Xəbər lenti
22/11/2018 [14:25]:
Başına 15 sm-lik bıçaq sancıldı, möcüzəvi şəkildə sağ qaldı - FOTO
22/11/2018 [14:17]:
Azərbaycanda turizm polisinin yaradılması təklif edilir
22/11/2018 [14:15]:
Perl-Harbora hucumda sağ qalmış sonuncu veteran 106 yaşında vəfat etdi
22/11/2018 [14:10]:
"Moskva Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayır" -Mariya Zaxarova
22/11/2018 [14:00]:
"Azərbaycanın bu cür tədbirlərdə iştirakı vacibdir"
22/11/2018 [13:59]:
​"Zəmanə uşaqları", yoxsa tərbiyədə qüsur? - ARAŞDIRMA
22/11/2018 [13:56]:
Biznesmen Toğrul Tağıyev Moskvada güllələndi
22/11/2018 [13:52]:
Gündə 7 kiloqram ət yeyən it avtomobil qiymətinə satılacaq - MARAQLI
22/11/2018 [13:45]:
Cavanşir Quliyevin doğum günüdür...
22/11/2018 [13:41]:
Vüsalə Əlizadə həkimi ilə fotosunu paylaşdı...
22/11/2018 [13:38]:
İki qızıl, iki gümüş, bir bürünc... - FOTOLAR
22/11/2018 [13:34]:
"Milli ideologiya hər bir xalqın özününküləşməyən daşınmaz sərvətidir"
22/11/2018 [13:32]:
“Düşməni danışıqlara vadar etmək üçün yalnız silah təchizatı kifayət deyil”
22/11/2018 [13:29]:
İlham Əliyevdən ədliyyə işçiləri və hakimlərə TƏBRİK
22/11/2018 [13:25]:
6 aylıq körpəni öldürən 10 yaşlı qız hakim qarşısına çıxarıldı - FOTO
22/11/2018 [13:20]:
"Hökumətdəkilər yalançıdır, xalqdan istifadə edirlər, ancaq ciblərini doldururlar" - Partiya sədrindən ittiham
22/11/2018 [13:17]:
Qurban Qurbanova açıq suallar: İki komandaya eyni vaxtda...
22/11/2018 [13:05]:
Sürücülərə daha bir bəd xəbər – Babək prospektində körpüyə giriş bağlanır
22/11/2018 [13:03]:
Üzərindən qatar keçdi, burnu belə qanamadı - AĞLASIĞMAZ....+ VİDEO
22/11/2018 [13:01]:
“Sığorta şirkətlərinin bu cür fəaliyyəti bir o qədər də liberal tənzimləmə deyil”
22/11/2018 [13:00]:
Prezidentlər birgə bəyanatla çıxış etdilər
22/11/2018 [12:59]:
305 metadon həbi dövriyyədən çıxarıldı - 1 qadın həbs edildi
22/11/2018 [12:57]:
Sabahın hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
22/11/2018 [12:56]:
Azərbaycan-Türkmənistan sənədləri imzalandı
22/11/2018 [12:54]:
Qarabağ Komitəsi ABŞ və Fransa səfirlərinə müraciət etdi
22/11/2018 [12:53]:
Hacı İbrahimin qardaşının aldatdığı şəxslərin adları açıqlanıb - SİYAHI
22/11/2018 [12:35]:
Aİİ-nin tələbələri isveçrəli alim ilə görüşdü
22/11/2018 [12:28]:
"Azərbaycandan əxz edə biləcəyimiz də çox şey var..." -Ali Radanın komitə sədri
22/11/2018 [12:23]:
Bakıda avtobusda seksual manyak peyda oldu: Qadınların yanında cinsi orqanını çıxarıb... - VİDEO +18
22/11/2018 [12:15]:
Nazirlik bağlatdırmaq istədiyi restoranların adlarını açıqladı - SİYAHI
22/11/2018 [12:13]:
Sərnişinlər üçün çətir quraşdırılır - Bakı Metropolitenindən yenilik
22/11/2018 [12:09]:
Moskvada azərbaycanlıların iş icazəsi alma rüsumu ARTIRILDI
22/11/2018 [12:06]:
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov geniş tərkibdə görüşdülər
22/11/2018 [12:00]:
BP-nin vitse prezidenti ADNSU-da seminar keçdi
22/11/2018 [11:54]:
Direktorluğa namizədlərin ən çox “ilişdiyi” suallar hansıdır? – Ekspert “komissiya sirlərini” açdı
22/11/2018 [11:52]:
“Ailələr bu yolla uşaqlarının zərərli infomasiyadan qoruya biləcəklər”
22/11/2018 [11:48]:
Amerika hərbi təyyarəçisi müsəlman oldu və saqqal buraxdı - MARAQLI... + FOTO
22/11/2018 [11:48]:
“Şəhid varisini incitmək heç kəsə hörmət gətirməz!” - Deputat, şəhid xanımı və Milli Qəhrəman
22/11/2018 [11:48]:
Bakıda daha bir avtobus qəzsı - Yaralılar var
22/11/2018 [11:46]:
Bakıda və Abşeronda yağıntının miqdarı 6 mm-ə çatdı...
22/11/2018 [11:42]:
Azərbaycan və Türkmənistan prezidentləri təkbətək görüşdülər -FOTOLAR
22/11/2018 [11:36]:
Suriya ermənilərinə Ermənistan pasportları paylanılır...
22/11/2018 [11:30]:
Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ
22/11/2018 [11:14]:
Göbəyi açıq geyindiyi üçün arvadını döydü, sonra... - Bakıda dəhşətli qətl
22/11/2018 [11:05]:
İlin sonuna qədər 2800 köçkün ailəsinə mənzillər veriləcək
22/11/2018 [10:56]:
“Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki...”
22/11/2018 [10:54]:
Azərbaycanlı ifaçılar Amerikada musiqi yarışmasının qalib oldular
22/11/2018 [10:48]:
“Müəllimlərə və valideynlərə müraciət edib deyəcəm ki...” - Ağsaqqal məsləhəti...
22/11/2018 [10:42]:
Aygün Kazımova yenə heyran etdi - FOTOLAR
22/11/2018 [10:40]:
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 100 il ötür
22/11/2018 [10:37]:
Amerikanın azərbaycanlı cərrahının ömür hekayəsi...
22/11/2018 [10:34]:
İlam Əliyevin Aşqabadda rəsmi qarşılanma mərasimi oldu
22/11/2018 [10:27]:
Türkiyənin ədliyyə naziri Azərbaycana səfərə gəlib
22/11/2018 [10:27]:
UNEC-in gənc müəllimi “Bakı Ekspo 2025” elmi məqalə müsabiqəsinin qalibi oldu
22/11/2018 [10:25]:
"Xanoba" gömrük postunda spirtli içkilər və mobil telefonlar aşkarlandı...
22/11/2018 [10:24]:
Məhəmməd ibn Salman Xaşukçiya görə vəliəhdlikdən qovulacaq? - RƏSMİ AÇIQLAMA
22/11/2018 [10:21]:
Efir təlxəkləri - Seymur Verdizadə yazır...
22/11/2018 [10:20]:
Gödəkçənin cibindən marixuana çıxdı...
22/11/2018 [10:14]:
Namaz – İmanla küfr arasında sərhəddir - İBRƏTAMİZ...
22/11/2018 [10:11]:
“Azərişığ”ın işçiləri qəzaya düşdü: ölən və yaralananlar var
22/11/2018 [10:01]:
"Allah şans verdi ki, insanlardan ölüm xofunu götürüm” -Xərçəngdən əziyyət çəkən aparıcı
22/11/2018 [10:01]:
Eldar Əzizov baş direktora şiddətli töhmət verdi...
22/11/2018 [09:49]:
"ABŞ-ın maraqları səudiyyəlilərin cəzalandırılmasından daha üstündür": Sem dayı...
22/11/2018 [09:46]:
Pis əhval-ruhiyyəyə qalib gəlməyin 10 yolu...
22/11/2018 [09:38]:
Dünya ölkələrindəki çılğın futbol fanatları: QADIN AZARKEŞLƏR...
22/11/2018 [09:37]:
Sərhəddə, hava və dəniz limanlarında, dəmiryolu vağzallrında notariat sənədlərin əldə edilməsi mümkün olacaq
22/11/2018 [09:31]:
Rektordan gənclərə daha 10 TÖVSİYƏ ...
22/11/2018 [09:29]:
Nüsrət Qasımov: “Gəncədəki partlayış təxribat ola bilməz”
22/11/2018 [09:28]:
Nazir: “Cəzaçəkmə müəssisələrində ölüm hadisələri 40 faiz azalıb”
22/11/2018 [09:22]:
Ermənistanda Aprel döyüşlərinin iştirakçıları hökumətə qarşı... -FOTOLAR
22/11/2018 [09:19]:
Vasif Talıbov kəndə səfər edib - FOTOLAR
22/11/2018 [09:18]:
İşğalçı orduda anarxiya - Paşinyanın oğlu yemək tapmır, atası isə...
22/11/2018 [09:18]:
Azərbaycanda kimlərin kredit borcu silinə bilər?
22/11/2018 [09:09]:
91 yaşlı jurnalist: “Ürəyimdə bir vətən nisgili var” - Əli İldırımoğlu kəndindən DANIŞIR + FOTOLAR
22/11/2018 [09:09]:
Peyğəmbərimizin(s) mövludu günündə doğulmuş körpələrə 100 min verildi - İbrətamiz...
22/11/2018 [09:05]:
Böyrəyini satmaq istəyən azərbaycanlılar...
22/11/2018 [09:03]:
Manat və dollar bu gün neçəyədir?
22/11/2018 [00:21]:
“Məhkəmə təminatı olmayan biznesi 0%-lik vergi belə irəli apara bilməz”
22/11/2018 [00:05]:
Mütəxəsislərdən xəbərdarlıq: Zəlzələyə hazır olun
21/11/2018 [23:21]:
On ayda Gömrük Komitəsinə 1,9 milyon elektron müraciət daxil olub
Bütün arxiv bir sırada
03/09/2018 [20:58] - Ədəbiyyat - ( 955 dəfə baxılıb)

Tanınmış yazıçının "Naməlum adam”ı...



Bu günlərdə "Qanun” nəşriyyatında yazıçı Aləm Kəngərlinin hekayələr və eyniadlı povestdən ibarət "Naməlum adam” kitabı işıq üzü görüb. Əsəd Cahangirin təqdimatı ilə kitabdan "Ehsan” hekayəsini və hekayə haqqında təhlil məqaləsini təqdim edirik: 

Aləm Kəngərlinin "Ehsan” hekayəsində müsəlman mentaliteti üçün səciyyəvi olmayan qeyri-adi olaydan söz gedir – Maisin ehsanına gələn olmur. Bu durum insanın törətdiyi əməllərə görə aldığı layiqli cəza kimi mənalanır. Lakin cəzalandırma bununla bitmir, bu az imiş kimi üstəlik də ehsan itə qismət olur. Bu məsələnin görünən, sosioloji tərəfidir.
  Alabaş obrazının hekayəyə daxil edilməsi sadəcə ibrətamiz final naminə deyil. Yamanlıqda ad çıxaran  çoban itindən törəmiş Alabaş adam arasında böyüdüyündən sivil ev heyvanına çevrilib. Maisin oğlu Dilavər isə eynən atası kimi "adam olmaq istəmir ki, istəmir”. Hekayənin ikinci ideyası Darvinin təkamül təlimini həm inkar, həm də təsdiq edən bu bioloji paradoksla bağlıdır.
   Harda ziddiyyətlər ortaq məxrəcə gəlir və paradoks doğulursa, orda reallıq bitir və mistika başlayır. Bu üzdən hekayənin üçüncü ideya planı mistik qata gedib çıxır. Göyüş kişi səhər-səhər Alabaşın hay-küyünə oyanır və itin bu hərəkəti nəsə məşum bir şeydən xəbər verir. Hadisə, doğrudan da, baş verir – aydınlaşır ki, qonşu Mais gecəylə canını tapşırıb. Heç kəsə səsini çıxarmayan Alabaş atasının ölüm xəbərini gətirən Dilavərə cumur və bu, günün ikinci qəribə hadisəsi olur. Nəhayət, Maisin ehsanının itə qismət olması mistik qatdan  reallığa sızan üçüncü işarə olur.
 
 
 

   "Ehsan”ın altyapısında həyat-ölüm, dünya-axirət modeli durur. Bu iki əks qütb arasında mediator isə ehsandır. Ehsan zamanı edilən dualar mərhumun ruhunun axirətə keçməsinə mənəvi dəstəkdir. Kənd camaatının Maisin ehsanına gəlməməsi onu axirətə gedən yolda bu dəstəkdən məhrum edir. Ehsanın itə qismət olması isə yolun ümumən kəsilməsinə işarədir. Alabaş qədim Misir mifindəki Anubis, yaxud yunan mifindəki Serber adlı qorxunc köpək kimi axirətin qapısı ağzında durub, mərhumun ruhunu içəri buraxmır. Pis əməl sahibi öz ölümü ilə təkcə dünyasını yox, həm də axirətini itirir. 

  Əsəd Cahangir
 
  Ehsan
 
  Payızın üz qarsalayan sazaqlı günləri arxada qalmaqda idi. Saat təqribən beş olardı. Bir azdan dan yeri qızaracaq, kənd-kəsək gözünü ovuşdura-ovuşdura yuxudan ayılacaqdı... 
  Göyüş kişi Alabaşın gur səsinə yuxudan oyandı. Gecələri yuvasında rahat yatıb səsini çıxarmayan, heç nəyə məhəl qoymayan itin birdən-birə belə hay-küy salması Göyüş kişini çox təəccübləndirdi. Yaşlanıb hey­dən düşmüş, ömrünü bu həyətin keşiyini çəkməklə başa vurmağa hazırlaşan Alabaş gündə üç dəfə yalını yeyib yatar, cınqırını belə çıxarmazdı.
  Kənddə kimə desəydin ki, Alabaş Saymazın balasıdır, heç kim inanmazdı. Çünki Saymaz sağlığında elə bir ad çıxarmışdı ki, indi də xatirələrdə yaşayırdı. Hələm-hələm it onun qabağına çıxa bilməzdi. Çıxsa da, zingiltisi kəndi bürüyərdi. Dəfələrlə olmuşdu ki, qonşu kəndlərdən gəlib mərc ilə it boğuşduranları da Saymaz kor-peşman yola salmışdı. Kəndin qoyun sürüsünü çox vaxt təkbaşına qorumuşdu, qurda-quşa yem eləməmişdi. Odur ki, Göyüş kişi zirəklik edib hələ Alabaş anasının qarnında olanda onu behləmiş, çoban Bayram da kişi kimi söz vermişdi ki, Saymazın bir balası onunkudur. Elə də olmuşdu. Saymaz balalayanda hər gün göz-qulaqda olan Göyüş kişi özünü hamıdan qabaq yetirmiş və küçüyün birini götürüb aradan çıxmışdı. Alabaş böyüməyinə böyümüşdü, amma Saymaza çəkməmişdi... Alabaşa pis baxılmamış, ağzı yeməyə çatana kimi qoyun südü ilə bəslənmişdi. Anasından fərqli olaraq o, çöldə-bayırda böyüməmişdi, həyətdən qırağa çıxmamış, canavarlarla üz-üzə gəlməmişdi. Bir tikə çörəyə qane olaraq zəncirli taleyi ilə barışmışdı. Qarşısına hansısa bir it çıxsa, yəqin ki, quyruq bulayar, yaltaqlanar, boğuşmaqdan imtina edərdi.
  Əkin-biçinə ziyan vurmasın deyə, Göyüş kişi Alabaşı ilin üç fəsli zəncirdə saxlayar, yalnız qış gecələri açıb buraxardı. Alabaş hər il havaların soyumasını və həyət azadlığını böyük səbirsizliklə gözləyərdi. Göyüş kişi hər dəfə zənciri açmaq üçün ona yaxınlaşanda it sevincindən qabaq ayaqlarını yerə döyər, quyruq bulayar, tullanıb-düşərdi. Alabaşın şıltaq hərəkətlərinə tamaşa edəndə istər-istəməz adamın könlü açılardı.
  …Həyətə kənar şəxs gələndə yalandan iki ağız "hav” eləyib səsini kəsən itin indi susmaması Göyüş kişini çaşdırdı. Fikirləşdi ki, yəqin, həyətə tülkü girib. Çünki Alabaşın qeyrətə gəlib birdən-birə belə "tufan” qoparması görünməmiş hal idi. 
  Göyüş kişi hər gün səhər tezdən durub tövləyə baş çəkər, arvadı çay hazırlığı görənə qədər həyətdəki xırda-para işləri görərdi. Alabaşın dayanmadan hürməsi onu bu gün yataqdan tez qaldırdı. Köhnə pencəyini çiyninə atıb tuman-köynəkdə həyətə çıxdı. Hasar qapısının arxasından Mais kişinin oğlu Dilavərin səsi gəlirdi:
  – Qonşu! Ay qonşu!
  Dilavər üz-gözündən zəhrimar yağan, adamlıqdan kənar, işi-gücü olmayan, avaranın birisi idi. Üstəlik, fırıldaqçı və dələduz kimi də ad çıxarmışdı. Bu adam yağlı vədlərlə təkcə uşaqları deyil, hətta böyükləri belə, aldadıb pullarını ələ keçirərdi. O gün olmazdı ki, qapılarına şikayətə gəlməsinlər. Bir-iki dəfə kənd cavanları onu möhkəmcə əzişdirsələr də, xeyri olmamışdı. Adam olmaq istəmirdi ki, istəmirdi. Kənddə heç kim onunla münasibət qurmazdı. Elə Göyüş kişinin də iti-qurdu görməyə gözü var idi, Dilavəri yox. Odur ki, onunla üz-üzə gələndə ya yolunu dəyişər, ya da salam-kəlamsız yanından ötüb keçərdi.
 
 
 

  Dilavər istər sifət quruluşuna, istərsə də xasiyyətinə görə atası ilə birə-bir eyni idi. Mais kişi 27 yaşda nə idisə, Dilavər də indi o idi. Elə bil o getmişdi, yerində bu bitmişdi. Mais kişinin kənd adamları arasında hörmət sahibi olmaması, daima ara qarışdırması, çuğulluq etməsi, ev yıxmağa meylli olması bütünlüklə oğul balasına keçmişdi.
Görünür, Alabaş da Dilavərin yaramaz adam olduğunu hiss etdiyindən dayanmadan hürürdü. Göyüş kişinin düşməni həyətə gəlsəydi, bəlkə də, səsini çıxarmazdı. Ancaq indi dişlərini qıcayıb Dilavərə tərəf elə dartınırdı ki, deyirdin, bəs ya zəncir qırılacaq, ya da zəncir bağlanan mıx yerindən çıxacaq. Qonşular belə, bu mənzərəni görsəydi, heyrətlənər, gözlərinə inanmazdılar.
  Göyüş kişi itə acıqlanıb susdurdu. Sonra yaxınlaşıb yavaşca qapını açdı. Bir söz demədən Dilavərin üzünə baxdı. Belə erkən nə üçün gəldiyinə cavab istədi. Dilavər titrək səslə dedi:
  – Göyüş əmi, atam öldü.
  Kişi duruxsa da, cavabı çox yubatmadı:
  – Yaxşı, get, gəlirəm.
 gedən kimi it yuvasına çəkildi. Kişi evə girib arvadını yavaşca dümsüklədi:
  – Dur, Xalidə. Bəsdir yatdın.
Arvadı özünə gəlib soruşdu:
  – A kişi, nə tez durmusan? Olmaya yuxunu qatışdırmısan?
  – Yox, Alabaş oyatdı. Mais rəhmətə gedib, – deyə kişi cavab verdi.
  – Pah, böyük şey olub. Ölüb ölüb də. Sənə nə? Onlar ki xeyrə-şərə yarayan adam deyillər. Yadındamı, Azərin qəbrini qazmağa çağırdılar, iki kişidən biri gəlmədi?
Göyüş kişi haqlı sözə hökmlə cavab verdi: 
  – Yaxşı, yaxşı! Az danış. Hamı eyni cür ola bilməz ki. Hərənin öz adı var.
  – Onda heç olmasa bir stəkan çay iç, get, – arvadı canıyananlıq etdi.
 – Yox, yox. Çay qaçmır ki. Yubanmayım, ayıbdır. Camaat adama nə deyər? Sən heyvanları çölə ötürüb toyuqların dənini verərsən. Mən külüngü götürüm, gedim. 
  Göyüş kişi qonşunun həyətinə girəndə ağlaşma səsi eşitmədi. Sonra külüngü bayıra qoyub evə girdi. Mais kişinin cəsədi dəmir çarpayının üstündə idi. Qızı atasının böyründə oturub sakitcə göz yaşı tökürdü. Dilavər və anası Gülzar arvad isə yerdən əyləşib mızıldansalar da, yanaqları qupquru idi. 
  Əslində, Mais kişi uzun müddət yataq xəstəsi olduğundan evdəkiləri bezdirmiş, canlarını boğaza yığmışdı. Mais kişi ölümü ilə özünü işgəncə və ağrılardan qurtarmaqla bərabər, şirin yuxuya həsrət qalan ailə üzvlərinin canına da bir rahatlıq gətirəcəkdi. Görünür, ona görə də evdəkilər hay-həşir salmaqda həvəsli görünmürdülər. Gəlin isə ümumiyyətlə, ağlamır, yüyü­rərək yan-yörəyə əl gəzdirir, evdə səliqə-sahman yaradırdı. Sağlığında qayınatasının qulluğunda dursa da, altına qab aparmağı Dilavər ona yasaq eləmişdi. 
  – Camaata demisiz? – Göyüş kişi Dilavərdən soruşdu.
  – Hə. Qohum-qonşuların hamısı bilir, – deyə Mais kişinin qızı Çiçək cavab verdi. 
  Çiçək salamlı-kəlamlı, mehriban, gülərüz bir qız idi. Hamı da xətrini çox istəyirdi. Elə bil heç bu evin uşağı deyildi. Ərə getməsə də, istəyəni yetərincə idi. Di gəl ki, el qınağından çəkinib bir nəfər də bu qapıya elçi göndərməzdi. 
  Çiçəkdən fərqli olaraq, anası Gülzar arvad tam başqa bir adam idi. O, heç kimlə get-gəl eləməz, kəlmə kəsməz, bütün günü evə qapanıb oturardı. Bilmək olmurdu ki, qaşqabağının açılmamasına səbəb nədir: əri ilə oğlunun bəd xasiyyəti, yoxsa günü-gündən yaşlanan qızının evdə qalması. Oturub-durduğu bir nəfər yox idi ki, dərdindən xəbər versin. Gülzar arvad haqqında hərə öz fərziyyəsini dilə gətirərdi. Əsl həqiqətdə isə həyatdan küskünlüyü­nün əsas səbəbini özündən və Allahdan başqa heç kim bilmirdi. Bəlkə, bilsəydi, bir də indicə dünyasını dəyişən əri bilərdi. O da ki bildiyini özü ilə goruna aparacaqdı.
  Aradan xeyli vaxt keçmişdi. Hava işıqlansa da, qonşulardan, kənd adamlarından qapını açıb içəri girən yox idi. Bayaqdan taxta kətildə oturub gözləyən Göyüş kişi vəziyyəti başa düşüb Dilavərə dedi:
  – Gecdir, beli götür, gedək. Mən külüng gətirmişəm.
  Birlikdə iki nəfər üz tutdular qəbiristana. Dilavər beli əlində tutsa da, külüng ağır olduğu üçün Göyüş kişi onu çiyninə atmışdı. Dilavər elə şeyləri başa düşən deyildi ki, külüngü kişidən alıb, beli ona versin. Elə bil onun deyil, Göyüş kişinin atasının qəbrini qazmağa gedirdilər. Əslində, bu çətin işdə 75 yaşlı Göyüş kişiyə heç bir rol yaraşmırdı. Necə deyərlər, canı sulu olsa da, yaş öz sözünü deyirdi.
  Gəlib qəbiristana çatdılar. Göyüş kişi Dilavərin babasının məzarına işarə edib dedi:
  – Allah rəhmət eləsin, bunu da biz qazmışdıq.
  Sonra onun böyründəki boş yeri göstərib:
  – Burdan qazacağıq, – dedi.
  Torpağın üst qatını bel ilə götürüb kənara atır, bərkə çıxan yerləri külünglə yumşaldırdılar. Bu minvalla bir az qazmışdılar ki, beş-altı adamın əllərində bel onlara tərəf gəldiyini gördülər. Dilavər bilmədi, sevincindən nə etsin. Qarnına sancı dolmuşdu ki, qəbri axşama kimi qazıb qurtara bilməyəcəklər. Sən demə, camaat səhər mal-heyvanı çölə ötürməyə çıxanda xəbər tutub ki, qəbir qazmağa qonşulardan təkcə Göyüş kişi gedib. Sabah ağsaqqalın üzünə baxa bilsinlər deyə, yığışıblar ki, onun köməyinə getsinlər.
  Qəbri hazırlayıb meyiti gətirmək üçün birlikdə geri döndülər. Həyətdə Dilavərin qayınatası, Mais kişinin küsülü olduğu böyük qardaşı və bir də kənd mollası Mir Tofiq ağa meyiti kəfənləyib onları gözləyirdi. Qəssab Yaqub həm də aşpazlıq etdiyindən ocaq qalayıb ət dolu qazanı üstünə qoymuşdu ki, ehsan günortaya hazır olsun.
  Tabutu çiyinlərinə alıb səssiz-səmirsiz yola düzəl­dilər. Xəstəlik Mais kişini əridib "çöp”ə döndərdiyindən tabut ağır deyildi.
  Mərhumu dəfn etdikdən sonra molla dedi ki, ölü sa­hibləri onları bu ağır məqamda tək qoymadığınıza görə sizə təşəkkür edir. Hər birinizdən zəhmətinizi halal etməyi və günorta ehsan süfrəsinə təşrif buyurmağınızı xahiş edir. Qonşular bir ağızdan "halal xoşu olsun” dedilər. Sonra isə gəldikləri kimi də dinməz-söyləməz geri qayıtdılar. Üst-başını qaydaya salmaq üçün hərə öz evinə getdi.
  Ehsan vaxtında hazır olsa da, günorta yeməyə gələn olmadı. 
  Axşama yaxın Dilavərin arvadı əlində bir qab ye­məklə Göyüş kişigilə gəldi. Qabı Xalidə arvada uzadıb dedi:
  – Ehsandı. Xahiş edirəm, götürün. Qabı sonra qaytararsınız. 
  Xalidə arvad tərəddüd içərisində bir söz demədən ehsanı aldı. Sonra fikirli halda qabı tut ağacının göv­dəsindəki oyuq yerə qoyub toyuqlara yem gətirmək üçün təndirəsərə getdi. Geri qayıdanda gözlərinə inanmadı. İt dartınaraq ayağı ilə ağacdan yerə saldığı ehsana elə daraşmışdı ki, sanki uzun müddət ac saxlanılmışdı.
  ...Alabaş indiyə kimi belə dadlı yemək yediyini xatırlamırdı.

Başına 15 sm-lik bıçaq sancıldı, möcüzəvi şəkildə sağ qaldı - FOTO
Gündə 7 kiloqram ət yeyən it avtomobil qiymətinə satılacaq - MARAQLI
6 aylıq körpəni öldürən 10 yaşlı qız hakim qarşısına çıxarıldı - FOTO
Üzərindən qatar keçdi, burnu belə qanamadı - AĞLASIĞMAZ....+ VİDEO
Namaz – İmanla küfr arasında sərhəddir - İBRƏTAMİZ...
Ədliyyə: 1918-2018
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Şou-biznes
Vüsalə Əlizadə həkimi ilə fotosunu paylaşdı...
Araşdırma
Dünya ölkələrindəki çılğın futbol fanatları: QADIN AZARKEŞLƏR...
Müsahibə
“Məhkəmə təminatı olmayan biznesi 0%-lik vergi belə irəli apara bilməz”
Dünya
İnəklərin buynuzunu xilas etmək üçün bu ölkədə referendum keçiriləcək - MARAQLI
Maraqlı
Fillər “Yerin də qulağı var” deyiminin doğru olduğunu "sübut etdilər"...
Həftənin ən çox oxunanları
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
“İsmət Qayıbov vertolyota minəndə Tamerlan Qarayev TƏKİDLƏ ONA DEYİB Kİ...”
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
Bütün Rusiya AYAĞA QALXDI: Nurməhəmmədovdan İBRƏTAMİZ TƏKLİF...
"Abel Məhərrəmovdan sonra islahatçı rektor təyinatı BDU-nu daha tez böhrandan çıxara bilər"
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
Lüks hoteldə qeydə alınan görüntülər ölkəni ayağa qaldırdı - FOTO+VİDEO
“Bizim sevgimiz də, nifrətimiz də, dostluğumuz da, düşmənliyimiz də kişi kimi olub”
"Ölkədən 4 milyard oğurlamış Fazil xəstəliyə saldığı şairin xərclərini niyə ödəməsin ki?"
İspan şərabı, Kataloniya presedenti, biznesmen diplomata möhtac Qarabağ dərdi...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə