazımdır, deyərək qafa sındırırlar. Amma biz hər zaman dedik ki, biz Armudlunun timsalında Gürcüstanı dünyayla bir eləyib, onun daha pozitiv tərəflərini çatdıraraq, Gürcüstanı turizm ölkəsi olaraq tanıtmağa, bu bölgənin də turizm imkanlarını inkişaf etdirməyə çalışırıq. İş adamlarını, investisiyaları buraya cəlb eləmək istəyirik, konkret nəticələr də var ki, ayrı-ayrı sahələrə investisiyalar qoyulur, onlar bizim dostlarımızdır, bizim xətlə, Elat xəttiylə ediblər bunları. Bunlar Gürcüstana mənfəət gətirir. Gürcüstanın dayanmış müəssisələrinin işlənmə faktoru var, artıq mənfəət gətirir. Dağılmış binasının yenidən inşası və vergi ödəciyisinə çevrilməsi faktları var. Bunlar gözümüzün qabağında baş verir, bunu edənlər bizim dostlarımızdır. Təbii ki, bu yanlışlıqları Gürcüstan özü üçün eləyir. Nə qədər Avropa ailəsinə daxil olsa da, həmin Kvemo-Kartli bölgəsinin konkret halda dağ turizmi və yaylaq mədəniyyətinin nümayişi ətrafında mövcud olmalı olan, imkanları geniş olan bir turizm şəbəkəsinin qarşısını özləri alırlar. Yəni bir yad etnik azlıq, etnik kimliyin mədəniyyətini qəbul etməməklə həmin bölgədə konflikt zonası yaradır, bunu indiki İvanişvili hökumətinin əliylə yaradır. Və təəssüf edirəm ki, gürcü xalqı buna dözür. Bu dediklərimiz Gürcüstanın investisiya mənbəyidir. İnvestisiya Gürcüstan üçün bizim Azərbaycanın olan neftdir, qazdır və onun kapitalı deməkdir, büdcəsinin zənginliyi deməkdir, dünyada məşhurlaşması deməkdir, həmin bölgədə fabriklərin, zavodların tikilməsi deməkdir, Türkiyə, Azərbaycan iş adamlarının intensiv şəkildə gürcülərlə ortaq müəssisə qurması deməkdir. Kənd təsərrüfatı məhsulları, o cümlədən heyvandarlıq, tərəvəzçilik, həmçinin dəriçilik, toxuma, tikiş kombinatlarının tikilməsi üçün şərait var, gözəl suları var. Bunların hamısı nədir? İnvestisiya zonalarıdır, biz, hətta investisiya turizmi üçün Dmanisinin bir nömrəli müstəviyə çıxmasının tərəfdarı olmuşuq. Bu haqda 2011-2012-ci illərdə verdiyimiz müsahibələr, bəyanatlarımız ki, var, biz buna çağırmışıq, gürcüləri
inandırmağa çalışmışıq. Görünür zəhərli zehniyyət, siyasi zehniyyət hər bir Gürcüstan vətəndaşına mənfəət gətirəcək bir layihəni tormozlamaq gücündədir, təəssüf olsun. Yəni, bax çirkli siyasət dediyimiz şey odur. O da hesab edirəm ki, zaman kəsiyində aradan qalxmalıdır. Alternativ variantı yoxdur.

– Təşəkkür edirəm, bəy! Sizin dediklərinizdən indi verəcəyim sual bir qədər açılır, amma istəyirəm ki, sizin Gürcüstana girişinizə Gürcüstan tərəfindən qoyulmuş əsassız yasaq qərarının daha nələrdən qaynaqlandığını açıqlayasınız.

– Yəni, biz yaxşı bir şey istəyirik, daha gözəl olmasını istəyirik, obrazlı götürsək, bir zehniyyət də əski modelin qalmasını və daha pis olmasını istəyir. Bizim toqquşan təfəkkürümüz buradadır. Biz soydaşımızın Gürcüstan içərisində vətəndaş hüquqlarının təmin olunmasını istəyirik, biz vaxtilə soydaşlarımıza yönəldilmiş tarixi ədalətsizliklərin aradan qaldırılmasını istəyirik, toponimlərin bərpasını istəyirik, biz milli məktəblərin toxunulmazlığını istəyirik. Biz soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyası üçün daha ciddi dövlət layihələrinin işlənməsini istəyirik. İstəyimiz nədir? Gürcüstanın bütövlüyünü istəyirik. Bunun əleyhinə olan zehniyyət var. İran ayrı oyun oynayır, gürcü şovinist zehniyyəti ayrı oyun oynayır, Rusiya başqa bir oyun oynayır. O baxımdan, bizim bu xəttin aradan qaldırılması üçün, durdurulması üçün hər şey edirlər. Başa düşdüm, mən tərəfdən tutaq ki, hər hansı hüquq pozuntusu olsaydı, elan edərdilər, bu cinayətə görə, cəza varsa çəkərsən. Amma mən burada cəsarətlə deyirəm, Allahın birliyinə andım olsun, Gürcüstan anayasasına andım olsun, Azərbaycan anayasasına andım olsun, bir dəfə də olsun hüquq dışı fəaliyyət göstərmədim, heç kimsəylə maliyyə ortağı olmadım, heç bir biznes işində iştirak eləmədim, sadəcə ictimai fəal oldum. Soydaşımın pozulmuş haqlarını dilə gətirdim, onun Gürcüstan cəmiyyətinə inteqrasiyası üçün əngəlləri sadaladım, Gürcüstan siyasi hakimiyyətlərini, gürcü elitasını bunların aradan qaldırılmasına səslədim. Bax, mənim “qəbahətim” budur. “Qəbahətim” soydaşıma yuxarıdan-aşağı baxan zehniyyətin yanlış olduğunu dilə gətirərək, onu soydaşımla eyni müstəviyə çıxartmağım oldu. Vətəndaş hüquqlarını qorumağım oldu, bu baxımdan, bu andımı bir də təkrar eləyərək deyirəm ki, bu qərar siyasi mahiyyətlidir, ictimai fəallıqla bağlı qərardır. Zəlimxan Məmmədlinin yurd dışı edilməsi hüquqi pozuntu ilə bağlı deyil, bu, bir. İkincisi, paralel gəlirik “Borçalı Cəmiyyəti”nin fəaliyyətinə. Başa düşdük, tutaq ki, mən xatayam. Bəs, “Borçalı Cəmiyyəti”nin üzərindəki bu qədər oyunlar nəylə bağlıdır? İcmalaşmasın, təşkilatlanmasın, siyasi prosesdə iştirak eləməsin, ictimai fəallıq göstərməsin. Bu, o deməkdir.

– Alternativ yaratdılar, o da sonradan dağıldı...

– Alternativləri himayə elədilər. Gürcüstanın indiki hakimiyyəti himayə elədi, Azərbaycanın indiki xəstə zehniyyətli hakimiyyəti himayə elədi. Ziyalı adına xələl gətirənlər, Borçalı kökənlilərdən bəzi adımıza ləkə olanlar himayə elədilər. Onların nəfsindən istifadə edib bizə qarşı çıxdılar. Elə hesab elədilər ki, niyyətlərinə çatıblar, amma yox, o insanları, o Borçalı kökənliləri bir zaman sosial şəbəkədə paylaşmışdım. Onlar hələ də ruhumuz tərəfindən təqib olunurlar. Onlar etiraf eləməmiş, bu yoldan çəkilməmiş bağışlanmayacaqlar. Borçalının problemi o adamlardı. O “Borçalı” Cəmiyyətinin sədri, ümumun yerinə göz dikib, dostluq adını, eloğluluq adını, ziyalılıq adını istismar eləyən sədr, hansı ki, indi özü Gürüstana girişə yasaqla üz-üzə gəlib və onları himayə eləyən, bizi olmazın saxta ittihamlarla – “yedilər, dağıtdılar, böldülər, bizə qalmadı” ittihamlarıyla ləyaqətə, kişiliyə, eloğluluğa, ziyalılığa yaraşmayan bütün çirkinlikləri elədikləri də bir faktır, Borçalı problemləri elə budur. Və Gürcüstandan daha çox, problem bizim o zehniyyətdə olan ziyalı adını istismar eləyənlərdir. Mənə elə gəlir ki, bu müddətdə aydınlaşma gedir və soydaşım da get-gedə hər şeyi, ədaləti görür. Əvvəl dediyim kimi, ədalət müstəvisinin nədən ibarət olmasını görür. Bizim hansı mərhələdə olduğumuzu dərk edənlərin sayı çoxalır. Yəni, təbii proseslə toplum özü söz deməyə hazırlaşır.

Elatı söndürə bilmədilər, bu tonqalı söndürmək mümkün də deyil, Zəlimxanın giriş qadağasına da toplumdan dəstək ala bilmədilər. “Borçalı”nın durdurulmasına da toplumdan dəstək ala bilmədilər. Mahiyyət etibarilə o xətlər iflasa uğrayıb, biz isə yerimizdəyik, şükür Allaha. Yolumuzu gedirik, Elata hazırlaşırıq, mənə elə gəlir ki, builki Elat artıq fərqli bir Elat olacaq, ola bilər, mane olmaq istəyənlər olsun, amma ədalətsiz olacaqlar, daha bir günaha da

batacaqlar, biz də yolumuzdan dönəsi deyilik. Hətta orada başqa bir ittihamlar da gələ bilər, onları da zaman dəfn eləyəcək. Buradan bir daha elə də deyirəm, mən hər zaman Gürcüstanın müvafiq orqanları, təhlükəsizliyi, Daxili İşlər orqanları olsun, dəvətlərini qəbul etməyə, Gürcüstana getməyə, hətta qandaldısa, ona əlimi uzatmağa hazıram, qandallayıb aparıb mühakimə eləsinlər... Ona görə ki, məni bir Allah bilir, bir də yerdə ruhum deyir ki, sən safsan, tərtəmizsən, səndə bu saxta ittihamlar uzun zaman çəkməyəcək.

– Bəy, bu proseslər Gürcüstanda getdi və bu yasaq qərarı da oradan qoyuldu, eyni zamanda gördük ki, oralı-buralı bizə qarşı qurulmuş müştərək bir şəbəkə var. Amma demək istəyirəm ki, Azərbaycan hökuməti də “Borçaıı Cəmiyyəti”nin bu mötəbər tədbirlərinə dəstək olmadı. Bəs bunu nəylə əlaqələndirirsiniz?

– Azərbaycanda zehniyyətin çürük olması, demokratik olmaması, asılı olması, milli olmaması ilə bağlayıram. Başqa heç nə ilə. Azərbaycanı idarə eləyənlər milli məfkurədən çox uzaqdırlar. Azərbaycanı idarə eləyənlər – buna deyərlər ki, müxalifət kimi danışır, amma mən həqiqəti deyirəm  Azərbaycan neftini tükətməklə məşğuldurlar, birdən görürsən ki, günün günorta çağında Azərbaycanda “bomba” partladı, Azərbaycan qaranlığa qərq oldu. Təkcə bu yox, bir məmuru da baltaladılar, bu olmadı, polisini güllələdilər, günün günorta çağında bıçaqladılar. Bunlar onun nişanələridir ki, haramlarla idarə olunan, haramlarla qidalanan zehniyyət milli məfkurəyə dəstək verə bilməz. Mənim “günahım” nədən ibarətdir, əyilmədim, yaltaqlanmadım, onun-bunun qapısını döyüb dilənçilik eləmədim, ruhumuza güvəndim, bir də öz cibimizdən çıxan qəpik-quruşa güvəndim. Bir də Avropadan tutmuş Türkiyəyə və buraya qədər olan dostlarımızın sədaqətinə güvəndik. Və heç kimin də maliyyəsinin girovunda olmadıq. Azad insanlarıq və ən böyük üstünlüyümüz ondan ibarətdir ki, sübut elədik ki, sənin zehniyyətin nə qədər çürük, antidemokratik olsa da, bizim yol toplum, millət, xalq yoludur və bu yolu da davam edib gedəcəyik. Bunu hamı da bilməlidi ki, demokratiya olmadan Azərbaycanın milli layihələri, o cümlədən Borçalı və ya digərləri olsun, Qarabağ məsələsi olsun, həll olunası deyil.

– Bəy, siz Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qoyulan yasaq qərarının ləğv olunacağı günü necə təsəvvür edirsiniz?

– Vallah, mən onun üzərində xüsusi olaraq piyarlıq qurmaq istəmirəm, amma duyduğum odur ki, bu, gec-tez olacaq, mən Gürcüstanın bir akademiyasının akademikiyəm və gürcü elitası tərəfindən Gürcüstan siyasi hakimiyyətinə meydan oxunub. Bu, o deməkdir ki, Gürcüstanda aydınlar var, ziyalılar var, gerçək bəşəri dəyərlərə sadiq olan elm adamları var, onlar siyasi hakimiyyətin əleyhinə möhür vurdular. Onu bilirəm ki, dediyiniz baş verəndə çox sadə gedişim olacaq, amma mənə elə gəlir ki, o zaman Gürcüstan hakimiyyətində kim olacaqsa, özləri məni gül dəstələri ilə qarşılayacaqlar.

– Qarşıdan gələn Elat bayramı barədə fikirlərinizi, arzularınızı eşitmək istərdik.

– Mən elimizi təbrik edirəm. Bu müddətdə, 9 ildə bu yolu təkcə Zəlimxan gəlmədi, mən Elatın və digər işlərimizin Zəlimxanın adıyla bağlanmasının qəti əleyhinəyəm. Onu biz elədik, elimiz elədi, Borçalı elində yanan hər bir çıraq elədi, kasıb olsa da, cibindən çıxanı gətirdi, Elatda öz süfrəsini açdı, zəngin olub vicdanından uzaqlaşanlarsa qıraqdan baxdılar, pusquda durdular. Amma qeyrəti olan insanlarımızın əksəriyyəti orada oldular, cəsarətlə deyirəm, 204 kənddən orada aydınlarımız iştirak etdilər. Heç bir hökmdar bu fərmanı imzalaya, onları yığa bilməyib, hökmdarın fərmanı olmadan, millətin, toplumun ruhu öz sözünü dedi. Bundan sonra da mənim soydaşlarıma müraciətim budur: Bayramınız mübarək olsun, özünüzə güvənin, Allahınıza güvənin, haqqınıza, ədalətinizə güvənin, yolunuzu gedin, səbrlə gedin, yuxarıdan, aşağıdan - kimdənsə istəməyin, yardımı bir Allahdan diləyin, bir də özünüzə güvənin. Onda ədalət bizim qabağımıza gələcək, xoşbəxtlik bizimlə olacaq. Çətin yoldu, fədakarlıq tələb eləyir, biz toplum olaraq fədakarlıq edib Gürcüstanda öz layiq olduğumuz yeri göstərəcəyik, Gürcüstanı bölmək istəyənlərin qabağında bütün varlığımızla duracağıq. Qüdrətli Gürcüstan bizim hədəflərimizdən biri olacaq. Pozulmaz Gürcüstan-Azərbaycan münasibətləri! Pozulmaz Türkiyə-Gürcüstan-Azərbaycan qardaşlığı! Daim inkişaf edəcək, biz bunun tərəfdarı olacağıq. Yad qüvvələrin buraya girməsinin qarşısı alınacaq. Ordan-burdan yönələn məkrli qüvvələrin əlini kəsəcəyik. Mütləq kəsəcəyik, bunu borçalılılar edəcək. Mən orada boya-başa çatmışam, oranın suyunu içmişəm, orayla qidalanmışam və nəfəs aldığım bölgələrdən biri oradır. Təbii ki, amalımda bir bütöv Azərbaycan, vahid bir Türk dünyası var. Amma onun içində Borçalı o qədər gözəldir, o qədər unikaldır ki, onu saf saxlamaq hər birimizin mənəvi borcudur.

– Bəy, sonuncu sualımı verirəm: Bu il Elat bayramının təmtəraqlı keçirilməsi üçün hansı tədbirlər görülüb?

– Əsas odur ki, biz sizinlə söhbət eləməzdən əvvəl “Eldən-Elata” jurnalının növbəti nömrəsi üzərində işləyirdik. Bir də ən böyük tədbir insanların ruh daşıyıcısı olmalarıdır. Bizim işimiz tədbirdir, belə tədbirlərə adətən milyonlar xərclənir. Amma kənardan müşahidə edənlər düşünürlər ki, görəsən biz bunu nəylə edirik? Unutmasınlar ki, bizə o payları Allah verir, bizim ruhumuz, toplumun ruhu yerindədi, özləri toparlanıb Elata gedirlər. Artıq məlumatlarım var ki, 5 laridən yığıb avtobus sifariş edib Elata hazırlaşırlar, 10 laridən yığıb Armudluda quzu kəsməyi planlaşdırırlar. Təbii ki, qabağımızı kəsmək istəyənlər də olacaq, amma ayın 26-da, saat 11-də Allahın köməkliyi, elimizin gücü ilə Elat şəhidimiz Mikayıl Orucovun xatirə abidəsini ziyarət aksiyası keçirəcəyik. O abidəni qurmaq da Allahın, ruhların tapşırığıdır. Çıxışlar da orada olacaq, gəzintimiz, yallı rəqsimiz baş tutacaq, aşıqlarımız, ozanlarımız qara sazın ruhuna sığal çəkəcəklər. Sizə də uğurlar arzulayıram. Allah yolumuza işıq salsın!

Söhbətləşdi: Elbəyi Cəlaloğlu.


Bu vəhyi Qurban bayramı günü qəbul etdim – Elmi-lədun
"XVI Yay Paralimpiya Oyunlarında yeni idman növləri ilə təmsil olunmaq istəyirik" - VİDEO
Qazaxın işğal altında olan 7 kəndi haqqında nə bilirik? - (FOTOLAR+İLK DƏFƏ)
Günahkar hesab etdikləri qadını soyunduraraq küçədə döydülər - FOTO
Sevgimiz dərman olsa... - Sabir Rüstəmxanlı və Məmməd İsmayıl Musa Yaqubu ziyarət edərkən
İdrak Liseyi - Keyfiyyətli təhsil
Nabranda ailəvi istirahət üçün kotec tipli kirayə evlər. Ətraflı məlumat üçün əlaqə nömrələri:

050 311 11 64, 055 681 11 64

N.Tusi adına Klinika
Maraqlı
Min bir dərdin dərmanı olan çiy dəmləmələr- Möcüzəvi faydaları və reseptləri
Ədəbiyyat
İlk qonorarı kimlər alıb? – Puşkin, Tolstoy və Dostoyevskinin qazancları...
Dünya
“Çox cazibədarsan” deyib işdən qovdular - FOTOLAR
Dünya
Başına qurbanlıq keçi düşdü... – Tragikomik hadisə
Hadisə
Quş qırıcı təyyarəni “vurub saldı” - İNANILMAZ...
Həftənin ən çox oxunanları
Ərdoğan Trampa QALİB GƏLDİ: dollar sürətlə düşür
Azərbaycanda benzinin qiyməti qalxdı - Son qiymət
“Extibar, Extibar, ŞTO TAKOYE “BAMBILI”?..”
Şagirdlər kütləvi şəkildə dəfn olundular – Faciənin fotosu
Türkiyə zəvvarları Mədinədə Peyğəmbər(s) kimi qarşılandı - GÖZLƏNİLMƏZ...+VİDEO
“Böyükdən kiçiyə qədər onlara tüpürmüşəm...” - Xalq artisti televiziya rəhbərlərini sərt qınadı...
Avtobus sürücüsü salonda unudulmuş 852 mini sahiblərinə qaytardı - İBRƏTAMİZ
"Səhv etmirəmsə, Şeyxülİslam Allahşükür Paşazadə də Baqramyanla bərabər gəlmişdi"
Hadi Rəcəbli barəsində yazanlara xəbərdarlıq etdi: “Bu qədər şərəfsiz hərəkət etmək olmaz”
"Köçəryanın Azərbaycan barədə dedikləri doğrudur, bunu bilməyən yoxdur”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə