Xəbər lenti
19/11/2018 [19:21]:
Çəkdiyi selfi ilə 99 illik həbsdən qurtuldu - MARAQLI
19/11/2018 [19:04]:
Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
19/11/2018 [18:51]:
“Ağdam” İdman Klubu şəhidlərimizin xatirəsinə möhtəşəm turnir keçirib
19/11/2018 [18:47]:
"Mən hələ də Məhəmməd Əsədovun etibarlı ömür gün yoldaşıyam"
19/11/2018 [18:40]:
Putinlə Ərdoğan arasında görüş başa çatdı - Müzakirə olunan məsələlər
19/11/2018 [18:39]:
İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir
19/11/2018 [18:38]:
Birdəfəlik müavinət alan şəhid ailələrinin ADLARI AÇIQLANDI - SİYAHI
19/11/2018 [18:28]:
Dollar ucuzlaşacaq - PROQNOZ
19/11/2018 [18:26]:
Qırx yaşında dünyasını dəyişən yazıçının gizli ölümü...
19/11/2018 [18:23]:
Qənirə Paşayeva Tailandın hökumət və parlament üzvləri ilə görüşdü
19/11/2018 [18:22]:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi KİV-lərə müraciət etdi
19/11/2018 [18:21]:
Dövlət Komitəsinin rəhbərliyi Nyu-Yorkda görüşlər keçirdi -FOTOLAR
19/11/2018 [18:16]:
"Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub" - Komitə sədri
19/11/2018 [18:12]:
Birgə tərəfdaşlığ çərçivəsində layihə - İnklüziv təhsilin inkişafında yeni mərhələ
19/11/2018 [18:10]:
Azərbaycan Belarusdan yeni silahlar alacaq
19/11/2018 [18:09]:
Ağsu sakini təbiətə 32 min manat ziyan vurdu
19/11/2018 [17:16]:
Boltondan Ermənistana “amerikansayağı badalaq”
19/11/2018 [16:39]:
ADP idarə heyətinin toplantısı keçirildi
19/11/2018 [16:38]:
Bir ailənin 3 üzvü evdə huşsuz vəziyyətdə aşkarlandı...
19/11/2018 [16:37]:
“Azərbaycan və Belarus arasında əməkdaşlıq tamamilə yeni səviyyəyə çatıb” -İlham Əliyev
19/11/2018 [16:34]:
Prezidentlər bəyanat verdilər...
19/11/2018 [16:34]:
391 dərslik, 154 müəllim... - DİM monitorinqin nəticələrini açıqlandı
19/11/2018 [16:33]:
Tələbələr pulsuz müayinə olunacaq
19/11/2018 [16:32]:
Azərbaycan-Belarus sənədləri imzalandı
19/11/2018 [16:14]:
Mehdi Hüseynzadə xalqın igid oğludur...
19/11/2018 [16:05]:
Argentinada matem elan edildi
19/11/2018 [15:53]:
Kür çayı dondu -VİDEO
19/11/2018 [15:52]:
ADNSU ilə AİMK arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı
19/11/2018 [15:44]:
İlahiyyat İnstitutunda BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirildi
19/11/2018 [15:41]:
BBC bu ilin 100 nüfuzlu qadınını seçdi - Biri Azərbaycandandır
19/11/2018 [15:38]:
“Axmaq jurnalistlərin yalan xəbərlərindən yorulmuşam”
19/11/2018 [15:36]:
Fransa Qarabağ separatçılarına qucaq açan tək həmsədr dövlət deyil...
19/11/2018 [15:32]:
Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü oldu
19/11/2018 [15:32]:
Bəzi şadlıq sarayları bağlanacaq VİDEO
19/11/2018 [15:29]:
“Vətəndaşın ödəniş qabliyyəti yoxdursa, borc silinməlidir”
19/11/2018 [15:28]:
Ördək ovuna getdi, dostunu güllələdi
19/11/2018 [15:28]:
“O vaxt mən şok içində idim...” – Ayaz Mütəllibov 20 Noyabr faciəsindən danışır...
19/11/2018 [15:22]:
Müslüm Maqomayevin mahnılarını oxuyan 6 yaşlı oğlan hər kəsi heyrətləndirdi -VİDEO
19/11/2018 [15:20]:
Nazir də ANONS ETDİ: “Gəlir vergisinə güzəştlər olacaq” - AÇIQLAMA
19/11/2018 [15:19]:
"Aparıcılarla bağlı tədbirlər görülsün"
19/11/2018 [15:16]:
Ceyhun Bayramov “Ədəbiyyat biliciləri” ilə bağlı əmr imzaladı
19/11/2018 [15:13]:
İlham Əliyevin Belarus səfərindən gözləntilər...
19/11/2018 [15:11]:
Tədris Cərrahiyyə Klinikasında “Kosmetoloji Mərkəz” yaradıldı
19/11/2018 [15:09]:
"İki ton çaxır diplomatik yük ola bilməz” -Tofiq Zülfüqarov
19/11/2018 [14:58]:
İcazəsiz ov etmək istəyən 3 nəfər saxlanıldı
19/11/2018 [14:56]:
“Mənim hoppanıb-düşənlərlə mövqeyim düz gəlmir axı”
19/11/2018 [14:55]:
Bu şəxslərin maaşı gəlir vergisindən azad edilir
19/11/2018 [14:54]:
Rövşən Rzayev italiyalı diplomatla görüşdü -FOTOLAR
19/11/2018 [14:49]:
“Nə etməliydim, sinəmi qabağa verməliydim ki, gəlin məni də öldürün?!” -Qarabağ söhbəti
19/11/2018 [14:43]:
Vergi Məcəlləsində nağdsız hesablaşmalarla bağlı yeni DƏYİŞİKLİK
19/11/2018 [14:37]:
Milli Məclisin növbəti iclasının vaxtı dəyişdirildi - GÜNDƏLİK
19/11/2018 [14:32]:
Aparıcı Vüsalə İstanbulda əməliyyat olundu
19/11/2018 [14:24]:
Milli-mənəvi dəyərlərin mediada təbliği: Bu missiya üçün maddi maraq mütləqdirmi?
19/11/2018 [14:18]:
Erməni hərbçilər qəza törədib
19/11/2018 [14:11]:
İrəvan dövriyyəyə yeni pul vahidləri çıxarır: İqtisadi iflasın rəsmi təsdiqi!
19/11/2018 [14:09]:
Sabahın havası buludlu olacaq
19/11/2018 [14:04]:
Qardaşları güllələyən tapıldı
19/11/2018 [14:01]:
Kirayə yaşadığı evdə cəsədi tapıldı...
19/11/2018 [13:57]:
Bakıda Avtobus sürücüsü ölüb
19/11/2018 [13:52]:
Əhalinin pulu 8 milyard manatı ötüb
19/11/2018 [13:36]:
“Noyabrın 20-də İsmət Qayıbovla birgə Bakıya gəlməli idik...”
19/11/2018 [13:28]:
Prezidentlərin təkbətək görüşü olub
19/11/2018 [13:07]:
Yeni ildə neçə gün istirahət edəcəyik? - TƏQVİM
19/11/2018 [13:02]:
Aqil Abbas: "Özəl kanallar Azərbaycan xalqını əfqan xalqına döndərib"
19/11/2018 [12:56]:
“Rafiq Tağı istəyirdi ki, ədəbi mühitdə bir sensassiya yaratsın...”
19/11/2018 [12:43]:
Bank borcları silinəcək
19/11/2018 [12:41]:
Cey Lo 20 dəqiqəyə iki milyon dollar qazandı - FOTO
19/11/2018 [12:37]:
Polis stansiyadan rabitə xəttini oğurlayan şəxsi saxladı -FOTOLAR
19/11/2018 [12:30]:
Baş nazirin müavini: "Ermənilər torpaqlarımızda narkotik becərir"
19/11/2018 [12:29]:
Əli Kərimlinin məhkəməsi davam edir - saxlananlar cərimələndi
19/11/2018 [12:20]:
Nigar Camalın qızı gözəllikdə anasını kölgədə qoydu - FOTO
19/11/2018 [12:18]:
Bakıda yeni xəttə buraxılan avtobus qəzaya düşdü
19/11/2018 [12:12]:
Özəlləşdirmədə məsafəsiz formada iştirak: 78 dövlət əmlakı hərracda
19/11/2018 [12:04]:
Amaliya Pənahovanı qızı əvəz etdi
19/11/2018 [12:04]:
“Tullantıları küçəyə atan şəxsləri cərimələmək yox, həbs etmək lazımdır...”- Ekoloqdan sərt təklif...
19/11/2018 [12:03]:
Separatçı məmur Xocavənddəki bitki yağları zavodunda oldu...- FOTOLAR
19/11/2018 [12:03]:
“Azərbaycan bu məsələdə ABŞ-ı belə qabaqlayıb”
19/11/2018 [11:53]:
Kiçik sahibkarlardan alınan vergilər ləğv olunur
19/11/2018 [11:50]:
Günel Zeynalova: "Kişi olsaydım, çox şorgöz olardım" - VİDEO
19/11/2018 [11:49]:
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu - FOTO/VİDEO
Bütün arxiv bir sırada
21/08/2018 [16:41] - Cəmiyyət - ( 1003 dəfə baxılıb)

70 yaş - qocalığımın gəncliyi, xoş gördük!




Sənin olmayan ayın günlərini sayma....

Atalar sözü.

Gənclik illərimdən fərqli olaraq qocalıq dövrünün başqa cür zövqü-səfası varıymış. Bu illərdə fərdiyyətçiliyin təzahür formalarından olan, əxlaqi keyfiyyət kimi diqqət çəkən eqoist davranışlara xitam verilir, qəlb sakit, necə deyərlər- “öz hayında” çarpışır.

“Qocalıq şənlik deyil”-zərb məsəlinə rəğmən deyə bilərəm ki, ləyaqətini və şəxsiyyətini ləkələmədən, məhkum olacağın qocalığa zərər vurmadan yaşamaq mümkündür...

70 il ərzində daha çox keçmişdə buraxdığım səhvlərimi saf-çürük edirəm, haya- -küyə getdiyim anlara görə heyifsilənirəm, özümü cəmiyyətdə tapa bilməyəndə günahı özümdə, bir az da elə, bu cəmiyyətdə axtarıram. Həmişə məsuliyyətsiz və mənasız həyat sürməkdən qaçmaq istəsəm də bacarmamışam. Gənclik illərində belə düşünməmişəm. “Mən, azad cəmiyyətin, azad vətəndaşıyam”-düşünüb hanki səmtə, hanki yana üz tutdumsa maneələri görmədim. İxtisasıma, bacarıq və qabiliyyətimə, bilik səviyyəmə uyğun iş tələb etdilər. Bacardım və irəlilədim. Sonra? Sonrasını soruşma, dəyərli oxucu! Sonra, başım üstə, üzü aşağı yuvarlandım... Niyəsini də soruşma. Bir günah məndə oldu, bir günah da əhatəsində formalaşdığım cəmiyyətdə... Bəzən güləndə də ürəyim ağrıyardı, sevincdən kədərlənərdim.

Nələrin şahidi olmadım?! İtirdiyim qazandığımdan çox oldu... Bunları da qocalıq illərində təhlil etdim... İndi də bilməyim gec imiş...

Dünyanın zəmisi heç imiş demə,

Dünyanın gəmisi köç imiş demə,

Heçimi, köçümü indi bilmişəm

İndi də bilməyim gec imiş demə...

Atam, 75 yaşında çatanda deyərdi ki, qocalığa dözməyə tab gərək. Yorğun addımların sayı artdıqca həyat gözdən düşür. Özünə qəsd günah sayılmasaydı və buna görə o dünyada hesab sorulmasaydı çox adam qocalıqdan bezikib intihara əl atardı. Bunun bir həddi olmalıdır? “Ata,Yəqin ki,var...”

Gənclik illərindəki həyatım sanki itkin düşdü... 70 illərimin 30 ili polis orqanlarında şərəfli xidmətə peyvənd olundu. O illərin müəyyən vaxtını vətən savaşında keçirdim... Kaş, müharibəni başa vuraydıq, indiki və gələcək nəsillərə vətən uğrunda döyüş bir də nəsib olmayaydı... Kaş... kaş... Bu döyüş hələ çox can aparacaq...

Amma, bu ixtiyar çağındakı hər kiçik hisslər, giley-güzarla keçən vaxtlarım yaddaşıma elə bil mismarla bərkidilib və bir sıra suallar yaradır. Cavabını tapa bilməyəndə üzülürəm.

Bütün bunlara baxmayaraq qocalığın özünə xas gözəlliyi varmış. Gözəllikləri, cəmiyyətin dinamik inkişafını, ətrafın qayğısını və gücünü dərk edə bilmək qabiliyyətini saxlaya bilənlər qocalığı hiss etmirlər. Bu mənada, xoşbəxt yaşamaq, səadət dolu günlərin sakini olmaq qocalığı niyyətindən kənara çəkir.

Bəzən sifətdəki təbəssümün yerini də təbii qırışlar zəbt edir. Bu qırışlar kosmetoloji müdaxilə nəticəsində zahirən aradan qalxsa da, batində onu ərsəyə gətirən kök var. Bu qırışlar müdriklik əlaməti, gənclik illərinin canlı təzahürü və canlı şahididir. Məsəl var deyərlər: “Qocalmaq böyük incəsənətdir”.Gəncliyi qoruya bilmək isə başqa bir incəsənətdir. Həyatın faciəsi ondadır ki,insan tez qocalsa da gec müdrikləşir. Təəssüf...

Tarix boyu müdrik insanların sayı çox olub, lap çox. Haqqında yazılan və yazılmalı olan müdriklərin sayı isə azdır,lap az.

Anladım ki, itirdiklərimi geri qaytarmaq mümkün deyilmiş. Bu illər ərzində məni istəyən dost və tanışların, qohumların da sayı azaldı. Məni incidən başqa hallar da varıydı. Gənclik illərində “Qazandıqlarımı”xeyriyyəçiyə xas tərzdə paylamışam. Qocalığa məruz qaldığım illərdə sələmsiz “verdiklərimi” heç kimdən ala bilməyəndə ürəyim rahat durmurdu. Lazım olduğum anlarda yanıma tələsənlər çox olurdu. Ehtiyac duyduğum vaxtlarda isə hamı “məşğul” oldu, mənə vaxt ayıra bilmədilər...

Anladım ki, cəmiyyətdə xeyirxahlıq ərşə çəkilibmiş. Xeyirxahlıq da qocalarmış?

Mən, ömrümün bu ixtiyar çağında oğlum və nəvələrimlə bir tavanın altında,mehriban yaşayırıq. Xoş gecələr mənə rahatlıq, açılan xoş səhərlər isə övladlarıma yaşayıram –deyə ümid bəxş edir.İndi onlar üçün yaşayıram...

Bir şeyi də anladım. Gənclik illərimi elə yaşamalıydım ki,qocalıqda ötən günləri xatırlayanda ah çəkməyim. Mahiyyətcə belədir. İnsan ümumi maraq üçün bir işə yaramırsa deməli,yaşamır.

Bəzən gənclik illərində oxuduqlarımı uzun illər ötəndən sonra anlamağa başlamışam.

Qocalıq və qocalar müxtəlif olurmuş. Alman filosofu Fridrix Nitşe nə vaxtsa deyib: “İnsanlar müxtəlif xasiyyətdə və səviyyədə olurlar. Birində ürək tez qocalır, başqasında ağıl. Kimin gəncliyi gec başlayıbsa o ağlına görə qocalır.”

Fransız xalqının böyük yazıçısı və filosofu, Nobel mükafatı laureatı Kamyu Alber kimi mən də ətrafımdan və umduğum insanlardan verə biləcəklərindən çox şeyi:dostluqda səmimiliyi və əvəzi ödənilməyən münasibəti, heç nə ummadan verilən vədlərə sədaqəti və ciddiliyi istəmişəm. İndi isə zaman dəyişib. Onlardan imkanlarının həddindən az tələb etməyi öyrənsəm də susub yanlarında durmağı xoşlayıram. Qarşılıqlı münasibətə xələl gəlməsin deyə ehtiyac duyduqlarım barədə onlara bir söz demirəm... Onların mənə qarşı hisslərinə və dostluq xətalarına da Xalıqin neməti kimi baxıram. Möcüzədir, elə deyilmi?!

70 yaşım qocalığımın gəncliyi və gəncliyimin varisidir. Onun pişvazına onbir aydır ki, çıxmışam. Xoş gördük səni, cavanlığımın varisi! Xoş gəldin. 80-cı illərimlə qərəzin yoxdursa, tut əlimdən, birlikdə gedək səksənə sarı. Səninlə ürəkli olaram... Birdən 8-ci onluq məni qəbul etmədi?.. 70 il ərzində bircə an da olsa gəncliyimi unutmadım. Onunla yaşadım... Onun sorağındayam... Qocaldıqca tez-tez gəncliyimi düşünürəm. Geriyə dönməyə şans yox. Qocalıq “ov”unu hələ heç kimə güzəştə getməyib. Bu da Anakondanın başqa növüdür-deyərdim.

Bəzən saçın da ağarması yalançı olur. Zahiri görünüş qocalığa dəlalət etməz. Ruhun cavandırsa mənən də cavansan.

Qədim Yunan filosofu Siseron yazıb ki,işsizlik və tənbəllik qədər qocalığı sürətləndirən zəruri amillər yoxdur. Doğrudan da belədir. Qocalığı doğuran amillərin hər biri işsizlikdən və tənbəllikdən başlayır. Həzər o gündən.

Nə vaxtsa Leonardo da Vinçidən oxumuşdum: “Gəncliyində elə davran və elə hərəkət et ki, qocalığın azuqəsiz qalmasın. Başa düşməlisən ki, qocalığın azuqəsi müdriklikdir. Bunu isə gənclik illərində qazanmaq mümkündür. Əks təqdirdə bihudə keçirtdiyin gənclik illəri qocalığına ciddi ziyan vura bilər. Ziyanı ödəməksə çox çətindir.”

Necə deyərlər, gənclikdə nə əkəcəksənsə, onu da qocalıqda biçməli olacaqsan. Hikmətə baxın. Gəncliyində səpilən toxum qocalıqda bitərmiş. Nə bitəcəyini də Allah bilir.

Sonda:Bədənin zamanın zərbələrindən zəifləyən,əllərin və ayaqların taqətdən düşdüyü bir vaxtda ağıl və yaddaş da korşalır, dil tutulur. Nə dediyin anlaşılmır... Keçmişinə qənim kəsilən qocalıq belə gəlir... Sərəncamında olmayan ayın günlərini saymağın nə mənası? Geriyə baxanda illər üstümə qar kimi tökülür. Yaddaşım köməyimə gəlir, o xoşbəxt anları yaşamalı oluram...

Uşaqlıqdan yorulub böyüməyə tələsdim. Böyüyüb uşaqlıq-şıltaqlıq illərimə qayıtmaq istədim. Güzəranım yaxşı keçsin deyə çox çalışdım, sağlamlığımı və vaxtımı itirdim. Sonra qazandıqlarım sağlamlığımı bərpa etməyə və ötən günlərimi qaytarmağa yaramadı. Həyacanla gələcəyim haqda düşünməyə başladım. Ayılanda çox şeyin arxada qaldığını görəndə “Ah”-dedim. Elə bilirdim ki, hər şey ötdüyü kimi, qocalıq da keçib gedəcək...

Allahdan səksənə möhlət almaq arzusu ilə...

Şəmsəddin Əliyev , Hüquqşünas-publisis

Çəkdiyi selfi ilə 99 illik həbsdən qurtuldu - MARAQLI
Fransa Qarabağ separatçılarına qucaq açan tək həmsədr dövlət deyil...
“Rafiq Tağı istəyirdi ki, ədəbi mühitdə bir sensassiya yaratsın...”
Bütün Rusiya AYAĞA QALXDI: Nurməhəmmədovdan İBRƏTAMİZ TƏKLİF...
“Amerikada insan hüquqları təkcə qanun deyil, həm də bir mədəniyyətdir”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Vətəndaşın ödəniş qabliyyəti yoxdursa, borc silinməlidir”
Cəmiyyət
“Mənim hoppanıb-düşənlərlə mövqeyim düz gəlmir axı”
Dünya
İrəvan dövriyyəyə yeni pul vahidləri çıxarır: İqtisadi iflasın rəsmi təsdiqi!
Cəmiyyət
“Azərbaycan bu məsələdə ABŞ-ı belə qabaqlayıb”
Araşdırma
Çəmənzəminlinin gizli qalan daha bir imzası- Ondan niyə xəbərsizik?
Həftənin ən çox oxunanları
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
“İsmət Qayıbov vertolyota minəndə Tamerlan Qarayev TƏKİDLƏ ONA DEYİB Kİ...”
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
Ərdoğan yarım milyard dollarlıq ikimərtəbəli təyyarəsi ilə ilk dəfə uçdu - FOTO
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə