Xəbər lenti
17/11/2018 [01:12]:
Trampın iradəsinin əksinə SNN-in jurnalisti yenidən Ağ evə döndü...
16/11/2018 [23:43]:
Kamal Abdulla yeni vəzifəyə seçildi
16/11/2018 [23:37]:
KXDR və Koreya Respublikası arasında birbaşa aviasiya əlaqəsi yaradıla bilər -Danışıqlar başlayıb
16/11/2018 [23:34]:
Küveytin hava limanı suyun altında qalıb - VİDEO
16/11/2018 [23:16]:
İspan şərabı, Kataloniya presedenti, biznesmen diplomata möhtac Qarabağ dərdi...
16/11/2018 [23:07]:
Dövlət Gömrük Komitəsi media tur təşkil etdi - FOTO
16/11/2018 [23:04]:
Prezident daha bir sərəncam imzaladı
16/11/2018 [22:56]:
Qazaxıstanda dəhşətli avtobus qəzası: ölən və yaralananlar var
16/11/2018 [22:54]:
Məleykə Abbaszadə Xızı rayonunda vətəndaşları qəbul etdi
16/11/2018 [22:43]:
"Belə bir böyük irəliləyiş aparılan islahatların məntiqi nəticəsidir" -İlham Əliyev
16/11/2018 [22:26]:
“Azərbaycandan gəlmələr” İrəvanda ayağa qalxdı: “Bizi insan yerinə qoymurlar” - VİDEO
16/11/2018 [22:20]:
General Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə baş çəkdi
16/11/2018 [22:06]:
“Heydər Əliyev mənə xəbər göndərmişdi ki...” - Sabiq təhsil naziri SİRLƏRİ AÇDI
16/11/2018 [22:03]:
Braziliyalı təyyarəçi 5500 metr yüksəklikdə İslamı qəbul etdi - VİDEO
16/11/2018 [22:00]:
Şərab qurbanları... - "Ötən günlərimi qaytaraydılar" mahnısı son təsəlli kimi + VİDEO
16/11/2018 [21:47]:
Yataq xəstəsi olan Könül Xasıyevanın son halı - FOTO
16/11/2018 [21:38]:
30 manatla işə başlayıb milyonlar qazanan Əzizə Mustafazadə sirrlərini açdı - FOTO/VİDEO
16/11/2018 [21:25]:
Daşkəsəndəki dəhşətli yanğınla bağlı cinayət işi açıldı
16/11/2018 [21:05]:
Cinsi əlaqəyə girmək qripin qarşısını alır - MARAQLI
16/11/2018 [20:46]:
“Amaliya Pənahova və Səyavuş Aslan üçün xüsusi ssenarilər yazıb, filmlərə cəlb etmək lazım idi”
16/11/2018 [20:44]:
“AYB-yə üzvlük və sənəd qəbulunu gələnilki qurultaya qədər dayandırmışıq”– Fikrət Qoca
16/11/2018 [20:40]:
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşdü
16/11/2018 [20:38]:
Məhkəmə CNN-i haqlı bildi - Tramp uduzdu
16/11/2018 [20:36]:
İclasdan qayıdan Putin yolüstü aptekə girdi
16/11/2018 [20:23]:
10 yaşlı qızcığaz təcavüzkarı karate fəndi ilə uzaqlaşdırdı - MARAQLI...+ VİDEO
16/11/2018 [20:14]:
“Bədbəxtlər, səviyyəsizlər, istəyiniz qursağınızda qalacaq” - Mübariz Mənsimov
16/11/2018 [20:06]:
Telefonla çox oynadığı üçün 7 yaşlı qızını boğaraq öldürdü - DƏHŞƏT...
16/11/2018 [20:04]:
Beynəlxalq konfrans tolerantlığa həsr olunmuş sərgi ilə başa çatıb
16/11/2018 [20:01]:
Belqrad Universitetində “Azərbaycanda Din” mövzusunda seminar keçirildi - FOTO
16/11/2018 [19:59]:
BSU-da keçirilən beynəlxalq elmi konfrans öz işini başa çatdırıb
16/11/2018 [19:54]:
Özünü vampir hesab etdi, sevgilisini ürəyindən bıçaqladı - DƏHŞƏT...
16/11/2018 [19:49]:
Ermənini siçovullar gəmirdi- Yatağında...
16/11/2018 [19:33]:
QÜTB-ÜL ÖVLİYA kimlərdir?
16/11/2018 [19:27]:
“Yaradan şərabı boşuna haram saymayıb ki...” - Millət vəkilindən şərab qalmaqalına replika
16/11/2018 [19:24]:
“Sərxoş olub şeyxi dolamaq əxlaqsızlıqdır! Sən kimsən ki?!” - Mirələmovdan eks-rektora
16/11/2018 [19:21]:
Adil Əliyevdən 30 min istəyən istəyən icra başçısı kimdir? - Deputatdan açıqlama
16/11/2018 [19:09]:
Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiq edildi
16/11/2018 [19:07]:
Nataşa üçün oğul böyüdənlər...
16/11/2018 [18:57]:
ABŞ nüvə fəlakətinin bir addımlığından döndü
16/11/2018 [18:36]:
İlahiyyat İnstitutu 17 Noyabr – Milli Dirçəliş Gününü qeyd etdi
16/11/2018 [18:32]:
Culian Assanca qarşı ittihamlar irəli sürülür –Müller indi də VikiLeks" rəhbərinin boğazından yapışıb
16/11/2018 [18:29]:
Camal Xaşuqci üçün qiyabi namaz qılınıb –MƏDİNƏDƏ
16/11/2018 [18:26]:
İsrail xüsusi təyinatlısı Qəzza bölgəsində necə fəaliyyət göstərir: Teraktlar, təxribatlar, adam oğurlamaq...
16/11/2018 [18:21]:
Sumqayıtda yeni məktəb tikiləcək – Sərəncam
16/11/2018 [18:20]:
Prezident yolların təmirinə 1,5 milyon manat ayırdı
16/11/2018 [18:19]:
ADNSU-da Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirildi
16/11/2018 [18:15]:
İlham Əliyev Sumqayıta 5 milyon manat ayırdı
16/11/2018 [18:05]:
Qənirə Paşayeva Şanlıurfa bələdiyyə başqanı ilə görüşdü
16/11/2018 [18:01]:
Prezident: “Azərbaycan tarixi nailiyyət əldə edib”
16/11/2018 [17:58]:
Ələt-Astara yolunun ödənişli olacağı vaxt açıqlandı
16/11/2018 [17:44]:
Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir
16/11/2018 [17:18]:
Dövlət Gömrük Komitəsinin Akademiyasında Milli Dirçəliş gününə həsr olunmuş tədbir keçirildi
16/11/2018 [17:03]:
"Rektorun işdən çıxarılması Prezidentin müstəsna səlahiyyətlərinə aiddir"
16/11/2018 [17:02]:
Erməni idmançı azərbaycanlı ilə döyüşməkdən imtina etdi
16/11/2018 [17:02]:
Gödəkçənin cibindən tiryək çıxdı
16/11/2018 [17:01]:
İlham Əliyevin Belarusa səfərinin tarixi açıqlandı
16/11/2018 [17:00]:
Prezident Sumqayıt-Bakı qatarı ilə Bakıya gəldi -FOTOLAR
16/11/2018 [16:58]:
“Onlar yalnız Azərbaycanın deyil, digər ölkələrin tarixinə də şərəf gətirib”
16/11/2018 [16:47]:
Gürcüstandan narkotik vasitə keçirmək istədilər - FOTO
16/11/2018 [16:45]:
Azercell-in ödənişsiz ingilis dili kurslarında 50 jurnalist iştirak edəcək
16/11/2018 [16:44]:
Dərman mafiyası quran vəzifəli şəxslərin işi məhkəməyə göndərildi
16/11/2018 [16:42]:
Babək prospektində işlər yekunlaşacaq
16/11/2018 [16:42]:
Faiq Ağayevdən Məhərrəmovun işdən çıxarılmasına reaksiya: "Təhsilə illərdir ləkə gətirən tip"
16/11/2018 [16:38]:
“Palmali” rəsmən müflis elan edildi
16/11/2018 [16:19]:
AZAL Moskva üzərində qeydə alınan insidenti şərh edib
16/11/2018 [16:08]:
Paşinyan Azərbaycanla sərhədə gəldi
16/11/2018 [16:06]:
ADU-da SEMİNAR: “Sanskrit dili qədim və zəngin dil kimi”
16/11/2018 [16:06]:
"Bakı Group” MTK 1 700-dan çox şəxsin mülkiyyət hüququnu rəsmiləşdirmir
16/11/2018 [16:03]:
Sumqayıtda daha bir zavodun açılışı oldu -FOTOLAR
16/11/2018 [16:01]:
Yeni yollar tikiləcək
16/11/2018 [16:00]:
Qəhrəmanlar Günü Hekayəsi...
16/11/2018 [15:59]:
Siqaret zavodu istifadəyə verildi -FOTOLAR
16/11/2018 [15:54]:
"Enerji içkiləri cəmiyyətimizin bəlasıdır"
16/11/2018 [15:51]:
Vikiçilər daha bir önəmli işə imza atdılar
16/11/2018 [15:50]:
Şeyx Almaniyaya gedir
16/11/2018 [15:48]:
“Gazprom Armenia”ya qarşı ittiham - Nikol Paşinyanın davam edən şousu - ŞƏRH
16/11/2018 [15:41]:
"iPhone X" partladı
16/11/2018 [15:37]:
2018-ci ilin ən bahalı küçəsi
16/11/2018 [15:31]:
ADU-da “Leyli və Məcnun” operası səhnələşdirildi
16/11/2018 [15:28]:
“Elmi inqilabı vurduq biz başa, alimdir meşəmiz tam başdan-başa...” - TƏMSİL
Bütün arxiv bir sırada
12/09/2018 [23:45] - Müsahibə - ( 1667 dəfə baxılıb)

"Düşün məni" mahnısı ilə çoxlarını düşündürən müğənni: -"Şan-şöhrət də əbədi olan şey deyil"

"Mən bir il ərzində bəzi müğənnilərin 10 ildə gördüyü işi gördüm"




-Həyat və fəaliyyətinizdən bəhs edin zəhmət olmasa. Musiqi sahəsinə gəlmə səbəbiniz nə idi?

-Mən, Elvin Mirzəzadə noyabrın 17 – si, 1991 – ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən Qərbi Azərbaycanlıyıq, amma mən oraları görə bilməmişəm. Bakıda doğulub böyümüşəm. Məktəbi 2009 – cu ildə bitirmişəm. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəqliyyat fakültəsinə qəbul olmuşam. Təhsil baxımından musiqi ilə heç bir əlaqəm yoxdur yəni.

-Bəs necə oldu ki, tamam başqa sahədən musiqiyə yönəldiz?

-Uşaqlıqdan həvəs olub. Bizim bu Qərbi Azərbaycan tərəf professorluğa, elmə daha çox önəm verir ki, mütləq şəkildə ya texniki, ya da humanitar sahəyə yiyələnmək lazımdır. Başqa cür də baxış açısı yoxdur əslində. Sadəcə buna daxil ol, sonra istədiyini elə kimi bir prinsip qoymuşdular. Onların xətrinə texniki sahəni seçdim. Heç peşman da deyiləm. Məsələn, İncəsənət Universitetində və ya Musiqi Akademiyasında olsaydım, orada demək olar ki, hamı istedadlıdır və seçilmək daha çətin olacaqdı. Öz universitetimizdə fəal tələbə kimi seçilib daha çox göz önünə gəlirdim. Bu da mənə avantaj verirdi. Bir az şablon səslənəcək,amma oxumağa uşaqlıqdan başlamışam. Hər qohum toyunda filan oxuyurdum. Hətta əlifba bayramında belə mahnı oxumuşam. Gəldi çıxdı o məqam ki, universitetə qəbul oldum və özümüzün bir növ KVN komandamızı yaratdıq. “Şən və hazırcavablar qrupu” idi. Onlarla birlikdə şəhərə çıxırdıq,bulvara,parklara, flarmoniya bağına. Orada özümüz üçün bir dairə yaradıb ifalar edirdik. Onda hələ indiki qədər çox yayılmamışdı belə kruqlar. İndi maşallah hər iki metrdən bir gitara ifa edən var, amma onda çox az rast gəlmək olardı belə bir şeyə.

-O kruqlardan biri də siz idiz...

-O kuruqlardan biri də biz idik, bəli (gülür). Bir müddət keçdi, həmin o kruqun uşaqları mənə dəstək verdilər ki,get,”Yeni ulduz” müsabiqəsinə qatıl.2011-ci ildə “Yeni ulduz-11” müsabiqəsinə qoşuldum. Orada fərqli mahnılar oxudum, bir zamanın trendini də orada yaratmışdım, “cancana”, “amma anam bilməsin” mahnılarını başqa versiyalarda oxumuşdum. Tanıyanlar, yadında qalanlar bilər. Düşdüm onaltılığa, 8 – ci yerə qədər gəldim.Daha sonra sms filan məsələləri olduğuna görə ələndim. Məndən sonra da “Yeni ulduz” yarışması bir dəfəlik bağlandı, yəni ayağım çox yüngül idi (gülür).

Sonra Space-tvdə Tünzalə xanım Əliyeva, Dilarə Əliyeva, Ülviyyə Əliyevanın rol aldığı “Üç bacı” serialı var idi, orada mən gitarist rolunda çəkilməyə başladım. Məhlənin gitaristi rolunda idim. Daha sonra artıq universiteti bitirdim və hərbi xidmətə yollanmalı oldum. Azərbaycanın hər bir gənci kimi mənim də borcum idi və getdim 1 il Ağdam-Ağcabədi istiqaməti N sayılı hərbi hissədə hərbi xidmət etdim. Qayıtdıqdan sonra hər şey 0 vəziyyətində. Bunu əsgərliyə gedib-gələn, xüsusilə də, ali təhsillilər bilər ki, ora başqa bir atmosferdir. Tamam ayrı bir atmosferdən gəlib yenidən mülki həyata adaptasiya olmaq çox çətin məsələdir. Bu həyatdan o həyata, o həyatdan da bu həyata qayıtmaq ümumiyyətlə çətindir. Güclə də olsa, özümü toparlaya bildim. Bir çox sahələrə baş vurmağa məcbur oldum. Artıq sənət filan qaldı qıraqda. Sadəcə gördüm ki, yox alınmır. Doğrudan da xəmirim incəsəntlə yoğrulub. Səhnə almağa başladım. Ucuz qiymətə də olsa, bir yerdən başlamaq lazım idi. Bir müddətdən sonra mahnılar yazmağa başladım.İndi geniş kütlə yığan və onlara öz şeirlərini çatdıran dostumuz Xəzər Süleymanlı var.Mən onu illər öncə kəşf etmişdim ki, o adam necə dərin,zəngin bir insandır. Onun sözlərinə mahnılar bəstələyib, oxumağa başladım. Məsələn, “günahkaram”, “onun ürəyində özgəsi var”. Təəssüflər olsun ki, o zaman heç bir efirim, radiom, insanlara çıxış qüvvəm olmadığına görə sırf sosial şəbəkədən istifadə edənlər, facebook dostlarım bilirdi ki,bu mahnını mən oxuyuram. Amma kim olduğumu bilmirdilər. Düşünün ki, gedirdim hər hansı bir kluba, “onun ürəyində özgəsi var” mahnısını hamı bir ağızdan oxuyur,mən də oturmuşam bir qıraqda, heç bilmirlər ki,mənəm oxuyan.Paradoks idi də bir növ.Bilmirdin sevinəsən, yoxsa kədərlənəsən ki, niyə mənim mahnımı oxuyurlar, amma bilmirlər mənəm oxuyan. Gözlədim ki, Allah Kərimdi. Bəlkə düzələr.

-Hazırda sosial şəbəkələrdə çox izləyiciniz var. Buradakı fikirlər sizin üçün nə dərəcədə əhəmiyyətlidir?

-Ümumiyyətlə, hər dəfə bunu deyirəm ki, bu psixologiyada da, cəmiyyətdə də, ağıllı insanlar tərəfindən qəbul olunmuş bir fikir var ki, əgər bir işdə tənqid, mənfi fikir yoxdursa,o işin uğur potensialı 0-a bərabərdir. O işin başını burax loru dildə desək (gülür). Düzdü artıq təhqirlərə keçirsə, artıq o işi davam etdirməyə dəyməz.Zirvədə saxla, özünü daha da endirmə. Amma yox tənqid edirlərsə, eyni zamanda tənqidlə yanaşı müzakirədəsən və iki cəbhə yaranıb sənin haqqında. Bir ifadə var ki, "məni sevməyənlərə nifrət etməyə vaxtım yoxdur, çünki məni sevənləri sevməklə məşğulam". Niyə görə100 şərhin içində 2 mənfi şərhi önəmsəməliyəm ki, bu niyə belə yazdı. Eləbir şey yoxdur. Düzdür hardasa əgər mənim içimdə fikirləşdiyim bir şeyi o adam yazırsa, bu o deməkdir ki, hə doğrudan da mənim gördüyümü camaat görə bilir. Nəyisə ört –basdır edib camaata təqdim etmək lazım deyil.


-Mövlanənin ifadəsi üzrə nə dediyin yox, necə dediyin önəmlidir...

-Bir də mən həmişə deyirəm ki, əgər tənqid edirsənsə, təklif də elə. De ki, məsələn, sən bunu belə oxumusan, amma belə yox, belə oxumaq lazımdır. Göstər mənə ki, bu belədir. Mən də deyim hə okay. Bağışla, gələn dəfə bu cür edərəm.

-Hər addımınızın izlənməsi sizə heç "bəsdir" dedirtir?

-Yox, yox. Onun arzusunda olanlar var. Bu gün əlimizdə olanların, sahib olduqlarımızın qədrini bilməliyik. Şan-şöhrət də əbədi olan bir şey deyil. Hər şeyin bir vaxtı var. Bir zaman efirlərdən gözümüzü zəbt edən müğənnilər var ki, indi küçədə görəndə heç kim salam vermir.

-Həyatınızın dönüş nöqtəsindən necə bəhs edərdiz?

-Məlum məsələdir (gülür). Düzdür, birinci dəfə yeni ulduzda da müəyyən qədər uğur əldə etmişdim, amma bu kiçik bir tramplin idi. “Düşün məni” mahnısı isə sosial şəbəkədə də paylaşmışdım, həyatımın “U” nöqtəsidir. Sanki müəyyən zirvədə olursan, gəlirsən aşağı eniş nöqtəsi və yenidən təkan götürüb qalxırsan yuxarı. Şükür Allaha, o mahnı mənim üçün sanki bir sürpriz oldu. Şərt deyil ki, bundan sonrakı bütün mahnılarım o reytinqi yığsınlar. Sadəcə onu rahatlıqla deyə bilərəm ki, mən bir il ərzində bəzi müğənnilərin 10 ildə gördüyü işi gördüm.

-"Düşün məni" manhısı ilə tanışlığınız necə oldu?

-Bir gün dostlarımla Nərimanovda tantuni yeməyə getmişdik. Oturduq elə tantuni yeyirdik, gördüm mahnılar ifa edirlər.Biz də elə yeyirik tantunimizi. Keçdi bu mahnını oxumağa. Soruşdum ki, “qaqaş, bu kimin mahnısıdr?” Qaqaş dedi ki, “dostumla mənim”. Dedim ki, “bir də oxuya bilərsən zəhmət olmasa?”. Bir də oxudu. Dedim, “çox əla mahnıdır. Çox dəhşət mahnıdır, bunu kim yazıbsa, halal olsun”. İnanırsız, çıxdıq oradan, bir həftə mahnının sözləri beynimdə dolanırdı. “Yazar səndən şair”, “kağız qələmi tapana qədər” – bu frazalar yadımda qaldı. Gəldim bir həftədən sonra həmin yerə, bir dənə də tantuni sifariş etdim,qardaşa dedim ki, “mən bu mahnını almaq istəyirəm. Satırsızsa, bu dəqiqə pulunu sayıb, verəcəm”.O da onda dedi ki, “mahnı tam olaraq mənim deyil”. Əsl yazarı tapdıq, danışdıq. Elməddin Səfərli, 18 yaşı var cəmi. Hazırda Türkiyədə təhsil alır. Sağ olsun, görüşdük anlaşdıq onunla.

Düşünün ki, evdə mahnını anama göstərdim, anam dedi ki, “bu nə mahnıdır?! Nəqarət yox, bənd yox. Elə bil ki, meyxanadır” (gülür). “Nə bilim bax da yenə də”. Dedim ki, “mən sənə deyirəm. Bu mahnı tutacaq. Dahi bəstəkarlarımızdan sonra mən özüm də bəstə ilə məşğulam. Yəni mən əgər buna pul verib almışamsa,deməli bu mahnıda mütləq ki, nəsə var”. Dedi xeyirlisi. Götürdüm aranjeman etdim mahnını. İyul ayında hazır idi. Səbrim tükənir artıq paylaşmaq istəyirəm mahnını. Maşında qulaq asırıq, bütün dostlar dedi ki, “paylaş da bunu, biz də köçürək, dinləyək”. Gəldi avqust ayı, hər şeyi həll etdim və 19 – u mahnını təqdim etdim. Bir də görürəm ki, uzaqdan tanıdıqlarım mənə səs göndərirlər ki, qaqaş,bu mahnını sən oxumusan?! Təsəvvür edin ki, ikinci gündür mahnı paylaşılıb, Malakan ərazisindəyik, hər 3 maşından ikisində “düşün məni” oxuyur . Nə bilim, hər şey birdən oldu da.

Bir müddət sonra artıq tənqidlər başladı. Biri deyir ki, “düşün məni” əvəzinə “düsün məni” deyib. Yəni istənilən bir adam eyni aranjemanda  o mahnını oxusun, nə qədər özünü sıxsa da, iki dəfə “düşün məni”  - “ş” hərfini qulağa çarpacaq qədər deyə bilər. Qalanında isə tez-tez deyirsiz deyə, avtomatik “s” olur. Mənim mahnımı Özbəkistanda da ifa ediblər. Onlar da oxuyanda “s” kimi səslənir. Bu yaxınlarda “düşün məni” mahnısını Türkiyədə Öykü Gürman oxuyacaq. Eyni zamanda mahnıya demək olar ki, hər ölkədən talip var. İzraildən, Qazaxıstandan, Özbəkistandan var. Artıq Özbəkistanda da hit səviyyəsindədir mahnı. Türkiyədə də getdim mən müqavilə bağladım, 2 illik icazəsini verdik, Öykü Gürman ifa edəcək.


-Maraqla gözləyirik. Bu günün klassik musiqiləri öz dövrünün ən populyar musiqiləri olub. Sizcə,elə bir zaman gələcək ki,insanlar Elvin Mirzəzadənin mahnılarını dinləyib, “ahh nostalji...” deyəcəklər?

-Dövrümüz elə zamana gedir ki,inanmıram klassika deyilən bir şeyi ayırıb qoysunlar qırağa.Məncə, elə bu klassikalarımız illər keçsə də elə klassika olaraq qalacaq.Çünki biz bu gün kommersiya işləri görürük.Klassik iş görürsən,heç kim dinləmir. Vaxtının klassik musiqiləri də camaata efir tərəfindən yeridilib.Çünki o zaman dinlənilən tək məkan efir,radio olub. İndi isə o qədər geniş kütləyə çıxmaq imkanı var ki, internet filan. Hamı rahat şəkildə istədiyi mahnını dinləyir. Yəni efirdən qaynaqlanaq, qidalanaq deyə məcburiyyət yoxdur. Mən bir şeyə real baxıram ki, fərqi yoxdur necə iş görürsən, nə edirsən. Əgər sən dinləyici kütləsi yığa bilirsənsə, bu sənin uğurundur. Heç kimi də məcbur etməyiblər ki, gəl, mənim mahnımı dinlə. Mən onu demək istəyirəm ki, musiqinin dili olmur. Bir müddət bütün dünya trendini alt-üst edən PSY-ın “Gangnam style” mahnısı var idi ki, “konsonkantin yoca, moca” deyirdi (gülür). Heç kim də onun mənasını bilmir.Düzdür?

-Elədir ki, var (gülür).

-Bilmirdik də. Amma hamı nəsillikcə oynayırdı. Toyda gələndə qoca kişili, arvadlı hamı oynayırdı. Deməli, dünyada söz maraqlı deyil, orada nə oxudu, nə oxumadı. Məqsəd mahnıdakı dinamikadır.

-Elvin Mirzəzadə ilə müsahibəmiz olacağına dair paylaşım etdik. Ünvanlanan ən çox sual ondan ibarət oldu ki, "Elvin Mirzəzadə “düşün məni" mahnısını ifa edəndə kimi düşünür, nə hislər yaşayır?”

-Əsl sənətçi fərqi yoxdur istər şair olsun,istər müğənni,istər yazıçıda əsas özünü qəhrəmanın yerinə qoyub onu ərsəyə gətirməkdir. Məsələn şair var ki, 17 yaşı var, amma elə şeylər yazır ki, sanki 40  yaşında kişidir.”Bəs məni niyə atdın getdin”, “otaqda iyin qaldı”, “Qoxun belə gəldi” filan (gülür). 17 yaşa sığmayan fikirlər var da. Məsələn, elementar Elməddinin fikirlərinə baxaq. “Desələr sevgi yoxdur,göstər sübut məni”. 18 yaşında universitetdən qaçmağı fikirləşirdik ki, qaçım playstation oynayım (gülür). Bir az məntiqlə düz gəlmir. Yəni ki, mahnı da elədir ki, əsas yaşamağı bacarasan. Xüsusi ünvanı yoxdur.

-Uşaqlığınıza qayıtmaq şansınız olsaydı,hansı məqamı yenidən yaşamaq istəyərdiz?

-Mən çox kasıb uşaqlıq keçirmişəm. Həddindən artıq... Düzdür, tamarzı olmamışam nəyəsə. Əlimdəkinə şükür etmişəm ki,buna da şükür.Hər bir zülmət gecənin bir aydın səhəri var prinsipi ilə yaşamışam. Bəlkə də qayıtmaq istəyərəm bir az normal yaşayışı olan, problemsiz, qayğısız, əziyyətsiz olan günlərə. Məsələn, məktəbə gedəndə mənim də sağlam bir ayaqqabım olardı və ya da mən gedib hansısa bazarda əlimdə saqqız satmazdım. Amma yenə də düşünürəm ki, o günlər olmasaydı, mən bu günlərin qədrini bilməzdim. Amma heç nəyi də dəyişmək istəmərəm. Həyatdı da onsuz bir dəfə gəldi, getdi.

-Tərgitmək istədiyiniz xüsusiyyətiniz var?

-Əsəbiyəm, çox əsəbiyəm.Çox tez çıxıram özümdən. Bu da yəqin ki,yuxunun pozulmsası ilə bağlıdır. Amma eyni zamanda da çox kövrəyəm.Məsələn,birini döyə-döyə ağlaya bilərəm. Həm yazığım gəlir, həm də əsəbiyəm də. Belə paradoks bir vəziyyət (gülür).

-Maraqlı bənzətmə idi (gülür). Heç kimin sizi qınamayacağı bir dünya olsaydı, nəyin azadlığını yaşamaq istəyərdiniz?

-Mən heç istəməzdim elə bir dünya olsun. Hələ qayda, qanunlu dünyada başımıza çıxanlar olur. Qayda qanun olmasa, ümumiyyətlə, başımızda məskən salarlar (gülür).


-Nahidə Babaşlı ilə olan müsahibəmizdə qeyd etmişdi ki, ona dəstək olan insanlardan olmusunuz. Nahidə Babaşlı ilə tanışlığınızı bir də sizdən dinləyək...

-Tanınmaq Allahın verdiyi şansdır. O çox paylaşımlar edir. O xanımın çox gözəl səsi, istedadı var. Bir də səs rəngi. Səs rəngi Allah tərəfindən verilən bir şeydir. O hər adamda olmur. Səs rəngindəki melizmlər elə olmalıdır ki,səni dinləyən insan bir də dinləsin. Bir dəfə yarıdan “oyy bu nə səsdir” deyib qaçmasın (gülür). Nahidə Babaşlının da haqqı idi məşhur olmaq. Mənim mahnımı da ifa etmişdi, mən paylaşmışdım ki, baxın, tanıyın bu qız bu yaxınlarda partlayış edəcək.

-Bəs maraqlıdır, heç vaxt ifa etmərəm dediyiniz bir musiqi tərzi var?

-Bu yaxınlarda çıxardığım “həsrət öldürər məni” mahnısı var. Oynaq mahnıdır. Bir tərəfdən kommersiya idi ki, toylara daxil olmaq məsələsi. Amma hara fırlansaq, biz azərbaycanlıyıq. Biz toylarda disko oynamırıq. Mahnıda bayağı sözlər varsa, “sənin üçün damarımı kəsdim” filan kimi söz yığınları xaricində biz bütün mahnıları sevirik.

Mən sizə deyim ki, o meyxanalar var ha, orada olan sözlərin hikməti, bəlkə də digər mahnıların sözlərini üstələyir. Elementar çox yerdə meyxanaçı dostumuz Balabəyin mahnılarını bəyənmirlər ki, bayağı ifa edir. Ola bilər ifası professional deyil. Amma məsələn, "Tənha gecələr düşünürəm hərdən, getdikcə o səssiz küçələrdən. Ulduzları sönmüş gecələrdən, çox qorxuram aydın səhər olmaz". Görün nə gözəl sözlərdir. Sadəcə ifa tərzi ola bilər ki,insanlar qəbul etmir. Çünki standart muğam-şur üzərində oxuyurlar. Amma çox gözəl sözləri var.

Musiqi barəsində də yekun bir şey demək istəyirəm. Yenə də deyirəm, heç kim məcbur deyil ki, youtube-u açanda, tutalım, mən gəlirəm,filan müğənni gəlir,girsin onu dinləsin.Girdin, bəyənmədin, çıx.Səni məcbur edən yoxdur. “Vay,vay,vay bizim musiqimiz nə gündədir?!” filan. Güya bunu yazan özü hər gün Rəşid Behbudova qulaq asır?! Vallah qulaq asmır. Dövrün tələbinə görə Beyonce-yə, Shakira-ya kimi müğənniləri dinləyirlər. Dinləməsinlər də. Hər şeyin bir dövrü var da.Onlar bizim klassiklərimiz,dahilərimizdir ki, indi də biz onların mahnıları ilə qidalanırıq. Amma hər şeyin bir dövrü var, tələbata görə hər şey dəyişir.

-Dəvət olunduğunuz verilişlər fəaliyyətinizə necə təsir edir?

-Ümumiyyətlə, mən artıq bir çox verilişlərə getməkdən imtina edirəm. Elementar bir müqayisə deyim. Tutalım Türkiyədə Aleyna Tilkini çağırırlar “Beyaz Show”a, insanlar necə gözəl qarşılayır, uğurlar arzulayırlar. Bizdə çağırırlar verilişə, elə başlayan kimi, “məncə, mahnı bayağı mahnıdır”. Niyə də, qardaş?! Harada gördün bayağılığını. “Orada “düşün məni” əvəzinə “düsün məni” deyir. Allah rəhmət eləsin bizim sənətkarlarımıza.Onlar bilsəydi belə mahnı...” Niyə də?! İzah elə, mən də bilim ki,bu kriteriyaya görə bu mahnı bayağı imiş.

-Yaşamaqla var olmaq arasındakı fərqlər nələrdir sizcə?

-Var olmaq odur ki, hər gün nəfəs alırsan. Yaşamaq odur ki, həyatın hər anından zövq alırsan. Bu gün mən çayı içib olduğu kimi onun dadını, qoxusunu ala bilirəmsə, sabahı bilmək olmaz. Buradan çıxıb evə salamat gedəcəyin qaranti deyil. Hər şey ola bilər. Ona görə də anın həzzini yaşamaq lazımdır. Din baxımından müsəlman da olsam, yenə o biri dünya varmı, yoxmu sual altındadır. Bilinmir də. Ona görə də bu gün nəyi necə varsa, zövqünü yaşamaq lazımdır. Bu yaxınlarda Alla Puqaçovanın müsahibəsini izlədim. Qadın çox gözəl danışır. Deyir, "nəsə paylaşıram, şərh yazırlar ki, sən qocasan, kaftarsan". O da deyir ki, "düzdür, mən eləyəm. Nə olsun, amma mən bu gün anın zövqünü yaşayıram. O qədər insanlar var ki, ancaq bu ay qurtarsaydı, maaşımı alardım deyə fikirləşir. Günlərin necə keçdiyinin fərqinə varmır. Amma hər gün insan ömründən keçir". Mənim 27-ci ilimin bu günü də heç vaxt qayıtmayacaq. Ona görə də dəyərli yaşamaq lazımdır.

Elə insanlar olur ki, özünü nəyəsə məhkum edir. Gedir ailə həyatı qurur və görür ki, qarşı tərəf bunu anlamır, başa düşmür. Məhz camaat, qınaq var deyə məcburən ömrünü ona həsr edir. Yox, yoxdur belə bir şey. Hər şey qurtaracaq, amma həyatın yenidən qayıtmayacaq. Sənin cavanlığın, dünyaya olan həvəsin heç vaxt qayıtmayacaq. Həyatını yaşa, kiməsə mane olma, kiminsə şərəfinə, namusuna, şəxsi özəl işlərinə qarışma, ilişmə, sataşma, heç kimə ziyanın dəymədən öz həyatını,istədiyini yaşa. Sadəcə yetər ki, həyatında olan insanlar güvənilir olsun. Biləsən ki, ən pis məqamında belə o insanlar səni vəziyyətdən çıxara biləcəklər. Düzdür, onsuz hara fırlansaq bizdə bu mental dəyərlər deyilən şeylər var ki, haradasa mən o mental dəyərlərlə razıyam. Çünki onlar olmasa, həddindən artıq özbaşınalıq olar.

Bilirsiz, bu dəqiqə Azərbaycanda elə bir şey var ki, sanki iki tərəfdən təzyiq var. Din bir tərəfdən sıxışdırır. Bir tərəfdən də Avropalaşmaq. İnsanlar da qalıblar ortalıqda. Normal təfəkkürü, dünyagörüşü olan insanlar çəkilib qırağa, hər şeyi kənardan görüb, izləyirlər. Özlərini də normal kontrol edə bilirlər. Amma digər insanlar ki, var, bilmirlər nə etsinlər. Çox qəribə bir şeylər yaşanır. Məsələn, baxırsan ki, biri çox açıq-saçıq geyimlə şəkil paylaşır, növbəti paylaşımı İmam Əlidən olur (gülür). Tarazlıq belədir. Amma Avropa beyinli, düşüncəli olmaq əxlaqsızlıq deyil. Sırf bunu qarışdırırlar,aləmi qatırlar bir-birinə. Amma məsələ belədir ki, bunu hər hansı bir savadlı adamlar da edir. Məsələn, facebookda görürsən bir qız şəklini paylaşıb, hansısa bir qalstuklu kişilər şərhə yazırlar ki, "çox gözəlsən", "bircə görüşüb çay içsəydik" filan. Baxırsan, utanırsan onların yerinə. Hamısı da yazıçı,publisist. Hamımızın da facebook da rastlaşdığımız anlardır.(interview.az)

Trampın iradəsinin əksinə SNN-in jurnalisti yenidən Ağ evə döndü...
Dövlət Gömrük Komitəsi media tur təşkil etdi - FOTO
Cinsi əlaqəyə girmək qripin qarşısını alır - MARAQLI
Telefonla çox oynadığı üçün 7 yaşlı qızını boğaraq öldürdü - DƏHŞƏT...
Özünü vampir hesab etdi, sevgilisini ürəyindən bıçaqladı - DƏHŞƏT...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Ədəbiyyat
“AYB-yə üzvlük və sənəd qəbulunu gələnilki qurultaya qədər dayandırmışıq”– Fikrət Qoca
Dünya
10 yaşlı qızcığaz təcavüzkarı karate fəndi ilə uzaqlaşdırdı - MARAQLI...+ VİDEO
Dünya
Əli və dostları qadağalara rəğmən Tac-Mahalda namaz qılmaqda davam edir...- İbrətamiz
Dünya
“Fətullah Gülən Türkiyəyə verilməyəcək” – PROQNOZ
Cəmiyyət
Könlünün qapı-pəncərəsini insanların üzünə açan nurlu insan - Qənbər Şəmşiroğlu-85
Həftənin ən çox oxunanları
Xəzər TV rektorun qovulmasının səbəbini açıqladı: Akademiki qara günlər gözləyir - VİDEO
"KİA Motors" Azərbaycanda 1 milyon kilometr maşın sürən şəxsi ŞOKA SALDI...
"Misir Mərdanov Abel Məhərrəmovun deyil, Bəhram Əsgərovun rektor olmasını istəyirdi"
"Bəlkə içimizdəki ermənilərdənsən ki, şəhid anasını təhqir etməyə özünü borclu bilirsən"
"Başa düşə bilmirəm ki, hansı məntiqlə qadınları 65 yaşda pensiyaya çıxarırıq?"
Xatirənin geyimi başına bəla oldu - FOTOLAR
Abel Məhərrəmovun rektorluq "kitabını bağlayan" SENSASİON SƏBƏB...
“Bu reklama çəkilməklə bir ailə başçısını üç il yarım həbsdən azad etdirdim...” - VİDEO
Sehrli ingilis barmağı: Dumanlı Albiondan bir qudaya stop, digərinə yaşıl ışıq? + FOTOLAR
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə