Xəbər lenti
22/08/2018 [10:52]:
Mehriban Əliyeva aztəminatlı ailələr üçün qurban kəsdirdi - FOTOLAR
22/08/2018 [10:51]:
“Televiziyalarımızdakı bayağılıq düşünülmüş siyasət təsiri bağışlayır”
22/08/2018 [10:30]:
Meksikada ictimai yerlərdə seksə icazə verildi
22/08/2018 [10:28]:
Samir övladları ilə FOTO paylaşdı
22/08/2018 [10:21]:
Göydələn zəlzələdən sonra yana əyildi - VİDEO
22/08/2018 [10:17]:
Ərəfat dağında uşaq doğuldu - Dünyada ilk
22/08/2018 [10:13]:
Azərbaycanda ata ilə qızı eyni universitetə qəbul olundular
22/08/2018 [10:11]:
Məscidlərdən şikayət etdi - 18 ay həbs cəzası aldı
22/08/2018 [10:09]:
“Əgər Ermənistanı Rusiyadan qoparsalar Qafqazın qapıları üzünüzə həmişəlik bağlanacaq...”
22/08/2018 [09:58]:
Qubad İbadoğlunun dediyi kritik 10 gün: Türkiyə böhranı adladımı?
22/08/2018 [09:52]:
“Konsertimə giriş sərbəstdir...” - Mənsum İbrahimovun bayram konserti olacaq...
22/08/2018 [09:46]:
Millət vəkili ön cəbhə kəndlərində çalışan müəllimlərin Qurban bayramını təbrik etdi
22/08/2018 [09:41]:
"Həcc ziyarətinə gedən zəvvarların heç bir çətinlikləri yoxdur" -Allahşükür Paşazadə
22/08/2018 [09:40]:
Keçmiş vəkilindən Trampla bağlı etiraf - “2 qadını susdurmaq üçün...”
22/08/2018 [09:38]:
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirildi
22/08/2018 [09:35]:
Ermənistan silahlı bölmələri atəşkəs rejimini pozdu
22/08/2018 [09:33]:
Azərbaycan məscidlərində Qurban bayramı namazı qılındı
22/08/2018 [09:31]:
“Şəhid anasını diz çökdürməmişəm” - Manafdan açıqlama
22/08/2018 [09:29]:
Sarkozi və ailəsi Bodrumda istirahətdə -FOTOLAR
22/08/2018 [09:27]:
Onlayn dünyanın milyonçuları - Siyahı
22/08/2018 [09:15]:
Amerikalı aktrisa Barbara Harris vəfat etdi
22/08/2018 [08:48]:
Çində internet istifadəçilərinin sayı 800 milyonu ötdü
22/08/2018 [08:45]:
Azərbaycan və Rusiya birgə müəssisələr yaratmağı planlaşdırır
22/08/2018 [08:39]:
Venesuelada güclü zəlzələ dağıntılar törətdi - VİDEO
22/08/2018 [00:34]:
Yer kürəsində nə vaxt suyun olmayacağı bilindi: Qiyamət gününün vaxtı dəqiqləşdi...
21/08/2018 [23:24]:
Azərbaycanlı nazirin 50 min dolları həbsdə qaldı
21/08/2018 [23:07]:
Paytaxt yollarında tıxacı yük maşınları yaradır? - DYP-dən açıqlama
21/08/2018 [23:00]:
Adnan Oktara bu ölkədən hər ay 1 milyon dollar gəlirmiş
21/08/2018 [22:58]:
Nazirlik imkansız köçkün ailəsinin köməyinə çatdı
21/08/2018 [22:57]:
50 dollar borcla işə başladı, indi 5 min mağazası var - FOTOLAR
21/08/2018 [22:16]:
Kipr də rusiyalı milyarderlərin hesabını dondurdu
21/08/2018 [22:07]:
Min bir dərdin dərmanı olan çiy dəmləmələr- Möcüzəvi faydaları və reseptləri
21/08/2018 [22:00]:
Laçın, Qubadlı, Zəngilanda 15, Kəlbəcərdə 6 təzə erməni göz açdı... - 2018-ci ildə
21/08/2018 [21:39]:
Bu vəhyi Qurban bayramı günü qəbul etdim – Elmi-lədun
21/08/2018 [21:32]:
“Xətai” metrosu təmirə bağlanır
21/08/2018 [21:22]:
İlk qonorarı kimlər alıb? – Puşkin, Tolstoy və Dostoyevskinin qazancları...
21/08/2018 [21:09]:
"XVI Yay Paralimpiya Oyunlarında yeni idman növləri ilə təmsil olunmaq istəyirik" - VİDEO
21/08/2018 [21:03]:
Səudiyyə Ərəbistanında hüquq müdafiəçisi olan qadının başını kəsiblər
21/08/2018 [20:37]:
Məşhur azərbaycanlı model bakirəliyini fantastik qiymətə satışa çıxardı- ŞOK (VİDEO)
21/08/2018 [19:50]:
Rusiyanın ABŞ sanksiyalarından itirdiyi pul hesablandı
21/08/2018 [19:40]:
Qazaxın işğal altında olan 7 kəndi haqqında nə bilirik? - (FOTOLAR+İLK DƏFƏ)
21/08/2018 [19:33]:
İşğalçı ordu Qarabağda məşqlər keçirib
21/08/2018 [19:33]:
Rusiya şaquli enmə təyyarəsi hazırlayır
21/08/2018 [19:29]:
Erməni hərbçidən gizli sui-qəsd planı: Direktorun evinə qumbara atıldı
21/08/2018 [19:23]:
Azərbaycan daha iki mötəbər turnirə ev sahibliyi edəcək
21/08/2018 [19:10]:
"Gənclərin xalqa sədaqət ruhunda yetişdirilməsində DTX fəallığı ilə seçilir"
21/08/2018 [19:09]:
Baş tutan və tutmayan intiharlar: yazmaq, yaxud yazmamaq?
21/08/2018 [19:08]:
2018 MTV Video Musiqi Mükafatlandırma mərasimindən maraqlı FOTOLAR
21/08/2018 [19:06]:
Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra
21/08/2018 [19:05]:
Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək
21/08/2018 [19:04]:
İlin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlandı
21/08/2018 [19:03]:
Bakı metrosunda intihara cəhd - Yaşlı kişi özünü qatarın altına atdı
21/08/2018 [18:53]:
Bekhem UEFA prezidenti mükafatına layiq görüldü
21/08/2018 [18:53]:
Xaçmazda qəbiristanlıqda yanğın - 20-dən çox qəbir yandı
21/08/2018 [18:47]:
Qarabağ Komitəsi bir günə üç tədbir müəyyən etdi
21/08/2018 [18:45]:
Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edildi - Fərman
21/08/2018 [18:44]:
“Xaqanidən roman yaz, mən çatdıra bilmədim” – Musa Yaqubdan Rüstəmxanlıya
21/08/2018 [18:43]:
Məhərrəm ayının başlama vaxtı açıqlandı...
21/08/2018 [18:33]:
“Çox cazibədarsan” deyib işdən qovdular - FOTOLAR
21/08/2018 [18:31]:
Nəticələr AÇIQLANDI - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu
21/08/2018 [18:29]:
Prezident Qusarda yol tikintisinə 4,1 milyon manat ayırdı
21/08/2018 [18:28]:
Azercell beynəlxalq qurumların diqqətində
21/08/2018 [18:17]:
Başına qurbanlıq keçi düşdü... – Tragikomik hadisə
21/08/2018 [18:00]:
"Yaxşı maaşlı yetərincə iş yerləri yoxdursa, deməli, yerlərdə güzəran da yaxşı deyil"
21/08/2018 [17:53]:
“Qadın lütlənəndə, araq içəndə özünü azad sanırsa – vay o azadlığa!..” - Fikir savaşı
21/08/2018 [17:50]:
Quş qırıcı təyyarəni “vurub saldı” - İNANILMAZ...
21/08/2018 [17:45]:
Astarada yüz başdan çox iribuynuzlu heyvan tələf oldu
21/08/2018 [17:43]:
Günahkar hesab etdikləri qadını soyunduraraq küçədə döydülər - FOTO
21/08/2018 [17:41]:
Moskva S-400-lərin Türkiyəyə göndəriləcəyi vaxtı açıqladı
21/08/2018 [17:39]:
Bakı küçələrində ilk təmizləyici maşınlar - VİDEO
21/08/2018 [17:24]:
Mələkxanım Qurban bayramını Antalyada keçirəcək: "Tətildən qayıtdıqdan sonra..."
21/08/2018 [17:23]:
Ali məktəbə qəbul olanların nəzərinə
21/08/2018 [17:22]:
“Piyada səkiləri ya zəbt edilib, ya da...” - BNA
21/08/2018 [17:16]:
Sevgimiz dərman olsa... - Sabir Rüstəmxanlı və Məmməd İsmayıl Musa Yaqubu ziyarət edərkən
21/08/2018 [17:12]:
Qurban kəsməyə dəvət olunmayan baba nəvəsini öldürdü - DƏHŞƏT..
21/08/2018 [17:09]:
Bakı Minskə yeni silahlar sifariş edəcək - ŞƏRH
21/08/2018 [16:59]:
DADP sədri Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi
21/08/2018 [16:43]:
"Ermənilər Belarusu Azərbaycanla əməkdaşlıqdan çəkindirə bilmədilər və “Polonez” ölkəmizə gətirildi”
21/08/2018 [16:43]:
Rövşən Rzayev köçkünlərin şikayətini dinlədi
21/08/2018 [16:41]:
70 yaş - qocalığımın gəncliyi, xoş gördük!
Bütün arxiv bir sırada
23/07/2018 [19:16] - Ədəbiyyat - ( 1014 dəfə baxılıb)

Gülnarə Cəmaləddinin könüllərə hakim sözü...



Söz də sərvətdir. Dəyərini bütün zamanlarda qoruyub saxlayan, nəsilbənəsil zəngiləşdirən, çəkisini və sambalını qat-qat artıran sərvət. Üzü klassiklərdən ta müasir dövrümüzədək söz qazandığı hörməti, qədir qiymətini saxaya bilib. Təbii ki, sevilən, şüurlara hakim kəsilən söz. Yaddaşlara ömürlük həkk olan, gecəli-gündüzlü səni arxasınca dartıb aparan söz. İllah da bu söz insanın daxili dünyasıda olan gizlinləri oyada, yuxulu dünyanı ayılda. O zaman söz söz olaraq əbədi yaşamaq haqqı qazanır, üstündə tufanlar qopsa, bədxahların gözünə ox olsa belə sevilir, oxunur və müəllifinə böyük və heç nə ilə ölçülməyən sayqı və məhəbbət qazandırır.
Bu fikirlər Gülnarə Cəmaləddinin sosial şəbəkələrdə yayılan və mənim əlimdə, həm də stolüstü kitabım olan “Qəhvə rəngi” kitabını oxuyandan sonra yaranıb. Sözün sehri həqiqi mənada məni bu xanımın yaradıcılığına bağlayıb. Ara-sıra sosial şəbəkələrdə şerlərinə fikir bildirib yaradıcılığına olan səmimi hisslərimi ifadə etməyə çalışmışam. Amma bu qısa fikirlər bir də baxıb görmüşəm  kü, balaca bir ürəyə dünya boyda sevgi yerləşdirən Gülnarə xanım üçün mən tərəfdən ədalətsizlikdir. Elə bu səbəbdən, həm də sözünün işığında dünənimi, bu günümü, sevgimi, həsrətimi, kədər və acımı gördüyüm Gülnarə Cəmaləddin yaradıcılığı haqqında düşündüklərimi bir az geniş formada demək istədim. Nə dərəcə də nail olacam bilmirəm, amma, bu addımı ağıllı və məntiqli sözün divanəsi, sözün misralarda dünya yaratdığını dərk edən insan kimi deməyi boynumun haqqı bildim. Yenidən həmin kitabı vərəqləyirəm. Fəlsəfi dəyərin, az sözlə böyük məna ifadə etməyin, çevrərəyə özünə məxsus, həm də düşünərək baxmağın tilsiminə yenidən düşürəm. Azadlığa öz baxışı olan şairə xanımın dediyi hər kəlmə məna yükü ilə yüklənir beynimə. Burda müqayisə olduqca cadə, lakin olduqca da məntiqlidir.
                                 Azadlıq! Nə biçim şey bu?!
                                 bir içim su.
                                Dəxi içmək nə çətin, ya Rəbb!
                                Nə çətin şey.
                                İçdikcə içilməz.
Bu azadlığın dəyər və mahiyyətidir. Şairin söz dünyasından süzülüb gələn misralarda bir içim su qədər yaxın olan azadlığın qan qoxusu, mavi dumana bükülüb keçilməz, durulduqca bal kimi olması, içildikcə zəhər tək acılığı o qədər səmimi deyilib ki, bunu hər kəs asanlıqla, ruhunun süzgəcindən keçirib yaddaşına yaza bilər. Gülnarə Cəmaləddinin yaradıcılığında Vətən sevgisi də təbiidir və duyumla deyim arasında isti bir sevgi var. Duyduğunu elə deyir ki, söz gözündə daha da müqəddəsləşir. Yəni, Günarənin ruhundan qopan söz ruhları silkələyir.
 “Bu ocaq” şerində isə nisgil qarışıq məhəbbət döyür adamın könül qapısını.
                                             Bu ocaqda əlim daha isinməz,
                                             Kül olası baxtımmıdı bu ocaq ?!
                                             Səngiyəndə qar üzünə bələnən, 
                                            Çevriləsi taxdımmıdımı bu ocaq?”
Baxtın kül olması, səngiyəndə qara bənzər külə dönməsi və bu paraleldə ocaqda daha əlin isinməməsi və ya çevriləsi taxta bənzədilməsi əslində inqilabdır. Ocağa, yurda məhəbbətlə yoğrulan, məhəbbətin hasil olmadğ anların üsyanıdır. Şair sonunda dedikləri ilə əslində mövzuya öz möhrünü vurur.
                                           Keçir məni ağrıların gözündən,
                                           Dərdlərimi daşa desəm daş ağlar!
                                           Bu dünyanın ocaq daşı satılıb,
                                           Bağla daha ürəyinə daş, ağla!
Ağrıların gözündən keçən, dərdlərini dediyi daş ağlayan ocaq, indi hardasan harayı bütün qəlbləri silkələyir. Və bilirik ki, axtardığımız ocağın daşı belə satılıb. Elə bu üzdən də ürəyimizə daş bağlayıb ağlamalıyıq. Yaxın illərin ən acı həqiqətini bu misralarla tarix edib  Gülnarə xanım. Bilinən  tarixin acı səhifələrinə bir şair duyumundan yaranan həqiqət qatıb.
Kitabda oxunan, oxunduqca düşüncələrlə baş-başa qaldığım şerlər çoxdu. Bu çoxluqda dünənimi yaşadan, elə bil  bilərəkdən məni və ya mənləri  yazdığı bir şerdən də demək istəyirəm. “ Sən elə oynayırsan” adlı şer bir ruh dünyasıdı sanki. Oynayan adam, sən elə oyna ki, boyundan yuxarı olmasın oynamağın. Elə boyun boyda oyna. 
                                                Sən elə oynayırsan,
                                               Dərdi, qəmi yox kimi.
                                               Oyna başına dönüm
                                               Gözü, könlü tox kimi

                                               Başına dönüm, oyna,
                                               Oyna, doyunca oyna.
                                               Boynundan yuxarı yox,
                                               Oyna boyunca, oyna.

                                              Bu nə havadı belə,
                                              Səni başdan elədi.
                                              Üzünü gör görmüşün
                                              İşi başdan delədi.
                                         
                                              Oyna, başına dönüm,
                                              Nə göyçək oynayırsan.
                                              Ya sən dəli olubsan,
                                              Ya gerçək oynayırsan.
Çox böyük məna yatır bu misraların altında. Daha doğrusu bu mənalar bir şair ürəyinin fəryadı, harayıdı. Sadəcə elə oynayaq, elə düşünüb danışaq ki, boyumuzdan yuxarı olmasın. Eyhamlar nə sərrastdır, İlahi. Baxın, Gülnarə Cəmaləddin yaradıcılığının dühasına və böyüklüyünə. Bunu hamımız düşünə bilərik. Amma etiraf edək ki,  hamımız düşündüyümüzü bu cür ifadə edə bilmərik. Deyə bildiyi, qəlblərə hakim kəsildiyi üçün Gülnarə xanım  özünü təsdiq zirvəsindədir. Onun zirvə ömrü isə hələ çox şer divanələrinin ömünə işıq paylayacaq, könüllərini ovsunlayacaq və bu misraları yaradanı zirvədən-zirvəyə aparacaqdı.
Həmişə dünya gözəl dünyadı deyiblər və ya özümüz də belə demişik. Amma gözəlliyi gözdən salmağa çalışmaq əslində xəbislik, xəyanət və ən azı insafsızlıqdı.  Gözəllik öz üzünə, öz sözünə qalsa həmişə könüllərin şahı olar. Gülnarə xanımın dediyi kimi yalan  başa keçməsə, düz düzdə qalmasa, saflığı ilə həyat verən su dibə çəkilib lim üzə çıxmasa dünya gözəl dünya kimi qalardı dünyaya baxanların gözündə.
                          Dünya gözəl idi üzünə qalsa, 
                          Dünya nağıl idi sözünə qalsa, 
                          Onunla dost idim, düzünə qalsa, 
                          Adamlar dünyanı saldı gözümdən.

                         Yalan başa keçdi, düz düzdə qaldı,
                         Su dibə çəkildi, lim üzdə qaldı,
                         Yaxşı nə gördümsə o üzdə qaldı, 
                         Adamlar dünyanı saldı gözümdən.

                         Hər şeyin yaxşısın bilirdim onda,
                         Ağrıya, acıya dözürdüm onda,
                        Ölürdüm dərdindən, ölürdüm onda,
                        Adamlar dünyanı saldı gözümdən.
Gülnarə Cəmaləddinin bütün şerləri məna tutumuna, fəlsəfi yükünə, fikrin obrazlı və ictinmai auditoriyaya çatırılmasına görə fərqlidir, sadədir, sadə olduğu qədər də ürəyə yatandır. Onu yaradıcılığı  tək bir istiqamətdə görünmür. Vətən, ana, təbiət, insani hisslərin ilahiliyi, sevgi ruhlu şerləri oxunaqlıdır, seviləndir. “Bir ovuc torpaq”, “Üzü atama yazılan şerlər” və “Mənə yalan danış” bölmələrində toplanan şerlər bir-birindən gözəl, sadə və ürəklərə yol tapandır. “İnanma mən sənə dönəm təzədən” şerində saflğı ilə sevgi dünyasına inanan bir insanın aldadılan obrazı canlanır göz önündə. Özü də çox təbii və inandırıcı təqdim olunur bu insan.
                                 Çevirmə adətə göz yaşlarını,
                                 Ağlama könlümü ovutmaq üçün.
                                 Min dona, min cildə salma özünü,
                                 Yenidən ömrümə qayıtmaq üçün.
Şer o zaman sevilən olur ki, şairin ürək döyüntüləri olan misralar tək özünü deyil cəmiyyəti ifadə edir və oxuyan hər kəs yazılan poetik yaradıcılıqda özünü görür. Baxın, biz də olsaq saxta sevgidən sızlayaraq belə deyərdik. Təbii deyə bilsəydik...
                                  Ayrıldıq üz-üzə, səssiz-səmirsiz, 
                                  Yolun başında sən, ayağında mən.
                                  Yeriş öyrənirəm yerimək üçün,
                                  İnanma mən sənə dönəm təzədən.
Gülnarə Cəmaləddin Azərbaycanın ən dilbər guşəsində, dinin, imanın halallığını saxladığı Yardımlı rayonunda doğulub. Qol-qola çatılan dağların ətəyində, bütün obanın Dədə Qurban dediyi müdrik bir insanın ocağında,  bu nurani kişinin nəsihəti, tərbiyəsi ilə böyüyüb. Dədə Qurban bulağından su içib, paklaşıb, durulub, suların şırıltısında, çiçəklərin pıçıltısında, quşların cəh-cəhində addım-addım üzü gələcəyə yol alıb. Böyüdükcə içində aşıb-daşan sözlərin harayını eşidib. Bəzən heç dinləmək istəməyib bu harayı. Amma illər Gülnarənin ömründə tarixə çevrildikcə o, bu haraya boyun əymək, içinin söz yükünü çevrəsi ilə paylaşmaq məcburiyyətində qalıb və bunları geniş auditoriyaya çatdırmaq istəyib. Və beləcə günlərin birində daxili dünyasından qopan misraları qələmə alıb, söz səltənətində ilk addımlarını atıb. Bu ağrılı, daşlı-kəsəkli yolda isə Gülnarə xanımın qolundan ustad şairimiz Sabir Sarvan tutub. O Sabir Sarvan ki, qəlbində istedada həmişə sevgi, əməllərində onlara qayğı olub. Gülnarənin ömür salnaməsinin ən dəyərli illəri də məhz bu insanla işlədiyi, təzəcə yazdığı şerlərin birgə müzakirəsi zamanı yazılıb. Sədaqət, səmimiyyət, əsil insani hisslərlə şair yaddaşına yazılanlar isə heç vaxt unudulmur, zaman-zaman xatırlanır, xoş duyğularla yad edilir.
 Gülnarə Cəmaləddinin kövrək addımları zaman keçdikcə püxtələşib, püxtələşdikcə mətinləşib, şer dünyasına yeni nəfəs gətirib və bu dünyada öz dəst-xəttini, izini qoyub. İndi o, sevilir, çünki oxunur. Oxunan, sevilən hər kəs də yazmağa, yaratmağa daha haqlı olur.
Sözü sərvət bilib söz dünyasında sevilənlər təbii hamı tərəfindən bir mənalı qarşılanmır. Ona daş atanlar, hər misrasında  qüsur tapmağa çalışanlar çox olur. Bir şair qəlbini bulandırmaq, ilhamınının qabağına daş dığırlamaq istəyənlər  hardan biləydilər istedad qaynayan və çağlayan bulaqdır. Ha qabağını almağa cəhd eləsən də o dönüb başqa yerdən çıxacaq. Necə ki, Dədə Qurban bulağı əsrlərin o tayından üzü bəri çağlayır, elin obanın imdadına yetir. Həmin bulaqdan su içən xanım şairimizin də istedadı çağladıqca çağlayacaq və minləri, milyonları öz sehri ilə ovsunlayacaq, poeziya atəşi ilə qovrulanların məlhəminə çevriləcək.
Qalib RƏHİMLİ

Bu vəhyi Qurban bayramı günü qəbul etdim – Elmi-lədun
"XVI Yay Paralimpiya Oyunlarında yeni idman növləri ilə təmsil olunmaq istəyirik" - VİDEO
Qazaxın işğal altında olan 7 kəndi haqqında nə bilirik? - (FOTOLAR+İLK DƏFƏ)
Günahkar hesab etdikləri qadını soyunduraraq küçədə döydülər - FOTO
Sevgimiz dərman olsa... - Sabir Rüstəmxanlı və Məmməd İsmayıl Musa Yaqubu ziyarət edərkən
İdrak Liseyi - Keyfiyyətli təhsil
Nabranda ailəvi istirahət üçün kotec tipli kirayə evlər. Ətraflı məlumat üçün əlaqə nömrələri:

050 311 11 64, 055 681 11 64

N.Tusi adına Klinika
Maraqlı
Min bir dərdin dərmanı olan çiy dəmləmələr- Möcüzəvi faydaları və reseptləri
Ədəbiyyat
İlk qonorarı kimlər alıb? – Puşkin, Tolstoy və Dostoyevskinin qazancları...
Dünya
“Çox cazibədarsan” deyib işdən qovdular - FOTOLAR
Dünya
Başına qurbanlıq keçi düşdü... – Tragikomik hadisə
Hadisə
Quş qırıcı təyyarəni “vurub saldı” - İNANILMAZ...
Həftənin ən çox oxunanları
Ərdoğan Trampa QALİB GƏLDİ: dollar sürətlə düşür
Azərbaycanda benzinin qiyməti qalxdı - Son qiymət
“Extibar, Extibar, ŞTO TAKOYE “BAMBILI”?..”
Şagirdlər kütləvi şəkildə dəfn olundular – Faciənin fotosu
Türkiyə zəvvarları Mədinədə Peyğəmbər(s) kimi qarşılandı - GÖZLƏNİLMƏZ...+VİDEO
“Böyükdən kiçiyə qədər onlara tüpürmüşəm...” - Xalq artisti televiziya rəhbərlərini sərt qınadı...
Avtobus sürücüsü salonda unudulmuş 852 mini sahiblərinə qaytardı - İBRƏTAMİZ
"Səhv etmirəmsə, Şeyxülİslam Allahşükür Paşazadə də Baqramyanla bərabər gəlmişdi"
Hadi Rəcəbli barəsində yazanlara xəbərdarlıq etdi: “Bu qədər şərəfsiz hərəkət etmək olmaz”
"Köçəryanın Azərbaycan barədə dedikləri doğrudur, bunu bilməyən yoxdur”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə