Xəbər lenti
18/11/2018 [00:03]:
Azərbaycanlı müğənni tanınmaz halda - "Bomj" olub küçələrə düşdü - FOTO
17/11/2018 [23:18]:
BDU-da işləyən vəzifəlilər: Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı…
17/11/2018 [23:16]:
Tramp hadisə yerində - Mindən çox insan itkindir
17/11/2018 [22:40]:
“İsmət Qayıbov vertolyota minəndə Tamerlan Qarayev TƏKİDLƏ ONA DEYİB Kİ...”
17/11/2018 [22:24]:
Məşhur müğənni qəfil dünyasını dəyişdi
17/11/2018 [22:15]:
“Ərdoğan güclü və ağıllı adamdır”
17/11/2018 [22:03]:
Messi və Poqbadan “Nüsrət” performansı – VİDEO
17/11/2018 [21:49]:
Rəisin qızına cərimə yazan polis mükafatlandırıldı
17/11/2018 [21:44]:
Tramp ən böyük səhvini etiraf etdi
17/11/2018 [21:30]:
Azərbaycan yığması Farer adaları ilə oyunda hesabı artırıb - YENİLƏNİB
17/11/2018 [21:17]:
Tovuzda piyadanı avtomobil vuraraq öldürüb
17/11/2018 [20:51]:
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
17/11/2018 [20:43]:
Əl-ələ verib Azərbaycanı yaşıla boyayacağıq: Möhtəşəm aksiyada 120 min ağac əkildi...
17/11/2018 [20:25]:
Tramp: “Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtarırıq”
17/11/2018 [20:07]:
Yol qəzasında 7 nəfər ölüb
17/11/2018 [20:00]:
Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17/11/2018 [19:49]:
Dövlət qulluğuna qəbula dəyişiklərin edilməsi təklif olunur
17/11/2018 [19:46]:
Cennifer Lopes 20 dəqiqəyə 2 milyon dollar qazandı
17/11/2018 [19:37]:
Qadın kamikadze özünü partlatdı
17/11/2018 [19:28]:
Nazirlik əməkdaşları şəhid ailələri ilə görüşdülər
17/11/2018 [19:25]:
“Bir qarış torpağın belə azad edilməsi böyük hadisədir”
17/11/2018 [19:13]:
Vannadakı görüntüsündən danışdı...
17/11/2018 [19:13]:
"Atalar nə demiş: "El üçün ağlayanın gözü kor olar!""
17/11/2018 [19:07]:
Lüks hoteldə qeydə alınan görüntülər ölkəni ayağa qaldırdı - FOTO+VİDEO
17/11/2018 [19:06]:
Azay Quliyev: "BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər"
17/11/2018 [19:02]:
Dənizdə xilasetmə işləri üçün qurğu hazırlanıb
17/11/2018 [18:46]:
Saysız-hesabsız medal sahibi olan cazibədar idmançı telekanalda aparıcılıq edir – MARAQLI
17/11/2018 [18:33]:
"Millət qarşısında etdikləri naqislikləri unutdurmaq üçün bunu edirlər"
17/11/2018 [18:32]:
Çin NATO-nun proqram təminatını satın alıb
17/11/2018 [18:27]:
Hər il minlərlə heyvanı xilas edən körpülər – FOTO
17/11/2018 [18:24]:
Qəza zamanı 6 azərbaycanlı xəsarət aldı
17/11/2018 [18:19]:
“Bir şəxsin uzun müddət vəzifədə qalması neqativ nəticələrə səbəb olur”
17/11/2018 [18:14]:
Direktor vəzifəsinə imtahan mərhələsi başlayır
17/11/2018 [18:07]:
Bu Meydan - bu da Şeytan!.. - 30 ildir Şeytana uduzmaqdayıq, bəylər!..
17/11/2018 [18:06]:
"Qarabağ müharibəsi əlillərinə ev veriləcək" -Nazir konfrans keçirdi
17/11/2018 [18:05]:
Yanğın zamanı xəsarət alan montyor öldü
17/11/2018 [17:53]:
"Tənqid edilən bayağı verilişlərlə bağlı addımlar atıla bilər" - Nuşirəvan Məhərrəmli
17/11/2018 [17:52]:
Soyuducudan 44 it cəsədi tapıldı - DƏHŞƏT...
17/11/2018 [17:51]:
Ana öz körpəsini öldürdü
17/11/2018 [17:39]:
19 milyon dollar qazandı, pulu bitincə 10 dəfə bank soydu - MARAQLI
17/11/2018 [17:20]:
Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq etdi
17/11/2018 [17:18]:
Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib
17/11/2018 [17:14]:
Ermənistan ordusunun zabitləri cəzalandırıldı
17/11/2018 [17:06]:
Fazil Məmmədov müalicəsini tamamlayıb Bakıya qayıtdı - Təyyarədə FOTO DA ÇƏKDİRDİ
17/11/2018 [16:21]:
"Vəzifədə olana yaltaqlanmaq, gedənin isə dalınca danışmaq ənənəsini tərgitməliyik”
17/11/2018 [16:20]:
Sabunçuda maşın qadını vurub öldürdü
17/11/2018 [16:20]:
İğdırda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu -FOTOLAR
17/11/2018 [16:18]:
Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq
17/11/2018 [15:18]:
Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri -SİYAHI
17/11/2018 [15:08]:
Bu gömrük postundan 21 mindən çox nəqliyyat vasitəsi keçdi
17/11/2018 [15:08]:
Separatçı erməni lider Fransadan birbaşa digər HƏMSƏDR ÖLKƏYƏ UÇDU...
17/11/2018 [15:05]:
Azərbaycanda ölüm hallarının rəsmi statistikası açıqlandı
17/11/2018 [14:58]:
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
17/11/2018 [14:21]:
Məhərrəmovun general qardaşının işdən çıxarılmasını - Nazirlik təkzib etdi
17/11/2018 [14:18]:
Gömrük postunda Ermənistana aid xəritələr saxlanıldı -FOTOLAR
17/11/2018 [14:15]:
“Sona Vəliyeva öz ərizəsi ilə MTRŞ üzvlüyündən çıxıb”
17/11/2018 [14:07]:
Ukraynada uydurma erməni soyqırımı abidəsinin açılış cəhdi etnik qarşıdurmaya səbəb oldu
17/11/2018 [13:58]:
Bakının bu rayonu susuz qalacaq
17/11/2018 [13:57]:
Sabiq nazirin qardaşının nədə ittiham edildiyi məlum oldu - Kürdəxanıda saxlanılır
17/11/2018 [13:53]:
“Ona ən böyük arzum Kəlbəcər dağlarındakı çiçəkləri öz əllərimlə təqdim etməkdir”
17/11/2018 [13:50]:
“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaratdı
17/11/2018 [13:42]:
Sahil Babayev Şəmkirdə kiçik ailə təsərrüfatlarına baxış keçirdi
17/11/2018 [13:39]:
Sabah Bakıda 16 dərəcə isti gözlənilir - PROQNOZ
17/11/2018 [13:37]:
"Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində faktaraşdırıcı missiyanın həyata keçirilməsinə imkan vermir"
17/11/2018 [13:37]:
Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərə müraciət etdi
17/11/2018 [13:19]:
Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
17/11/2018 [13:15]:
Netanyahu İsrailin Müdafiə Nazirliyinə rəhbərlik edəcək
17/11/2018 [13:14]:
Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda -FOTOLAR
17/11/2018 [13:12]:
Sumqayıtda avtomobil oğruları yaxalandı
17/11/2018 [13:11]:
“Vəsaitin yarısı kənardan dəvət edilmiş şəxslərə xərclənib" -DİM sədrindən ittiham
17/11/2018 [13:07]:
DİM sədri: "Yüksək vəzifələrə sənəd verən yoxdur"
17/11/2018 [12:39]:
“Bizim sevgimiz də, nifrətimiz də, dostluğumuz da, düşmənliyimiz də kişi kimi olub”
17/11/2018 [12:38]:
"Bizə azadlığı bağışlamadılar, xalqımız azadlığına mübarizə apararaq qovuşdu"
17/11/2018 [12:31]:
Ramil Quliyev Türkiyə ordusunda... - FOTO
17/11/2018 [12:24]:
Azərbaycan əhalisinin sayı açıqlandı - RƏSMİ
17/11/2018 [12:21]:
26 yaşlı qadın erotik fantaziyasına qurban getdi - FOTO
17/11/2018 [12:14]:
Azadlıq Meydanında ilk dövlət himnimizi ifa edən və noyabr mitinqlərinin ilk aparıcısı...
17/11/2018 [12:01]:
Türkiyədə nazirlik namazın vaxtını dəyişdirdi
17/11/2018 [11:38]:
Gəncədə intihar: 32 yaşlı kişi özünü binadan atdı
17/11/2018 [11:23]:
İngilislər Dərələyəzdə qızıl çıxarırdı... – Güclü uran ehtiyatı tapdılar?!..- FOTOLAR + VİDEO
Bütün arxiv bir sırada
18/08/2018 [19:43] - Müsahibə - ( 5376 dəfə baxılıb)

Düşmənlə sıfır nöqtəsində: "Azərbaycan əsgərinin boynunda bir xalqın zəfər tarixini yazmaq yükü var" + FOTOLAR



"Azərbaycan əsgəri öz ölümünü deyil, yaşayaraq düşməni məhv etmək haqqında düşünməlidir. Doğrudur, Vətən üçün hər kəs canını sevə-sevə fəda edər, amma qarşımızda rəhimsiz və qəddar düşmən olduğu müddətcə yalnız yaşamaq haqqında düşünməliyik". 

"Ön xəttə qulluq edən erməni əsgərlərinin səs-küyünü açıq eşidirdik. Dərslərini yaxşı alacaqlarını bildikləri üçün əsgərlər arasında olan çaxnaşma və narahatlıq elə kəndlərə də təsir etmişdi. Biz tərəfə atəş açmağa cürət etmədilər. Əsgərlərin narahatlığı, onlar arasında olan təşviş, kəndlərdə də çaxnaşma yaratmışdı. İndiyə qədər onları belə görməmişdik. Kəndlər tamamilə boşaldılırdı".

Azərbaycan-Ermənistan sərhəd xəttində Vətən torpaqlarını qoruyan əsgərlərimizin yanındayıq. Müsahibim, Azərbaycan Ordusunun hərbi qulluqçusu Vüqar Qaraşov düşmənlə birbaş təmas xəttində yerləşən kəndlərdən birində yaşayır. 

- Vüqar, kəndiniz təmas xəttində daim düşmənin atəşi altında olub. Gördüyümüz kimi, kəndin yuxarı başında düşmən mövqeləri qurulub. Bizə maraqlıdır hərbçi, o cümlədən həmin kəndin sakini olaraq yaranmış vəziyyətlə bağlı nə deyə belərsən? 


- Uşaqlıqdan rayonun bir neçə kəndinin ermənilər tərəfindən işğal edilməsi və burada yaşayan dinc sakinlərə edilən işgəncələr onlara hərb sənətini sevdirib. Qarşımızdakı, Bağanis Ayrım kəndi işğal olunarkən, orada kütləvi qırğınlar törədilərkən mən hələ körpə uşaq idim. Sonralar böyüdükcə bu kəndin köçkün sakinləri ilə çox söhbətim oldu. O zaman onlar başlarına gətirilən müsibətlərdən danışırdılar. Onlarla hər bu barədə olan söhbətim məni çox sarsıdırdı. Orada yaşayanlar bizim analarımız, bacılarımızdır. İstəməzdik ki, kiməsə nəsə olsun. Məndə elə bu şərti gözümün qabağına gətirib, hərbiyə gəlmişəm. Hərbi xidmətə ona görə gəlmişəm ki, ermənilər tərəfindən soydaşlarımıza verilən zülmün qisasını almaqda ən azından bir faiz də olsa mənim də rolum olsun. 

Sözünə ara verib, əlindəki binokulla qarşı tərəfi müşahidə edib, yenidən sözünə davam edir. 

Hərbi xidmət vaxtımın yaxınlaşmasını çox səbrsizliklə gözləyirdim. Həqiqi hərbi xidmətə 2014-cü ildə getmişəm. Ən böyük istəyim də, təmas xəttində xidmət etmək olub. İlk xidmətim arxa cəbhədə olsa da, istəyimə çatmaq üçün, müddətdən artıq xidmət keçmək qərarına gəldim.

- Hər gün buradan düşmən tərəfi müşahidə edirsən. Müşahidə etdiyin hansı mənzərə səni daha çox narahat edir?

- Hər gün xidmət etdiyim yerdən onlara tərəf baxanda çox təsirlənirəm. Buradan baxanda aydın görünür ki, o vaxt kəndlərimiz çox yaxın olub. Amma diqqət edin, bir tərəfdə ermənilərin təm-təraqlı evləri, onlardan qısa bir məsafədə isə bizim kəndlərimizin xarabalığa çevrilmiş mənzərəsi (Dodağını dişləyib dərindən köks ötürür). Hazırda onların yaşadığı kəndlərdə rahat olmalarını, məşğuliyyətlərini görəndə bu mənə çox təsir edir. O xarabalıqlarda nə qədər günahsız soydaşlarımızı qətlə yetiriblər. Özü də düşünəndə ki, ermənilərin bu yaşadıqları ərazilər qədim Azərbaycan torpaqlarıdır, bax onda adam öz torpağında düşmənin rahat gəzməsini heç həzm edə bilmir. Çox narahatlıq keçirirəm. Necə ola bilər ki, onların ana-bacıları indi mənim babalarımın evində rahat yaşasınlar, amma mənim ana-bacılarım öz dədə-baba yurdundan didərgin salınsın, işgəncələrlə qətlə yetirilsin?! Bilirsiniz, onlar bu kəndlərdə nə qədər günahsız qız-gəlin, körpə uşağı öldürüblər, yandırıblar... Belə şeyləri düşünəndə adamın düşmənə nifrəti, daha da artır. 

- Aprel hadisələri zamanı düşmən tərəfdə nələr müşahidə edirdiniz? Cəbhə xəttində xəttində baş verənlər bu istiqamətdə də öz təsirini göstərirdimi?


- Bilirsiniz, o zaman müşahidə etdiklərimizi gərək özünüz görərdiniz (Gülür). Ön xəttə qulluq edən erməni əsgərlərinin səs-küyünü açıq eşidirdik. Dərslərini yaxşı alacaqlarını bildikləri üçün əsgərlər arasında olan çaxnaşma və narahatlıq elə kəndlərə də təsir etmişdi. Biz tərəfə atəş açmağa cürət etmədilər. Əsgərlərin narahatlığı, onlar arasında olan təşviş, kəndlərdə də çaxnaşma yaratmışdı. İndiyə qədər onları belə görməmişdik. Kəndlər tamamilə boşaldılırdı. Biz dinc sakinlərə atəş açmadıq. Halbuki, buradan onları tam rahatlıqla "dənləmək" mümkün idi. Hamımız bir nəfər kimi, hücum əmri gözləyirdik.

Təmas xəttində daha çox hansı təxribatlara əl atırlar?

- Çox vaxt kənlərimizi atəşə tutumaqla kifayətlənmirlər. Bir də görürsən ki, örüşdə otlayan heyvanları belə güllələyirlər. Təsəvvür edirsiniz, bunlarda şərəf deyilən bir şey yoxdur. Onlar üçün bir məqsəd var, nə olursa olsun, təki azərbaycanlılara maddi və mənəvi ziyan vursunlar. Onların tək düşüncələri budur. Bütün bunlar, bu hərəkətlər, onların əsl xislətindən xəbər verir. Amma erməni nə qədər zülümkar olsa da onu bilməlidir ki, onlar kimlərinsə hesabına bizə qarşı təxribatlar apara bilərlər, nəyəsə nail ola bilərlər, amma bu müvəqqəti ola bilər. Çünki, vaxt o vaxt, zaman o zaman deyil. Onlar nə qədər hiyləgər olsalar da bilməlidirlər ki, qarşılarında tarix yazan bir xalqın övladları var. 

- Aprel hadisələrində əldə edilən uğurlar erməni əsgərləri arasında sarsıntı yaradıb. Bu halı sıfır nöqtəsində düşmən tərəfi müşahidə edəndə sezmək olurmu? 

- Əlbəttə, inanırsınız o zamana kimi, ermənilərin postlarında canlanma az da olsa müşahidə edilirdi. Amma indi səngərlərində gənc əsgərləri tək-tək görmək olur. Postda ən çox müşahidə etdiyimizin əksəriyyəti mülkü formada, özü də yaşlı adamlardır. 


- Bu da artıq bizim düşmən üzərində mənəvi-psixoloji qələbəmizdir. Elə deyilmi?

- Əlbəttə, ermənilər yaxşı bilirlər ki, indi yaşadıqları torpaqlar əzəli Azərbaycan torpaqlarıdır. Onlar bu torpaqlarda məskunlaşandan sonra, zaman-zaman tarix boyu bizə çox zülümlər yaşadıblar. Bütün bu işgəncələr daim davam etməz axı... Buna bir dur deməyin vaxtının artıq yetişdiyini onlar da yaxşı bilir. Buna görə də düşmən bilməlidir ki, artıq qarşısında müstəqil bir dövlətin çox güclü bir ordusu var. 

Mən buradan həmyaşıdlarıma, gənclərə bu xalqın mərd oğullarına səslənirəm. Doğrudur, Vətən üçün ölmək də olar. Buna da sevə-sevə hazırıq. Amma Vətən üçün ölməyi düşünmək yox, yaşamağı, bu Vətən torpağını qorumağı düşünmək lazımdır. Heç bir halda Azərbaycan əsgəri öz ölümünü düşünməməlidir. Azərbaycan əsgərinin boynunda bu xalqın başına gətirilən tarix boyu əzilən bir xalqın zəfər tarixini yazmaq yükü var. Azərbaycan əsgəri öz ölümünü yox, yaşayaraq düşməni məhv etmək haqqında düşünməlidir. Vətən üçün hər kəs canını sevə-sevə fəda edər, amma qarşımızda rəhimsiz və qəddar düşmən olduğu müddətcə yalnız yaşamaq haqqında düşünməliyik. Düşmənə nifrət, xalqıma firavanlıq üçün, Azərbaycan oğlu yalnız düşmənin ölümünü öz əlləriylə gerçəkləşdirməyi düşünməlidir. Mən inanıram ki, o zəfər tarixi çox da uzaqda deyil.(ordu.az)

BDU-da işləyən vəzifəlilər: Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı…
Əl-ələ verib Azərbaycanı yaşıla boyayacağıq: Möhtəşəm aksiyada 120 min ağac əkildi...
"Millət qarşısında etdikləri naqislikləri unutdurmaq üçün bunu edirlər"
Hər il minlərlə heyvanı xilas edən körpülər – FOTO
Soyuducudan 44 it cəsədi tapıldı - DƏHŞƏT...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Tənqid edilən bayağı verilişlərlə bağlı addımlar atıla bilər" - Nuşirəvan Məhərrəmli
Cəmiyyət
“Ona ən böyük arzum Kəlbəcər dağlarındakı çiçəkləri öz əllərimlə təqdim etməkdir”
Hadisə
"Bizə azadlığı bağışlamadılar, xalqımız azadlığına mübarizə apararaq qovuşdu"
Cəmiyyət
Ramil Quliyev Türkiyə ordusunda... - FOTO
Hadisə
Azadlıq Meydanında ilk dövlət himnimizi ifa edən və noyabr mitinqlərinin ilk aparıcısı...
Həftənin ən çox oxunanları
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
Azərbaycanın talanan sərvətlərinin izi ilə daha bir ünvan: Ax, London, London...
Ərdoğan yarım milyard dollarlıq ikimərtəbəli təyyarəsi ilə ilk dəfə uçdu - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə