Xəbər lenti
20/09/2018 [21:09]:
Deputatdan Meriyaya ciddi İTTİHAM - Yığılan pullar kimlərin cibinə AXIR?..
20/09/2018 [21:08]:
İlyas İsmayılovun qətlə yetirilən oğlu ilə vida mərasimi keçirildi
20/09/2018 [20:47]:
Avropa Birliyi “Facebook”a ultimatum irəli sürdü
20/09/2018 [20:16]:
“Google” Türkiyəyə 15 milyon dollar ödəyəcək
20/09/2018 [20:03]:
Qarabağ azad edilsə, rayonlarda iş olsa... - Bakı da tıxaclardan azad olacaq...
20/09/2018 [19:54]:
Etimad İsmayılovu qətlə yetirən danışdı - Təfərrüat
20/09/2018 [19:40]:
Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - İLK DƏFƏ
20/09/2018 [19:37]:
Bakıda dəhşətli yol qəzası - 4 nəfər öldü
20/09/2018 [19:06]:
Sabah bu qəsəbələrdə su olmayacaq
20/09/2018 [19:04]:
Birinci vitse-prezident NATO baş katibinin müavinini qəbul etdi - FOTOLAR
20/09/2018 [19:00]:
Elnur Məmmədlinin qohumu medalın bir addımlığında uduzdu
20/09/2018 [18:59]:
Şəhriyar Məmmədyarov ata oldu – FOTO
20/09/2018 [18:35]:
“Mən rüşvətxor məmurlara qarşı mübarizə aparanda ağız-burun əyirlər...”
20/09/2018 [18:34]:
İstanbulda Azərbaycan məktəbi dərslərə belə başladı- VİDEO
20/09/2018 [18:13]:
Arvadını boğan ər hakim qarşısında - Başqa kişi ilə mesajlaşırmış...
20/09/2018 [18:09]:
Prezident NATO baş katibinin müavinini qəbul edib
20/09/2018 [17:52]:
“DTX-nın bu addımı erməni terrorizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir”
20/09/2018 [17:48]:
Yeni açılan məktəbdə sıxlıq yarandı - Şagirdlər dərsə gedə bilmir
20/09/2018 [17:43]:
Medvedev çətin illərlə bağlı xəbərdarlıq etdi
20/09/2018 [17:02]:
Etimad İsmayılov sabah Nardaranda dəfn olunacaq
20/09/2018 [17:00]:
Heç vaxt xərçəng olmayan türk tayfasının sirri - FOTOLAR
20/09/2018 [16:58]:
Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi
20/09/2018 [16:48]:
Tramp Paşinyanla görüşməyəcək
20/09/2018 [16:45]:
Merkel və Putin Suriyanı müzakirə edib
20/09/2018 [16:45]:
“Cəhalətin qarşısını yalnız elmlə, savadla almaq olar”
20/09/2018 [16:14]:
Azərbaycan XİN ATƏT-ə çağırış etdi
20/09/2018 [16:12]:
Ronaldunun bacısı: " Qardaşımı məhv etmək istəyirlər"
20/09/2018 [15:50]:
ADPU-nun Filologiya fakültəsinə yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüş keçirildi
20/09/2018 [15:45]:
Güləşçimiz erməni üzərində qələbə qazanıb çempion oldu
20/09/2018 [15:42]:
Qanunsuz ov edən şəxs cərimələndi
20/09/2018 [15:28]:
Azərbaycanda mobil telefonların qeydiyyat qaydaları dəyişdi – YENİLİK
20/09/2018 [15:24]:
NATO Qarabağda müharibəyə qarşıdır
20/09/2018 [15:06]:
50 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlandı
20/09/2018 [14:53]:
Polşalı mütəxəssis tələbələrimizə seminar keçdi
20/09/2018 [14:51]:
Prezident Ramil Usubovu mükafatlandırdı - FOTO
20/09/2018 [14:50]:
MMP İdarə Heyəti toplandı
20/09/2018 [14:49]:
“Ailəmdən vacib heç nə yoxdur...” - Safura
20/09/2018 [14:47]:
“Təyyarənin Soçi razılaşmasından sonra vurulması təxribat versiyasını ağıllara gətirir”
20/09/2018 [14:44]:
Ermənistanın baş naziri ölkəni xaosa sürükləyir...
20/09/2018 [14:37]:
Rusiya “İl-20” təyyarəsini vurmuş suriyalıları həbs etdi
20/09/2018 [14:34]:
Fuad Ələsgərov: “18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib”
20/09/2018 [14:29]:
Arıçılara hər pətəyə görə subsidiya veriləcək
20/09/2018 [14:28]:
Azərbaycanlı Rusiyada deputat oldu -FOTOLAR
20/09/2018 [14:26]:
DTX ermənilərlə bağlı arxivləri açdı - MÜHÜM SƏNƏDLƏR
20/09/2018 [14:20]:
Səngəçal və Goran stansiyalarında 17 ədəd yoldəyişən qurğu dəyişdirilir
20/09/2018 [14:19]:
Putinin hərbi blokundan Ermənistan rəhbərliyinə cavab verdi
20/09/2018 [14:17]:
Etimad İsmayılovu öldürən Dəmirovun Sabirabadda qohumu qalmayıb
20/09/2018 [14:00]:
Ebru Amerikaya 2-ci dəfə ana olmaq üçün gedib
20/09/2018 [13:58]:
Etimad İsmayılovun cənazəsi bu axşam Bakıya gətirilir
20/09/2018 [13:54]:
Şeyx: " Zəncir vurmağa İmam Hüseyn də razı olmazdı"
20/09/2018 [13:50]:
Ermənistanın sərhəd rayonunun sakinləri ayağa qalxdı... - Paşinyanla görüş tələb edilir...
20/09/2018 [13:47]:
ABŞ Gülənlə bağlı hesabat dərc edib
20/09/2018 [13:34]:
Sabahın havası – Bakıda 27 dərəcə isti olacaq
20/09/2018 [13:32]:
“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələr yaradılıb
20/09/2018 [13:32]:
Eldar Əzizov Rasim Quliyevi Bakı Meriyasının Aparat rəhbəri vəzifəsindən azad etdi
20/09/2018 [13:31]:
“Bu yolun açılışı Azərbaycanın iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”
20/09/2018 [13:30]:
“Qaçqınkom”un sədr müavini ATƏT-in illik görüşündə iştirak etdi
20/09/2018 [13:29]:
UNEC yeni tədris ilinə yüksək göstəricilərlə start verib -FOTOLAR
20/09/2018 [13:26]:
İlham Əliyev “Fatimeyi Zəhra” məscidini öz hesabına tikdirəcək
20/09/2018 [13:24]:
DİN ƏMƏLİYYAT keçirdi: Qətl törədən şəxs meşədə tutuldu
20/09/2018 [13:20]:
"Telekanallarımız abırsız - həyasız "müğənni"lərin, "qaloşlu" adamların əlində olduğundan Azərbaycan ziyalısı görünmür!
20/09/2018 [13:14]:
İrəvan xanlığı ilə bağlı əsərlər erməni və fars dillərində çap olunub
20/09/2018 [13:06]:
"Cavid Qurbanov harda işə başlayırsa, orda yüksəliş və uğur var" - Yubiley təbriki...
20/09/2018 [12:57]:
Prezidentin xüsusi iclasda iştirakı gözlənilir
20/09/2018 [12:43]:
İlyas İsmayılovun oğlunu güllələyən Dəmirov haqda maraqlı FAKTLAR açıqlandı - Qarabağda döyüşüb
20/09/2018 [12:39]:
Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib -FOTO
20/09/2018 [12:33]:
Valideynlərini öldürən şəxs qocalar evinə hücum etdi - 2 ölü
20/09/2018 [12:32]:
Sevillə Etimadın böyük sevgi hekayəsi... - “Sonsuza qədər...”
20/09/2018 [12:31]:
Timatinin model sevgilisi hamilədir -FOTOLAR
20/09/2018 [11:56]:
“Boynuna qoyuluncaya qədər döyün!” - VI məqalə
20/09/2018 [11:51]:
“Ağılları yox imiş, Yezidə baş əyib vəzifədən-zaddan alıb yaşamayıblar...”
20/09/2018 [11:46]:
Moskvanın ən bahalı mənzilinin astronomik qiyməti açıqlandı - 7 milyard rubl...
20/09/2018 [11:42]:
SOCAR prezidenti: "“STAR” zavodunun inşası yekunlaşmaq üzrədir"
20/09/2018 [11:40]:
Daşkəsəndə həmkəndlisini qətlə yetirən şəxs meşədə tutuldu
20/09/2018 [11:29]:
Qəlbində peşmançılıq hissini öldürmüş adam...
20/09/2018 [11:28]:
“Vergilər Nazirliyinin elektron xidmətlərlə bağlı addımları təqdirəlayiqdir”
20/09/2018 [11:16]:
“Bu cür treninqlərdə təbii ki, daha irəli getmiş ekspertlərin fikirlərini dinləyə, onlardan yeni şeylər öyrənə bilirik”
20/09/2018 [10:56]:
Əfqanıstan hökuməti “Taliban”la dialoqa hazırdır
20/09/2018 [10:54]:
Etimad İsmayılovun cənazəsi Türkiyədə morqdadır
20/09/2018 [10:40]:
Türkiyə mediası iş adamını öldürən qatilin fotosunu yaydı- FOTO
Bütün arxiv bir sırada
12/09/2018 [18:06] - Cəmiyyət - ( 4399 dəfə baxılıb)

"Qarabağ uğrunda döyüşə hazır olmağı təbliğ etmək hər bir titullu dindarın borcu olmalıdır"

"Ölkənin ikinci paytaxtına hörmətli Şeyxin bu ərəfədə səfər etməsi və lazımi söhbətlər aparması, görüşlər keçirməsi də məqsədəuyğundur"


Azərbaycanda Məhərrəmlik ayı başladı. Bu ay adətən hüzn və kədərlə müşayət olunur. Bu günlərdə insanlar həm də İmam Hüseynin yasını saxlamaqla bərabər zülmə, zülmkara, haqsızlığa qarşı şəhid olanadək mübarizə aparmağın fəlsəfəsini dərk etməyə çalışırlar. Təbii ki, Hüseyn mübarizəsinin fəlsəfəsini hamı eyni səviyyədə dərk etmək iqtidarında deyil və bu sahənin bilicilərinin izahına əksəriyyətin ehtiyacı olur. Təəssüf ki, zaman-zaman Məhərrəmlik ayının mahiyyətini öyrənməkdən çox insanları yanlış istiqamətə aparmağa cəhd edən qüvvələr, ayrı-ayrı şəxslər olub. 

Din həssas amildir. Bu həssaslıqdan sui-istifadə edənlər bəzən bütöv bir ölkəni, regionu, ayrı-ayrı cəmiyyətləri, toplumları səhv yola aparmaqla böyük fəlakətlərə də səbəb olublar. Xüsusi xidmət orqanında işlədiyim müddətdə dinin müxtəlif siyasi-iqtisadi maraqlar naminə istifadə olunduğunu və bu zaman kataklizmlər yaşandığını, hətta faciə həddinə çatdırılmasının da şahidi olmuşam. Bu zaman təhlükəsizlik qaydalarına necə gəldi deyil, xüsusi həssaslıq və bacarıqla yanaşma vacib şərtlərdən biridir. Bunu vurğulamaq ona görə vacibdir ki, səriştəsiz səlahiyyət sahiblərinin aşırı müdaxiləsi, yersiz can-fəşanlığı, kobudluğu, dindarları təhqir etməsi əks reaksiyalara səbəb olur və bu zaman hədəf həmin səlahiyyət sahibi deyil, bütün hakimiyyət olur. Qeyd etdiyimiz səriştəsiz müdaxilənin acı nəticəsini bu yaxınlarda baş verən Gəncə hadisələrində şahidi olduq. Gəncə hadisəsini məhz səriştəsiz, kobud, həssas yanaşmamanın nəticəsi kimi dəyərləndirmək lazımdır. 

Azərbaycan müstəqillik əldə edənədək cəmiyyətimiz dini zəmində baş vermiş qarşıdurmaları-  radikalların təyyarə qaçırmasını, din bayrağı  altında qətliamalar təşkil olunduğunu yalnız dar çərçivəli sovet mətbuatı vasitəsilə bilirdi. Azərbaycan müstəqil olandan sonra  sovet ateist və kommunizm ideologiyası da dağıldı və ölkəmizdə yaranmış dini tələbat sürətlə artmağa başladı. Bu işdə daha çox kənar dövlətlərin rolu hiss olunurdu. Təəssüf ki, heç də hər kəs məscid və ibadətgah yaratmaqla, dini kurslar və mədrəsələr açmaqla deyil, öz ölkələrinin dini ideologiyalarını yeritməklə, dini bəhanə etməklə bir dövlət olaraq bizi öz təsirləri altına salmağa çalışdılar. Bu bəzi dövlətlərin Azərbaycanda xeyirxahlıq pərdəsi altında gördükləri işlərlə müşayət olunurdu. Xarici ölkələrdə dini təhsil alıb gələn gənclər Azərbaycanda dünyəvi dövlət quruluşundan imtina edilməsi və şəriət dövləti qurmağın təbliği ilə məşğul olmağa başladılar.

Bu proses ötən əsrin sonlarında, yeni əsrin əvvəllərində geniş vüsət alsa da, indi tam sıradan çıxmasa belə demək olar ki, görülən tədbirlər nəticəsində xeyli səngiyib.

Açığı, dini ekstremizmin, radikal dindarların qarşısının alınmasında dövlətin xüsusi xidmət orqanı DTX-nın böyük payı var və son hadisələr də göstərdi ki, bu sahəyə əməliyyat nəzarəti ciddidir və ekstremist hərəkətlərə qarşı barışmaz mövqedədir. Amma, məsələ yalnız inzibati, hüquqi yollarla deyil,  maarifləndirmə yolu ilə də lazım olan nəticələrə nail olmaq mümkündür və vacibdir. Bununla bərabər son vaxtlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ( DQİDK) apardığı maarifləndirici fəaliyyətini də qeyd etmək lazımdır. Amma, bu işdə nöqsanlar hələ də qalır. Birincisi, DQİDK-in tədbirləri çox dar dairəni əhatə edir. Mətbuatdan da görünür ki, maarifləndirmə işləri hansısa bölgədə məscidlərdə konkret vəzifələr tutan şəxslərlə və onlara yaxın azsaylı dindarlarla keçirilir. Bu tədbirlərin səmərəsi yetərli deyil, cəmiyyətin, onun dindar kəsiminin geniş hissəsini əhatə etmir. İkincisi, bu tədbirlər yalnız dindar şəxslərlə deyil, ümumiyyətlə cəmiyyət arasında aparılmalı, ümumrespublika toplantıları keçirilməli, televiziya kanalında (kanallarında) müntəzəm olaraq forma və məzmunu təsiredici olan maarifləndirici verilişlər təşkil olmalıdır. Vaxtilə verdiyim təkliflərin bəzilərini bir daha qeyd etməkdə yalnız fayda olacağını düşünürəm.
 
- Azərbaycanda fəaliyyət göstərən rəsmi dini qurumların nümayəndələrinin birlikdə ali təhsil məktəblərində görüşlərini təşkil etmək, dini dözümlüyü təbliğ edən mühazirələr oxumaq, dünyəvi dinlərin bir-birinə qarşı olmadığını səlahiyyətli dindarların və alim mütəxəssislərin dili ilə gənclərə təlqin etmək. Bu tədbirlər kampaniya xarakterli deyil, mütəmadi hal almalıdır. 

- Qeyd olunan məsələləri televiziya vastəsilə geniş kütlələrə  izah etməklə mütəmadi verilişlər təşkil etmək. 

- Radikal islamçıların doğru yolda olmadıqlarını, İŞİD vəhşiliyinin əyani təsvirini göstərməklə xalqa çatdırmaq, məscidlərdə təriqətlərarası dialoq təşkil etmək, insanların inancına zorla müdaxilənin müqəddəs kitablarda qadağan olunduğunu alim-mütəxəssislərin köməyilə izah etmək. 
- Xaricdən qaynaqlanmış dini, ideoloji müdaxiləni qadağan edən, dinlərarası münaqişə yaratmaq cəhdlərinin və hərəkətlərinin cəzasını daha da sərtləşdirmək məqsədilə cinayət məcəlləsinə, inzibati-xətalar məcəlləsinə uyğun dəyişikliklər etmək.
  
Yuxarıda qeyd olunanlarla yanaşı, əhəmiyyət kəsb edən, amma çox vaxt vurğulanmayan bir məsələni də diqqətinizə çatdırmağa ehtiyac var. Burda dini ekstremizmə qarşı mübarizədə xüsusi xidmət orqanının və dini işlər üzrə dövlət komitəsinin adı çəkilsə də Qafqaz Müsəlmanları İdarəsini və hörmətli şeyx Allahşükür Paşazadənin də rolunu göstərmək lazımdır. Bu qurumun da fəaliyyətində çatışmazlıqlar var və qeyd edəcəyik. Amma, əvvəlcə müsbət işlərə nəzər salaq. Dini zəmində dövlətimizin mövqeyini qoruyan elə müsbət məsələlər, elə proseslər baş verir ki, bəzən onun mənbəyi cəmiyyət üçün bəlli olmur. Bildiyiniz kimi zaman-zaman Şimali Qafqazın radikal dindar qrupları ölkəmizi də terror hədəfinə çevirmək üçün burda təşkilatlanmaq, hətta terror hadisələri törətməkdə israrlı olublar. Miqyası böyük olmasa da radikalların qanunsuz silah-sursat əldə edib terrora hazırlıq gördükləri barədə məlumatlar yayılıb. Son illər bu istiqamətdə xüsusi narahatçılıq yaradan proseslər baş vermir. Alınan məlumatların təhlili göstərir ki, şeyx Paşazadənin Şimali Qafqazın həm ayrı-ayrı rəhbərləri, xüsusilə Çeçenistan prezidenti Ramzan Kadırovla şəxsi münasibətləri, eyni zamanda bölgənin din xadimləri arasında olan nüfuzunun bu işdə böyük rolu var. Şimali Qafqaz kimi narahat bir bölgədən bu əmin-amanlığa nail olmaq, ölkəmizin bu istiqamətdə təhlükəsizliyinin əsaslı təminatından biridir. Hörmətli Şexin müstəqilliyimizin ilk aylarında Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv olmasında və bu gün də təşkilatın xətti ilə strateji maraqlarımızın qorunmasında rolu tarixi faktdır. Azərbaycan çoxmillətli dövlət olduğu kimi, həm də başqa dinlərə, təriqətlərə inanan insanların ölkəsidir. Müasir dünyada gedən qloballaşma, geopolitik regionalizm kimi proseslərin inkişaf etdiyi bir zamanda dini və milli tolerantlıq, multikultural dəyərlərin qorunub saxlanması  mənəvi, mədəni mahiyyət kəsb etməkdən daha çox  dünyəvi dövlət quruluşuna malik Azərbaycanın ictimai-siyasi təhlükəsizliyini təmin edən, şərtləndirən, sabitliyinə qarant olan vacib amildir. Qafqaz müsəlmanları idarəsinin, onun rəhbəri Şeyx Allahşükür Paşazadənin bu tolerantlıq mühitini yaratmaqda xeyli müsbət rolu var. 
  
Amma, yuxarıda qeyd etdiyimiz kimi nöqsanlar da mövcuddur və hesab edirik ki, onları aradan qaldırmaq elə də çətin deyil. QMİ öz nüfuzundan istifadə edərək maarifləndirmə işini kütləviləşdirməli, gənclər arasında dini mövzuların xurafat, mövhumat kimi yayılmasının qarşısını almaq məqsədilə islam mütəxəssislərinin izahlı fəaliyyətini təşkil etməlidir. Yerlərdə tez-tez yalnız dindar kəsimlə kifayətlənməyib, geniş ictimaiyyət nümayəndələri ilə görüşlər keçirmək, Azərbaycanın dövlət maraqlarının hər şeydən üstün tutlduğunu və dindarların, inanclı insanların  kənar dövlətlərin təsiri altına düşənlərin fəaliyyətinin qarşısının alınacağını əhalinin nəzərinə çatdırmalıdır. Bu məsələyə xüsusi diqqət yetirilməlidir, çünki Qarabağın işğal altında olmasına baxmayaraq bəzi dindarların təsir altına düşüb Suriyaya və başqa xarici ölkələrə döyüşməyə getməsi halları məlum faktlardır. Dindar şəxslər, xüsusilə gənclər arasında vətənpərvərlik tərbiyəsi aşağı olduğundan indiyədək Qarabağ uğrunda, vətən uğrunda onların təbliğat aparmaları demək olar ki, yox səviyyəsindədir. Dini təəssübkeşliyi əsas götürüb, xarici ökələrlə həmrəylik nümayiş etdirməyi deyil, Qarabağ uğruna döyüşə hazır olmağı təbliğ etmək hər bir titullu dindarın borcu olmalıdır.
  
İndi Məhərrəmlik ayı başlayıb. Qarşıda Aşura günü var. Azərbaycanda xarici təsirlərin altına düşən bəzi qüvvələr, dindarlar əhalinin bu matəm gününü qeyd etməsindən, o günün insanlarda yaratdığı psixoloji ovqatdan yararlanmağa çalışması və kütləvi tədbiri kütləvi iğtişaşa yönləndirmə cəhdlərinin mümkünlüyü istisna deyil. Bu cür təxribatlara əvvəllər də müəyyən çağırışlar, cəhdlər olub. Bu məsələ ilə bağlı ilk növbədə təhlükəsizlik orqanları məşğuldur və təxribatların qarşısını almağa hazırdır. Ölkədə və bölgədə həssas durumdur. Arzu edərdik ki, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri yerlərdə Aşura günündən əvvəl inanclı, dindar kəsimlərlə görüşlər keçirsinlər. Görüş iştirakçılarına bir daha izah olunsun ki, müqəddəs günü kimlərinsə dövlətə qarşı yönəlmiş maraqlarına çevirmək çağırışlarına heç kim uymasın. Yayda Gəncədə baş verənlərin təsiri heç də azalmayıb və ölkənin ikinci paytaxtına hörmətli Şeyxin bu ərəfədə səfər etməsi və lazımi söhbətlər aparması, görüşlər keçirməsi də məqsədəuyğundur. 
Azərbaycan xalqı öz inancının başqaları tərəfindən sui-istifadə edilməsinə heç zaman imkan verməyəcək.

İlham İsmayıl

“Bu yolun açılışı Azərbaycanın iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”
Pəhriz saxlayanlar buna diqqət etməlidir: Bu, ömrünüzü azalda bilər...
Aşura gününün sirləri - ELMİ-LƏDUN
Qadın müxbir canlı yayım zamanı hücuma məruz qaldı - VİDEO
Rus modeldən qalmaqallı açıqlama: “Putin məni öldürmək istədi”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Heç vaxt xərçəng olmayan türk tayfasının sirri - FOTOLAR
Siyasət
Ermənistanın sərhəd rayonunun sakinləri ayağa qalxdı... - Paşinyanla görüş tələb edilir...
Cəmiyyət
“Elə bil dünya yıxılıb, altında qalmışam” - Sevil Nuriyeva
Cəmiyyət
“Qatilin oğluma borcu olub” - İlyas İsmayılov
Cəmiyyət
“Bu yol həm İranla iqtisadi əlaqələrimizin genişlənməsi üçün faydalıdır, həm də..."
Həftənin ən çox oxunanları
Şəxsi silahlı mühafizəsi olan baş həkim Məcid Əliyev həbs edildi... - FOTO+VİDEO
Puldan “divar” yaradan məmur həm də 256 məşuqə saxlayırmış - HEYRƏTAMİZ+VİDEO
Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar - Fantastik qiymət (FOTOLAR)
"Sabah Qarabağda savaş başlasa bizim Bakıda Nuru Paşalara ehtiyacımız olmayacaq, çünki..."
Paşinyanın arvadı Qarabağda ölən erməni əsgərlərinin analarını topladı - azərbaycanlı analara müraciət olundu
Türkiyə və İsrail barışır, səfirlər geri qayıdır - Bakının da bu barışıqda rolu var...
Fəhlələr namaz qıldıqlarına görə onları işdən çıxaran direktoru “şalvarsız" qoydular...
Düşmən baş nazir Azərbaycanın uca dağlarından birinə belə qalxdı... - VİDEO
“5 ildən çoxdur ki, şəhid övladlarına ödənişsiz hazırlıq keçirəm...” - Tanınmış tarix müəllimi
Cinsi münasibətdə olmaqdan imtina edən qadının üzünü doğradılar -FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə