Hansı qidalar xərçəngin inkişafına səbəb ola bilər?
3567
12 Mar 2025 | 08:37

Hansı qidalar xərçəngin inkişafına səbəb ola bilər?

Vaxtı ötmüş və acı tam verən qidaların qəbul edilməsi xərçəng xəstəliyinin inkişafına səbəb ola bilər. 

Bizim.Media  xəbər verir ki, bu barədə "Grow Food"un baş texnoloqu, qidalanma üzrə rusiyalı mütəxəssis Svetlana Qertle-Zaqorskaya "Gazeta.Ru"ya müsahibəsində danışıb. 

"Vaxtı ötmüş və acı tam verən qidaları yemək olmaz. Əgər yağ və ya qoz-fındıq xoşagəlməz qoxu və dad verirsə, bu, məhsulun kimyəvi dəyişikliklərə məruz qaldığına dair bir siqnaldır ki, bu da sağlamlıq üçün potensial təhlükə deməkdir. Acı tam oksigen, işıq, nəmlik və istiliyin təsiri altında baş verən yağların oksidləşməsi prosesidir. Oksidləşmə nəticəsində məhsullarda sərbəst radikallar əmələ gəlir ki, bu da orqanizmin hüceyrələrini məhv edir, iltihabi proseslərə səbəb olur və ciddi xəstəliklərə yol aça bilər", - deyə mütəxəssis bildirib. 

Onun sözlərinə görə, vaxtı ötmüş və acı tam verən qidalar zəhərlənməyə səbəb ola bilər. Belə məhsulların tərkibində zəhərli maddələr var ki, bu da ürəkbulanma, qusma, ishal, başağrısı və digər xoşagəlməz simptomlar yarada bilər. 

"Onlar həmçinin allergik reaksiyalara və xroniki xəstəliklərə də gətirib çıxara bilər. Acı tam verən qidaların davamlı istifadəsi xərçəng, ürək-damar və qaraciyər xəstəlikləri kimi xroniki xəstəliklərə səbəb ola bilər", - deyə mütəxəssis qeyd edib. (Oxu.az) 

Bizim.Media 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər