Xəbər lenti
14/11/2018 [14:36]:
Deputat metrodan gileyləndi: "Gərək bir milyon insan boğulsun?!"
14/11/2018 [14:33]:
Siyavuş Novruzovdan əlil və veteranlarla bağlı mühüm çağırış
14/11/2018 [14:27]:
ADP-də beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə olundu...
14/11/2018 [14:24]:
“Gənclərimizin bu cür addımları bizi sevindirir...” - Milli Qəhrəmanın qardaşı...
14/11/2018 [14:17]:
Azərbaycanda əmək pensiyaları ilə bağlı dövlətin öhdəlikləri bu ilin sonuna qədər dəqiqləşəcək
14/11/2018 [14:06]:
Azərbaycan məhsullarının ixracı genişlənir
14/11/2018 [14:06]:
Yaponiyanın naziri kompüterdə işləməyi bacarmır
14/11/2018 [14:04]:
Ermənistan Müdafiə Nazirliyinin polkovnikinin avtomobili atəşə tutuldu
14/11/2018 [14:00]:
"Gənc alimlər müdafiə edən kimi Akademiyadan uzaqlaşırlar”
14/11/2018 [13:57]:
“Milli Məclis də, XİN də bu istiqamətdə səylərini gücləndirməlidir”
14/11/2018 [13:52]:
Teleradio Şurası verilişlərin və aparıcıların “qara siyahı"sını hazırladı
14/11/2018 [13:46]:
Ölkədə doğumun sayı kəskin azalıb - Hadı Rəcəbli hökumətə müraciət etdi
14/11/2018 [13:42]:
Araz Ağalarovdan əhaliyə dollar məsləhəti
14/11/2018 [13:35]:
Lenini dəfn etmək istəyirlər - vəfatının 100-cü ilində
14/11/2018 [13:25]:
Hicab qadağan edildi, ərəb əlifbası yığışdırıldı
14/11/2018 [13:19]:
Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi – Sədrlikdən getdi
14/11/2018 [13:16]:
Azərbaycanda Latviya Ticarət Evi dövlət qeydiyyatına alınıb
14/11/2018 [13:14]:
“Zamirənin xərclədiyi 130 milyonla 88-97-ci illərin şəhidlərinın haqqını vermək olardı”
14/11/2018 [13:10]:
İdmançının evindən 67 min manatlıq oğurluq edən qadına şərti cəza verilib
14/11/2018 [13:06]:
Sabahın hava durumu
14/11/2018 [12:53]:
“Bizdə aparıcılarımız müğənnidən neçə dəfə ərdə olmağını soruşur...”- Əli Mirəliyev
14/11/2018 [12:47]:
Tramp Tereza Meyi tənqid etdi - İrana görə
14/11/2018 [12:43]:
Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq gəzdirir
14/11/2018 [12:43]:
Sərsənglə Ağdərəni birləşdirən 100 milyon dollarlıq su kanalı çəkiləcək?..- Separatçılardan yeni həyasız layihə...
14/11/2018 [12:36]:
Xərçəngə yoluxmanın daha bir riski
14/11/2018 [12:31]:
Millət vəkili Qənirə Paşayeva İstanbulda "Ailə, dövlət və toplum" adlı konfrans keçirdi
14/11/2018 [12:30]:
“Azərbaycanın bank qanunvericiliyi bərbad gündədir”
14/11/2018 [12:19]:
Albaniya Qarabağa qanunsuz səfər edən deputatı cəzalandırdı
14/11/2018 [12:14]:
Azərbaycanda daha bir elektrik yarımstansiyasında partlayış – Yaralılar var
14/11/2018 [12:12]:
“Cəmiyyətimiz elə bir durumdadır ki, bir çox şeyləri maariflənmə ilə həyata keçirmək mümkün olmur”
14/11/2018 [12:04]:
Xatirə İslam: "İçimdəki qeyrət dedi ki, özünə gəl" - FOTO
14/11/2018 [12:03]:
Gözəl Bayramlının cəzası azaldıldı
14/11/2018 [12:03]:
Azərbaycanda bəzi məktəblər pullu xidmət göstərəcək
14/11/2018 [12:00]:
Deputat: “Elm sahəsində çalışanların sosial müdafiəsinin gücləndirilməsi vacibdir”
14/11/2018 [11:59]:
Sumqayıtdakı“Karvan” ticarət mərkəzi yenə YANDI
14/11/2018 [11:45]:
Minskdə qıza görə adam öldürən azərbaycanlı tələbə həbs olundu
14/11/2018 [11:42]:
Məmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMA
14/11/2018 [11:20]:
Bakıda sərnişin avtobusundan yıxılmış 78 yaşlı qadın dünyasını dəyişdi
14/11/2018 [11:14]:
Uğurlu karyera sahibi olmaq üçün nələri bilməli? - təhqiqat
14/11/2018 [11:12]:
Bu tarixdən jalüzlü maşınların sürücülərini CƏRİMƏLƏYƏCƏKLƏR
14/11/2018 [11:04]:
“Vahid Avropa Ordusu”: Merkel Makronun tərəfini tutdu
14/11/2018 [10:55]:
Cinayətkarlar armuda da iynə sancmağa başladılar
14/11/2018 [10:52]:
Nazir: “I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb...”
14/11/2018 [10:46]:
Televizorların satışına mane olan nədir?
14/11/2018 [10:42]:
Separatçı rejimin bayrağı altında işğalçıların üzünə irişənlərin BİZ NİYƏ ÜZÜNƏ GÜLÜRÜK?..
14/11/2018 [10:32]:
Mədət Quliyev: "Gəncə hadisələri ilə əlaqədar 60-dan çox şəxs həbs olunub"
14/11/2018 [10:31]:
“Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında ətraf mühit sərgisi keçirilir
14/11/2018 [10:30]:
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
14/11/2018 [10:28]:
Teleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı
14/11/2018 [10:22]:
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanıldı
14/11/2018 [10:20]:
Bağça müdiri barəsində cinayət işi başlanıldı
14/11/2018 [10:20]:
Məmur olmaq istəyənlər yenə sınağa çəkiləcək
14/11/2018 [10:08]:
Erməni millət vəkili Türkiyəni Ermənistanla sərhədləri açmağa səslədi – İrəvan aqoniyada!
14/11/2018 [10:08]:
Avtomobildə külli miqdarda dərman vasitələri aşkarlandı - FOTOLAR
14/11/2018 [10:02]:
Evində narkotik gizlədən Göyçay sakini saxlanıldı
14/11/2018 [09:55]:
Lavrovu Putinin yanına buraxmadılar - VİDEO
14/11/2018 [09:54]:
Hərbi reaktiv təyyarə qəzaya uğrayıb
14/11/2018 [09:49]:
Qarabağ ətrafında situasiya dəyişəcək - mühüm gözlənti
14/11/2018 [09:46]:
Atəşkəs rejimi 29 dəfə pozulub
14/11/2018 [09:46]:
Razim İsayev səhiyyə məmuruna 100 min dollar rüşvət verdiyini deyir
14/11/2018 [09:45]:
Azərbaycanda dəhşətli yanğın: beş nəfər ölüb - TƏFƏRRÜAT + YENİLƏNİB
14/11/2018 [09:39]:
"Norveç bizdən daha böyük neft ölkəsidir"
14/11/2018 [09:21]:
Gələcəyin polisləri ilə görüş keçirildi...
14/11/2018 [09:17]:
Vəkili Zamirə Hacıyevanı günahsız hesab edir, rusiyalı vəkil “həbsə gedəcək” deyir
14/11/2018 [09:17]:
BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı
14/11/2018 [09:14]:
“Real”ın yeni baş məşqçisi təsdiqləndi
14/11/2018 [09:05]:
Sevinc Muğanna: “İsa Muğanna ədəbiyyatımızın ən çox döyülən yazıçısı olub”
14/11/2018 [09:02]:
Mömin olmaq istəyən hər bir kəs İmam Əlinin verdiyi bu tövsiyələrə diqqət etsin...
14/11/2018 [08:59]:
Novruz Məmmədovdan peşə təhsili ilə bağlı yeni qərar...
14/11/2018 [08:57]:
Manatın MƏZƏNNƏSİ dəyişmədi
14/11/2018 [08:50]:
ABŞ-ın müdaxilə etdiyi bu müsəlman ölkəsində 2 MİLYON HAMİLƏ QADIN ACINDAN ÖLÜR…
14/11/2018 [08:44]:
Tramp milli təhlükəsizlik üzrə köməkçisinin müavinini qovur: ”Sən, mənim arvadıma...”
14/11/2018 [00:25]:
Ərazi iddiası və “Dostluq körpüsü”: Bir absurdun iki üzü...
14/11/2018 [00:11]:
Şabranda piyadanı maşın vuraraq öldürüb
14/11/2018 [00:06]:
Mərkəzi Bank 1,3 milyard manatı yandırdı
13/11/2018 [23:34]:
Bu il Azərbaycanda yol qəzaları zamanı 527 nəfər ölüb
13/11/2018 [23:04]:
Rəqsanənin körpələrinin vəziyyəti ağırlaşdı - Xəstəxanadan görüntülər - VİDEO
13/11/2018 [22:33]:
Rəsmi Bakıdan Yerevanın “Lukaşenko və Azərbaycan səfiri” açıqlamasına reaksiya
13/11/2018 [22:22]:
İlham Əliyev Slovakiyanın baş naziri ilə görüşüb - FOTO
13/11/2018 [22:17]:
OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb
Bütün arxiv bir sırada
16/08/2018 [18:27] - Cəmiyyət - ( 1206 dəfə baxılıb)

"Ömür sevmədiyin insanla evlənmək, sevmədiyin işi görmək üçün çox qısadır, gənclər..."



Ölkəmizə hər bir sahədə peşəkar kadrlar lazımdır. Bu peşəkar kadrların hazır olması üçün ta əvvəldən müvafiq sahəyə necə gəlməkdən, necə öyrənməyə qədər prosedur lazımınca dəyərləndirilməlidir. Təəssüf ki, öz sahəsi üzrə peşəkar olacaq kadrlar digər sahələrdə özün göstərir, bu da əslində ölkənin sürətli inkişafına mənfi təsir edir və kadr məsələsindən də əlavə özünəməxsus iş yerlərinin digər "sahələr" tərəfindən tutulmasına gətirib çıxarır. 

Jurnaslitika dərsliklərinin müəllifi, professor Nəsir Əhmədli jurnalistika sahəsi üzrə mövcud problemlə bağlı öz fikirlərini feysbuk profilində paylaşıb. 

Moderator.az həmin paylaşımı sizə təqdim edir:

JURNALİST TƏHSİLİ: PROBLEMLƏR, PERSPEKTİVLƏR

Jurnalist kadrların hazırlanması problemi təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerində, xüsusən də postsovet məkanında müşahidə olunur. Mütəxəssislər bunu bizi əhatə edən reallığın birdən-birə dəyişməsi və jurnalistlərin bu dəyişikliyə adekvat reaksiya verə bilməmələri ilə izah edirlər. Jurnalistika tarixi boyu bir neçə dəfə belə vəziyyətlə üzləşib. Məsələn, XV əsrdə İ.Qutenberq çap dəzgahını ixtira edəndən, XIX əsrdə elektromaqnit dalğaları kəşf olunandan, XX əsrdə radio və televiziya texnikası yaradılandan sonra da belə olmuşdu. Bugünkü durum isə kompüterin və İnternetin həyatımıza daxil olması ilə bağlıdır. Müasir jurnalist rəqəmsal texnologiyaları mükəmməl mənimsəməklə həm qəzetdə, həm radioda, həm televiziyada, həm İnternetdə, həm də mobil jurnalistikada eyni yüksək səviyyədə işləməyi bacarmalıdır. Jurnalist peşəsinin informasiya yayımı prosesinin konvergensiyasına əsaslanaraq bu cür universallaşması jurnalist kadrları hazırlayan təhsil müəssisələrindən, o cümlədən BDU-nun Jurnalistika fakültəsindən öz işini radikal şəkildə yenidən qurmağı tələb edir.
Bəs nədən başlamalı? Yaraşıqlı və keyfiyyətli paltar tikmək üçün müvafiq parça, dadlı və keyfiyyətli xörək bişirmək üçün keyfiyyətli ərzaq lazım olduğu kimi, peşəkar jurnalist kadrları hazırlamaq üçün də bu sahəyə həvəsi olan qabiliyyətli abituriyentlər lazımdır. Mən Voronej Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Vladimir Vasilyeviç Tulupovun belə bir fikri ilə tam razıyam ki, “Sovet İttifaqında mövcud olmuş ali təhsil sistemi indiki Rusiyada yoxdur”. Eyni sözləri Azərbaycan haqqında da demək olar. Sovet dövründə jurnalistika fakültəsinə qəbul qaydaları indikindən xeyli mükəmməl idi. O zaman bu fakültəyə həqiqətən jurnalist olmaq istəyənlər gəlirdi və abituriyentlər bəzən arzularına çatmaq üçün illərlə vaxt itirsələr də, fikirlərindən dönmürdülər. Buna görə də həmin dövrün məzunları bu gün ölkəmizin dövlət qurumlarında, ən nüfuzlu informasiya vasitələrində yüksək vəzifələr tuturlar. Onlardan bir neçəsinin adlarını çəkmək istəyirəm: Aslan Aslanov, Dağbəyi İsmayılov (AzərTAc), Bəxtiyar Sadıqov, Amil Novruzov (“Azərbaycan” qəzeti), Rəşad Məcid, Yusif Rzayev (“525-ci qəzet”) və xeyli başqaları. Bu siyahını istənilən qədər uzatmaq olar, lakin 1992-ci ildən, test sisteminə keçiləndən və yaradıcılıq müsabiqəsi ləğv olunandan sonra qəbul olunanların, yəni son 20 ildəki məzunların sırasından hətta 2-3 məşhur jurnalistin adını çəkə bilmərəm. Mən əminəm ki, son iki ildə nisbətən aşağı balla qəbul olunmuş tələbələrimiz əvvəlki illərdə yüksək balla qəbul olunmuşlardan daha yaxşı jurnalist olacaqlar. Çünki onlar bu peşəni sevib-seçib gəliblər. Fakültəmizin 15 il əvvəlki məzunlarından birinin, konkret olaraq Nail Zeynalovun öz feyzbuk səhifəsində yerləşdirdiyi statusdan bəzi fraqmentlərə diqqət yetirək: “İstəmədiyin fakültədə "oxumaq", sevmədiyin qadınla evlənmək kimi bir şeydir. Sevmədiyi qadından başını götürüb çayxanalarda, orda-burda gün keçirən ərlər kimi, mən də dərs vaxtları hardasa domino oynamışam...
“Əşi, diplom olsun, sonra istədiyim işi görərəm”, - deyə-deyə birtəhər universiteti bitirdim, sonra İTV-də işləmək variantı çıxdı - idmanda. Dedilər, get qəzetdə 3 ay təcrübə keç, gəl. Əşi, 3 aydı da, yola verim, qayıdım, əlimdə işim olsun deyə-deyə ilişdim qaldım idman mətbuatında. Sevmədiyim iş. Orda günləri yola verdiyim vaxt futbol klubundan təklif gəldi, getdim, bu dəfə futbolun lap içinə girdim. Futbolu da sevmirəm. Sevmədiyim işdən başqa bir sevmədiyim sahəyə adladım...
15 il keçib o gündən. Əşi, diplom olsun deyib, ali məktəbə ayaq basdığım gündən... Sevmədiyim bir işə başladığım gündən. Cəmi bircə dəfə bəlkə də başqasının xoşbəxt ola biləcəyi bir yerdə könülsüz olsam da, qaldım... Və o andan etibarən bir sevmədiyim işdən başqa birinə adlaya-adlaya keçdi 15 ilim. Öz boşqabımda deyildim, başqasının yerini tutmuşdum, o yeganə səhvlə öz yerimi tapana qədər neçə adamın yerini tutdum. Neçə adamın həvəslə oxuyacağı ixtisası könülsüz yola verdim, neçə insanın həvəslə işləyəcəyi yerdə gün saydım... Həmin il jurnalistikaya qəbul oluna bilməyən neçə insan da başqa fakültədə məcbur, candərdi oxumalı oldu. Onlar da həmin yerdə olmaq istəyən neçə adamın yerini tutdu... Mən də daxil, həmin diplomu alandan sonra itən uşaqların bəlkə də haqqıydı o yer. İmtahanda lazım olandan da artıq nəticə göstərmişdilər bəlkə, amma o yer bizim deyildi... O yerin sahibləri var idi. Daha xeyirli ola biləcək, o sahəni sevən insanlar. İmtahanda lazımi balı yığa bilməsələr də...
Fikir vermişəm, çox az tələbə istədiyi ixtisasa yiyələnir, çox az adam sevdiyi işlə məşğuldur... Ətraf, əslində, tarixçi olmaq istəyən politoloq, jurnalist olmaq istəyən kitabxanaçı, hüquqşünas olmaq istəyən jurnalistlərlə doludur. Heç biri öz yerində deyil. Öz yerində olmayandan sonra o yerin haqqını vermək olmur, o yerə heç nə vermirsən... 15 il sonra da uşaqlara görə "boşanmırsan"... Bir də baxırsan ki, ömrünün gözəl illərini, enerjili, xeyirli ola biləcəyin illərini sevmədiyin işlərə sərf eləmisən.
...Ömür sevmədiyin insanla evlənmək, sevmədiyin işi görmək üçün çox qısadır, gənclər... Mən sizə məsləhət verəsi ağılda adam da deyiləm, sadəcə, itirilmiş illərin təcrübəsini paylaşıram... İllərinizə heyfiniz gəlsin, hər dəfə seçiminizi sevgidən yana eləyin”.
Nail düz deyir: çoxları yerində deyil. Səbəbi də test sistemində ixtisas seçiminin qeyri-müəyyənliyidir. İndi bizdə çox zərərli “ümumi ali təhsil” tendensiyası yaranıb. Hansı ixtisas olur-olsun, təki diplom alınsın. Oğlanlar əsgərlikdən 6 ay tez gəlsinlər, qızlar cehizlərini diplomla tamamlasınlar. Başqa sahələri deyə bilmərəm, jurnalistika üçün bu, çox təhlükəli tendensiyadır.
Bəs vəziyyətdən çıxmaq üçün nə etməliyik? Öz keyfiyyətli “parça”mızı və keyfiyyətli “ərzaq”ımızı harada axtarmalıyıq? İndiki orta məktəb məzunlarının, demək olar, heç birinin jurnalistika barədə dolğun təsəvvürü yoxdur. Təsəvvür olunmayan şeyi necə sevmək olar? Ədəbiyyata, jurnalistikaya sevgi orta məktəbdə yaradılmalıdır. Ali məktəblərə qəbul test üsulu ilə keçiriləndən bəri orta məktəblərdə, demək olar ki, inşa yazılmır, yazılsa da, son dərəcə formal xarakter daşıyır. Ədəbiyyatı, yazı bacarığını test üsulu ilə öyrətmək və qiymətləndirmək olmaz. Şagirdlər yalnız bu və ya başqa yazıçının neçənci ildə doğulub, neçənci ildə öldüyünü və bir neçə əsərinin adını əzbərləyirlər. Əsərlərin məzmunu, ideyası, sənətkarlıq məsələləri kölgədə qalır. İki il əvvəl “Bilik günü” ilə əlaqədar rayonlardan birinə ezam olunmuşdum. Məktəblərin birində XI sinif şagirdlərindən heç biri “Həsən bəy Zərdabi kimdir” sualıma qənaətbəxş cavab verə bilmədi. 
Bəs çıxış yolu nədədir? Mənim fikrimcə, çıxış yolu çoxpilləli təhsil sistemi yaratmaqdan ibarətdir. Bu sistem bir çox ölkələrdə tətbiq olunur. Uzağa getməyə ehtiyac yoxdur. Rostov Dövlət Universitetinin təcrübəsinə müraciət edək. Burada bir neçə ildir ki, filoloqlar və jurnalistlər çoxpilləli təhsil sistemi ilə hazırlanır. Yəni universitetlə orta məktəblər arasında sıx əlaqə yaradılıb, yuxarı siniflərin məktəb proqramlarına əlavə humanitar fənlər, o cümlədən “Jurnalistikanın əsasları” kursu daxil edilib. Bu yenilik şagirdlərin jurnalistika ilə ilkin tanışlığına nail olmaq və onlardan hansıların bu sahədə qabiliyyəti olduğunu aşkarlamaq üçündür. Digər tərəfdən, bu, jurnalistika fakültəsinin bəzi məzunları üçün orta məktəblərdə yeni iş yerlərinin yaradılması deməkdir. Fakültənin professor-müəllim heyətindən də kimlərsə məsləhət vermək üçün vaxtaşırı rayonlara ezam oluna bilərlər.
Bundan əlavə, Rostov Universitetinin nəzdində humanitar profilli gimnaziya fəaliyyət göstərir. Onun filologiya sinifi, bu sinifin tərkibində isə jurnalistika qrupu var. Bu qrupda peşə ilə bağlı maraqlı tədbirlər təşkil olunur, şagirdlər xırda xəbərlər hazırlamaq, müsahibə götürmək vərdişlərinə yiyələnirlər. Onların yazıları fakültənin tədris qəzetində, şəhər mətbuatında dərc olunur. Jurnalistika qrupunu uğurla başa vuran, yüksək yazı bacarığı nümayiş etdirən məzunlar şifahi və yazılı formada ikimərhələli qabiliyyət imtahanı verdikdən sonra jurnalistika fakültəsinin 1-ci kursuna qəbul edilirlər. Jurnalist ixtisasına yiyələnməyi qərara almış gənclərdən iki keyfiyyət tələb olunur: düzgün düşüncə qabiliyyəti və fikiri düzgün ifadə etmək bacarığı. Bunlardan birincisi şifahi, ikincisi isə yazılı qabiliyyət imtahanında yoxlanılır. Qabiliyyət imtahanının hər iki mərhələsini heç bir kənar müdaxilə olmadan fakültənin müəllimləri qəbul edirlər. Bu sistem bizim universitetimiz və fakültəmiz üçün də çox faydalı ola bilər. Biz də öz təhsil siyasətimizi orta məktəblərə, gimnaziyalara, liseylərə, ixtisaslaşmış siniflərə arxalanmaqla qura bilərik. Güman edirəm ki, belə bir seçimdən sonra tələbələrdən heç biri “Mən jurnalistikaya təsadüfən gəlmişəm” deyə bilməz. 
Bundan sonra fakültənin tədris sistemində əsaslı islahat aparmaq lazım gələcək. Jurnalistika ilk növbədə peşədir. Peşənin mənimsənilməsi isə dədə-babadan ustad-şəyird prinsipi əsasında qurulub. Belə bir variant təklif edirəm ki, yeni üsulla qəbul olunmuş I kurs tələbələri hərəyə 3-dən çox olmamaq şərti ilə fakültənin müəllimləri və ölkənin tanınmış praktik jurnalistləri arasında bölüşdürülsün. Həmin hami müəllimlər və jurnalistlər 4 il müddətində öz “şəyird”lərinin yaradıcılığına nəzarət etsinlər, onlara jurnalist peşəsinin incəliklərini öyrətsinlər, onların hazırladıqları materialların qəzet və jurnallarda dərc olunmasına, radioda səsləndirilməsinə, televiziyada göstərilməsinə, elektron mətbuatda yerləşdirilməsinə yardımçı olsunlar.
Sovet dövrünün bir ənənəsini də davam etdirmək lazımdır: ixtisaslara bölünmək ənənəsini nəzərdə tuturam. O vaxtlar farültəmizdə 5 sahə üzrə ixtisaslaşma gedirdi: qəzet jurnalistikası, radio jurnalistikası, televiziya jurnalistikası, nəşriyyat işi və ictimai-siyası mətnlərin tərcüməsi. İndi bu siyahı bir qədər də genişlənib: beynəlxalq jurnalistika, on-layn jurnalistika, ictimaiyyətlə əlaqələr və s.
Bərpası vacib olan ənənələrdən biri də yaradıcılıq günləridır. Sovet dövründə hər həftənin bir günü yuxarı kurs tələbələrinin yaradıcılığı üçün ayrılırdı. Həmin gün onlar qəzet, radio və televiziya redaksiyalarına gedərək həm təcrübə toplayır, həm müəyyən məbləğdə qonorar alır, bəziləri hətta daimi işə də qəbul edilirdilər.
Laborantların və müəllimlərin işə götürülməsinə də diqqət yetirmək lazımdır. Mən də daxil olmaqla yaşlı müəllimlərimizdən hər biri bir neçə il ixtisas üzrə istehsalatda çalışdıqdan sonra fakültəyə dəvət ediliblər, əvvəl laborant kimi, sonra müəllim kimi fəaliyyət göstəriblər. Təkcə nəzəriyyəni bilməklə praktik jurnalist hazırlamaq olmaz.
Jurnalistika fakültəsi yaradıcı fakültədir, onu ümumi arşınla ölçmək olmaz. Nazirlikdə, yaxud rektorluqda əmrlər, sərəncamlar hazırlanarkən istisna hal kimi bunu nəzərə almaq lazımdır. Məsələn, mənə elə gəlir ki, bizim ixtisas fənlərindən olan semestr imtahanları ənənəvi formada, yəni üzbəüz qəbul edilməlidir. Son kurs tələbələri təhsil müddətində aldıqları qiymətlərdən asılı olmayaraq hamılıqla buraxılış işi yazmalıdırlar. 

Nəhayət, reallaşması bir qədər çətin olan daha 3 təklif irəli sürmək istəyirəm.

1. Bayaq dediyim kimi, jurnalistikanın müxtəlif qolları var: qəzet jurnalistikası, radio jurnalistikası, televiziya jurnalistikası, on-layn jurnalistika, beynəlxalq jurnalistika, pablik rileyşnz jurnalistikası və s. Bir fakültə daxilində bütün bu sahələr üzrə yüksəkixtisaslı kadrlar hazırlamaq mümkün deyil. Ona görə də təklif edirəm ki, bəzi başqa ölkələrdə olduğu kimi, bizdə də BDU nəzdində Jurnalistika İnstitutu yaradılsın. Belə institutlar ABŞ-də və Almaniyada XIX əsrin II yarısından fəaliyyət göstərir. Postsovet ölkələrində də belə təcrübə var. Məsələn, 2008-ci ildə Belarus Dövlət Universitetinin nəzdində açılmış Jurnalistika İnstitutunda bu gün 4 ixtisas və 6 istiqamət üzrə 2000-dən çox tələbə təhsil alır;
2. Bu gün Azərbaycanda jurnalistika ixtisası üzrə təxminən 50-yə yaxın fəlsəfə doktoru və elmlər doktoru var, lakin onlar 3 elm sahəsi arasında bölünüblər. Bəziləri filologiya, bəziləri tarix, bəziləri isə siyasət elmləri üzrə fəlsəfə və elmlər doktorudurlar. Təklifim bundan ibarətdir ki, jurnalistika ayrıca bir elm sahəsi kimi təsbit olunsun, bu sahədə dissertasiya müdafiə etmiş şəxslərə “Jurnalistika üzrə fəlsəfə doktoru (elmlər doktoru)” alimlik dərəcəsi verilsin;
3. Müasir cəmiyyəti “informasiya cəmiyyəti” adlandırırlar. “İnformasiya” anlayışı isə birbaşa jurnalistika ilə bağlıdır. İnformasiya cəmiyyətinin daha uğurlu inkişafı üçün jurnalistika sahəsində akademik səviyyədə geniş fundamental araşdırmalar aparılmalıdır. Buna görə də təklif edirəm ki, AMEA-da Elmi-Tədqiqat Jurnalistika İnstitutu yaradılsın.
Təbii ki, mən jurnalist kadrların hazırlanmasında olan bütün problemləri deyə bilmədim. Çox istərdim ki, deyilənlər burada qalmasın, müvafiq instansiyalarda – Universitetdə, Mətbuat Şurasında, Milli Televiziya və Radio Şurasında, Təhsil Nazirliyində, Prezident Aparatında müzakirə olunaraq ümumiləşdirilsin, faydalı hesab olunanların reallaşdırılması üçün şərait yaradılsın.

Səkidə yeriyən qadın anidən yer altına düşdü -VİDEO
Bu ailənin uşaqları bir bir ölür SƏBƏBİ BİLİNMİR
Dünya şöhrətli ulduz çılpaq şəkildə müsahibə verdi - MARAQLI
Kafirin də əmanətinə xəyanət etmək olmaz - Quran mədəniyyəti...
Qarabağda yaşayan ermənilər Azərbaycan Ordusunu köməyə çağırır...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Şou-biznes
“Bizdə aparıcılarımız müğənnidən neçə dəfə ərdə olmağını soruşur...”- Əli Mirəliyev
Cəmiyyət
Mömin olmaq istəyən hər bir kəs İmam Əlinin verdiyi bu tövsiyələrə diqqət etsin...
Siyasət
“Qarabağda nar əkən o erməni sanki kürəyimizə 115 MİN DƏFƏ NAR ÇUBUĞU VURDU...”
Cəmiyyət
Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır - FİKRƏT MƏMMƏDOV
Cəmiyyət
“Buna məhəl qoymayan daşıyıcılara qarşı tədbirlər görülməlidir ki, başqalarına da dərs olsun”
Həftənin ən çox oxunanları
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
Ayaz Mütəllibovdan şok açıqlamalar -"Danışmışdım, Qarabağ qaytarılacaqdı..."
"Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən"
Xalq yazıçısından həyəcan təbili: “Vaxt qalmayıb, Bakını xilas etmək lazımdır...”
“Biz sülh naminə bu torpaqları qaytarmağa hazırıq...” - Paşinyandan ermənisayağı etiraf...
Sehrli ingilis barmağı: Dumanlı Albiondan bir qudaya stop, digərinə yaşıl ışıq? + FOTOLAR
“Ələkrəm Hümbətov Azərbaycan bayrağını parçalayıb yerə atdı və...”
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
Azərbaycanın talanan sərvətlərinin izi ilə daha bir ünvan: Ax, London, London...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə