Xəbər lenti
20/09/2018 [23:55]:
Start “11-lik”: Rəşad Sadıqov heyətə salınmadı
20/09/2018 [23:35]:
“Vaxtilə ermənilərlə əməkdaşlıq etmiş adamların da adları açıqlanmalıdır”
20/09/2018 [23:31]:
Məmurdan 1-ci qrup əlilə heyrətamiz məsləhət: "Premium" benzini götürməyi unutmayın..."
20/09/2018 [22:56]:
Binəli Yıldırım Bakıya gəlib
20/09/2018 [22:49]:
Tağıyevin Balkan müharibəsindəki gözəl jesti – Növbəti Azərbaycan-Türkiyə qardaşlığı...
20/09/2018 [22:30]:
UNEC Bakı Fond Birjası ilə memorandum imzalayacaq
20/09/2018 [22:13]:
Beriyanın edamından bəhs edən “canlı” sənədlər, heyrətamiz faktlar - GİZLİ TARİX
20/09/2018 [22:12]:
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
20/09/2018 [21:56]:
Gürcüstanda 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb
20/09/2018 [21:44]:
Orxan Gəncəbay yenə xəstəxanaya yerləşdirildi
20/09/2018 [21:41]:
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
20/09/2018 [21:09]:
Deputatdan Meriyaya ciddi İTTİHAM - Yığılan pullar kimlərin cibinə AXIR?..
20/09/2018 [21:08]:
İlyas İsmayılovun qətlə yetirilən oğlu ilə vida mərasimi keçirildi
20/09/2018 [20:47]:
Avropa Birliyi “Facebook”a ultimatum irəli sürdü
20/09/2018 [20:16]:
“Google” Türkiyəyə 15 milyon dollar ödəyəcək
20/09/2018 [20:03]:
Qarabağ azad edilsə, rayonlarda iş olsa... - Bakı da tıxaclardan azad olacaq...
20/09/2018 [19:54]:
Etimad İsmayılovu qətlə yetirən danışdı - Təfərrüat
20/09/2018 [19:40]:
Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - İLK DƏFƏ
20/09/2018 [19:37]:
Bakıda dəhşətli yol qəzası - 4 nəfər öldü
20/09/2018 [19:06]:
Sabah bu qəsəbələrdə su olmayacaq
20/09/2018 [19:04]:
Birinci vitse-prezident NATO baş katibinin müavinini qəbul etdi - FOTOLAR
20/09/2018 [19:00]:
Elnur Məmmədlinin qohumu medalın bir addımlığında uduzdu
20/09/2018 [18:59]:
Şəhriyar Məmmədyarov ata oldu – FOTO
20/09/2018 [18:35]:
“Mən rüşvətxor məmurlara qarşı mübarizə aparanda ağız-burun əyirlər...”
20/09/2018 [18:34]:
İstanbulda Azərbaycan məktəbi dərslərə belə başladı- VİDEO
20/09/2018 [18:13]:
Arvadını boğan ər hakim qarşısında - Başqa kişi ilə mesajlaşırmış...
20/09/2018 [18:09]:
Prezident NATO baş katibinin müavinini qəbul edib
20/09/2018 [17:52]:
“DTX-nın bu addımı erməni terrorizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir”
20/09/2018 [17:48]:
Yeni açılan məktəbdə sıxlıq yarandı - Şagirdlər dərsə gedə bilmir
20/09/2018 [17:43]:
Medvedev çətin illərlə bağlı xəbərdarlıq etdi
20/09/2018 [17:02]:
Etimad İsmayılov sabah Nardaranda dəfn olunacaq
20/09/2018 [17:00]:
Heç vaxt xərçəng olmayan türk tayfasının sirri - FOTOLAR
20/09/2018 [16:58]:
Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi
20/09/2018 [16:48]:
Tramp Paşinyanla görüşməyəcək
20/09/2018 [16:45]:
Merkel və Putin Suriyanı müzakirə edib
20/09/2018 [16:45]:
“Cəhalətin qarşısını yalnız elmlə, savadla almaq olar”
20/09/2018 [16:14]:
Azərbaycan XİN ATƏT-ə çağırış etdi
20/09/2018 [16:12]:
Ronaldunun bacısı: " Qardaşımı məhv etmək istəyirlər"
20/09/2018 [15:50]:
ADPU-nun Filologiya fakültəsinə yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüş keçirildi
20/09/2018 [15:45]:
Güləşçimiz erməni üzərində qələbə qazanıb çempion oldu
20/09/2018 [15:42]:
Qanunsuz ov edən şəxs cərimələndi
20/09/2018 [15:28]:
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
20/09/2018 [15:24]:
NATO Qarabağda müharibəyə qarşıdır
20/09/2018 [15:06]:
50 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlandı
20/09/2018 [14:53]:
Polşalı mütəxəssis tələbələrimizə seminar keçdi
20/09/2018 [14:51]:
Prezident Ramil Usubovu mükafatlandırdı - FOTO
20/09/2018 [14:50]:
MMP İdarə Heyəti toplandı
20/09/2018 [14:49]:
“Ailəmdən vacib heç nə yoxdur...” - Safura
20/09/2018 [14:47]:
“Təyyarənin Soçi razılaşmasından sonra vurulması təxribat versiyasını ağıllara gətirir”
20/09/2018 [14:44]:
Ermənistanın baş naziri ölkəni xaosa sürükləyir...
20/09/2018 [14:37]:
Rusiya “İl-20” təyyarəsini vurmuş suriyalıları həbs etdi
20/09/2018 [14:34]:
Fuad Ələsgərov: “18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib”
20/09/2018 [14:29]:
Arıçılara hər pətəyə görə subsidiya veriləcək
20/09/2018 [14:28]:
Azərbaycanlı Rusiyada deputat oldu -FOTOLAR
20/09/2018 [14:26]:
DTX ermənilərlə bağlı arxivləri açdı - MÜHÜM SƏNƏDLƏR
20/09/2018 [14:20]:
Səngəçal və Goran stansiyalarında 17 ədəd yoldəyişən qurğu dəyişdirilir
20/09/2018 [14:19]:
Putinin hərbi blokundan Ermənistan rəhbərliyinə cavab verdi
20/09/2018 [14:17]:
Etimad İsmayılovu öldürən Dəmirovun Sabirabadda qohumu qalmayıb
20/09/2018 [14:00]:
Ebru Amerikaya 2-ci dəfə ana olmaq üçün gedib
20/09/2018 [13:58]:
Etimad İsmayılovun cənazəsi bu axşam Bakıya gətirilir
20/09/2018 [13:54]:
Şeyx: " Zəncir vurmağa İmam Hüseyn də razı olmazdı"
20/09/2018 [13:50]:
Ermənistanın sərhəd rayonunun sakinləri ayağa qalxdı... - Paşinyanla görüş tələb edilir...
20/09/2018 [13:47]:
ABŞ Gülənlə bağlı hesabat dərc edib
20/09/2018 [13:34]:
Sabahın havası – Bakıda 27 dərəcə isti olacaq
20/09/2018 [13:32]:
“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələr yaradılıb
20/09/2018 [13:32]:
Eldar Əzizov Rasim Quliyevi Bakı Meriyasının Aparat rəhbəri vəzifəsindən azad etdi
20/09/2018 [13:31]:
“Bu yolun açılışı Azərbaycanın iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”
20/09/2018 [13:30]:
“Qaçqınkom”un sədr müavini ATƏT-in illik görüşündə iştirak etdi
20/09/2018 [13:29]:
UNEC yeni tədris ilinə yüksək göstəricilərlə start verib -FOTOLAR
20/09/2018 [13:26]:
İlham Əliyev “Fatimeyi Zəhra” məscidini öz hesabına tikdirəcək
20/09/2018 [13:24]:
DİN ƏMƏLİYYAT keçirdi: Qətl törədən şəxs meşədə tutuldu
20/09/2018 [13:20]:
"Telekanallarımız abırsız - həyasız "müğənni"lərin, "qaloşlu" adamların əlində olduğundan Azərbaycan ziyalısı görünmür!
20/09/2018 [13:14]:
İrəvan xanlığı ilə bağlı əsərlər erməni və fars dillərində çap olunub
20/09/2018 [13:06]:
"Cavid Qurbanov harda işə başlayırsa, orda yüksəliş və uğur var" - Yubiley təbriki...
20/09/2018 [12:57]:
Prezidentin xüsusi iclasda iştirakı gözlənilir
20/09/2018 [12:43]:
İlyas İsmayılovun oğlunu güllələyən Dəmirov haqda maraqlı FAKTLAR açıqlandı - Qarabağda döyüşüb
20/09/2018 [12:39]:
Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib -FOTO
20/09/2018 [12:33]:
Valideynlərini öldürən şəxs qocalar evinə hücum etdi - 2 ölü
20/09/2018 [12:32]:
Sevillə Etimadın böyük sevgi hekayəsi... - “Sonsuza qədər...”
20/09/2018 [12:31]:
Timatinin model sevgilisi hamilədir -FOTOLAR
Bütün arxiv bir sırada
15/08/2018 [12:59] - Cəmiyyət - ( 800 dəfə baxılıb)

Qorxmuram ey, sadəcə, darıxıram... – Mövlud Mövlud



Bu gün mərhum yazıçı Mövlud Mövludun 29 yaşı tamam olur.

Mövlud Mövlud 1989-cu ildə anadan olub. Bakı Slavyan Universitetinin pedaqoji fakültəsini bitirib.

Yeniyetməlikdən ədəbi mühitdə olan Mövlud "Azadlıq", "525-ci qəzet", "Aydın yol", "Teleqraf" kimi qəzetlərdə yazıları ilə çıxış edib. Bir neçə dəfə müsabiqələrdə yer tutub. Azərbaycan Yazıçılar Birliyinin üzvü olsa da, 2015-ci ildə ordan istefa verib.

O, ömrünün sonlarında Teleqraf.com saytında redaktor kimi fəaliyyət göstərib.

Mövlud Mövlud 2017-ci il martın 16-da dünyasını dəyişib.

Ölümündən sonra Azərbaycan Yaradıcılıq Fondunun dəstəyi ilə yazıçının "Çətirsiz" adlı hekayələr kitabı çapdan çıxıb. 2017-ci il mayın 27-də kitabın təqdimat mərasimi keçirilib.

Qeyd edək ki, Mövlud Mövlud jurnalist Sevinc Fədai ilə evli idi. 2015-ci ildə cütlüyün Ucal adlı oğlan övladı dünyaya gəlib.

Mövlud Mövludun “Çətirsiz” hekayəsi.

Yağış səhərəcən yağsın şəhərə,
Hamının dərdini yusun aparsın.
Quşlar qonaq gəlsin mavi Xəzərə,
Balıqlar evinə yosun aparsın.

(II Qismət)

Bakıya yağış yağır. Yadıma Qazaxın yağışlı günləri düşür. Ötən əsrin 96-cı ilində, iyulun axırlarında rayon məscidində İşa namazını bitirib, gecə zikrləri edirdik.
Birdən göy guruladadı, şimşək çaxdı, şıdırğı yağış yağmağa başladı.
Hamımız evə necə gedəcəyik deyə dərdləndik. Bircə cüppəli, saqqallı nəqşibəndilər öz aləmlərində idilər:
Hələ ləng-ləng ləngəm...
Hələ ləng-ləng ləngəm...
İməkləyə-iməkləyə qonşumuz Məhəmmədə yaxınlaşdım. Məhəmməd onda universitetə hazırlaşırdı.
Əksər Qazax gəncləri kimi, o da abituriyentlik dönəmini möminliklə keçirirdi. Sakitcə qulağına əyildim:
- Maqo, məni evə ötürərsən?...
- Qorxursan?
- Yox eyy, darıxıram. Tək getmək istəmirəm.
- Yaxşı, apararam... Avara...
Əlini atıb saçlarımı qarışdırdı.
Zikrimizi bitirib məsciddən çıxdıq. Yağış güclənmişdi. Məhəmməd qolumdan tutub “qaçdıq” dedi. Addımlarımızı yeyinlədib təzəcə uzaqlaşırdıq ki, qonşumuz Kamalın arxadan bizi çağırdığını eşitdik:
- Dınqış, (Vay dədəm vay, sirr açıldı. Yaxşı, boynuma alıram: Uşaqlıqda məni belə çağırırdılar) məni də gözləyin, dərdiş!...
- Tez elə. Suya batdıq...
Kamal ikicə addım atmışdı ki, ayağı sürüşdü. Arxası üstə yerə dəydi. Çığırıb ağlamağa başladı. Onu tələsdirdiyimə peşman oldum. Ağlamsınıb Məhəmmədə yalvardım:
- Qurvan olum, ay Maqo, kömək elə...
Məhəmməd əyilib onu ayağa qaldırmaq istəyəndə Kamal daha bərkdən ağladı:
- Dəyməyin, dəyməyin!... Qırıldı ayağım... Qırıldı!...
- Ə, boş-boş danışma. Qırılmaq nədi?
- Yox əə, Məhəmməd, mən bilirəm, ayağım qırıldı.
Kamalın göz yaşı selləmə yağışa qarışmışdı:
- Mən öləcəm, papam-mamam yetim qalacaq.
Məhəmməd güldü:
- Dəli olma, dur ayağa, ağlama, kişisən!...
Birtəhər Kamalı ayağa qaldırıb, evə apardıq. O, yolboyu ağladı.
Təpədən dırnağa suya batmışdıq. Ağlağan dostumuzu birtəhər kiridib evlərinə ötürə bildik.
Daha yağışdan qorxumuz yoxdu, islana bildikcə islamışdıq, suyumuz süzülə-süzülə yavaş-yavaş evə sarı üz qoyduq.
Evimizə ötürəndə Məhəmməd məni bağrına basıb, ağ fəsimin altından çıxan tellərimdən öpdü.
Vədələşdik ki, sabah saat 6-da görüşüb sübh namazına birlikdə gedək. Məhəmməd üzünü çevirib getmək istəyəndə arxasınca səsləndim:
- Maqo!
- Hə...
- Mən qorxmurdum eyy, “prosto” darıxırdım. Ona görə səninlə gəlmək istədim.
Məhəmməd güldü:
- Bilirəm. Bilirəm. Get evə, get yat. Sabah sübhə duracaqsan.

***
Bakıya yağış yağır. Yadıma Qazaxın yağışlı günləri düşür.
2005-ci ilin avqustu idi. Namaz məni təzəcə atmışdı. Oxuduğum kitablar başımı xarab eləmişdi.
Mənəvi böhran keçirirdim.
Hər gün rayonun avaralarına qoşulub vurmağa gedirdim. Səhərə kimi qumar oynadığımız olurdu.
Sevdiyim qıznan gündə dalaşırdım. Nə edəcəyimi bilmirdim. Bir dəfə yenə yağışlı bir gündə vurub, qıza zəng elədim, telefonda ağzımın qatığını dağıtdığıma görə “adboy” verdi.
Bugünkü kimi yadımdadır: ağappaq uzunqol köynəyimi şalvarımın üstünə atıb qızgilin məhləsinə getdim.
Damağımdakı siqaretin məni daha da kədərli göstərdiyini düşünürdüm. Gedib düz qızgilin eyvanının altında dayandım:
- Qərənfiiiiilllll, mən səni sevirəəəəəəmmm!... Eşidirsən, sevirəəəmmm...
Alnımı balkonun ayağına söykəyib ağlamağa başladım.
Qərənfilin qardaşının torpaq dadı verən təpikləri kiritdi məni. Sonra yumruqlar yağmağa başladı üstümə.
Ömrümdə heç belə döyüldüyüm olmamışdı. Qərənfilin anası məni oğlunun əlindən güc-bəla ilə aldı.
Kiminlə dalaşdığımı evdə boynuma almasam da, axşam hamı hər şeyi bildi.
Nənəmin yekəməmə "podruqa"ları bütün baş verənləri bizimkilərin ovcuna qoymuşdular.
Səhəri gün danlaq və tənə yağışı altında özümü hamama verib, Cənabət qüslü aldım. Nənəmgilə dedim ki, hazırlaşın, axşam sizi bir yerə aparacam.
Məğrib namazına yarım saat qalmış onları məscidə apardım.
Müəzzindən xahiş elədim ki, bu gün əzanı mən verim. Razılaşdı. Minarəyə çıxıb əzan çəkdim.
"Hayyə-aləl sələh" (Nicata tələsin) yerinə gələndə ağlamaq tutdu məni.
Birtəhər əzanı bitirib, aşağı düşdüm. Bizimkilər ağlaşırdılar. Məğrib namazını qılıb evimizə qayıtdıq.
Sonralar bir də məscidə getmədim, elə o vaxtdan da namaz qılmıram.
Çəkdiyim o əzan uşaqlığımla, saflığımla, möminliyimlə vidalaşmağım idi.

***
Hər dəfə Bakıya yağış yağanda yadıma Qazaxın yağmurlu günləri düşür.
Yağışlı gecələrdə evə tək qayıtmaq istəmirəm. Qorxmuram. Darıxıram. Və gözlərimdən üzümə yağış yağmağa başlayır.

“Bu yolun açılışı Azərbaycanın iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”
Pəhriz saxlayanlar buna diqqət etməlidir: Bu, ömrünüzü azalda bilər...
Aşura gününün sirləri - ELMİ-LƏDUN
Qadın müxbir canlı yayım zamanı hücuma məruz qaldı - VİDEO
Rus modeldən qalmaqallı açıqlama: “Putin məni öldürmək istədi”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Məmurdan 1-ci qrup əlilə heyrətamiz məsləhət: "Premium" benzini götürməyi unutmayın..."
Araşdırma
Beriyanın edamından bəhs edən “canlı” sənədlər, heyrətamiz faktlar - GİZLİ TARİX
Dünya
Heç vaxt xərçəng olmayan türk tayfasının sirri - FOTOLAR
Siyasət
Ermənistanın sərhəd rayonunun sakinləri ayağa qalxdı... - Paşinyanla görüş tələb edilir...
Cəmiyyət
“Elə bil dünya yıxılıb, altında qalmışam” - Sevil Nuriyeva
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı - azərbaycanlı analara müraciət olundu
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
Fəhlələr namaz qıldıqlarına görə onları işdən çıxaran direktoru “şalvarsız" qoydular...
“5 ildən çoxdur ki, şəhid övladlarına ödənişsiz hazırlıq keçirəm...” - Tanınmış tarix müəllimi
Cinsi münasibətdə olmaqdan imtina edən qadının üzünü doğradılar -FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə