"Azərbaycan Ermənistandakı qarşıdurmadan istifadə edib öz torpaqlarını işğaldan azad etməlidir"
Oxunub: 6212
16 Aug 2018 | 17:29
"Xalqın öz iqtidarını dəstəkləməsi sosial ədalətdən, qanunun aliliyinin təmin olunmasından keçir"

Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirən konvensiya, bundan doğan məsələlər, eləcə də regionda və Azərbaycanda baş verən mühüm proseslərlə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev AzNews.az-ın suallarını cavablandırıb.

Moderator.az onunla müsahibəni təqdim edirik:

- Qüdrət bəy, avqustun 12-də Xəzəryanı ölkələr nəhayət ki, Xəzərin hüuqi statusu ilə bağlı konvensiyanı imzaladılar. Bu tarixi hadisə sizin partiyanız tərəfindən necə qarşılanır?

- Mən konvensiya imzalanan gün xalqımızı təbrik elədim. Ona görə ki, Azərbaycan uzun illər idi bu konvensiyanın imzalanması, Xəzərin orta xətt üzrə bölgüsü istiqamətində iş aparırdı. Hesab edirəm ki, Aktauda böyük bir uğura imza atıldı. Xəzərdə bütün problemlər həllini tapmasa da, böyük bir nailiyyət əldə olundu. Azərbaycan üçün ən önəmli olan məsələlərdən biri - Xəzərin dibinin orta xətt üzrə bölgüsü prinsipi idi ki, bu da müəyyən mənada konvensiyada öz əksini tapıb. İkinci ən mühüm məsələ isə nəqliyyat dəhlizi kimi Azərbaycanın regiondakı rolunun daha da artmasıdır.

Konvensiya imzalanana qədər onsuz da Qazaxıstan və Rusiya ilə Xəzərin dibinin orta xətt prinsipi üzrə bölünməsinə dair dövlətlərarası sazişlər var idi. Hazırda da bu prinsip əsas götürülür. Düzdür, hələ ki, orta xəttin müəyyənləşməsi ilə bağlı Türkmənistan və İranla razılıq əldə olunmayıb və bu konvensiya da bunu tam həll etmir. Amma bu konvensiyanın nəticəsi olaraq, məsələn Qazaxıstandan Azərbaycana kabel və boru xətlərinin çəkilməsini təmin etmiş oluruq. Hesab edirəm ki, həm ABŞ, həm də Avropa Birliyi maraqldır ki, Qərbin enerji ilə təchizatında alternativ marşrutlar olsun. Ona görə də Azərbaycan bu məsələni artıq həll etmiş sayılır.

- Uzun müddətdir ki, Xəzər razılaşmasının ekoloji problem tərəfi daha çox qabardılır. Çünki bizim neft-qaz layihələrimizə, digər maraqlarımıza “ekoloji problem” adı ilə əngəl törədə bilərdilər. İndiki konvensiyanın mətni ilə tanış olmayanlar bu məsələni yenidən qabartdılar, halbuki məsələ xeyli dərəcədə fərqli yerə gətirilib konvensiyada... 

- Bəli, bu məsələ artıq həll olunub. Belə ki, bu məsələdə yalnız Xəzəryanı dövlətlərin yox,- əvvəllər məsələ bu cür qoyulurdu- bu dövlətlərin üzv olduğu beynəlxalq təşkilatların rəyi önəm daşıyacaq. Yəni bu dövlətlərdən hər hansı birinin ayrılıqda transxəzər boru kəmərini dəstəkləməmək, ona veto qoymaq kimi hüququ yoxdur. Düzdür, bu konvensiya Xəzəryanı ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək, amma hesab edirəm ki, ekoloji narazılıqla bağlı məsələ artıq kökündən həll olunub.

- Tez-tez sual edilir ki, Rusiya və İran konvensiyanı imzalamağa niyə razı oldu?

- Ona görə ki, Azərbaycan da müəyyən məsələlərdə bu dövlətlərə qarşı güzəştli addımlar atdı. Xəzər dənizinin hərbsizləşdirilməsi, xarici ölkələrin burada hərbi bazalarının yerləşdirilməsinə qadağa qoyulmasını ,yaxud Xəzərin səthinin bölünməməsini misal çəkmək olar. Təbii ki, bu da daha çox İran və Rusiyanın marağında olan məsələlərdir. Həmçinin, Azərbaycanın da marağındadır ki, Xəzər hərbiləşməsin. Konvensiyada xüsusi qeyd var ki, Xəzərdə hərbi güc ağıllı qərarlar əsasında, müəyyən həddə qədər artırıla bilər. Bu o deməkdir ki, böyük Xəzər dövlətləri olan Rusiya və İran da Xəzərdə öz hərbi güclərini sonsuza qədər artıra bilməyəcəklər.

- Bu konvensiyanın şərhi zamanı bir daha bizə bəlli oldu ki, Azərbaycanla Türkmənistan arasında da bir ziddiyyət olub. Amma hər ikisi türkdilli dövlətdir və bir kökə malikdir. Məgər türkçülük təkcə quruda olur? Nə əcəb indiyə qədər su hövzələrində də türkçülük edə bilməmişik?

- Türk xalqları içərisində bizə ən yaxın olan elə Türkmənistandır. Ona görə ki, biz oğuz türkləriyik. Amma ayrı-ayrı dövlətlərik və dövlətlərin də öz maraqları var. Adi həyatda iki qardaşın ayrı-ayrı torpaq sahəsi olur və onların çəpəri var. Məsələ belədir, Türkmənistan deyir ki, orta xətt bölgüsü əsas götürülərsə, Abşeron yarımadası nəzərə alınmamalıdır. Abşeron yarımadası dənizin içərisinə doğru girib. Belə olduğu təqdirdə də Azərbaycan güzəştli bir mövqe sərgiləyir ki, gəlin, Kəpəz yatağını (onlar Sərvər yatağı deyir) birlikdə istifadə edək. Əminəm ki, bu problem də danışıqlar yolu ilə çözüləcək. Amma bizim qarşımızda duran ən ümdə məsələ odur ki, ölkəmizin Avropa, dünya üçün əhəmiyyəti artsın. Bunun üçün də biz nəqliyyat dəhlizi funksiyasını yerinə yetiririk. Azərbaycan Cənubdan Şimala, Şimaldan Cənuba, Şərqdən Qərbə, Qərbdən Şərqə yüklərin daşınmasında bir qovşaq olsun. Bunun üçün də artıq xeyli işlər görülüb, dəmir yolları, boru kəmərləri çəkilib. İndi isə lazımdır ki, Qazaxıstan və Türkmənistanı da bu xətlərə qoşaq. Hesab edirəm ki, bu istiqamətdə də prinsipial addımlar atılacaq. Bundan sonra əsas məsələ Xəzərin dibinin bölünməsinə dair İranla sazişin imzalanmasıdır. Düşünürəm ki, Rusiya təkid etsəydi, bu məsələ çözülə bilərdi. Amma Rusiya iki qonşu dövlət arasında yeni mübahisəli məsələnin qalmasında maraqlı oldu və İrana təzyiq eləmədi. Halbuki, Sovet dövründə İranın Xəzər sərhədləri Astara-Həsənqulu xətti üzrə müəyyənləşib. İran Xəzərdən 20 faiz pay istəyirsə, bu o deməkdir ki, onun sərhədləri az qala Bakının Qaradağ rayonuna qədər gəlib çıxar. Belə bir şey ola bilməz axı. Sənin quru sərhədin harada qurtarırsa, dəniz sərhədin də orada bitməlidir. Bu, SSRİ dövründə də belə olub.

- Qüdrət bəy, ABŞ-ın İrana qarşı sanksiyaları artıq qüvvəyə minib. ABŞ-İran qarşıdurması fonunda Azərbaycanın mövqeyi necə olmalıdır?

- İran da, Amerika da Azərbaycanla müqayisədə böyük dövlətlərdir. Ona görə də bizim böyüklərin savaşına hansısa formada qatılmağımız qətiyyən doğru olmaz. Azərbaycan öz neytral mövqeyini qoruyub saxlamalıdır. İran 430 milyard dollarlıq ÜDM istehsal edir, bu göstərici ABŞ-da 19 trilyon 350 milyard dollardır. Belə olduğu təqdirdə, nəticəsi əvvəlcədən bəlli olan savaşa girmək olmaz. Ona görə İran da ABŞ-la konfliktdən qaçmağa çalışmalıdır. Mən demirəm ki, öz hüquqlarından imtina etməlidir, təzyiq qarşısında güzəştə getməlidir. Söhbət savaşdan gedir, savaş yolverilməzdir. Hərhalda, qonşuluğumuzda hər hansı bir müharibənin olması Azərbaycanın da maraqlarında deyil. Azərbaycan da çalışmalıdır ki, məhdud imkanları çərçivəsində sülhə töhfə versin.

- İranla bağlı danışdıq, bir qədər də Ermənistan barədə danışaq. Bilirsiniz ki, Koçaryan həbs olundu, sonra məhkəmə qərarı ilə azad edildi. Bununla bağlı sizin gümanınız nədir?

- Paşinyan zamanında çoxlu vədlər verib – tutaq ki, 1 mart hadisələrinin (10 il öncə Sarkisyan prezident seçilərkən seçkilərin saxtalaşdırılmasına etiraz edən dinc insanların güllələnməsi nəticəsində 10 nəfərin həyatını itirməsi – Red) səbəbkarlarını cəzalandıracam. İndi də hakimiyyətə gəlib, həmin vədini yerinə yetirməlidir. Amma bilirsiniz ki, Sarkisyan geniş xalq kütlələrinin etirazı ilə baş nazir postundan istefa versə də Qarabağ klanının hakimiyyətdəki dayaqları güclüdür, o cümlədən də məhkəmə hüquq sistemində. Ona görə də birinci instansiya məhkəməsində hakimlər əvvəl cəsarət etmədilər ,amma Lavrovun bəyanatından həm də Dağlıq Qarabağın qondarma parlamentinin 46 deputatının verdiyi bəyanatdan sonra onlar hərəkətə keçdilər. Sarkisyan da Avropaya səfər elədi, oradan qayıtdıqdan sonra Qarabağa gəldi. Bir növ, əksinqilabçılar ruhlandılar. Bu ruhlanmanın da təsiri həmin Apelliyasiya məhkəməsinin qərarında özünü göstərdi. Nəticədə, Koçaryanı azad etdilər.

Ümumiyyətlə, düşünürəm ki, Ermənistanda Paşinyanın uzun müddət iqtidarda qalması mümkünsüzdür. Paşinyanın təcrübəsizliyi və Rusiyanın oradakı möhkəm mövqeyi bu məsələdə xüsusi rol oynayır. Rusiya özü ikili oyun oynayan Sarkisyanın getməsində maraqlı idi. Ona görə də Rusiya inqilab zamanı seyrçi mövqe tutdu. Əhali də gördü ki, Rusiya hadisələrə əks reaksiya vermir və daha da ruhlanıb Sarkisyanı devirdi.

Hesab edirəm ki, Azərbaycan Ermənistandakı bu qarşıdurmadan istifadə edib öz torpaqlarını işğaldan azad etməlidir. Xatırlayırsınızsa, 1993-cü ildə Gəncədə hərbi qiyam baş verəndə ermənilər bundan istifadə edib Dağlıq Qarabağ ətrafındakı rayonlarımızı işğal etdilər. Azərbaycan isə işğal yox, öz halal torpaqlarını işğaldan azad etməlidir. Həmçinin, Rusiya ilə intensiv danışıqlar aparmalıdır. Əvvəla, ABŞ və Avropa Birliyi var gücü ilə çalışacaq ki, Türkiyə bu müharibəyə qarışmasın. Amma əvvəlki dövrlə müqayisədə Qərbin Türkiyəyə təsiri bir qədər məhduddur. Hazırda Türkiyənin Azərbaycanla münasibətləri daha möhkəmdir. İndi Türkiyə iqtisadi və hərbi baxımdan daha da güclüdür. Eyni zamanda, Azərbaycanın özü artıq kifayət qədər hərbi potensiala malikdir. Bütün bu güclərdən istifadə etməyin zamanı gəlib çatıb.

- Bəs, hazırda Azərbaycandakı daxili vəziyyəti necə qiymətləndirirsiniz?

- Baxın, Rusiyada, İranda və Türkiyədə valyuta ciddi dəyər itirməkdədir. Azərbaycanda manatın sabitliyi qorunub saxlanılır. Bu ciddi bir nailiyyətdir. Şükür ki, neftin qiyməti yüksək olaraq qalır. Amma bu bizi arxayın salmamlıdır. Bütün sahələrdə islahatlar dərinləşdirilməlidir. Xalqın öz iqtidarını dəstəkləməsi birbaşa sosial ədalətdən, qanunun aliliyinin təmin olunmasından keçir. Buna görə də xüsusən məhkəmə-hüquq sistemində islahatlar aparılmalıdır. Eyni zamanda, sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə yenidən baxılmalıdır. Bu günlərdə logistika mərkəzi yaradıldı, Prezident açılışda şəxsən iştirak etdi. Bu, istər daxili, istərsə də xarici bazar baxımından, ərzaq təminatı baxımından olduqca önəmli layihədir.Bəzən məhsulları saxlamaq mümkün olmadığına görə gedib xarici şirkətlərlə çox yüksək qiymətə müqavilə bağlayırlar, azərbaycanlı sahibkarın məhsulu isə əlində qalır. Sahibkar məhsulunu rahat şəkildə sata bilməlidir ki, onu əkib becərməkdə də maraqlı və həvəsli olsun. Bütün bu işlər kampaniya xarakteri daşımamalıdır. Sistemli şəkildə işlər aparılmalıdır. Bütün bu nöqsanlara baxmayaraq, artıq dövlətin əsasları qoyulub, yəni binanın beton sütunları qurulub, indi həmin tikilini təmir edib gözəlləşdirmək lazımdır.

- Zaman-zaman Azərbaycanla bağlı ciddi proseslər baş verir. Götürək elə Xəzərin statusu ilə bağlı Konvensiyanı. Amma ənənəvi müxalifət bu hadisələrə çevik reaksiya göstərmir. Sanki özlərinin ayrıca gündəmləri var və Azərbaycanın problemləri onlara yaddır.

- Təəssüf ki, müxalifətçilyi hərə bir cür başa düşür. Ənənəvi müxalifət düşünür ki, istənilən vaxt hər hansı bir dövlət və ya qruplaşma Azərbaycana təzyiq etmək istəsə, dərhal pioner kimi əlini qaldırıb “mən hazıram” deməklə önə atılmalıdır. Hakimiyyəti devirmək istəyirlərsə, mütləq sən orada rol almalısan və prosesdə iştirak etməlisən. Fikirləşirlər ki, müxalifət hər an hakimiyyətin kürəyinə bıçaq endirməyə hazır olmalıdır. Normal düşüncə isə budur ki, müxalifət iqtidarın səhvlərini vaxtında deməli və göstərməlidir. Xalq da baxır görür ki, filan partiya problemi doğru bir şəkildə qaldırdı və həll yolunu göstərdi. Konstitusion müddət var, o müddət ərzində ölkədəki sabitliyin qorunmasına müxalifət də məsuliyyət daşıyır. Bəli, müxalifət yeri gələndə hər hansı bir məsələ ilə bağlı etiraz mitinqləri keçirə bilər. Amma bu mitinq ölkəni siyasi böhran vəziyyətinə soxmamalı və sabitliyi pozmamalıdır. Təəssüf ki, bizdə tam əksinədir. Məsələn, “Milli Şura” yaradılanda, bilə-bilə ki, bu Rusiyanın layihəsidir, ənənəvi müxalifət dərhal gedib ora qoşuldu.

Hər halda, biz uzun illər totalitar bir imperiyanın tərkibində olmuşuq. Müəyyən vərdişlərin, ənənələrin formalaşması üçün zaman lazımdır. Bu proses artıq gedir. İnkişafın qarşısını almaq mümkün deyil. Əminəm ki, zamanı çatdıqda bizdə də bu gün həlli çətin görünən problemlər aradan qalxacaq.
Oxşar xəbərlər
11:55, Bu gün
Martın 20-də TOEFL iBT imtahanı keçiriləcək
11:49, Bu gün
"Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri yeni sahələri əhatə edəcək" - Kamaləddin Qafarov
11:45, Bu gün
RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
11:43, Bu gün
İranda daşqınlarla əlaqədar əhali təxliyə edilib - VİDEO
11:41, Bu gün
"WhatsApp" istifadəçiləri üçün MÖHTƏŞƏM XƏBƏR: Bundan sonra… - FOTO
11:40, Bu gün
Atasıyla fotosuna görə qınadılar - FOTO/VİDEO
11:37, Bu gün
Bir sahədə biznesmenlərə güzəşt ediləcək
11:33, Bu gün
Üç övladı, səkkiz nəvəsi olan Azərbaycanın ən yaşlı tələbəsi - VİDEO
11:28, Bu gün
Quba və Qusar İlaxır çərşənbəni qarla qarşıladı - FOTO/VİDEO
11:27, Bu gün
Yol kənarında faciəvi şəkildə ölən Rəşad və Yaşarın - FOTOSU
11:25, Bu gün
Metroda baş verən terror aktından 30 il ötür
11:25, Bu gün
Aeroport yolunda huşunu itirən sürücü belə xilas edildi - ANBAAN VİDEO
11:24, Bu gün
Putinin seçkisində ruslar seçki bülletenlərinin üzərlərinə nələr yazıblar?..- FOTOLAR
11:24, Bu gün
Qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətin Azərbaycan modeli və onun bioloji əhəmiyyəti
11:21, Bu gün
Məmmədbağır Bağırzadənin oğlu: "Anam öldükdən sonra atam ağac kimi qurudu" - VİDEO
11:20, Bu gün
SON DƏQİQƏ!! İlahə Ağayeva faciəvi şəkildə VƏFAT ETDİ
11:17, Bu gün
Qaradağda 10 min manatlıq oğurluq olub
11:04, Bu gün
Hamilə vaxtı əri tərəfindən işgəncələrə məruz qalan qadın şikayətini geri götürdü
11:00, Bu gün
Bakıda qadın dəm qazından boğularaq ölüb
10:55, Bu gün
Bu meyvə pisixi sağlamlığı yaxşılaşdırır
10:54, Bu gün
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
10:47, Bu gün
Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib
10:44, Bu gün
"Bank of Baku"-dan narazılıq
10:39, Bu gün
DİN Xankəndi ilə bağlı məlumat yaydı
10:31, Bu gün
Aprelin bəxtəvər 3 bürcü- Şans ayaqlarına gələcək
10:25, Bu gün
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
10:20, Bu gün
“Zəfər qazandığımız indiki dövrdə NATO ilə qarşılıqlı faydalı münasibətlər qurmaq üçün daha böyük pəncərə açılıb...”
10:18, Bu gün
Bələdiyyə sədri bıçaqlanmadan danışdı: “Vuran 8-ci, vurulan 10-cu sinif şagirdidir”
10:09, Bu gün
FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib
09:58, Bu gün
Gözlənilən proses başlayır - İlham Əliyev “çox yaxınıq” dedi
09:46, Bu gün
ADNSU-nun şəhid məzunlarının ailələri ziyarət olunub -FOTOLAR
09:41, Bu gün
İşaxtaranların NƏZƏRİNƏ: Vakansiyalarla bağlı yeni qayda hansı fürsətləri yaradacaq? - VİDEO 
09:37, Bu gün
Azay Quliyev Vyanada ATƏT PA-nın mənzil-qərargahında həmkarlarla görüşlər keçirib
09:36, Bu gün
Mehriban Əliyeva ilaxır çərşənbə münasibətilə paylaşım edib - FOTO 
09:29, Bu gün
Ronaldu Portuqaliya millisinin ilk oyununu buraxacaq
09:27, Bu gün
“Xankəndinin mərkəzi meydanının Zəfər meydanı adlandırılması bayramımıza bayram qatdı”
09:22, Bu gün
Paşinyan müdafiə nazirinin kəndlərin Azərbaycana qaytarılması haqdakı fikrinə qəzəbləndi...
09:18, Bu gün
Paytaxtda 600 manata səməni satılır? - VİDEO
09:07, Bu gün
Taksilərlə bağlı YENİ QAYDALAR - Bundan sonra... - VİDEO
09:01, Bu gün
UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub
08:58, Bu gün
Ruhi deputat olmaq istəyir? - VİDEO
08:44, Bu gün
Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR - Seksual tələbat çətin…
08:34, Bu gün
Dərsdən sonra məktəblilər dalaşdı - Biri digərini bıçaqladı - VİDEO
08:26, Bu gün
Uber-dən taksi sürücülərinə "178 milyon"luq TƏZMİNAT
08:10, Bu gün
“Qadınlar kişiləri passiv görməyə başlayıblar, çünki...” - Məşhur psixoloq
08:02, Bu gün
Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur
07:54, Bu gün
Teleqram 330 milyon dollarlıq istiqraz buraxır
07:20, Bu gün
Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı - FOTO
07:03, Bu gün
Pakistanda güclü zəlzələ
05:58, Bu gün
Tanınmış amerikalı göz həkimi Ramazanda İslamı qəbul etdi...-FOTOLAR+VİDEO
00:04, Bu gün
"Consonun Ukraynaya yardım planı çoxlu suallar doğurur" - "The Hill"
18 Mar 2024 | 23:53
Almaniyanın müdafiə naziri Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib
18 Mar 2024 | 23:42
“Meta”ya cərimə kəsildi, hər gün 4,8 milyon
18 Mar 2024 | 23:35
Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır
18 Mar 2024 | 23:30
Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib
18 Mar 2024 | 23:30
Qərbi Azərbaycan Xronikası: “Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” - VİDEO
18 Mar 2024 | 23:27
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
18 Mar 2024 | 23:24
Rəqqasə Renkanın avtomobili qəzaya uğrayıb - FOTO
18 Mar 2024 | 23:22
Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan ölüb
18 Mar 2024 | 23:21
Paşinyan Putini təbrik etmədi: - gözləyir…
18 Mar 2024 | 23:18
Krımda hərbi yük maşını Rusiyanın sabiq top-məmurunun avtomaşınını əzib
18 Mar 2024 | 22:50
Məşhur müğənnidən ŞOK açıqlama - Yadplanetlilər dişlərimi oğurladılar
18 Mar 2024 | 22:42
Stoltenberqdən etiraf: Ukrayna NATO-nun dəstəyi ilə Rusiya donanmasına zərər vurub
18 Mar 2024 | 22:35
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bu şəxslər 5 il tez pensiyaya çıxacaq
18 Mar 2024 | 22:30
Lənkəranda yeni istifadəyə verilmiş penitensiar müəssisədən ƏN SON görüntülər - FOTOLAR
18 Mar 2024 | 22:27
İlahiyyatçıdan ŞOK TƏKLİF: Onlayn ehsana keçmək lazımdır 
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 22:24
Finlandiyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib
18 Mar 2024 | 22:18
O, gah quldur, cani, gah cin-şəyətin, gah da xan-bəy olur...
18 Mar 2024 | 22:17
Uşaq maşının altında qaldı: Əsəbi zəif olanlar baxmasın! - VİDEO
18 Mar 2024 | 22:11
Qobuda itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti AÇIQLANDI - VİDEO
18 Mar 2024 | 22:09
Müəmmalı xəstəlik sürətlə yayılır: ölüm nisbəti 30 faizdir 
18 Mar 2024 | 22:05
Gömrük Akademiyasında Novruz şənliyi keçirilib - FOTOLAR
18 Mar 2024 | 22:01
Zamiq doğulduğu torpaqda konsert verdi
18 Mar 2024 | 22:00
Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyəti müzakirə edilib
18 Mar 2024 | 22:00
"Putinin qələbəsindən sonra Rusiyanı nə gözləyir?" - CNN
18 Mar 2024 | 21:59
"Rusiya ərazisində könüllülərin reydinin məqsədi nədir?.."
18 Mar 2024 | 21:53
BMT-də Fransanın məsuliyyətsiz şəkildə dünyanı nüvə müharibəsinə sürüklədiyi açıqlanıb
18 Mar 2024 | 21:47
Bakı Bulvarında bayram ab-havası - FOTO
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 21:39
Bakıda avtomobil keçiddən istifadə etməyən qadını vurub - FOTO
18 Mar 2024 | 21:30
“Qarabağ”ın baş məşqçisi cəzalandırıldı
18 Mar 2024 | 21:15
Niyaməddin Musayevin bu VİDEOsu gündəm oldu
18 Mar 2024 | 21:04
“Kurtlar Vadisi” Hakan Fidandan bəhs edir? – Özü danışdı
18 Mar 2024 | 20:59
“Uber” avstraliyalı taksi sürücülərinə fantastik məbləğ ödəyəcək
18 Mar 2024 | 20:53
NATO Baş katibi: Gələcəkdə Azərbaycanın Avropa üçün enerji təminatçısı kimi rolu artacaq
18 Mar 2024 | 20:47
Professordan oruc tutanlara XƏBƏRDARLIQ - 10 gün ərzində…
18 Mar 2024 | 20:45
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
18 Mar 2024 | 20:44
Möminə Xatun türbəsi ətrafında tikinti APARILMASI xəbərinə AYDINLIQ GƏTİRİLDİ – RƏSMİ
18 Mar 2024 | 20:43
“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb
18 Mar 2024 | 20:40
Paşinyan elə bir etiraf etdi ki..., - Mirzoyan TƏSDİQLƏDİ: Sülh müqaviləsi bu  tarixdə İMZALANACAQ
18 Mar 2024 | 20:39
Stoltenberq: Azərbaycanın əməkdaşlıq və siyasi dialoqu gücləndirmək sahəsində oynadığı rolu alqışlayırıq
18 Mar 2024 | 20:34
BDU-da Novruz şənliyi - FOTOLAR
18 Mar 2024 | 20:32
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı
18 Mar 2024 | 20:30
Bu bürclər üçün "ağ zolaq” başlayır - xoşbəxtlik yaxındadır
18 Mar 2024 | 20:26
Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var
18 Mar 2024 | 20:22
Balaəli estetik əməliyyat etdirəcək – Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
18 Mar 2024 | 20:20
Azərbaycan-İraq əlaqələrinin inkişafı müzakirə olunub - YENİLƏNİB
18 Mar 2024 | 20:16
Rəqsanə canlı efirdə "OD PÜSKÜRDÜ": "Kimsə çaşarsa..." - VİDEO
18 Mar 2024 | 20:09
Qəhvə yuxusuzluğa necə təsir edir? - AÇIQLAMA
GÜNLÜK
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 12:38
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 12:03
Xocalıda kütləvi məzarlıq: daha 1 nəfərin şəxsiyyəti bilindi
18 Mar 2024 | 11:58
Tokayev Azərbaycana gəlməzdən öncə İtaliyaya niyə getmişdi?- Analitik izah edir...
18 Mar 2024 | 13:14
"Azərbaycanla Gürcüstan yaşıl enerji sahəsində də uğurlu əməkdaşlıq həyata keçirir"
18 Mar 2024 | 15:15
Tanınmayan "Dnestryanı respublikası"nda hərbi hissəyə dronla hücum edilib
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
17 Mar 2024 | 16:31
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
13 Mar 2024 | 18:44
“Qarabağ” qalib gəlsə, Qurbanovu təbrik edəcəksiniz?” –  Xabi Alonsonun CAVABI
15 Mar 2024 | 13:09
İTV -nin qalmaqallı müəllimi: "Ssenari belə olsaydı çəkilməzdim"
15 Mar 2024 | 09:20
“Bavariya” Qurban Qurbanova təklif göndərdi - RƏSMİ
14 Mar 2024 | 09:10
Rəşid Mahmudov ETİRAZ ETDİ: “Qohum evliliklərinin qadağan olunması boş şeydir, geni xarabdırsa...”
16 Mar 2024 | 09:37
Bakıda yeni hava limanı tikilir - VİDEO
16 Mar 2024 | 15:22
"Mən hər birinizi Putinə müqavimət göstərməyə çağırıram, o, quldurdur" - Bayden
15 Mar 2024 | 07:49
Qurbanovdan AÇIQLAMA: "Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik"
16 Mar 2024 | 16:52
Zaqatalada partlayış nəticəsində 18 yaşlı gənc öldü - YENİLƏNİB
AYLIQ
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 12:38
Füzulidə daha 34 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 12:03
Xocalıda kütləvi məzarlıq: daha 1 nəfərin şəxsiyyəti bilindi
18 Mar 2024 | 11:58
Tokayev Azərbaycana gəlməzdən öncə İtaliyaya niyə getmişdi?- Analitik izah edir...
18 Mar 2024 | 13:14
"Azərbaycanla Gürcüstan yaşıl enerji sahəsində də uğurlu əməkdaşlıq həyata keçirir"
18 Mar 2024 | 15:15
Tanınmayan "Dnestryanı respublikası"nda hərbi hissəyə dronla hücum edilib
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO