Xəbər lenti
23/09/2018 [00:57]:
"İranın bu formada qarışıqlığa sürüklənməsi, qonşu dövlətlər üçün arzuolunan deyil"
23/09/2018 [00:33]:
"Yaxın günlərdə gözləmədiyimiz bir məkanda mütləq terror aktı baş tutacaq" - PROQNOZ
22/09/2018 [23:13]:
Bağırovun həbsdə dindirilməsi, etirafları, istintaq materialları- Gizli tarix
22/09/2018 [22:46]:
Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı
22/09/2018 [22:27]:
Nuru Paşanın bilinməyən qəhrəmanlıqları və fövqəladə hərbçi bacarıqları- Xatirələrin dili ilə
22/09/2018 [22:21]:
“Qarabağ”ın oyununa 10 min bilet satıldı
22/09/2018 [22:00]:
QAT mitinqə hazırlığı müzakirə etdi
22/09/2018 [21:56]:
Xamenei Əhvazdakı terrorun təşkilatçılarından söz açdı
22/09/2018 [21:55]:
Qarabağda erməni əsgər öldürüldü
22/09/2018 [21:55]:
Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDIRDI
22/09/2018 [21:53]:
Hərbi paraddakı partlayışda ölənlərin sayı 28-ə çatdı
22/09/2018 [21:49]:
Bakıdan Bakıya qaçqın düşüb?..- FOTO
22/09/2018 [21:46]:
Leyla Əliyeva Beynəlxalq Sülh Günü tədbirində -FOTOLAR
22/09/2018 [21:43]:
Suriyada İŞİD başçıları məhv edildi
22/09/2018 [21:43]:
Bəyaz “O səs” üçün 12 kiloqram arıqladı - Foto
22/09/2018 [21:41]:
Bərə qəzasında ölənlərin sayı 209 nəfər oldu
22/09/2018 [21:41]:
AŞPA Ermənistanda monitorinq aparacaq
22/09/2018 [21:13]:
“Azərbaycan KTMT-lə bağlı beynəlxalq məhkəməyə müraciət edə bilər”
22/09/2018 [20:51]:
"Necə ola bilər ki, Böyük Yaradanın rəva görmədiyi günahı bəndə bu cür asanlıqla etsin?!"
22/09/2018 [20:49]:
Rövnəq Abdullayev medalları qaliblərə təqdim etdi - Fotolar
22/09/2018 [20:23]:
Ebru ilə Rzanın Nyu-York görüşü dava ilə bitdi - Rza oteli tərk etdi
22/09/2018 [20:22]:
Facebook-dan subaylar üçün möhtəşəm yenilik – Evlilər baxmasın
22/09/2018 [20:17]:
İlham Zəkiyevə yeddinci dan qara kəmər verildi - FOTO
22/09/2018 [20:15]:
Azərbaycanlı aparıcı hamamdan şəkilini paylaşdı - FOTO
22/09/2018 [20:13]:
Raquf Orucovla bağlı MÜHÜM İŞ
22/09/2018 [20:10]:
175 nömrəli avtobusda nə baş verib? – RƏSMİ AÇIQLAMA
22/09/2018 [20:00]:
“Prezidenti öldürüb günahı ABŞ-ın üzərinə yıxacaqlar” – Şok proqnoz
22/09/2018 [19:54]:
İrandakı teraktı daha bir təşkilat üzərinə götürdü - Video/23+
22/09/2018 [19:50]:
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik edib
22/09/2018 [19:49]:
Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü
22/09/2018 [19:48]:
Azərbaycanda ölünü məhkəməyə çağırdılar
22/09/2018 [19:47]:
Can verən sevgilisinin videosunu Snapçatda paylaşan qız həbs edildi
22/09/2018 [18:48]:
Kanadada güclü qasırğa insanları vahiməyə saldı - VİDEO
22/09/2018 [18:46]:
Dünyanın ən təhlükəli şəhərləri məlum oldu
22/09/2018 [18:42]:
İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatını izləyib
22/09/2018 [18:40]:
Prezident orden verdi
22/09/2018 [18:39]:
İran prezidenti Trampa Səddam Hüseynin taleyini vəd etdi
22/09/2018 [18:25]:
Xanın kəndinə Şaumyanın adının verilməsinin 95 illiyi belə qeyd olundu...- FOTOLAR
22/09/2018 [17:51]:
Etimad İsmayılova şeir həsr olundu: “Məni dəfn etməyə gələrsən, ANA!”
22/09/2018 [17:46]:
"Kamal Abdullanın bu addımı sözün yaxşı mənasında bir "ilk" oldu"
22/09/2018 [17:29]:
“İranda gərginliyin artması qonşu dövlətlərə yaxşı heç nə vəd etmir”
22/09/2018 [17:13]:
“İstəyirdim ki, Xatirə xanımın tikdirəcəyi Şəhid bulağı Müşfiqin məzarının yanında olsun...”- Şəhid anası...
22/09/2018 [16:35]:
“Qanuni oğru” həbsxanada intihar etdi
22/09/2018 [16:34]:
Əsla ayağı ayağın üzərinə qoyub əyləşməyin - ÖLƏ BİLƏRSİNİZ
22/09/2018 [16:32]:
"Zaurun verilişinə çıxdım ki, ipotekam bağlansın" - Əməkdar artist
22/09/2018 [16:30]:
"Atamın dostu ilə yatdım" - Aktyorun qızından gözlənilməz etiraf
22/09/2018 [16:29]:
Tarkandan heyranlarına şok: Səhnədən imtina etdi
22/09/2018 [16:20]:
Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi
22/09/2018 [16:19]:
ABŞ-da işləmədiyi cinayətə görə 27 il həbsdə yatan məhkum azadlığa çıxdı -FOTOLAR
22/09/2018 [16:17]:
Elman Mehdiyev müşavir təyin edildi - Səlim Müslümovun bağladığı "kitab" yenidən açıldı...
22/09/2018 [16:07]:
“Əgər Allah mənə sənətimdən artıq alicənab yetirərsə, ərə gedərəm"
22/09/2018 [15:37]:
“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”
22/09/2018 [15:26]:
Lukaşenko Putinlə danışıqları ağır adlandırdı
22/09/2018 [15:17]:
Salahlıdan Amasyaya Polkovnik Məmməd Qazaxın izi ilə...
22/09/2018 [15:12]:
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verdi
22/09/2018 [15:10]:
“Televiziyalarımızda reytinq adı altında bizə niyə zir-zibil təqdim olunmalıdır?”
22/09/2018 [15:10]:
Azərbaycanda orta aylıq əməkhaqqı 3,7% artdı
22/09/2018 [15:07]:
Beyləqanda 196 ağac yandırıldı
22/09/2018 [14:43]:
"Yenə sahibkarlara zülm edəcəklər ki, istixanaları qoyub qaçsınlar" - ŞİKAYƏT
22/09/2018 [14:41]:
Birincilər Dövlət Komitəsinə ekskursiya etdilər
22/09/2018 [14:35]:
Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq
22/09/2018 [14:26]:
“Desəm ki, daha çox Qüdrət Həsənquliyev mat olur...” - Fazil Mustafa ilə “Bir hovur” söhbət
22/09/2018 [14:13]:
XİN-dən KTMT baş katibinin açıqlamasına reaksiya
22/09/2018 [14:09]:
Türkiyədə məktəblilərin olduğu avtobus aşdı, ölən və xəsarət alanlar var
22/09/2018 [14:03]:
Moderator.az operativ reaksiyaya görə DİN rəhbərliyinə təşəkkür edir...
22/09/2018 [13:46]:
"Bunu edən üzdəniraq jurnalistlər də var, qələm əlində olan şəxs bunu edərmi?"
22/09/2018 [13:21]:
Nyu-York metrosunda tavan uçdu -Gözlənilməz
22/09/2018 [13:18]:
“Qanuni oğru” həbsxanada intihar etdi
22/09/2018 [13:17]:
İlham Əliyev başsağlığı verdi
22/09/2018 [13:16]:
İran terror aktına görə ABŞ-ı ittiham etdi
22/09/2018 [13:15]:
Sabiq təhsil nazirindən rektorun təşəbbüsünə dəstək
22/09/2018 [13:13]:
Azərbaycanda hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ
22/09/2018 [13:12]:
Bakı sakinini küçədə qarət edənlər tutuldu
22/09/2018 [12:33]:
Keçmiş sevgilisini görüb restorandan getdi -FOTOLAR
22/09/2018 [12:30]:
40 manata görə qonşusunu ölümcül etdi
22/09/2018 [12:28]:
Ramiz Mehdiyev Bakı Kitab Mərkəzində
22/09/2018 [12:21]:
“Kamal Abdullanın bu təşəbbüsü təqdirəlayiqdir, amma...”
22/09/2018 [12:17]:
Ruhani Trampa Səddam Hüseynin taleyini xatırlatdı
22/09/2018 [12:14]:
Rövşən Rzayev 6 rəhbər şəxsi işdən çıxardı - “Qaçqınkom”da köklü dəyişikliklər
22/09/2018 [12:07]:
İranda hərbi paradda terror aktı - YENİLƏNİB + FOTO/VİDEO
Bütün arxiv bir sırada
15/08/2018 [20:32] - Cəmiyyət - ( 13778 dəfə baxılıb)

Ordumuzun snayperi düşmən snayperini gözündən vurdu - Əməliyyatın detalları + FOTO



“Düşmən hücuma keçəndə heç birinin çiynində paqon yox idi. Mən içindən birini yaşlı olduğu üçün komandir zənn edib hədəf aldım və bir atəşlə məhv etdim. Onu cəmi 45 saniyəyə vurdum. Asan deyildi, onların hamısı iti hərəkətli idi. Üzü bizə tərəf atəş aça-aça gəlirdilər. Onlardan birini vurandan sonra hamısı pərən-pərən düşdü”.

Moderator.az ordu.az-a istinadən snayperlə müsahibəni təqdim edir:

“Güllə uzunmüddətli atəş nöqtəsinə dəyən kimi mən də hədəf aldığım yerdən vurdum. Bilirsən harasından? Düz onun optik nişangahından. Onu da sol gözündən məhv etdim. Postdan onlar tərəfə baxanda başımıza açdıqları bütün faciələr gözümün önündə canlanır”.

Düşmənlə üz-üzə ön xəttə xidmət aparan snayperimiz, müddətdən artıq hərbi qulluqçumuz "V.C"la döyüş növbəsindəyik…

- Ön xəttə xidmət aparan hərbi qulluqçu kimi oxucularımıza snayperin kim olduğunu necə izah edərdiniz? Az da olsa müqəddəs peşəniz haqqında danışardınız.

- Əvvəlcə Sizə təşəkkür edirəm ki, bura qədər gəlib bizimlə tez-tez maraqlanırsınız. İndi sualınıza cavab verim… (gülür) Snayperə ordunun görən gözü deyirlər. Həm də səssiz ölüm… Snayperin üzərinə düşən vəzifə həm ağır, həm də çox məsuliyyətlidir. Buna görə də biz gərək tutduğumuz mövqenin relyefinə və mövcud şəraitinə uyğun masqalanaq. Yaxşı gizlənmək və qarşı tərəfə görüntü verməmək də birinci şərtlərdəndir. Həm də bir atəşdən bir yerini dəyişməsən. Vəzifəmiz isə düşmənin canlı qüvvəsini məhv etməkdir. Bunu da ki, təyinatı snayper olan, əlində SVD, “İstiqlal”, “Yalquzaq”, “Mübariz” kimi silahlar olan hər bir döyüşçü bacarmalıdır. Şükür mən hələ ki, bacarıram və xidmətimi layiqincə davam etdirirəm.

- Ümumiyyətlə orduda snayperin əhəmiyyəti, təyinatı nədən ibarətdir? (Sual hərbi anlayışı olan şəxs üçün sıradan görünsə də, hazırda çağırış yaşına çatmış gənclərimiz üçün önəmlidir)

- Bilirsənmi bunu sözlə ifadə etmək mümkün deyil. Nə qədər uzaq mənzilli raketlər, artilleriya qurğuları çıxsa da siravi döyüşçünün apardığı döyüş tamam başqadır. Bəzən bir müharibənin taleyini bir əsgərin şücaəti dəyişə bilər. Mən belə başa düşürəm. Snayperin əhəmiyyəti də bax bunların içərisindədir. Təxribatın qarşısını alanda və ya əks-həmlə əməliyyatı olanda irəlidə olan qrupu qorumaq snayperin üzərinə düşür. Çünki snayper onların görə bilmədiklərini görür. Bir də hansısa postdan düşmən gizlənib davamlı olaraq atəş açırsa, onu susdurmaq da bizim üzərimizə düşür. Gün ərzində mənim snayperlə apardığım müşahidəm tamam başqa nəticələr verir. Adi əsgər sadəcə müşahidə edib, qeydlər aparır. Mən isə gördüyüm hər bir canlını hədəf bilirəm. Əlim tətikdə, qoruyucu da açıq, özüm də səbrlə müşahidədə oluram. İstənilən təxribata cəhd göstərən düşməni tək atəşlə məhv etmək əzmində oluram. Çünki qarşımdakı ermənidir... Allah Puşkinə rəhmət eləsin. Necə demişdi? Sən qorxaqsan, oğrusan, hiyləgərsən, çünki sən ermənisən... Ona görə də orduda snayper hər şey deməkdir. Yeri gələndə bizim özümüz də bir artilleriyanı əvəz edirik.

- Bildiyimiz kimi, Ermənistan ordusunun bölmələri daim təxribatçı əməliyyatlar həyata keçirir. Maraqlıdır, düşmən təxribatları zamanı erməni hərbi qulluqçusu məhv etmisinizmi?

- Əlbəttə vurmuşam. (gülür) Özü də bir neçə dəfə.... Dəqiq vaxtı deməyəcəm. Günlərin birində postda idim. Hər zamankı kimi gecə görmə cihazı ilə müşahidə aparırdım. Bir də əlaqəyə çıxdılar ki, yan posta basqın var. Yeri gəlmişkən deyim ki, snayperin hədəfə yaxınlaşmaq hiyləsi də var. Hə, ümumən basqın olan postu görə biləcəyim mövqeyə çıxdım. Bəlkə də sizə qəribə gələcək. Amma mən sevinirdim. Ona görə ki, ova gedirdim... Ova gedəndə də ya ovlanmalısan, ya da ovlamalısan. Nəysə gecə saat birdə düşmənin beş nəfərdən ibarət kəşfiyyat qrupu posta yaxınlaşmağa cəhd edirdi. Bizim də maşallah əsgərlərimiz başlarına od ələyirdi. Geri çəkildilər. Mənə bir şey qalmadı öz postuma qayıtdım. Səhərə yaxın bu dəfə mənim postuma girməyə cəhd etdilər. Həə artıq burada növbəti ovum nişangahda idi. Hər an vura bilərdim. Amma mən vurduğumdan əmin olmaq üçün çox ölçüb-biçirəm. Elə içlərindən yekəpər biri qabağa sıçrayan kimi düz alnından vurdum. Dedim kaş vurduğum komandirləri ola. Çünki hərbi rütbəsini bildirən heç nə yox idi. Onu vuran kimi pərən-pərən düşdülər. Bundan sonra bildim ki, vurduğum ermənilərin komandiri olub. Səhərə kimi cəsədi ortada qaldı. İtlər gəlib dartışdırırdı. O qədər başına it yığılmışdı ki, onun cəsədini sürüyə-sürüyə neytrala dartıb saldılar. Sonra xəbərlərdə izlədim ki, vurduğum mayor olub.

- Snayperlər üçün ən maraqlı məqam qarşısındakı rəqibinin həmkarı olmasıdır. Maraqlıdır, qarşı tərəfin snayperi ilə heç göz-gözə gəlmisinizmi?

- Bu maraqlı sualdır. Deməli, vaxtilə qarşımızdakı düşmənin postunda əsgərlər snayperlə yerlərini dəyişiblər ki, nəsə etsinlər. Bir də baxdım ki, onların snayperi eşələnir özünə yer düzəldir. Bu rahatlaşdı, bitirdi. Elə istədi ki, nişangahdan mənə baxsın, əli dəydi güllə bizim uzunmüddətli atəş nöqtəsinin üstündən getdi. Güllə uzunmüddətli atəş nöqtəsinə dəyən kimi mən də hədəf aldığım yerdən vurdum. Bilirsən harasından? Düz onun optik nişangahından. Onu da sol gözündən məhv etdim. Postdan onlar tərəfə baxanda başımıza açdıqları bütün faciələr gözümün önündə canlanır. Düşünəndə ki, o da həmin cinayətkarların törəməsidir, gərilirəm. Amma yox, snayperin səbri geniş olmalıdır. Həm də mən Azərbaycan əsgəriyəm.

- Söhbət zamanı dediniz ki, Sizə səssiz ölüm də deyirlər…

- Bəs nə… Səssiz ölüm, günahların cəzası… Ona görə səssiz ölüm deyirlər ki, snayper hədəfini yaralamaq istəmir. Nişan alıb, atırsansa deməli ölməlidir. Bax mən fərqli ərazilərdə xidmət etmişəm. Füzulidə olanda mənə “ağ ölüm” deyirdilər. Bu adı da Finlandiya ordusunun məşhur snayperi Simo Hayhoya görə deyirdilər. Mən əraziyə uyğun maskalanıb gizlənəndə heç öz hərbçi yoldaşlarım da bəzən məni tapa bilmirdilər. Elə olub ki, saatlarla gəlib uşaqlar bilmədən mən olduğum yerdə oturub, istirahət ediblər. Özüm qəsdən tərpənəndə qorxublar. Yəni sözümün canı odur ki, deyirdilər ki, sən ağ ölümsən ay Cavid. Həm də o erməni mayorunu qaşlarının ortasından vurmağım onlara çox ləzzət eləmişdi. İndi də Qazaxda məni “avcı” çağırırlar. Şükür Allaha bu günə kimi bir gülləm də boşa getməyib. Nə də ki, erməni heç olduğum yeri tapıb yan-yörəmə ata bilməyib. Doğrudur şəhid olmaq hər bir hərbçinin arzusudur. Amma mənə öldürməyi öyrədiblər. Görünmədən görürəm, ölmədən öldürürəm. Amma bilirsən qardaş qismətdən bir saniyə belə artıq yaşamaq olmur. Ona görə də, hər dəfə xidmətə çıxanda kəlmeyi şəhadətimi deyib çıxıram…

- Müsahibimiz mülki həyatda necə şəxsdir?

- Çox maraqlı insanam. Adətən hamı hərbçiləri “kantujnu”, səbrsiz biri kimi tanıyırlar. Mən də evdə, qohumlara gedəndə hamı ehtiyyatla davranır ki, əsəbinə falan toxunarsınız haa… Amma bilirsən ki, mən snayperəm. Hara kimi desən səbrim var. Sakit təbiətliyəm. İçdən gülməyi çox sevirəm. Ailəliyəm, bir övladım var. Mənim də bütün stresslərimin dərmanı qızımdır. O yatanda da evdə vayfayım var. Ancaq snayper kinolarına baxıram. Xarici snayperlərin maskalanmağına mövqe tutmağına baxıram. Hərdən bir ikisini postda tətbiq edirəm. Əla effekt verir. Musiqini çox sevirəm. Amma oxunan yox… Həzin piano mahnıları həmişə köməyimə çatıb.

- Bax, buralara öyrəşmisiz, sabah təyinatla başqa yerə getsəz xidmətinizdə nə dəyişər?

- Heç nə… (gülür). Yerimi az dəyişməmişəm. Hara getdimsə birinci oranın ərazi quruluşunu öyrənirəm. Özüm üçün mövqelər kəşf edib, işarə qoyuram. Şəxsi heyətlə tanış olduqdan sonra xidmətimə başlayıram. Bax bu SVD var haaa… Nələr görməyib mənimlə birlikdə… Hərdən silahım da giley edir ki, ova elə (gülür). Amma Ali Baş Komandanımız Ermənistanı sülhə çağırır. Bu bizim xalq olaraq humanistliyimizi göstərir. Amma onlar bu jesti başa düşməz. Elə cənab Prezidentin döyüşə əmrini verdiyi an mən ancaq yüksək rütbəli erməni zabiti ovuna çıxacam. Doğrudur heç kim müharibə istəmir. Müharibə kimə nə verib ki… Amma mənim neçə-neçə qardaşımı əlimdən alıb. Buna görə də qan töküb itirdiyimiz torpaqları istəyirəm ki, qan tökə-tökə də alaq. Qarabağ bizimdir… Onsuz da əhdim var. Qarabağ döyüşnən alınandan sonra xidmətdən könüllü ayrılacam.

- Hər kəs snayper ola bilərmi?

- Yox qardaş. Snayper olmaq üçün normal boyun olmalıdır. Əsasən ucaboy olmaq daha yaxşıdır. Qolların uzun olmalıdır. Səbrin geniş olmalıdır. Ağıllı qərarlar verməyi bacarmasan. İçindəki qisas hissi ilə düşmənə baxıb hər gördüyünü də vurmaq olmaz. Bax, məni hərdən gənc əsgərlər qınayırlar ki, komandir niyə vurmursunuz flan postdakını. Görüntü verir axı… Bax, o əsgər bunu başa düşmür. Çünki qisas hissi onu tam olaraq ələ alıb. Amma bizdə bu hisslə verilən əmr qarşı-qarşıya dayanır. İndi deyirsən hamı snayper ola bilərmi? Elə bura gələn əsgərin hamısı snayper olmaq istəyir. Ani bir səhv ölüm deməkdir. Çox adam dərinliyə gedəndə snayper olmaq istəmir. Mən gənclərimizə idmanla məşğul olmağı tövsiyyə edirəm. Bir də demək istəyirəm ki, unutmayın siz mülkidə də olsanız, sizin də bir əsgər kimi funksiyanız var. Xidmətdə olduğunuz vaxtlarda əldə etdiyiniz bilikləri unutmayın. Sizə də sağolun deyirəm ki, bura kimi gəldiniz. Maraqlı söhbət elədik. İndi icazənizlə mənim döyüş növbəmin vaxtıdır. Hələlik, qismət olsa zəfər yürüşündə görüşərik.

Salahlıdan Amasyaya Polkovnik Məmməd Qazaxın izi ilə...
"Yenə sahibkarlara zülm edəcəklər ki, istixanaları qoyub qaçsınlar" - ŞİKAYƏT
Aşura qiyamının qalıcı olmasına təsir edən 3 amil...
Şəlalə küləyin təsirindən tərs axdı - VİDEO
Dilənçinin üstündən çıxan pul hamını şoka saldı...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Araşdırma
Nuru Paşanın bilinməyən qəhrəmanlıqları və fövqəladə hərbçi bacarıqları- Xatirələrin dili ilə
Cəmiyyət
“İstəyirdim ki, Xatirə xanımın tikdirəcəyi Şəhid bulağı Müşfiqin məzarının yanında olsun...”- Şəhid anası...
Köşə
“Bəs uşaqlarımıza “Şaumyan” adı qoymağa kim məcbur edirdi?”
Cəmiyyət
“Televiziyalarımızda reytinq adı altında bizə niyə zir-zibil təqdim olunmalıdır?”
Cəmiyyət
"Bunu edən üzdəniraq jurnalistlər də var, qələm əlində olan şəxs bunu edərmi?"
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Ata İmam Hüseyn üçün oğlunun başını kəsdi - ŞOK VİDEO (+18)
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda dəhşətli qəza: Ölənlərdən 3-nün kimliyi bilindi - VİDEO (+18)
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı - azərbaycanlı analara müraciət olundu
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
“5 ildən çoxdur ki, şəhid övladlarına ödənişsiz hazırlıq keçirəm...” - Tanınmış tarix müəllimi
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
Milyonçu Tağıyevlə Nuru Paşa arasındakı tarixi əhvalat – Evin açarlarını ona verdi...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə