“KTMT-ə üzv olsaq, qoşulmama hərəkatından çıxmalıyıq”
Bu günlərdə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü məsələsi yenidən ictimai müzakirəyə çıxarılıb.
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bu quruma üzvlüyün ölkəmiz
üçün hər hansı perspektiv vəd etmədiyini vurğuladı:
“Onda belə çıxır ki, biz Avrasiya İttifaqına da daxil
olmalıyıq. Bu məntiqlə nəinki razılaşmaq, hətta başa düşmək belə mümkün deyil.
Biz KTMT-ə daxil olsaq, o
zaman bəzi şərt və öhdəlikləri də yerinə yetirməli olacayıq. Birgə təlimlərdə
iştirak, vahid təhlükəsizlik və s. kimi məsələlər var. Ermənistanla vahid hərbi
təhlükəsizlik konsepsiyasını necə qura bilərik – mən bunu təsəvvür belə edə
bilmirəm.
2011-ci ildən etibarən Azərbaycan
qoşulmama hərəkatına üzv olub. Bu hərəkatın əsas prinsiplərindən biri hərbi-siyasi
bloklarda iştirak etməməkdir. Biz KTMT-ə üzv olsaq, gərək bu hərəkatdan çıxaq. 2010-cu
ildə Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlıqla bağlı saziş imzaladı. Azərbaycan
Türkiyə ilə sıx hərbi əməkdaşlıq münasibətləri qurur. KTMT-ə üzv olsaq, onda gərək
bu sənədi də denonsasiya edək.
Əgər işğaldakı
torpaqlarımız azad edilsəydi, bəlkə də bu barədə nə isə fikirləşmək olardı. Indiki
situsiyda isə belə bir addımı məqsədəuyğun hesab etmirəm”.
Seymur ƏLİYEV
Məhdud Məsuliyyətli Cəmiyyət
Zülfüqar Hüseynzadə
www.moderator.az saytına
istinad zəruridir