Xəbər lenti
19/08/2018 [00:34]:
Avstriyalı nazirin toyundan - Fotolar + Video
19/08/2018 [00:18]:
Müşfiqin aldadılaraq repressiya edilən qohumuna verilən ağır işgəncələr- Dəhşətli əzablar və illər
19/08/2018 [00:17]:
Qurban bayramında heyvan kəsimi bu ünvanlarda olacaq - Siyahı
18/08/2018 [23:32]:
İlham Əliyev Ərdoğanı təbrik etdi
18/08/2018 [23:28]:
Sadə üsulla damarları təmizləyib, inanılmaz rahatlıq yaşayın - Bir çox xəstəliklərdən qurtulun...
18/08/2018 [23:01]:
Cəbrayılın işğalından bəhs edən “Kaş gözlərim kor olaydı...” təqdim olundu - FOTO
18/08/2018 [22:11]:
Yaxşılıq et, sən də müqəddəslərdən ol! – ELMİ-LƏDUN ...
18/08/2018 [22:01]:
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası qəbul elan edir...
18/08/2018 [21:52]:
Volodin Ərdoğanla görüşdü
18/08/2018 [21:32]:
"Hər kəs bunun fərqindədir ki, məsələ Ərdoğan məsələsi deyil, məsələ Türkiyə məsələsidir"
18/08/2018 [21:11]:
"Qeyri - adi insanla hər görüş unudulmaz xatirəyə çevrilir..." - FOTO
18/08/2018 [21:10]:
Kəmaləddin Heydərov Səfər Mehdiyevin işdən qovduğu generalı işsiz qoymadı - FOTO
18/08/2018 [21:07]:
Paşinyanın mitinqindən sonra Ermənistanın baş qərargah rəisi Azərbaycana gəldi...- Foto
18/08/2018 [20:50]:
Müsəlman cütlüyün vətəndaşlıq müraciəti rədd edildi - SƏBƏB
18/08/2018 [20:43]:
Türkiyəli məşhur aktyor ayağını kəsdi...
18/08/2018 [20:36]:
Putin Karinin toyunda: Nazirlə rəqs etdi - Foto
18/08/2018 [20:32]:
“Paşinyanın Azərbaycan və Türkiyə tərəfindən maliyyələşməsi iddiası gülüncdür”
18/08/2018 [19:53]:
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
18/08/2018 [19:43]:
Düşmənlə sıfır nöqtəsində: "Azərbaycan əsgərinin boynunda bir xalqın zəfər tarixini yazmaq yükü var" + FOTOLAR
18/08/2018 [19:30]:
Uşaqları intihara sürükləyən "Momo" yeni platformada yayılır - SOS!
18/08/2018 [19:28]:
Dövlət qulluğuna qəbulun nəticələri açıqlandı
18/08/2018 [19:23]:
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb
18/08/2018 [19:05]:
“İstehlakçıların bilik səviyyəsi ədədi, onları aldatmaq metodları isə həndəsi silsilə ilə artır”
18/08/2018 [18:33]:
Bakıda qonşusunu təpikləyib öldürən şəxsin cəzası dəyişmədi
18/08/2018 [18:31]:
Ərdoğan yenidən AKP-nin sədri seçildi
18/08/2018 [18:28]:
“Extibar, Extibar, ŞTO TAKOYE “BAMBILI”?..”
18/08/2018 [18:23]:
İlham Əliyev Pakistan prezidentini təbrik etdi
18/08/2018 [18:19]:
"Bu cür universitetlə Qarabağın adını hörmətdən salmağa dəyməz"
18/08/2018 [17:58]:
ABŞ-ın qonşularımızla gərginləşən münasibəti Qarabağ probleminin həllinə nə vəd edir?
18/08/2018 [17:49]:
Rəsul Çunayevin rütbəsi artırıldı - FOTO
18/08/2018 [17:47]:
İlham Əliyev yol tikintisinə 11 milyon manat ayırdı
18/08/2018 [17:45]:
Dörd uşaq anasına niyə sosial yardım verilmir? - RƏSMİ CAVAB
18/08/2018 [17:38]:
Alimlər sizin acı xatirələrinizi “silib” yenilərini əlavə etməyi bilirlər
18/08/2018 [16:44]:
Müəllimlərin oxuması vacib olan 13 kitab - SİYAHI
18/08/2018 [16:43]:
Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olan abituriyentlərin nəzərinə -Lazımı sənədlərin siyahısı
18/08/2018 [16:41]:
Qərbi Kaspi Universitetinə qəbul olanların nəzərinə!
18/08/2018 [16:39]:
Beş uşağı üçün öz məktəbini açan ata - “Ad Astra School”
18/08/2018 [16:34]:
Terrorçular ABŞ hərbçilərinə hücum etdilər
18/08/2018 [16:33]:
Bakıda avtomobili piyadalara çırpan sürücü həbs edildi
18/08/2018 [16:32]:
Ərdoğan: "Türkiyəni əzə bilməyəcəklər"
18/08/2018 [16:30]:
Lukaşenko hökuməti “təmizlədi”
18/08/2018 [16:29]:
Qadınlar don geyinərsə... - FOTOLAR
18/08/2018 [16:28]:
Pivə haqqında bilmədiyiniz maraqlı faktlar...
18/08/2018 [15:59]:
Ana və oğlu eyni vaxtda tələbə adı qazandı - FOTO
18/08/2018 [15:30]:
Millət vəkili Tuva, Xakas, Başqırd, Uyğur və Macar türklərinin ziyalıları ilə Qarabağdan danışdı
18/08/2018 [15:29]:
"Olmaz" demişdilər, amma oldu - Bir qadının on iki il sonra analıq sevinci...
18/08/2018 [15:16]:
Generalın qəbul etdiyi qız: Arzum Qarabağ atımın olmasıdır - FOTO/VİDEO
18/08/2018 [15:12]:
Dünya və Avropa çempionları Qazaxa gedib
18/08/2018 [14:48]:
Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü
18/08/2018 [14:47]:
Avtobus sürücüsü salonda unudulmuş 852 mini sahiblərinə qaytardı - İBRƏTAMİZ
18/08/2018 [14:29]:
"WhatsApp"da yenilik: Kodu yığmasan...
18/08/2018 [14:19]:
Sabah da yağış yağacaq
18/08/2018 [14:15]:
Azərbaycanın ət aldığı ölkələr bəlli oldu
18/08/2018 [14:09]:
Kofi Annan vəfat etdi - FOTO
18/08/2018 [14:05]:
Akıf Nağı Merkelə müraciət etdi
18/08/2018 [14:04]:
Afaq Bəşirqızı ailəsi ilə istirahətdə - FOTO
18/08/2018 [13:48]:
Afrin şəhidinin vəsiyyəti yerinə yetirildi- Ata və anası Həcc ziyarətinə göndərildi...
18/08/2018 [13:32]:
Əxlaqsız saytların bloklanması VPN-ə tələbatı kəskin artıb
18/08/2018 [13:07]:
Cansu Dərə eyni serialdan ikinci aktyorla sevgili oldu - FOTOLAR
18/08/2018 [13:02]:
“Çukur”a iki möhtəşəm transfer -FOTOLAR
18/08/2018 [12:53]:
“Alimentlərin ödənilməməsi azyaşlı uşaqların inkişafına mənfi təsir göstərir”
18/08/2018 [12:50]:
Rusiya 2077-ci ildə BELƏ OLACAQ - FOTOLAR
18/08/2018 [12:45]:
Turistləri daşıyan avtobus aşdı: Azı 3 ölü, 51 yaralı
18/08/2018 [12:17]:
Məktəblərlə bağlı qanun layihəsi parlamentdə müzakirələrə çıxarılacaq
18/08/2018 [12:03]:
“Çantanın satışından əldə olunan gəlir xeyriyyə məqsədi üçün sərf olunacaq...”- Elza Seyidcahan...
18/08/2018 [11:43]:
Aysel Əlizadə belə dincəlir - FOTOLAR
18/08/2018 [11:37]:
Yarım milyon manatlıq gəmi hərraca çıxarıldı
18/08/2018 [11:24]:
Qubadlı, Kəlbəcər və Xocavəndin kəndlərindəki məktəblərdə mühəndis laboratoriyaları yaradılacaq
18/08/2018 [11:18]:
Məmmədyarov ABŞ-da superturnirdə yarışlara başlayır
18/08/2018 [11:10]:
Türk polisi dollarlarını lirəyə dəyişmək üçün növbəyə düzüldü – FOTO
18/08/2018 [11:10]:
Ən çox qazanan qadın aktrisalar - FOTOLAR
18/08/2018 [11:08]:
"Televiziyalardakı bayağı verilişlərin günahı təkcə rəhbərlərdə deyil, həm də..."
18/08/2018 [11:04]:
Paşinyanın 17 avqust mitinqi kimlərə mesaj idi?
18/08/2018 [11:02]:
Xarici dövlətlərə agentlik edən 118 nəfər aşkarlanıb - 15 ilin hesabatı
18/08/2018 [10:58]:
Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə
18/08/2018 [10:40]:
“ABŞ-ı qüdrətli dövlət etmişəm” - Tramp özünü təriflədi
18/08/2018 [10:38]:
Nazirin istefasını istəyirlər - Putini toyuna çağırdığına görə
18/08/2018 [10:27]:
686 bal yığsa da, imtina etmişdi - Bu il qəbul oldu
18/08/2018 [10:04]:
Sumqayıtda insanlığa yaraşmayan hərəkət – VİDEO
18/08/2018 [10:02]:
Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 99-cu ili
Bütün arxiv bir sırada
10/08/2018 [10:52] - Cəmiyyət - ( 953 dəfə baxılıb)

Serj Sərkisyanın Qarabağa mübhəm gəlişi...



Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan yenidən Azərbaycanın işğal altındakı ərazilərində peyda olub. Erməni mediasının məlumatına görə, İtaliyada istirahət edən keçmiş prezident Ermənistana qayıtdıqdan az sonra işğal altındakı Dağlıq Qarabağa gəlib.

Ermənistanın  “Joxovurd” qəzeti Sərkisyanın artıq üç gündür ki, Qarabağda olduğunu yazıb. Onun anası ilə görüşməkdən ötrü Xankəndinə gəldiyi bildirilir. Qeyd edək ki, son zamanlar S.Sərkisyanın İtaliyaya qaçdığı bildirilirdi. İddialar var idi ki, Robert Köçəryanın ardınca həbs olunacağını bilən Ermənistanın üçüncü prezidenti ölkəni tərk etməyə qərar verib. Hətta onun yaxın ətrafı ilə bağlı araşdırmalara başlanılması, o cümlədən qardaşı Aleksandr Sərkisyanın qanunsuz silah daşımaq ittihamı ilə saxlanılması, sonradan sərbəst buraxılması da S.Sərkisyanın başının üstünü qarda buludların aldığı barədə ehtimalı gücləndirirdi. Lakin onun qəfildən Ermənistana qayıtması ermənilərin özləri üçün də gözlənilməz olub.

Üstəlik, bu arada Ermənistan Respublika Partiyasının sədr müavini, deputat Armen Aşotyan da polis tərəfindən şahid kimi dindirilib. Deputat nazir fəaliyyəti ilə bağlı dindirildiyini bildirib. A.Aşotyan baş verənləri hökumətin təşkil etdiyi teatr adlandırıb. O, məzuniyyətə getdiyini və geri döndükdən sonra baş verən hadisənin detalları haqqında məlumat verəcəyini bildirib.

Qeyd edək ki, A.Aşotyan S.Sərkisyanın hakimiyyəti dönəmində təhsil naziri vəzifəsində çalışıb. Virtualaz.org yazıb ki, Armen Aşotyan həm də Ermənistan parlamentinin “Avronest” Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəridir və ötən ilin sentyabrında “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə ”Şərq Tərəfdaşlığı" ölkələri parlamentlərinin cəlb edilməsi" adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olmuşdu.

Şərq Tərəfdaşlığı" ölkələri ile ilgili görsel sonucu
Yəni S.Sərkisyanı Ermənistanda rahat həyat gözləmir, bu, şübhəsizdir. Eyni zamanda  Qarabağ klanının digər nümayəndəsi, sabiq müdafiə naziri Seyran Ohanyanla bağlı da araşdırmalara başlanılıb. Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsdən azad olunması ilə bağlı çalışmalar da hələlik nəticəsiz qalıb. 45 deputatın müraciətinə “yox” cavabından sonra apelyasiya məhkəməsi də eks-prezidentin barəsində 28 iyulda seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəkillərin müraciətinə mənfi cavab verib.

Belə görünür ki, proses Qarabağ klanının çökdürülməsinə aparır. Belə bir durumda S.Sərkisyanın Ermənistana, oradan da Dağlıq Qarabağa gəlməsi çətin ki, yalnız anasına baş çəkmək istəyi ilə bağlı olsun. Şübhəsiz ki, Sərkisyan bununla Qarabağ erməniləri ilə birliyini nümayiş etdirməyə çalışıb. Fakt budur ki, Ermənistandakı liderlər yollarını Azərbaycanın işğal altındakı ərazilərindən salırlar, bu, bir ənənəyə çevrilib. Təsadüfi deyil ki, Nikol Paşinyan da baş nazir seçiləndən bir gün sonra Xankəndinə gəldi. S.Sərkisyan isə bu günlərdə Qarabağa qayıtmaqla Paşinyana güc nümayiş etdirir. Yəni bununla “mən qarabağlıyam və arxamda Qarabağ erməniləri dayanıb” demək istəyir. Son günlər Ermənistan mediası Qarabağ separatçısı Bako Saakyanın odla oynadığını da yazır. Bu günlərdə Saakyanın təşkilatçılığı ilə Qarabağda mitinq şouları təşkil olunur və torpaqlarla bağlı radikal bəyanatlar verilir. Ola bilsin S.Sərkisyan həm də B.Saakyana məsləhətlərini vermək niyyətində olub. Levon Ter-Petrosyan N.Paşinyanla görüşdükdən sonra «Qarabağ klanı»na qarşı “hücum” əmri verildi. Sözsüz ki, bu hücum B.Saakyanı da rahatsız edir. Təsadüfi deyil ki, məhz bundan sonra Xankəndi şəhərində B.Saakyana “istefa” tələbi ilə mitinqlər başlamışdı, sonradan proses dayandırıldı. O mənada S.Sərkisyanın özünü reabilitasiya üçün yenidən Qarabağa sığınmaq istədiyini, yaxud B.Saakyanla koalisiyaya gedəcəyini güman etmək olar. Onun bu cəsarətinin arxasında Rusiyadakı dayaqlarının dayandığı da istisna deyil. S.Sərkisyan Rusiyaya sadiq birisi olub, ancaq son illərdə nala-mıxa vurmaqla Kremli qəzəbləndirib. Lakin Paşinyan hökumətini cəzalandırmaq üçün Kreml yenidən ona “stavka” edə bilər. Əgər S.Sərkisyan Ermənistandan rahat şəkildə Qarabağa keçibsə, deməli, səbəbsiz deyil. Yeri gəlmişkən, iki il əvvəl S.Sərkisyanın Qarabağ üzərindən hakimiyyətini uzatmaqla bağlı plan qurduğu barədə xəbərlər yayılırdı. Bu ilin yazında iflasla üzləşən keçmiş prezident mümkündür ki, revanş üçün növbəti cəhdlərə əl atsın. Əks-təqdirdə onu da Köçəryanın taleyi gözləyəcək. 

Sarkisyan ile ilgili görsel sonucu
Ancaq S.Sərkisyanın indiki durumu Azərbaycana əlavə fürsətlər verir. Ermənistanın sabiq prezidenti hətta BMT və Avropa Şurası tribunalarından işğala rəhbərlik etdiyini etiraf edib. Üstəlik o, Xocalı soyqırımının törədilməsində iştirakını, özü də bunun zəruriliyini Karnegi Fondunun məşhur tədqiqatçı-jurnalisti Tomas de Vaala müsahibəsində deyib. Belə olan təqdirdə Azərbaycan S.Sərkisyanın - həm də keçmiş vətəndaşının - cəzalandırılması üçün hərəkətə keçə bilər. Azərbaycan dövlətinin başçısı da dəfələrlə ali kürsülərdən S.Sərkisyanın Xocalı soyqırımına görə məsuliyyət daşıdığını bəyan edib. 1989-cu ildən 1993-cü ilə kimi separatçı “Dağlıq Qarabağ Respublikası”nın “özünümüdafiə qüvvələri komitəsi”nin başında dayanan Serj Sərkisyan 1992-ci ildə Xocalı soyqırmını törədən qüvvələrə komandanlıq edib. O, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və soyqırımında birbaşa iştirakçı olub. Bu səbəbdən Serj Sərkisyan Avropa İnsan Haqları Məhkəməsinə verilib. Tomas de Vaalın “Xocalı soyqırımı haqqında nə düşünürsünüz, sualına Sarkisyan belə cavab verib: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat etmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq. Baş verən hadisə də bu idi”. S.Sərkisyanın bu etirafı onun Avropa Məhkəməsində mühakiməsi üçün yetərlidir.

Prezident olduğu dövrdə S.Sərkisyanla bağlı sərt addımlar atılması mümkün olmadısa, artıq indi sıravi vətəndaş olan, özü də Ermənistanda 2008-ci ilin mart hadisələrinə görə cəzalandırılacağı gözlənilən Sərkisyanla bağlı İnterpola axtarış vermək imkanı yaranıb. Azərbaycan Qarabağ ermənisinin ya Bakıda mühakimə olunması, yaxud da beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması istiqamətində hərəkətə keçmək haqqından yararlana bilər.

Hərbi ekspert Üzeyir Cəfərov ile ilgili görsel sonucu
Hərbi ekspert Üzeyir Cəfərov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanın sabiq dövlət başçısının yenidən ortaya çıxması səbəbsiz deyil: “Xeyli vaxt idi ki, onun haqqında müxtəlif söz-söhbətlər gəzirdi. Gah onun ölkədən uzaqlara qaçdığı, gah Moskvada gizləndiyi və sairə tipli xəbərlər həm ermənilərin öz mətbuatında, həm də xaricdə bəzi nəşrlərdə gözə dəyirdi. İndi isə məlum olub ki, cinayətkar Serj Sərkisyan İtaliyada imiş və artıq geriyə qayıdıb. Və dərhal da Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə gəlib. Bu da təsadüfi deyil. Çünki əslən Qarabağdan olan sabiq prezidentin yaxın ətrafı bu gün İrəvanda hakimiyyətdə olan Paşinyan və komandası tərəfindən əməlli-başlı həm hüquqi müstəvidə, həm də qeyri-qanuni yollarla ”çarmıxa" çəkilirlər. Bu gedişlə, inanıram ki, yaxın günlərdə və ya həftələrdə Serj Sərkisyanın özü də Köçəryan kimi, əvvəl sorğu-suala çəkiləcək, sonra isə yəqin ki, məsuliyyətə cəlb ediləcək". Ü.Cəfərov da təsdiqləyir ki, bu gün Serj Sərkisyanın yeganə güvənə biləcəyi qüvvə separatçı rejimin hazırkı rəhbərliyi və İrəvanda qalan azsaylı tərəfdarlarıdır: “Bir vaxtlar onun rəhbəri olduğu və hökmranlıq etdiyi hakim partiyada da çox böyük narazılıqlar, narahatlıqlar mövcuddur. Hesab edirəm ki, bizim hüquq-mühafizə orqanları da indiki məqamda bu canini məsuliyyətə cəlb etmək üçün bir qədər aktiv olmalıdırlar. Bu yaramaz sərbəst şəkildə dünyanın ayrı-ayrı nöqtələrinə səfərlər edir. Əvvəllər əgər bunun toxunulmazlıq immuniteti var idisə, indi artıq o, dövlət başçısı deyil və çox rahat şəkildə biz onun məsuliyyətə cəlb olunmasına cəhd edə bilərik. İnterpol xətti ilə addımlarımızı sürətləndirməliyik. Ən azından bir neçə belə canini biz məsuliyyətə cəlb etdirə biləsk, məncə, bunun özü də başqaları üçün bir dərs olar”.

Maraqlısı budur ki, Ermənistanda səslənən bəzi ittihamlar da Azərbaycanın xeyrinə işləyir. “Mənim Serj Sərkisyan və Robert Köçəryanla 23 illik mübarizə stajım var. 1997-ci ildə Köçəryan baş nazir təyin olunanda mən Levon Ter-Petrosyana dedim ki, o, sənin qəbirqazanına çevriləcək, necə ki, bu baş verdi...” Musavat.com xəbər verir ki, bu sözləri Ermənistan mülki aviasiyasının keçmiş rəisi Şaqen Petrosyan Ermənistanın 1-ci informasiya saytına müsahibəsində deyib. Ş.Petrosyan Köçəryanın həmin vaxt prezident seçilməsinin konstitusiyaya zidd olduğunu bildirir. “Hansısa Alvina Zəkəryan adlı birisi Robert Köçəryanın guya 10 il ərzində Ermənistanda yaşadığı barədə arayış verdi. Halbuki Ermənistan vətəndaşlığı haqqında qanuna görə Qarabağ əhalisinə vətəndaşlıq deyil, ölkədə sərbəst gəzmək üçün pasport təqdim olunurdu”.

Ş.Petrosyanın Köçəryan barədə dedikləri həm də S.Sərkisyana aiddir. 1954-cü ilin iyununda Xankəndində anadan olmuş R.Köçəryan Azərbaycan vətəndaşı olub və Qarabağdakı dalğa onu Ermənistan rəhbərliyinə aparıb. Qarabağdakı cinayətlərinin nəticəsində, 1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri təyin olunan S.Sərkisyan, deyəsən, indi yenə də Qarabağda “parlamaq” istəyir. Ancaq Azərbaycan onun bu arzusunu gözündə qoya bilər. Təbii ki, beynəlxalq aləm indiyədək sərgilədiyi ikili standartlara son qoyarsa...(musavat.com)

"Qeyri - adi insanla hər görüş unudulmaz xatirəyə çevrilir..." - FOTO
Qadınlar don geyinərsə... - FOTOLAR
Paşinyanın 17 avqust mitinqi kimlərə mesaj idi?
3 sabiq, oxşar karyera, fərqli aqibət...
Paşinyandan riyakar etiraf: "Sələflərim Qarabağı təhvil vermək istəyirdilər"
İdrak Liseyi - Keyfiyyətli təhsil
Nabranda ailəvi istirahət üçün kotec tipli kirayə evlər. Ətraflı məlumat üçün əlaqə nömrələri:

050 311 11 64, 055 681 11 64

N.Tusi adına Klinika
Maraqlı
Sadə üsulla damarları təmizləyib, inanılmaz rahatlıq yaşayın - Bir çox xəstəliklərdən qurtulun...
Cəmiyyət
Yaxşılıq et, sən də müqəddəslərdən ol! – ELMİ-LƏDUN ...
Cəmiyyət
Kəmaləddin Heydərov Səfər Mehdiyevin işdən qovduğu generalı işsiz qoymadı - FOTO
Müsahibə
Düşmənlə sıfır nöqtəsində: "Azərbaycan əsgərinin boynunda bir xalqın zəfər tarixini yazmaq yükü var" + FOTOLAR
Dünya
Afrin şəhidinin vəsiyyəti yerinə yetirildi- Ata və anası Həcc ziyarətinə göndərildi...
Həftənin ən çox oxunanları
Yaponların başqa planetdə yaşadığını sübut edən 30 heyrətamiz fakt - FOTOLAR
Ərdoğan Trampa QALİB GƏLDİ: dollar sürətlə düşür
Şagirdlər kütləvi şəkildə dəfn olundular – Faciənin fotosu
“İstanbul təslim olarsa, nə Bakı qalar, nə Astana, nə Daşkənd, nə Aşqabad...” -Fikir savaşı
Bakıda "moyka"da biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular – VİDEO
“Böyükdən kiçiyə qədər onlara tüpürmüşəm...” - Xalq artisti televiziya rəhbərlərini sərt qınadı...
"Səhv etmirəmsə, Şeyxülİslam Allahşükür Paşazadə də Baqramyanla bərabər gəlmişdi"
Hadi Rəcəbli barəsində yazanlara xəbərdarlıq etdi: “Bu qədər şərəfsiz hərəkət etmək olmaz”
FHN generalının otellər şəbəkəsi üzə çıxdı - FOTO
Ordumuzun snayperi düşmən snayperini gözündən vurdu - Əməliyyatın detalları + FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə