Xəbər lenti
23/01/2019 [23:49]:
Füzuli rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
23/01/2019 [23:03]:
Uşağın doğulmasına görə birdəfəlik müavinət avtomatlaşdırılacaq
23/01/2019 [22:45]:
Venesuelada xalq ayağa qalxdı: Maduro hakimiyyətdən əl çəkməsə...+FOTOLAR
23/01/2019 [22:42]:
Türkiyə Hərbi Hava Qüvvələri 21 terrorçu zərərsizləşdirilib - İraqın şimalında
23/01/2019 [22:21]:
Paşinyanla Boltonun telefon danışığı oldu - Qarabağdan danışmadılar
23/01/2019 [22:20]:
Azərbaycanlı deputatın oğlu xizək qəzasında həyatını itirdi
23/01/2019 [22:14]:
Kreditlə, sələmlə, yalanla SOSİAL RİFAH  alınmır...-Replika...
23/01/2019 [22:08]:
Məhəmməd Salah sosial şəbəkə hesablarını bağladı
23/01/2019 [21:34]:
“Qarabağ”ı məğlubiyyətdən Abdullayev xilas etdi
23/01/2019 [21:15]:
"Banklar tələbənin ali məktəbi bitirdikdən sonra iş tapacağına əmin olmasa kredit verməz"
23/01/2019 [20:59]:
İtkin düşmüş futbolçu ilə bağlı inanılmaz iddia -FOTOLAR
23/01/2019 [20:49]:
“Qarabağ məsələsində hər hansı bir güzəşt  hakimiyyətin itirilməsi ilə nəticələnəcək...”
23/01/2019 [20:38]:
Şagirdlərdə platonik sevgi və aqressiya xəstəliyi: “Xüsusən də, qızlardan ehtiyatlı olun”
23/01/2019 [20:31]:
Almaniyalı müəllim: “Həmişəlik Bakıda qalmağı düşünürəm”
23/01/2019 [20:30]:
Ürək-damar xəstəliklərinin qarşısını alır, insulini normada saxlayır, yaddaşı gücləndirir...
23/01/2019 [20:28]:
Universitet qəzetlərinin “ölüm səbəbləri” – Facebookun hələ ki “yemədiyi” kağızlar
23/01/2019 [20:27]:
Saturnda sutkanın neçə saat olduğu ölçüldü
23/01/2019 [20:23]:
“Qarabağda ermənilər məni 7 dəfə güllələnməyə çıxardılar” - Ukraynalı hərbi pilotun xatirələri
23/01/2019 [20:20]:
Azərbaycanda 11 ayda 52 mindən çox insan dünyasını dəyişdi
23/01/2019 [20:16]:
“Valideyn və müəllimlərimin gözləntilərini uğurlarımla doğrultmağa borcluyam”
23/01/2019 [20:14]:
İranda 70 minə yaxın dövlət məmuru işdən azad edildi
23/01/2019 [20:11]:
QHT Şurasının müvafiq komissiyası toplandı: Prezidentin fərmanın icrası məqsədilə...
23/01/2019 [20:11]:
Ərdoğan Moskvada Putinlə görüşdü
23/01/2019 [20:09]:
Əlyazmalar İnstitutu “Türk ədəbiyyatına ilk qədəm” dərsliyini yenidən nəşr etdi
23/01/2019 [20:08]:
Ən çox sevdiyim müəllim
23/01/2019 [20:07]:
İstanbul Okan Universitetinin nümayəndə heyəti ADU-da - FOTO
23/01/2019 [20:04]:
“Atam qardaşını 50 ildən sonra, 1990-cı ilin martında gördü” – Xalq şairinin qızı
23/01/2019 [20:02]:
Paşinyan Trampın müşaviri ilə danışdı
23/01/2019 [20:00]:
Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu
23/01/2019 [19:56]:
Ramiz Əzizbəyli: “Artıq xəstəxanadan çıxmışam, səhhətim…”
23/01/2019 [19:55]:
“İlham Əliyevlə Paşinyanın son görüşü ümid verdi” - Tomas de Vaal
23/01/2019 [19:54]:
DGK sədri Türkmənistanın Azərbaycandakı səfiri ilə görüşdü
23/01/2019 [19:53]:
“Əgər məni “ilişdirib” kameraya salsalar...” - ABŞ-ın ittihamlarına cavab
23/01/2019 [19:50]:
Abbasın köməkçisi həbs olunub? - Müğənnidən açıqlama
23/01/2019 [19:40]:
AzTV-nin iki ölkədə bürosu bağlanır - Daha bir təmsilçi geri çağırılır
23/01/2019 [19:36]:
Vahid Ələkbərov Azərbaycana qayıdacağını bəyan etdi
23/01/2019 [19:10]:
Psixoloji təzyiq ailədaxili zorakılığın bir növü hesab edilə bilərmi? – MÜTƏXƏSSİS RƏYİ
23/01/2019 [19:01]:
Kürdəmir və ətraf rayonların əhalisinin diqqətinə: Pulsuz hüquqi yardım
23/01/2019 [18:57]:
"19 yanvar mitinqi Milli şuranın gücü yox, hakimiyyət daxili quruplaşmaların gücü idi"
23/01/2019 [18:45]:
Nərmin Şahmarzadənin məhkəməsində dava düşdü - VİDEO
23/01/2019 [18:32]:
Hikmət Hacıyev: "Bu görüş Davos İqtisadi Forumunun prezidentinin təşəbbüsü ilə keçirilib"
23/01/2019 [18:17]:
Heç bir tibbi yardım almadan uşaq dünyaya gətirdi - MARAQLI...+ FOTOLAR
23/01/2019 [17:59]:
İlham Əliyev İsveçrə Prezidenti ilə görüşdü
23/01/2019 [17:55]:
"Paşinyan Azərbaycana düşmən münasibət bəsləyən erməniləri islah etməlidir"
23/01/2019 [17:44]:
Rusiyada təyyarəni qaçırıb Azərbaycana gətirmək istədi - VİDEO
23/01/2019 [17:33]:
Azərbaycan Cənubi Sudana sülhməramlı göndərib
23/01/2019 [17:23]:
Manat və dolların sabahkı MƏZƏNNƏSİ
23/01/2019 [17:20]:
2019-cu ildə Azərbaycanda və Bakıda nəqliyyat sahəsində aparılacaq islahatlar müzakirə ediləcək
23/01/2019 [17:09]:
Rəsulzadənin yeni barelyefi sabah yerinə asılacaq
23/01/2019 [17:08]:
UNEC-in 7 gün, 24 saat açıq olan kitabxanası - İlk dəfə
23/01/2019 [17:07]:
“Ermənilərin “Bakı qətliamı” yalanının arxasında Rusiya dayanır”
23/01/2019 [17:05]:
Ümid qəsəbəsinə köçürüləcək köçkün ailələri arasında püşkatma keçirildi -FOTOLAR
23/01/2019 [17:02]:
Ermənistanda onkoloji xəstələr pulsuz əməliyyat olunacaqlar
23/01/2019 [16:56]:
Azərbaycanla Səudiyyənin hərbi əməkdaşlığı genişlənir
23/01/2019 [16:44]:
Azərbaycan Dövlət Pedaqoji Kollecində İctimai Şura üzvülərinin görüşü olub
23/01/2019 [16:41]:
Həmid Hərisçi: “Yazarların özfəaliyyət dövrü bitir, mən buna ancaq sevinirəm”
23/01/2019 [16:29]:
Vergilər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə anlaşdı
23/01/2019 [16:25]:
Bakıda itkin düşən yeniyetmə tapıldı - 2 həftə küçələrdə qalıb
23/01/2019 [16:12]:
İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər saxlanıldı
23/01/2019 [16:10]:
Qaxda məktəbdən oğurluq oldu
23/01/2019 [16:08]:
Flora Kərimova: “İndiki müğənnilər özünü professor sayır"
23/01/2019 [16:07]:
“Nar” autizmli uşaqlara növbəti dəstəyini göstərdi
23/01/2019 [16:00]:
““NKVD qəbiristanlığı”ndakı bütün qəbirlər yoxlanılır” - Çingiz Abdullayev
23/01/2019 [15:59]:
Dünya tarixinin ən böyük tank savaşı - Kursk Çıxıntısı...
23/01/2019 [15:52]:
Millət vəkili AŞPA-da Avropa ölkələrində Azərbaycan əleyhinə dezinformasiya yayan KİV və siyasətçiləri kəskin tənqid etdi
23/01/2019 [15:45]:
Öldürülən oğlunun filmi Oskara namizəd göstərilən ana üsyan etdi: "Diksinirəm"
23/01/2019 [15:25]:
Azərbaycanlı deputat AŞPA-da vitse-prezident seçildi
23/01/2019 [15:03]:
Erməni Kardaşyan yarıçılpaq FOTOLARINI paylaşdı
23/01/2019 [15:03]:
“Gürcülərin kimdən xoşu gəlmirsə, deyirlər- ermənidir...”- Saakaşvili
23/01/2019 [14:57]:
XİN başçısı: “Gürcüstan və Azərbaycan arasında bütün vacib məsələlər üzrə qarşılıqlı dəstək mövcuddur”
23/01/2019 [14:54]:
Dünya tarixində 18 milyon insanın ölümünə səbəb olan - “İspan qripi”
23/01/2019 [14:49]:
AzTV-də kadr islahatına və audit yoxlamalara başlanılıb
23/01/2019 [14:47]:
İlham Quliyev: “Jurnalistikada əməyin qiymətləndirilməsinə yenidən baxmalıyıq” - MÜSAHİBƏ
23/01/2019 [14:42]:
Əflatun Amaşov: “Onlayn KİV-lərin dövlət dəstəyi alacaqları ehtimalının böyük olduğunu düşünürəm”
23/01/2019 [14:28]:
“AzTV və İTV-nin birləşdiriləcəyi barədə fikirlər var”
23/01/2019 [14:20]:
Qədir Rüstəmovun oxşarı peyda olub - VİDEO
23/01/2019 [14:05]:
CIA-nın “kölgəsi”ndən PROQNOZ: “Yerevanla Moskva arasında ciddi problemlər var”
23/01/2019 [13:54]:
Hüquqşünas: “Aliment ödəməyən şəxslərin həbs edilməsinin əleyhinəyəm, çünki...”
23/01/2019 [13:49]:
AzTV-nin Maliyyə idarəsinin sabiq rəisi: “Öz ərizəmlə çıxmışam”
23/01/2019 [13:38]:
““Gənclər siyasəti haqqında” qanuna 25 dəyişiklik ediləcək” - Ülvi Quliyev
Bütün arxiv bir sırada
15/08/2018 [16:00] - Cəmiyyət - ( 1229 dəfə baxılıb)

Ucqar dağ kəndində 40 ildən sonra inqilab edən müəllim: “Hər sinifdə cəmi 1-2 qız var, bu, bədbəxtlikdir”



“Ucqar kənd müəllimi” layihəsini davam etdiririk. Bu layihə əsnasında, biz,əziz oxucu, sizinlə birlikdə bərabər “səyahət edirik”. Bəzən qarlı dağların qoynunda yerləşən bir kəndin, bəzən, çölün düzündəki bir obanın məktəbinə “qonaq olur” onun müəllimini görüşünüzə gətiririk.

Bu dəfə sizinlə birlikdə  yenidən uca dağlar qoynunda gizlənən, bəlkə də gözdən-qulaqdan iraq olan ucqar bir kəndə səfər edəcəyik: Yardımlı rayonunun Alar  kəndinə...Həmin kəndin 39 ildir ki, fizika müəlliminə həsrət qalan məktəbinin fədakar müəllimi  İnqilab Aslanov ilə söhbətdə oraları gəzib-qayıdacağıq. Hazırsınızsa, getdik... Amma yox, yaxşısı budur ki, biz hələlik, bir kənara çəkilirik, bu virtual “səyahəti” müəllimlə birlikdə edin... Amma ola bilsin, tezliklə qayıdıb, bu “səyahətdə” nəyəsə aydınlıq gətirək...

Yolunuz açıq olsun!!!

Ucqar kənddən ucqar kəndə

-Mən Aslanov İnqilab Xanlar oğluTovuz rayonunun Çatağ kəndindənəm. 2013-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Fizika fakültəsinə daxil olub,  2017-ci ildə oranı bitirmişəm.

Bu il MİQ imtahanlarından uğurla  keçib, Yardımlı rayonu Alar kəndinin tam orta məktəbinə Fizika müəllimi təyin olunmuşam. Elə vakant yer kimi seçdiyim ilk məktəbə də düşmüşəm. Azərbaycanımızın ucqar yerini seçmişəm,bu, şəxsi istəyim olub. Öz rayonumuzda da bir neçə məktəbə qəbul olunmaq imkanım var idi. Evdən də məsləhət gördülər ki, yaxın, qonşu kəndləri seçim. Hətta öz rayonumuzun mərkəzində də məktəb seçə bilərdim. Amma onların heç birini deyil, kənar, ucqar rayonlarda yerləşən məktəblərdən birində işləmək istədim. Ən birinci,  Qubada hansısa ucqar dağ kəndində işləməyi düşünürdüm. Amma Yardımlının  Alar kəndində çalışmağıma görə də peşman deyiləm.

40 illik “hicranın” sonu

İnqilab müəllimin hazırda çalışdığı məktəbi seçməsinin bir əsas üstünlüyü də var: sən demə, düz, 39 ildir ki, həmin məktəbdə Fizika müəllimi yerli-dibli olmayıb. Köməkçi fənn müəllimləri Fizika kimi əsas predmeti tədris edirlərmiş... Bu, boşluğa İnqilab müəllim son qoyub; 40 ildən sonra...

-Çalışdığım məktəbdə  düz, 39 il idi ki, Fizika müəllimi yox idi. 40-cı ildə mən ora müəllim təyin olundum.  Təsəvvür edin, Fizikanı, Texnologiya müəllimi tədris edirdi. Elə mənim də məqsədim hər zaman o olub ki, harada ehtiyac varsa, ora da gedim. Tovuz Qərb bölgəsinə aiddir, biz tərəfdə dəqiq və təbiət elmləri, onların tədrisi çox güclüdür. Amma elə bir yer istəyirdim ki, orada Fizika fənnini tanıdım və sevdirim.Topladığım balın sayəsində lap  Bakı şəhərinə də düşə bilərdim. Amma bilirik ki,  şəhərdə onsuz da yaxşı müəllimlər çoxdur. Bu səbəbdən, ən birinci indi çalışdığım  Alar kəndini, sonra öz rayonumuzu ard-arda yazdım.

Dağ kəndinin “mühəndisləri” və “həkimləri” naminə

-Bizim kənddə də Fizika müəllimi yox idi. Həm bizim Çatağ, həm də qonşu Çeşməli və başqa kəndlərin məktəblərində Fizika müəllimi çatışmırdı. Sonradan təklif gəldi ki, DQ-dan keç, bura   gəl. Lap keçməsəm dəMİQ-də topladığım balımla rahat gedə bilərdim, yerdəyişmə edə bilərdim, amma istəmədim. İstəyirəm ki, Yardımlının ucqar dağ kəndindəki  uşaqlara Fizikanı öyrədim. Orada III qrupdan başqa sanki, heç bir  qrupa hazırlaşanlaryoxdu. İstəyirəm ordan gələcəyin mühəndisləri və həkimləri çıxsın.

“Kənd uşağı”nın devizi

-Özüm də kənd uşağıyam (gülür). Elə bu səbəbdən, ora gedəndən sonra heç bir problem görmədim. Çünki əvvəldən bu iqlim, şəraitə alışan, onun əhatəsində böyüyən adamam.  Hətta gedəndə dedilər ki, orda su problemdir, dedim ki, özüm də su daşımışam, kənd uşağıyam. Bilirsiz, şəhərdə hər şey tapmaq olar. Amma yaxşı şəxsiyyət odur ki, kiməsə, nəyəsə yarasın.Bizim Tovuzdakı kəndimizin yolları asfaltdır, oradakı şərait buradan yaxşıdır. Amma əsl ziyalı bütün şəraitlərdə  işə yaramalıdır.

“Mən sizə qonağam, a dağ yolları...”

Doğrudur, İnqilab müəllimin özü də Tovuzun ucqar kəndində böyüyb. Dağ-dərə, sıldırım qaya, yaşıl düzənlər ona da çox doğmadır. Amma Alar kəndi bir az fərqlidir. Oranın xüsusən də qışı çox sərt keçir. Elə İnqilab müəllimi də rayona çata-çatda bu cür “muştuluqlayıblar”. Amma heç həvəsdən düşmədiyini desə də, bəzi problemləri qabardır...

-Rayona çatanda gedəcəyim Alar kəndini çox  çətin yer  kimi “tərənnüm etdilər”. O mənada ki, sosial şəraiti yaxşı deyildi. Doğru deyiblər ki, yol mədəniyyətdir. Adamın psixologiyasına təsir edir. Oralarda ancaq UAZ markalı maşınlar işləyir. Kəndə getmək üçün gərək 1-2 gün öncədən yer sifariş edəsən. Rayona gedəndə də normal maşın 4 nəfər götürürsə, biz 6-7 nəfər minirdik.

-Hə, ora getdiyim ilk günə qayıdaq: Kəndə çatdıq,  qeydiyyatdan keçdim. Məktəb açılmamışdan iki öncə idi... Üç nəfər idik: Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat müəllimləri və mən. İlk gün daha çox  icra nümayəndəsinin yanında olduq, o da evlər təklif etdi. Bununla yanaşı, kəndlilər də kömək etdilər. Deyərdim ki, kollektivdən daha çox, kənd camaatı bizim gəlişimizə  maraqlı idi. Qalacağımız evi çətinlik çəkmədən  tapdıq. Otaq yoldaşım olan  Azərbaycan dili və Ədəbiyyat müəllimi sosial şəraitlə heç cür barışa bilmirdi. Çünki o Masallı rayonunun sosial şəraiti yaxşı olan  kəndindən idi.  Yardımlıda isə vəziyyət bir az  fərqlənirdi. Ora  dağ rayonudur. Mən Tovuzun dağ kəndindən olduğum üçün, hər şey mənə  normal üçün idi. Alışmağımda problem olmadı.

Amma qışı da qışdı ha.. Qışda bərk şaxta olduğundan yaxındakı bulaqlar belə donurdu. Qaldığımız yerin  şəraitinə baxmayaq, yaxşı qonşularımız var. Şagirdlərimiz də bizə dəstək olurdu, su gətirməkdə kömək edirdilər. Təbii qaz olmadığı üçün bizdə yanacaq kimi odundan istifadə edilir. Səhər dərsə gedib gələndən sonra odun peçi qalayırdıq. Günorta növbəsi də dərsim var idi. Axşam da bədii ədəbiyyatlar oxuyur, sabahkı dərslərə  hazırlaşırdım.

İndi keçək sözümüzün Alməmmədinə - yəni, məktəbə...

-Məktəbdə sosial şərait ümumi olaraq müasir təhsil sisteminə uyğun deyil. Düzdür bina 2005-ci ildə tikilsə də, müasir səviyyədə avadanlıqlar yoxdur. Növbəti ildə fikrim var ki, Fizika kabineti yaradım. Fizika cihazları var, amma heç qutudan çıxarılmayıb. Əvvəl gedəndə elə bilirdim cihaz yoxdur, amma təmir olunanda veriblər. Növbəti ildə Fizika kabinetində onları quraşdıracam, şəxsi pulumla da olsa, kompüter, proyektor alıb qoşacam. Ən azından, bacardığım səviyyədə müasir dərs metodu ilə dərsləri tədris edəcəm.

Əbədi və əzəli arzu – qızların təhsili...

-Məktəbimizdə   305 şagird oxuyur. Tam orta məktəbdir, paralel siniflər də var. Alarda camaat  köçəri həyat tərzi keçirirlər. Ona görə məktəbə ancaq oxumaq məqsədi olanlar gəlir. Ən pis cəhət də odur ki, o zonalarda qızlara təhsil verilmir. Bu, ən böyük bədbəxtlikdir. Birinci istəyim orada qızlara təhsil verməkdir. Bacardığım qədər də bu işdə köməklik edirəm. Orada IV sinfə qədər hamı dərsə gəlir. V sinifdən başlayaraq isə, əsasən, oxuyanlar və qızlarıisə demək olar ki, heç göndərmirlər. Hər sinifdə 1-2 iki qız uşağı olar. Bu da oxumaq məqsədi olanlardır. Hər sinifdə  22-25 şagird var.  Amma adətən dərslərdə 12 nəfər olur.IX sinif var, orda 3-4 nəfər məktəbə gəlir. Ən böyük problem də heyvandarlıqla məşğul olmaqlarıdır. Kənd camaatı ilə görüşəndə də demişəm, bütün bunlar müvəqqətidir. Sizə əsas təhsil lazım olacaq. Biz ora gedəndən sonra müəyyən mənada ayılıblar ki, oxumaq lazımdır. Təhsilə qızlar da cəlb olunur,kənddə canlanma var. Məktəb abu-havasını müəyyən dərəcədə  yaratmışıq.

“Mən işləyəcəyəm!”

-Bayaq edik ki, məktəbdə Fiziki müəllimi yoxdur. Bunun da əsas səbəbi odur ki, kəndin sosial şəraiti pisdir. Əsas da yol o qədər çətindir ki! Normal halda UAZ-a heç minmirik, ancaq odun, ot daşımaq üçün istifadə edirik. Ona görə ora gələn müəllimlərdə şəraiti görüb qaçırlar. Mən Masallıdan Yardımlıya gedənə qədər dedilər ki, orada qalmaq olmayacaq. Hətta biri dedi ki, biz ora neçə ildi müəllim gətiririk, qalmır. Dedim, görəcəksiz necə işləyəcəm orda (gülür)

Bir daha yol haqqında

-Biz kəndə gedəndə yollarımızın bir hissəsi Lerikdən keçirdi. Gedəndə maşın dayanır, sürüşmə çox olurdu. Bəzən, gediləsi çox çətin olan yollarda maşından düşüb, qalan yolu piyada gedirik.

Noyabr ayında rayona gəlirdik,Lerikin Gendol kəndinin ərazisindən keçəndə orada çay daşmışdı. Hamımız maşından düşdük,yük maşınına zəng vurub çağırdıq. UAZ ları da qoşquyla dartıb keçirdilər.

Bir sözlə, ümumi götürsək, oktyabrdan aprel ayına qədər o kəndə giriş-çıxış çətin olur.

Qeyri-adi üsulla keçirilən Fizika dərsləri...

-Əsas problemimiz internetin olmamasıdır. İnternet olanda kompüterlə daha yaxşı göstərirsən hər şeyi... Məndə nə qədər universitet vaxtından qalma  video materiallar var. Bundan əlavə MİQ imtahanları ilə bağlı açıq dərslər var. Bəzi müəllimlərlə video dərslər hazırlayıb paylaşırıq. Elə şeylər var ki, kitablarda yoxdur onları da uşaqlara deyirəm. İnteqrasiyanı güclü aparıram. Fizika elə fəndir ki, elə şey yoxdur ki,onun qarşılığı təbiətdə olmaya. Kənddəkilər şəhər uşaqlarına nisbətən bunları daha tez görür. VIII sinifdə “Cərəyan şiddəti” mövzusunu başa salanda ən yaxşı çaylar üzərində  izah etdim. Məsələn, naqilin N zamanda kəsiyindən keçən  yüklərin sayı. Kür və Araz çayları Xəzər dənizinə tökülür. Suqovuşanda  eyni xətdə orda molekulların sayı çoxalır. Eynən cərəyan şiddəti də eyni şeydir. Bilirik ki, bütün maddələr istidən genişlənir. Soruşurdum ki, uşaqlar isti havada siz yanaşı oturursuz , ya soyuq havada. Deməli maddələr istidən genişlənirlər, bütün maddələrin xassəsidir. Fizikanın elə bir bölməsi yoxdur ki, orada motivasiya olmasın.

Qənaətlə işlədilən odun

-Ailədə elə hallar olur ki, deyirik, nəyisə az işlətmək lazımdır. Eynilə, məktəbdə odunu da. Bəzən, odunumuz az olanda deyirik, bu həftəni yola verək, növbəti həftə maşına deyərik gətirər. Bu problem hər yerdə:ailədə, məktəbdə də ola bilər. Ümumi olaraq bu il bizdə odun problemi yaşanmadı. Hava isti keçdi, qar yağmadı. Demək olar ki 4 dəfə qar yağdı, bu da normal hal deyil. Amma ümumilikdə, kənd yeridirsə bu problem həmişə ola bilir. Odunu məktəbə göndərirlər.

Dağ ağrıları

-Bioloji tərəfin deyək ki, orada təzyiq çox aşağıdır deyə, insanın baş ağrıları olur. Şəhər məktəbindən getmiş müəllim olsa, o daha yaxşı görər problemləri.Soyuqluğu hamı hiss edir, amma təzyiq məsələsi var. Qan dövranı insanda problemlər yaradır.

Ucqar kənddə tərs müəllim

-Elə şagirdlər olub ki, dərsimdən icazə alıblar, amma izn verməmişəm. Demişəm, kimə şikayət edirsiz edin. Onların acığına gəlib ki, təzə müəllim ola, belə hökm edə. Məni hökmlü tanıyırlar, deyirlər, tərs müəllimdi. Amma bunu yaxşı mənada edirəm.Sinifdə dərsə 5 nəfər gəldiyi halda belə onlara yalnız bugünki dərsləri deyil, əlavə məlumatlar da vermişəm. Uşaqları digər boş vaxtlarda əlavə dərslərə də çağırmışam. Məsələn, VII,VIII siniflərdə normalda Fizika 2 saatdır,amma  mən onlara əlavə də tədris edirəm. Belə məsələlərdə, müəllimlər də, kənd camaatı müəyyən mənada məni alqışlayır. Gəlməyənlərə köhnə dərsi yenidənkeçmişəm. İstəyənlərə əlavə riyaziyyat, kimyadan da məşğul olmuşam. Həmişə uşaqlarla yaxşı münasibətdə olmaq lazımdır. Elə müəllimlər var ki, uşaqla sərt rəftar edir ki, ondan qorxub, müəyyən suallar verməsin. Hər zaman deyirəm, məni yolda da görsəniz sualınız varsa verin. Bilmirəm öyrənib gələcəm. Hansı fənn olur olsun, öyrənib deyəcəm.

Lazım olanda uşaqları əlavə hazırlığa çağırıram. Onlarda riyaziyyat çox zəif olduğuna görə,uşaqlara dərsi tədris edirəm, hər bir şeyi izah edirəm, qavrayırlar. Amma məsələ verirəm, deyirlər yaza bilməmişik. Görürəm ki, hesablamalarda səhvlər ediblər. Bilirəm ki, VII sinfə çatmış uşaq adi onluq kəsrləri bilməlidir. Ona görə çağırmışam, məsələn musiqi dərsində, istənilən uyğun saatlarda riyaziyyatla məşğul olmuşam.

Bütün bunlara görə, kənd camaatı mənə qarşı çox doğma mehribandırlar. Hətta deyirlər ki, yerini dəyişmə.

Keçək əsas məsələyə

-16 saat dərsim var. 495 manat əməkhaqqı alıram. O qədər yol gəlib-gedirik ki, xərcimiz çox çıxır. Öz kəndimizdə işləsəydim daha ucuz başa gələrdi. Amma işimə mənəvi yöndən  yanaşıram. Cəmiyyətimizə yararlı biri kimi düşünürəm. Maaşım elə də az deyil, minumum tələbatları ödəyirsə, yaxşı deməkdir. Çox olsa daha yaxşı olar.

MONOLOQ

Dram əsərlərində kuluminasiya nöqtəsi qəhrəmanın monoloqudur. Bizim söhbətdə də ucqar dağ kəndinin müəlliminin monoloqunu sonda sizə təqdim edirik:

“Yalnız Yardımlıda əksər kəndlərdə qızların təhsili barəsində vəziyyət eynidir. Ən çox kəndin tanınmiş ziyalılarına müəllimlərə deyirəm. Hətta müəllimlərin qızları məktəbə gəlmir. Onlara deyirəm ki, kənd camaatının savadı yoxdur, bəs sizə nə olub, sizdə qızınızı belə böyütmək istəyirsiz?! O qədər təbliğat işləri apardım, deyirəm, lap oxumasın amma şəxsiyyət kimi formalaşır. Fərqi yoxdur, qız, ya oğlan. Sabah bunların cəmiyyətdə özünü aparması, ailə qurması var. Əslində kurikulumun məqsədi o idi ki, nitq qabiliyyəti problemləri həll olunsun. İcra nümayəndəsi ilə danışdıq, o da dedi kəndin ən ziyalısı mənəm, amma təsərrüfata görə, oğlumu təhsildən uzaqlaşdırmışam. Amma indi başa düşürəm ki, səhv etmişəm.

Məktəbə qızlar gələndə deyirəm ki, ən xoşbəxt qızlarsınız ki, məktəbə gəlirsiniz”.

Gənc kadrları yoxlayırlar,lazımi tələbaları ödədiyimiz halda bizə dərs yükü verirlər. Amma yaşlı müəllimlərə deyirlər ki,  “imtahanda 6 bal yığ, bəsindir”. Çox müəllim də bundan arxayınlaşır. DQ-da 5-10 bal yığır. Amma bu heç bir halda düzgün deyil. Demirəm ki, neçə ilin müəllimlərinə hörmətsizlik olsun, əgər imtahandan keçməyibsə, onu işdən çıxarsınlar.   Ən azından, tərəzidə müqayisə etmək olar. Əgər ən ucqar kəndə 40 balla qəbul olunursansa, səninlə bərabər eyni fənni 6-7 bal toplamış müəllim tədris edirsə, heç cür haqlı deyil. Onlara da müəyyən şans vermək lazımdır. İmtahanda kimsə özünü pis hiss edə, şansı gətirməyə bilər. Amma müəllim suallardan  ən azı 30-na cavab verməlidir. Əgər cavab verə bilmirsə, o müəllim nə səviyyədə olacaq və uşaqlara nə öyrədəcək?! İnsan bildiyinin ümumi 10%-ni kiməsə çatdıra bilir.Məsələn mən 40 balla gəlmişəm bildiyim 10 sualdan 4-nü çatdıra bilirəm. Gərək müəllimlərə də müəyyən dərəcədə müdaxilə edələr.

DQ-dan keçəndən sonra dərs yükünə görə maaş müəyyən olunmalıdır,amma demək olar ki, bu, belə olmur. Bu, məktəbdən, münasibətlərdən asılıdır. Elə şey var ki, onu insanlığa buraxırıq. Məsələn, 20 yaş böyük bir müəllim gedib 6 bal yığır, məsələn 40 saat dərs var. Adamın ürəyi götürməz 5-ni ona verib qalanını özünə götürmək. Qanun olsa hamı öz işini bilər.

Hə, bir də bizdə əsas problem odur ki, qadın müəllimlər  yoxdur. Qadın müəllimlərinin olmamasının əsas problemi həm də qız uşaqlarının oxumamasıdır. Bizdə də bir rus dili qadın müəlliməsidir, o da ancaq həftədə bir gündə dərs saatında gəlib dərsin keçib gedir.

Axıra qədər kənddə qalmaq fikrim yoxdur. Əgər bir yerdə işləyirsənsə inkişaf etməlisən. Direktorluq üçün 5 il staj olmalıdır. Sonra direktorların işə qəbulu imtahanından keçmək.Sonra daha yüksəlmək.Direktordan sonra Təhsil Şöbəsi müdiri ola bilər.(AzEdu.az)

"Banklar tələbənin ali məktəbi bitirdikdən sonra iş tapacağına əmin olmasa kredit verməz"
Ürək-damar xəstəliklərinin qarşısını alır, insulini normada saxlayır, yaddaşı gücləndirir...
Heç bir tibbi yardım almadan uşaq dünyaya gətirdi - MARAQLI...+ FOTOLAR
Dünya tarixinin ən böyük tank savaşı - Kursk Çıxıntısı...
Öldürülən oğlunun filmi Oskara namizəd göstərilən ana üsyan etdi: "Diksinirəm"
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
“Atam qardaşını 50 ildən sonra, 1990-cı ilin martında gördü” – Xalq şairinin qızı
Cəmiyyət
Ramiz Əzizbəyli: “Artıq xəstəxanadan çıxmışam, səhhətim…”
Cəmiyyət
“İlham Əliyevlə Paşinyanın son görüşü ümid verdi” - Tomas de Vaal
Araşdırma
“İntihar - kor ira­də­nin məhsuludur...”
Cəmiyyət
Prezidentdən AAAF sakinlərinin şikayətinə operativ reaksiya: Nazirlik şirkətə vaxt qoydu...
Həftənin ən çox oxunanları
Bakıda gözlənilən tornado Elman Rüstəmovla Əhməd Əhmədzadəni Londondan vurdu - FOTOLAR
Bakıda dəhşətli qəza: "Mazda" 2 ayın gəlinini vurub öldürdü - FOTOLAR 18+
“Sabah ölkədə elə proseslər baş verə bilər ki, eşidəndə adamın tükləri biz-biz olar...”
Bu məşhurlar qrafiklə sekslə məşğul olur - Cədvəl intimi müntəzəmləşdirirmiş...
Xalqı hansı sülhə hazırlayırlar? - Təhlükə başımızın üstündədir, yoxsa...?
Soydaşlarımız Moskvada "Vı, pustoy narod" sözlərinə etiraza toplaşır - SON XƏBƏR... + VİDEO
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
20 ilin deputatının milyonluq villası bank borcuna görə əldən getdi - Belə də olur...
İlham Əliyevlə Paşinyan arasında saat yarımlıq görüş oldu - Erməni baş nazir status yazdı...
“Belə “kişi”nin boyunu yerə soxum”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə