“Torpağını alırıq, başını kəsirik, namusuna toxunuruq... - Sən sus - tolerant ol!..”
Köşə
Oxunub: 11730
28 Jul 2018 | 18:29
“Torpağını alırıq, başını kəsirik, namusuna toxunuruq... -  Sən sus - tolerant ol!..”
“Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!” (Qurani-Kərim, Mumtəhənə,9).

Milli adət-ənənələrinə  sayğı ilə yanaşan, dini dəyərlərini bilən və onlara riayət etməyə çalışan birisi üçün “tolerantlıq”, “multikulturalizm” kimi məfhumlar o qədər yersiz və mənasızdır ki... Necə ki, “proletariat qardaşlığı”, “sosializm”, “kommunizm”, “demokratiya” sözləri lazımsız və lüzumsuzdur... Nə yazıqlar ki, son onilliklərdə “tolerantlıq”, “multikulturalizm”, “feminizm”, “gender bərabərliyi” kimi anlayışlar sürəklə  dünyanın əksər hissəsi kimi türk-müsəlman dünyasına da sırınır. Əksəriyyət də anlamır ki, İslamı, öz milli adət-ənənələrimizi bilərək, doğru anlayaraq onlara düzgün riayət etsək, xaricdən sırınma dəyərlərin heç biri bizlərə qətiyyən gərək deyil... Çünki İslamda, Allahın sonuncu Kitabı Qurani-Kərimdə, Onun sonuncu Rəsulu Məhəmməd Peyğəmbərimizin(s) sünnəsində demokratiyanın da, sosializmin də bütün müsbət tərəfləri  1400 il öncə öz əksini tapıb, özü də daha dolğun, daha mənalı şəkildə... Eləcə də tolerantlıq, dözümlülük... Müsəlman zatən bütün dinlərə, mədəniyyətlərə qarşı dözümlüdür. Amma Allah qanunları, haram-halal  çərçivəsində... Həm də onun boynuna qoyulan əmr be-məruf(yaxşı əmələ dəvət) və nəhy əz-münkər(pis əməldən çəkindirmək) vəzifələrinə riayət etməklə... Məsələ burasındadır ki,  istər demokratiya, istərsə də tolerantlıq anlayışları üçün haram-halal prinsipi işlək deyil. Üstəlik, tolerantlıq başqasını pis əməldən çəkindirməyi onun şəxsi həyatına qarışmaq kimi qəbul edir... 

Amma insanların biri-birinə dözümlülüyünün ən gözəl prinsipləri məhz Quranda əks olunub. Təəssüf ki, Quranı yalnız “bozbaş” mollalarının,  gödək şalvarların və ya günahsızların başlarını kəsən qara bayraqlıların timsalında görənlər bunu anlamırlar. Məsələn, Hücurat surəsinin 13-cü ayəsində  Yaradan belə buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”. Bununla Rəbbimiz bizlərin dinindən, irqindən, milliyyətindən asılı olmayaraq eyni baba-nənədən törədiyimizi xatırlatmaqla biri-birimizlə mehriban davranmağa və Allah yolu getməyə məhkum olduğumuzu vurğulayır... 

Hətta başqa bir ayədə Yaradan qarşı tərəfin “tanrı” olaraq qəbul etdiyi bütlərinə qarşı da səbr və təmkinlə davranılmalı olduğu əmr edilir: “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə  hər bir ümmətə öz əməllərini gözəl göstərdik(Möminlərə Allah rizasına gördükləri işləri gözəl göstərdiyimiz kimi, kafirlərə də çirkin əməllərini yaxşı göstərdik). Sonra onlar Rəbbinin hüzuruna qayıdacaqlar. (Allah isə) onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir!“(Ənam surəsi, 108).

Rəbbimiz sonuncu Peyğəmbərinə(s) də İslamı qəbul etməyənlərə qarşı səbirli olmağı  tövsiyə edir: “Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!” (“Ənam”, 107). Yaxud: (“Ya Rəsulum!) Əgər onlar (yəhudi və xaçpərəstlər) səninlə mübahisə edərlərsə, belə de: 'Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm'. Kitab verilmiş şəxslərə və savadsızlara (ərəb müşriklərinə) de: 'Siz də təslim (müsəlman) oldunuzmu?' Əgər təslim olarlarsa (İslamı qəbul edərlərsə), doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, (sənə bir zərər gəlməz), sənin vəzifən ancaq (haqqı) təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir! Sənin vəzifən ancaq təbliğ etməkdir”(“Ali-İmran” surəsi, 20).

Hz.Muhəmmədin (s) də dözümlü olmasının nəticəsi isə haqqında Quranda belə buyurulur:”Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!” (“Ali-İmran” surəsi, 159).
Allah Hz.Musa (ə) və qardaşı Hz.Haruna hətta Onu inkar edən, özünü tanrı hesab edən, zalım və azğın Misir hökmdarı Fironun yanına göndərərkən belə onunla yumşaq danışmağı məsləhət görür: “Fironun yanına yollanın. O (allahlıq iddiasına düşməklə), həqiqətən, azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun! (“Taha” surəsi, 43-44). 
İslam, Quran insanlara mümkün çərçivədə bağışlama, mərhəmət,  yaxşılıq, comərdlik aşılayır. 
Fussilət surəsinin 34-cü ayəsində deyilir:” Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!” 
Bütün bunlarla yanaşı, Allah insanı özünün, ailəsinin, vətənininin, millətinin, ümmətinin qeyrətini, namusunu, şərəfini daim qorumağa təşviq edir. Məsələn,  Yaradan Mumtəhənə surəsinin 8-ci ayəsində:“Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” deyirsə,  elə həmin surənin  növbəti -9-cu ayəsində belə buyurur:”Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!..”

Və s. və i.a.

Nə yazıqlar ki, dünyanı iqtisidi-sosial, hərbi-siyasi baxımdan idarə etdiklərini zənn edən super güclər, transmilli sümürgəçi, dələduz, sələmçi oliqarxlar şəbəkəsi İslamın nümunələr çəkdiyimiz həm ədalətli, həm də qeyrətli, məntiqli prinsiplərini görməzdən gəlirlər. Onlar bütün dini, siyasi şüarlar kimi demokratiya, insan haqları, tolerantlıq, multikulturalizm kimi prinsiplərdən də  ölkə və xalqlara qarşı işğal, istismar, ekspansiya vasitəsi kimi istifadə edirlər... Bu gün torpağı işğal altında olan Fələstin, Liviya, İraq, Suriya, Əfqanıstan  və s. ölkələr kimi Azərbaycan üçün də  belə demokratik prinsipləri maksimum dərəcədə tələb etmək böyük yanlışlıq və ədalətsizlikdir. Bunu tələb edən ABŞ və Avropa  ilk növbədə özləri həmin ölkələrə qarşı ədalətli mövqedə durmalıdırlar... 

Hazırda müsəlman xalqlarının çoxu iki şər arasında çabalayır. Bir yandan daxildə “demokratik dünya”nın da bilə-bilə göz yumub özünə sərf edən müddətə qədər  yetişdirdiyi və lazım gələndə  xaos yaratmaq üçün çökürtdüyü özünəpərəstiş, məddahlıq, yaltaqlıq, şərəfsizlik və korrupsiya diktaturaları, digər  tərəfdən isə ABŞ-ın, Qərbin bəzən “mədəni-siyasi”, bəzən də paralel olaraq birbaşa hərbi-siyasi işğalı, istismarı....

Bu gün Qarabağ kimi dilbər guşəsi erməni tapdağı altında qalan, hər 10 nəfərindən  biri  qəlbində və sənədində “qaçqın” damğası gəzdirən, dolanışıq,  işsizlik, rüşvətxorluq, saxtakarlıq, korrupsiya və s. ucbatından mənəviyyatını, namusunu, qeyrətini, bədənini satmağa məcbur olanların, intihar edən gənclərinin artdığı, oğlan və qızlarının geyim, davranış, həyat tərzi gündən-günə milli çalarları itirib bayağılaşan, abırsızlaşan, həyasızlaşan, ailə, ağsaqqallıq institutları çökən Azərbaycan üçün  tolerantlıq nə deməkdir?  Bizi qoyundan da betər yerə qoyublar, vallah. Dinimiz –İslamda qoyunun, toyuğun başını kəsəndə onun çabalamasına imkan vermək sünnətdir. Amma Amerikası da, Avropası da, Rusiyası da, öz milli(?) korrupsioner, sələmçi oliqarx şəbəkəmiz də bizim başımızı həm gerçək, həm  məcazi mənalarda kəsirlər və deyirlər ki, sən nəinki əl-ayağını tərpətmə, heç cınqırını  da çıxarma... Bizə deyirlər ki,  sənin arını, namusunu, vicdanını, qeyrətini kütləvi şəkildə əlindən alırıq –tərpənmə, səs eləmə, sənin şəhərlərində, kəndlərində narkomanlığı, alkoqolizmi, fahişəliyi, homoseksuallığı, lesbiyanlığı yayırıq –sus,  qızlarına yarımçılpaq geyinməyi, küçənin ortasında istədiyi oğlanla öpüşməni təlqin edirik –dinmə... Telekanallarını, medianı, ədəbiyyatını kütləvi şəkildə Allahı, Quranı, Peyğəmbəri Vətəni, xalqı, milləti tanımayan ateist əqidəli, üstəlik, əyyaş, homoseksual yazarların, aparıcıların, artistlərin, aktyorların ixtiyarına buraxırıq – səsini içinə sal... Bizə deyirlər ki, torpağını zəbt edirik, yeraltı-yerüstü sərvətlərini, neftini-qazını gözün görə-görə əlindən alıb səni qəpik-quruşa möhtac edirik, sənin başını kəsirik –sən dinmə.

Bir təşkilat demokratiyadan sui-istifadə edərək adından, soyadından, oxuduğu mahnılardan erməniliyi tam bəlli olan birisini   1milyondan çox torpağı işğal altında olanların, ata-anası, qardaş-bacısı, qohum-əqrəbası erməni faşistlərinin olmazın işgəncələri altında ölənlərin, əsir düşənlərin,  şəhid ailələrinin, Qarabağ qazilərinin, əlillərin və  s. heysiyyatını tapdayaraq Bakıya gətirir və  bəzi üzdəniraq ziyalı adlılarımız, deputatlarımız onları yox, bu ermənipərəst addıma qarşı çıxanları qınayır ki, dinməyin, biz tolerantlıq nümunəsi göstəririk...

Deməli, tolerantlıq - torpağını işğal edənlə, ana-bacını zorlayanla qol-boyun olub konsert verməkdir... Deməli, tolerantlıq – kişinin öz arvadının fahişəlikdən, modellikdən, striptizdən  pul qazanmasına göz yummasıdır...  Deməli, tolerantlıq – tarixi torpaqlarının böyük bir hissəsi erməniyə verilmiş vətənin qalan hüquqi müstəqil parçasını – Quzey Azərbaycanı bütövlükdə ermənipərəstlərə təslim etməkdir...
Oxşar xəbərlər
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"