Xəbər lenti
19/08/2018 [00:34]:
Avstriyalı nazirin toyundan - Fotolar + Video
19/08/2018 [00:18]:
Müşfiqin aldadılaraq repressiya edilən qohumuna verilən ağır işgəncələr- Dəhşətli əzablar və illər
19/08/2018 [00:17]:
Qurban bayramında heyvan kəsimi bu ünvanlarda olacaq - Siyahı
18/08/2018 [23:32]:
İlham Əliyev Ərdoğanı təbrik etdi
18/08/2018 [23:28]:
Sadə üsulla damarları təmizləyib, inanılmaz rahatlıq yaşayın - Bir çox xəstəliklərdən qurtulun...
18/08/2018 [23:01]:
Cəbrayılın işğalından bəhs edən “Kaş gözlərim kor olaydı...” təqdim olundu - FOTO
18/08/2018 [22:11]:
Yaxşılıq et, sən də müqəddəslərdən ol! – ELMİ-LƏDUN ...
18/08/2018 [22:01]:
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası qəbul elan edir...
18/08/2018 [21:52]:
Volodin Ərdoğanla görüşdü
18/08/2018 [21:32]:
"Hər kəs bunun fərqindədir ki, məsələ Ərdoğan məsələsi deyil, məsələ Türkiyə məsələsidir"
18/08/2018 [21:11]:
"Qeyri - adi insanla hər görüş unudulmaz xatirəyə çevrilir..." - FOTO
18/08/2018 [21:10]:
Kəmaləddin Heydərov Səfər Mehdiyevin işdən qovduğu generalı işsiz qoymadı - FOTO
18/08/2018 [21:07]:
Paşinyanın mitinqindən sonra Ermənistanın baş qərargah rəisi Azərbaycana gəldi...- Foto
18/08/2018 [20:50]:
Müsəlman cütlüyün vətəndaşlıq müraciəti rədd edildi - SƏBƏB
18/08/2018 [20:43]:
Türkiyəli məşhur aktyor ayağını kəsdi...
18/08/2018 [20:36]:
Putin Karinin toyunda: Nazirlə rəqs etdi - Foto
18/08/2018 [20:32]:
“Paşinyanın Azərbaycan və Türkiyə tərəfindən maliyyələşməsi iddiası gülüncdür”
18/08/2018 [19:53]:
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
18/08/2018 [19:43]:
Düşmənlə sıfır nöqtəsində: "Azərbaycan əsgərinin boynunda bir xalqın zəfər tarixini yazmaq yükü var" + FOTOLAR
18/08/2018 [19:30]:
Uşaqları intihara sürükləyən "Momo" yeni platformada yayılır - SOS!
18/08/2018 [19:28]:
Dövlət qulluğuna qəbulun nəticələri açıqlandı
18/08/2018 [19:23]:
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb
18/08/2018 [19:05]:
“İstehlakçıların bilik səviyyəsi ədədi, onları aldatmaq metodları isə həndəsi silsilə ilə artır”
18/08/2018 [18:33]:
Bakıda qonşusunu təpikləyib öldürən şəxsin cəzası dəyişmədi
18/08/2018 [18:31]:
Ərdoğan yenidən AKP-nin sədri seçildi
18/08/2018 [18:28]:
“Extibar, Extibar, ŞTO TAKOYE “BAMBILI”?..”
18/08/2018 [18:23]:
İlham Əliyev Pakistan prezidentini təbrik etdi
18/08/2018 [18:19]:
"Bu cür universitetlə Qarabağın adını hörmətdən salmağa dəyməz"
18/08/2018 [17:58]:
ABŞ-ın qonşularımızla gərginləşən münasibəti Qarabağ probleminin həllinə nə vəd edir?
18/08/2018 [17:49]:
Rəsul Çunayevin rütbəsi artırıldı - FOTO
18/08/2018 [17:47]:
İlham Əliyev yol tikintisinə 11 milyon manat ayırdı
18/08/2018 [17:45]:
Dörd uşaq anasına niyə sosial yardım verilmir? - RƏSMİ CAVAB
18/08/2018 [17:38]:
Alimlər sizin acı xatirələrinizi “silib” yenilərini əlavə etməyi bilirlər
18/08/2018 [16:44]:
Müəllimlərin oxuması vacib olan 13 kitab - SİYAHI
18/08/2018 [16:43]:
Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olan abituriyentlərin nəzərinə -Lazımı sənədlərin siyahısı
18/08/2018 [16:41]:
Qərbi Kaspi Universitetinə qəbul olanların nəzərinə!
18/08/2018 [16:39]:
Beş uşağı üçün öz məktəbini açan ata - “Ad Astra School”
18/08/2018 [16:34]:
Terrorçular ABŞ hərbçilərinə hücum etdilər
18/08/2018 [16:33]:
Bakıda avtomobili piyadalara çırpan sürücü həbs edildi
18/08/2018 [16:32]:
Ərdoğan: "Türkiyəni əzə bilməyəcəklər"
18/08/2018 [16:30]:
Lukaşenko hökuməti “təmizlədi”
18/08/2018 [16:29]:
Qadınlar don geyinərsə... - FOTOLAR
18/08/2018 [16:28]:
Pivə haqqında bilmədiyiniz maraqlı faktlar...
18/08/2018 [15:59]:
Ana və oğlu eyni vaxtda tələbə adı qazandı - FOTO
18/08/2018 [15:30]:
Millət vəkili Tuva, Xakas, Başqırd, Uyğur və Macar türklərinin ziyalıları ilə Qarabağdan danışdı
18/08/2018 [15:29]:
"Olmaz" demişdilər, amma oldu - Bir qadının on iki il sonra analıq sevinci...
18/08/2018 [15:16]:
Generalın qəbul etdiyi qız: Arzum Qarabağ atımın olmasıdır - FOTO/VİDEO
18/08/2018 [15:12]:
Dünya və Avropa çempionları Qazaxa gedib
18/08/2018 [14:48]:
Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü
18/08/2018 [14:47]:
Avtobus sürücüsü salonda unudulmuş 852 mini sahiblərinə qaytardı - İBRƏTAMİZ
18/08/2018 [14:29]:
"WhatsApp"da yenilik: Kodu yığmasan...
18/08/2018 [14:19]:
Sabah da yağış yağacaq
18/08/2018 [14:15]:
Azərbaycanın ət aldığı ölkələr bəlli oldu
18/08/2018 [14:09]:
Kofi Annan vəfat etdi - FOTO
18/08/2018 [14:05]:
Akıf Nağı Merkelə müraciət etdi
18/08/2018 [14:04]:
Afaq Bəşirqızı ailəsi ilə istirahətdə - FOTO
18/08/2018 [13:48]:
Afrin şəhidinin vəsiyyəti yerinə yetirildi- Ata və anası Həcc ziyarətinə göndərildi...
18/08/2018 [13:32]:
Əxlaqsız saytların bloklanması VPN-ə tələbatı kəskin artıb
18/08/2018 [13:07]:
Cansu Dərə eyni serialdan ikinci aktyorla sevgili oldu - FOTOLAR
18/08/2018 [13:02]:
“Çukur”a iki möhtəşəm transfer -FOTOLAR
18/08/2018 [12:53]:
“Alimentlərin ödənilməməsi azyaşlı uşaqların inkişafına mənfi təsir göstərir”
18/08/2018 [12:50]:
Rusiya 2077-ci ildə BELƏ OLACAQ - FOTOLAR
18/08/2018 [12:45]:
Turistləri daşıyan avtobus aşdı: Azı 3 ölü, 51 yaralı
18/08/2018 [12:17]:
Məktəblərlə bağlı qanun layihəsi parlamentdə müzakirələrə çıxarılacaq
18/08/2018 [12:03]:
“Çantanın satışından əldə olunan gəlir xeyriyyə məqsədi üçün sərf olunacaq...”- Elza Seyidcahan...
18/08/2018 [11:43]:
Aysel Əlizadə belə dincəlir - FOTOLAR
18/08/2018 [11:37]:
Yarım milyon manatlıq gəmi hərraca çıxarıldı
18/08/2018 [11:24]:
Qubadlı, Kəlbəcər və Xocavəndin kəndlərindəki məktəblərdə mühəndis laboratoriyaları yaradılacaq
18/08/2018 [11:18]:
Məmmədyarov ABŞ-da superturnirdə yarışlara başlayır
18/08/2018 [11:10]:
Türk polisi dollarlarını lirəyə dəyişmək üçün növbəyə düzüldü – FOTO
18/08/2018 [11:10]:
Ən çox qazanan qadın aktrisalar - FOTOLAR
18/08/2018 [11:08]:
"Televiziyalardakı bayağı verilişlərin günahı təkcə rəhbərlərdə deyil, həm də..."
18/08/2018 [11:04]:
Paşinyanın 17 avqust mitinqi kimlərə mesaj idi?
18/08/2018 [11:02]:
Xarici dövlətlərə agentlik edən 118 nəfər aşkarlanıb - 15 ilin hesabatı
18/08/2018 [10:58]:
Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə
18/08/2018 [10:40]:
“ABŞ-ı qüdrətli dövlət etmişəm” - Tramp özünü təriflədi
18/08/2018 [10:38]:
Nazirin istefasını istəyirlər - Putini toyuna çağırdığına görə
18/08/2018 [10:27]:
686 bal yığsa da, imtina etmişdi - Bu il qəbul oldu
18/08/2018 [10:04]:
Sumqayıtda insanlığa yaraşmayan hərəkət – VİDEO
18/08/2018 [10:02]:
Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 99-cu ili
Bütün arxiv bir sırada
06/08/2018 [15:55] - Müsahibə - ( 3419 dəfə baxılıb)

“Bakı İslam Universiteti ilə rəqabətdən söhbət gedə bilməz” -İlahiyyat İnstitutunun rektoru



 

Moderator.az xəbər verir ki, İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Modern.az saytına müsahibə verib.

 

Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində dünyaya gəlib.

1991-1994-cü illərdə Suriyanın Dəvət və İrşad institutunda, 1994-1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi Universitetində ərəb dili və dinşünaslıq üzrə bakalavr dərəcəsini bitirib. 2000-2002-ci illərdə isə Azərbaycanda Xəzər Universitetinin magistraturasında təhsil alıb. 2004-2007-ci illərd AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda doktoronturada oxuyub. İlahiyyat üzrə fəlsəfə doktorudur.

C.Məmmədov 1 kitabın, 20 elmi məqalənin müəllifi, 1 dərsliyin həmmüəllifidir. 2001-2013-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müxtəlif şöbələrdə çalışıb. 20013-2014-cü illərdə AMEA-nın Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsində böyük elmi işçi işləyib. 2015-ci ildən rektor təyin olunanadək Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində aparıcı və böyük məsləhətçi vəzifəsini tutub.

Namizədlik dissertasiyasını Dinşünaslıq ixtisası üzrə "Şəmsəddin əs-Səxavi və onun "Richanul-kəffəti fi bəyəni nubzətin min əxbəri əhlis-suffə əsərinin islamda yeri" mövzusunda müdafiə edib.


Ceyhun Məmmədovla söhbəti təqdim edirik.

 

- Ceyhun müəllim, İlahiyyat İnstitutu bu il Prezidentin sərəncamı ilə yaradıldı. Yeni dərs ilinə elə də çox vaxt qalmayıb. Hazırlıqlar necə gedir?

 

2018-2019-cu tədris ili üçün  instituta 60 nəfərin qəbulu nəzərdə tutulub. Onlardan 35 nəfəri islamşünaslıq, 25 nəfəri isə dinşünaslıq üzrə nəzərdə tutulub. Artıq Dövlət İmtahan Mərkəzinin xətti ilə tələbələrin müraciətinə başlanılıb. Artıq tələbə olacaq şəxslərin bir qismi ilə  müsahibə keçirilib. Eyni zamanda tədris prosesinə də hazırlıq gedir. Tədris standartları və tədris planları hazırlanıb. Rəsmi fəaliyyətin göstərilməsi üçün lazım olan bütün addımlar atılır. Bunlarla yanaşı, müəllimlərin və digər mütəxəssilərin seçilməsi ilə bağlı da işlər gedir. Hansı ki, növbəti tədris ilində onlarla bir yerdə fəaliyyət göstərəcəyik. Hansı fənlərin tədris olunacağı ilə bağlı da qərar qəbul olunub. Dərsliklərin hazırlanması ilə bağlı işlər gedir, onların konkret qrafiki müəyyənləşdirilib.  İnstitutun tez bir zamanda formalaşması və bütün gücü ilə fəaliyyət göstərməsi üçün bütün zəruri addımlar atılır.  

 

- Rektoru olduğunuz təhsil ocağı yeni yaradılıb. Təbii ki, yeni yaradılan bir instituta qəbulun keçid balı 500 olsaydı, bu, bəlkə də etirazlara səbəb olardı. Ancaq keçid balının 200 olması da cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Niyə keçid balı 200 elan olundu? 

 

Təəssüf ki, bəzən bu məsələnin mahiyyətinə  varılmadan  cəmiyyətə yanlış məlumatlar təqdim edilir və fikir çaşqınlığı yaradılır. Məsələ bundan ibarətdir ki, institut yeni yaranıb. Eyni zamanda bu sahə strateji sahələrdən biridir. Cənab Prezidentin  bu sahəyə böyük qayğısı və diqqəti var. İnstitutun tanınması, formalaşması, cəmiyyətdə öz yerini tutması üçün müəyyən bir müddət lazımdır. Həm də tədris prosesi və digər işlərlə bağlı bəlli bir vaxt lazımdır. Hazırkı dövrdə bütün reallıqları nəzərə alaraq keçid balının 200 olaraq müəyyənləşdirilməsi normaldır. İlkin qəbul üçün bu, normaldır. Gələcəkdə  təbii ki, keçid balının qaldırılması ilə bağlı məsələlərə baxıla bilər. Burada əsas qarşıda duran məqsədlərdən biri institutun fəaliyyətə başlaması, tələbə qəbulunun həyata keçirilməsi, ilk qəbul etdiyimiz tələbələrlə işin qurulması və qarşıya qoyulan məqsədlərə çatılmasıdır.

 

- İlahiyyat İnstitutunda təhsil alacaq tələbələrin portreti ilə xarici ölkələrdə dini təhsil alanların portretini necə müqayisə edərdiniz? Hər halda müəyyən nəticələr əvvəldən hesablanıb deyə, bu sualı verdik.

 

- Bu günə kimi Azərbaycanda 3 minə yaxın tələbə xaricdə dini təhsil alıb. Azərbaycanda təhsil alan tələbələri biz necə görürük? Qarşımıza qoyduğumuz məqsədlərdən biri budur ki, Azərbaycanda təhsil alan tələbələr Azərbaycana sıx bağlı olsunlar, kənar təsirlərə məruz qalmasınlar. Onlar güclü şəxsiyyətə malik olmalı, dövlətlərini  sevməli və onun üçün çalışmalıdırlar.

Eyni zamanda, onlarda dini kimlik milli kimliyi üstələməməlidir. Həmçinin bu tələbələrin bilikləri, şəxsi keyfiyyətləri, dil bilikləri, dünyəvi bilikləri  yüksək olmalıdır. Bəzi müsəlman ölkələrində dini təhsil verilərkən yalnız dini biliklərə üstünlük verilir. Orada təhsil alanlar daha çox dini bilgilər əldə edirlər.  Xaricdə oxuyan tələbələr bəzən həmin ölkənin ideologiyasının Azərbaycanda təbliğatçısına çevrilirlər. Azərbaycanda oxuyan insanlara gəldikdə isə, düşünürük ki, onlar yüksək dini və dünyəvi biliklərə malik olmalıdır.

 

Zatən Qumda, Mədinədə təhsil alanların da dini bilikləri yüksək olur. Bəs siz din bilgisinin yüksək səviyyədə olmasını deyərkən nəyi nəzərdə tutursunuz?

 

-  Biz öz təhsil sistemimizi elə qurmalıyıq ki, Azərbaycanda oxuyan insanların  dini bilikləri xaricdə oxuyanlardan zəif olmasın. Yəni sabah onlar hər hansı bir yerdə işlədikdə, müəyyən dini məsələlərə münasibət bildirməyi bacarsınlar. Onların dünyəvi bilikləri və natiqlik qabiliyyəti   yüksək olmalıdır ki, fikir mübadiləsi apararkən düşüncələrini yaxşı formada çatdırsınlar.

Xaricə gedən tələbələrə sual verəndə ki, niyə başqa ölkədə təhsil almağı seçiblər, onlar bunu daha çox yeməklə, pulsuz təhsil və digər təminatlarla əsaslandırırlar.

Bizim institutda da ən böyük təminatlardan biri budur ki, burada təhsil  pulsuz olacaq. Tələbələr yeməklə, geyimlə və gələcəkdə yataqxana ilə təmin olunacaq. Bu da İlahiyyat İnstitutunun üstünlüklərindən sayılır.

 

- Siz özünüz də xaricdə dini təhsil almısınız. Bəs necə oldu ki, Ceyhun Məmmədov özü yad təsirə düşən kateqoriyaya daxil olmadı? 

 

Hesab edirəm ki burada baza təhsilinin, ailə tərbiyəsinin, insanın yaşadığı mühitin, təhsil və iş mühtinin rolu böyükdürMən Suriyanın və Liviyanın dövlət təhsil müəssisəsələrində təhsil almışam. Suriyanın da, Liviyanın da hər iki təhsil ocağı dövlətin tam nəzarətində idi. Dövlət tələbələri zərərli təsirlərdən qorumaq üçün zəruri addımlar atırdı.

Təhsildən sonra çalışdığım iş yerlərinin, rəhbərlərin, valideynlərin və ətrafımda olan insanların da rolu böyük olub.  

 

Onu da qeyd edim ki, xaricdə dini təhsil alan insanların içərisində  kifayət qədər savadlı, ölkəsini və vətənini  sevən insanlar var. Ancaq qeyd etdiyimiz kimi, bəzən  onlar arasında həmin ölkələrin ideologiyasının təsirinə məruz qalanlar olur.

 

- Bildiyiniz kimi, Azərbaycanda ali dini təhsil verən Bakı İslam Universiteti də var. İlahiyyat İnstitutunu bu quruma rəqib kimi dəyərləndirmək olarmı?

 

 - Burada  hər hansı rəqabətdən söhbət getmir. Bu universitet Qafqaz Müsəlmanları İdarəsinin nəzdindədir. Bizim institut isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdindədir. Hər iki təhsil ocağının məqsədi dövlətə, dövlətçiliyə xidmət etməkdir. Azərbaycan üçün  din xadimlərini yetişdirməkdir. Dünyanın bir çox ölkəsində bu cür analoji təhsil müəssisələri var. Türkiyə universitetlərinin əksəriyyətində ilahiyyat fakültələri var. Onlar rəqib kimi fəaliyyət göstərmirlər. 

Bakı İslam Universiteti müəyyən oturuşmuş təcrübəsi olan bir qurumdur. İlahiyyat İnstitutu isə yeni yaradılıb. Bizim yanaşmamız belədir ki, hər iki təhsil müəssisəsi əməkdaşlıq etməlidir və təcrübələrini bölüşməlidir. Eyni zamanda dövlətin müəyyənləşdirdiyi istiqamətdə birgə hərəkət etməlidirlər.

 

- Bakı İslam Universitetindən böyük gözləntilər var idi. Düşünmürsünüz ki, bu gözləntilər özünü doğrultmadığına görə, İlahiyyat İnstitutu yaradıldı?

 

-  Bakı İslam Universiteti  xeyli müddətdir fəaliyyət göstərir. Sadəcə bir məsələ var ki, bütün dünyada din sahəsi ən vacib və həssas sahələrdən biri hesab olunur. Bir çox dünya dövləti bu sahəni öz diqqətində və nəzərində saxlamağa çalışır. Dünyada baş verən prosesləri təhlil etsək görərik ki, hər hansı ölkəni məhv etmək üçün din amilindən məharətlə istifadə olunur. Buna görə də din təhsilinin dövlətin nəzarətində olması böyük əhəmiyyət daşıyır.

Cənab Prezident bu reallıqları nəzərə alaraq böyük uzaqgörənliklə Azərbaycan İlahiyyat İnstitutunu yaratdı.

 

- İlahiyyat İnstitutunda yeni hansı fənlərin tədrisi gözlənilir ki, bu zamana qədər keçilməyib? 

Bu günə kimi Quran, İslam hüququ,  hədis, kəlam və təfsir elmləri tədris olunub. 

Yeni tədris standartına əsasən, Müqəddəs Kitabların müqayisəsi, Qərbdə islam tədqiqatları, elm və din, Azərbaycanda dini cərəyanlar, islam mədəniyyəti tarixi, multikulturalizmə giriş və Azərbaycan dili və nitq mədəniyyəti və multikulturalizmə bağlı fənnlərin geniş tədrisi nəzərdə tutulur.  

 

- Bakıda “Şəbnəm” qızlar mədrəsəsi var. Orada dünyəvi biliklər də öyrədilir. Sizin institutda da din sahəsi ilə paralel olaraq elm də tədris olunacaqmı?

 

- Təhsil Nazirliyinin müəyyənləşdirdiyi standartlar var. Qarşımıza qoyulan məqsədlərdən biri də budur ki, mütləq dünyəvi fənlər tədris olunmalıdır. Azərbaycan tarixi, multikulturalizmi, ədəbiyyatı, natiqlik mədəniyyəti, ədəbiyyatın öyrədilməsi qarşıda duran əsas məsələlərdən biridir.

 

Onu da qeyd edim ki, dinşünaslıq ixtisasında sırf Azərbaycanla bağlı  müəyyən fənlərin də tədrisini nəzərdə tutmuşuq. Həmin fənlərdən biri Azərbaycandaki mövcud dini cərəyanlarla bağlıdır. Yəni,  əsasən Azərbaycanda  geniş yayılan dini cərəyanlar. Bununla bağlı fənnin tədrisi nəzərdə tutulub. Hansı ki, Azərbaycanda müxtəlif  strukturlarda çalışan insanlar bunları geniş şəkildə bilməlidirlər. Bu həm keçmiş, həm də müasir dövrlə bağlıdır.

 

- Azərbaycanın hansı özünəməxsus təriqəti var?

 

- Burada ancaq özünəməxsusluqdan söhbət getmir. İslama aid müəyyən cərəyanlar var ki, zaman-zaman Azərbaycanda daha geniş yayılıb. Bu qədim dövrlərdə və müasir dövrdə də belədir. Tarixən yaranmış müəyyən təriqətlər var ki, onların öyrənilməsi və bilinməsi xüsusi əhəmiyyət daşıyır.

 

- Fənnin adı nədir?

 

 - Azərbaycanda mövcud dini cərəyanlarla bağlı fənn kimi nəzərdə tutulub. Bu istiqamətdə işlər gedir. Mən sizə bəzi fənlərin adların da deyə bilərəm.

Bizdə elm və din fənni keçiriləcək. Bu, çox maraqlı fəndir. Azərbaycanda dini cərəyanlar, müqəddəs kitabların müqayisəsi, sosiologiya, əxlaq fəlsəfəsi, müasir İslam mütəfəkkirləri  ilə bağlı fənlər var. Bundan başqa İslam mədəniyyəti və incəsənəti ilə bağlı fənnin olması nəzərdə tutulub.

 

Bundan əlavə çox vacib bir fənn var ki, onun adını çəkməliyəm. Bu, dini xitabət və peşə hazırlığıdır. Bu, din xadimlərinin məscidlərdə təşkil etdikləri xütbələr  və icra etdikləri dini ayinlərlə bağlıdır.

Sosial elmlərin metodologiyası da tədris ediləcək. Biz bu fənləri tədris planına salarkən bir çox dünya ölkələrinin təcrübəsinə baxdıq. Oksford, Kembric, universitetlərinin, bizə qonşu Türkiyənin təcrübəsinə baxdıq. Bütün bunları analiz etdikdən sonra, qeyd etdiyimiz fənləri tədrisə saldıq.


Fəlsəfənin özü də bizim tədrisdə ən çox üstünlük verdiyimiz fənlərdən biri olacaq.

 

- Sualımız bəlkə də qəribə səslənə bilər. Ateizmin tədrisi gələcəkdə plana salına bilərmi? 

-  Hesab edirik ki, ateizm və onun tarixi də ciddi  öyrənilməlidir. Sovet dövründə Azərbaycanda ateizmin çox zəngin tarixi olub. Bu gün də ateizmlə bağlı həm Azərbaycan, həm də dünyada müxtəlif təbliğat gedir, fərqli fikirlər mövcuddur. Bu baxımdan da hesab edirik ki, tələbələr də ateizm barədə məlumatlı olmalıdırlar, onun tarixi haqda bilməlidirlər. Çünki sabah bu insanlar bir alim, din xadimi fəaliyyət göstərərkən onların qarşısına bu məsələlər çıxa bilər.  “Ateizm nədir, hansı mərhələləri keçib” – bunları bilməlidirlər.

- Heç düşünmürsünüz ki, ateizm haqqında bilgilərin verilməsi ilə tələbələr inancından dönə bilər?

 

- Biz azad, sərbəst bir cəmiyyətə yaşayırıq. Bura bir təhsil müəssisəsidir. Hər bir insan öz düşüncəsini rahat ifadə edə bilər. Bura gələn insanların əksəriyyəti öz seçimlərini etmiş şəxslərdir. Hansı fikri, hansı düşüncəni seçmək hər bir insanın etiqadına aid məsələdir. Amma bütün hallarda burada məlumatların və bilgilərin verilməsindən gedir. Zərərli və radikal fikirlərin yayılmasının əsas səbəblərindən biri məlumatsızlıq və bilgisizlikdir. Buna görə də bu məlumatlar tələbələrə verilməlidir ki, onların bilgisi olsun.

 

- Qeyd etdiniz ki, elmlə dinin qarşılıqlı münasibətlərini tənzimləyən fənn tədris olunacaq. Maraqlıdır, burada hansı elmlərdən söhbət gedir?

 

- Zaman-zaman din, xüsusilə də İslamla bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzən də elmlə din qarşı-qarşıya gətirilir. Bəzən birinin digərinə zidd olması ilə bağlı fikirlər səsləndirilir.

Elm və dinin qarşılıqlı münasibətlərin özü isə ilahiyyatla bağlı məsələdir. Müqəddəs kitablarda elmdən geniş şəkildə bəhs olunur. Biz isə müəyyən hallarda belə fikirlərlə rastlaşırıq ki, sanki dinlə elm arasında bir ziddiyyət var. Əslində isə bu məsələni araşdıranda görürük ki, onların arasında çox böyük, maraqlı əlaqələr var. Heç də din və elm bir-birini təkzib etmir.  Bu baxımdan da belə fənnin tədrisi olduqca vacibdir ki, elm və dinin qarşılıqlı münasibətləri öyrənilsin.

İslamda, Quranda elmlə bağlı bir çox məqam var. Tələbələrin bunları bilməsi vacibdir.

 

- Dinin predmeti inanca söyəınir, elmin predmeti isə fərqlidir. Konkret təcrübəyə gələn dəlillər üzərində araşdırmalar aparılır və müəyyən nəticələr hasil olunur. Bu mənada sizə elə gəlmirmi ki, ziddiyyət elə buradan qaynaqlanır?

 

Hesab edirəm ki, elm və din bir-birini tamamlayır. Din mənəviyyat tərəfidir, elmdə isə siz dediyiniz məsələlər öz əksini tapır. Problem nədir? Zaman-zaman İslamın geridə qalması ilə bağlı fikirlər səsləndirilir. Bəziləri iddia irəli sürürlər ki, Qərb dindən uzaqlaşdığına görə, inkişaf etdi. İslamin ilkin dövrlərində müsəlmanlar elm sahəsində çox böyük nailiyyətlər əldə ediblər. Hətta yunan mədəniyyətinə aid əsərlər ərəb dilinə, sonra isə Avropa dillərinə tərcümə olunub.

İddialar isə yanlış şərhlər və yanlış təsəvvürlərdən irəli gələn məsələdir.  Dinə xurafat və mövhumat daxil olanda, əlbəttə ki, o, elmlə ziddiyyət təşkil edəcək. Çünki elm xurafatı və mövhumatı qəbul etmir. Din əslində Tanrı ilə bəndə arasında ünsiyyət vasitəsidir. Elm isə daha çox təcrübəyə əsaslanaraq öz rolunu oynayır.

Dinlərin fəlsəfəsinə də baxdıqda görürük ki, dinlərin bəşəriyyətə gəlməsində məqsəd insanları saflaşdırmaq və kamilləşdirməkdir, birliyə çağırmaqdır. Dinin özü müasir dövrdə elmin araşdırdığı sahədir. Dünyanın bir çox universitetlərində ilahiyyat fakültələri var.

 

- Həqiqi din deyirlər. Gəlin həqiqi dinə müraciət edək. Məsələn, Quran ayəsində İbrahim peyğəmbərin quşları parça-parça edib, sonra onlara yenidən can verməsi yazılıb. Elm isə bunu sübut edə bilmir. Yaxşı buna necə izah verək? 

Dini həqiqi və qeyri-həqiqi dinə bölmək yanlışdır. Həqiqi din və qeyri-həqiqi din anlayışı yanlışdır.

Quranda ilk nazil olan ayələrdə “oxu” deyilir.

Quranda “Dəmir” surəsi var. Quranda başqa surələr var ki, elmi həqiqətlərlə bağlıdır. Quranda arılarla  bağlı ayələr var. Quran 14 əsr bundan əvvəl nazil olanda orada Yerin kürə şəklində olması öz əksini tapıb. Lakin bir zamanlar insanlar bu həqiqətləri qəbul etmirdilər.

Bu gün isə həqiqətən də elə məqamlar var ki, insan ağlı onu dərk etməkdə çətinlik çəkir.

Quranda, hədislərdə müəyyən fikirlərə rast gəlirik ki, orada elmə çağırış var. Hədislərdə buyurulur ki, elm öyrənmək hər bir müsəlman kişiyə və qadına vacibdir.  

 

Dediniz ki, hədislərlə bağlı fənn tədris ediləcək. Çoxu məzhəb təəssübkeşliyi çəkərək öz təriqətinin buyurduğu hədisləri doğru sayır. Sizdə bütün bu hədislər kompleks öyrədiləcək?

 

- Söhbət hədisin metodologiyasından gedir. Hədis elmi elm kimi İslam dünyasında çox geniş şəkildə inkişaf edib. Biz də kompleks şəkildə yanaşmağı düşünürük. Hədis elmi dedikdə daha çox burada metodologiyadan söhbət gedir. Bu gün də qəbul olunmuş müəyyən məsələlər var – uydurma hədislər və dini terminologiyada səhih deyilən hədislər. Bu hədislərin araşdırılması, mənbələri, hədis kitabları, onların kimlərin dilindən deyilməsi ilə bağlı məsələ vacibdir. Səhih hədisləri uydurma hədislərdən ayırmaqla bağlı bilgilərin verilməsi əhəmiyyətlidir. Kompleks şəkildə peyğəmbərdən və imamlardan rəvayət olunan hədislərin araşdırılmasından söhbət gedir.

 

- Quranı Azərbaycan dilində yenidən tərcümə etməyə ehtiyac varmı?

 

Azərbaycanda Quranın tərcüməsi yüksək səviyyədədir. Vasim Məmmədəliyevin, Nəriman Qasımoğlunun və  Tariyel müəllimin tərcüməsi var. Vasim müəllimin tərcüməsi uğurlu bir tərcümədir. Nəriman Qasımoğlunun tərcüməsi isə daha çox ədəbi  üslubda olan tərcümədir. Quran tərcüməsi İslam elmində çox həssas bir məsələdir. Quranı şərh, təfsir etmək üçün bir alimin ən azı 20 elmə yiyələnməsi şərtdir. Bu baxımdan da ərəb dilində də bəlağət, bənzətmə və bu kimi məsələlər var. Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə etmək o qədər də asan iş deyil. Amma Vasim müəllimin tərcüməsini kifayət qədər uğurlu hesab etmək olar. Çünki mənanın çatdırılması və Azərbaycan dilinin qaydalarının qorunması baxımından uğurludur. Orada da axıcılıq, fikirlərin tam başa düşülməsi baxımından da reallığı nəzərə almalıyıq.

 


-  “Məhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Onların əlamətləri isə üzlərində olan səcdə izidir (qiyamət günü onlar üzlərindəki möminlik nuru, alınlarındakı möhür yeri ilə tanınarlar)”. 
Bu ayə və ona verilən interpretasiya Vasim Məmmədəliyevlə Ziya Bünyadovun tərcüməsindəndir. Bəzi ilahiyyatçılar məhz bu cür tərcümə və şərhə görə Vasim Məmmədəliyevi tənqid edir.

 

Tənqid etmək ən asan işdir.  Ərəb dilini bildiyim üçün Quranın tərcüməsinin çətin olduğunu çox gözəl anlayıram. Quranda elə ayələr var ki, sən ərəb dilini nə qədər yüksək bilsən də, o ayəni oxuyub başa düşməyəcəksən. Bu zaman sən onun mütləq şərhini oxumalısan. Bu baxımdan da ərəb dilindən Azərbaycan dilinə tərcümə asan deyil. Başqa bir məsələni də sizə deyim ki, bu, çox ağır prosesdir. Hər hansı tərcümədə müəyyən bir məqamlar, razılaşdırılmayan nüanslar ola bilər. Vasim müəllimin də tərcüməsində söhbət ondan gedir ki, həmin ayə olduğu kimi Azərbaycan dilinə verilsəydi, məna tam ifadə olunmayacaqdı. Buna görə də, əlavə olaraq mötərizədə əlavə şərhlər verilib. Sizin də qeyd etdiyiniz kimi, tərcümədə zaman-zaman məzhəb məsələləri də nəzərə alınıb. Amma o mötərizələr olmasaydı, bəzi ayələrin başa düşülməsində yanlış anlaşılmalar ola bilərdi. Vasim müəllimdən başqa digərləri də Quranı tərcümə etməyə cəhd göstəriblər. Burada əsas məsələlərdən biri də Azərbaycan dilinin və ərəb dilinin ədəbi qaydalarının gözlənilməsi, mənanın anlaşılan olmasıdır.

 

- İmamlara olan sevgi çox normaldır, bu, artıq Azərbaycan kültürünə də hakimdir. Amma imamlara olan aşırı sevgi, həddindən artıq bağlılıq insanları bəzən radikallığa sürükləyir. Götürək, Gəncə hadisələrini. Orada iştirak edənlərin hamısında imamlara aşırı sevgi var idi. Sevgi məsələsini tənzimləmək mümkün deyil, bəs çıxış yolu nədədir?

 

Hər bir məsələdə qızıl orta xüsusi əhəmiyyət daşıyır. İfratçılıq dində də qəti şəkildə qəbul olunmur və pislənilir. Bu məsələlər arasında mütləq balans gözlənilməlidir. Dində sevgi, məhəbbət çox geniş şəkildə təşəkkül tapıb. Problem isə daha çox sevgidən yox, zərərli təbliğatdan yaranır.

Bəzən dini və məzhəb təəssübkeşliyi radikallığa aparır. Dini maarifləndirmənin düzgün aparılması vacibdir. Ümumiyyətlə dinlərin əsas məqsəd və hədəfi insanları yetişdirməkdir. Quranda Allah-Təala bir insanın qətlə yetirilməsini bütün bəşəriyyətin qətlə yetirilməsi kimi qiymətləndirir. Bu baxımdan həmin o qızıl orta tapılmalıdır. İslam meydana gəldiyi ilkin dövrlərdə ərəb cəmiyyətində ərəb təəssübkeşliyi çox güclü idi. İslamın sonrakı dövrlərində, xüsusilə əməvilərin dövründə ərəb təəssübkeşliyi, qəbilə təəssübkeşliyi daha da gücləndi və bir çox problem yaranmağa başladı. Quranda da, bir çox hədisdə də ifratdan, qatı təəssübkeşlikdən uzaq olmaq müsəlmanlara buyurulur. Vurğulanır ki, nəyisə sevmək kiminsə haqqına girmək anlamına gəlməməlidir.

 

- İlahiyyat İnstitutuna qəbul üçün 60 yer ayrılıb. Gender məsələsi necə, balanslaşdırıla bilər?

 

- Bizim son statistikaya baxsaq görərik ki, xeyli sayda xanım da qəbul üçün müraciət edib. Onlar ilahiyyatçı, dinşünas olmaq istəyirlər. Bizim təhlillər göstərirlər ki, xanımlar daha çox ilahiyyat sahəsinə meyl göstərir. Bu baxımdan heç bir problem yoxdur. Sizə bir şeyi də deyim ki, bir çox müsəlman ölkəsində kişilər və qadınlar ayrı-ayrı qruplarda təhsil alırlar. Azərbaycanda isə tam fərqli bir sistem və yanaşma mövcuddur. Biz də bu məsələləri nəzərə almışıq. Həm müəllimlərdə, həm də tələbələrdə gender bərabərliyi məsələsini qorumağa çalışırıq. Biz düşünürük ki, bu gün Azərbaycan cəmiyyətində eyni zamanda zəngin dini biliklərə malik olan dinşünas qadınlara da ehtiyac var.

 

- Müsahibə mərhələsindən nə qədər şəxs keçib? 

- Üçüncü qrupa imtahandan sonra yenidən Psixoloji Komissiyanın ilk iclasları başladı. Biz islamşünaslığı seçən abituriyentlərlə müsahibələr apardıq. Onların bir hissəsi Psixoloji Komissiyadan keçdilər, seçildilər.  İlkin olaraq 15 nəfər onların arasından seçilib. Hazırda bu istiqamətdə iş gedir.  

 

- Uzun müddət sizin məmur kimliyiniz də olub. Hansı məmurla əlaqələriniz var? Sözsüz ki, ilk növbədə də bəlkə də Dini Komitənin sədri Mübariz Qurbanlının adını qeyd edəcəksiniz.

 

-  Uzun müddət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışmışam. 2001-ci ildən komitənin yaranmasında, formalaşmasında fəal iştirak etmişəm. Komitəyə  ilk illər bildiyiniz kimi  Rafiq Əliyev rəhbərlik edirdi. Sonrakı dövrlərdə də başqa rəhbərlər oldu. Bu rəhbərlərin hamısı ilə işləmişəm. Bu gün də rəhbər Mübariz müəllimdir. Mübariz müəllim  hər bir əməkdaşa xüsusi diqqətlə yanaşır.

Bu gün din sahəsində çalışan bir qurumlarla sıx əlaqəli şəkildə işləyir və əməkdaşlıq edirik.

 

- Prezident sizi rektor təyin etdi. Maraqlıdır, bundan sonra Mübariz Qurbanlı sizi yanına çağırıb nələr dedi?

 

Əvvəla onu qeyd edim ki, təyinatdan sonra Mübariz müəllimlə  görüşdə o, öz tövsiyələrini, məsləhətlərini, institutun qarşısında hansı məqsədlərin durduğu barədə ətraflı məlumat verdi. Qarşıda böyük vəzifələrin durduğunu, tez bir zamanda institutun fəaliyyətə başlamasının zəruriliyin qeyd etdi.

 

- Ceyhun müəllim, rektor olaraq özünüz hansı fənni tədris edəcəksiniz?

 

Mənim ixtisasım ərəb dili və ilahiyyat elmləridir.  Son illər isə mənim fəaliyyətimlə bağlı olduğuna görə, multikulturalizm fənnini tədris etməyi düşünürəm. Yəqin ki, Azərbaycan multikulturalizmi fənnini mən özüm tədris etmək barədə qərarımı verəcəyəm. Hesab edirəm ki, universitetdəki ab-havanı, tələbələrin dərsə münasibətini və bilik səviyyəsini bilmək baxımından  auditoriyaya girmək çox önəmlidir.

"Qeyri - adi insanla hər görüş unudulmaz xatirəyə çevrilir..." - FOTO
Qadınlar don geyinərsə... - FOTOLAR
Paşinyanın 17 avqust mitinqi kimlərə mesaj idi?
3 sabiq, oxşar karyera, fərqli aqibət...
Paşinyandan riyakar etiraf: "Sələflərim Qarabağı təhvil vermək istəyirdilər"
İdrak Liseyi - Keyfiyyətli təhsil
Nabranda ailəvi istirahət üçün kotec tipli kirayə evlər. Ətraflı məlumat üçün əlaqə nömrələri:

050 311 11 64, 055 681 11 64

N.Tusi adına Klinika
Maraqlı
Sadə üsulla damarları təmizləyib, inanılmaz rahatlıq yaşayın - Bir çox xəstəliklərdən qurtulun...
Cəmiyyət
Yaxşılıq et, sən də müqəddəslərdən ol! – ELMİ-LƏDUN ...
Cəmiyyət
Kəmaləddin Heydərov Səfər Mehdiyevin işdən qovduğu generalı işsiz qoymadı - FOTO
Müsahibə
Düşmənlə sıfır nöqtəsində: "Azərbaycan əsgərinin boynunda bir xalqın zəfər tarixini yazmaq yükü var" + FOTOLAR
Dünya
Afrin şəhidinin vəsiyyəti yerinə yetirildi- Ata və anası Həcc ziyarətinə göndərildi...
Həftənin ən çox oxunanları
Yaponların başqa planetdə yaşadığını sübut edən 30 heyrətamiz fakt - FOTOLAR
Ərdoğan Trampa QALİB GƏLDİ: dollar sürətlə düşür
Şagirdlər kütləvi şəkildə dəfn olundular – Faciənin fotosu
“İstanbul təslim olarsa, nə Bakı qalar, nə Astana, nə Daşkənd, nə Aşqabad...” -Fikir savaşı
Bakıda "moyka"da biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular – VİDEO
“Böyükdən kiçiyə qədər onlara tüpürmüşəm...” - Xalq artisti televiziya rəhbərlərini sərt qınadı...
"Səhv etmirəmsə, Şeyxülİslam Allahşükür Paşazadə də Baqramyanla bərabər gəlmişdi"
Hadi Rəcəbli barəsində yazanlara xəbərdarlıq etdi: “Bu qədər şərəfsiz hərəkət etmək olmaz”
FHN generalının otellər şəbəkəsi üzə çıxdı - FOTO
Ordumuzun snayperi düşmən snayperini gözündən vurdu - Əməliyyatın detalları + FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə