Xəbər lenti
17/11/2018 [22:40]:
“İsmət Qayıbov vertolyota minəndə Tamerlan Qarayev TƏKİDLƏ ONA DEYİB Kİ...”
17/11/2018 [22:24]:
Məşhur müğənni qəfil dünyasını dəyişdi
17/11/2018 [22:15]:
“Ərdoğan güclü və ağıllı adamdır”
17/11/2018 [22:03]:
Messi və Poqbadan “Nüsrət” performansı – VİDEO
17/11/2018 [21:49]:
Rəisin qızına cərimə yazan polis mükafatlandırıldı
17/11/2018 [21:44]:
Tramp ən böyük səhvini etiraf etdi
17/11/2018 [21:30]:
Azərbaycan yığması Farer adaları ilə oyunda hesabı artırıb - YENİLƏNİB
17/11/2018 [21:17]:
Tovuzda piyadanı avtomobil vuraraq öldürüb
17/11/2018 [20:51]:
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
17/11/2018 [20:43]:
Əl-ələ verib Azərbaycanı yaşıla boyayacağıq: Möhtəşəm aksiyada 120 min ağac əkildi...
17/11/2018 [20:25]:
Tramp: “Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq”
17/11/2018 [20:07]:
Yol qəzasında 7 nəfər ölüb
17/11/2018 [20:00]:
Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17/11/2018 [19:49]:
Dövlət qulluğuna qəbula dəyişiklərin edilməsi təklif olunur
17/11/2018 [19:46]:
Cennifer Lopes 20 dəqiqəyə 2 milyon dollar qazandı
17/11/2018 [19:37]:
Qadın kamikadze özünü partlatdı
17/11/2018 [19:28]:
Nazirlik əməkdaşları şəhid ailələri ilə görüşdülər
17/11/2018 [19:25]:
“Bir qarış torpağın belə azad edilməsi böyük hadisədir”
17/11/2018 [19:13]:
Vannadakı görüntüsündən danışdı...
17/11/2018 [19:13]:
"Atalar nə demiş: "El üçün ağlayanın gözü kor olar!""
17/11/2018 [19:07]:
Lüks hoteldə qeydə alınan görüntülər ölkəni ayağa qaldırdı - FOTO+VİDEO
17/11/2018 [19:06]:
Azay Quliyev: "BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər"
17/11/2018 [19:02]:
Dənizdə xilasetmə işləri üçün qurğu hazırlanıb
17/11/2018 [18:46]:
Peşəsini eşidən çaş-baş qalır – MARAQLI
17/11/2018 [18:33]:
"Millət qarşısında etdikləri naqislikləri unutdurmaq üçün bunu edirlər"
17/11/2018 [18:32]:
Çin NATO-nun proqram təminatını satın alıb
17/11/2018 [18:27]:
Hər il minlərlə heyvanı xilas edən körpülər – FOTO
17/11/2018 [18:24]:
Qəza zamanı 6 azərbaycanlı xəsarət aldı
17/11/2018 [18:19]:
“Bir şəxsin uzun müddət vəzifədə qalması neqativ nəticələrə səbəb olur”
17/11/2018 [18:14]:
Direktor vəzifəsinə imtahan mərhələsi başlayır
17/11/2018 [18:07]:
Bu Meydan - bu da Şeytan!.. - 30 ildir Şeytana uduzmaqdayıq, bəylər!..
17/11/2018 [18:06]:
"Qarabağ müharibəsi əlillərinə ev veriləcək" -Nazir konfrans keçirdi
17/11/2018 [18:05]:
Yanğın zamanı xəsarət alan montyor öldü
17/11/2018 [17:53]:
"Tənqid edilən bayağı verilişlərlə bağlı addımlar atıla bilər" - Nuşirəvan Məhərrəmli
17/11/2018 [17:52]:
Soyuducudan 44 it cəsədi tapıldı - DƏHŞƏT...
17/11/2018 [17:51]:
Ana öz körpəsini öldürdü
17/11/2018 [17:39]:
19 milyon dollar qazandı, pulu bitincə 10 dəfə bank soydu - MARAQLI
17/11/2018 [17:20]:
Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq etdi
17/11/2018 [17:18]:
Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib
17/11/2018 [17:14]:
Ermənistan ordusunun zabitləri cəzalandırıldı
17/11/2018 [17:06]:
Fazil Məmmədov müalicəsini tamamlayıb Bakıya qayıtdı - Təyyarədə FOTO DA ÇƏKDİRDİ
17/11/2018 [16:21]:
Musa Musayev: "Vəzifədə olana yaltaqlanmaq, gedənin isə dalınca danışmaq ənənəsini tərgitməliyik”
17/11/2018 [16:20]:
Sabunçuda maşın qadını vurub öldürdü
17/11/2018 [16:20]:
İğdırda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu -FOTOLAR
17/11/2018 [16:18]:
Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq
17/11/2018 [15:18]:
Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri -SİYAHI
17/11/2018 [15:08]:
Bu gömrük postundan 21 mindən çox nəqliyyat vasitəsi keçdi
17/11/2018 [15:08]:
Separatçı erməni lider Fransadan birbaşa digər HƏMSƏDR ÖLKƏYƏ UÇDU...
17/11/2018 [15:05]:
Azərbaycanda ölüm hallarının rəsmi statistikası açıqlandı
17/11/2018 [14:58]:
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
17/11/2018 [14:21]:
Məhərrəmovun general qardaşının işdən çıxarılmasını - Nazirlik təkzib etdi
17/11/2018 [14:18]:
Gömrük postunda Ermənistana aid xəritələr saxlanıldı -FOTOLAR
17/11/2018 [14:15]:
“Sona Vəliyeva öz ərizəsi ilə MTRŞ üzvlüyündən çıxıb”
17/11/2018 [14:07]:
Ukraynada uydurma erməni soyqırımı abidəsinin açılış cəhdi etnik qarşıdurmaya səbəb oldu
17/11/2018 [13:58]:
Bakının bu rayonu susuz qalacaq
17/11/2018 [13:57]:
Sabiq nazirin qardaşının nədə ittiham edildiyi məlum oldu - Kürdəxanıda saxlanılır
17/11/2018 [13:53]:
“Ona ən böyük arzum Kəlbəcər dağlarındakı çiçəkləri öz əllərimlə təqdim etməkdir”
17/11/2018 [13:50]:
“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaratdı
17/11/2018 [13:42]:
Sahil Babayev Şəmkirdə kiçik ailə təsərrüfatlarına baxış keçirdi
17/11/2018 [13:39]:
Sabah Bakıda 16 dərəcə isti gözlənilir - PROQNOZ
17/11/2018 [13:37]:
"Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində faktaraşdırıcı missiyanın həyata keçirilməsinə imkan vermir"
17/11/2018 [13:37]:
Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərə müraciət etdi
17/11/2018 [13:19]:
Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
17/11/2018 [13:15]:
Netanyahu İsrailin Müdafiə Nazirliyinə rəhbərlik edəcək
17/11/2018 [13:14]:
Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda -FOTOLAR
17/11/2018 [13:12]:
Sumqayıtda avtomobil oğruları yaxalandı
17/11/2018 [13:11]:
“Vəsaitin yarısı kənardan dəvət edilmiş şəxslərə xərclənib" -DİM sədrindən ittiham
17/11/2018 [13:07]:
DİM sədri: "Yüksək vəzifələrə sənəd verən yoxdur"
17/11/2018 [12:39]:
“Bizim sevgimiz də, nifrətimiz də, dostluğumuz da, düşmənliyimiz də kişi kimi olub”
17/11/2018 [12:38]:
"Bizə azadlığı bağışlamadılar, xalqımız azadlığına mübarizə apararaq qovuşdu"
17/11/2018 [12:31]:
Ramil Quliyev Türkiyə ordusunda... - FOTO
17/11/2018 [12:24]:
Azərbaycan əhalisinin sayı açıqlandı - RƏSMİ
17/11/2018 [12:21]:
26 yaşlı qadın erotik fantaziyasına qurban getdi - FOTO
17/11/2018 [12:14]:
Azadlıq Meydanında ilk dövlət himnimizi ifa edən və noyabr mitinqlərinin ilk aparıcısı...
17/11/2018 [12:01]:
Türkiyədə nazirlik namazın vaxtını dəyişdirdi
17/11/2018 [11:38]:
Gəncədə intihar: 32 yaşlı kişi özünü binadan atdı
17/11/2018 [11:23]:
İngilislər Dərələyəzdə qızıl çıxarırdı... – Güclü uran ehtiyatı tapdılar?!..- FOTOLAR + VİDEO
17/11/2018 [11:16]:
"Gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq"
17/11/2018 [11:03]:
Röya unitazda FOTOLARINI paylaşdı
17/11/2018 [10:47]:
Kriminal XRONİKA: 117 cinayət törədildi, 24 nəfər saxlanıldı
Bütün arxiv bir sırada
17/08/2018 [08:34] - Dünya - ( 1690 dəfə baxılıb)

Yeni xilaskar bəşəriyyəti bu ideya ətrafında birləşdirəcək – ELMİ-LƏDUN ARAŞDIRMA



Tarixə nəzər saldıqda hər bir peyğəmbərin özündən əvvəl xəbər verəninin olduğunu görürük. Məsələn, İslam Peyğəmbərinin xəbər verəni (səmavi kitablarla yanaşı) Varaqa bin Nofəl idi. 

Həzrət Peyğəmbərimizin sevimli həyat yoldaşı Xədicə xanımın əmizadəsi olan Varaqa bin Nofəl dövrünün ən savadlı və açıq fikirli, yeniliyə meyl edən adamı idi. O, Tövrat, Zəbur  və İncili dərindən bilməklə yanaşı,  bunları Ərəbcəyə tərcümə etmişdi. Həmçinin, bu səmavi kitabların əsasında, onların doğruluğunu təsdiq edən “Kitabi-müqəddəs” əsərini yazmışdı. 

Bir gün Xədicə xanım yuxuda gördü ki, Günəş yerə enib, onun evinə girdi və çıxaraq, bütün Məkkə əhalisinin evlərini işıqlandırdı. Yuxusunu əmisi oğlu Varaqaya danışdıqda, “Gördüyün bu röya, yaxında bir peyğəmbərin zühur edəcəyinə və sənin də həmin peyğəmbərin zövcəsi olacağına işarədir” -  dedi.  

Bir çox dilləri bilən Varaqa bin Nofəl, dinlər tarixi, dinlərlə əlaqəli insanların həyat və fəaliyyəti, hekayələri barədə zəngin məlumatlar toplamış, bu mövzuda  kitablar yazmışdı.
  Ərəbistan əhalisi o zamanlar yəhudilər,  xristianlar və bütpərəstlərdən ibarət olmaqla, çoxluq bütə sitayiş edirdi. Varaqanın axtardığı tək Allahlıq inancı Məkkədə mövcud deyildi. Bu səbəbdən Varaqa, Zeyid bin Amir ilə birlikdə səyahətə çıxıb, Şamda, Bursada xristiyan alimlərlə tanış olub, söhbətləşdilər. Ancaq, İsanın təbliğ etdiyi dindən  əsər-əlamət qalmadığına əmin oldular. Etibarlı bir qaynaq axtararkən, əfsanələrlə, xurafatla qarşılaşdılar. Həqiqi “İncil”i tapa bilməyən Varaqa və Zeyd, qüreyşin bütlərindən qaçdıqları halda, xristiyanların üçtanrılıq, heykəllər, təsvirlər aləminə düşdülər. Bu mənasız, cansıxıcı diyardan çıxıb, şimala doğru üz tutdular. Nəhayət, Mosulda sadəcə, Allahın rizasını qazanmağa çalışan bir nasturi rahibiylə tanış olan Varaqa və Zeyd, ondan çox faydalanırlar və axtardıqlarına yaxın olan inancını bəyənirlər.  

Həmin vaxtlar Məhəmməd də bütə tapınmağa nifrət edirdi. O da Həzrət Musa və Həzrət İsa kimi, cahiliyyat dövrünü yıxmağa çalışırdı. Və heykəllərə tapınmağı doğru hesab etmirdi. Onun həmfikirləri Varaqa, Kıyıs bin Saidə, Abdullah bin Çehişt, Osman bin Halis idi.   Bu dörd hənif, bir gün Məkkədə böyük məbudlardan (Lat, Uzza, Manat) birinin dini mərasiminə qatıldılar. Onlar sakit bir guşəyə çəkilərək,  cahil insanların ibadətlərini seyr edirdilər. Qurbanlar kəsilib, məbut təvaf edilirdi. Şüursuz bir daş parçasına ibadət edən insanların halına acıyan bu dörd nəfər, özlərinə haq bir din arayacaqlarına söz verdilər. Dördü də bu fikirdə birləşdilər. Onların başçıları  Varaqa bin Nofəl idi. Bu dörd hənif, dövrün Peyğəmbəri olaraq Məhəmmədi görürdülər (hansı ki, o ərəfədə Məhəmmədə hələ vəhy gəlməmişdi və özünü peyğəmbər elan etməmişdi). Onu bu məqama yetişdirməyə çalışırdılar. 

Buradan anlaşılır ki, bu böyük şəxsiyyətlər İslamiyyətin qurulması üçün gizli bir cəmiyyət olaraq çalışıblar. Məhəmmədin, Varaqanın əmisi qızı, zəngin Xədicə ilə evlənməsi də bu səbəbdən ola bilir.  Öncəsi bilinməsə də, rəsmi nigahdan (25 yaş) Peyğəmbərlik yaşına (40 yaşa) qədər keçən 15 il ərzində Məhəmməd Varaqa və digər həniflərdən davamlı olaraq bilgi alır və qarşıdakı təbliğlərdə istifadə edəcəyi, günün şərtlərindən olan tarixi, etnoqrafiyanı, coğrafiyanı,  dinləri və hekayələri öyrənərək, öz elmi biliklərini zənginləşdirirdi. Beləliklə, Məhəmmədin, öz dövrünün ən savadlı və zəngin biliyə malik bir şəxsiyyəti olaraq yetişməsində Varaqanın və onun ətrafında olan həniflərin böyük rolu olduğu danılmaz faktlardandır.  

Əkilən və daimi qulluq edilən bu elm ağacı artıq öz bəhrəsini verməkdəydi. Hira dağındakı mağarada uzun günlər və gecələr, fikir mübadiləsi, İlahidən alınan ilham, yavaş-yavaş daşları yerinə otuzdurmaqdaydı.  İdeoloji devrim çox yaxındaydı”

Bu arada Ukkaz meydanında qızılı bir dəvə üzərində Kıys bin Saidə, Ərəb xalqına  mənalı və xəbərverici məşhur xitabını etdi. O zaman Həzrət Məhəmməd 38 yaşında olmaqla, bu alovlu və oyandırıcı hənifi diqqətlə dinləmişdi. Bilavasitə, bu sözlər onun ruhunda yeni bir cığır açdı:
“Sizi əmin edirəm ki, Allah dərgahında bir din var ki, indi tapındığımız dindən daha sevimli və Allahın gələcək Peyğəmbəri vardır ki, gəlməsi lap yaxındadır; kölgəsi başımızın üzərinə gəldi. Nə mutlu o kimsəyə ki, ona iman edib də, o da ona hidayət edə. Vay o bədbəxtə ki, ona üsyan və müxalifət edə. Yazıqlar olsun ömrünü qəflətdə keçirən ümmətlərə”.

O, bu sözlərlə Ərəb xalqına Məhəmmədin gələcəyini xəbər verirdi. Və bundan sonra Məhəmməd, İslamiyyəti qurmaq əzmində bulundu; Cənabi Haqdan nübüvvət və risaləti qəbul etdi. 

Hira dağında Həzrət Cəbrail ilk dəfə nazil olaraq vəhy gətirəndə Məhəmməd əleyhissəlam qorxmuş, həyəcanlı halda evə gəldi və olanları həyat yoldaşına danışdı. Möminlərin anası Xədicə xanım, Varaqa bin Nofələ üz tutub, baş vermiş hadisəni izah etməsini istədi. O, əmisi qızını diqqətlə dinlədikdən sonra: Get həyat yoldaşına söylə ki,  qorxmasın, bu əlamətlər onun peyğəmbərliyinə işarədir. Ona görünən Həzrət Cəbraildir; gətirdiyi isə, Allahın vəhyidir”.  

Bəzi mənbələrdə qeyd edilir ki, Həzrət Məhəmməd Hira dağında baş verənləri Varaqaya anlatdıqda: “Ya Məhəmməd, səni təbrik edirəm, Həzrət İsanın özündən sonra gələcəyini xəbər verdiyi Peyğəmbər sənsən”. Sənə çox əziyyət verəcəklər. Çünki, peyğəmbərliyə yetişən kimsələrə qövmü arasından bir çox düşmənlər çıxmışdır. Kaşki, gənc olsa idim, Məkkədən çıxarıldığın zaman sənə xidmət və yardım edə bilsəydim” deyərək, Məhəmməd əleyhissəlamı qucaqlayıb öpdü”.

Tarix təkrar olunur. Yaşadığımız dövrə açıq gözlə baxsaq görərik ki, o vaxt xristiyanlıqdan əsər-əlamət qalmadığı kimi, indi də İslamdan demək olar ki, əsər-əlamət qalmayıb. Mənəviyyatı saflaşdırmaq, şəxsiyyəti formalaşdırmaq üçün göndərilən İslam  dini, bu gün açıq-aşkar mafiyalara xidmət etməkdə və dünyada müharibələrin, qətliamların, qarətlərin pərdələnməsi üçün bir alət rolunu oynamaqdadır.  Nə qədər acınacaqlı da olsa biz bunu (ürək ağrısı ilə) etiraf etməliyik. Dinin mafiyalaşmasından dolayı artıq elə bir mənzərə yaranıb ki, İslam deyəndə bəşəriyyətdə bir qorxu, xof yaranır. Danılmaz faktdır ki, bu gün valideynlərin böyük əksəriyyəti (elə bu sətirlərin müəllifi də) övladlarını məscidlərdən (dindən) uzaq tutmağa çalışırlar. 

Cəmiyyətə açıq gözlə baxdıqda, istər Şərqdə, istər Qərbdə, istərsə də Cənub və Şimalda yaşayan insan övladının bu və ya digər formada cahiliyyat içində yaşadığını görmək olur. Şərq insanı bu gün heykəllərə tapınırsa, Qərb insanı təsvirlərə, bütlərə, üç Allahlığa tapınır...
 Yerin dörd bir tərəfində insan oğlu fani dünya malı üçün günahsız insanların qanını su kimi axıtmaqdadır. Bəşər tarixinə nəzər salsaq, görərik ki, insanlığın indiki qədər vəhşiləşdiyi bir dövrü  olmamışdır. Bu da onu sübut edir ki, bəşəriyyət artıq Yaradanın göndərdiyi heç bir dinə  inanmır və onun qanunlarına tabe olmur. 

Onu da qeyd edək ki, bəşər tarixində indiki vəhşilik və zülm heç bir zaman olmasa da, bu və ya digər formada dinsizlik, pozğunluq, Yaradanın qanunnlarına sayqısızlıq dövrləri olmuşdur.  Belə dövrlərin hamısında cəmiyyətin içərisindən bir nəfər xilaskar (qurtarıcı) meydana çıxaraq, insanları doğru yola dəvət etmiş və sülhü, əminamanlığı bərqarar edərək, cəmiyyətdə nizam yaratmışdır. 

Bu gün bəşəriyyət yenə də həmin dövrü yaşadığından, artıq yeni bir xilaskarın (nizamlayıcının) meydana çıxmasına zərurət yaranmışdır.  
Tarixdən məlumdur ki, hər bir xilaskar (Peyğəmbər) öz dövrünün ən savadlı, bəsirətli adamı olub və insanları tamamilə yeni (dövrə, zamana uyğun) bir ideologiya ətrafında birləşdirərək, sülhə, barışa nail olub.

Elə isə, sual yaranır: yeni Xilaskar bəşəriyyəti hansı ideologiya ətrafında birləşdirəcək ki, Yer üzündə axan qanlar dayansın? (Bugünə qədərki ideologiyaların  (Musəvilik, İsavilik və İslam”)  iflasa uğradığı göz önündədir və bəşəriyyəti   onların ətrafında birləşdirmək utopiyadır.)

Elmi-lədun bilgilərimiz göstərir ki, yeni xilaskar bəşəriyyəti Pangeizm ideyası ətrafında birləşdirəcək.  

Pangeizm nədir?

Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi,  ilk yaranışda Yer kürrəsində cəmi bir materik olub ki, onun da adı Pangeya olub. (Həmin materiki əhatə edən okean isə, Pantalas olub.)  Zaman keçdikcə həmin Pangeya materiki əvvəlcə iki hissəyə, sonra isə, altı hissəyə bölünüb. 
“Pangeoist” sözünün mənşəyi isə, “Pan os” -  “tam”, “bütöv”, “kök” (özül); “geo” - “Yer” mənası verməklə, “bütöv Yer” mənasını bildirir. 

Göründüyü kimi, ilk yaranışda Yer bütöv olmuş, əsrlər keçdikcə, parçalanaraq, indiki halına gəlmişdir. Necə ki, insanlar əvvəlcə bir atadan və bir anadan (Adəm və Həvvadan) doğulduqdan sonra millətlərə, xalqlara parçalandılar; daha sonra irqlərə, dinlərə, təriqətlərə...  bölündülər və indiki hallarına gəldilər. Həmin eyni atanın və ananın övladları artıq biri-birlərinə düşmən kəsilərək, bir xalq digərinin, bir din o birinin, bir təriqət digər təriqətin qanını içməyə hazırdır və içirlər də!

Bütün bunların qarşısın almaq, insanları din və digər mafiyaların əsarətindən qurtarmaq üçün yeni xilaskar insanlara elmlənməyi və bu mafiyaların quraşdırdıqları ibadətgahlardan “Allah evləri”ndən uzaq durmağı tövsiyyə edəcək. Beləliklə, onun təbliğatı bütün dünyaya yayılacaq və insanlar öz əvvəlki hallarına - birlik və sülh hallarına qayıdacaqlar. 

Oxucuda sual yaranacaq ki, yeni xilaskar və onun ardıyca gedənlər dinsiz olacaqlarmı? 

Əlbəttə ki, yox! Onlar Yaradanın birliyini qəbul edəcəklər. Öz fəaliyyətlərində elmə, əxlaqa, halallığa və dürüstlüyə - bir sözlə, bəşəri dəyərlərə üstünlük verəcəklər. Sadəcə, indi mövcud olan  (mafiyaların nəzarətində olan)  heç bir ibadətgaha  getməyəcəklər və özləri də heç bir ibadətgah yaratmayacaqlar. Onlar yuxarıda qeyd etdiyimiz kimi, Allahın təkliyini, hər yerdə olduğunu qəbul edəcəklər. Bu səbəbdən onların inancı daha çox bütün kitab verilmiş peyğəmbərlərin babası olan İbrahim Peyğəmbərin təbliğ etdiyi Tovhidə (tək Allahlığa) uyğun gələcəkdir. Bildiyimiz kimi, Tovhid bütün dinlərin mənbəyi, başlanğıcıdır (həmin vaxt ibadətgah olmayıb). Beləliklə, yeni xilaskar həm millətləri, həmm də dinləri ilkin mənbəyinə, başlanğıcdakı halına gətirəcəkdir ki, bu da insanlar arasında sülhün, əminamanlığın yaranmasına və pozulmuş nizamın bərpa olmasına səbəb olacaqdır...

Yeni xilaskar insanlara təbliğ edəcək ki, insan öz taleyini əslində özü (öz əməlləriylə) yazır. Yəni, bu il ərzində insanlara etdiyiniz yaxşılıq (yaxud pislik) alnınıza yazılır və növbəti ildə həmin şeylər bu və  ya digər  formada özünüzə qayıdır... Odur ki, ona inananlar daim yaxşılıq edib, yaxşılıq da görəcəklər. 

Yeni xilaskara inananlar gün ərzində beş dəfə Yaradanı zikr edib (yada salıb) beş dəfə də ətrafdakı insanlara yaxşılıq edəcəklər. Bununla da Yaradana olan ibadətləri (sözdə və əməldə) tamamlanmış olacaq.  Bütün bunları təklikdə və yalnız Yaradan xatirinə edəcəklər. 
 
“Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə.

Paşa Yaqub,
 Psixoterapevt,  elmi-lədun bilicisi

Əl-ələ verib Azərbaycanı yaşıla boyayacağıq: Möhtəşəm aksiyada 120 min ağac əkildi...
Peşəsini eşidən çaş-baş qalır – MARAQLI
"Millət qarşısında etdikləri naqislikləri unutdurmaq üçün bunu edirlər"
Hər il minlərlə heyvanı xilas edən körpülər – FOTO
Soyuducudan 44 it cəsədi tapıldı - DƏHŞƏT...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Tənqid edilən bayağı verilişlərlə bağlı addımlar atıla bilər" - Nuşirəvan Məhərrəmli
Cəmiyyət
“Ona ən böyük arzum Kəlbəcər dağlarındakı çiçəkləri öz əllərimlə təqdim etməkdir”
Hadisə
"Bizə azadlığı bağışlamadılar, xalqımız azadlığına mübarizə apararaq qovuşdu"
Cəmiyyət
Ramil Quliyev Türkiyə ordusunda... - FOTO
Hadisə
Azadlıq Meydanında ilk dövlət himnimizi ifa edən və noyabr mitinqlərinin ilk aparıcısı...
Həftənin ən çox oxunanları
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
"Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən"
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
Azərbaycanın talanan sərvətlərinin izi ilə daha bir ünvan: Ax, London, London...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə