Xəbər lenti
19/02/2019 [20:28]:
Bulaqdan palçıq püskürdü: Astarada qeyri-adi hadisə (VİDEO)
19/02/2019 [20:17]:
8 Martda spirtli içkilərin satışı məhdudlaşacaq - Moskva 3 gün alkoqola "YOX" deyəcək...
19/02/2019 [19:24]:
Elçin Şıxlı: “Nazirliyin nümayəndəsi ilə görüşəcəm, atamla bağlı film çəkilməlidir”
19/02/2019 [19:04]:
Pərviz Həşimli İngiltərənin Azərbaycandakı səfirliyinin ikinci katibi ilə görüşüb
19/02/2019 [19:01]:
Böcək yeyərək kobra qanı içdilər - AĞıLASIĞMAZ TƏLİMDƏN FOTOLAR...
19/02/2019 [19:00]:
"Bu, ölkədə bir çox insanın narahatlığına son qoyacaq”- Fəzail Ağamalı
19/02/2019 [18:59]:
Azərbaycanın inkişafı-inklüziv inkişaf – MEHDİ ABDULLAYEV YAZDI
19/02/2019 [18:52]:
Arif Əliyev yeni əsərlərindən danışdı: “Qaranlığa işıq salan maraqlı kitablardılar”
19/02/2019 [18:46]:
Ramil Usubov Türkiyədə səfərdədir
19/02/2019 [18:42]:
Ayaz Salayev İbrahimbəyovun Bakı səfərindən danışdı: "Mən ona son dərəcə uzaq adamam”
19/02/2019 [18:39]:
Eyni vaxtda doğulan 7 uşaq dünyasını dəyişdi
19/02/2019 [18:36]:
TAP layihəsi 85 faizdən çox icra olunub
19/02/2019 [18:33]:
Netanyahu Putinlə görüşəcək
19/02/2019 [18:30]:
Yalçın Rzazadə: “Ürəyimdə təcili əməliyyat aparılmalıdır, amma...”
19/02/2019 [18:28]:
Netanyahu Putinlə görüşəcək
19/02/2019 [18:19]:
200 köçkün ailəsinə yeni mənzillər verildi - FOTOLAR
19/02/2019 [18:16]:
Sumqayıtın məşhur fahişəxanasına polis basqını - 51 qadın saxlanıldı
19/02/2019 [18:10]:
Ötən ildən axtarışda olan şəxs saxlanıldı
19/02/2019 [18:10]:
Trampa qarşı maraqlı etiraz: Maskaları ilə küçəyə çıxdılar...
19/02/2019 [18:02]:
"Qaz balonunu qoyub studiyanı partladacam" - Mirkamil Afətin oxuduğu mahnı haqda - VİDEO
19/02/2019 [17:53]:
Polietilen torbalar əvəzlənəcək
19/02/2019 [17:52]:
Gürcüstanda zəlzələ olub
19/02/2019 [17:48]:
Məmmədyarov Avropa Komissiyasının rəsmisi ilə müzakirə apardı
19/02/2019 [17:45]:
Rövşən Rzayev köçkünlərin problemlərini dinlədi
19/02/2019 [17:45]:
Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır
19/02/2019 [17:42]:
Proxanov: "Ermənistanla Azərbaycan heç vaxt “təkbətək” qalmayacaq"
19/02/2019 [17:40]:
Şahmatçımız Moskvada erməniyə qarşı
19/02/2019 [17:39]:
“Balkanlardakı türklər türkcənin varlığını qoruyur” - MÜSAHİBƏ
19/02/2019 [17:37]:
30 il sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdi - FOTO
19/02/2019 [17:34]:
Koçaryanın oğlu ifadə verməkdən imtina etdi
19/02/2019 [17:27]:
Dünyasını dəyişən polkovnik-leytenantın oğlu danışdı: “Cənazəsini sabah gətirəcəklər...”
19/02/2019 [17:26]:
Manatın sabahkı məzənnəsi dəyişir?
19/02/2019 [17:23]:
“Türklər türkcənin Balkanlardakı varlığını qoruyur”
19/02/2019 [17:15]:
Nazpərinin evindən oğurluq edənlərə hökm oxundu
19/02/2019 [17:12]:
Zabit Səmədov: “Çeçen və azərbaycanlılar arasındakı bugünkü görüş dövlət başçılarının təşəbbüsü idi”
19/02/2019 [17:09]:
Məşhur modelyer 85 yaşında öldü
19/02/2019 [17:08]:
Azərbaycanlı aparıcı qəfil vəfat etdi - FOTO
19/02/2019 [17:04]:
Həbs olunmuş məşqçinin tələbəsi: "Arvadı dedi ki, onu qadınla tutmuşam"
19/02/2019 [16:56]:
Temperatur Bakıda 0 dərəcəyə enəcək, yollar buz bağlayacaq - AÇIQLAMA
19/02/2019 [16:53]:
Respublika Veteranlar Təşkilatı Şəmistan Əlizamanlını 60 illik yubileyi münasibəti ilə təbrik etdi
19/02/2019 [16:51]:
Azərbaycan və Çeçenistan arasında görüş - Zabit Səmədov və Polad Bülbüloğlu bir masada
19/02/2019 [16:46]:
“Kadırov məndən xahiş etdi ki...” - Paşazadə ilə müsahibə
19/02/2019 [16:41]:
“İnformasiya məkanımızı pozan dalğalarda ölkəmizə qarşı təbliğat aparılır”
19/02/2019 [16:39]:
Aİİ-də “Dini etiqad azadlığı: hüquqi aspektlər” mövzusunda seminar təşkil olunub
19/02/2019 [16:34]:
"Azərsu"nun sabiq əməkdaşına hökm oxunub
19/02/2019 [16:28]:
Bankda pulu olanlara şad xəbər - Müddət 1 il də uzadıldı
19/02/2019 [16:23]:
"Minsk qrupunun həmsədrlərinin bundan başqasına gücü çatmır" - Lavrov
19/02/2019 [16:12]:
Əli Əhmədov: "Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir"
19/02/2019 [16:12]:
“Nar” sosial şəbəkələrdən abunəçilərinə müştəri xidmətləri göstərir
19/02/2019 [16:09]:
İlham Əliyevin vəzifə verdiyi diplomat DANIŞDI: “Prezidentin Mərkəzlə bağlı bəzi tapşırıqları var”
19/02/2019 [16:09]:
Oqtay Şirəliyev ATU-nun yeni Tədris Mərkəzinə gəldi
19/02/2019 [16:03]:
“Dövlət orqanlarının çörəyin qiymətinə müdaxiləsi qeyri-qanunidir...” Ekspert
19/02/2019 [15:54]:
ATƏT-in Baş katibi Bakıya gələcək
19/02/2019 [15:52]:
BSU tələbələri istehsalat təcrübəsinə başlayıb
19/02/2019 [15:48]:
Xatirədən cəsarətli rəqs - VİDEO
19/02/2019 [15:39]:
UNEC-də “Akademik İngilis dili” kursları başlayacaq
19/02/2019 [15:34]:
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olundu - FOTO
19/02/2019 [15:31]:
“İş adamı olmaq qəbahətdir?” –Agentlik rəhbəri xaricdəki biznesindən danışdı
19/02/2019 [15:30]:
Dövlət Agentliyi yollardakı son vəziyyəti açıqladı - SİYAHI
19/02/2019 [15:30]:
“Ailə qaranlıq meşədir, heç kim bilmir orada nə baş verir...”
19/02/2019 [15:24]:
Rusiya XİN başçısı: "Qarabağ münaqişəsinin həllinə dair yeni əlaqələr hazırlanır"
19/02/2019 [15:20]:
Qarabağ konflikti dondurulub, yoxsa biz donmuşuq...?
19/02/2019 [15:20]:
Yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edildi
19/02/2019 [15:16]:
Paşinyan indi də zibil təmizləyən rolunu ifa etdi...-FOTO+VİDEO
19/02/2019 [15:14]:
Qorxulu Hepatit B – Hər il 2 milyona yaxın insanı öldürür
19/02/2019 [15:09]:
“Hüquq müdafiəçilərinin müraciətinə qoşuluram” - Qüdrət Həsənquliyev
19/02/2019 [15:08]:
Adil İsmayılov Vəkillər Kollegiyasından narazı qalıb, qarşı tərəf də ondan...
19/02/2019 [15:07]:
Amerikada Elçin Xəlilovun qatilini tutdular
19/02/2019 [15:05]:
Binəqədidə 12 dilənçi saxlanıldı
19/02/2019 [15:03]:
“90-cı illərdə özünü lider hesab edənlər akivləşiblər” – Deputat sərt DANIŞDI
19/02/2019 [15:01]:
Sumqayıtda mənzildə qadın meyiti aşkarlandı
19/02/2019 [14:55]:
Əflatun Amaşov: “Ağsu dolaylarında erməni radio dalğaları eşidilir”
19/02/2019 [14:54]:
Hadı Rəcəbli: “9 min insanın pensiyası iki dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq”
19/02/2019 [14:51]:
“Onunla bərabər cəbhənin hər bir yerini qarış-qarış gəzdim...” Raquf Orucovun həyat yoldaşı
19/02/2019 [14:50]:
Piştaxtasında siçan gəzən “Gəncə Cake House”ın fəaliyyəti DAYANDIRILDI
19/02/2019 [14:47]:
Niyə Bakıdan uçmaq Tbilisidən 3 dəfə bahadır? - AZAL tənqidlərdən nəticə çıxaracaqmı?
19/02/2019 [14:36]:
"BNA sürücülərə QAN UDDURUR!!!Bundan yumşaq söz demək çətindir!"
19/02/2019 [14:36]:
Azərbaycanda yeni medal təsis edildi
19/02/2019 [14:25]:
Adnan Oktar müridlərini həbsdə də təhdid edir
19/02/2019 [14:15]:
Azərbaycanda reklam yerlərinin siyahısı genişləndirildi
Bütün arxiv bir sırada
15/08/2018 [11:59] - Cəmiyyət - ( 1043 dəfə baxılıb)

Eyyub Hüseynov: “Kababdan zəhərlənmə olmur, bir şərtlə ki....”

AİB sədri kütləvi zəhərlənmədən və toyuq dönərindən danışdı


Son günlər ölkə ərazisində 2 kütləvi zəhərlənmə baş verib. Birincisi Bakının Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən “Tonqal” restoranında olub. Belə ki, avqustun 11-i saat 20:00 radələrində restoranda iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş qaldırıb. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib.

Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülüb və laboratoriyaya göndərilib. Qida Təhlükəsizliyi Agentliyinin ilkin araşdırmalarına görə, zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar olub.

Hadisənin baş verdiyi “Tonqal” restoranında müvafiq epidemioloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunub və faktla bağlı protokol tərtib edilib.

Növbəti zəhərlənmə avqustun 12-də Mingəçevirdə baş verib. Şəhərin Günəşli yaşayış massivində Araz Aşurov həyətində qızı Xumarənin nişan mərasimi keçirib və tədbirdə 60 nəfər iştirak edib. “Report”un məlumatına görə, məclisdə qonaqlara plov, dolma, dovğa təamları və müxtəlif salatlar təklif olunub. Müəyyən müddət sonra məclis iştirakçılarının halı pisləşib. Müxtəlif nəqliyyat vasitələri, o cümlədən təcili tibbi yardım maşınları ilə durumu ağır olan mərasim iştirakçıları xəstəxanaya çatdırılıb. Eyni zamanda gəlin Xumarə Aşurova da mənşəyi bəlli olmayan qidadan mədə-bağırsaq pozğunluğu keçirərək xəstəxanaya yerləşdirilib. Bundan başqa, 2001-ci il təvəllüdlü Rəna Qəzənfər qızı Aşurova sonradan xəstəxanaya aparılıb. Eyni zamanda Ağdaş rayonundan oğlan evini təmsil edən üç qonaq evə qayıdarkən oxşar problemlə üzləşib və rayonda ev şəraitində müalicə olunublar.

Hadisədən sonra zərərçəkən şəxslərdən nümunələr götürülərək Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Mingəçevir şəhər laboratoriyasına təqdim olunub.


Hər iki zəhərlənmə faktı ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, “Tonqal” restoranındakı kütləvi zəhərlənmə ilə bağlı yayılan informasiya ilə razı deyil: “20 ildən artıqdır istehlakçı hüququnu qoruyuruq. Dəfələrlə zəhərlənmə ilə bağlı bizə məlumat daxil olub. Bu 20 ildə bir dəfə də olsun Azərbaycan həkiminin, bu işlərlə məşğul olan insanların zəhərlənmənin səbəbini göstərən kütləvi mal istehsalçısı, yəni sənaye üsulu ilə mal istehsalçısının adının çəkilməsinə rast gəlməmişik. Həmişə zəhərlənmənin səbəbi kimi istehlakçının özünün hazırladığı mal, yaxud qarpız, yemiş, bazardan alınmış heyvan əti və s. göstərilir. Son iki ildə ilk dəfə eşidirəm ki, kababdan insan zəhərlənib. Kabab bircə halda zəhərlənmə verə bilər - qalaylanmamış mis qabda saxlasınlar. Yoxsa kababdan zəhərlənmə olmur. ”Tonqal" restoranındakı kütləvi zəhərlənmə ilə bağlı yayılan informasiya ilə də razı deyiləm. Burada da yenə yiyəsiz bir şeyi axtarırlar. Qida Təhlükəsizliyi Agentliyi, dövlət orqanlarından ictimai təşkilat olaraq xahiş və tələb edirəm ki, bir dəfə cəsarət tapıb zəhərlənmə törədən malın adını tapsınlar. Ola bilsin ki, restoranda zəhərlənmiş ailə bir neçə saat əvvəl şoraba yeyiblər, zavodda istehsal olunmuş hər hansı bir məhsul, sənaye üsulu ilə istehsal olunmuş göbələk yeyiblər. Zəhərlənmə özünü 10 saat sonra da göstərə bilir. Məntiqəuyğun deyil ki, restoranda oturan yalnız iki ailə zəhərlənib".

Azad İstehlakçılar Birliyinin sədri dedi ki, Qida Təhlükəsizliyi Agentliyi üzərində sertifikat vermə və yoxlama funksiyası toplaşıb. Azad İstehlakçılar Birliyi təklif edir ki, sertifikat verən orqan yoxlama orqanından ayrı, bir-birinə opponent olmalıdır. Məsələn, zəhərlənmə olanda QTA sertifikat verən orqanı günahlandıra bilsin.

QTA ilə Azad İstehlakçılar Birliyi arasındakı münasibətdən danışan E.Hüseynov agentliklə dil tapa bilmədiklərini deyir: “Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsini həyata keçirdik. Layihənin adı ”Ölkə prezidentinin qida təhlükəsizliyinin təmin olunmasına dair tədbirlərinə ictimai dəstək" idi. Lakin onlarla dil tapa bilmədik. Dəfələrlə onlara məktub yazaraq bildirdik ki, Azad İstehlakçılar Birliyi  Birliyi agentlikdə yaradılan kollegiyada təmsil olunmaq istəyir, ancaq onlar bizim məktublara heç bir cavab verməyiblər. Biz istəyirik ki, QTA yaxşı işləsin, mövcud olsun, biz də ona kömək edək. Lakin onların ictimai təşkilatlar, ictimaiyyətlə işləmək istəyi sıfır həddindədir. Hazırda QTA-nın sədri Qoşqar Təhməzliyə təkliflər hazırlayıram. Layihə çərçivəsində bizim onlara etdiyimiz dəstəyi yazıram və onlardan cavab gözləyirəm".

Ət və ət məhsullarından söz düşmüşkən E.Hüseynova dönərlərlə bağlı da sual veririk. Bir zamanlar toyuq dönəri qadağan edilsə də, Bakıda hər addımda toyuq dönəri satılır. Birliyin sədri toyuq dönəri ilə bağlı qadağanın aradan qaldırılmadığını qeyd edir: “Toyuq dönərindən istifadə oluna bilər. Monitorinqlər aparmışıq, 85 faiz yerlərdə toyuq dönəri satılır. Deməli, buna tələbat var. Tələbat varsa, təklif də olacaq. O vaxt qadağa quş qripi ilə bağlı olub. Toyuq ətindən dönər hazırlamaq olar. Toyuq dönərini şişə çəkəndən sonra onu mənfi 40 dərəcədə şok dondurmadan keçirmək lazımdır. Belə olan halda ətdə olan bütün mikroblar ölür. Sonra bunun şişə çəkilmiş vəziyyətdə üzərinə strec çəkilir və dönərxanalara göndərilir. Belə dönərlər təhlükəsizdir. Ölkədə iki müəssisə var ki, şok dondurma həyata keçirə bilir.  Bunlar ”Səhliyalı" və “Az Protein Foods Group” MMC şirkətləridir. Belə yerlərdən alınan dönərlər qanunidir, təhlükəsizdir. Bakıda 15 minə qədər dönərxana var. Onlardan ən çox 100-ü dönər ətini belə yerlərdən alır. Qalanları haradan gəldi toyuq ətini alıb şişə taxır. Malın məişət sertifikatı olması onun təhlükəsizliyi mənasına gəlmir. Şok dondurmadan keçməyən toyuq ətinin üstü qızarır, içi çiy qalır. Çiy qalan hissədə mikroblar da sağ qalır".

E.Hüseynov məktəb bufetlərində satılan dönərlərə də toxunub: “Məktəb bufetlərində energetik içkilərin satışına qadağa qoyulub, amma dönər satışına qadağa yoxdur. Bir şərtlə ki, yuxarıda sadaladığım şərtlərə əməl olunsun. Dönərlər bufetə hazır şəkildə gətirilməlidir”.(musavat.com)

Trampa qarşı maraqlı etiraz: Maskaları ilə küçəyə çıxdılar...
30 il sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdi - FOTO
Niyə Bakıdan uçmaq Tbilisidən 3 dəfə bahadır? - AZAL tənqidlərdən nəticə çıxaracaqmı?
"BNA sürücülərə QAN UDDURUR!!!Bundan yumşaq söz demək çətindir!"
Çin imperatorunun 121 arvadı olub: Kiminlə nə vaxt yatmaq riyazi yolla müəyyən edilib...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Böcək yeyərək kobra qanı içdilər - AĞıLASIĞMAZ TƏLİMDƏN FOTOLAR...
Mədəniyyət
Yalçın Rzazadə: “Ürəyimdə təcili əməliyyat aparılmalıdır, amma...”
Gündəm
“İnformasiya məkanımızı pozan dalğalarda ölkəmizə qarşı təbliğat aparılır”
Gündəm
“İnformasiya müharibəsi fasiləni sevmir”
Mədəniyyət
Vahid Əziz: “Televiziya kanallarımızda söyüş, təhqir, bir-birini döymək baş alıb gedir”
Həftənin ən çox oxunanları
“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular...”
Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
“Vertolyotla Yevlağa kimi pul səpəcəm....- Başınız qarışacaq pul yığmağa..."
Çay sakinlərin gözü önündə yox oldu!..- “Qiyamətin başlanğıcıdır?!.”-VİDEO
Saakyan atası azərbaycanlı olan generalı  xüsusi nümayəndə təyin etdi...-FOTOLAR
Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?..
"Əgər ANS yenidən açılarsa və fəaliyyət göstərdiyi ilk 15 ildəki ANS olarsa..."
“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF
Vergilər Nazirliyini "ağ gün"ə çıxardı, indi də əmanətləri sığortalayacaqmış...
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə