Xəbər lenti
11/12/2018 [18:15]:
Ərdoğan Türkiyə və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığa dair sənədi təsdiqlədi
11/12/2018 [18:12]:
“Time” ilin adamını elan etdi
11/12/2018 [18:04]:
"Heydər Əliyev hər kəsi səbirlə dinləyirdi..." - Eks-nazir
11/12/2018 [18:01]:
Jurnalistin atasını öldürən sürücünün məhkəməsi davam etdi - Şahidlər DANIŞDI
11/12/2018 [17:58]:
Fransada minimal əməkhaqqı hər ay 100 avro artacaq
11/12/2018 [17:55]:
Hərbi jurnalistlər harada hazırlanmalıdır: Hərbi məktəbdə, yoxsa jurnalistika fakültəsində?
11/12/2018 [17:50]:
Siqaretin qiyməti bahalaşır
11/12/2018 [17:48]:
SON DƏQİQƏ: polis rəisi iş otağında öldürüldü - FOTO
11/12/2018 [17:30]:
Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək
11/12/2018 [17:29]:
Gömrük Komitəsinin Akademiyasında Heydər Əliyevə həsr olunmuş tədbir keçirildi
11/12/2018 [17:21]:
Dekabrın 12-nə MANATIN MƏZƏNNƏSİ
11/12/2018 [17:16]:
"Heydər Əliyev tribunaya çıxdı, hamı heyrət içində idi və..." - Pastuxov TARİXİ FAKTLARI AÇDI
11/12/2018 [17:12]:
Televiziyalara baxanda belə çıxır ki, namusu, abır və həyanı bazara çıxarmışıq
11/12/2018 [17:11]:
Fransada etiraz aksiyaları səngimir
11/12/2018 [17:00]:
Akif Nağı: “Qarabağ mitinqinin məqsədini başa düşmək istəmirlər”
11/12/2018 [16:59]:
“Mikayıl Gözəlov Milli Qəhrəman adına layiqdir… -Separatçılar onu 1988-ci ildən hədəfə almışdı...”
11/12/2018 [16:52]:
Ermənistanda süpürgəçi qadını öldürmüş rusiyalı hərbçi tutuldu
11/12/2018 [16:48]:
İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı
11/12/2018 [16:34]:
“Azərbaycanda bir dənə at üstündə normal heykəl yoxdur”
11/12/2018 [16:25]:
Sədərəkdə telefon oğurlayan şəxs kameralara düşdü - VİDEO
11/12/2018 [16:19]:
Daha bir bağça ilə bağlı qalmaqallı video yayılıb - Müəllimə söyüş söyür - VİDEO
11/12/2018 [16:09]:
Həbib Azərbaycana gələ bilər
11/12/2018 [16:05]:
Dünyanın ən zəngin azərbaycanlısı varisi barədə DANIŞDI
11/12/2018 [15:58]:
“Özümü dənizə atıb öldürmək istəmişəm” - Nazpəri Dostəliyeva
11/12/2018 [15:51]:
Sənubər İsgəndərlinin məşhur dayısı - FOTO
11/12/2018 [15:50]:
Fransada azərbaycanlı, gürcü və ermənilər saxlanıldı - 300 nəfərlik əməliyyat
11/12/2018 [15:49]:
Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb - SİYAHI
11/12/2018 [15:47]:
“Nar” yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir
11/12/2018 [15:44]:
"Çünki həmin beynəlxalq təşkilatlar bəlli güc mərkəzlərinin nəzarətindədir"
11/12/2018 [15:41]:
Əsgər Heydər Əliyev Mədət Quliyevlə birgə Fəxri Xiyabanda - VİDEO
11/12/2018 [15:32]:
“Fənərbaxça”da qalmaqal - Futbolçular prezidentə etiraz etdi
11/12/2018 [15:31]:
İran yeni ballistik raket sınaqlarını TƏSDİQLƏDİ
11/12/2018 [15:25]:
Azərbaycanda maaşlar artıb
11/12/2018 [15:20]:
Əhali bu il ərzağa, siqaretə, içkiyə nə qədər pul xərcləyib?
11/12/2018 [15:13]:
Daş bazarında ciddi bahalaşma olub - SƏBƏBLƏR
11/12/2018 [15:05]:
Dövlət himninin ifası zamanı vətəndaşdan tələb olunan ŞƏRTLƏR
11/12/2018 [14:54]:
"Şaxta baba həqiqət deyil" dedi, həbs edildi - MARAQLI
11/12/2018 [14:46]:
Azərbaycanda övladlığagötürmə sistemi təkmilləşdirilir
11/12/2018 [14:39]:
Şikayət üçün polis idarəsinə getdi, ilanın hücumuna məruz qaldı - VİDEO
11/12/2018 [14:28]:
Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək? - Deputat AYDINLIQ GƏTİRDİ
11/12/2018 [14:27]:
"Universitetlərdə hərbi jurnalist fakültələrinin açılmasını təklif etmişəm, amma..."
11/12/2018 [14:26]:
Bu firma işçilərinə maaş əvəzi təkər verəcək - MARAQLI
11/12/2018 [14:15]:
Rahibələr oğurladıqları yarım milyon dolları qumarda xərclədilər - İNANILMAZ...
11/12/2018 [14:14]:
Sabahdan hava SOYUYUR, yağış, QAR GƏLİR - XƏBƏRDARLIQ
11/12/2018 [14:07]:
Heydər Əliyev səhnə arxasına xəbər göndərdi ki... - Xalq artisti O ANLARDAN DANIŞDI
11/12/2018 [14:06]:
"Qaçqınkom"un sədr müavinindən köçkünlərə çağırış: "Vaxtında ödəyin ki..."
11/12/2018 [13:53]:
Rusiya prezidentinin "Ştazi" vəsiqəsi tapılıb: “Verilir mayor Vladimir Putinə..."
11/12/2018 [13:53]:
Arvadını 5-ci mərtəbədən atan şəxs məşhur müğənninin nəvəsi imiş - FOTO
11/12/2018 [13:50]:
“Bizim məmurları “Qurani-Kərim”ə də and içdirsən, yenə rüşvət alacaqlar”
11/12/2018 [13:44]:
Rusiyadan gələn maşında xeyli güllə tapıldı
11/12/2018 [13:34]:
Nigar Camal evlənir? - FOTO
11/12/2018 [13:21]:
"Heydər Əliyev sakitliyi və rahatlığı deyil, Vətəninin taleyini düşünürdü..."
11/12/2018 [13:15]:
Vanqanın 2019-cu il PROQNOZLARI - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami...
11/12/2018 [13:11]:
"Paşinyanın Türkiyəyə yönəlik təxribatçı çağırışı növbəti erməni həyasızlığıdır..."
11/12/2018 [13:10]:
Medvedyev: "İlk dəfə bunu Qorbaçov yox, Əliyev etdi" - VİDEO
11/12/2018 [13:00]:
Yeni NATO: ABŞ ərəblərin üzərindən KİMLƏRİ HƏDƏF ALIR?
11/12/2018 [12:42]:
Bakıda ağır qəza – QADIN ÖLDÜ
11/12/2018 [12:38]:
Türkiyə Qara dənizdə yeni hərbi baza yaradacaq
11/12/2018 [12:28]:
Direktor əri tərəfindən öldürülən Adelyanın TƏSİRLİ EŞQ ETİRAFI: "Mən səni..." - YENİ FAKTLAR/FOTO
11/12/2018 [12:21]:
"Pentaqon quzğunları"nın səhvi Səudiyyə Ərəbistanını on milyonlarla dollar “qabağa saldı”
11/12/2018 [12:17]:
Daşqın Gülməmmədov: "Ukrayna üçün artıq Rusiya rəsmi düşməndir..."
11/12/2018 [12:13]:
Cəsarətsiz Makron və Türkiyə təcrübəsi - MÜQAYİSƏ...
11/12/2018 [12:12]:
“Özünüz şahidi olacaqsınız...” - Əli Mirəliyev yeni veriliş açır...
11/12/2018 [12:05]:
"Günahının nə olmasından asılı olmayaraq, kişi qadının üzərində bu qədər iyrənc üsul seçirsə..."
11/12/2018 [11:55]:
Bakı Meriyasından Atatürk parkındakı söküntü ilə bağlı AÇIQLAMA
11/12/2018 [11:53]:
“Mikayıl Gözəlov güllələnəndən sonra ermənilər bizə dedi ki...” - Şuşanın “Qəmlo”su...
11/12/2018 [11:49]:
Nazirlik: " Sürüşmə zonasından sakinlərin köçürülməsi gündəmdə deyil"
11/12/2018 [11:49]:
Azərbaycanın hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların sayı artdı
11/12/2018 [11:46]:
ABŞ Avropaya İsrail variantını TƏKLİF ETDİ - Rusiyaya buna çox əsəbiləşəcək
11/12/2018 [11:36]:
Şeyxülislam: "Əsl demokratik prinsiplərə söykənən vicdan azadlığı Heydər Əliyevin adıyla bağlıdır"
11/12/2018 [11:34]:
“Türkiyə və Rusiya ilə münasibətlərdən sonra danışacam” - Paşinyandan türk müxbirə cavab...-VİDEO
11/12/2018 [11:28]:
İlham Əliyev İranın Sərhəd Qoşunları komandanını qəbul etdi
11/12/2018 [11:25]:
Bakıda yüksək vəzifəli şəxs narkotik çəkib şirkətdə işləyən arvadını... - DƏHŞƏTLİ FAKTLAR/FOTO
11/12/2018 [11:21]:
İsgəndər Həmidov: “Lider kimi önə çıxmaq məqsədim yoxdur”
11/12/2018 [11:14]:
Şirvanda “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda seminar keçirilib
11/12/2018 [11:14]:
“1990-1991-ci illərin qışı idi, Əliyevlə darısqal bir otaqda oturmuşduq...” - FOTOLAR
11/12/2018 [11:04]:
Rəşad Məcid: “Əfv sərəncamı Novruz bayramı ərəfəsində olacaq”
11/12/2018 [11:03]:
“Ermənistandakı proseslər İrəvan-Bakı münasibətinə təsir göstərə bilər” - PROQNOZ
11/12/2018 [10:56]:
Qurban Qurbanovdan ŞOK ADDIM: AFFA-nın təzminatından imtina etdi
11/12/2018 [10:55]:
Ziyafət Əsgərov: “Çalışırlar ki, Azərbaycanda terror hadisəsi törətsinlər”
Bütün arxiv bir sırada
13/09/2018 [09:15] - Köşə - ( 1044 dəfə baxılıb)

30 il əvvəl-dəli sevdama qovuşduğum gün!

Kamil Həmidov

Düz 30 il öncə...

Dəli sevdalısı olduğum jurnalistikaya (mediaya) gəldiyim il-ay...

Hələ uşaqlıqdan, 10-11 yaşlarımdan humanitar elmlərə (tarixə, coğrafiyaya...) böyük həvəsim vardı, yaranmışdı...Gah deyirdim hüquqşünas (prokuror) olacam, gah deyirdim, yox, tarixçi olacam, gah da deyirdim ki, coğrafiya müəllimi...

Amma sonradan idmana və siyasi verilişlərə olan dəhşətli marağım,azarkeşliyim məni jurnalistikaya həvəsləndirdi, artıq 12-14 yaşlarımdan öz-özümə dedim ki, jurnalist olacam-özü də televiziya jurnalisti, ya idman verilişlərinin, ya da siyasi verilişlərin (siyasi icmalçı) aparıcısı olacam...

Və beləliklə, bu dəli sevda məni bir an belə rahat buraxmadı-buraxmırdı...Hər gün həyət darvazımızın yanında poçtalyonumuzun nə vaxt qəzetləri gətirib çıxaracağını gözləyirdim, bir qədər gec gələndə də az qala "mazgi"sini çürüdürdüm...

Azərbaycan və rus dillərində çıxan qəzetləri (rus dilini çox zəif bilməyimə rəğmən)-"Kommunist"i, "Sovet kəndi"ni, "Azərbaycan gəncləri"ni, "Pravda"nı, "İzvestiya"nı, "İdman"ı, "Sovetskiy sprort"u (sonralan "Arqumenti i faktı"nı, "Gənclik" jurnalını...) birnəfəsə, acgözlüklə oxuyurdum...

AzTV-ni və Mərkəzi televiziyanı acgözlüklə izləyirdim, bir idman xəbərini, bir idman verilişini ( idman yarışlarını), bir siyasi xəbəri, siyasi verilişləri- "Seqodnya v mire"ni, "Planetmizin mənzərəsi"ni, "Qitələr, hadisələr, şərhlər"i, xəbərləri...dinləməkdən, izləməkdən yorulmurdum, usanmırdım...

Nəhayət, 10-cu sinifə gəlib çatmışdım, cəmi bir il qalmışdı orta  məktəbi bitirməyimə...Rəhmətlik atam mənim jurnalist olmağıma o qədər də sıcaq baxmırdı, inadkarlıq edirdi, deyirdi ki, yaxşı olar başqa sənəti, başqa peşəni seçəsən...

Amma üzdə ona etiraz etməsəm də, daxilən inadkarlıq göstərirdim...Və bir gün, 1988-ci ilin avqust ayının son günlərində rəhmətlik atam dedi ki, bir yazı yaz, aparıb verim "Mübariz" qəzetinə ( keçmiş raykomun orqanı idi, indi də çıxır və o dövrü bilənlər bilir ki, raykomun orqanı olan qəzetdə yazı dərc etdirmək o qədər asan məsələ deyildi)...

Mənə bir qədər təəccüblü gəlidi, həm də atam söz danışan deyildi, sözü "xəsisliklə" xərcləyərdi...Mənim təəccübümü görüb dedi ki, bəs "Mübariz"də bir dostum var (rəhmətlik Asif müəllim), o gün onunla söhbət edirdim, söhbət gəlib sənin üzərində dayandı, sənin jurnalistliyə olan həvəsini və inadını ona bildirdim, o da dedi ki, "uşağı sıxma-boğmaya salma, həvəsi haradırsa, ora da getsin, bir yazı yazsın, gətir görüm necə yazır, xoşuma gəlsə, verəcəm"...

Mən də bu sözlərdən ürəklənib, sevinib  bir yazı yazdım, bir gün atam səhər tezdən işə gedərkən, həmin yazının götürüb apardı...Fikirləşdim ki. yəqin bir neçə günə çıxar, amma səhərisi gün qəzetdə ilk yazımı görəndə sözün əsl mənasında şok oldum, sevincimin həddi-hüdudu yoxuydu və beləliklə, dəli sevdama qovuşdum...Jurnalistikaya ilk qədəmlərimi basdım və ardıcıl olaraq yazılarım "Mübariz"də dərc olunmağa başladı, hətta, tənbəllik edib, yazmayanda atam deyirdi ki, yazı istəyirlər...

Ancaq elə oldu ki, orta məktəbi qurtaranda, BDU-ya, jurnalistikaya yox, başqa bir instituta iş-sənəd verməli oldum çox həvəzsiz şəkildə və kəsildim, ikinci il də kəsildim, amma 3-cü il, 1991-ci ildə illərlə arzusunda olduğum elm məbədgahına-BDU-ya, jurnalistika fakültəsinə sənədlərimi verdim və qəbul olundum...Və BDU-ya daxil olduğum günlərdə, hələ tələbə biletini almamışdım, SSRİ-də mövcuduydu, kənddən poçt vasitəsi ilə böyük yazarımız- Azərbaycan ədəbiyyatı, jurnalistikası və siyasətində böyük xidmətləri olmuş Sabir Rüstəmxanlının "Azərbaycan" qəzetinə müstəqilliklə bağlı bir yazı göndərdim...Bir gün əmimin gəlini-xətrini dünyalar qədər çox istədiyim Sədaqət bibim (həm də müəllimim) mənə dedi ki, Kamil, bizə gəl, Səməd (əmimoğlu) "Azərbaycan" qəzetinin növbəti sayını alıb və sənin orada yazın çıxıb...Sadəcə, uçmağa qanadım yoxuydu...Özümü dünyanın ən xoşbəxt insanı sayırdım...

Sonra-1991-ci ilin sonlarından (birinci kursda oxuyarkən) Azərbaycan mediasında, qəzetçilik tarixində öz sözü və öz yeri olan "Aydınlıq" qəzetində yazılarım getməyə başladı... Bu qəzeti hədsiz dərəcədə çox sevirdim (Allah Babək Hüseynoğluna, Məmməd Nazimoğluna, Mahal İsmayıloğluna rəhmət etsin, sağ qalan "Aydınlıq"çılara, o cümlədən, Əsli xanıma, Zeynal Vəfaya can sağlığı versin...)...Həmin illərdə həmçinin, rəhmətlik Eldar Baxışın redaktor olduğu "Səs" qəzetində, "Vətən səsi" qəzetində, "Zaman qəzetində paralel olaraq yazılarım gedirdi...

1995-ci ildə iki-üç aylıq (Allah Adil İrşadoğluna, Şahbaz Şamıoğluna can sağlığı versin) "De-fakto" qəzetində işlədikdən sonra böyük və peşəkar jurnalist Emin Eminbəylinin "7Gün" qəzetində işləməyə başladım, orada da 8 işlədikdən sonra 1996-cı ildən-avqust ayından (düz 22 ildir bu qəzetin əməkdaşı, siyasiət -parlament müxbiriyəm) Azərbaycan mediasında, Azərbaycan mətbuat tarixində qəzetçilik məktəbi sayılacaq 5-3 qəzetdən biri "525"-lə (kimlər, hansı imzalar yoxuydu burda...Allah dəyərli insan, peşəkar qələm sahibi Rəşad müəllim başda olmaqla, sağ qalanlarımıza can sağlığı versin, dünyasını erkən, vaxtsız dəyişənlərimizə də rəhmət etsin!) əməkdaşlığa başladım...

Həmçinin, 1nyus-un ilk işçisi və 3-4 yaradıcılarından biri oldum... 5 il- ilk gündən-son günədək sevimli Gün.Az saytında, 10 ay (əslində 14 ay) Gununsesi.info-da çalışdım...Bu ilin yanvarından isə Oxu.Az-da çalışıram, həm də paralel olaraq, parlament müxbiri kimi sevimli "525"-lə əməkdaşlığımı (ştatdankənar müxbir kimi) davam etdirirəm...

Yekə çıxmasın, bu illərdə qazandıqlarım da çox oldu, itirdiklərim də...Bəzən bu-dəli sevdalısı olduğum sənətdən, peşədən uzaqlaşmaq istədim, bəzən bezdim, bezdirildim, bəzən iyrəndim, iyrəndirildim...Amma sonda yenə də ayrıla bilmədim dəli sevdamdan...

Zəif yazılarım da oldu, orta səviyyəli yazılarım da, yaxşı-əla sayılacaq yazılarım da... Elə zamanlar oldu ki, yazım üstümə qaytarıldı...Amma bundan utanmadım, xəcalətlənmədim, özümü heç nə olmamış kimi də aparmadım, yəni, yaxşlarıma necə ürəklə sahib çıxdımsa," pislərimə" də o cür sahib çıxdım...

30 ildə heç zaman-heç yerdə sinəmə döymədim, "mən-mən" demədim, "məndən yoxdur" demədim, özümü peşəkar adlandırmadım, kiminsə haqqına girmədim, kiminsə ufacıq belə haqqını yemədim, tapdalamadım, siyasi oyunlara, ucuz media intriqalarına qəti baş qoşmadım...İndi, maşallah olsun ...baxıb görürəm ki, dünən "yumurtadan cıqq edənlər", jurnalistikanın-qəzetçiliyin j-sindən və q-sindən xəbəri olmayanlar və ya 90-ci illərdə, Rövşən Əhədoğlu demişkən, "cümlə qurmaq sahəsində problemləri olanlar" hamısı özlərini peşəkarların ən peşəkarı, dahilərin ən dahisi hesab edirlər... Etsinlər, öz işləridir, bununla özlərini xoşbəxt hesab edirlərsə, qoy etsinlər...

Bu sənətdə, bu peşədə Allahımdan savayı heç bir yiyəm, dayım-daydayım, əmim...filankəsim olmadı...Heç gərək də, ehtiyac da duymadım buna...Belə şeylər mənlik deyil...Hər şeyə Allahımın köməyi, alın tərim, zəhmətim sayəsində nail oldum (medal, mənzil məsələsinə toxunmaq istəmirəm, bu haqda çox demişəm, çox yazmışam,  minnətdarlıq ünvanım da, minnətdarlığım da əbədidir)...

Qabağa çəkənim də olmadı, amma bəzən üzümə gülüb, ayağımdan geri dartanlarım da, məni özlərinə-səbəbini də anlamaqda zorluq çəkirəm- rəqib görənlər oldu...(Quyu qazanlar da qazdıqları quyulara özləri düşdülər...Çünki həyatda, o cümlədən, bu sənətdə kiminləsə işim, şəxsi-qərəzliyəm, ədavətim olmayıb, kimisə nə özümə rəqib gördüm, nə də özümü kiməsə rəqib...Başımı aşağı sallayıb, öz işimlə, öz sənətimlə, öz peşəmlə məşul oldum...Dövlətimə, millətimə, vətənimə qulluq etməyə çalışdım, yolumu azmadım)...Olsun, mən xırda hisslərlə yaşayan birisi deyiləm, qeyri-təvazökarlıq kimi çıxmasın, özümə son dərəcədə yaxın hesab etdiyim, ağlına, səviyyəsinə, təfəkkürünə inandığım bir şəxsin-böyün insanın dediyi kimi, ürəyim özümdən də böyükdür, hər kəsə yer var burda...Dostlara da, dost cildindəki düşmənlərə də, məni qəbul və həzm etməyənlərə də...

Mən də beləyəm, düzələn deyiləm...

Və nə az-nə çox, düz 30 il... Bir igidin ömrü...Savablarımla, günahlarımla...birgə 30 il...

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Oxu.Az saytının və "525-ci qəzet"in parlament müxbiri

“Özümü dənizə atıb öldürmək istəmişəm” - Nazpəri Dostəliyeva
"Şaxta baba həqiqət deyil" dedi, həbs edildi - MARAQLI
Şikayət üçün polis idarəsinə getdi, ilanın hücumuna məruz qaldı - VİDEO
Bu firma işçilərinə maaş əvəzi təkər verəcək - MARAQLI
Rahibələr oğurladıqları yarım milyon dolları qumarda xərclədilər - İNANILMAZ...
Ədliyyə: 1918-2018
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Bizim məmurları “Qurani-Kərim”ə də and içdirsən, yenə rüşvət alacaqlar”
Siyasət
“Ermənistandakı proseslər İrəvan-Bakı münasibətinə təsir göstərə bilər” - PROQNOZ
Cəmiyyət
"Hər bir işçini işə götürdüyümüz zaman psixoloji durumları və gərginlikləri ölçülür"
Dünya
Ermənistan prezidentinin ailəsi də “soyqırım qurbanı” çıxdı - Növbəti erməni həyasızlığı...
Dünya
Bu ölkədə hökumət yeni doğulan körpələri yataqla təmin edir -Maraqlı...
Həftənin ən çox oxunanları
“Təki, erməni ordusu güclü olsun -  pensiyamızın qalxması vacib deyil...”-Xankəndindəki erməni qarı-
Fitnəkar ruslar ermənilərə Naxçıvanı da vəd etdilər: Bəs bizimkilər niyə susur...?
Putin Paşinyanın xeyir-duasını çoxdan verib – Biz Qarabağın gününə ağlayaq...
Putin Paşinyandan niyə çəkinir?
Paşinyan sərhədlərin açılması ilə bağlı Türkiyəyə yalvardı: "Bir şərtlə ki..."
"Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq...”
Gələcək intim necə olacaq? - Alimlərdən maraqlı açıqlama...
“Fağır” Ermənistan silahlanma sürətinə görə dünyada üçüncü, Avropada birinci oldu...
Tramp ata Buşun dəfnində yarıməsrlik ənənəni pozdu - FOTO+VİDEO
Arif Əsgərov hardan biləydi ki, baldızı oğlu təhlükəli sularda üzür: Bir həbsin izi ilə...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə