Xəbər lenti
20/03/2019 [20:49]:
“Azərbaycan Milli Mətbəxi” həftəsi çərçivəsində tədbir keçirildi
20/03/2019 [20:48]:
Təyyarə qasırğa zamanı “asfaltda batdı” - VİDEO
20/03/2019 [20:42]:
Xaçmazda iki maşın toqquşub, ata və iki uşağı xəsarət alıb
20/03/2019 [20:29]:
ABŞ səfirinin ölkədən qovulması tələb edildi: "Bizim də səbrimizin hüdudları var”
20/03/2019 [20:27]:
“Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu” mövzusunda müzakirələr aparılıb
20/03/2019 [20:25]:
"Hər kəsi bu kampaniyaya qoşulmağa çağırıram" - "DOST Xonçası" +FOTO
20/03/2019 [19:55]:
Qar uçqunu olub, Quba-Xınalıq yolu bağlanıb
20/03/2019 [19:33]:
Kredit faizlərinə limit qoyulacaq
20/03/2019 [19:29]:
Tehranda əsgər və polislərə qumbara atılıb, yaralılar var
20/03/2019 [18:07]:
Zurabişvili azərbaycanlı deputatla yumurta döyüşdürdü - FOTO
20/03/2019 [18:04]:
Zakir Həsənov hospitalda - FOTO
20/03/2019 [18:02]:
Elçin Quliyev bayramı iranlı həmkarı ilə qeyd edəcək
20/03/2019 [18:01]:
İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi
20/03/2019 [17:26]:
Böyük çölün çoxbilmiş kişisi...
20/03/2019 [16:54]:
Qorxunc araşdırma: Gündə 2 dəfə içsəniz...
20/03/2019 [16:44]:
Qarabağın Ermənistana  birləşdirilməsi üçün  imza toplanışına başlandı...
20/03/2019 [16:28]:
Depressiyaya yaxalanan məşhur ulduza həyat yoldaşı dəstək oldu - FOTOLAR
20/03/2019 [16:07]:
Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA
20/03/2019 [16:02]:
İlham Əliyev Nursultan Nazarbayevə zəng elədi
20/03/2019 [15:55]:
7 kiloqramlıq uşaq dünyaya gətirdi: " Özümü traktor vurmuş kimi hiss edirəm"
20/03/2019 [15:39]:
Elm dünyasının son kəşfi: Xəstəliklər qoxu ilə müalicə olunacaq...
20/03/2019 [15:20]:
"Prezident gülərək "Karqo Şamil bura gəl!" deyə yanına çağırdı..."
20/03/2019 [15:11]:
Astana şəhərinin adı Nursultan oldu
20/03/2019 [15:07]:
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
20/03/2019 [14:59]:
Bakıda üzərində tapança gəzdirən şəxslər saxlanıldı
20/03/2019 [14:55]:
Mingəçevirdə ictimai asayişi pozan 2 nəfər saxlanıldı
20/03/2019 [14:45]:
Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı
20/03/2019 [14:41]:
Xızıda qida üçün yararlığı şübhə doğuran çoxlu sayda toyuq aşkar edilib
20/03/2019 [14:34]:
Evində narkotik bitki yetişdirən şəxs saxlandı
20/03/2019 [14:27]:
Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi
20/03/2019 [14:07]:
"Azərbaycan Dəmir Yolları" QSC sərnişinləri Novruz bayramı münasibətilə təbrik edib
20/03/2019 [14:02]:
İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
20/03/2019 [13:58]:
Azərbaycan prezidenti: "İslahatlar dərinləşəcək"
20/03/2019 [13:55]:
Polis olmaq istəyənlərin nəzərinə
20/03/2019 [13:49]:
Sabaha olan hava proqnozu açıqlandı
20/03/2019 [13:47]:
Zakir Həsənov Pakistanda paradda iştirak edəcək
20/03/2019 [13:46]:
Yeni prezident Astananı Nursultan adlandırmağı təklif etdi
20/03/2019 [13:45]:
İlham Əliyev: "Bu, Ermənistana birmənalı ciddi siqnaldır"
20/03/2019 [13:43]:
Bakı-Şamaxı yolunda DYP maşını aşıb, xəsarət alan var - VİDEO
20/03/2019 [13:41]:
Türkiyədə güclü zəlzələ oldu
20/03/2019 [12:38]:
Bayramlar üzərində Allahın kodlaşdırılmış möhürü var - ELMİ-LƏDUN
20/03/2019 [12:31]:
Dünyanın ən bahalı şəhərlərinin adları məlum oldu - Siyahı...
20/03/2019 [12:28]:
“Çanaqqala bütün türk dünyasının qürur tarixdir”
20/03/2019 [12:24]:
Əli İnsanovun azadlığa çıxması və Qərbi azərbaycanlılar məsələsi - Adıgözəl Məmmədov ŞƏRH EDİR
20/03/2019 [12:20]:
19 yaşlı gənc 130 ölkədə 14 milyard ağacın əkilməsini təmin etdi- İBRƏTAMİZ...
20/03/2019 [11:55]:
LDU-da türk tələbələrlə birgə möhtəşəm “Novruz yallısı”...
20/03/2019 [11:49]:
Cərrah 3 min kilometr məsafədən telefonla beyində əməliyyat apardı...
20/03/2019 [11:33]:
"Elmin ağırlıq mərkəzinin universitetlərə keçməsi çox sevindiricidir"
20/03/2019 [11:27]:
“Günah etmədiyimiz gün -bayramdır...”  Novruzumuzu da halallıqla qeyd edək...
20/03/2019 [10:44]:
Şıxəli Qurbanovun müəmmalı ölümü: Onu Novruz bayramına görə izləyirdilər
20/03/2019 [10:23]:
Azərbaycanın ən yaxşı gənc natiqi müəyyən olundu!
20/03/2019 [10:12]:
Partiya sədri Azərbaycan xalqını təbrik edib
20/03/2019 [10:10]:
Ağciyər Xəstəlikləri İnstitutundan səhiyyə nazirinə nəfəskəsən MÜRACİƏT...
20/03/2019 [09:35]:
Orenburqun azərbaycanlı idmançısı...
20/03/2019 [09:34]:
İmam Əlinin (ə) kəramətinin nümayişinə 70 nəfərdən yalnız biri dözdü...
20/03/2019 [09:28]:
Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyyə olunub
20/03/2019 [08:46]:
Maksim Musayev: “Allah eləməsin, mən də onun yerində olsaydım...”
20/03/2019 [08:38]:
Bu il şəkər xəstələri üçün 44 milyon manatlıq dərman alınacaq
20/03/2019 [08:28]:
Ferqüssonun saqqızı hərracda 517 min dollara satıldı
20/03/2019 [08:26]:
UNESCO-nun mənzil-qərargahında Novruz bayramı qeyd olundu
20/03/2019 [08:25]:
Dövlət büdcəsinin tərtibi qaydası dəyişdi
20/03/2019 [08:23]:
Rezidenturada ixtisasların sayı artırıldı
20/03/2019 [00:12]:
Bu gün Azərbaycanda Novruz bayramıdır
19/03/2019 [23:19]:
Nazarbayev Putinlə istefasını müzakirə etdi
19/03/2019 [23:13]:
İranda göyərtəsində 50 nəfərin olduğu təyyarə yandı
19/03/2019 [22:14]:
Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirildi
19/03/2019 [21:57]:
Paşinyanın arvadı Azərbaycan şəhərində  əri ilə sərbəst çəkdirdiyi fotoları paylaşdı…
19/03/2019 [21:56]:
Dövlət Gömrük Komitəsinin Akademiyasında bayram şənliyi keçirildi
19/03/2019 [21:38]:
İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”
19/03/2019 [21:31]:
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi -FOTOLAR
19/03/2019 [21:30]:
1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib
19/03/2019 [21:28]:
Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb
19/03/2019 [21:21]:
Livan şirkəti separatçı rejimlə Kəlbəcərdə  “Sidney” şəhərciyi tikmək üçün müqavilə bağladı- FOTOLAR
19/03/2019 [21:02]:
Məşhur müğənnini öldürmək istəyən azərbaycanlı kimdir?
19/03/2019 [20:54]:
Paşinyan: "Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır"
19/03/2019 [20:44]:
Qıpçaq bəyinin sultan nəvəsinin gedişi – Nazarbayev hər kəsi mat qoydu
19/03/2019 [20:25]:
Nazir bayramı sığınacaqdakı uşaqlarla qeyd etdi - FOTO
19/03/2019 [19:25]:
Prezident və xanımı bayram şənliyində - Fotolar
19/03/2019 [19:18]:
Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb
19/03/2019 [19:11]:
Qazaxıstanda prezident səlahiyyətlərini icra edəcək şəxs martın 20-də and içəcək
Bütün arxiv bir sırada
05/08/2018 [10:22] - Müsahibə - ( 5569 dəfə baxılıb)

Anar Nağılbazın ölümündən öncəki son müsahibəsi - Sirlərini açıqladı - FOTO



Bu gün dünyasını dəyişən Azərbaycan repinin tanınmış simalarından biri Anar Nağılbazın təxminən iki ay öncə "Yenicag"a verdiyi müsahibəni yenidən təqdim edirik:

"Kaş atam mənə elə bir sillə çəkəydi ki..."

- Söhbətə başlamamışdan qabaq mistikaya inandığını dedin, həyatında nəsə baş verəndən sonra belə qənaətə gəldin, yoxsa?

- İnanmasam da bütün yollar gəlib mistikadan keçir. Xüsusən də rəqəmlərin mistikasına çox inanıram. Özüm 28 martda dünyaya gəlmişəm. Ölkəmizin yaranma tarixi 28 maydadır. Anam yanvarın 28-də, böyük qardaşım 28 iyulda doğulub.

- Toy günün də, deyəsən, ayın 28-ə təsadüf edib.

- Bu barədə danışmayaq. "028" ən uğurlu avtomobil nömrəm olub, bu maşınla bütün işlərim yağ kimi gedib.

- Rəqəmlərin mistikası daha çox bədbəxtlik gətirib, ya uğur?

- Sırf 28 olaraq uğur gətirib, amma 2+8=10 uğursuzluq gətirib. Desəm inanmazsınız, Sovet pasportumun nömrəsi 701999 idi, tərsinə çevirəndə alınırdı 666.

- Bunu özlüyündə necə qəbul etdin: şeytanın səni yoldan azdırması kimi, yoxsa?

- Bəlkə də ola bilər. Çexiyada olanda psixoloq tapşırdı ki, bir heykəlcik düzəldim. Özümdən asılı olmayaraq, şeytan obrazı yaratdım. Başıma gələn uğursuz günlərin başlanğıcında o heykəl çatladı.

- Niyə məhz şeytan obrazı? Şeytanla nə əlaqən?

- Mən Allaha bağlı insanam. Bəzən özümüz də bilmədən taleyimizi yönləndiririk. Bu mövzuda dərinə getmək istəmirəm.

- Şeytan səni yolundan azdıra bildimi?

- Gəlin yaxşı şeylərə köklənək. Bir də ki, səhvsiz insan yoxdur. Heç kəs deyə bilməz ki, şkafında skletlər yoxdur.

- Həyatının ən böyük səhvini nədə görürsən?

- Səhv günaha aparan yoldur. İnsanlar çalışmalıdır ki, səhvlər günaha çevrilməsin. Mən nəslimlə-nəcabətimlə fəxr edən insanam. Ürəyimin saflığına görə, başıma bir çox hadisələr gəldi.

- Elə bir səhvin olubmu ki, ona görə ürəyində özünü danlamısan?

- Bəzən haqqımda danışırlar ki, narkotika aludəçisi olmuşam. Yəqin siz də bunu nəzərdə tutursunuz. 1993-cü ildə "Narkodünya" mahnısını tanıtdım. Ayın 20 gününü zalları dolduran adam olmuşam. Bir narkotika aludəçisini, yəqin ki, ora buraxmazdılar. Piramidaların niyə yarandığını bilən yoxdur. Bu barədə çox vaxt susmaq lazımdır. Amma etiraf edirəm ki, həyatımda günah iş görməmişəm.

- Sənin anlamında günah nədir ki?

- Xəyanət, cinayət, ölkəsinə, ailəsinə təhqirdir günah, valideynlərini satmaqdır.

- Valideynlərin repi seçəndə, sənə xeyir-dua veriblər?

- Atam məni jurnalist kimi görmək istəyib. Nəslimizdə incəsənət adamı olmayıb.

- Heç nə vaxtsa sənə əl qaldırıb?

- Vaxtilə olub. Ancaq yaxşı məqamlar da olub, mənimlə fəxr etdiyi məqamlar... Deyib ki, bu repi yaxşı yazmısan, buna görə mənə yaxşı sözlər dedilər.

- İndi münasibət necədir?
 
- Normal.

- Hansı hərəkətinlə atanın hörmət-izzətinə xələl gətirmisən?

- Məlum hadisələrə görə.

- Məzəmmət etdimi?

- Məni tanıyan dostlar və əzizlərim qarşısında üzr istəyirəm. Amma hər şey düşündükləri kimi deyil. Sadəcə, bu barədə susmaq istəyirəm.

- Bu məsələdən sonra  intihar etmək istəmisən deyirlər...

- Bəzi sürükləyici məqamlar olur. Beldən vurulan bıçaq zərbələri bəzən intihara gətirib çıxarır. Çalışıram iradəli olum. Düşmənləri sevindirmək olmaz. Hamıda bu hiss var. Elə özünüz, heç olmayıb ki, "yorulmuşam" deyəsiniz?

- Hər gün deyirəm... İntiharın hansı növü rahat ölüm sayılır?

- Bax bu yaxşı sualdır, xoşuma gəldi. Kaş atam 1991-ci ildə, yeniyetmə dövrümdə mənə elə bir sillə çəkəydi ki, repi seçməyəydim.

- Sualı cavabsız qoydun?

- Kəndir, şah damar. Başa düşdüz də. Ancaq bu gün intihar etmərəm. Ona görə yox ki, qorxuram. Sadəcə olaraq bu gün xoşbəxtəm, yanımda sevdiyim qadın var. O demək deyil ki uşaqlarımı atmışam, xeyr. Lazım gəlsə, mübarizəyə də hazıram. Sadəcə mən müharibə adamı deyiləm.

- Sənin anlamında sevgi nədir?

- Sevgi heç bir çətinliyə baxmadan onunla bərabər bu həyatı yürüməkdir. Kişi bir qızı sevəndə o xanımda anasının bir parçasını axtarır. Həmçinin qız da sevdiyi oğlanda atasının xüsusiyyətlərini görmək istəyir. Zindanda 15 il yatır, qadın namusla oturub gözləyir, övladlarını böyüdür. Qadın da var əksinə.

- Həyatında neçə "dəli" sevgi yaşamısan?

- 2000-ci ildə milyarder qızı ilə nişanlı oldum. İndiyə təyyarəm, yaxtam, Kremldə evim var idi. Əla bir kişinin qızı idi. Bir il nişanlı oldum. Nişanım toylar kimi keçib. Abşeron mehmanxanasını bağlatdırmışdıq.

- Niyə alınmadı?

- Piramidalar susur (gülür).

- Daha nə oldu? Nə soruşuram, susmaqla cavab verirsən...

- Müəyyən məqamlarda mübarizlik göstərmək lazımdır. Biz müharibə adamı deyilik.

- Qız qaytardı nişanı, yoxsa sən?

- Hadisələr elə gətirdi ki, anlaşıb ayrıldıq. Kişilər 40 yaşdan sonra əsl sevgini tapır. Mən indi sevdiyim xanımla xoşbəxtəm. Əsas olan budur. Keçmiş keçmişdə qaldı.

- Heç Allahla ünsiyyət qurursan? Yaxud da günahlarına görə bağışlanmağını istəyirsən?

- "Qulp" verilişində jurnalist Mübariz milyoner Cənnət Əliyevə sual verdi ki, bütün dinlərdən keçib gəldin, axırda yenə müsəlman oldun? Cənnət dedi ki, xeyr. Mən o insanam ki, insan dinlərdə yox, dinlər insan qəlbində qərar tutur. Molla var arağın küpünə girir, dindən danışır. Adam da var, araq içir, amma Allaha səcdə edir. Hər şey qəlbdən başlanır. Viktor Hüqonun sözüdür ki, Tanrı insanın vicdanıdır. Yaradıcılığımdan danışmaq istəyirəm, olar?

- Əlbəttə olar...

- Yeni bir film çəkirik. Dostların dəstəyi ilə ərsəyə gələcək. İntihar barəsində bir ekran işidir. Öz ssenarim əsasında çəkilir, filmin rəssamı da dostum Nazimdir. Elə o da ssenaridə mənə kömək edib.

Qorxunc araşdırma: Gündə 2 dəfə içsəniz...
Depressiyaya yaxalanan məşhur ulduza həyat yoldaşı dəstək oldu - FOTOLAR
7 kiloqramlıq uşaq dünyaya gətirdi: " Özümü traktor vurmuş kimi hiss edirəm"
Elm dünyasının son kəşfi: Xəstəliklər qoxu ilə müalicə olunacaq...
Bayramlar üzərində Allahın kodlaşdırılmış möhürü var - ELMİ-LƏDUN
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Azərbaycan Dəmir Yolları" QSC sərnişinləri Novruz bayramı münasibətilə təbrik edib
Dünya
Dünyanın ən bahalı şəhərlərinin adları məlum oldu - Siyahı...
Cəmiyyət
Şıxəli Qurbanovun müəmmalı ölümü: Onu Novruz bayramına görə izləyirdilər
Dünya
“Qadından və şəkərli qidalardan uzaq dur...” -Tolstoyun özünə qoyduğu on qadağa...
Dünya
Putinə "ilişən" 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər...
Həftənin ən çox oxunanları
Putinə "ilişən" 35 yaşlı generalın məhvi – Rütbələrini soyub, 22 il həbs verdilər...
Baş məhbus azad olunmadı, O əfv gözləmir və heç kimi əfv etmir...
Deputatlar “eşşək” ləqəbli sədrlərini hər dəfə belə qarşılayır...-FOTO+VİDEO
“Azərbaycan nəinki hücuma, ildırımsürətli əməliyyata hazırlaşır” + İşğalçı səksəkədə...
"Təkcə bizə məxsus ticarət obyektlərində qışda 47, yayda 60 min azərbaycanlı çalışır"
Mürəkkəbi qurumamış əfv sərəncamına görə Prezidentə məhbus atasından minnətdarlıq məktubu
“Gözləyirdim ki, həmin raketləri atacaqlar...” – Zakir Həsənov erməniləri təəccübləndirdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."
Cavid Qurbanova qarşı növbəti təxribat: Onlar qanun, yoxsa Allah qarşısında cavab verəcək?
“Aprel döyüşlərini Rusiya Qarabağda qoşunlarını yerləşdirmək məqsədi ilə başladıb…”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə