Xəbər lenti
27/11/2020 [20:48]:
Öldüyü düşünülərək morqa qoyulan adam qışqıraraq həyata qayıtdı...
27/11/2020 [20:43]:
"Nepal kimi geridə qalmış ölkədə plastik torbalara çoxdan qadağa qoyulub, bizdə isə..."
27/11/2020 [20:38]:
Qalib əsgər Cavid Hüseynov... -Qənirə Paşayeva şəhidimizdən yazdı...
27/11/2020 [20:31]:
Şuşada xəngəl bişirən əsgərlərimiz - VİDEO
27/11/2020 [20:00]:
Rusiya ordusunda koronavirusa qarşı kütləvi peyvəndləmə başladı
27/11/2020 [19:53]:
“Fransa senatının 30 il öncə ləğv olunmuş qurumu “tanıması”  savadsızlıqdır”
27/11/2020 [19:41]:
Rusiyada COVID-19-a təkrar yoluxma halları qeydə alınıb
27/11/2020 [19:40]:
Azərbaycan çempionu iştirak ərizəsini UEFA-ya təqdim etdi
27/11/2020 [19:38]:
Yaralı, çapıqlar içində, amma sınmayan, ruhdan düşməyən - FÜZULİ...
27/11/2020 [19:38]:
Ərdoğan Albayrağın yerinə onu təyin etdi
27/11/2020 [19:33]:
"Erməni Azərbaycanın 7 rayonu əlində ola-ola Dağlıq Qarabağa müstəqil dövlət statusu ala bilmədisə..."
27/11/2020 [19:27]:
Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir
27/11/2020 [19:20]:
İranda nüvə alimi öldürülüb - YENİLƏNİB
27/11/2020 [19:18]:
Günay Əfəndiyeva Koreyada keçirilən beynəlxalq onlayn Forumda iştirak edib
27/11/2020 [19:02]:
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək üçün səsvermə keçirildi
27/11/2020 [18:51]:
Azərbaycanda əksər məhkəmə prosesləri təxirə salındı
27/11/2020 [18:45]:
General Movses Akopyan: “Paşinyanın psixi problemləri var”
27/11/2020 [18:38]:
Vasif Talıbov yaralı hərbçilərlə görüşdü
27/11/2020 [18:36]:
Ahmet Davutoğlu koronavirusa yoluxub
27/11/2020 [18:35]:
Qəhrəman atanın qəhrəman oğlu
27/11/2020 [18:34]:
Azərbaycan yolların keyfiyyətinə görə MDB-də birinci yerdədir
27/11/2020 [18:29]:
TBMM-in siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarını qınadı
27/11/2020 [18:27]:
Çavuşoğlu: “Qarabağla bağlı üçtərəfli bəyanat regionda davamlı sülh üçün ümidverici addımdır”
27/11/2020 [18:18]:
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr...
27/11/2020 [18:12]:
Ağcabədidə koronavirus xəstələrinə cinayət işi başlanıldı
27/11/2020 [18:06]:
“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”
27/11/2020 [18:00]:
Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib
27/11/2020 [17:54]:
Şanlı ordumuzun qalib əsgərləri geri qayıdırlar - VİDEO
27/11/2020 [17:45]:
“Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər öz evlərində qalıb yaşaya bilərlər...”
27/11/2020 [17:40]:
Lukaşenko prezidentlikdən gedəcəyini açıqladı
27/11/2020 [17:39]:
Prezidentdən məişət zorakılığı ilə mübarizəyə dair SƏRƏNCAM
27/11/2020 [17:37]:
Vilayət Eyvazov onu "Qoratdel"ə rəis TƏYİN ETDİ - FOTO
27/11/2020 [17:36]:
Dünəndən bu günə Qarabağ müharibəsi - Azərbaycan Ordusunun gücü
27/11/2020 [17:33]:
Qənirə Paşayeva son 5 gündə yüzdən çox vətəndaşımızın "online" şəkildə müraciətlərini, qayğılarını dinləyib
27/11/2020 [17:29]:
“Hər şeyi məhv ediblər, torpağı minalayıblar” - Fred Asifin qardaşı Ağdama getməyindən danışdı
27/11/2020 [17:28]:
Azərbaycanda karantinə görə əksər məhkəmə prosesləri təxirə salındı
27/11/2020 [17:22]:
"Nə ləhcəsini, nə də oranın adətlərinin hansısa birini dəyişdi"
27/11/2020 [17:17]:
Erməni əsirliyində olan Aminin yeni fotosu yayıldı
27/11/2020 [17:15]:
“Ərimə yaxın dostu ilə xəyanətimi dedim” - Sofiyevanın ziddiyyətli ifadələri
27/11/2020 [17:12]:
Lukaşenko pandemiyadan bəri ilk dəfə maska taxdı - VİDEO
27/11/2020 [16:47]:
"Deyəsən son günlər Paşinyanın Putinə artan zəngləri öz nəticələrini verməyə başlayır..."
27/11/2020 [16:41]:
“Ermənilərin ekoloji terrorizmi” mövzusunda seminar keçirilib
27/11/2020 [16:39]:
Millət vəkili əsgərin təhsil problemini nəzarətə götürən təhsil nazirinə təşəkkür etdi
27/11/2020 [16:29]:
Məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumları hazırlanacaq
27/11/2020 [16:29]:
"Təəssüf ki, dünyaya bəla kəsilən qəfil virus onun da həyatını yarımçıq dayandırdı"
27/11/2020 [16:28]:
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb - FOTO
27/11/2020 [16:26]:
“Ermənilərlə yenidən yanaşı yaşamaq çox çətin olacaq...” -Şuşanın sabiq polis rəisi
27/11/2020 [16:26]:
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bərpa edilir
27/11/2020 [16:26]:
Elxan Mehdiyevdən həyəcan siqnalı: "İndi Laçın, növbəti zəng Hadrut üçün olacaqmı?.."
27/11/2020 [16:13]:
Çətin həyat şəraitində olan uşaqların sosial müdafiə tədbirləri ilə bağlı təkliflər hazırlanacaq
27/11/2020 [16:11]:
Fuad Axundov: “Ermənilər Ermənistanda və son 30 il ərzində Qarabağda Azərbaycan irsini məhv ediblər”
27/11/2020 [16:09]:
Tərtərdə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyənləşdirildi
27/11/2020 [16:08]:
Miqrasiya işçilərinə ödəyə bilməyəcəyi kredit, borc götürmək qadağan olunub
27/11/2020 [16:04]:
Putin Təhlükəsizlik Şurasının üzvləri ilə sülhməramlıların fəaliyyətini müzakirə etdi
27/11/2020 [16:03]:
Azərbaycanda əhəmiyyətli avtomobil yolu bir-neçə marşrut üzrə yenidən qurulur - FOTO
27/11/2020 [15:57]:
Samir Şərifov: "Bu bədnam qətnamə Azərbaycan və Fransa arasında uzun illərdən bəri qurulmuş əməkdaşlığa ciddi qəsddir"
27/11/2020 [15:56]:
Yılmaz Vural reanimasiyaya yerləşdirilib
27/11/2020 [15:55]:
XİN başçısı: “Münaqişənin həllində dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq”
27/11/2020 [15:52]:
Düşmənin viran qoyduğu Ağdamın helikopterdən çəkilmiş görüntüləri - VİDEO
27/11/2020 [15:51]:
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu - FOTO
27/11/2020 [15:50]:
Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?! -Paşinyanın şirin yuxusu
27/11/2020 [15:39]:
“Ağdam şəhəri işğal olunandan sonra teatrın çətin günləri başladı...” - FOTOLAR
27/11/2020 [15:25]:
Bu gün 28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu
27/11/2020 [15:22]:
Bakıda yaşayan Nehrəm ağsaqqallarından Prezident İlham Əliyevə MÜRACİƏT...
27/11/2020 [15:17]:
DSX: İrandan Azərbaycana narkotik gətirənlər saxlanılıb
27/11/2020 [15:16]:
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq
27/11/2020 [15:14]:
Paşinyanın arvadı oğurluqda ittiham edilir - VİDEO
27/11/2020 [15:09]:
Dövlətə məxsus 43 əmlak özəlləşdiriləcək
27/11/2020 [15:06]:
Paşinyan: “Zod qızıl yatağının yarısı Azərbaycan ərazisinə düşür”
27/11/2020 [15:04]:
Azərbaycanda bu gün koronavirusa nə qədər insan yoluxub? - RƏSMİ
27/11/2020 [15:03]:
Uşaqlara dair Strategiyanın uğurla həyata keçirilməsi üçün işçi qrupları yaradılacaq
27/11/2020 [15:03]:
"Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nın məqsədi müəyyənləşib
27/11/2020 [15:02]:
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı” təsdiqlənib
27/11/2020 [14:50]:
“Atamın və babamın məzarlarını tapdım, ermənilər hamısını dağıdıblar...” -Əliyar Əliyevin oğlu...
27/11/2020 [14:31]:
O, sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalı idi...
27/11/2020 [14:29]:
Rumıniyada Kamal Abdullanın yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib
27/11/2020 [14:26]:
“Polisə Dəstək” ictimai birliyi Fransa senatının məlum qərarı ilə bağlı bəyanat yayıb
27/11/2020 [14:23]:
Baş infeksionist: "Azərbaycanda yoluxma halları sürətlə artaraq yüksək həddə çatıb"
27/11/2020 [14:17]:
Bərdədə bazar suyun altında qaldı - AÇIQLAMA + VİDEO
27/11/2020 [14:12]:
Azərbaycan ordusunun Zod qızıl yatağına tam nəzarət etməsi ilə bağlı AÇIQLAMA - VİDEO
Bütün arxiv bir sırada
14/09/2018 [10:26] - Ədəbiyyat - ( 2030 dəfə baxılıb)

"Bəkir Çobanzadə də mühakimə ediləndə..." - IV məqalə

Sözlərin rəng assosasiyası... Qara rəngli “repressiya”...


Repressiyanın 80 illiyinə həsr olunur...

 

III məqalə burda: http://www.moderator.az/news/239680.html

 

1921-1953-cü illərdə SSRİ-də 25-26 milyon insan repressiyaya məruz qalıb.

 

Repressiya ilə bağlı yazdığım 3-cü məqalənin sonunda “Repressiya və ədəbiyyat” mövzusunda dəyərli araşdırmalar müəllifi professor B.Əhmədlinin “Sovet hakimiyyətini yıxmaq üçün heç bir iş, hərəkət mövcud olmayıb”- tezisi ilə razılaşmadığımı bildirmişdim. Əslində, bu çox maraqlı polemika mövzusudur. İstər tarix, istərsə də ədəbiyyatşünaslıq, publisistika materiallarında repressiya qurbanlarının faciəli taleyi çox hallarda subyektivləşdirilərək təqdim olunur. Yəni, bir çox adamların “anti-sovet” fəaliyyəti inkar edilməklə, sanki onlara  bu yolla bəraət qazandırılır. 1950-1960-cı illərdə bu yanaşmanı başa düşmək olardı. Sovet hökuməti hələ yaşamaqda davam edirdi. Stalinə pərəstiş kultu dağıdılmışsa da, leninizm ideyalarına və sovet sisteminə, kommunizm xülyalarına sadiqlik təlqini yaşamaqdaydı. 1950-ci illərdə əfv ərizələri yazılanda haqqında bəhs edilən adamı “kommunist partiyasının sadiq üzvü”, “leninçi”, “marksizm nəzəriyyəsinin tərəfdarı” və s. kimi təqdim edirdilər. Bu isə o adamların həqiqi siyasi, sosial görüşlərini pərdələmək anlamına gəlir. Əvvəlki məqalələrimdə böyük türkoloq Somoyleviçin timsalında bunu vurğulamışdım...

Bəli, 1934-cü ildə Stalinin SSRİ miqyaslı repressiyaya start verməsi reallığının, təbii ki, obyektiv səbəbləri vardı. “Obyektiv” o mənada yox ki, Stalin haqlı idi, o mənada ki, sovet hökümətinin hakimiyyət əlahiddəliyi təhlükə altında qalmışdı. Stalinin və stalinizmin yeganə ideyası sovet sistemini nə yolla olursa olsun, qoruyub saxlamaqdan ibarət idi. Məsələn, həmişə ermənilərin tərəfində olan Stalin bizim torpaqlarımızla bağlı “mübahisəli ərazi” problemindən danışanda vurğulamışdı ki, əgər bilmək istəyirsinizsə ki, Zəngəzur və Naxcıvan kimə məxsus olmalıdır, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, sovet hökuməti olanda vermək olar...

Hələ 1922-1923-cü illərdən etibarən bolşeviklərin hakimiyyəti ələ aldığı digər respublikalarda  olduğu kimi,  Azərbaycanda da sovet idarəetməsi təhlükə qarşısında qalmışdı. Bunun bir neçə konkret səbəbi vardı: 1.Daxili (bolşevik hakimiyyətin özündə) parçalanma. 2.Xarici dövlətlərin Azərbaycan neftinə marağı və başqa ictimai-siyasi amillər hesabına anti-sovet hərəkatda iştirakı. 3.Hakimiyyəti əlindən alınmış Azərbaycan Demokratik Respublikasının mühacirətdə olan və vətəndə qalan üzvlərinin gizli və aşkar əksinqilabi fəaliyyəti. 4.Bölgələrdə anti-sovet təbliğat, xalq üsyanları və s.

XX əsrin əvvəllərində Qafqazın mədəni mərkəzinə çevrilmiş Bakıda anti-sovet təbliğatı bir çox istiqamətlərdə olduğu kimi, ədəbiyyat, dilçilik və digər elmi-mədəni sahələrdə də güclənmişdi. Sovet hökumətini yıxmaq istəyən daxili və xarici qüvvələr mövcud idi. Bununla bağlı bəzi tarixi faktları  məqalənin sonrakı hissələrində diqqətə çatdıracam. Onu da qeyd etmək istəyirəm ki, 1926-cı ildə Bakıda keçirilən Türkoloji qurultay, eləcə də bundan əvvəl və sonra Azərbaycanın elm, təhsil strukturlarında işləmək üçün “göndərilən” və ya “dəvət olunan” türkçü alimlər, ədəbiyyat, sənət adamları  haqqındakı tarixi sənədlər istər-istəməz suallar doğurur. Bəzən onların bioqrafiyasında Rusiyadan, Türkiyədən, Orta Asiyadan, Avropa təhsili aldıqdan sonra dolayısı ilə yenə  Türkiyədən keçib gəlməsi faktları xüsusi araşdırma tələb edir. Aydın məsələdir ki, Bakı Universitetinin və digər ali təhsil qurumlarının, eləcə də SSRİ Elmlər akademiyasının Azərbaycan bölməsinin və ya “Azərbaycanı Tədqiq və Tətəbbö (araşdırma) cəmiyyəti”nin bu kadrlara ehtiyacı vardı. Amma Stalini həyəcanlandıran da məhz sonralar “trotskçi”, “zinovyevçi”, “pan-türkist”, “millətçi” damğası ilə qaraladığı bu adamların ola bilsin ki, daha böyük ideyalar üçün hesablanmış (L.Qumilyovun təbirincə desək, bəlkə də Yeni Türk İmperiyası!) fəaliyyəti idi.  Elmi, bədii,  fəlsəfi təfəkkürdə türk xalqlarının tarixi yaddaşına dönüş, mənəvi mədəniyyət, milli oyanış ideyalarını söz, sənət, elm və ədəbiyyat dili ilə təlqin etmək və s. bu kimi fəaliyyət artıq bir zaman gəldi ki, “anti-sovet” mahiyyətli məsələ kimi qiymətini aldı. Bu cür çalışmalar üçün Azərbaycan daha uyğun məkan idi. Bu baxımdan, “repressiyanın lap çox qurbanları  Azərbaycanda oldu”- fikri də səbəbsiz deyil. Məsələn, özbək alimi, türkoloqu X.S.Xocayevin və tatar professoru, yazıçısı, türkoloq Ə.S.Qubaydullinin bioqrafiyasında yazılırdı ki, onların öz ölkələrində geniş şəkildə fəaliyyət göstərməsi üçün şərait olmayıb. Ona görə də, elmi fəaliyyətlərinin əsas hissəsi Azərbaycanla bağlı idi. 1926-cı ildə “Azərbaycanı Tədqiq və Tətəbbö” cəmiyyəti X.S.Xocayevin “Osmanlı, özbək və qazax dillərinin müqayisəli dilçiliyi” adlı kitabını türkcə yayımlayır. Onun həyatı və fəaliyyəti haqqında məlumat az idi, “əfv”i isə 1957-ci ildə mümkün olub. 1937-ci ildə məhv edilməsinə baxmayaraq, bəzən adı 1939-cu ildə fəaliyyət göstərən dilçilər siyahısında da əks olunub. (Məsələn. A.N.Kononov sonralar böyük türkoloqların bioqrafiyasını yazanda bu rəqəmi -1939, göstərib.) 


Xalid Səid Xocayev

 

Aşnin yazırdı ki, təsadüfən Moskvada bir türkoloqun şəxsi kitabxanasında X.S.Xocayevin 1926-cı ildə çap olunan kitabını gördüm və müəllifi haqqında məlumat toplamaq üçün 1983-cü ildə Bakıya, Daşkəndə, Alma-Ataya məktublar yazmağa başladıq. Bircə Bakıdan Əkrəm Cəfər cavab verdi və X.S.Xocayevin qızı Bəhicənin Bakıda yaşadığını bildirdi. Və müəlliflər bundan sonra Bəhicə xanımın təqdim etdiyi sənədləri və atası haqqında yazdığı   digər məlumatları əsas götürdülər. 1998-ci ildə isə Bakı arxivlərində onun haqqında yetərli məlumat yığırlar.

Bu məqama diqqəti cəlb etmək istərdim. X.S.Xocayevin bioqrafiyasında sual kimi qoyulan məsələ, əslində bir çox türkoloqlara da aid edilə bilər. X.S.Xocayev 1911-ci ildə oxumaq üçün İstanbul universitetinə göndərilir. Tarix və ədəbiyyat fakültəsini bitirdikdən sonra bir neçə il harada olduğu bilinmir və qəribədir ki, Aşninin də yazdığı kimi “bioqrafiyasının ən qaranlıq hissəsi” sual doğurur: “Elm adamının bioqrafiyasının ən qaranlıq hissəsi 1918-ci illə əlaqəlidir. Türkiyədən öz ölkəsinə deyil, Azərbaycana dönür. Bəlkə də Azərbaycana getmək o zaman Daşkəndə dönməkdən daha asan idi, üstəlik o zaman bir müddət türk əsgərləri Azərbaycanda olmuşdu. İlk sorğulama zamanı Xocayev həyatının bu dönəmi haqqında  çox qısa danışmışdı: “1918-1920-ci illər arasında Gəncədə dərs dedim”.

Daha sonra elm adamı sorğulamada təzyiqə məruz qalaraq  bunları söyləmək məcburiyyətində qalmışdı: “1918-ci ildə mən pan-türkist lider Abdal Raşid İbrahimovun iştirakı ilə İstanbul Universiteti tələbələrindən ibarət bir qrupla  Nuru Paşanın tabeliyindəki türk ordusu ilə birlikdə Azərbaycana göndərildik. Biz eyni zamanda Azərbaycandakı Müsavat hökumətini polis departamentinin başçısı vəzifəsini yerinə yetirən Bahəddin Paşanın başçılıq etdiyi türk ordusunun xüsusi bir bölümü olan “Şubayi Mahsud”a keçdik. Kəşfiyyat və siyasi fəaliyyət üçün   bizdən istifadə etmək mümkün deyildi. Azərbaycana gəldikdən sonra, əvvəlcə biz türk ordusu üçün vergi toplamaq üçün göndərildik və bir ay, ay yarım  sonra türk ordusu hərbçilərini buraxmaq  məcburiyyətində qaldıq”.

Bu məqamda Ə.S.Qubaydullinin bioqrafiyası ilə bağlı konkret bir faktı diqqətinizə çatdırmaqla,  repressiyanın əsil səbəblərindən birini- anti-sovet təbliğatın və sovet sisteminə qarşı yaradılmış irimiqyaslı mübarizə formalarının (gizli təşkilatlar, mətbu  orqanlar və s.) mövcudluq faktını bir daha vurğulamaq istəyirəm.  “Şərq xaqanlığının tarixi təcrübəsi”, “Bir tatar salnaməsinin məhvi”, “Puqaçov üsyanı və tatarlar”, “Puqaçov üsyanında tatarların iştirakı”, “Xəzərlərin mənşəyi məsələsi”, “İsmayıl Qaspiralının ideologiyasına bir nəzər”, “Teymur imperiyasının tənəzzülü və özbəklər məsələsi”, “Bakı və ətraf kəndlər” və s. bu kimi əsərlər müəllifi Qubaydullin 1921-ci ildən Şərq akademiyası və Şərq pedoqoji institutunda müəllim işləməyə başlayıb. 1920-ci illərin sonu, 1930-cu illərin əvvəllərindən etibarən o artıq həm Şərq tarixi kafedrasının, həm də Moskva Dövlət Universitetinin professoru idi.  Lakin diqqət yönəltməyə çalışdığım  əsas məsələ budur: “1925-ci ildə Səmərqənddə  keçmiş Rusiya müstəmləkəsi olan, indi də sovetlərin zülmü altında inləyən  Özbəkstan, Qırğızstan, Qazaxstan, Türkmənstan, Tatarstan, Başqırdstan  Dağıstan, Azərbaycan və b. bölgələri azad edib vahid bir dövlət qurmaq istəyi ilə bir gizli təşkilat qurulub. Az sonra bu təşkilatın ağırlıq mərkəzi Bakıya  köçürdülüb. Təşkilatın bir çox rəhbərləri kimi Əziz Qubaydullin də Bakıya gəlməli olub”. (KərimovaT. Azərbaycan Milli Elmlər Akademiyasının tarixindən. Bakı, 2005)

Maraqlıdır ki, get-gedə səlahiyyətləri və titulları, şöhrəti artan Qubaydullin  sovet həyatında fəal iştirak edən alim kimi görünsə də, əslində anti-sovet təbliğatlı cəmiyyətlərdə fundamental işlər görürmüş…  “1931-ci ildən Yaxın Şərq tarixi kafedrasına  müdirlik edən prof. Əziz Qubaydullini SSRİ Xalqları Tədqiqat İnstitutuna, Marksistlər Tarixi Cəmiyəti, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutuna, Tarix və Arxeologiya Cəmiyyətinə, Tatarşünaslıq Cəmiyyəti və başqa təşkilatlara üzv seçiblər. Əziz Qubaydullin ali məktəbdə dərs deməklə yanaşı, gizli təşkilata kadrlar cəlb edib, tələbələrinə getdikləri yerdə gizli təşkilatın özəklərini yaratmağı öyrədib. Rəhbər vəzifələrdə işləyən partiya, sovet işçiləri ilə görüşən, onları da gizli təşkilatın işinə cəlb edən Əziz Qubaydullin 1937-ci il martın 17-də çalışdığı universitetdən və SSRİ Elmlər Akademiyası Azərbaycan filialından işdən azad edilib, həbs olunaraq güllələnib”. (Kərimova T. Azərbaycan Milli Elmlər Akademiyasının tarixindən. Bakı, 2005)

Gördüyümüz kimi, bu artıq repressiya qovluqlarındakı “quraşdırma ifadələr”, zorla yazdırılan etiraf arayışları deyil, alimin bioqrafiya qovluğundakı tarixi faktdır…

Qəribədir ki, repressiya qurbanlarının “etiraf”ları, nəinki məzmununa görə, hətta ifadə tərzinə, intonasiyasına görə də bir-birinə bənzəyir.  Çünki,  ad qoymaq, cəza kəsmək üçün bütün “pan-türkistlər”, “trotskçilər” və s. bu tip təyinatlı “cinayət” daşıyıcıları “xalq düşməni”  ümumiləşdirməsinə uyğun olmalı idi.  X.S.Xocayev də ifadəsində demişdi: “Kaşğarlı Mahmudun tərcümə olunan kitabı ilə və digər əsərlərimdə pan-türkçülük təxribatı etdim”. Və hətta, izahatında  türk gizli təşkilatı üçün fəaliyyət göstərdiyini belə qeyd etmişdir. Həmin illərdə türkoloqların türk dilləri ilə bağlı araşdırmaları, müqayisəli təhlilləri, tərcümələri cinayət və anti-sovet hərəkatı kimi səciyyələnirdi. Məsələn, “türk dilləri ailəsi” təsnifatı, “ulu, qədim dil” və s. bu kimi ifadələr “burjua görüşləri”tək yozulurdu.  B.Çobanzadə də mühakimə ediləndə öz ifadəsində  1920-ci illərdə yazdığı əsərlər haqqında “düşmən metodologiyası ilə çalışırdım” – fikrini bəyan etmişdi… Bu cür suçlamaların yekun qərarıında isə elan olunurdu ki,  qədim tarixə malik olan türk xalqlarının SSRİ-dən silahlı üsyanlar  yolu ilə ayrılıb “Türk-tatar dövləti” qurmaq işinə hazırlıq prosesi gedirdi…



 Bəkir Çobanzadə

M.Ə.Rəsulzadə rus istilasından sonra Türkiyəyə gedir və orada “Azərbaycan Milli Mühacirət Mərkəzi” yaradıb fəaliyyətini genişləndirir. Ə.M.Topçubaşov, C.Hacıbəyli, Ə.Ağayev, M. Vəkilov, M.B.Məmmədzadə, M. Əsədullayev, Ə. Əmircanov və başqa ziyalılar, ADR liderləri mühacirətdə öz əqidələrinə uyğun mübarizələrini davam etdirirdilər.

Azərbaycan fövqəladə komissiyasının sədri M.C.Bağırov “ÇK”-nın yaranmasının beşilliyi münasibətilə “Kommunist” qəzetinin 1925-ci il 3 iyul tarixli sayında yazırdı: “... Düşmənlərimizin başında, şübhəsiz, “Müsavat” partiyası durur”.

Bu gün tarixi sənədlər əsasında hazırlanan dərsliklərimizdə, arxiv materiallarını təhlil edən monoqrafiya və bu məzmunlu elmi məqalələrdə də anti-sovet hərəkatın konkret faktları geniş şəkildə təqdim edilir.

Doğrudan da, 1930-cu illərdə sovet hökumətinin həm daxili, həm də xarici düşmənləri çoxalmışdı. Bu hakimiyyətə qarşı yarandığı gündən etibarən əks-təbliğat hərəkatı mövcud olmuşdur. Və təsadüfi deyil ki, “Əksinqilab sabotaj və möhtəkirliyə qarşı mübarizə” üzrə Fövqəladə Komissiya, Ali İnqilabi Tribunal, Fəhlə-kəndli müfəttişliyi kimi cəzalandırıcı qurumlar yaradılmışdı.

“Qərb dövlətləri antisovet çıxışlar təşkil etmək üçün Sovet Azərbaycanına agentlər, böyük miqdarda silah göndərdilər. Britaniya ali komissarı Lük 1920-ci il iyunun 9-da Tiflisdən Kerzona xəbər verirdi ki, “bolşevikləri Bakıdan çıxarmaq məqsədilə tatarların (azərbaycanlıların - məsul red.) üsyanı onlar bizim dəstəyimizə əmin olanadək davam edəcəkdir. Əgər qəbul edilmişsə ki, Bakıdakı bolşevik hakimiyyəti Britaniya və İran üçün çox böyük təhlükə doğurur və buna görə də devrilməlidir, onda biz tatarları (azərbaycanlıları - məsul red.) pulla təmin etməliyik”. Yeri gəlmişkən həmin vaxt Bakıda 53 nəfər Britaniya hərbi qulluqçusundan ibarət dəstə tutulmuşdu. Bu istiqamətdə Tiflisdə təşkil olunmuş “Azərbaycanda qurtuluş komitəsi” işləyirdi. Həmin komitə ilə əlaqə saxlayan “İttihad” partiyası öz fəaliyyətini gücləndirmişdi. İttihadçılardan Bakı qəzasında, Lənkəranda, Zaqatalada üsyanlar qaldırmaq üçün nəzərdə tutulan çoxlu silah aşkar edilmişdi. Antisovet qüvvələr əhali arasında XI Qızıl ordu əleyhinə iş görür, “müsəlman kommunistlərinin xəyanətkarlığı”, “ümummilli fəlakət” və s. haqqında fikirlər yayırdılar”. (Azərbaycan tarixi. VI c. B, “Elm”, 2008. )

Rus-sovet siyasəti “Yaşasın müstəqil Azərbaycan Sovet Respublikası!”-şüarı ilə Bakıya daxil olmuşdu. Şüarlardakı “müstəqil” sözü ilə ictimaiyyəti arxayın salmışdılar. Xalq inanmışdı  ki, ölkə 23 aylıq müstəqil Azərbaycan hökumətinin siyasətindən  o qədər də fərqlənməyən bir yolla inkişafa davam edəcək. V.İ.Leninin və N.Nərimanovun şəkilləri çap olunan “Qırmızı Azərbaycan” adlı bir saydan ibarət qəzetlər yayımlandı. “Qırmızı” rəng o gün, bu gün sovet Rusiyasının bizə baxdığı bucaqda əsas rəng çaları oldu - qan çalarlı qırmızılıq...  XI Qızıl (qırmızı) Ordunun əsgərləri papaqlarında qırmızı ulduzlar, əllərində qırmızı bayraqlar bir bahar günü (1920-ci il 28 aprel) azadlığımızı əlimizdən almağa gəldi… Bu yerdə N.Hikmətin “Taranta Babuya 10-cu məktub” adlı şeirini xatırlayır adam. Şeirin əvvəlindəki qeyddə yazılır ki, İtalyan ordusu Həbəşistanda hərbi əməliyyatlar aparmaq üçün yağışların kəsməsini, baharın gəlməsini gözləyir. N.Hikmət Taranta Babuya müraciətlə çöx kədərli  misralar pıçıldayır:

Dəhşətdir, Taranta Babu!

Bizi öz torpaqlarımızda öldürmək üçün

 öz baharımızı gözləyirlər...

Doğrudan da N.Hikmətin o şeirdə də dediyi kimi, “qanlı sarğılarına parıltılı xaç taxıb ölməyə və öldürməyə gələnlər”  bir nəsli yox, bir neçə nəsli şikəst etdi…

Qırmızı-qırmızı oktyabryat, pioner, komsomol nişanlarımız, şagird qalstuklarımız oldu. 1937-ci ildə qırmızı rəngin çaları bir az da tündləşdi. Azadlıq, müstəqillik haqqında düşünən bütün dərrakəli başlar qılıncdan keçirildi. Düşüncələrə, beyinlərə, şüurlara qorxu toxumu əkildi. Bu gün də canımızdan çıxmayan qorxu...

 Qan çalarlı qırmızılıq daha sonralar “20 Yanvar” və Qarabağ faciələrində bir az da artdı. Sonuncu ümidlərimizi, həqiqətlərimizi üzümüzə qırmızı-qırmızı yalanlar deyə-deyə əlimizdən aldılar. Tarixi dədə-baba torpaqlarımızı gözümüz görə-görə qanlı səngərlərə çevirdilər...

N.Nərimanov 1921-ci il mayın 8-də Birinci Azərbaycan sovetlər qurultayında Bakıda sovet hakimiyyətinin ilk faciəli günlərini xarakterizə edərək demişdi: “Bolşeviklər hakimiyyəti ələ alırlar. Mən daha demirəm ki, ələ keçirirlər, alırlar və sonra öz proqramlarını inkişaf etdirməyə başlayırlar. Bax, burada bəzi sui-istifadə halları baş verir. Bu yerdə Rusiya şablonu ilə yenidənqurma başlayır”.

Azərbaycan xalqı üçün repressiya hərəkatının tarixi  bir az da əvvələ gedib çıxır. XI Qızıl ordunun “Xüsusi siyasi şöbəsi” Azərbaycan Demokratik Respublikası üzvlərini, Müdafıə nazirliyi nümayəndələrini təqibə başlamışdı. Nargin adasında güllələnmə hadisələri rus və erməni millətçilərinin türk və müsəlman olan bir xalqa nifrətinin potologiyası kimi üzə çıxdı. F.Xoyskinin, F.Köçərlinin, H.Ağayevin, X.Rəfibəyovun, B.Cavanşirin qətlə yetirilməsi də 1920-1921-ci illərə təsadüf edirdi. Bolşevik hökuməti üçün təhlükə ola biləcək insanlar Solovetsk adalarına, Novqoroda, Suzdala və başqa  həbs düşərgələrinə göndərildi.

Əsil müstəqilliyi 23 ay ərzində bütün varlığı ilə yaşaya bilən xalqımız rus-sovet siyasətinin  “Yaşasın müstəqil Azərbaycan Sovet Respublikası!”-şüarı ilə “istiqbal” verməyə yox, “istila”  etməyə gəldiyini anladı. Müstəmləkəçilik və diktatorluq bütün sahələri bürümüşdü. Həmin illərdə baş verən antisovet üsyanları haqqında M.Ə.Rəsulzadə yazırdı: “Xalq təhəmmül etmədi və üsyan etdi...”

Ordudan milli kadrların uzaqlaşdırılması siyasəti ilə fəaliyyətə başlayan bolşevik hakimiyyətinə qarşı ilk aylardan etibarən üsyanlar baş qaldırdı.  Gəncədən başlayan etiraz hərəkatı  (1800 nəfərlik Gəncə qarnizonu may ayının sonlarında Gəncənin müsəlmanlar yaşayan hissəsini ələ keçirmişdi) daha da genişləndi, Nuru paşanın rəhbərliyi ilə Qarabağda, xüsusilə də, Ağdam və Bərdə ərazisində, daha sonra Zaqatala və digər bölgələrdə  üsyanlarla nəticələndi. İlk repressiya addımları (1920-1921-ci illərdə) da amansızlıqla yerinə yetirilirdi. Minlərlə etirazçı məhv edildi. Bunların arasında general-mayor Cavad bəy Şıxlinski, general-mayor Məmməd Mirzə Qacar, polkovnik Cahangir bəy Kazımbəyov və başqa böyük şəxsiyyətlər də var idi. S.Mehmandarov, Ə.Şıxlinski isə N.Nərimanovun xahişi ilə həbsdən azad edildi.

1921-ci ilin fevralında N.Nərimanov V.İ.Leninə yazdığı məktubda deyirdi: “Sizdən heç nəyi gizlətməməyi zəruri hesab edirəm. Mənə inanırlar və hər şeyi deyirlər: mən bütün ucqar muxtar respublikaların vəziyyəti və Sizə münasibəti haqqında şifahi və yazılı məruzələrdən xəbərdaram. Bütün məruzələrdə Sovet Rusiyasının müstəmləkə siyasətindən danışırlar...”

 

Nəriman Nərimanov

Nərimanov başqa bir məktubunda isə aldanışını dərk etmiş insan kədəri ilə Lenindən soruşurdu: “Əziz Vladimir İliç, məgər “müstəqil Azərbaycan” sözü Sizin dilinizdən çıxmamışdırmı?”

1923-cü ildə N.Nərimanov: “Mən hələ yayda Mərkəzi Komitəyə yazmışdım ki, partiya günbəgün deyil, saatbasaat parçalanır. Görünür, MK Serqodan məlumat alaraq arxayınlaşıb, çünki heç bir tədbir görülməyib. Ancaq indi bütün Zaqafqaziyada partiyanın vəziyyəti haqqında düşünmək lazım gəlir... Mən bəyan edirəm... hazırda Zaqafqaziyada bizim hakimiyyətimiz yalnız süngü gücünə yaşayır. Lakin belə məsuliyyətli dövrdə onu süngü gücünə çoxmu saxlamaq olar?” –deyə yazmışdı.

“M.D.Hüseynov surətini Çiçerinə göndərdiyi həmin notada Azərbaycana qarşı təxribatçılıqda yalnız İranı deyil, Antantanı, xüsusilə İngiltərəni də təqsirləndirir, onların dəstəklədikləri “İranın ərazisində yerləşən əksinqilabçı bəy və xanların fəaliyyətini qadağan etməyi Tehrandan tələb edirdi”. Sovet Azərbaycanına qarşı müxalifətçi, təxribatçı qüvvələrin mərkəzi bir müddət Ərdəbildə yerləşirdi. Hətta Moskvadan birbaşa Tehrana dəfələrlə nota verilməsinə baxmayaraq, Azərbaycana qarşı hücumlar genişlənir və yeni-yeni sərhəd rayonlarını əhatə edirdi”. (Azərbaycan tarixi. VI c. B, “Elm”, 2008)

1929-1933-cü illər arasında dəfələrlə “partiyanı təmizləmə” tədbirləri görülüb, qərarlar qəbul edilib. Partiyada “polad proletar intizamı” yaradılması üçün çox cəhdlər edildi.  Və nəhayət 1933-cü ildə partiyanın Yanvar plenumunun “Partiyanı təmizləmək haqqında” qəbul etdiyi qərar tədricən öz işini gördü. Təkcə 1937-ci ildə Azərbaycanda “xalq düşməni” kimi 29 min nəfər güllələnmiş və ya vətənindən sürgün edilmişdi.

Repressiya Azərbaycan ədəbiyyatı üçün də ağır və məşəqqətli sınaq isi oldu. Sona qədər dayana bilənlər barmaqla sayılacaq qədər az idi. Adətən, bu mövzuda söhbət düşəndə bir neçə ad çəkirlər. (Məsələn,S.Mümtaz, M.B.Məmmədzadə və b.)

M.Müşfiqin isə həyatı kimi ölümü də, bəraəti də onun poeziyasını sevənlər üçün nisgilə çevrildi. Çox qısa bir zamanda üzünə ölüm hökmü oxunan M.Müşfiqin 1950-ci illərdə bəraət istəyən ailə üzvü olmur. (Baxmayaraq ki, həyat yoldaşı Dilbər Axundzadə Bakıda yaşayırdı.) Lakin S.Rəhimov, M.Hüseyn, M.Cəlal, M.Arif, İ.Əfəndiyev, B.Vahabzadənin imzasıyla 16.11.1955-ci ildə məktub hazırlanır, M.Müşfiqin bəraəti ilə bağlı məhkəmə qərarı isə 23 may 1956-cı il tarixinə təsadüf edir. Bu məqamda bir məsələyə də diqqəti çəkmək istərdim. Bu gün bəzən repressiya və bəraət dövrü ilə əlaqədar Azərbaycan Yazıçılar İttifaqı haqqında kəskin  iddialar, suçlama xarakterli yanaşmalarla təhlillər aparılsa da, həqiqət öz sözünü deyir. “Məhv edilmiş türkoloqlar” kitabının müəllifləri (Aşnin, Alpotov, Nasilov) digər sovet respublikaları ilə müqayisə edərək  yazırdı ki, “Qazaxıstanda Yazarlar Birliyi bəzən doğrudan - doğruya repressiya qurbanı olan yazıçıların bəraətinə əngəl olduqları halda, Azərbaycan yazıçılar Birliyi onlara yardımçı olurdu”.

Doğrudur, artıq 1936-1937-ci il yox, söhbət 1956-1957-ci illərdən gedirdi, amma hər halda müqayisədəki üstünlük kiçik bir təsəlli kimi rəğbət doğurur...

Repressiya zamanı təkcə tarix, siyasət, ədəbiyyat hadisəsi kimi təhlil olunmamalıdır. Repressiya insanın fizioloji, psixoloji tərəflərinin sınağı kimi də tədqiqatlar mövzusudur. İnsan bioloji varlıq kimi işgəncəyə nə qədər dözə bilər? Niyə sorğulananların hamısı eyni cür danışır, ifadə verir və eyni qaydada bağışlanma ərizəsi yazırdı? Sorğulanma mərhələləri də eyni ssenari ilə icra edilir, çox hallarda eyni nəticə ilə sonlanırdı? Niyə Ə.Cavad və M.Müşfiq güllələndi, H.Cavid isə bir neçə ildən sonra sürgündə öldü? (Yəni, tez məhv edilmədi) və s. H.Cavid günahını “etiraf” etmir. Araşdırıcılar da göstərir ki, ittihamları qəbul edib tez “etiraf” edib, günahını təsdiqləyənlərin cəzası operativ şəkildə verilirdi.

Adı qara siyahıda olanlar üçün mütləq “danlaqçılar”, ittihamçılar onların öz məsləkdaşlarından, həmkarlarından seçilirdi. Bu da mənəvi repressiyanın bir növü idi. Amma o ittihamçıların nitqini, ifadəsini bu gün gözdən keçirəndə və müqayisə edəndə yenə “şəxsiyyət fərqliliyi” məsələsi  öz sözünü deyir. Məsələn, Ə.Cavad haqqında ağrıya-ağrıya, yana-yana danışan S.Vurğunun çıxışı ilə S.Şamilovun M.Müşfiq və başqa qurbanlar haqqındakı gülünc şəkildə ifadə etdiyi nitqini müqayisə belə etmək olmaz. “...Cavad üçün hər bir şərait yaradıldı, sənə Azərbaycan Sovet Yazıçılar İttifaqının kitabçası verildi, böylə bir mötəbər təşkilatın üzvi oldun. Sistematik olaraq bu vaхta qədər yoldaşlar sənin nöqsanını göstərdilər. Fəqət sən bu müddət ərzində hamıya məlum etdin ki, sən fikrini dəyişmək istəməmisən”- (S.Vurğun).

S.Şamilov isə deyirdi: “Müşfiq nə üçün Səməndər kimi əfsanəvi bir quş  ilə maraqlanır, ancaq bizim sovet qurluşu ilə maraqlanmır, bizim sovet qəhrəmanları ilə maraqlanmır. Baх bu Səməndər sizin fikrinizə haradan gəlib? Biz demirik sənin flankəsdir qohumun. Bəlkə ola bilər demişik ki, sənin qohumun müsavatın qohumudur. Ancaq sən öz yaradıcılığın haqqında danışmalısan. Sən bu gün Sovet ədəbiyyatının ifşa etməyə çalışmırsansa bəs bu Səməndəri nə üçün yazmısan, kim səni məcbur etmişdir bunu yazırsan?”

Zaman dəyişir, hadisələr tarixləşir, münasibət və yanaşmalar da fərqli ampluaya keçə bilir, amma obrazlar, xarakter, xislət dəyişmir, hər sənəddə, hər qovluqda eyni cür qalır. Ə.Cavadı da dəyişmək olmazdı. S.Vurğun çox düz qiymət verirdi: “Fəqət sən bu müddət ərzində hamıya məlum etdin ki, sən fikrini dəyişmək istəməmisən”...  Ə.Cavad “Oktyabr” şeirini yazırdı, amma ona redaksiyada “bunun səmimi olmadığını” irad tuturdular...

 

III məqalə burda: http://www.moderator.az/news/239680.html

 

Ardı var...

 

01.01.2018

 

İradə Musayeva

 

loading...
Öldüyü düşünülərək morqa qoyulan adam qışqıraraq həyata qayıtdı...
Sücaət, neyləyək baxt belə baxtdı, darıxma, hər şeyi həll edən vaxtdı... - Kəlbəcər həsrəti
2 kişi eyni yataqda yaxalandı, alacaqları cəza ölkəni ayağa qaldırdı...
Koronavirus peyvəndi ilə bağlı qalmaqallı etiraf: Çalışmalarda səhvə yol verdik"
"Biz millət olaraq çox şanslıyıq ki, bizim İlham Əliyev kimi liderimiz var" - Millət vəkili
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
"Nepal kimi geridə qalmış ölkədə plastik torbalara çoxdan qadağa qoyulub, bizdə isə..."
Araşdırma
“Fransa senatının 30 il öncə ləğv olunmuş qurumu “tanıması”  savadsızlıqdır”
Cəmiyyət
Bakıda yaşayan Nehrəm ağsaqqallarından Prezident İlham Əliyevə MÜRACİƏT...
Cəmiyyət
“Atamın və babamın məzarlarını tapdım, ermənilər hamısını dağıdıblar...” -Əliyar Əliyevin oğlu...
Siyasət
"Bayrağımız Xankəndində dalğalanandan sonra erməni təxribatlarının qarşısı alınacaq"

Yazar
İlham İsmayıl
Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə... - İLHAM İSMAYIL
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Elşad Paşasoy
Fransa məhz özü bacısı Ermənistanı fahişəliyə sürükləmişdi ki...
Həftənin ən çox oxunanları
Şuşa meşəsində şok hadisə: 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı
"İlham Əliyev həyasız elit BBC jurnalisti ilə ona görə belə asan və sərbəst danışır ki..."
"İran həm sinifdə qaldı, həm də Qarabağ müharibəsində əsas itirənlərdən biri oldu..."
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
“O əsgəri dünyaya tanıtmaq üçün planlar qurmuşdum, amma eşitdim ki, şəhid olub...”
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
Terrorçu Araik Azərbaycanın Xocavənd şəhərini gəzib "bərpa"dan danışdı...-FOTO
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247