Seyid Lazım Ağadan sonra LAZIMSIZ qalan Ağdam…
Oxunub: 7049
23 Jul 2018 | 15:20
Seyid Lazım Ağadan sonra LAZIMSIZ qalan Ağdam…
…Əsrin dörddə biri qədər zaman kəsimində bizsiz qalan Ağdam şəhərinin çox atributları vardı; Ağdam məscidi, Ağdam çayxanası, Ağdam çörək muzeyi, Ağdam İmarəti, Ağdam bazarı, kimlər üçünsə Ağdam çaxır zavodu, “Ağdam” çaxırı, pivəsi… Bunlar maddi-mənəvi atributlar idi. Bir də Ağdamın canlı mənəvi rəmzləri vardı- məşhur ziyalıları, musiqiçiləri, xanəndələri, xalq-hökumət balansını gözləyə bilən kişi vəzifə sahibləri və s. 1988-ci ildən bu yana bu atributlar sırasına Qarabağ qəhrəmanları da qatıldı; Freyd Asif, Şirin Mirzəyev, Allahverdi Bağırov, “Qatır Məmməd” və s.  

Ağdamın sağlıq, əmin-amanlıq günlərinin son dönəmlərinədək – hələ sovet dövründə isə  Ağdam deyincə öncə göz önünə iki nur üzlü insan gəlirdi: onlardan biri Seyid Lazım Ağa, digəri isə Xudu Məmmədov idi… Bu iki insan Ağdamın, Qarabağın mənəvi simasına çevrilmişdi… Hər ikisi  xalqın sevimlisi idi… Dünya şöhrətli kristalloqraf alim Xudu Məmmədovu insanlar  həm el arasında, həm də  televiziya kanallarında, qəzet səhifələrində görüb insanlığına, sadəliyinə, hikmətlərinə görə sevirdi. Fəqət, Seyid Lazım Ağaya sevgi və sayğı bütövlükdə xalq  içindən, el arasından qaynaqlanır, sovetlərin allahsızlıq dövrlərindəki amansız basqılara, repressiyalara rəğmən qəlblərdə işartısı görünən, közərən Allah imanından, İslam, Peyğəmbər(s),  İmam Əli(s), İmam Hüseyn(s)  sevdasından gəlirdi… 


Qısa tanıtım:  Seyid Lazım Ağa 1880-ci ildə indiki Laçın rayonunun Böyük Seyidlər kəndində anadan olub. Lakin ömrünün böyük hissəsini Ağdam rayonunda yaşayıb. Əvvəlcə Çəmənli, sonra isə Şıxbabalı kəndlərində ömür sürüb. XX əsrin əvvəllərində Ağdamın Çəmənli kəndində çox xeyirxah insan olan, qubernatorun yüzbaşısı işləyən Alı bəy yaşayıb. Alı yüzbaşı Seyid Lazım Ağanın ata-babası ilə çox yaxın dost olub. Ona görə də ailəni Çəmənli kəndinə dəvət edib və burada yaşaması üçün hər cür şərait yaradıb. Seyid Lazım Ağanın nəsli 4-cü imamımız Həzrəti Zeynalabdinin (ə) nəslinə mənsubdur. Seyid 

Lazım Ağa həm də düşmənlərə qarşı mübariz insan olub. O, 1914-1918-ci illərdə  xalq qəhrəmanı Sultan bəyin dəstəsində qulağı kəsik erməni daşnak generalı Andranikə qarşı vuruşub. 
Seyid Lazım Ağa 1994-cü ildə məcburi köçkün olduğu Mingəçevir şəhərində vəfat edib. Öz vəsiyyətinə əsasən Ağdam rayonunun Çəmənli kəndində dəfn edilib. Hazırda Seyid Lazım Ağanın məzarı üzərindəki məqbərəsini minlərlə insan ziyarət edir.
İmperiyalar dövründə də heç bir qadağa, heç bir qanun Peyğəmbər(s) yadigarı olan Seyid Lazım Ağaya sevgini, o inancı söndürə bilmirdi… Bildiyimizə görə, mərhum prezident Heydər Əliyev 1970-ci ildə Ağdam rayonunda səfərdə olarkən Seyid Lazım Ağanı şəxsən  ziyarət edib… 


İslamazeri.com saytında jurnalist İlkin Məmmədlinin Seyid Lazım Ağa haqqında yazdığı məqalədə oxuyuruq:

“Gözəl əxlaqlı ,sağlam vücudlu, uca boylu, üzündən nur yağan bu Peyğəmbər(s) övladının 114 illik həyatı möcüzələrlə dolu olub. Onun cəddinə pənah gətirən heç kim ümidsiz qayıtmayıb. Heç kəsdən özü üçün nəzir qəbul etməzdi. Verilən nəziri kasıblara paylayardı. Dini məktəb oxumasa da, Seyid Lazım Ağa Quranı əzbərdən bilir, çox mükəmməl Quran oxuyardı. Torpağa çox bağlı olan Seyid Lazım Ağa təsərrüfatla, heyvandarlıqla məşğul idi. Başına qaragül dərisindən papaq qoyarmış. Ağdam camaatı üçün Seyid Lazım Ağanın sözü “Quran” ayəsi kimiydi, heç kim keçə bilməzdi. Camaat Ağanın şəkillərini ciblərində gəzdirir, maşınlarının ön şüşəsinə yapışdırır, evlərinin ən görkəmli yerlərindən asırdı. Ağa adətən çox vaxt bazarda onun üçün qoz ağacından xüsusi hazırlanmış kürsüdə otururdu. Bazara gələnlərin çoxu onun əlindən öpməmiş, xeyir-duasını almamış bazardan çıxmazdı. Nəzir-niyazı olanlar da onu elə burda tapardı. Dükanın qarşısında bir qutu vardı, bu qutu axşamadək nəzir-niyazla dolardı. Amma Ağa əlini o nəzir-niyaza vurmazdı, bu nəzir-niyaz kasıb və ehtiyaclı insanlara paylanırdı. Yenicə hansısa işə başlayanlar, ya bir vəzifəyə gedənlər Ağadan bir-iki manat pul alardı - bərəkət olsun deyə...”

Hətta İslamın, Peyğəmbərliyin mahiyyətini anlamayan, namaz qılıb oruc tutmayan adi insanlar belə,  Seyid Lazım Ağanın yalnız adı gələndə özlərini yığışdırırdı. Belələri üçün Bakıda Seyid Mirmövsümağa necə bütləşmişdisə, Seyid Lazım Ağa da Ağdamda, Qarabağda bütləşmişdi. Seyid Lazım Ağa –  Ərəbistandan, İraqdan indiki Laçın ərazilərinə, oradan Ağdama, Bərdəyə  yayılan Peyğəmbər(s) nəslini təcəssüm etdirən nadir canlı heykəllərdən idi. Onun varlığı bizlərə bu dünyada itirməkdə olduğumuz LAZIM olan yolu –Allah, Peyğəmbər(s), Quran yolunu göstərirdi. Nə yazıqlar ki, çoxumuz yalnız o sonsuz dərəcədə LAZIMlı kişiyə -Kainat Əfəndisinin yadigarına nəzir verməklə, seyidlik, cədd nə olduğunu bilmədən onun “cəddini çağırmaqla”  borcumuzu bitmiş hesab edirdik… Fəqət, o Peyğəmbər(s) övladının buyurduğu yola lazımınca riayət etmirdik, halalı-harama qatırdıq… 

Rusiya imperiyası ermənilər və ermənipərəstlər vasitəsi ilə öncə ruhumuzu, mənliyimizi, dinimizi, imanımızı əlimizdən aldılar, sonra torpaqlarımızı işğal etdilər…. “Ağdam” çaxırı, pivəsi, arağı içib erməni bazarda çəkidə, qiymətdə, keyfiyyətdə alıcıları aldatdıqdan, qızlarıyla zina etdikdən sonra bir az çətinə düşəndə, işlərimiz dolaşanda, alverimiz zəif gedəndə Seyid Lazım Ağa, Ağdam məscidi yada düşür, gedib nəzir-niyaz verirdik… Bu minvalla nəfsimizə uyduğumuzdan 1988-1993-cü illərdə düşmən güclər qəfil bizi haqlayanda başımızı itirdik, birləşə bilmədik, yağılar bizi asanlıqla parçaladı və minlərlə şəhid versək də, Ağdam kimi şəhəri əlimizdən aldı... Cənnət-məkan  bir şəhərin yerində ucsuz-bucaqsız xarabalıqlar qaldı… O günlərdən də Ağdam bütün  mənalarda LAZIMSIZ qaldı… İşğaldan bir il ötməmiş -1994-cü ilin yanvarında Seyid Lazım Ağa bu dünyadan Haqq dünyasına köçdü, 6 ay keçmiş Haqq yolunun dönməz yolçularından olan Freyd Asif də uğrunda illərlə savaşıb canını qoyduğu doğma şəhərinin LAZIMsızlığına dözməyib dünyasını dəyişdi…

Bizlər isə 25 ildir  “qaçqın”, “köçkün”, “torpağını aza edə bilməyən millət” və s. töhmətlərinə dözə-dözə deyirik: “LAZIM gəlsə, Ağdamı da, Şuşanı da, hətta İrəvanı da azad edə bilərik…”
Seyid Lazım Ağadan söhbət gedirsə, o uca varlığın  bir daha bu dünyaya dönməsi mümkünsüzdür… Amma sözsüz ki, o kişinin Allah dərgahındakı ruhu Ağdamın LAZIMSIZ qalmasına çox narahatdır… Və çox güman ki, Axirət günündə Peyğəmbərimizlə(s) yanaşı, o Ağa da bizdən digər işğal altındakı bölgələrimizin də taleyinə nədən laqeydlik göstərdiyimizi, onları nədən LAZIMSIZ etdiyimizi soracaq…

Qarabağın, o cümlədən Ağdamın azad edilməsinin lazım gəlməsindən söhbət gedirsə,  bu ifadəni işlətməyin özü yanlışdı. Çünki  “lazım gəlsə” deyiriksə, deməli, hələ bu torpaqların bizlərə nə qədər LAZIM olduğunu dərk edə bilmirik… Deməli, 25-27 ildir Ağdam, Şuşa, Xankəndi, Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Füzuli, Zəngilan və s. bizlərə LAZIM deyil?..
Niyə demirik ki, lazım gəlsə, özümüzə villa ucaldacağıq, “Ağdam”, “Şuşa”, “Cıdır düzü”, “Zəngəzur” restoranları, şadlıq evləri, kafeləri tikəcəyik? Belə tikililəri 2-3 günə tamamlayırıq… Çünki onlar bizə gerçəkdən LAZIMDIR…

İkincisi də, hər gün, hər saat torpaqların azadlığı uğrunda LAZIM olanı etməliyik, LAZIMi  yolu getməliyik ki,  torpaqlarımızın azadlığı üçün də LAZIM gələni edə bilək… Bu yol isə Allah, Peyğəmbər(s), Quran, Seyid Lazım Ağa yoludur, yalançılıq, məddahlıq, saxtakarlıq, dələduzluq, korrupsiya yolu deyil…

P.S. Seyid Lazım Ağanı tanıyanlar onun 3 həyat prinsipi olduğunu və buna daim riayət etdiyini vurğulayır: ədalət, səxavət, ibadət… Səmimi cavab verək: hazırda ölkəmizdə bu prinsiplərdən hansı birinə kütləvi şəkildə əməl olunur?..


Oxşar xəbərlər
23:50, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
23:47, Bu gün
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
23:47, Bu gün
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
23:41, Bu gün
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
23:41, Bu gün
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
23:37, Bu gün
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
23:35, Bu gün
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
23:32, Bu gün
Bakıda bu evlər bahalaşdı
23:26, Bu gün
Gəncədə yaşayış binasın dam örtüyü yanır
23:20, Bu gün
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
22:55, Bu gün
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
22:50, Bu gün
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
22:47, Bu gün
İşıqforda güllə yağışı: Yaralılar var
22:44, Bu gün
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
22:43, Bu gün
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
22:41, Bu gün
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
22:38, Bu gün
İndoneziya Cakartaya xüsusi status verir
22:35, Bu gün
Dostunun ad günündə dava saldı: Həbs olundu
22:33, Bu gün
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
22:30, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
22:30, Bu gün
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
22:27, Bu gün
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
22:22, Bu gün
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
22:18, Bu gün
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
22:07, Bu gün
Quzu ətindən baha olan göbələk növü - VİDEO
22:03, Bu gün
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
21:59, Bu gün
Ən şanssız 4 bürc
21:50, Bu gün
Yaxınlığında yerləşən məzar 680 minə satılır
21:45, Bu gün
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
21:38, Bu gün
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:30, Bu gün
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO