Xəbər lenti
17/02/2019 [00:47]:
Onu siz də tanıyırsız...
17/02/2019 [00:46]:
Səudiyyə şahzadəsi "Mançester Yunayted"i almaq istəyir - Ağılasığmaz qiymətə...
16/02/2019 [23:49]:
130 yaşındakı nəhəng nərə balığı tutuldu: İçərisindən 9 kiloqram qara kürü çıxdı...
16/02/2019 [22:50]:
Rusiya DİN-dən “Neolit”dəki insidentlə bağlı - AÇIQLAMA
16/02/2019 [22:50]:
"Çeçenlər qardaşlarımızdır və Çeçenistanda da xalqım haqda eyni fikirləri səsləndirirlər”
16/02/2019 [22:18]:
Müştərilər bu kafeyə çay içmək üçün yox, tualeti görməyə gəlir - MARAQLI
16/02/2019 [21:11]:
“Soyunmuş qadın Britaniya siyasətində” - Keçmiş nazirin bacısı canlı yayında çılpaq qaldı (VİDEO)
16/02/2019 [21:09]:
Qətər əmiri işğalçı ölkə prezidenti ilə  mehriban görüş keçirdi...-FOTO
16/02/2019 [21:04]:
Rusiyalı deputat: "Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident təxribatdır"
16/02/2019 [20:54]:
Rusiyada universitet binası uçdu - VİDEO
16/02/2019 [20:27]:
İstanbulda bina çökdü - FOTO/VİDEO
16/02/2019 [20:26]:
"Gübrənin norması beş qramdırsa, beş qram da verilməlidir"
16/02/2019 [20:05]:
İranlı general: “İntiqam alacağıq”
16/02/2019 [19:56]:
Elmar Məmmədyarov xorvatiyalı həmkarı ilə görüşdü
16/02/2019 [19:49]:
“Neftçi” autsayderlə bacarmadı - VİDEO
16/02/2019 [19:30]:
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşdü
16/02/2019 [19:18]:
“Bütün təxribatları milçək vızıltısı qədər əhəmiyyətsiz edə bilərik, bir şərtlə ki...”
16/02/2019 [19:02]:
“Kreml hər zaman yalan danışır, Rusiya avantürasının bir sərhəddi olmalıdır...”
16/02/2019 [18:42]:
Hitler rolunu canlandıran aktyor öldü - VİDEO
16/02/2019 [18:34]:
Rusiya və Ermənistan XİN başçıları Qarabağı müzakirə ediblər
16/02/2019 [18:29]:
Bakı metrosunda bıçaqlanma - VİDEO
16/02/2019 [18:24]:
Maşın qaçıran şəxs saxlandı
16/02/2019 [18:21]:
“Görürsən ki, bir çoxu tərif məqamı gələndə hamının sinəsindən itələyib keçir qabağa”
16/02/2019 [18:06]:
“Vertolyotla Yevlağa kimi pul səpəcəm....- Başınız qarışacaq pul yığmağa..."
16/02/2019 [18:05]:
Mütəxəssislərdən xəbərdarlıq: Bu içkini süzərək içməyin...
16/02/2019 [18:02]:
Gəmiləri kamikaze dronlarıyla təchiz etdilər - İsrail dünyanı heyrətləndirməkdə davam edir...
16/02/2019 [18:01]:
Həbs edilən çempionun anasından şok açıqlama: “Elə toy gününün birinci axşamı…”
16/02/2019 [17:58]:
Avropa İttifaqı qərar verdi: "Rusiyaya qarşı sanksiyalar tətbiq ediləcək"- SƏBƏB
16/02/2019 [17:43]:
DYP 50-dən çox piyadaya xəbərdarlıq etdi - FOTOLAR
16/02/2019 [17:36]:
2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
16/02/2019 [17:16]:
Astarada 5 uşaq atası intihar etdi
16/02/2019 [17:04]:
Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır - BƏYANAT
16/02/2019 [17:02]:
Nəriman Həsənzadənin 88 yaşına...
16/02/2019 [16:53]:
Nyu-Yorkda “ermənilərin Bakı soyqırımı” qeyd ediləcək: Böhtan kampaniyası davam edir!
16/02/2019 [16:39]:
“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular...”
16/02/2019 [16:16]:
Bakıda “Seyid” ləqəbli narkobaron saxlanıldı
16/02/2019 [15:59]:
Yol polisi avtobus sürücüsünün yerinə tələbəyə cərimə yazdı - RƏSMİ
16/02/2019 [15:44]:
“Bu, bizim üçün qürurvericidir” – Çingiz Mehdiyev
16/02/2019 [15:23]:
Ekspert: "Çeçen və azərbaycanlıları küsdürməyə çalışan bəzi qüvvələrin səyləri uğursuzluğa məhkumdur"
16/02/2019 [15:12]:
Prezident Siyavuş Novruzovla bağlı sərəncam verdi
16/02/2019 [14:54]:
Elməddin polislə hədələdi - VİDEO
16/02/2019 [14:42]:
“Türkan Şoraya zəng vurdum, o, köhnə tanışlar kimi mehribanlıqla danışdı...”
16/02/2019 [14:39]:
İmişli və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilmişdir
16/02/2019 [14:27]:
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirildi
16/02/2019 [14:26]:
“Artsax” futbol klubu Tiflisdə yoldaşlıq görüşlərinə başladı...- FOTOLAR
16/02/2019 [14:22]:
Paşinyanın həyat yoldaşının ofisi hökumət binasına köçürüldü
16/02/2019 [14:14]:
Robotlar evlənmək üçün namizəd seçdi - MARAQLI
16/02/2019 [14:05]:
Xəbərdarlıq : 2 gün yağış, qar yağacaq
16/02/2019 [14:01]:
Yaponiyadakı qardaşını görmək üçün velosipedlə 15 min kilometr yol gedəcək - MARAQLI
16/02/2019 [13:46]:
İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu
16/02/2019 [13:44]:
Banan qutularından 540 paket kokain çıxdı: 17 milyon 820 dollar dəyərində...
16/02/2019 [13:32]:
"3 il onu özümə həsrət qoymuşam, yenə qaşınır" - Zauru biabır etdi
16/02/2019 [13:27]:
“Növbəti tarixin anların şahidləriyik ki...” – ELDƏNİZ SƏLİMOV
16/02/2019 [13:26]:
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşlarına olan insani münasibətinin nəticəsidir
16/02/2019 [13:19]:
“O, böyük insan, gözəl pedaqoq, istedadlı bəstəkar olub”
16/02/2019 [13:18]:
Azərbaycanın ən varlı rayonu hansıdır? - RƏSMİ RƏQƏMLƏR
16/02/2019 [13:07]:
“Fuad Poladovdan müsahibə götürəcəm, o, həmişə var...”
16/02/2019 [12:47]:
"Elməddin də bu çirkaba bulaşdı"
16/02/2019 [12:41]:
"Tariximizi öyrənək və təbliğ edək !"
16/02/2019 [12:24]:
Yeni işıqforlar Bakının hansı ərazilərində quraşdırılacaq? - BNA açıqladı
16/02/2019 [12:18]:
Qondarma “respublika”nın idmançıları Gürcüstandakı yarışlarda iştirak edib
16/02/2019 [12:10]:
“Xocalı faciəsinin tanınması ilə bağlı görülən işlər təqdirəlayiqdir...”- Xalq artisti...
16/02/2019 [12:06]:
Vüsalə Mahirqızı: "ONA yeni brenddir, heç bir başqa qurumun davamçısı deyil"
16/02/2019 [12:00]:
"Qırmızı Körpü"də növbəti siqaret əməliyyatı - VİDEO
16/02/2019 [11:51]:
Baş redaktora ağır itki üz verdi
16/02/2019 [11:48]:
Konqress Trampa qarşı yeni istintaq başlatdı
16/02/2019 [11:38]:
Azərbaycana xeyli qızıl gətirilməsinin qarşısı alındı
16/02/2019 [11:31]:
Axtarışda olan 29 nəfər saxlanıldı
16/02/2019 [11:25]:
İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü
16/02/2019 [11:17]:
“O cür gözəl balalarını şəhid verən ana gərək öləydi...”- Bütün ailəsi Xocalıda qətlə yetirilən qadın....
16/02/2019 [11:16]:
ABŞ-da yaşayan beynəlmiləl ailənin istadadlı qızları... - FOTOLAR
16/02/2019 [11:03]:
Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO
16/02/2019 [11:02]:
“Elmi Qarabağ” jurnalının təqdimatı keçirildi- Bakıda yox a!..-FOTOLAR
16/02/2019 [10:59]:
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
16/02/2019 [10:53]:
Rutgers Universitetinin professorundan Təhsil Nazirliyinə 7 TƏKLİF
16/02/2019 [10:53]:
Ceyhun Əli: “Mənə “Səndə bu alınmayacaq” söyləyənlər də olmuşdu” - FOTOLAR
16/02/2019 [10:36]:
Qərbi Kaspi Universiteti Türkiyənin daha bir universiteti ilə əməkdaşlığa başlayır
16/02/2019 [10:21]:
Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı
16/02/2019 [10:15]:
Alimlərimizdən yeni tədqiqat: Yarımadada banan, manqo yetişdirdilər...
16/02/2019 [10:13]:
ABŞ-dan Rusiyaya yeni sanksiya dalğası - şimal qonşumuz çətin durumda...
Bütün arxiv bir sırada
17/08/2018 [11:12] - Cəmiyyət - ( 1298 dəfə baxılıb)

Qarabağ üçün itirilmiş daha yüz gün -Müharibə bir az da yaxınlaşdı



Bu gün Nikol Paşinyanın inqilab dalğasında hakimiyyətə gəlişindən 100 gün ötür. Hər şey qırağa, bu yüz gündə Dalıq Qarabağ məsələsində hər hansı pozitiv dinamika müşahidə edilmədi. Əsas səbəb də Ermənistandakı yeni hakimiyyətin daxili məsələləri bəhanə edib konstruktiv sülh danışıqlarından yaxasını kənara çəkməsi ilə bağlıdır.

Üstəlik, oğlu Aşotu hərbi xidmət keçmək üçün işğal altındakı Dağlıq Qarabağa yollayan baş nazir Paşinyan bir daha böyük sülhü yaxınlaşdırmaq istəyində olmadığını nümayiş etdirdi. Bundan əlavə, erməni baş nazir hələ də separatçı rejimin birbaşa danışıqlarda iştirak kimi absurd tələbindən imtina eləməyib - hansı tələb ki, hətta ATƏT-in Minsk Qrupunun ermənipərəst həmsədrlərinin belə xoşuna gəlməyib.

*****

Ötən yüz gündə Paşinyanın absurd açıqlamalarından biri də Türkiyə ilə bağlı oldu. Erməni baş nazir heç bir şərt qoyulmadan Türkiyə ilə sərhədlərin açılmasının tərəfdarı olduğunu bəyan elədi. Təbii ki, bu istək də reallaşması mümkün olmayanlar sırasındadır. Ən azı ona görə ki, Türkiyənin bu məsələdə çoxdan aydın mövqeyi var - sərhədlərin açılması üçün Dağlıq Qarabağ məsələsinin həllində ciddi irəliləyiş olmalıdır.         

“Ermənistan tərəfinin Türkiyə ilə qeyd-şərtsiz danışıqlar təklifi insanın mədəsini bulandırır. Çünki qeyd-şərtsiz deyəndə onlar daha çox irəli sürdükləri şərtlərə türklərin etiraz etməməsini nəzərdə tutur. Bu da mümkün deyil. Çünki Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır, Türkiyənin ərazilərinə iddia edir, soyqırımı kimi əsassız iddiası var və nəhayət, Qarabağın işğalı məsələsi var”.

“Yeni Müsavat”ın məlumatına görə, bu szöləri teleqraf.com-a qardaş ölkədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl deyib.

Onun sözlərinə görə, bu məsələlər həll edilməyincə iki ölkə arasında münasibətlərin düzəlməsi mümkün deyil: “Paşinyanın dedikləri ondan əvvəlkilərin dediyi kimi demaqogiyadan başqa bir şey deyil. Bunun ciddiyə alınması da doğru olmazdı. Türkiyə Ermənistanla yaxşı münasibətlər qurmağa çalışıb, ”Sürix protokolu" imzalanıb. Lakin Ermənistan həmin protokolları ləğv etdi. Bundan sonra Ermənistanla ciddi danışığın olması mümkün deyil. İşğal siyasəti davam edir, uydurma soyqırımı iddiası var. Ermənistan Türkiyəyə ərazi iddiasından vaz keçməyib. Sərhədin açılmasının şərtləri var. Sonuncu dəfə Türkiyə jest edərək bəyan etdi ki, ən azı 5 rayonun işğaldan azad edilməsi qarşılığında sərhədlərin açılması məsələsi müzakirə mövzusu ola bilər. Ermənistan nə edib ki, Türkiyə öz sərhədlərini onun üzünə açsın? İkincisi, Ermənistan nə qədər ciddi dövlətdir ki, Türkiyə onunla qeyd-şərtsiz danışıqlara getsin? Bu bir az da Ermənistanın başından böyük hərəkəti kimi qiymətləndirilə bilər. Erməni tərəfinin bu cür çirkli, arsız davranışı öz millətinə ziyan vurur. Ermənistan iqtisadi böhran içindədir, ölkə onsuz da çalxalanır. Son hakimiyyət çevrilişinə səbəb iqtisadi böhran oldu. Paşinyanı da bu aqibət gözləyir. Əgər o, demokratik insandırsa, Qarabağın işğalından vaz keçərək diplomatik xətlə qonşu dövlətlərlə münasibətlərini düzəltsin".

*****


Bu məram əfsus ki, Ermənistanın yeni rəhbərliyində də müşahidə edilmir. Daha bir səbəb xarici amillə, o sırada məsələdə radikal mövqe tutan erməni lobbisi ilə bağlıdır. Həmçinin bəzi iri Qərb dövlətlərinin işğalçı ölkəyə, Dağlıq Qarabağdakı separatçılığa gizli-açıq havadarlığı İrəvanın konstruktiv mövqeyə gəlməsini əngəlləyir. O sırada təəssüflər olsun ki, üç vasitəçi dövlətdən biri olan və ərazisində qeyri-formal da olsa “DQR nümayəndəliyi”nin olduğu ABŞ da var.          

“ABŞ Dağlıq Qarabağı mülayim yolla, yəni sülh yolu ilə Ermənistana təhvil vermək istəyir. Bunun üçün də illərdir ki, həm separatçı rejimə böyük pullar ayırır, Ermənistanı işğalçı dövlət kimi dəstəkləyir, həm də bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü tanımayan qərarların altına imzasını qoyur”. “Yeni Müsavat”ın məlumatına gərə, bu fikri deputat Fazil Mustafa Türkiyə-ABŞ münasibələrindəki kritik durumu şərh edərkən deyib.


Onun qənaəti ilə razılaşmamaq çətindir. Hər necə olmasa, Amerikanın həm işğalçı ölkəyə, həm də Dağlıq Qarabağdakı kriminal rejimə siyasi-maliyyə dəstəyi sirr deyil. Halbuki ABŞ Krımın ilhaqına görə Rusiyaya qarşı 4 ildir ağır sanksiyalar tətbiq edir və bu sanksiyaları ildən-ilə daha da sərtləşdirir. Qarabağ konfliktinin dinc həllinin illərdir dalana dirənməsinin, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin 25 ildir kağız üzərində qalmasının əsas səbəbi əslində budur - vasitəçi dövlətlərin “ikili standart” siyasəti.

*****

Bu vəziyyət əslində ən çox elə işğalçı ölkənin ziyanınadır. Çünki həll olunmamış Qarabağ problemi Ermənistanın blokadasının qalması, iri regional iqtisadi və nəqliyyat layihələrində iştirakçı ola bilməməsi, bütövlükdə normal inkişafdan qalması deməkdir. Dünya okeanına çıxışı olan, strateji əhəmiyyətli “İpək Yolu” və “Şimal-Cənub”, “Şərq-Qərb” dəhlizlərinin ortasında yer alan, habelə zəngin təbii ehtiyatlara malik olan  Azərbaycanın isə belə problemi yoxdur.

Başqa sözlə, işğalçı ölkə hazırkı durumda qalmaq və daha da geri getmək istəyirsə, işğal rejiminə davam edə bilər. Ümid qalır, yeni hakimiyyətin nəhayət ki, sərt reallığı dərk edib Azərbaycanla ixtilafın çözülməsi istiqamətində konstruktiv addımlar atmasına.

“Paşinyan hökuməti öz ölkəsinin və xalqının gələcəyini düşünürsə, konstruktiv mövqe nümayiş etdirməli, öz sələflərinin səhvlərini təkrarlamamalıdır. Dünyanın ən güclü 30 ordusundan biri olan Azərbaycan ordusu Ali Baş Komandanın əmrini gözləyir və bir həftə yetərlidir ki, bütün işğal olunan torpaqlarımızda üç rəngli bayrağımız dalğalansın. O gün uzaqda deyil”.

Bu fikri Milli Məclisin deputatı Musa Quliyev deyib. Onun sözlərinə görə, Lələtəpə və Günnüt əməliyyatları da bu həqiqəti əyani şəkildə nümayiş etdirib: “Əgər onlar bu regionda yaşamaq istəyirsə, qonşuları ilə münasibətləri normallaşdırmalı, müxtəlif əsassız iddialardan əl çəkməlidirlər. Erməni rəhbərliyi anlamalıdır ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyənə, məcburi köçkünlər öz ata-baba torpaqlarına qayıtmayana qədər ədalətli sülhdən danışmaq mümkün olmayacaq. Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək”.

Deputatın fikrincə, müxtəlif bəhanələrlə danışıqlardan yayınan Ermənistan rəhbərliyi anlamalıdır ki, danışıqları uzada bilərlər, amma Azərbaycan torpaqlarını uzun zaman işğal altında saxlaya bilməyəcəklər: “Qafqaza ermənilərin köçürülməsi və Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması vaxtilə çar Rusiyasının müsəlman əhalinin yaşadığı İrana və Osmanlı İmperatorluğuna qarşı xristian buferi yaradılması məqsədi güdürdü. İndi də istər Qərb, istərsə də Rusiya Ermənistandan təzyiq vasitəsi kimi öz maraqları üçün istifadə edir. İşğalçı Köçəryan-Sərkisyan xunta rejiminin Ermənistanda hakimiyyətə gətirilməsi və uzun müddət iqtidarda qalması bir xarici gücün maraqlarına xidmət edirdisə, Paşinyanın ortaya çıxması və gözlənilmədən hakimiyyətə yiyələnməsi, görünür, ağaların əlcək dəyişməsi və vassalın ağa dəyişməsi prosesinin ifadəsidir”.

Deputat hesab edir ki, bu dəyişmədə ermənilər həmişəki kimi yenə də alət rolunu oynayırlar: “Ermənistan iqtisadi, siyasi böhran, sosial səfalət içərisindədir. Ölkədə yoxsulluq 30, işsizlik 20 faiz həddindədir, hər il Ermənistanı 50 min insan, özü də əmək qabiliyyətli əhali tərk edir və geriyə qayıtmır. Ölənlərin sayı doğulanların sayını üstələyir, Ermənistan qocalan və içəridən çürüyən bir ölkə halındadır. Bu proses getdikcə dərinləşməkdədir. Paşinyan adminstrasiyasının Qərb qarşısında müxtəlif reveranslar etsə də, ermənilərin Rusiyadan asanlıqla qopacağına inanmaq çox çətindir”.(musavat.com)

Müştərilər bu kafeyə çay içmək üçün yox, tualeti görməyə gəlir - MARAQLI
“Görürsən ki, bir çoxu tərif məqamı gələndə hamının sinəsindən itələyib keçir qabağa”
Robotlar evlənmək üçün namizəd seçdi - MARAQLI
Yaponiyadakı qardaşını görmək üçün velosipedlə 15 min kilometr yol gedəcək - MARAQLI
Donuz əti yeyən  adamda qeyrətsizlik artar və  o, namusunu qorumaz...
"AQRO" İnvest & İstehsalat
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Səudiyyə şahzadəsi "Mançester Yunayted"i almaq istəyir - Ağılasığmaz qiymətə...
Maraqlı
130 yaşındakı nəhəng nərə balığı tutuldu: İçərisindən 9 kiloqram qara kürü çıxdı...
Maraqlı
Mütəxəssislərdən xəbərdarlıq: Bu içkini süzərək içməyin...
İdman
“Artsax” futbol klubu Tiflisdə yoldaşlıq görüşlərinə başladı...- FOTOLAR
Cəmiyyət
“Fuad Poladovdan müsahibə götürəcəm, o, həmişə var...”
Həftənin ən çox oxunanları
Çay sakinlərin gözü önündə yox oldu!..- “Qiyamətin başlanğıcıdır?!.”-VİDEO
Saakyan atası azərbaycanlı olan generalı  xüsusi nümayəndə təyin etdi...-FOTOLAR
Şuşa türməsində Dilqəm və Şahbazdan başqa türkmənşəli dustaq kimdir?..
“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF
"Əgər ANS yenidən açılarsa və fəaliyyət göstərdiyi ilk 15 ildəki ANS olarsa..."
Bu dəfə 52-si birdən gəldi: Rusiyada fövqəladə vəziyyət elan edildi...
Bakıda dəhşətli qəza: "Qaqaş, neylədin, nə içmişdin, nə vurmuşdun?" - VİDEO
Şəmistan Əlizamanlının ifa etdiyi “Bismillah” mahnısı AKP-nin seçki marşı oldu - VİDEO
Ruzigar elə dəyişər ki,  siz bu sayil qocaya möhtac olarsız…
“Qızım, bax, sən də Röya kimi olsan - sənin də dördmərtəbəli villan olar...”
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə