Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan Ermənistan Futbol Federasiyasına (EFF) namizədliyi haqda danışıb.
Vanetsyan, EFF-in rəhbər mövqeyini tutmasının heç bir şəkildə onun əsas fəaliyyətinə maneə törətməyəcəyini bildirib.
O, həmçinin seçilməsinin erməni futboluna böyük xeyir verəcəyini də bəyan edib.
“Ali futbol liqasının 9 komandası yekdilliklə mənim namizədliyimi irəli sürüb və dəstəkləyiblər. Yaxın gələcəkdə Ermənistan Futbol Federasiyasının hazırkı prezidenti və icra komitəsi görüş keçirəcək və yeni seçkilər elan edəcək” – Vanetsyan qeyd edib.
O həmçinin bildirib ki, hazırda rəsmi seçkilərin elan olunmadığı üçün onun sözlərini də rəsmi namizədlik kimi qəbul etmək lazım deyil.
Vanetsyanın sözlərinə görə federasiyada əsas işi futbol nümayəndələri görəcəklər o isə sadəcə aktiv iştirakçı olacaq.(Modern.az)